Barmağına dolamaq -ələ salmaq, oynatmaq
Yoldaş M irzə Camal! M ən əg ər şüşəni sındırmışam. Sən
də teatn dolamısan barmağına (73, s.135).
Barmağını dişləmək - heyrətdə qalmaq.
M ən o saat barmağımı dişlədim, amma iş-işdən keçmişdi
(46, s.323).
Sözüm çoxdur, ancaq söyləyə bilmədiyim üçün vaxt-
bivaxt, öz barmağımı dişləm əyə məcbur oluram (313).
Zülmünü yada salıb dişlədi barmağım,
Quşlar da eşidibdir zülmünün sorağını (100, s.6).
Cənab Xatisov aşkar dedi ki, bu daşnaksütyun Rusiyanın
böyük şəxslərinin, generallarının və hətta Qafqaz canişini
həzrətlərinin fikir və əqidəsinə qulluq edir. Və 15 ildir ki, təşkil
olunub və onun qoşunu, xəzinəsi, saldatı da vardır. Biz
müsəlman
vəkilləri
bunu
eşidəndə təəccüb və
heyrət
barmağımızı dişimizə tutub öz-özümüzə fikir etdik: biz ancaq
özümüz öz əlacımızı edək və bizim də gərək təkmil müsəlləh
hizblərimiz olsun (232, s.134).
Barmağının kirin sorınaq - çox fəlakətdə, yoxsul
yaşamaq.
Görürsənmi bizim Hacı Pirini,
Qonşu sorur barmağının kirini (267, s.267).
Barmağın hansın kəssən, qanı çıxar - ana-ata üçün, bacı-
qardaş üçün hər bir əzizini əldən vermək ağrılıdır.
Barmağı olmaq - bir işdə iştirakçı olmaq.
Mirzəmməd: - Sizin də o jurnalda barmağınız varmı?
Cəlil M. - Hə, arabir yazıram ( Cəlil M., «Xatirələrim»,
səh. 32).
Barmaq arası baxmaq -əlacsızlıqdan boyun əymək, ciddi
qəbul etməmək.
Ruhanilər padşahları “imamırı iti” adlandırmaqla onların
özlərinə “zalım” və məmurlarına “zələm ə” ləqəbi vermişlər.
94
lü r^ deyim bri
Padşahlar isə bu təhqirə heç də etina etməyib həmin məsələyə
barmaqarası baxırlar (5, s.232).
Barmaq ilə oynatmaq -əle salmaq, taleyi ilə oynamaq.
Barmaqları qızıla tutulmalıdır - əlindən iş gəldiyinə
görə yüksək dəyər verilməlidir.
Ovcunun içi puçur-puçur qabar,
Qızıla tutulası barmaqları var, amma qabar-qabar (48,
səh.51).
Barmaqlıq dalısı kimi -dustaqxana.
Barmaqlığın dalında, dustaq tək dolanmayır (M.Rahim).
Barmaq ilə göstərilən -yaxşı və ya pis əm əlinə görə
məşhur olan. Həm mənfi, həm də müsbət mənada işlənir.
Ə ləştər maliklərinin içində barmaqla göstərilən adam idi,
hamı ondan hesab aparardı (281, s.94-95).
Barmaq ilə göstərərlər kün, çün üzündür qibləgah (225,
s.47).
Barmaq qatlamaq -saymaq. M ənə nə yaxşılıq eləmisən
barmağını qatla.
Barmaq yeri -Bir zadı bəhanə edib yalan sözlər yaymaq.
Dil məsələsi ilə yüzdə yüz tərəfdarlıq edib məclis
intixabatını ayrı mənada təfsir edib özü üçün barmaq yeri qoyur
və qulaq asanların fikrini zəhərləm əyə çalışır(30, 1945).
Bar verən ağacı kəsm əzlər -yaxşı övladı, xeyir verən bir
işi əldən verməzlər.
Basabas salmaq -bir zadı ələ gətirmək üçün həddindən
artıq meyl göstərmək, hücum etmək, aram qarışdırmaq.
Basabas salma dadaş, cinsi firavan görürəm,
Əldə dolar dayanıb Amrika, alman görürəm (319).
Basaratı bağlanmaq - bir iş görə bilməmək, əli-qolu,
gözü bağlanmaq.
Sanki basaratım bağlanmışdı (1, s. 180).
Basıb kəsmək - çapovulçuluq etmək. Xalqın var-yoxunu
talan etmək, öldürmək, zor demək, quldurluq.
İndi ki hamı basır, hamı yeyir, hamı kəsir,
'Mr^dojimbri
Hek-uzjtfaj^
Ömər, Osman da sənin çeşmin oyur, Məmmədəli! (301,
s. 149).
Dayının bas-kosinə baxmayın, amandır, qorxmayın (344,
səli. 54).
Basmaq - qalib gəlmək.
M ən əhd eləm işəm ki, hər kim məni bassa, onunla dost-
qardaş olam (174, s. 18).
Başa almaq -Özünə nəzarəti itirmək, hay-küy salmaq,
qışqır-bağır etmək.
Səsi alıb dağ-dərəni başına,
Xəyal edir heç kəs eşitmir sözün (9 5 ,1 cild, səh. 167).
Başa atılan alma -toyda gəlinə alma atarlar, yerə
düşəndən sonra çox dəyərdən düşür.
Fəvvarə ucaldıqca gələr başı aşağı,
Başı atılan alma düşər bir gün aşağı (168, s.748).
B aş-ayaq qan - dava-dalaş salan adam.
Molla demə, məsxərə cünbandı bu,
Dur qaçaq, oğlum, baş-ayaq qandı bu (267, s. 188).
Başa çalmaq -qaxınc etmək, başına qaxmaq.
Əzizim başa çalı,
Çalmanı başa çalı,
Yeınə namərd çörəyin
Qayıdar başa çalı.
Başa çarqat örtmək -utanmaq, qorxaqlıqdan qıpçınmaq.
Dəvəçi qadınları Sottarxaııa bir məktubla bir bağlama
içərisində qadın çarqatı göndərirlər. O zaman “Həqiqət”
əncüm ərində bu əhvalatın şahidi olanlar danışırlar ki, Sottarxan
çarqatı görən kimi ciddi vəziyyət alaraq dedi: Bunu da
göndəriblər ki, onları azad edə bilməsək, başımıza örtək (3,
s.70).
Baş açmaq - dərk etmək, fürsət tapmaq.
M ənim balam bu nə işdi,
Baxdım, baş aça bilmədim (260, s.146).
Baş açmaq çətindi fələk felindən,
Az ağla, gözün do gedər əlindən (294, s.42).
96
Başa dəyirman daşı keçirtmək -başına nə qədər oyun
gətirdilərsə, xəbəri olmadı.
Başa əngəl olmaq -yaxşılıq edilərı bir adamın bəlaya
çevrilməsi, cəhalətdən, şəxsi mənafeyi üstün tutmaq üzündən öz
millətinə xəyanət edən adamlar haqqında deyilir.
Əslafımıza çünki həqiqi xələfiz biz,
Öz qövmümüzün başına əngəl-kələfiz biz (267).
Başağrısı vermək - narahatlıq vermək.
Ay bacı, çəkil get, şeyxə başağrısı vermə (195, с.П, s.37).
Başa qoymaq -hörmət etmək, çox dəyər vermək.
Baş alıb getmək - bir söz demədən vətəni tərk etmək.
D əvələr düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Balam baş aldı getdi,
Balası bizdə qaldı (238, səh 46).
Baş altına qoymaq -birinin ehtiyat var-dövlət yığması, bir
nəfəri ehtiyatda saxlamaq.
Baş aparmaq - tələsmək.
Başa soyuq dəymək -başı işləmir, yaramaz işlər görür.
Get bala, get, əğlinə yazdır dua,
Başıva biçarə dəyibdir soyuq.
Başa torba keçirmək - milləti aldatmaq, eşşək yerinə
qoymaq.
Axır yenə də hökmran oldu bizə xanlar,
Keçdi başına torba, daha millət ayılmaz (69).
Başa torba vurmaq - birini aldatmaq, var-dövlətini
elmdən çıxartmaq, havayı işlətmək.
Keçdi başına torba, daha millət ayılmaz,
Qəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz (69).
Baş- ayaq vurmaq -həqiqətdən yayınmaq, mətləbin
üstündən keçmək.
Bax, nəm-nüm eləmə, baş-ayaq vurma, sənə qurban olum
(84, s. 19).
Yalanlar ardınca getsə sənətkar,
Əyri pərdə kimi baş ayaq çalar (Nizami).
97
‘lür^deyimhri
Başa yorğan çəkmək - dünyadan xəbərsiz, öz şəxsi
mənafeyini qoruyan.
Dolanar, soruşar xalqının halın
Başa yorğan çəkib yatmaz Əmoğlu (15).
Baş-başa qoymaq -qanmaz adamla mübahisə etmək.
Ağıllı nadanla baş-başa qoymur,
O Du keşməkeşdə bilir, sınacaq ( Mirzə Şəfi Vazelı, s.7).
Baş-beynini aparmaq - çox, mənasız danışmaq.
Axmaq-axmaq ağlayıb baş- beynimizi aparma (148, s. 109).
Ba şbilən - böyük, təcrübəli.
Bir gün vəzir, vəkil başbilənlər yığışıb padşahın yanına
gəldilər, dedilər (46, s.29).
Yenə də bizə başbilənik eləsin ( 253, s.272).
Baış bir yastığa qoymaq -ər-arvadın bir yerdə yatmağı.
Heç dayana bilmirəm, gərək mənlə başbir yastığza
qoyasan (46, s.29).
Bsışdan almanhdır, götdən Livanlı -Livan Səlıənd
dağlarının ətəyində bir kəndin adıdır. İranın hər yerində, eləcə
də dünyada məşhur olan Liqvan pendiri bu kəndin adı ilə
bağlıdır.
Geyimində, zahiri görünüşündə tozad, uyğunsuzluq olan
adam haqqında işlənir. Deyimdə Alman Qərbin, sivilizasiyanın,
son dəbin, Livan isə geyimdə mühafizəkarlığın simvoludur.
Başdan girib ayaqdan çıxmaq - yaltaqlanmaq, aldığı
pulun yetərincə olması.
Ayda 25 manat məvacibim var, başımdan girib ayağımdan
çıxar.
Başdan salmaq -əl çəkmək, əziyyət verməmək, vəfa
etmək.
Başın istirsən bu baş, gəl al,
Bu əmri-xeyri sal başdan, görüm baş getsə axər,
Əl çəkər bu dərdi-sər məndən (289, s.62).
Baş deyil, daşdır -təfəkkürü olmayan, zamanla ayaqlaşa
bilməyən.
Bu mane kəndə daş, ölkədə başdır,
98
‘Befmız Pfaiqi
Шт^сСеушФп
İşə mane olan baş eyni daşdır.
Baş-göz adam - ağılsız, anlamaz adam.
Nə bilsin məni hər bir başü - gözlər? (150).
Baş gözlü göra getmək -dava-dalaşdan uzaq olmaq, dini,
xiirafati baxışlara görə orucunu yeyən adamlar başlı gözlü gora
getməzlər.
Başlı, gözlü gora getmək olsa əgər muradın,
Nə qərbə çevir üz, nə meyl eylə şimalə (106).
Başı aşağı, saçı yuxarı - adi, normal adam. İstehza ilə
işlənir.
Yaxşı oğlanlardan biri idi, başı ağağı, saçı yuxarı (9,
s. 102).
Başı alovlu - dord içində, ağlını itirmiş
Vətənimdə ikən “vətənsiz deyib” Təbrizdən çıxmağa
məcbur etdilər. Başı alovlu ordan çıxdım (281, s. 100).
Arvad başı alovlu keşişin yanına xəbərə getməkdə olsun,
otaqda Əsli ilə Kərəm tək qaldılar (35, s.545).
Başı aşağı -Sakit, dilsiz-ağızsız; üzü qara, xəcalətli.
Və bir dəfə do olmayıb ki, məıı dövlət yanında başı aşağı
olum (195, c.II, s.122).
Başı ayazımaq - vaxt tapmaq, bir az özünə gəlmək.
Elə ki, saqi bir baş məclisi dolandı, keflər durulldu, başlar
ayazıdı (174, s.l 10).
Başı başlara qatmaq -Özünü böyüklərə tay tutmaq.
Bu gecə mən ki yata bilməyirəm
Başı başlara qata bilməyirəm (306, 110).
Başı batmış - qarğışdır
Ər döyüb öldürür məııi, rəhm et amandı, ay ana,
Bu başı batmış ər deyil, əfi ilandır, ay ana (80, c.II, s. 117).
Başı
bədəninə
ağırlıq
etmək
-
başından
yekə
məsuliyyətsiz söz danışanda hədə qorxu mənasında işlənir.
Başı böyük- dövlət, ayağı böyük-nəhlət - Xürafata görə
yekəbaş adam dövlətli, ayağı yekə adam uğursuz olar.
Başı böyük- dövlət, ayağı böyük-nəhlət (103, s.72).
Başı bulanmaq - yuxusu gəlmək.
99
Üefauz
H əcər xanım o qədər danışdı ki, baxdı gördü oğlanın başı
bulanır (14, s. 191).
Başı çəkmək - başına gəlmək.
N ələr çəkmiş başın sənin,
Bilinməyir yaşın sənin! (337, c.I, s.25).
Nə çəkirsə başım çəkir,
Bəs niyə qorxur ayağım? (260, s.78).
Başı çuvaldan deyil -hər şeyin hesab-kitabı, qayda-qanunu
var.
Başı daşa dəyən ayılar - dəfələrlə zərbə görən adamlar
təcrübəli olar. (Ə.Saraçlı).
Başı daşa döymək - səhv eləmək. Faydasız keçən günlərə
heyfslənmək.
Əbəs yerlərdə xərc etdim yaşım bən.
Yeridir daşlara döysəm başım bən (“Əhməd Hərami
Dastani”).
Başı daşlı - günü pis, ağır vəziyyətdə yaşayan, əlindən bir
iş gəlməyən.
Ay yazıq, ay başı daşlı, sən nəyə inanırsan ki, buna da
inanasan? (195, c.II, s.30).
Başı göra titrəmək - yaşı keçmiş, bir ayağı bu dünyada,
bir ayağı o dünyada olan adam.
Günüm keçib, başım göra titrəyir (35, s.239).
...Başı göra titrəyən qocalara və qorxudan ağrı çəkən
boylu zənənlərə qədər at döşündə bu tonqalların işığına
gətirilmişdi (144).
Çəkm əz dəxi el xor-xor,
Hitler gələ bilməz.
Vallah başı titrir gora,
Hitler gələ bilməz (69, s. 101).
Bel bükülüb yetmişo yetmiş yaşın,
Diş tökülübdür, göra titrər başın (168).
Başı götünə ağırlıq eləyən -acı dilinə, özünü aparmağına
görə başı kəsməlidir.
Başı küllü - bədbəxt, yazıq.
‘Befiruz 9bqqi
Yəni mən başı küllü bilirdim ki, axırı belə olacaq (195,
c.II, s.23).
Başı qalda olmaq - həmişə bəlalar çəkmək.
Görürəm başınız yaman qaldadır,
Daşım atmasan bu heçin, puçun (69, s. 129).
Başı qapazlı - həm işə təhqir olunan, təzyiq altında olan.
“Gop- gop” kimi bifaidə əhli-qələm olma,
ol “başı qapazlı”, vəli “bidərdü-qəm” olma (267, s.25).
- Elə sən də çox yamanca başı qapazlısan, Pirqulu! (253,
s.255).
Başı qarışmaq - vaxtı olmamaq, işi çox olmaq.
Son zamanlarda başım çox qarışıq (75, c.IV, s.78).
Başı qarpıza dönmək - çox narahatçılıqdan özünü
itirmək, çox yorulmaq.
Budur ha, başım şişib qarpıza dönübdür (335, s.86).
Başı qatmaq - yəni nə iləsə məşğul olmaq, fikirləşməyə
fürsət verməmək.
Başımı eylə qatıbdır bu elin qəm-kədəri,
Hətta yoxdur macalım, başımı bir an qaşıyam (338,
səh.40).
Başı qoltuq altına almaq - ölümün gözünə dik baxmaq,
qorxmazcasına düşmənə sinə gərrnək.
Başı lovlu - hövlımk, tələsik.
Başı lovlu özünü yetirir mollanın qapısına (103, s.27).
Başıma Şam şəbehi gəldi - gözlənilmədən qeyri-adi
əhvalatlarla, faciələrlə üzləşmək.
Bu deyim “Başıma imam Hüseyn müsibəti gətirdi”
şəklində də işlənir.
Bir adamı həddindən çox incitmək, əzab-əziyyət vermək.
Başıma elə bil dolça su tökdülər - gözlənilməyən bir
xəbər aldıqda, gözlənilməz bir vəziyyət qarşıya çıxdrqda,
təəccüb doğuran məqamlarda işlənir.
Başımı yarırsan, ətəyim ə qoz tökürsən ki, baxan desin
qoz yarıb - birinə pislik edə-edə zahirdə üzünə gülmək.
101
Başımı yarırsan, ətəyim ə qoz tökürsən ki, baxan desin qoz
yarıb (103, s.71).
Başımız min K ərb əla çəkdi - çoxlu acı faciələrlə,
fəlakətlərlə üzbəüz olduq.
Başına an d içmək - çox hörmət qoymaq , çox inanmaq.
B r yoldaş ki,
dost yolunda candan keçər,
ondan m əgər keçmək olar!
O yoldaşın
В ır müqəddəs abidə tək,
Başına and içmək olar (291, s.83).
Başına a t təpib / vurub? - ağlını itirmisən?
Başına at təpib? (84, s.27).
D ədəm vay, ədə, bunların başına at təpib nədir? (9, s. 188).
Sizin bilmirəm, başınıza at vurub, topuğunuza at vurub,
onların tıeç biri məsələnin künhünü anlamırlar (72, c.III, s.36).
Başına çevirm ək - bağışlamaq
Afərin olsun nigarın zülfü ilə qaşına,
Gər macal bulsam, həbibin çevriləydim başına (225, s.50).
Başına çıxartm aq - böyük mənsəb sahibi olsa da,
bacıoğlusun caamatın başına çıxartmır (9, s. 164).
Başına çırpm aq - elədiyi yaxşılığı, yaxud birinin eybini
başına qaxmaq.
Lazım gəlsə, tez onu qabaqlayıb Çopur Abdullanın başına
çırpmaq çox vaxt aparmasın (1, s.294).
Başına daş düşm ək - bir bədbəxtliklə üzbəüz olmaq.
Düşdü daş başıma yıxıldı evim,
Heç rəvadırmı mən bu yaşda ölüm? (195, c.II, s. 179).
Başına nə daş salsın? -neyləsin? Nə çarə qılsın?
Öz başına nə daş salsın bu ölüm,
Qoca- qoca qarıları qaytarıb (260, s. 109).
K: mlər gəlib səni viran eylədi,
Feılək niyə daşın saldı başına (35, s.505).
B aşına dönm ək - qurban olmaq, nazım çəkmək.
Ələ almış güzgünü,
102
TÜTkjtejjmıbri
Vkftruz
.1
Gözəl neylər güzgünü,
Canım başına dönsün.
Qış gecəsi, yaz günü (33, s.75-76).
Başına gələn başm aqçı olar- təcrübəli adam həyatın
hadisələrini adi qəbul edər
Eşidin və bilin: mən qorxaqlara nifrət edirəm, onlar
gözümün düşmənidirlər, başına gələn başmaqçı olar deyiblər (1,
s.374).
Başına gələn başmaqçı olar, bilməsəm dem ərəm (9, s.52).
Kəmalım indilər çox yaxşı olmuş,
Ki başına gələn başmaqçı olmuş (147).
B aşına götürm ək - səs-küy salmaq, həddindən artıq
şuluqluq eləmək.
İstərəm “gizlənpaç” oynayım yenə,
Başıma götürüb çölü-çəməni (328, s. 150).
Başına-göziinə döym ək - ağlaya-ağlaya özünü döymək.
Yeııə dərzi başına, gözünə döyə-döyə geri qayıtdı (148,
s.64).
Başına gün dəym ək - ağlı başında deyil,
Mirzə Cəlilin köhnə dostu İskəndər Qəffari- “ İskəııdər
xan” “Molla Nəsrəddin’’ jurnalında “Dılğır” imzası ilə məqalə
yazırdı. Həmin gün 1919-cu ilin şəhrivərm I6-sında görüşə
gəldi (197).
B aşına gətirm ək ~ rəva bilmək.
Qarşımızda nə qaldı,
Nə qovqadı, nə qaldı,
Fələk mənim başıma
Gətirməmiş nə qaldı? (33, s. 131).
Başına ip salıb oynatm aq - istədiyi kimi rəftar etmək.
Qırışmal, adam tapmırsan başına ip salıb oynatmağa? (129,
c.I, s.35).
B aşına it oyunu açm aq / gətirm ək -başına müsibət
gətirmək, çox əziyyət vermək, abrını aparmaq.
103
Hefiruz tHəqdi
Əlac onun sən söyləyəri kilkansaç başında tors dəyirman
işlədib pırpız başına it oyunu açmqdır (253, s.148).
Başına iş gəlmək - pis bir olayla üzləşmək.
Sualını cavabsız qoymasından hiss eləmişdi ki, anasının
başına nəsə gəlib (1, s.328).
Başına hava gəlmək - dəli olmaq.
Qorxma bircə bu var ki, sənin başına hava gəlib (195, c.II,
s.51).
Başına qaxınc olmaq -
pis bir əməli, çatışmamazığı
üzünə vurulmaq.
Bu qız məni yıxsa, bütün el içində başı qaxınc olaram
(148, s. 132).
Başına qaxmaq - yaxşılığı, bir eybi birinin başına
qaxmaq.
Dünənki məqamı əlindən çıxan,
Dünəni bu günün qaxır başına (328, s.305)
Başına qalmaq - sahibsiz qalmaq.
Bu saat Buzbulaqda torpaq başına qalıb (118, s 281).
Başına noxta salmaq -oynatmaq, qul kimi rəftar etmək.
Getdi bir həyasız arvad e.ldı, öz başına bir noxta salıb ipini
verdi arvadının əlinə (46, s. 137).
Başına oyun gətirmək/ Başına oyun açmaq - birinə quyu
qazmaq, çətinliyə salmaq, birinə təcavüz etmək.
İsfahan lotuları bizim başımıza gətirəni sizin də başınıza
gətirib (195, c.II, s.59).
Doğrudur, öldürür, itirir dünya,
Başına yüz oyun gətirir dünya (80,c.II, s.275).
Başına pis iş gətirmək - təcavüz etmək.
Harada hansı bir mollanmsa uşaqların başına pis iş
gətirdiyini eşidəndə Şeyx Bərəkənin rəsmi fitvası ilə dərhal
axtalatdırırdı (144, s. 107).
Başına silindr qoyanlar -Avropadan gələn papaq növü
yeniliyin rəmzi idi, ziyalıların qoyduğu papaq ənənəyə, dinə
düşmənçilik kimi qəbul edilirdi. Bir qrup da bunu özlərini ziyalı
göstərmək üçün geyirdilər.
104
TürfcdeifmtCm
H ər başa silindr qoyan əlili hünər olmaz.
H ər oğru özün övməklə mötəbər olmaz ( Sijimqulu - Əli
Nəzmi Kefsiz).
Başına söz qəhətdi - niyə bu cür danışırsan, başqa söz
danışmaq olmaz ki.
Mollaya dedilər: almaq ilə necəsən? Dedi: alıcı quş kimi.
Vermək ilə necəsən? Dedi: Başına söz qəhətdir.
Başına tərs dəyirman çevirmək - başına oyun açmaq.
Əgər bu halda kişi gələ, başında tərs dəyirman işlədərəm
(335, s.66).
Başına toy tutmaq - çoxlu əzab-əziyyət vermək.
Mən onların başına bir toy tutum ki, ta nə qədər sənin
canın sağdır, olar Bərgüşad kəndinə ayaq basmasınlar (195, c.II,
s.9).
Başına vurmaq - başına qaxmaq.
Bir ay süfrənin qırıq-quruğundan yemişik, onu niyə dilinə
gətirib başımıza vurursan? (174, s. 122).
Başın boş tutmaq -ciddi yanaşmamaq, çətin tutmamaq.
Başında dəlləklik öyrənmək - naşı adamın bır sənəti
öyrənmək istəməsi.
-Dayın da gərək dəlləkliyi elə bizim başımızda öyrənəydi
(9, s. 186)"
Başında əkib ayağında biçmək/ başında quş tutmaq -
başına müsibət gətirmək, gününü qara etmək, saymamaq, zülm
eləmək, adam yerinə qoymamaq.
Başında qaranlıq olmaq - xətər olmaq.
Yoxsa uşağın başında qaranlıq var? (142, səh. 346).
Başında qoz sındırmaq - adam yerinə qoymamaq, zülm
eləmək, başına min oyun gətirmək.
Bax, məsələ açılsa, tərs Tahirlə at Balaxanım bu qozları
bizim başımızda sındıracaqlar (9, s. 185).
Başından basmaq -inkişafına, uğur qazanmasına mane
olmaq.
105
Başından bir çuval darı töksən, biri yerə düşm əz - bərk
çopur adam, çiçək xəstəliyi nəticəsində üzündə deşiklər əm ələ
gəlmiş adam.
Elə çopur idi ki, başından bir çuval darı töksəydin, biri də
yerə düşməzdi (46, s.128).
Başından bir tük əskik olmasın -pis heç na arzulamamaq,
birini qorumaq, müdafiə etmək üçün hədə kimi do işlənir.
Başından bir tük də əskik olmasın,
H ər gün bizi yada salan Səhəndin (264, s.80).
Başından tüstü qalxmaq - qəzəbləndim, qanım qaraldı.
Başımdan tüstülər, dumanlar qalxır (337).
Başında tərs dəyirman işlətmək - göz verib işıq
verməmək.
Əlac onun sən söyləyən kilkansaç başında tərs dəyirman
işlədib pırpız başına it oyunu açmaqdır (253, s. 148).
Başında turp əkm ək - olmazın əziyyət vermək.
Balaxanım: turp əkəcək.
-Harada?
-Müdir İbişlinin başında (9, s. 159-160).
Başında turp əkdi o qaynananın,
O, gəlin olmadı, o günü o du (328, s.309)
Paşanın başında gəlin turp əkək,
Şahın çırağını söndürək, hoydu! (148, s. 185).
Başını ağrıtmaq - uzun və faydasız söhbətlə birini nara
hat etmək, yormaq.
Ağrıtma əb əs başım, meyi etmə ülumə
Yox vəqt qoyan elmə, kəınalata, rüsumə (267, s.30).
Başını basmaq - xəyanət etmək, daldan xəncər vurmaq.
Başını batırmaq - öldürmək.
Elə tutaq ki, elə dəvəçilər bizim qabağımıza durdular. Biz
onların başını batırdıq. Kim nə bilir ki, bizik (195, c.II, s.l 1-12).
Başını bəlaya salmaq - birini xataya salmaq.
Başıma salmışam bunca bəlanı
M eni öldürməli, döyməli deyin (35, s.503).
106
Başını dik tutmaq - məğrur olmaq, yaxşı əməlm ə görə
qürur duymaq.
Əyilməz başımı dik tuturam mən,
Nə yaxşı oldu ki, sən belə gəldin (80, c.II, s. 163).
Dostları ilə paylaş: |