Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17.08 Mb.
Pdf просмотр
səhifə14/43
tarix31.01.2017
ölçüsü17.08 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

Çocuq sanmaq -   uşaq bilmək,  səfeh yerinə qoymaq.
Aç! Çocuq  sanma  həmvilayotini (75, c.IV,  S. 107).
Culfa  kəfənsiz  ölər  -  culfa  Azərbaycan  türkcəsində  sulu 
tarlaya  və  parça  toxuyan  adama  deyilir.  Bu  deyim:  “kuzəkar 
sınıq kuzədə su içoı”  mənasındadır.
Culfa  olmamış  kələf oğurlayır -  siçan  olmamış  çuval  dibi 
dəlir.  Bir şey yoxkəıı özünü göstərir.
Cübütləmək -  gizlinco bir zadı oğurlamaq.
Cücə  basdırmaq  -  xürafata görə, bəzilərinə turşu qoymaq, 
cücə  basdırmaq...  düşməz  Burada sənin  təklif etdiyin  işə  boyun 
qoya bilm ərəm
Cücə  həmişə  səbət  altında  qalmaz  -  bu  güııxü  əlsiz- 
ayaqsız  adam,  yaman günə  düşən  bir kimsə  sabah  böyüyüb təzə 
imkan ələ gətirər.
Cücəkeşlik - farscadır,  burada çox  doğan  qadın  mənasında 
işlənir.
H ər İki  ildə doğur arvad ekiz,
Cücəkeşi  daim olub  tərtəmiz (168,  s.310).
157

‘lü r^ d eym h ri
‘Behruz
яш ЗЯ ш
Cücə  maşını  olmaq  -  bir  adamın  çoxlu  uşağı  olduqda 
deyilir.
Cöcəmə  bəzəm ək  -  oyun  çıxartma,  şarlatanlıq  etmə, 
aldadıcı  işlərə əl vurma.
Azərbaycanda quş ovçuluğu m üxtəlif surətdə olur.  Kəkliyi 
tutmaq  üçün  m üxtəlif oyun  və  kələklərə  əl  vururlar.  Onlardan 
biri də cöcəm ə bəzəməkdir.  Əvvəlcə kəklik olan  yerlərdə adam 
yerləşən,  oyan  bu  yana  çəkməyi  asan  olan  balaca  ağaclardan 
çardaq  düzəlir  ki,  ona  püri  deyirlər.  Bunun  üzərinə  ot-ələf 
tökürlər. 
Sonra  onun  üstünə  balaca  balaca  rəngbərəng 
parçalardan düzəlmiş bir örtük  salırlar.  Bu püridə  balacc  bir baca 
açıq  qoyurlar ki,  ordan  kəklikləri  görüb  güllə  ilə,  yaxud  aldanıb 
yaxına  gələnləri  əlləri  ilə  tutsunlar.  Cöcəmə  bəzəm ə  deyimi 
indi  də  Azərbaycanda,  o  cümlədən  Miyanada  hər  gün  bir  dona 
girən, xalqa quyu qazan adamlar haqqında işlənir.
Cücəni  payızda  sayarlar  -  işin  nəticəsinə  görə  qiymət 
verərlər.
Eybi  yoxdur,  əğil  yaşda  deyil,  başdadır,  cücəni  payızda 
sayarlar (11,  s.26).
Amma  biz  işə  sözdən  artıq  əhəm iyyət  verdiyimiz  üçün 
yazdıqlarmızı 
oxuyub 
saqqallarınıza 
güldükdən 
sonra 
başladığımız  böyük  işi  təqib  edirik.  Sizə  deyəcək  sözümüzü 
Azərbaycan  kişilərinin  bu  məsəlində  xülasə  edirik:  “Cücəni 
payızda sayarlar”  (30,  №21,  1945).
C ülbəndin  fikrində  olmaq  -  şəxsi  mənafeyi,  millətin, 
ailənin,  dostun taleyindən üstün  tutmaq.
Kim bu bədbəxt ümmətin zikrindədir,
H ər k əs öz cülbəndiniıı fikrindədir (168,  s. 189).
