Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə23/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   19   20   21   22   23   24   25   26   ...   43

Gürz yerə vurmamısan  - böyük bir iş görməmisən ki. 
Güzgüyə  baxan  özgəni  görməz -  bir adam  öz  yaşayışının 
çörəyini yeyər.  Yaxşı  dost  ayna kimi  eybi  göstərər.
Güzgü  sənin eybini düz; göstərilsə ancaq,
Özünü  qır,  güzgünü yaxşı deyildir qırmaq (Nizami).
273

Türtijtüymhri
-н-
Hncı  Q a ra   -  xəsis.  M.F.Axundovun  eyni  adlı  əsərindən 
alınmışdır.
Hııci  Seyid  Hüseyn  qarasıdır  -  Yəni  bu  qara  başqa 
qaralara bənzəm əz,  bu tamam  başqa bir şeydir.
Təbrizdə  Hacı  Seyid  Hüseyn  adlı  məşhur  bir  tacir 
yaşayırmış.  Onun  ruhi  xəstəliyə  tutulmuş  bir  qızı  varmış.  Qız 
qarabasına  xəstəliyinə  mübtəla  imiş.  Qız  xəstələndikdə  evdə 
olanlar  hamısı  onu  su  verib  ovuşdurmaqla  sakitləşdirməyə 
çalışarlarmış.  Deyərm işlər ki,  qorxma qara basıb,  indi  keçər.  Bir 
gecə  tacirin  evində  olan  qara  qul  fürsətdən  istifadə  edib  qızla 
yatır.  Qız  yenə  qışqırır,  nökər  və  qaravaşlar  tökülüb  həmişəki 
kimi  yemə  qızı  sakitləşdirtməyə  çalışırlar  ki,  qorxma  səni  qara 
basıb,  indi  keçər  gedər.  Qız  isə  deyir:  Yox,  bu  qara,  o  biri 
qaralardan  deyil,  bu  Hacı  Seyid  Hüseyn  qarasıdır.  Təbrizdə 
Nəsrəddin  şah zamamnacan varlılar qul  saxlayardılar.  Nəsrəddin 
şah  zamanında bu iş qadağan olunub.
H acı,  şeyx  mədəsi  -  bu  deyimi  o  adamların  haqqında 
işlədirlər ki,  hər şeyin ən  bahalısını,  em  yeməlisini  bəyənirlər.
Təbrizdə  hacı,  şeyx  adına  çoxlu  saray,  timçə,  dalan... 
vardır.  Belə  nəzərə  gəlir  ki,  bu  deyim  Hacı  Şeyx  Cəfər 
Qəzviniyə  aiddir  ki,  İranın  on  gözəl,  ən  uca  və  möhtəşəm 
memarlıq  əsərlərindən  olanTəbrizdəki  Müzəffəriyyə  tinıçəsi 
onun  yadigarıdır.
Haça  dırnaq -  inək, qoyun
Faydalı  adama  işarədir.
Hax  hax  quşudur  -  hədə-qorxudan,  quldurluqdan  qorx­
mayıb  həqdən  müdafiə  edən  adamlara  işarədir.  Türklərin  əfsa­
nələrində  haq-haq  adlı  bir  quş  vardır  ki,  gecə  səhərə  kimi  başı 
aşağı  asılı  vəziyyətdə  o  qədər  “haq-haq”  deyib  oxuyur  ki,  ağ­
zından bir damcı qan düşür və quş sakit olur (80,  II,  s.554- 555).
Hakimin  ağzını  bağlamaq  -  keçmişdə  qadınlar  hamama 
gedəndə  ayıb  yerləri görünməsin  deyə  qabaqlarına nazik  bir  şey
274
Heftruz  '}hqqi
Türiçdeymm
bağlardılar.  Bir  nəfər  də  lap  nazik  bir  şey  bağlayır,  deyirlər  ki, 
onsuz  da  hər  yerin  görünür,  bunu  niyə  bağlamısan,  cavab  verir 
ki,  hakimin  ağzını  bağlamaqdan  ötrüdür.  Hakim  dairələrin  əlinə 
bəhanə verməmək.
Haqqın yüzünə sillə vurmaq - həqiqəti inkar eləmək.
Biz lıəqqin  yüzüm  sillə vurmuşduq,
Vicdanın əmrinə qarşı durmuşduq (165,  S. 174).
Haqqı ovuca  qoymaq -  birinin  istədiyi  pulu  nəqd vermək 
vo ya birinin etdiyi yaxşılığın qabağında pislik etmək.
Halal süd əmmiş -düz adam, nəcabətli adam.
Balaca  uşağın  var,  halal  süd  əmmişlərin 
bİTİni 
al,  İrəm 
sənə təmkin olar,  həm də uşağına(46,  s.29).
Halı  duman  olmaq  -  gələcəyi  aydın  olmamaq,  halı 
nəhayət dərəcədə pozulmaq.
Halın  yaxşıdır?  -   çox  zaman  bu  söz  dəlisən?  mənasında 
işlədilir.
İşdən  eşiyə  salandan  sonra  Tehranın  Əmir  Sultan 
meydanında  getdim  birinə  dedim:  mənə  iki  sandıq  meyvə  ver, 
satım,  gətirim pulun verim.  M ənə baxıb  dedi:  Halın yaxşıdır?
Hallı-dullu  - ətli-canlı,  xoşagələn.
Gedib özünə  münasib  totuq xanım adlı  hallı-dullu  bir arvad 
aldı  (46,  s. 148).
Halva  biş  ağzıma  düş  -  hər  şeyi  ələ  gətirmək  üçiiıı  gərək 
zəhmət çəkəsən.
Halvanı  yeyib  eşşəyi  minib  -  istək  vo  arzusuna  çatıb. 
Ağzı  çörəyə çatmaq.
Halvasını  çalmaq  - birini  məğlub  etmək,  məhv etmək.
Mən  Hüseynin görmüşəm davasını,
H ər dil ir olsun,  çalar halvasım (950).
Hamama  girən  tərləyər  -  bir  işə  əl  qoyan  adam  zərərini 
də çəkər.  Əlindən xəta çıxan adam gərək rüşvət versin.
Təhqiqat sona çatdıqdan  sonra o (polis)  ciblərimi axtararaq 
qoltuğumdakı  qələm,  kağız  parçalarının  hamısını  götürdü.  Bu 
həbsə  alınmaq  əlam əti  idi.  Birlikdə  otaqdan,  çıxdıq:  yolda  mənə 
dedi:  Hamama gedən tərləməmiş çıxmaz (S.C. Pişə veri).
275

üir^deyimhri
Hamam  dalanıdır  -  bir  adamın  kefini  soruşanda  “hamam 
dalanıdır”  cavabını  verməklə  anladır  ki,  halı  babatdır,  nə  çox 
yaxşı nə də çox pisdir.
Hamam  fitəsi  olmaq  -  ümumiyyətlə,  tez-tez  ərə  gedən 
arvadlara və sürtük kişilərə  işarədir.
Hamam  suyu  ilə  dost  tutmaq  -  boş  yerdən,  xərc 
çəkmədən,  zəhmət  çəkm ədən  şəxsi  mənafeyi  üçün  dost 
tapanlara işarədir.
Azərbaycanda qədimdə  ümumi hamamlarda birinə  hörmət 
qoymaq  üçün  hamam  suyunu  məşkəfəyə  doldurub  birinin 
çiyninə tökərdilər.  Deyim öz kökünü bundan götürüb.
Haman  aşdı,  human  kasa  -  vəziyyət  dəyişməyib,  köhnə 
hamam köhnə  tas.
Hamı  gedər  quş  gətirər  -   Şahqulu  bayquş  gətirər  -
fərsiz adam,  yarıtmaz adam.
Hamını  ley  vurdu,  mənim  kimi  tükü  dağılan  olmadı  -
mənim dərdim hamınınkından artıqdır.
Hamının  nənəsi  arxadlan  doğdu,  onunku  öndən  -  bu 
özünü başqalarından üstün  bilir.
Hamısına  bir  səqqə  vurmaq  -  hamısına  qalib  gəldim, 
hamını yerində oturtdum
Hamıya it hürər, bizə tlə çaqqal -  bizə zor edən  adam da 
fərli bir adam deyil.
Hampalığına  görə  danış  -  imkanına  görə  danış  Hampa 
bir parça torpağı olan  kəndlilərə deyilirdi.  Hampalar imkanlarına 
görə 
biri-birindən 
fərqlənirdi. 
Varlı 
hampanın 
sözü 

birilərindən fərqlənirdi.
Handan-hana -  xeyli keçəndən sonra.
Qardaşlar  yerlərində  donub  qaldılar.  Handan  hana  böyük 
qardaş ona baxıb dedi (148,  S. 117).
Hansı  bərkdi,  al  tut  -  bu  deyim  Azərbaycanda  yaz 
bayram  günlərində  yumurta  oyunundan  alınmışdır  Mən  təklif 
etdiyim iki sözün birini qəbul elə.
Hara  gün olsa,  qurudun orada sərir -  öz şəxsi  mənafeyi 
üçün yaşayır.
276
Heftruz  fbqqi
Haram  pul  m üzvərəyə  gedər  -  bir  adam  xəstəlikdən 
duranda ona xüsusi  yemək  verilir ki,  ona müzvərə  deyərlər.  Yel 
gətirəni yel  aparar.  Məqsəd insanları düzlüyə dəvət etməkdir.
Haraya  mıx  çalıram,  papağını  asır  -  hər  yerdə  o  xeyir 
görür, mənim zəhmətimin nəticəsini o görür.
Harda  aş,  orda  baş  -   özıinü  həmişə  xeyir  gələn  yerə
soxur.
Əmirqulu-  sən harada aş,  orada başsan da .  (72,  c.TII,  s.59).
Harda  gördün  lotu,  ayaqlarıvı cütlə otur -  lotu  adamdan 
zərər gəlməz,  lotu dəli dolu olar.
Harda  gördün  seyid,  yolun  yarısından  qeyıt  -  seyidlərə 
mənfi  münasibətdən yaranıb.  Müsəlmandan  xeyir gəlməz.
Xari-  müğilan görürəm, qorxmuram
Harda müsəlman görürəm (  M.Ə.Sabir).
Haris kimi  durmaq - hirsli, qəzəbli  adama işarədir.
Haşa  burdan  -üzdən İraq, burdan uzaq.
Biri  misal  çəkəndə  içində  söyüş,  nalayiq  bir  söz  olanda 
belə deyilir.
Hava bağlamaq -  dəli olmaq.
Abdullah ah çəkməkdən,
Axırda hava bağlar (32,  c.II, s60).
Havalanmaq - başına hava gəlmək, qudurmaq,  yüksəkliyə 
əl tapmaq.
Havalanıb orş üzünə qalxırsan,
Dağların sultanı nər Ağrı dağı ( S.36).
Havasına  danışmaq  -  məsələnin  mahiyyətindən  xəbərsiz 
danışmaq.
Cənab  doktor!  Bunlar  dəliliyin  havasına  danışırlar  (195, 
c.II,  s. 161).
Havaya  bulud  gəlmək  -  siyasi  və  ictimai  anlamı  vardır, 
durum  pisləşəndə,  bir  təhlükə  yarananda  yalançı  pəhləvanlar 
aradan itib gedirlər.
Ə lbəttə  bir  iddə  vardır  ki,  hava  bulud  olan  kimi,  gözdən 
itir,  sözdən  düşür,  çünki  can məsələsi hər kişinin  işi deyil  (315).
Havayı - pulsuz,  müftə.
277

‘befm ız
Tür^da/mtlm
H əm   də  tutalım  şofer  tapdım,  havayı  kim  mənim  üçün 
işlər? (269,  s.172).
Haya bən d  olmaq - bir bəhanə,  fürsət axtarmaq.
Hay-hayı  gedib,  vay-vayı  qalıb  -  əldən  düşüb,  qocalıb, 
kasıbl ayıb.
Ə gər köhnə  arvadın  yanma gedərəm,  hay-hayı  gedib,  vay- 
vayı  qalıb,  kaftarlayıb  (77,  səh  17).
-Day-dayının  hay-hayı  gedib  vay-vayı  qalıb,  Məlik  (9, 
s. 161).
H ay-həşir -  qara qışqırıq, ürəyə yatmayan vəziyyət.
Hay- həşir var gecədə
Quşlar uça bilmir qonçalar üstə ( Lalə Cavanşir).
Hay olmaq -  dayaq durmaq, kömək etmək.
On beşimdə  bədirlənmiş ay oldum,
Atama,  anama külli hay oldum (41,  s.31).
Hazıra  nazir-  əziyyət  çəkməyib  hər  şeyin  hazırına 
sahiblənmək.
H ər  yerdə  hazır-nazir  məşvərətçim  Molla  Nəsrəddin  ağ 
əbasınm ətəklərini yellədə-yellədə mənə yanaşdı  (253,  s.l 13).
O, yol  açacaqdır,  ölüm gələcək,
Gəlib  hazırına nazir olacaq (167,  s . l 52).
Hazır  aşın  dik  qaşığı  olmaq  -hazıra  nazir  olmaq,  əziyyət 
çəkmədən bir şeyin  bəhrəsini görmək.
Hazırına  şah  olmaq  -  hazırına  çörək  tapmaq  /  Hazır 
oğlan  babası -  bişmiş aşın  darğası/ Nə yoğurdum,  nə yapdım, 
hazırca  kökə tapdım- zəhmət çəkmədən xeyir qazanmaq.
Heç  hənanın  yeridir?  -   dilə  gətirdiyin  sözün  bu 
məqama heç bir aidiyyatı yoxdur.
Görən,  doğrudanmı  belə  nəzərlərdən,  işıqlı  dünyadan 
binəsib  olan  günlərimiz  olacaq? 
Cavid  kinayə  ilə  deyir:  «H eç 
hənanın yeridir?» (145,  səh. 168).
Heç  kəs heç  kəsin  kitabını  oxurnur  -  hər kəs  öz  başının 
haymdadır.
Heç kəsin  çırağı  sübhədək yanmayıb - nə  xoşbəxtlik,  n o  
də bədbəxtlik əbədi deyil.
278
TurtyCajimldri
Dünya bu  şahdır, bu gəda qanmayıb,
İndiyədək bir kəsə aldanmayıb,
Heç bir çıraq sübhə qədər yanmayıb.
Heç  kəsin  toyuğuna  kiş  deməmişəm  -   heç  kəsə  pislik 
etməmişəm.
Bu  vaxta  kimi  heç  kəsin  toyuğuna  da  kiş  deməyib  (91, 
s.206).
Heç  pişik  dədəsi  xeyrinə  siçan  tutınaz  -  insanlar  şəxsi 
mənafeləri üçün iş görürlər.
Hesab  kitab  bilməyən  -  xeyrini-şərini  bilməyən,  alıb 
qaytarmayan.
H eyif ölmək -  birdən-birə ölmək,  xəbərsiz ölmək,  döşəyə 
düşmədən ölmək.
Heyvalar barı,  baxçalar narı,  hamı  dinsə də, sən  dinmə 
barı  -eybəcər  bir  adam  başqalarına  irad  tutdiqda  işlənir.  Yəni 
sən ki,  hamıdan betərsəıı niyə canamaz suya çəkirsən?
Helqann  - çox yeyən,  qarınqulu.
Heyva kimi  sarahııaq -  həsrətdən pis günə qalmaq.
Gülüzaram sənə qurban olum mən,
Heyva kimi  sarahban  solum  mən (35,  s.262).
Həççi  betərinə -  yeddi  arxa dönəninə.
Bir  gün  Hacı  Mir  Yaqub  məşrutəçi:  bir  yerdə  var  idi. 
Adətən  əlində  həmişə  təborzin  saxlardı.  Müstəbid  rövzəxanın 
cavabında  qorxmazcasma  əlindəki  təbərzini  müstəbidlərin 
həççi-betər inə  deyərək  həvalə  elədi.  Bu  zaman  rövzəxan  içəri 
girdi.  Bu  zaman  Hazı  mir  Yəqub  dedi:  İşori  girənin  də  lıoççi- 
betərinə.
H əftə  xiyal/ hərdəm  xiyal - tez-tez fikrini dəyişən  adam.
Mən  də deyirəm olsan əg ər əlli xəyallı,
Bu 
dərs 
oxumaq 
verməyəcəkdir 
səmər, 
ey 
qız. 
(Qəhrəman  Xətibi).
H əftə  səkkiz, mən doqquz -  arası  kəsilməz.
H əftə  səkikiz,  mən  doqquz  kağız  yazıb  Aslandan  pul 
istəyirdi.
279

Hefauz  iHəqai
Xaspoladov  da  deyirlər,  həftə  .  səkkiz,  m ən  doqquz 
bunlardadır (9,  s. 170).
Həkim  eşşək əti  buyurmayıb  ki  -  məcbur deyiləm  ki,  bu 
işi görəm.
Həqqi-salamı itirmək -  nankor.
Yüz il biriylə lıəm dəm  olub duz-çörək yeyə,
Bir gündə yüz ilin poza həqqü-  salamım  (80,  с.П,  s. 151).
Həlləm -qəlləm  adam - etibar eləm ək olmaz.
Həqq  danışanın  başına  döyən  çox  olar  /   Həqq 
danışanın  börkünün  təpəsi  yırtıq  olar -  düz  diizdə  qalar,  düz 
danışanın başına çox bəla gələr.
Həqqu olan nişaneyi tiri - cəfa imiş.
Yansın dilim ki,öz başıma bir bəla imiş (147).
Həmi  qız olsun,  həmi  toz -  hər şeyin  həm  yaxşısını,  həm 
də tez istəmək.
Həmi qız olsun,  həmi tez  (335,  s.94).
Hənasının  rəngi yoxdur -  əli  açılıb,  sözlərinə daha inanan 
yoxdur.
H ənək 
hənək, 
sonu 
dəyənək 

zarafatın 
sonu 
dalaşmaqdır.
Lazım gəlsə hənəklə,  lazım gəlsə dəyənəklə (84,  s.43).
Həpənd oğlu  h ə p ə n d -  aoş danışan,  sarsaq
Həpənd  oğlu  həpənd,  həzrətin  tuman  bağı  ilə  nə  işin  var 
(195,  c.II,  s. 156).
Həpərutdadır -  xəyallar aləmindədir.
Həprimək /əprimək -   çox qocalmaq.
Sənin  də  ki,  nə  cavanlığ;ında  bir  ayıq  vaxtım  gördüm,  nə 
də indi qocalıb həpriyendə (9,  s. 128).
Hər  adamın  ipi  ilə  quyuya  düşmək  olmaz.  -  hər  adama 
etibar eləm ək olmaz.
Hər  anqırana  axur  bağlamazlar  -  ümumiyyətlə,  hu 
deyimi  savaş  zamanı  boş  söz  danışan  adamların  haqqında 
işlədirlər.
Hər  aparan  su  Araz  deyil  -  əşyaların  və  hadisələrin 
zahiri görünüşlərinə  aldanmaq lazım deyil.
280
Tür^deyimbri
Hər aşın qaşığı -  lıər yerə baş uzadan,  hər işə  qarışan.
Hər  aşın  noxududur  -  hər  qazanda  bişəndir.  Sczü,  fikri 
sabit deyil.
Hər qazanda,  hər ocaqda bişənik,
Xarici hər bir modu  söydu,  düşənik  (168,  s.524).
Hərçi-badabad -  ən  pis halda.
Odur  ki,  hərçi-badabad  deyib  atın  başını  döndərdi,  bir 
dəstə qoşunla Koroğluya hücum  elədi (148,  S.186).
H ər  damardan  qan  çıxmaz  -  yaman  gündə  lıər  kəs 
yardım  etməz,  yoxsuldan ummaq olmaz.
Hər  daşın  dibində  bir  Koroğlu  var  -  adi  xalqın  içində 
qəhrəmanlar çoxdur.
Hər dona  düşmək  -  düz  yola getmir,  çörəyi  gün  bahasına 
yemək.
H ər gələnə qulp qoymaq -hamıya eyib  irad tutmaq.
H ərə  bir tük  versə,  kosa  da  saqqallı  olardı -   insanlar əli 
açıq  olsa,  millətdə yoxsul olmaz.
Hərə bir tük  versə  kosa da saqqallı  olardı  (9,  s.24).
H ərə odu  öz qabağına  eşir -  hərə öz  xeyrini  güdür.
Hərəngixana  -  qarmaqarışıq  yer,  həddən  artıq  gülüb- 
danışmaq,  müftə  sözlərlə  zamanı  keçirmək  üçün  bir  yerə 
yığılmaq.
Hərənin  ağzından  bir avaz gəlir -  hər kəs öz  fikrindədir.
Hərənin  ağzından bir avaz gəlir (1,  s. 197).
Hərəni  öz  arşınıı  ilə  ölçmək  -  adamların  hamısını  özü 
kimi  bilmək.
H ərə öz nehrəsini  çalxayır - hərə  öz  işini  görür,  öz cibinə 
fikirləşir.
Elir ev adam işləyir, handa görür bəhrəsin,
Ər gedir hammallığa,  arvad əyrir cəhrəsiıı,
Dörd-beş uşaq  hor  biri  çalxalır öz nehrəsiıı,
Bunla  belə  şərmi  var,  açmağa boş süfrəsin (  A.Sabiri).
H ərə  özün  bəyənər,  dəvə  dizin  -  çirkin,  eybli  adam 
özünü bəyəndikdə deyərlər.
H ərif -  küt,  səfeh.
281

‘Beftruz  Jbqqi
Türfçieymhri
H ərif zad deyilik ki..  (9,  s  189)
H ər  kəs  əksə  dolayım,  iizü  bilər  qolayın  -   hər  kəs  öz
işinin yolunu bilir.
Hər  kəsin  damarıma  görə  qan  alırlar  -  hər  kəsin  var- 
dövlətin  nəzərə  alıb  ondan  umarlar.  Xeyirdə,  şərdə  hər  kəsin 
imkanına görə ondan bir şey umarlar.
H ər kəsin xoruzu səhərə qədər banlamayıb - bir adamın 
işi  axıra qədər yaxşı ola bilməz.
H ər  kəs  öz  atmı  çapır  -  öz  hədəfinin  dalınca  gedir, 
başqalarının  fikrini çəkmir.
H ər  kəs  öz  evinin  qibləsini  yaxşı  tanır  -  hər  kəs  öz
işinin  həlli  yolunu  yaxşı  tanır,  yəni  mənim  işimə  heç  kəs 
müdaxilə etməsin.  Mən öz işimi hamıdan yaxşı bilərəm.
Bizim kənddə heç bir evə kitab-mitab  dolanmazdı.
Öz  evinin  qibləsini  yaxşı  bilər,  h ər  kəs  özü  (Səhənd, 
səh.  68).
Hər kəs  öz  qoturun  qaşıyır  -  hərə  öz  başının  hayındadır, 
öz qazancını hər şeydən üstün tutur.
Hər  kəs  öz  ürəyindən  su  içir  -  hər  kəsin  qəzavəti  öz 
düşüncəsinə görədir.
Hərki-hərkilik -  özbaşın alıq.
İdarədə  bir  hərc-mərclik,  bir  hərki-hərkilik  salsınlar,  gəl 
görəsən (9, s. 151).
Hər  kuzəyə  qulp  qoydu,  qulpu  əlində  qaldı  -  bütün 
işlərdə uğursuzluğa düçar olmaq.
Xanəvadəsini  keçindirmək  üçün  hər  kuzəyə  qulp  qoydu, 
qulpu əlində qaldı (214).
H ər  küzəyə  qulp  qoymaq  -  yəni  əlacsızlıqdan  hər  işin 
dalısınca getmək.
Kasıblığın  üzü  yansın  ki,  dünyadan  doydum.  Həmin 
Mərağada hər kuzə gəldi, qulp qoydum (168,  səh.  446).
Hər quruldayam  qəlyan  deyil - zahiri  görünüş  oxşarlığına 
görə fikir söyləmək olmaz.
Hər  oxuyan  Molla  Pənah  Vaqif  olmaz  /  hər  oxuyan 
Molla Nəsrəddin - taleyin, fitri qabiliyyətin rolu nəzərə  alınır.
282
Hefouz  Jfofifi
Hər nə  töksən  aşma,  o  gələcək qaşığına  -   insan həyatda 
öz əməllərinin nəticəsini görür.
Bəşər öz əkdiyin  axır dərər,  vıırar maşına,
Qaşığına çıxacaq,  hər nə ki,  salıb aşına (168,  səh.  449).
Hər  saqqaldan  bir  tiik  çəksələr,  kosaya  saqqal  olar  - 
hərə bir az kömək etsə,  eldə,  tayfada ac-yalavac tapılmaz.
Hər sazdan bir avaz gəlir -  qarışıq yer,  heç kəsin  sözü bir 
birinə uyğun gəlm əyən yer.
Hər sözbaşı  -  yerli-yersiz bir şeyi təkrarlamaq.
H ər sözbaşı xumar baxıb gülərdi,
Zülfün töküb  başın asta əyərdi (353,  s.86).
Hər  şeyin  təzəsi,  dostun  köhnəsi  ••  insanı  tanımaq  üçün 
zaman  lazımdır
Bir  oğlan  dostluğa  layiq  olmayan  adamlarla  dolanırmış. 
Ata  nə  qədər  oğluna  nəsihət  verirsə  də,  oğul  ona  qulaq  asmır. 
Ata bir qoyun  öldürüb  onun qanlı  baş-ayağını  bir təlisə doldurub 
oğluna  deyir:  Adam  öldürmüşəm,  dostlarının  yanına  apar  görək, 
nə  köməklik  edə  bilərlər.  Oğlunun  dostları  hər  biri  qanlı  təlisi 
görən kimi bunlara hədə-qorxu gəlib  qapıdan qovurlar.  Ata deyir 
ki,  mənim də  bir qoca,  əldən-ayaqdan  düşmüş  dostum  var,  onun 
yanına gedək.  Onun  qapısına gedirlər,  dostu beli  bükülmüş halda 
gəlib  qapını  açır,  ata  dostundar  yardım  istəyir.  Qoca  kişi  tez 
onları  evə  salıb  deyir:  heç  ürəyinizi  sıxmayın,  mən  bunları  indi 
yerbəyer elərəm.  Ata deyir:  gördlin bala,  hər zadın  təzəsi, dostun 
köhnəsi.
H ər yarağım  düzəlmişdi,  qalmışdı  saqqal darağım  - çox
ciddi  m əsələlər  olduğu  halda  xırda  bir  şeyə  artıq  əhəmiyyət 
vermək.
Hər  zaddan  bir  diş  götürmək  -hər  işdən  yarımçıq  baş 
çıxartmaq, hər şeydə dayaz  olmaq.
Hər zadın  bir  hesabı  kitabı  olsa,  yaxşıdır -  yəni  yaxşılıq 
və  ya pislik, həmişə nəzərdə tutu malıdır.
Bu mən, bu dəftəri-ömrüm, mühasiblər hesab etsin,
Nə  qorxum  var  qiyamətdə,  hesab  olsun,  kitab  olsun  (168, 
səh 67)..
283

Hefınız  5hqqi
Н
ет
  zadın  çərdəyini  çıxartmaq  -  hər  şeyin  kökünə 
getmək,  faydasız sözə davam etmək.
Hərzə  sözün  m ərzə  cavabı  olar 
nə  tökərsən  aşına,  o 
gələr qaşığına.
Xcş niyyətli bir dost yaxşıdır inan,
Hərzə-hərzə  durub  danışanlardan ( “Yeddi gözəl”).
H əsən  keçəl,  ya  keçəl  Həsən  -  söz  dolandırma,  sözlə 
oynama.
Həsəno  meşəsi  -  Qaradağın  ən  gözəl  və  adlı  meşələrinə 
işarədir ki,  bu  gün o  meşələr aradan getmək təhlükəsi  ilə üzbəüz 
qalmışdır.  Qanunsuzluq,  qarmaqarışıqlıq  mənasındadır.
Həsənsoxdu dəyirmanı -  qanunsuz yer.
Sakit,  sakit, bura Həsənsoxdu dəyirmanı  deyil  (9,  s. 156).
O qəsr ki, mələkə,  şah olurdu mehmanı,
Olub m əsəldə Həsənsoxdu dəyirmanı (168,  s.772).
Həsrətlə yanmaq -  çox darıxmaq.
Q ələbə  sevincini  duyduğu  andan  alovlanıb  vüsal  həsrəti 
ilə  yanırdı  (144,  s.72).
Həştərxan xoruzu -  dalaşqan,  davakar.
Həştərxan  xoruzu  kimi  üstümə  gələr,  məni  söylətmək 
üçün min  vasitə düşünürdü (298,  s.46).
Hatərən- pətərən  danışmaq -  artıq- əskik danışmaq.
Qalan  115  kağızda da hotorəıı-  pətorəndən  savayı  özgə  bir 
m ətləb yoxdur.
Mərd  Mozarov  kurorta  gedib,  eloğlum  Cızmaqarayev 
kəndə  toya  gedib,  məlilə  qonşumuz  Hə tərən  Pə törənə v  da  ki, 
məndən bir balaca inciyib (9,  s.30).
Havəngdə döymək - həyatın çətinliklərinə bələd olmaq.
Ustad həvəngində  mən döyülmüşəm,
İrisiyəm, hələ  narın deyiləm.
Hə vəngə  qarşı sinə tutmaq -  zərbəyə  qarşı durmaq
Hər kim ki baxa bir dəm dilbər qaşı,  ya sinə
Həvənglərinə qarşı  ya can tuta, ya sinə  (225,  s.46).
Haqqə vasil olmaq -  ölüb getmək,  əbədiləşmək.
Olur bu  eşqilə can həqqə  vasil,
284

Beftruz  fb q q i
Türkjteyimbri
Ki,  eşqi olmayan  canan  nə hasil?  (150,  səh. 19).
Həmişə dəvə xurma sıçmaz -  həmişə  şans üz verməz.
Hər  il  Novruz  şənbə  gününə  düşməz-  həmişə  belə 
imkan olmaz.
İngilislər  həmişə  bir  nəfərdən  istifadə  etməzlər-  Bunlar 
bütün  İranı  özlərinin  balaca  m ənfəətlərinə  fəda  edərlər.  Sənin 
taylarım tez eləyə bilərlər,  yontalayarlar, düzəldərlər.
Həvədiş -  qaban kimi  dişləri  dodaqlardan eşiyə  çıxan.
«Bir gözlü div»,  «həvədiş divi»  qar tək  əridib  axıtdıq  çaya 
(57,  səh.  47).
Həvəngə salmaq -  imtahan etmək.
Gəl  indi  onları  bir-bir  qərəzsiz  salaq  ustad  kini  burda 
həvəngə,  döyək.  Ta iri-narım  seçilsin.
Həvəsdi bəsdi -  bu faydasız işə  son qoymaq.
O  necə  deyərlər day  həvəsdi.  Bəsdi,  gəl  bu  daşı ətəyindən 
tök (148,  s. 183).
Həyat  boyu  tərəzinin  ağır  tayında  oturmaq  •  həmişə 
rahat  yaşamaq,  qüdrətə  yetişən  adamların  palanı  olmaq,  çörəyi 
gün qiymətinə yemək.
Hırdan  düşmək -  qocalmaq,  iş görə  bilməmək.
Hır-zır  /  hertinən 
perti 
qanmamaq-  yaxşı-pis 
qanmamaq,  heç rıo  bilməmək.
Molla gördü bu hır-zır qanmır (35,  s.240).
Bu  gün  saat  00.00  dəqiqədə  Qırsaqqızov  nadarışünaslıq 
elmləri  namizədi  adını  almaq  üçün  Hırnan  zırın 
fərqi 
mövzusunda dissertasiya müdafiə edəcəkdir (9,  s.51).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin