Çöllərində ilan m ələr - quruluq, susuz yer.
Çölüm özgəni yandırır, içim özümü -
baxan mənə
həsəd çəkir, amma dərdim özümü yandırır.
Çölüm özgəni yandırır, içim özümü (9, s.171).
Çönıbəlməyincə Itıürəmmir - qocalmaq, gücdən düşmək.
Kənddə daha bir hampalıq sürən yox,
İtlərdə də bir çömbəlib hürən yox.
Çömçə qazandan istidir - anadan mehriban dayə
anlamındadır.
Çömçə isti olub indi qazandan
el ağzı-
169
Hehruz ffafcfi
lür/çtieym fori
Fal ağzı
Yaxşı deyirlər (328, s.30l).
Çöp altında dəyirman tikmək - biriııə quyu qazmaq,
gizli iş görmək.
Sənə nə düşüb ay mürtəd oğlu mürtəd, girm isən meydana,
çöp altında dəyirman tikirsən? (335, s. 125).
Çöp çöpə dəyəndə - hər cırt başı, pişik asqırması.
Neçə il Həmədanda qalan bir adam çöp-çöpə deyəndə
deyirdi: M ən Həmədanda olanda yeddi kərdini birdən atılardım.
Bir bilici adam dedi: Həmədan uzaq, kərdisi yavuq, buyur atlan,
görək necə atılırdın (272, s. 11).
Ç öpə dəyməz - dəyərsiz
Mülk ilə malü-səltənət, bir çöpə saymaz, ey sənəm,
Kim ki dilər vüsalını, ya rələbiı camal edər (225, s.228).
Çöpə dönmək - arıqlamaq, zəifləmək.
Deyirəm ey ana, sən deyən olsa,
Onda m ən indi bəs lap çöp olmuşam ( Ə.Miyanalı).
M illət qəmi olsa, bu cocuqlar çöpə dönməz (306, s.68).
O gördü bir çöpə dönmüş bədəni,
Yaralı ürəyim yorğundur mənim (146).
Çör-çöp kimi olmaq - dəyərdən düşmək.
Qismətimizi çör-çöp kimi tullar üzə daim,
Murdarını qəlbində vəli gizlədər ümman (115, №5, s.64).
Çörək atlıdır, o piyada /Özü yayan, əkm ək atlı - nə
qədər çalışsa da, pul qazanmağın yolunu tapa bilmir.
Çörək ağacı - yaşamağı, güzəranı təmin edən bir peşə.
M ədən müdiri: axı mədəıı sizin çörək ağacınızdır
(M.Hüseyn).
Şerdən becərməz çörək gğacı
Bitsə də şerdən bağçalı bağlar! (113).
Çörəkdə duz yoxdu, qorxma - duz müqəddəs sayıldığı
üçün nankor adama deyilir.
Çörək itirən - haqq- salamı, yaxşılığı tapdalayan.
Bəs nə üçün kor oldun, bu qədlər nankor oldun,
Çörək itirən oldun ( 265).
170
7
ür£da/mtbri
Hefoıız
Çörəkli -çörəklidir, qacar clıdır, varlı-karlı və əli açıq
adamdır.
Əlində qara təsbeh, mal üstə çörək qoyub
Çörəkli diyənlər kimi bir-birinə düyünləyirdin.
Bəlkə bitsin bu sövda, gün xərcinə çalışırdın (94).
Bəzi fırıldaqçı adamlar satdıqları şeyin üzərində çörək
qoyaraq onun qazanc gətirən, “çörəkli” olduğuna müştərini
inandırmaq məqsədilə: “Əbülfəz haqqı, bu satdığımın çörəyi
var” deyib and içərdilər.
Çörək quru, ayran duru - kasıb süfrəsi.
Çörək yeyəndə pişiyin gö
2
ünü bağlayır - çox xəsisdi.
Çörəyə bağlanmaq -yediyi çörəkdən utanmaq. -
Sonra çörəyə bağlanarıq, arıdan iş çıxar ( 295, s.140).
Çörəyi basmaq - nankorluq.
Səni nə vadar etdi ki, mənim verdiyim çörəyi basıb
Fəzlüllalıa uydun?(144, s. 117).
Çörəyi baş altındadır - xəsis, varlı- karlı, şanslı adam.
Çörəyi burnuna yeməmək - mənim də təcrübəm var.
Bumumuza biz də yemirik çörək,
Hor nə deyirsən deginən tez görək (9, s. 124).
Çörəyi daşdan çıxmaq - çox çətinliklə çörək qazanmaq.
Bağışla çiçəyim mənim,
Ömrüm, əm əyim mənim,
Neyləyim çıxır daşdan
Bir tikə çörəyim mənim (“Muğan”).
Çörəyi diz üstədir - haqq - say itirəndir, xəsisdir.
Balağa kimi çörəyi dizinin üstündə olanlar ayağımızın
altını qazırlar (1, s .l61).
Çörəyi qulağımıza yemirik ki?!- biz də çox şey bilirik,
m əni səfeh yerinə qoyma
Biz
qağa,
çörəyi
qulağımıza
yemirik,
ağzımıza
yeyirik...(84, s.84).
Çörəyin ağızda böyüməsi - iştahasızlıqdan və ya
xəstəlikdən çörəyi yeyə bilm əyən, çörəyi uda bilməyən.
171
Hehruz J f a q q i ________________________________lu r^ d eı/im b ri
Çötkə
çıxarda bilməyən hesab -
hədsiz sərvət,
sümürgəçilik və yoxsulların varını mənimsəməklə toplanan
sərvət.
Bir iddə olub naz ilə nemətlərə sahib,
Çötkə çıxadammır, bu qədər nemət olarmı? (95, с.Ш,
s.648).
Çubuğuyu çəkəcəklər - sənin do hesabına yetişəcəklər.
Çul-çapıq - indi “çul -m u l” formasında işlənir.
Bərkə qoyduq çul-çapığı soyuna,
Çit arxalıq yaraşırdı boynuna (Ağdabanlı Qurban).
Çulunu sudan çıxartmaq - özünii idarə etmək, müstəqil
yaşaya bilmək.
Mən öz çulumu sudan çıxara bilmirəm, gedib Moskva
teatrı ilə kəlləbəkəllə gələcəyəm? (72, с. III, s.106).
Çulu yırtmaq -- qışqır- bağır salmaq, atılıb düşmək.
Atılıb-düşmə cocuq, yırtma yalandan çuluvu,
Biri öz oğlunu evləndirir, oğlan sənə no? (168, s.258).
Çtinki oldun dəyirmançı çağır gəlsin dən Koroğlu - bir
işə əl vurdun, gərək arxasınca gedəsən.
Bu məcburi zarafatı yarımçıq qoymaq olmazdı “çünki
oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu”(84, s. 183).
Çiirük çarıq - dərdə dəyməyən.
Çtirükçü - xırdaçı, bir şeyi dönə-dönə təkrar edən.
Biqəm- Çürükçü oğlu çürükçü. Elə oğlu da özü kimi
xostərəngiyə oxşayır (9, s.166).
Çürümək - ömrü boşuna puç olmaq.
Düşmənləri
ömürləri
boyu
Bağdad
zindanında
çürüyəcəklər (144, s. 162).
172
'Be/truz
T ür^dh/m dm
-D-
Dabana qüvvət - var qüvvə ilə bir xətərli yerdən qaçmaq,
bir işin dalınca getmək, aradan çıxmaq.
Tələbkarı görəndə dabana qüvvət gərək ( 340, s. 13).
Daban almaq - yola düşmək.
Abbas daban aldı Tufarqana yol elədi (11, s.54).
Elə ki, onlar yuxuya getdilər, qoruqçu daban aldı Aslan
paşanın yanma ki. (174, s.95).
Dabanbasma — dalbadal, təqib edərək.
Qədim ənənəyə görə, türklər başçı seçmək üçün bir inək
öldürüb bir yerdə şərab, bir tərəfdə isə çörək qoyar, çörəyi
şəraba batırıb and içər, ayaqlarını inəyin dərisinə basmaqla bir
m əsələdə həmfikir olduqlarını bildirərdilər. Buna dabanbasma
deyərdilər. Cavidanm ölümündən sonra Babək bu ənənənin
icrası ilə başçı seçilmişdi.
Arxasınca dabanbasma çaparaq Ərəb Reyhan Koroğlunu
izləyir (174).
Daban əlli altı • tez aradan çıxan.
Dabanı çəkik - lotu, qabağından yeməyən.
Təbriz şəhəri mnəşrutiyyət dövründə
18 məhəlləyə
bölünmüşdü.
M əşrutədən qabaq hər məhəllənin
lotusu,
tobrizlilərin dilincə, dabanı çəkiyi o biriləri ilə düşmənçilik
edərdi.
Dabanı qızmaq - şənliyə, oynamağa amado olmaq.
Hacı Hüseynin elə qızdı dabanı
Olmadı zərb çalıb aftafanı (168, s.532).
Dabanına tüpürmək - qaçmaq.
Bu adam dabanına tüpürüb aslanla Arifgilə getdi (46,
s. 193).
Dabanı yağlamaq - uzaq bir səfər üçün hazırlaşmaq,
yürümək.
Dabanqırma/ dabançəkmə gəlmək - tələsik bir yerə
getmək.
173
Qür^de^imüri
Daban seyrinə çıxmaq - Bir yeri dolanmağa çıxmaq,
gəzmək.
Ruzun yetişmiş, olsa, bəli deyib dükanı bağlardm, birlikdə
qələeyi-M üzəffərin Ələştər ətrafına daban seyrinə çıxardıq
(Gəncəli Səbahi).
Dadanansan dolmaya, o da bir gün olmaya - rahat
yaşamağa, gəlirə öyrəşmisən., olmasa neyləyəcəksən.
Axşamlar restoranımızda orkestr çalır və müğənni
“Dadanmısan dolmaya, o da bir gün olmaya” mahnısını
məharətlə ifa edir (9, s.48).
Dağ adamı -vəhşi,
şəhərin qayda-qanununa boyun
əyməyən, zəhmətkeş, mənəvi cəhətdən saf.
Əzizim dağ adamı,
Yandırır yağ adamı,
Olasan aran iti,
Olmayasan dağ adamı.
Dağa-daşa düşmək - avara düşmək, lazım olan adamı,
şeyi qoyub avara gəzmək.
Gülyanaqovu qoyub dağa-daşa niyə düşmüsüz? (9, s.23).
Dağa- daşa salm aq - mə dəbdən yayındırmaq, incitmək.
M ən ölüm, əgər burda düzələnsə, bizi dağa-daşa salma
(84, s.33).
Dağ anası - çox iri və xoşheykəl qadın.
Dağarcığını boşaltmaq - ürək sözlərini danışmaq
Dağarcığın siçana sarı yeriməsi - qat-qat güclü bir
adama zəifin meydan oxuması.
-Səfərəli: Siçan dağarcığa doğru yeriməkdən, dağarcıq
siçana doğru yeriyir (122, s.40)
Dağa vurmaq - hakimlərin,
quldur məmurlarının
qorxusundan dağlarda yaşamağa məcbur olan adanı
Dağ başına qış gələr, igid başına iş - hər cür çətinlik,
fəlakət də insan üçündür.
Dağ başına qış gələr, igid başına iş (148, s.72).
Dağ boyda - ən böyük, ən ağır, ən dəhşətli-həm mənfi,
həm m üsbət mənada işlənir.
174
'Befinız
9
bqqi
7
w ^ ^ m b r i
Dağların dağ boyda dərin yası var,
Gülü açılmamış solan yazı var.
Dağ çəkm ək - yara varınaq.
Aşiqəm köhnə dağı,
Gəzirəm köhnə dağı,
Təzədən bir dağ çəkdin,
Unutdun köhnə dağı (59, s.':22).
Dağ dağa rast gəlməz, adam adama rast gələr - dünya
elə böyük deyil, adam itirdiyini tapar, arzusuna çatar.
İnşallah, bəlkə yenə görüşdük, babalar yaxşı deyib: dağ
dağa rast gəlməz, adam adama rast gələr (9, s.76).
Dağ-dağ eləmək - yandırmaq, od vurmaq.
Aşıq dağ dağadımı,
Dügün daş dağadımı,
Sənin zarı baxışın
Eylər dağ-dağ adamı (59, s. 111).
Dağ da mənə qaldı Şeydayi, bağ da mənə qaldı Şeydayi
- ürəkdə həsrətin qalması; bir iş yolunda çalışmalarım hədərə
getdi (Mirzə Fəzləli ağa Təbrizi, з.ЗО).
Dağ gövdəli - cüssəli, qədd-qamətli.
Dağ gövdəli hansı igid, hər savaşın sonunda
Babək kimi, Koroğlu tək bığlarım eşmədi? (264, s.76).
Dağı dağ üstə qoymaq - böyük işlər görmək.
Guya ayrı günlər dağı dağ üstə qoyurlar (84, s 101).
Çox başı aşağı yoldaşdır, amma işdə də od-alovdur, zalım
oğlu dağı dağ üstə qoyur (9, s. 161).
Dağı-daşı yandırmaq - nalədən, ahdan hamıya təsir
qoymaq.
Qızıl yüzüyün qaşı,
Yandı bağrımın başı,
M ən deyən yar olmasa,
Yandırram dağı daşı (59, s. 166-167).
Dağ kimi dalında dayanmaq - birinə var qüvvəsi ilə arxa
durmaq.
175
‘Befıruz Jbqqi
Tür^dafim bri
De.ğ kimi dayanmışıq dalında, get Həzrət Əli sənə köm ək
olsun (1. s.21).
Dnğlar sultanı - canavar.
Çillənin süd gecəsində dağlar sultanının yerikli dişlərindən
necə qaç sın insan?
Dağlar ucalıb, ya filankəs qocalıb ■ biri qocalığını
boynuna almaq istəmədikdə işlənir.
Dalağım sancdı - bir şeyin ürəyə damması, hiss eləm ək
Diızü, burdaca dalağım sancdı, gördüm ki söhbətə
qıraqdan qulaq verən möhtərəm Mirzə Cəlilin də ovqatı təlx
oldu (253, s. 14).
Dalaşanda barışmağa üz saxla ~ acıqlananda ürəyiviıı
zəhərini tökmə, bir gün barışa bilərsən.
Dal ayağı ilə qulağını qaşıyır -asan yolu qoyub dolayı
yolla iş görür.
Dalbadal, dabanqırma - bir adamla dalbadal getmək.
Bir-birinin ardınca qatarın hər bir ta-ta-ta səsindən elə bil
qaranlıq qapı açılırdı. Sonra o birisi, sonra o birisi, dalbadal,
dalbadal, dabanqırma (203, s.4).
Daldan atılan daş topuğa dəyər - sonrakı peşimançılıq
fayda verməz. Vaxtında deyilməyən sözün, görülməyən işin
faydası yoxdur.
Tehran eşitdiyimizə görə əyalət və vilayət əncümənlorinin
intixabatına başlamağa təşəbbüs edir. Bu çox gecdir. Artıq
əncümən bizi təmin edə bilməz. Bu daldan atılan daş kimidir
(246).
Daldan xəncər vurmaq -xəyanət etmək.
Etdi Sədat xəyanət, öz ərəb qardaşına,
Vurdu xəncər dalıdan, ohli-Fələstin başına (319, s.64).
Dal gün - gələcək üçün.
Dedi: bilirəm bunu, dal gün üçün nəyimiz var (264, s.61).
Dalıdan xəncər vuran -ikiüzlü, xain, zahirdə dost, əslində
düşmən.
Dalı qabağına keçməli deyil - yaxşılığa, yamanlığa dəyər
verən adam deyil.
176
Tİİrl^da/mCm
Dalınca qara goduş atmaq - İran türklərinin mifik
təfəkkürünə, inamına görə hər kəsin dalısınca əski goduş,
saxsıdan dü
2
:əlmiş qab atsalar, o adam bir də o evə qayıtmaz. Və
xoşu gəlm əm ək mənasındadır.
Dalı qayımdı - arxası möhkomdi, güclü adamlara
arxalanır.
Dalma baxmadan qaçmaq - ən ağır vəziyyətə düşmək.
Sohənd asori "Sargun"lara bac, İskəndərə isə torpağına
ayaq basmağa yol verməmişdir. Onlar zorla azori igidlərinin
oxundan can qurtararaq dalısına baxmadan qaçıb canını
qurtarmışdır (326, s.22).
Dalına əl çalmaq - birinə haqsız olaraq dayaq durmaq.
Hər ana ki, dalına çala biçarə qızın,
Aqibət evdən, uşaqdan edər avarə qızın (168, s.502).
Cavanlıq əlimdən gedəndən sonra,
Əl çalıb dalımca gülür bu dünya! (63, s. 131).
Dalınca qara daş -
qarğışdı. Bir adamın gəlməsini
istəmədikdə deyilir.
Əcnəbi getdi qabaq, ay qəzetçi mənlik no var?
Qoy gedir bir daş dalınca, bizlərə vardır nə ar? (72, c.III,
s.230).
Dalın qızması -soyuqda şaxtada, boranda qalın paltar
geyməklə, özünü günə verməklə özünü qızdırmaq. Arxayın
olmaq, birinə arxalanmaq.
Karvançılardan biri soyuqdan amana gəlmiş idi. Heç bir iş
görə bilmirdi. Sarvan deyər: Təbrizə yetişən kimi sənə bir qəba
alacağam, indiki dalın qızdı, get işivin dalını tut ( Əli
Əmirxizinin əlyazmaları).
Dalıya qalan, doluya qalar - bir adam vaxtında işini
görməsə, daha ağır vəziyyətə düşər.
Dalıya qalan, doluya qalar (103, s.68).
Damağın çağ olması/ damağı saz - kefi kök obnaq.
Əhvalımı pozmayın,
Damağım çağ olanda (264, 132).
Keflər duruldu, damaqlar sazaldı (174, s.55).
177
Бе/a v z
Damaq olmaq- kefi pozulmaq.
Qara unun xəngəlindən qonağın,
Biri yeyib, onu damaq olubdur (275, 2-ci cild, s.334).
Damara batmaq - qəbul eləmək, xoşlamaq.
Damarı boş - yola tez gələn, dilini tapmaq.
Boş damarından tutdum-ürəyini ələ gətirdim
Damarına düşmək- cin atma minmək, sözünü geri
götürməmək.
Damarına görə qan almaq - hər kəsdən imkanına görə
ummaq.
Axı qurban sənə, hacı Ağa, bircə mətləb burasındadır ki,
hərənin öz damarına görə qan alırlar (195, с.П, s.145).
Damarları yoğunlamaq - çox vaxt işləməyib müftə
yemək nəticəsində hər işə boyun əym əyən, tənbəl.
Dambıraqçı - Azərbaycan musiqisində balaban və ya
zurnaçalanın yanında durub musiqinin ahənginə baxmadan ağzı
ilə nazik bir səs çıxardana züy tutan, yaxud dambıraqçı deyirlər.
Belə nəzərə gəlir ki, Təbrizdə işlənən dızqıraqçı deyimi
bu züytutanla bir məna daşıyır. Xalq sırasında yekəxana, boş
yerə özünü öyəıı mənasında işlənir.
Dam dirəyi - yekəpər, uca.
Darana almaq - bac almaq.
Qaranlıqdan alır darana telin,
Çaylıya xoş gəlir darana telin (88, s.56).
Danabaş - qanmaz, geriçi, mövhumatçı.
Danabaş, boynuyoğun vəsləli, pişanı öküz,
Hamının söhbətini bir-birə həzyan gördüm (H.Ç.Xəmseyi).
İşləri yaşdı qoymayın,
Lap danabaşdı, qoymayın (267, s.50).
Danışıq dananı qurda verər - çox boş danışmağın
faydası yoxdur.
-Mən getdim, ay Fuad, danışıq dananı qurda verər, burda
xeyli ləngidim (1, s.379).
Danqazlanmaq - özündən böyük danışmaq, böyük adamın
hörmətini saxlamamaq.
178
Не/m ız
Çəkmə yüzə, bəlkə çıxaq bayrama,
Bu yerə batmış göıürsən danqadır (168, s.35).
Danqaz qayaları dibdən qoparaq.
Danzelinə deyil - vecinə deyil.
Danzelinə sanm aq - ələ salmaq, heç nəyə əhəm iyyət
verməmək.
Başqa sözlə, Kazım sillə ilə üz qızardır, amma sənin nə
danzelinədir, öz əlindir, öz qamın, başardıqca daraş kababa (259,
s.225).
Dara çəkmək - öldürmək.
Ala gözlərinə mail olmuşam,
Günahkaram, çəkir dara zülflərin (32, c.II, s. 11).
Dar ayaq - çətin gün.
Vədə çatdı, fəqət yenə dar ayaqda (V.Rüstəmzadə).
Zənnimdə yanılmıramsa, dar ayaqda Fatmanın da köməyi
dəyər (144, s. 158).
Dar-düdük - həddən artıq dar.
Dargöz - xəsis, qıtmır, dünya malına bağlı olan.
Saqın alçaq dilək, dargözlərə ey xacə, yalvarma,
Niyazin nazəninlərdən dilə, möhtaca yalvarma!
(231,
S.29).
Dargöz ələkdən keçmək - sınaqlardan çıxmaq, ağır
vəziyyətlərə dözmək.
Keçmişəm ağ un kimi dargöz ələkdən, zahida
Dini pakə etmişəm iman, zahida (69, s.50).
Dar gün - ağır gün.
Zikr eylə dilində nərd lərin pirin,
Qorxma dar günündə yar olacaqdır (32, c.II, s 19).
Dar günün ömrü az olar - yaman günün ömrü az c lar.
Dar günün ömrü az olar, acısı çox (145, s. 168).
Darğan günü - Azərbaycanda darğan günü toy-düyün və
şadlıq günü deməkdir. Qı şın son günü və mübarək yazın gəlməsi
Zərdüştə inananların gəhanbar bayramlarından biri sayılırdı.
Bu kiçik çilləni darğan gününün sübhü boyunca,
Sənə bir toy tutaq ancaq gülüşək, yazlı toyunca.
179
‘B efouzŞbyri
‘^ r ^ a jm b r i^
Çapdıraq qaşqa, yəhərli atı meydanda doyunca ( “M uğan”,
s.23).
Darıya da qabı var - çox əskik surətdə xalqı talayan,
rüşvətxor.
Dar köynəkdən qurtulmaq - hamilə qadının azad olması
( Tahirə Səbbağ).
Darvazanı bağlamaq olar, xalqın ağzını bağlamaq
olmaz - qədimi şəhərlərdə darvazanı bağlamaq çox çətin imiş,
xalqın ağzını bağlamaq ondan da çətin sayılır
Şeyx Bəhaəddin Şah Abbas dövrünün məşhur fılosofiı və
memarı idi. Allahverdixan vəz irlə do çox yaxın dost idi.
Səfəvi türkləri İsfahanı paytaxt edəndən sonra orada
böyük bu günə qədər qaklan abidələrin çoxunu yaratmışlar. Şah
məscidinin layihəsini Şeyx Eləhaəddin çəkib və özü də orada
bənnalıq edibdir. Günlərin bir günündə Şah məscidini düzəldən
zaman oradan bir fanatik arvad keçir, məscidin minarələrinin
tikilməsinə dayanıb baxır, baxır görür ki, şagird kərpic atır.
Şagirdi çağırır, deyir ki, bu nədir əyri allah evi tikirsiz? Bənna
şagird narahat olub deyir, kəs haramzadanın biri, bu minarədir,
nə əyrisi. Arvad yenə deyir ki, bu əyridir. O deyir bu deyir,
axırda ustanı çağırmalı olurlar. Usta gəlir, baxan kimi arvadın
çerigöz (çəpgöz- B.H.) olduğunu görür, deyir niyə minarə niyə
əyridir? Şagirdinə bir şapalaq vurur ki, arvad deyir minarə
əyridir, niyə mənə demədin? Arvadı danışdıra-danışdıra onun
yerini dəyişir ki, gəl bu minarəni itələyək düzəlsin. Soruşur ki,
düzəldi ya yox, arvad deyir, hə düzəldi. Arvad bunlara dua edə-
edə gedir. Sonra şagirdindən şillə vurmağa görə üzr istəyir və
deyir ki, belə etməsəydim, bu məscidin adı şah məscidi, yox,
bəlkə əyri məscid qalardı. Çün darvazanı bağlamaq olar, elin
ağzını bağlamaq olmaz (prof. Ə.Mirıayi).
Dastan demək - yalan-palan demək, boş sözlər.
Dedi tez yıxdırın Ərkin qalasın,
O şahlar qondaran zülmün binasın.
Ə gər səngər olubdur bir zamanlar,
-Bizə mərbut deyil bu dastanlar.
180
Tür^dafim bri
Teatra ümmətin yoxdur niyazi,
Behişt almaq gərək yıx, qıl namazı (Dəmirçi).
Daşa çalmaq - arzusu gözündə qalmaq, aradan aparmaq,
yoxa çıxartmaq.
Bağrım başın fələk nə çaldı daşa
Yazılanlar gəlir bu qərib başa (35, s.537).
Əşyaimi mayasına satdım,
Bir qədrinə balü-qaymaq aldım.
Sərmayəni yəni, daşə çaldım (Şükuhi).
Daşa doyib başa çıxmaq - bir həyatın, bir varın, dövlətin
yoxa çıxması, əldən getməsi.
Adamı danlayan yollar da tapılar,
Yaxşılıq bir içiboş yuxu təkin yoxa çıxar
Adamlıq daşa dəyib, başa çıxar (203 ).
Daşa dönmək - qarğışdır və türk əsatirində çox zaman
insan daşdan yaranır və daşa dönür. Məcazi mənada daşa
dönmək dünyasını dəyişməkdir. Dilsiz-ağızsız tərpənm ədən bir
yerdə durmaq. Ürəyində m ərhəm ət olmamaq, hissiyyatını əldən
vermək, tərpənməmək, bir yerdə lal-kar oturmaq, insana məxsus
insafı, sevgini əldən vermək.
Dünən nəfəsilə səni isidən
Bu gün buza dönüb, daşa dönübdür (328).
Bu dağlar meşə dağlar,
Gülü bənövşə dağlar,
İstirson bir ah çəkəm,
Dönəsən daşa dağlar! (59, S.147).
Oxumaqçın nə qədər dadü -fəqan etdimsə,
Omadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersən eşidir, sorıra verir əks-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım (Məhəmməd
Hadi).
Daş ağırlığı var - sendə də günah var.
Daş at, qolun açılsın - əlindən gələni əsirgəmə, işi
olmayan adama tənə kimi deyilir.
181
‘Bettruz
liirl^deym Cm
Daş atmaq - birinə sataşmaq, yükünü çiynindən atmaq,
öcəşmək, həqsiz olaraq ilişmək.
Çiynindən atma daşımı,
Dizinə qoyum başımı,
Bir daş ilə göz yaşımı
Gözlə, silib gələcəyəm (V.Səmədoğlu).
Biz bir ömr məst eylədik bir məscidə daş atmadıq,
Ta ki, fürsət tapdı zahid, bağladı meyxanəni.
H ər dərədə min dev düşmən oldu m ənə, nahaq, nacins
deyib daş atdılar, ruhumu əzm əyə çalışdılar (144, s.75).
Daş çatlasın - ən yuxarısı, nə qədər də olsa.
Mollalardan qabaq hər zadı dükançılar daş çatlasın iki
bərabərinə
satardılar.
İndiki
islam
m əm ləkəti
olub
rəhmsizeəsinə hər şeyi yüz bərabər qiymətinə satırlar.
Dostları ilə paylaş: |