Cürüldəşmək  -  iki  nəfərin  bir-biri  ilə  gizlicə  qərar 
qoymaları.
Cüyut - yəhudilərə deyilir.  Burada həddən artıq  pul  sevən, 
qan soran,  alış-verişdə bacarıqlı adama işarədir.
O savadsız idi,  ancaq ticarəti çox yaxşı bilən adam  idi.  Ona 
görə də həmkarları ona Cüyut İbrahim deyərdilər (55,  s.202j.
158
'Befiruz  ‘tbqqi
4
ür^deyimlm
Çadra  altından  boğma  çıxartmaq  -   üz-üzə  danışmaq 
cürəti olmamaq.
“Ayəndə”  məcəlləsinin  9-10-  cu  şümarəsi  çapdan  çıxıb 
satışa  buraxılmışdı,  nə  səbəbdənsə  doktor  Əfşarın  köhnə  əfkarı 
təzələnib  iyirmi  beş  il  bundan  qabaq  hansı  əfəndinin  isə  ona  nə 
dediyini  yadına  salıb  bəd  əz  xərabeyi  bəsrə  çadra  altından 
boğma çıxartmağa başlamışdı (30,  №22,  1945).
Çadrasızlıqdan  evdə qabrıaq  -  şərait, mühit yaranan kimi 
başqa adamlar görən  işi  ondan da görmək olar.
Çağır  gəlsin  dən  Koroğlu!  -  bir  işi  boynuna  götürdünsə, 
gərək onun bütün çətinliklərinə çözəsən.
Çağırılmamış  qonaq  -  siyasi  mənada  bir  ölkəyə  təcavüz 
etmək,  işğal  etmək.
Başımıza  atəş  və  pul  ilə  göndərilən  çağırılmamış  tazə 
qonaqların  çoxunu  biz  tanırıq. 
İmtahan  olunan  bir  işi  daha 
imtahan  edənlər  peşimanlıqdan  başqa  bir  nəticə  əldə  edə 
bilm əzlər (246, s.159).
Gülsabah- biz çağırılmamış qonağıq,  desəniz də gələcəyik, 
deməsəniz də (72, c.III,  s.88).
Çağırılmış bayatı - dəfələrlə təkrar olunmuş söz.
Şura  Azərbaycanının  Elm lər  Akademiyasının  1945-ci  ildə 
Təbrizdə  çıxan  “Azərbaycan  dili”ndə  belə  yazır:  “Guya 
azərbaycanlıların 
monqol  istilasından  sonra  türkləşdikləri 
haqqındakı  boş boğazlıqları  da təzə bir şey deyildi,  bu çağırılmış 
bayatıdır” .
Çaxırı  çaqqalın  boğazına  töksən,  canavarı  basar  -içən  
adam özünü əldaha bilər,  ağlını  itirər.
Çaxırı  çaqqalın boğazına töcsən,  canavarı basar (9,  s. 14).
Çaxnaşmaq -  qarışıqlıq, bir-birinə dəymək.
Siyasi  iqtisadi  narazılıqlar  nəticəsində kütləvi  etirazları  bu 
sözlə  ifadə edirlər.
159

Tür/^deyimtm
Deftnız  thfoqqi
Büzür xan:  Yenə də bu şəhrə çaxnaşma düşüb,  küçələrdən 
keçmək qeyri-mümkündür,  saat qabağı,  alaqapı  meydanı,  hər yer 
nümayişçilərlə doludur (302, s.19).
Çaqçuq eləmək -   birtəhər dolanmaq, baş girləmək.
Onlardan mən də çaq- çuq eləyirəm  axı  (9,  s. 147).
Çaqqaldan  çox  çarıq  aparan  olmaz,  yenə  ayaqları 
yalındır - özgənin pulu,  əməyi  ilə xoşbəxt yaşamaq  olmaz.
Çaqqal tülküdən betərdi  -  tula itdən murdar.
N əzərə  aciz gələn adam daha təlılükəli olur.
Çaqqal  var  baş  qoparır,  qurdun  adlı  bednanıdır  - 
zahirdə  yazıq  görünən  adam  bəzən  çox  təhlükəli  görünən 
adamdan da təlılükəli  ola bilir.
Çalağan  quş -  zirək, əlli  ayaqlı  adam.
Çalıb  çağırmaq;  -  dil  tapmaq,  sakit  danışmaq.
Çalı  bəzəm ək  -yazın  gəlməsinə  ağac  bəzəmək  və  burada 
oyunbazlıq  mənasında işlənir.
İlin  axır  çərşənbəsi  və  bayram günləri  evləri  bəzəməkdən 
ötrü  kövşəndə  qışda  qurumuş  çalıları  (gildik  budağının  qurusu) 
evlərə gətirib onlardan  müxtəlif quru  meyvələr asıb  (məsihilərin 
küknar ağacını  bəzəməsi kimi)  bəzəyərlər (  123,  s.89).
Çalı tikanı -  dili acı, başqalarına əziyyət verən
Çanağından  çıxmaq  -  tısbağa  qınından  çıxdı,  qınını 
bəyənmədi.  Əslini-kökünü  danmaq,  ata-anasını,  çıxdığı  ocağı 
bəyənməmək.
Üç  ay o  yanlarda oxudun deyə,
Nə tez çanağından  çıxmısan  çölə?  (265).
Çanaq  başında  çatdamaq  /  sınmaq  -   günahı  mənim 
boynunu, salma.
Axırda bizim başımıza vurdu çanağı,
Su başdan  aşdı  ( 267,  s. 17).
Ara yerdə çanaq  o yazığın  başında çatladı  (72,  c.lll,  s,49).
Çanaq  bizim  başımızda  sınmasın  -   xata-  bala  bizim 
boynumuza düşməsin.
Çapçı  - yalan danışan.
Çar-çək qalmaq  - əlacsız,  naçar qalmaq.
160
Nikolay zülm eylədi,  buldu cəzasın  aqibət,
Gör necə zindanda qalmış çarü-çək, ey Vilhelm!  (301). 
Çardərədə  fit  vurmaq  -  hoqqabazlıq  etmək,  fürsətdən 
sui-istifadə etmək.
Çarığın  əsirgəm əyən  patavasmı  da  qoyar  üstünə  -  bir
zadını  verən hər zadından keçər.
Çarığın  əsirgəm əyən  patavasmı  da  qoyar  üstünə  (103,
s.68).
Çarıqlını  mən bəyənmirəm,  çəkməli  də məni  bəyənmir
—  bir  qız  gələn  elçilərə  getmək  istəmədikdə  belə  deyir,  yəni 
m əni 
almaq 
istəyənləri 
mən 
həvənmirəm , 
mənim
bəyəndiklərim  isə məni  bəyənmirlər.
Çarşab  corab  etmək -  hazırlaşmaq.
Çarvadar ev  olmaz,  qonşunu  dərd öldürər-  paxıl  qonşu 
elə  bilər hər gedən gələnin  başından  pul  yağar,  əslində elə deyil. 
(Fərəh)
Çaş-baş - özünü itirmək, hadisələrdən baş çıxarmamaq. 
Mirzə Cəlil ças-baş qalmışdı,  ona elə gəlirdi  ki,  atlı  zarafat 
eləyir (301,  №110,  s.9).
Yüz  illərlə  ermənilərdən 
“Allah 
saxlasın!” 
eşidən 
müsəlmanlar  bu  açıq,  birdən-birə  söyüş,  irz-ııamusa  toxunan 
əm əlləri  eşitdikdə,  və  yaxud  illər  uzunu  evlərində  mehman 
olduqları  erməni  kirvələrindən  qarət  və  qətl  görüncə  çaş-baş 
qalmışdılar (232,  s.90).
Çatını  boynuna salmaq -  girə  salmaq; əsir etmək.
Əlli il sinəmiz üstə  çapıbdır atını,
İndi  amadodir el,  boynuna salsın çatını  ( H.Tərlan,  s.27). 
Çaya  susuz  aparıb  susuz  gətirmək  -   birini  səfeh  yerinə 
qoymaq.
-  Onları  suya aparıb  susuz gətiriblər (9,  s.37).
Çaydan  keçəndə  ağla  qara  bəlli  olar  -  əm əl  vaxtı,  işə 
gələndə kimin neyə  qadir olduğu  bilinər.
Çaydan keçəndə bəllənəcək  qarəsi,  ağı (168,  s.35).
Çaydan keçəndə böyür böyürə dəymək -  uzaq qohum. 
Çay  görməmiş  çırmalanma - boş yerə əl-ayağa düşmə.
161

'Befauz
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş  (267,  s.224),
Çay  quşu  çay  daşı  ilə  vurular  -  ağacı  öz  içindən  qurd 
yeyər.  Ailəni,  ya  bir  milləti  onun  öz  içindəki  xainlərin  əli  ilə 
sarsıtmaq olar.
Çay  pəhləvanı  -  keçmiş  həyatdan  təkcə  çay  xatirəsini 
diriltməyə çalışan kəndlilər.
Kənddən  qaçanların  keçmişlərdən  təkcə  bir  dəryan  çayı 
yadlarında qalıbdır.  Çay pəhləvanları ( 203).
Çay  pulu  -  hər bir vətəndaşda vətən  sevgisini  öldürən  bir 
xəstəlik;  Bu xəstəlik  müxtəlif zamanlarda  “bığ  yağı”,  “görm ək”, 
“rüşvət”,  “hörmət” və “çay pulu”  adları ilə özünü göstərmişdir.
M əmur tutanda səni,  ver rişvə xilas ol,
Ver çay pulu,  qurtul!  (168,  s.305).
Çeşni  çıxartmaq  -   yalandan  təzə  bir  şey  icad  eləmək, 
oynamaq.
-  Çeşni  çıxarmaqlıq  xeyli pjs əlamətdir, əzizim!  ( 253,  s.7).
Ç ezm ək -  ölmək,  uğursuzluğa düçar olmaq,  rüsvay  olmaq, 
siyasi mənada xalqın  ayağa qalxması  nəticəsində yenilmək.
İfi.ixar eyləyə  şah gərək bizə,
Eşşəklər  düşünsə,  şah  gərək  çezə'  (Nəccaroğlu.  Dördüncü 
dəftər,  s. 17).
Təbrizdə  Hitler  Almaniyası  tərəfdarlarından  biri  var  idi, 
onun  “alman  çezdi”  sözü  ən  həssas  yeri  idi.  Bu  sözü  dilinə 
gətirən  adamı  öldürməyə belə  hazır idi.
Ç ək -çev ir-  sınamaq.
O  taydan  qəbir  şəkli  getirdik,  bu  tayda kommunist  Sultan 
Əmirimi, M ədəd Əmirimi çək-çevirə salırıq (142,  s. 11).
Canım  bir  qızın  özündən  soruşsanız,  bu  işi  çək-çevirə 
nəçin  sa.lmışsınız?( 46).
Çəkiş  bərkiş  etmək  -  bir  zadın  üstündə  israr  etmək; 
bihudə vaxt tələf eləmək.
Tapdalanmışlar çəkiş-bərkişlərin məğlubudur.
İndi yoxsulluq zaman böhranlarından aslanır (231).
162
Ç ək  qəmişin  -  məndən  əl  çok,  faydasız  işdən,  sözdən  əl
‘Behruz
çək.
Ver nişan millətə,  İranda əgər vardır işin,
İndi  ki, yoxdur işirı eyləmə zor, çək qəmişin!  (301,  s.71).
Ç əm b ər bığlı -  yekə bığ.
İndi  artıq  heç  bir  şübhə  yeri  qalmadı,  o  çəmbər bığlı  gənc 
Vəlidən başqa kim ola bilərdi? (M.Hüseyn).
Çəm-xəm  etmək  -nazlanmaq,  başqalarını  öz  gözlərini 
süzdürmək  və yerişi ilə yandırıb yaxmaq.
Bəsdir, öldürməyəcəksən gözəlim dünyanı,
Hər üzü göyçək olan da bu qədər çəm-xəm elər?
Eyləyir çəm-xəm,
İşləri  m übhəm(72, c.III,  s.308).
Bundan irəli,  tüksüz uşaq nazə qoyurdu,
Səqqollilərin çəm- xəmi də tazə çıxıbdır (250,  s.63 ).
Çənə atmaq -çox danışmaq,  can  vermək.
Çənəbazar  -  sözləşmək,  bəhs  etim  к,  hakim  mövqedən 
danışmaq.
Bura sənin dükanın deyil,  çənə bazarına çıxasan (129).
Çənə-boğaz - uzun müddət mübahisə etmək.
Çox  çənə-boğazdan  sonra  axırda  Alı  kişi  ustanı  razı  elədi 
ki,  daşı  zindan üstünə qoyub döysün (174,  s. 14).
Kəndlilər ilə çənə-boğazdadır (72, c.III,  s.38).
Çənədən saz -  çox danışan.
Maşallah,  deyəsən bu da çənədən sazdır (9,  s. 157)
Çənədən saz,  ağıldan  az -  düşünmədən,  boş  -  boşuna çox 
danışan adam.
Çənə işlətmək -  çox danışmaq.
Emıəni-müsəlman  davasınm  qızğm  zamanında  din  və 
m illət  düşmənlərinə  qarşı,  ingilislərin  əleyhinə  qabaq  Quba 
meydanında,  Kömürçü  bazarında  o  Cəlil  Nairn əfəndi  düz  saat 
yarım  çənə  işlətmiş  və  bütün  bazar  camaatının  qəlbində  böyük 
bir həyəcan törətmişdi (254,  s.9).
Çənəmin  çüyü çııxıb  - çox demişəm, çox təkrarlamışam.
163

Qurkdeymhri
‘Befauz
İclaslarda danışmaqdan çənəmin çüyü çıxıb  (84,  s. 182). 
Ç ənəsi  qızmaq  -  həddən  artıq  danışmaq,  başqalarına  da 
imkan verməmək.
Çənəsini boş qoymaq - ağlına gələni danışmaq.
Çənəsinin altına salmaq — öyrətmək.
Çopur Abdulla onu  salmışdı çənəsinin  altına (1,  s.290). 
Çənə  yormaq  -  boş-boş  danışmaq,  ağılsız  adamı  nəsihətlə 
yola gətirməyə çalışmaq.
Çərçi -  xırdaçı
Ə,  sən nə çərçisənmiş,  ə r’ (9,  s. 167).
Çənginə almaq -  əlinə keçirmək.
Almış idim məmləkəti çəngimə,
Şahsevənin yol kəsənim hay, hay!  (80, c.II,  s. 105).
Çərxi çönmək -  işləri nəhs gətirmək.
Dağlar alır, nərə salır, nahaq kəsir dilləri,
Dəfi  dönən,  çərxi  çönən  çağı  gözlə,  gözlə  son!  (32,  e.II,
s.29).
Qurban deyər bəndəsindən  bir xalıq  üz döndərə,
Qurğusunu yana əyə, çərxini tez döndərə  (32, c.II, s.54). 
Mən nə deyim çərxi dönmüş lələyə,
Axır saldı məni olmaz kələyə (35,  s.541).
Çərlətm ək -  vərəmlətmək,  boğaza yığmaq.
Bilməm nə çarə eyləyim, ay Molla Nəsrəddin,
Çərlətdi lap m əni bizim övrət, gavur qızı  (267,  s. 136). 
Çərşənbə  bazarı  -  qarma-  qarışıqlıq;  lazım olan  hər şeyin 
tapıldığı yer.
Çərtmək -  sözü uzatmaq.
Çətini  eşşəyi  körpüdən  keçincədi  -  öz  işini  aşırandan 
sonra heç kəsi  saymaz.
Yekə şeytan əlinə noxtav)  verdin,  gördüm 
Körpünü eşşəyi keçsə,  bişirər yağlı bir aş (224,  s. 13). 
Çığırmağa  dəyirman,  öyünməyə  yad  eilər -   yad  yerdə 
özünü öyən adam.
Çığırmağa dəyirman, öyünməyə  yad ellər (335,  s.91).
164
7w
-kfarimhri
Çıxıb  ceyran  dağma  -  çox  çətin  olub,  ələ  düşmür  ,  pul 
əld ə etmək üçün də işləmək lazım  idi.
Lakin iş ham,  iş çıxıb ceyran dağına ( 82).
Çıxmayan cana nə qülvüllah -  bir iş  sona çatmamış onun 
nəticəsindən danışmaq.
Çıxmayan cana nə qülvüllah (84,  s.39).
Çıxmaz ayın  son  çərşənbəsi-  partlayan  ayın  on  dördü  - 
qeyri-müoyyən bir zaman.
Çırağını  yandırmaq  --  bir  adamın  övladı  olmaq,  birinə 
yardım etmək.
Yəni məndən sonra heç kim dünyada,
Mənim çırağımı  yandırmayacaq?  (328,  s.319).
Çırağı, sönmək -  xoş günlərini  əldən  vermək,  yaman günə 
düşmək.
Çıraq  kimi yanır - ümumiyyətlə,  fərşə,  xalıya gözəlliyini, 
rənglərinin  aydınlığını  bildirmək  üçüıı  deyərlər.
Çıraq  /  mum  öz  dibinə  işıq  verməz  -  bəzi  adamlar  öz 
yaxınlarına,  öz  ailəsinə  yox,  tanımadığı  adamlara  köməklik 
edərlər.
İşıq  verməz heç  bir zaman dibinə,
Şəmo ellər üçün yanar demişlər (Moci).
Çıraq  hərgiz işıq  verməz dibinə,
Bu vazeh,  şah,  pul qoymaz cibinə (147).
Çıraq  vermək  -  işarə  vermək;  bir  işə  razılıq  bildirmək, 
birinə  şərait yaratmaq.
Əkinçiyə  torpaq  verdi,  çörək  verdi,  çıraq  verdi  (  Sahirin 
çap  olunmamış şeri).
Çıraq  yandırmaq  -  insanın  son  nəfəslərində  bir  neçə 
anlıq canlanıb  sonra ölməsi.
Çırtıq  vursan,  qanı  çıxma
2
  -  çox əsəbiləşib.
Şahzadənin  sifəti  qapqara  olmuşdu,  çırtıq  vursaydın,  qanı 
çıxardı (46,  s. 133).
Çırtılmaq  -  həqsiz  olaraq  məcbur  qalıb  bir  quldura və  ya 
dövlət adamlarma pul vermək.
165

Çırtma  vursan,  qan  damar  -  çox  əsəbi  olmaq,  dağda 
yaşayanların  özü.
Eldar  dünən  bir  halda  gəlmişdi  ki,  çırtma  vursaydın,  qan 
damardı (84,  s. 121).
Çırt-pırt -  boş,  faydasız şey.
İndi  hər  nə  teatra  çırt  oldu,  pırt  oldu,  yaz,  tök,  camaatın 
qabağına (72,  c.III,  s. 133).
Çiban  başı - hər bir pis işin  əsl  səbəbi.
Çiçəyi 
bum unda 

təzə  gəlin, 
təzə 
evlənənlər. 
Ümumiyyətlə,  gülü başında lap təzə dərilmiş xiyara deyilir.
Çiçəyi  çırtlamaq  -  sevinm ək.
Çilik maça - bir dəri, bir sümük.
Çil  toyuğun  tək  yumurtası  -  əlindən  bir  iş  gəlməyən 
adamın  kiçik bir işi  şişirtməsi.
Bütün toyuqlar yumurtlayır,  səsləri  çıxmır,  amma  çil toyuq 
bir yumurta yumurtlayanda qaqqıltısı  aləm ə yayılır (52,  s.,231).
Çimirini almaq -  mürgüləmək.
Amma m ən gözümün çimirini ala bilmirəm (9,  s.82).
Çinar  -  çinar  Azərbaycan  ədəbiyyatında  gözəllik, 
məğrurluq rəmzidir.
Bv,  gələn yaya bənzər,
Boyu çinara bənzər (24,  s. 154).
Çinçavat  

  çox  təmizliyə  diqqət  edən,  bir  növ  vasvası
adam.
Qədim  türklərdən  olan  bir  tayfanın  adıdır.  Azərbaycanın 
cənubunda  bu  elin  özündən  ad  qalmasa  da  deyim  həmin  adın 
nişanəsidir.
Türkiyənin  İqdır bölgəsində bu adda bir köy var.  Bu köyün 
adı  Qıpçaq  saka  boylarından  Çinçavat  boyunun  adından 
alınmadır.  Özbəklərin  mənşə  əfsanələrində Həzrəti  Nuhun  oğlu 
Yafəsin  oğullarından  birinin  adı  Çinçavatdır (236,  s.384).
Çin  divarı  -  böyük  maneə,  tarixin  hərəkətinin  qarşısını 
almaq üçün hər işə əl vurmaq.
Rzaxanın  meydana  atılması  ilə  bizim  döyüş  cərəyanımız 
başqa  yola  düşdü,  mətbuat  fəaliyyətimizi  Avropaya  köçürdük.
166
‘BeAruz,  yfyqqi
Bu  zaman  müxtəlif  yollarla  qəzet  və  jurnallarımızı  Rzaxan 
polisinin  İran  sərhədlərinə  çəkdiyi  Çin  divarından  keçirərək 
ölkənin daxilinə çatdırdıq (6,  15  Azər,  1322).
Ç inədanı boş - düşüncəsiz, əlindən iş  gəlməyən, biliksiz.
Çinədanına  yığmaq  -  ürəkdə  yığıb  sözləri  saxlaraaq;  söz 
ehtiyatı  çox olan adam.
Anladım banlamağından,
Çinədanında nə var? (168,  s.358).
Amma  hər  şeyi  yığır  çinədanına,  hərdənbir  dəftərinə  də 
yazır (9,  s. 150).
Çini qab yerə düşsə, sınmasa da  səslən ər-ü rək   nciməsi 
iki  dostun,  yaxud  ər  arvadın  ayrılığına  səbəb  olmasa  da  təsirsiz 
olmaz.
Çiyin çəkmək -  boyun qaçırmaq.
Hökumətdən  də  sonışduq,  hökumət  do  çiyin  çəkdi  (296, 
s. 150).
Çiyni  başından  ııca  durub  -  Azərbaycanda  soyuq  olan 
zaman  birinin  paltarı  az  olanda  təbii  olaraq  çiyinlərini  yuxarı 
qaldırar.  Üşümək mənasındadır.
Çiynindən  yük  götürülmək  -   bir  məsuliyyətli  işi  sona 
çatdırmaq.
Həmid  Hazıyevin  yanından  sakit  gedirdi,  ancaq  elə  bil 
çiyinlərindən  ağır  yük  götürülüb,  ürəyinin  üstünə  qoymuşdular 
(1,  s. 162).
Çiy söz -  düşünülməmiş  söz.
Çiy  söz  söyləyənləri  çiy  adam  çağırın  (  “Elimizin  söz 
sərvəti”).
Çiy süd əmmək - insanın etibarsızlığına işarədir.
Çoban  çox  olanda  qoyunu  qurd  yeyər  -  iş  bir  adama 
etibar olunanda onun məsuliyyəti də çox olar.
Çoban -çoluq - yoxsul, kasıb,  savadsız,  zəhmətkeş.  Təhqir 
mənasında işlənir.
Çoban -çoluq yardımı mənə gərəkməz.  (M.  Rzaquluzadə).
Vəzir, çoban çoluq məclisidir bu? (S. Vurğun).
167

Be/iruz 
9

T ür^eğm bri
Erməni  və  müsəlmanlar  burasını  bilməlidirlər  ki,  hər 
səmtdə  lənətə  layiq  görülmüş  bir  sıra  çoban-çoluq  vuruşması, 
şəxsi-qərəzi  ya.,  naminə  baş  vermiş  oğurluq  və  cinayət 
əməllərinə  bu əsərdə qətiyyən  yer verilməmişdir (232,  s.6).
Çobanın  sovqatı bir dəsmal  mırçahqdır -  mırçalıq fındıq 
boyda  dağ  şalğamıdır.  Yarpaqları  pəncə  kimi,  rəngi  də  tusidir. 
Boş torpaq  yerdə  yazm  əvvəlində  olur.  Üstündə  qəhveyi  qabığı 
var,  onu çiy  yeyirlər.  Hər kəs öz  gücü qədər birinə  yaxçılıq  edə 
bilər.
Çox  arpa  atı  çatlaıdar  -  bir  adam  həddindən  artıq  yesə, 
zərərini çəkər.
Çox  bilən  çox  çəkər  -  qarğış  kimi  “bildiyin  qədər 
çəkəsən”  kimi işlənir.
Bir 
düşünən 
adam, 
başqalarına 
boyun 
əyməyib 
çətinliklərlə  üzbəüz  olar,  ikinci  mənası  hiyləgər,  başqalarına 
dolaşan adam qisas görər.
Çox  çaylardan  keşmək  -  başına  çox  iş  gəlmək,  həyatın 
isti-soyuğunu  görmək.
Çox deyib, az eşitmək -sö zü  saymamaq
Ana çox dedi,  oğul  az eşitdi  (148,  s.l 17).
Çox gülmə,  güldanın  alar  -  cavanlar içində  vaxtsız gülən 
adama belə deyərlər
Çox  hürən  köpək  qapınaz 
iş  görən  adam  danışmaqla, 
çənə-boğaz olmaqla vaxtını  keçirməz.
Çox  kötük  üstə  çox  şiv  doğranır  /  Çox  küplər  yanında 
çox  küzələr  sınıb  /  yatan  ölməz  yetən  ölər-  cavan  adam  da 
qoca  adam qala-qala  vaxtsız  ölə  bilər.  Burada kötük,  küpə  yaşlı 
adama, kuzə  və  şiv isə  cavan adama işarədir.
Ağacda budaq quru,
Budananlar höyüşdii (328,  s.81).
Çox kötüklər üstə çırpılar doğrayıblar (1 2 9 ,1,  s.61).
Çox  yekə  sıçıb,  başından  da  dişlir  -  günah  eləm əyi  bəs 
deyil, qabaqdan gəlmişlik də eləyir.
168
Tür£j(eyimCm
Ikftruz
Ж
Çox yemək  adamı  az yeməkdən də  qoyar /  artıq  tamah 
daş  yarar,  daş  qayıdar,  baş  yarar- 
tamahkarın  saqqalı 
müflisin götündə olar -  tamahkarlıqdan zərər gələr.
Çox yemək adamı  az yeməkdən də qoyar (9,  s.48).
Çolaq  koru  görəndə  öz  halına  şükr  edər  -  insanlar 
özlərindən ağır vəziyyətdə  olan adama baxıb  təsəlli tapırlar.
Çomaq-çoluya  rast  gəlmək  -  yoxsulun  yoxsula,  yazığın 
yazığa rast gəlməsi
Keçəl başm  nə  dəvarnı,
Şüşək salan doluya,
Qədim məsəldir:  vəli,
Tuş gəlir çomaq-çoluya (168, s.444).
Çöl  dovşanı - xoşagəlməz, qəddi-qaməti eybəcər.
Gəlin demə,  çöl  dovşanı,
Boyu  quşbaz,  koloşanı  (quşbazların  əllərində  götürdüyü 
nazik,  uzun ağac)(168,  s.237).
Çöl  quşu,  biyaban  daşı  -  pul  qazanmaq,  ailəni 
dolandırmaqla məşğul olan kişilərə aiddir.
Söz-sözə gələndə  adına anam 
Deyirdi:  çöl quşu,  biyaban quşu.
Çöllərə  salmaq  -   birinə  aşiq  olmaq,  birini  evsiz-eşiksiz 
qoymaq.
Çəkirəm həsrətini,  mən yazıq bimara baxın,
Axır  məni çölə  salıb,  eyləyib avarə,  baxın.  (32,  c.ll,  s32). 


Поделитесь с Вашими друзьями:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə