Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə26/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

İt itliyindən əl çəkməz -pis adam pisliyindən əl çəkməz.
-  “İt öz itliyindən əl çəkməz” deyiblər ( 253,  s.357).
İtivə tök -  həddən artıq bir zadm ucuz və çox olması.
Cavad:  «Bəs  o  boyda  şəhərin  dükanı  yoxdur?  Orca  dükan 
itivə tök» (29, səh 36).
311

Çjkyimbri
İti  vurursan  çrar şair  iistunə  -  şer yazan  həddən  ziyadə 
çoxdur.
Dur gör,  iti vuranda çıxır şair üstünə (168, səh.288).
İt  kimi  qovmaq  -  təhqir  eləmək,  çöx  hörmətsizliklə 
qovmaq.
Vallah,  Sultana heç  zad  vermə,  it kimi qov,  getsinlər (195, 
с. II,  s.8).
İt kimi  gəbərtmok - qəddarlıqla öldürmək.
Cəllad təslim olmayıb it kimi gəbərdiblər onu (288, s. 145).
İt kimi yeyirlər -  paxıllıq etmək.
İt kökünə düşmək -  pis vəziyyətə düşmək.
İt Pünhanın günündə,
Pünhan da it günündə.
İt-qurd  ağzına  diişməik  -   səviyyəsiz  adamların  dilino 
düşmək.
İt-qurd ağzına düşmüş necə gör şairlik,
Hər gələn şair olubdur,  baxınız ey həzərat (Qasir,  s. 11).
İt  qursağı  yağ  götürməz  -   pis  adam  heç  vaxt  yaxşılığa 
qiymət verə  bilməz.
Rəhim:  Camaat  Qabağın  (it 
adıdır)  şit  yağ  yeyib, 
gəbərm əsindən göz bərəldə-bərəldə danışırlar.
Nəva:  Camaat  nə  qanır  belə  niyyətləri.  Deyərik  ki,  it 
qursağı yağ götürməz (29,  səh.  10).
İt quyruğu -  əyri,  başqalarının  xidmətində olan adam.
Gedib  hər  qapıda  olmasan  köpək,  fikrin  əyri  olmaz,  it 
quyruğu tək  (Xaqani Şirvani).
İtlə  pişik  kimi  yola  getmək  -  daim  dalaşmaq,  yola 
getməmək.
Ağzında  ayrım  qızı  deyirsən,  necə  keçinəcəyik,  itlə  pişik 
kimi (298, s .ll) .
İtlər  gəlib  sallaqxana  üstünə  -   1945-ci  ildə  Milli 
Hökumətin  dağılmasında  iştirak  edən  fars  ordusunun  vo  fars 
ltimpenlərinin  Azərbaycanda qan tökməsinə işarədir.
İtlər  oturub  küçüklər  hürür  -  böyüklərin  danışığına, 
ixtilafı zamanı cavan adamların qarışmasına deyilir.
312
Hekruz  Jhqqi
TürÇdh/inrfm
İt meyiti, xan  bağında? -  uyğun olmayan bir şey. 
Dünyamalı  xan  mırıldandı:  “İt  meyiti,  xarı  bağında?”  (253, 
s.425).
İt  ola,  ət  ola  /   axtardığın  yar  idi  yetirdi  pərvərdigar -
ürəyindən keçənə çatmaq.
İt ola, ət ola (103,  s.73).
İt otaran  -  işsiz,  avara.
İt unu  kimi  dağıtmaq -   pərən-pərən salmaq.
Çox danışarlar hamısını  it unu  kimi  dağıdar (129,  s.414). 
İtyı ;sə, gözü  ağarar -  ağlagəlməyon bir söz demək.
Elə  fikrə  düşür,  elə  qələt  eləyir  ki,  it  yesə  gözü  ağarar 
(335,  s.88).
İt  yiyəsin  tanımamaq  -   hərc-mərc  olan  yer,  bö> ük-kiçik 
tanınmayan  yer.  Başsız,  qarmaqarışıq  yer.
Bu  evdə  it  yiyəsini  tanımır,  nə  vecinizə,  kef apar  n,  Allah 
sizə baxıbdır (335,  s.87).
O  zamanlar  Bakı  belə  deyildi,  küçələr,  meydançalar,  dava 
meydanına  bənzəyirdi.  Zorlular  zorsuzlaıa  quıı  uddururdu,  it 
yiyəsini  tanımırdı  (254,  s. 18).
İt yorğunu  -  çox  yorulmuş.
İyi  burnunda qalmaq -  şirnikmək.
Yoxsa  çar  jandarmlarına  aid  hərəkətlərin  iyi  burnundan 
getməyibdir? (298,  s.lOS).
İyini  salmaq -  yəni  məhəbbət yetirmək,  sevmək.
İyini  sənə  salmışdı,  atası-anası da sən idin  (142,  səh.65). 
İyirmi  dörd  oyar söz -   düzgün  söz,  sınaqdan,  təcrübədən 
çıxan  bir nəzər.
Xalis  bir sözün var,  iyirmi dörd əyar,
Hamı  dayananda Təbriz başlayar (Məftun Əmini).
İyno atsan yerə  düşməz -  adam çox olan  yer.
Dava təbili  çalındı,  meydana  iynə  atsaydın,  görünərdi  (46,
s. 14)
İynə  ilə  gor/  qəbir  qazmaq  -  çox  çətinliklə  ruzi 
qazanmaq.
313

Hehruz  yfajqi
'lıirfcdajimfori
İynə  ilə  gör  qaz,  inşallah  az  keçər,  əlin  çörək  qulağına 
çatar (129, s.97).
A ğam usa  Nağıyev:  «Atam-anam,  qaranlıq  yerin  altında 
iynə  ilə  gor  qaza-qaza  mis  axtarmaq  karım a  gəlm əz»  (297, 
səh.  100).
İynə  kimi  incəlm ək  -   ağır  vəziyyətdən  bir  dəri,  bir 
sümük olmaq.
Bu nə  işdir ki,  bizi  iynə k imi incəldib («Füzuli  qəzəlləri», 
səh.  88).
İynənin ucu qədər - lap  balaca,  kiçik, gözə dəyməyən.
İynə ucu boyda işıq  istədim,
Lampa əvəzinə  yandı ürəyim  (124).
İynəsini yeyən  çuvaldız  siçan*- çox xəsis, zirək adam.  Bir 
zadı  ələ  gətirməkdən  ötrü  ondan  artıq  zərər  qoymağa  məcbur 
olmaq.  Elə  adam  haqqında  işlənir  ki,  ona  zor  demək,  haqqını 
yemək olmaz.
Biri bir iynəvi meyl etsə,  çuvaldız  stçar (168,  səh.  554).
Basarıq  on tüməni yüz tümənə,
Yeyərsiz iynə,  sıçarsuz təpənə (böyük iynə) (168,  səli  579).
314
*Befouz
  .Tfaıgt
Türfjdajbnhri
-K-
Kabab  iyinə  getdim,  gördüm  eşşək  dağlanır  -  ümid 
olunan işin tərsinə cərəyan etm əs ı.
Biri kabab iyinə gəlmişdi,  gəlib  gördü ki,  eşşək dağlayırlar 
(1,  s.287-288).
Kağızını vermək - talağını  vermək.
Güllü:  kağızımı ver, kəbinim halal,  canım  azad  (129).
Kağız kimi - ən gözəl,  ağappaq,  sifəti ağ adam.
Alay komandanı kağız kimi  ağardı ( M.Hüseyn).
Kalafa sümük olmaq -  çox arıqdı.
Karın  götünə  badam  ağacı  soxdular,  dedi:  “nə  səs 
gəlir?”  -  bir  mühitdə  ola-ola  o  mühitdə  baş  verən  hadisələrdən 
xəbərsiz qalmaq
Kar quleybanı - özünü anlamazlığa vuran.
Kasa  aşdan  isti/  ölü 
yiyəsi 
kiridi,  ölü  yerinə  gələn 
kirimədi.
Yəni  kasa aşdan  isti  oldu?  (72,  c.III,  s.103).
Kasa kuzə  kimin  başında  sındı?  -  qovğanın  axırında kim 
ziyan çəkəcək.
Kasa  rəqsi  eləm ək  -  Azərbaycanın  çətin  rəqslərinin 
birinin  adıdır.  Çətin bir işə əl  vurmaq.
Kasıb  axça tapdı, boxça tapmadı -  bir  şeyi  ələ  gətirəndə 
onu saxlamaq  üçün də gərək  fikirləşəsən.
Fərəc,  belə  yerdə  deyərlər,  ə  kasıb  axça  tapdı,  boxça 
tapmadı  (9,  s. 165).
Kasıb  əlində  kükə  təbərrikdi  -  kasıblara  təhqiramiz 
münasibətdən yaranmışdır.
Kasıbı dəvə üstündə  bövə sancar - baxtsız adamın  başına 
ağlagəlməyən bəlalar gələr.
Kasıblığın  xəmri  ilə  yoğrulmaq  -   dünyaya  göz  açan 
zaman  yoxsulluğa adət eləmək.
O  bir  kasıb  ailədə  doğuldu  Kasıblığın  xəmri  ilə  yoğruldu
(30, № 2).

Beftruz  Ibhqqi
HİT^da/imbri
Katda-katda danışmaq  - böyük-böyük danışmaq.
İndi  iki  il  olar,  Xudayar  bəy  Danabaşda  katdalıq  eləyir 
(195 ).
Keçə börk - qanmaz,  gönü qalın.
Keçəbörk  nağılına  döndərmək  -   yəni  kələk  etmək, 
fırıldaq gəlmək.
M ədədin  ölümünü  Keçəbörk  nağılına  döndərib,  generalın 
ayağına yazasan (142,  s.  203).
Keçəl  ağa  çox  gözəl  idi,  vurdu  çiçək  çıxardı  -   eybi, 
günahı  çox  olan  bir  adamın  daha  böyük  günah  etməsi.  Adətən 
zahiri görünüşlə bağlı  işlənir.
Həmid  öz-özünə  baxıb  deyirdi.  Keçəl  ağa  çox  gözəl  idi, 
vurdu çiçək də çıxartdı (1,  s.375).
Keçəl  dərman  bilsə,  öz  başına  çəkər  -   özünə  əlac  edə 
bilməyən adam başqasına nə edə bilər?
Davud  lələ,  ay  rəhmətliyin  oğlu,  keçəl  dərman  bilsə  öz 
başına çəkər (9,  s.25).
Keçəl  həkim  olsaydı,  öz  başına  dərman  edərdi-  boş-boş 
danışmaqla kar aşmaz.
Dedim:  Mürşüdün  də güzəranı  sənin kimidir?
Dedi:  O,  yorğan-döşəkdə  yatmır  Tulanbarda  isti  kürk 
üstündə oturur.
Dedim:  Elə,  öz  yerini  yaxşı  tapıb.  Keçəl  həkim  olsaydı, 
əvvəlcə  öz başına çarə  qılardı (201,  səh.  223).
Keçəl  suya  getməz -  məni  aldada bilməzsiniz.
Pis  kişi:  Xeyir,  ağa,  keçəl suya getməz (9).
Keçənə  güzəşt  deyərlər  -   keçmiş  günahı  böyütmək  düz
deyil.
Keçəni həvəngdə döymək-  ən faydasız bir işə əl qoymaq, 
xeyirli bir nəticə  verməyən  işi  təqib etmək (332,  səh.  170).
Keçəsini ovmaq  - çox zərər vurmaq, əziyyət etmək.
Keçi başı tutan  -  faydasız iş görən.
Keçi  can  hayında,  qəssab  piy  axtarır  -hərə  öz  xeyriııi
güdür.
316
Əh,  keçəl,  keçi  can  hayında,  qəssab  da  piy  hayındadı  (46, 
s. 120).
Keçi  can hayındadır,  qəssab piy axtarır (335,  s.283).
Kül  başuva  ay  Kür ki,  üstündən  Araz atlanır -  sən  gör 
nə gündəsən ki, çox əskik  adam səni təhqir edir.
Kül başuva ay Kür ki, üstündən Araz atlanır (72, c.III, s.  100).
Keçidən  xərm ən  döyən  çıxmaz  -   hər  işin  öz  sahibi  var, 
hər işi  hər kəs görə bilməz.
Keçinin  qoturu  bulağın  gözündən  su  içər  /  armudun 
yaxşısını  çaqqal yey ər- ləyaqətsiz adamın  iddiası  böyük  olar.
Keçinin qoturu bulağın gözündən su içər (335,  s.275).
Keçi su bulandırınası - ara qarışdırmaq.
Bir  keçi  su  bulandırması  eləyib  oııu  lap  tez  öldürmək 
lazımdır (46,  s.54).
Keçmə  namərd  körpüsündən,  qoy  aparsın  suı  səni  -
namərd qabağında əyilmə.
Keçmə namərd körpüsündən,  qoy aparsın  su  səni  (150).
K ef  havasına  danışmaq  -   içkili  olub  ağzına  gələni 
danışmaq.
Ana  bəlkə  mən  kef  havasına  bu  sözləri  danışıram  (195, 
с. II,  s.32).
Kefi  ala  buluddadır -  kefi  kök.
İştirakçıların kefi  ala buluddadır (9,  s. 13).
Kefi  durulmaq -  kefi  kökəlmək.
Elə  ki,  saqi  bir  baş  məclisi  dolandı,  keflər  durulldu,  başlar 
ayazıdı  (174,  s. 110).
Kefi kök -  vəziyyəti,  əhvalı  yaxşı.
İcalətən  kefi  kök  saxla,  çünki bayramdır,
Нэпа qoy əllərivə, bir bəzən, M əhəmmədəli (300,  s. 151).
Həmid  oradan  evə  kefi  kök  qayıdanda,  yolda  Bakı 
sovetinin  qabağından keçəndə  onu çağırdılar (1,  s.226).
Kefim M avərənnəhr havası çalır -  kefi çox  kök olmaq.
Kefim M avərənnəhr havası çalır (129,  s.68).
Kefinə soğan  çırtmaq -  qanını qaraltmaq,  kefini pozmaq.
İndi  bu saat Allah  qoysa,  kefmə  soğan çırtarlar (129,  s.68).
317

‘Behruz
Kefin gələndə 
ürəyi istəyəndə.
Özü  də  minməli  atdı  yorğadı,  kefin  gələndə  m inərsən 
(195, с.II,  s.133).
Kefinin duru vaxtı - kefi kök.
Padşahın kefinin duru vaxtı idi (103,  s.144).
K əbə  yıxmaq  bir  günah,  könül  yixmaq  yüz  qandı- 
birinin qəlbinə dəymək olmaz.
Kəbini  boş  olmaq  -   keçmiş  zamanda  sənəd  alan  zaman 
adını  deyən  qadın,  xurafat  əsasında  düşünülürmüş  ki,  ərinə 
naməhrəm olar.
Kəbinləri  göydə  kəsilmək  -  qız  ilə  oğlanı  bir-birinə 
göbəkkəsmə  edərdilər.  İnama  görə  onlarm  kəbinləri  göydə 
kəsdilərdi.
Kəc baxmaq -  pis gözlə  baxmaq.
Qəlbi düz olanın  evi hac olu,
Qonşuya kəc baxan özü ac olu (32, c.II, s. 10).
Kədəri  boğmaq  -  böyük  bir  derdi  olsa  da  zalıirdə  özünü 
sakit,  soyuqqanlı göstərmək.
Müridlərinin  gözlərində  yaş  parıldayanda  da,  o  öz 
müqəddəs kədərini boğmadı (142, s. 150).
Kəfəni boğazına dolaşmaq -   ölümdən qorxmamaq.
M əhərrəmə indi  hamı  «böyük çekist»  deyir.  Ona görə yox 
ki,  kəfəni  boğazma  dolayıb.  Mirqəzəbin  bəd  niyyətini  SSRİ 
prokuroruna yazıb (142,  səh.  213).
Kəfəni müftə olsa düşər, ölər -  tamahkar.
Kəfəni yırtmaq - ölümdən qayıtmaq.
Bizim  sağ-salamat  qalmağımız  kəfəni  yırtıb  çıxmaq 
kimidir (1,  s.53).
Kəklik kimi  başını qara quylamaq  - hadisələrdən xəbəri 
olmamaq,  saymamazlıq.
M ərkəz  kəklik  kimi  başını  qara  quylamaqla  xalqın 
ehsasatının üzərinə pərdə çəkmək istəyir (248, s.32).
Kəklik səkdirmək - oynatmaq, şadhq eləmək.
Hələ qocalmamısan,  qoy sənə ərus gələ, damad
Fərihləri hələ kəkliksayağı səkdirəcəksən (306,  s. 129).
318
'Beftruz  tä q q i
Türj^eyimCm^
Kəkliyim səkər gələr,
Dağ-daşı sökər gələr,
Eşitsə balaları gəlir,
Qəbrini sökər gələr (Hüseyn kişi).
Kəkliyi  azm aq  -  özünü  itirmək,  nə  etdiyini  bilməmək, 
yolundan azmaq.
M ən dünyanın  alçaq-ucasın  görmüşəm az-maz.
Beş gün əlim ə fürsət düşə,  kəkliyim azmaz (168,  s.745).
Kəlağayısını yan  bağlayan  -şücaətli,  qorxmaz.
Həmin bu gün yurdumuzda.
Kəlağayısını  yan  bağlayan
Mərd analar başdan başa (234,  s. 192).
Kəlbətinlə  söz  çəkmək  -  qaradinməz  adamı  zorla 
danışdırmaq.  Siyasi  məhbuslarda  təşkilatın  sirrini  saxlayanlar 
haqqında işlənir.
Kələfçəsi  qarışmaq  -  işin çətinə  düşməsi.
Kələfçənin  başını  itirmək  -   yəni  işlərin  çətinliyə, 
dolaşığa düşməsi.
İtirmişəm kələfçənin  başını,
Tapammıram  üzüyümün qaşını  (306,  səh.  164).
Kəl/kər  divardan  qaçmaq  -  yaman  günləri,  ağır  işləri 
görüb yorulan adam.
Kəllə dəbənək - cürətli, qorxrnaz və ağılsız adam.
Kəllədən  tut, ya tüstü çıxınaq -- dəli olmaq,  əsəbiləşmək.
Kəllə  kəlləyə  gəlmək  -  üz-üzə  gəlmək,  münasibətlərin 
kəskinləşməsi.
Kəlləni yerə  qoymaq - ölmək.
Ancaq  onu  fikir  edirəm  ki,  bu  gün  kəlləmi  yerə  qoysam, 
təxti-tacıma kim  sahib duracaq (46,  s.93).
Kəlləmsağı - başı  soyuq,  ırəsuliyyətsiz.
K əllə suyu -  dadsız- duzsuz.
Kəlmə kəsm ək -  bir söz danışmamaq.
Əslində  sən  demə  hələ  qızla  bircə  kəlmə  də  kəsməmiş, 
həmsöhbət olmamış, ürəyini  ona açmamış (110,  səh.  9).
Bir öyrətdi,'yüz öyrətdi,
319

Hefıruz
ft
'R r^d a jim h ri
Doğru dedi,  düz öyrətdi,
Kəlmə kəsdi,  söz öyrətdi 
Ələsgəri  doğan ana.  (14,  II).
Kom 
baxmaq 

pis 
gözlə 
baxmaq, 
m əhəbbət 
göstərməmək.
Əziziyəm  baxtı kəm,
Bağbanım yox bağ tikəm,
M ən fələyə neylədim,
Fələk mənə baxdı kəm? (33,  s.68).
Kəmərin  altı  boş olmaq  - ac olmaq,  qarının boş olması. 
Kəmərin  altını  bərkitmək - doyunca yemək.
Kəmsiyini qırmaq -  böyük zərbə vurmaq. 
Kəndxudalıqdan  dəm vurmaq  -  əlindən  bir iş gəlməyən 
adamın böyük arzularda olması.
Sənə  möhtac olan bəndə əyər baş,  qul olar,  lakin,
Ona  düşsə  işin  dərhal,  vurar  dəm  kəndxudalıqdan 
(A.Bakıxanov).
Kəndirin kəsm ək  -  xətərlə üzbəüz etmək,  ölümlə  üzbəüz 
etmək.
Hər yanda çadır qurdum,
Kəndirim kəsdi  fələk!  (148,  s.24).
Kəndi  satdı,  kətxuda  oldu  -  öz oli  ilə  özünü  yaman  günə
saldı.
Kəndlini  kənddən  çıxartmaq  olar-  amma  kəndi 
kəndlidən  çıxartmaq  olmaz  -  insanlar  göz  açıb  böyüdükləri 
mühiti ömürlərinin  sonuna qədər unuda bilmirlər.
K əngər  yeyib,  ləngər  salmaq 
-  yəni  bir  yerə  gedib, 
yeyib-içib,  evini  yada  salmayan kəslər.  Bir  yerə  gedib  qayıtmaq 
bilməyən.
Gedib qürbətdə qalma,  cani-madər,
Yeyib kəngər, əzizim,  salma ləngər (147,  s. 188).
Hanı  kəngər yeyib, ləngər salanlar (168, səh.  155).
Kənkan  quyunu  hər  nə  qədər  dərin  qazsa,  özünü 
içində  görər  -bir  adam  ki  həmişə  başqalarına  dolaşır,  onların 
bədbəxt.] i у ini  axtarır,  xoşbəxt ola bilməz.
320
‘Beftruz  fbaai
Kərə  yəyən  də  yaza  çıxaır,  tərə  yeyən/  yağlı  yeyən  də 
yaza çıxır, yavan yeyən də -
Həm  bir  cür  ömrünü  başa  yetirir,  adam  gərək  heç  kim ə 
əyilməyə.  Kərə,  yağlı  burada var-dövlət əlaməti,  tərə,  yavan  isə 
yoxsulluq əlamətidir.
H ər qövm kərəylə tərəniıı bilməsə  fərqin,
Aldansa adına,  moduna Qərb ilə  Şərqin (168,  s.564).
Kərki  öz  sapını  kəsm əz  -  qoyun  quzu  ayağı  basmaz  /it 
itin ayağını  basmaz.
Kərməni  dadıb  alar  -  hər  şeyi  yoxlamamış  almayan, 
vasvası.
Kərvaşan  soxmaq -   çox ağır cəza  vermək.  Azərbaycanın 
güneyində kərvəşan -  nazik-uzun  ağaca deyilir.
Kəsdirə bilməmək -  anlaya, qəti qərar verə bilməmək.
Kəsdiyi çörəyi ayaqlamaq - yaxşılığı  yaddan  çıxartmaq.
K əsək  oturub  daşın  giinünü  ağlayır  •  əlindən  iş 
gəlməyən  bir  adam  özündən  çox  bacarıqlı,  varlı  adama  ürək 
yandırır.
Kəsərdən  düşmək -  nüfuzunu  itirmək.
Kəsik  baş  -sevinc  və  şadlığı  ürəkdən  olmayan  adanı. 
İnanırlar ki,  kəsik baş yerə düşəndən  sonra öz qanına gülər.
Kəsilə-kəsilə  qalmaq  -  çıxılmaz vəziyyətdə qalmaq.
Məktubu  oxuduqda  qanım  başıma  vurdu,  kəsilə-kəsilə 
qaldım (232).
Kəsilən  barmağa duz vurmayan -heç nəyə  yaramayan.
Kəsilən  barmağa duz vurmayan (85,  s. 109).
Kəsilən  başın  zülfü  üçün  ağlamazlar  -   naxırı  itirib 
alagöz  dana  dalınca  ağlamaq  - böyük  məsələni  qoyub kiçik  bir 
məsələ  ilə  məşğul  olmaq.
Kəsilən  başın  zülfti üçün  ağlamazlar (21).
Kəsmək - gözü düşmək,  yoldan  çıxartmaq  istəmək.
Kəbirlinskmin  özü  də  bir  balaca  Vəcihədən  kəsirdi  (84, 
s. 126).
321

Зе/i
Kətxudanı  gör,  kəndi  çap  -  geri  qalmış  ölkələrdə  həqiqi 
mənadadır.  O  yerin  böyüyü  ilə  tanışlığın  olsa,  orada  hər iş görə 
bilərsən.
Kılimarası - oyunbazlıq,  baş tovlamaq.
Azərbaycanın  cənubunda  bu  milli  oyun  şovinist  siyasət 
nəticəsində  aradan gedib,  təkcə deyim şəklində işlənməkdədir.
Kiilkə  süpürgə  -  lazımsız  bir  şey,  səliqəsiz,  saçları 
daranmmış qız-qadın
Ana  ilə  uşaqlar əlbir olub  işdən yorğun-arğın gələn dədəni 
kilkə  süpürgə kimi qoydular otağın bir bucağına.
Kiilkə toyuq -  saçları  pırtlaşıq  adam.
Pırsıma,  kilkə toyuq  tək özünü  lap-lap aç (223,  s.  10).
Kiim  deyə  bilər  ayağın  yarıdı  geri  çək  -  ərköyün, 
qudurğan.
Xorxahor nə qədər kefindir yat,  bir adam da deyə  bilməsin 
ki,  ayağm  yandı,  geri  çək  (129,  s. 162).
Kümə  müsəlman  dedik,  yaxasından  xaç  çıxdı  - 
inandığımız adam etimadımızı  doğrultmadı  (Ə.Saraçlı).
Kiimi bəxtin  narda sınar, kimi yarda -  biri  dünya  malına, 
biri  mənəvi dəyərlərə  meyl  salır.
Bir  adama  qismət  eləsin,  deyir  kimi  baxtın  narda  sınar, 
kimi yarda..(9,  s.173).
Kimin toyuğuna  kiş  demişəm?  - kimə  pislik  eləmişəm?
Kıimin toyuğuna  daş  atmışıq?  -  kimə əziyyət eləmişik?
Kimin toyuğuna daş atmışıq  (29,  səh.  214).
Kiim kimədir, zümzümədir-  hərə  öz başının  hayındadır.
Kiirli alm-düşmən üzü.
Yolladığım qurşun ərməğan  sənə,
O kirli  alnını  öpər bismillah (74).
Kiirli qafa -  pis fikirli.
Haydı,  rədd ol buradan kirli qafa!  (75, c.IV,  s85).
Kiprik  qırpmamaq  -   yata  bilməmək,  diqqətlə  bir  sözə 
qulaq  asmaq.
Kiisədən  getmək  -  yaxşı  bir  işdən,  gəlirdən  məhrum 
qalmaq,  bir işi  təklif edən zaman,  əgər biri  boyun  qaçırırsa,  onda
322
Twkjkymıhri
ona deyərlər ki,  «kisəndən  gedər».  Yəni  belə  bir  iş  bir  daha ələ 
düşməz.
Kisənin  başın  açıq  qoymaq  -  pulu  həddən  artıq 
xərcləmək,  qədrini  bilməmək,  bir  məqsədə  çatmaq  üçün  pulu 
əsirgəməmək.
Kişiliyi olmamaq - qeyrəti, cəsarəti olmamaq.
Gördülər yoxdu beqeyrət kişilərdə kişilik
Qeyrət əl verdi ürıasə  ki çıxa meydanə (Zeynəb paşa).
Kişinin  köynəyi  ağarıb  -   kişi  ikinci  dəfə  evlənmək 
fikrinə düşüb.
Kişinin sözü bir olar -  adam sözünün  üstündə durar.
Kişinin  sözü bir olar (147,  s.126).
Kiş-kişlə  donuz  darıdan  çıxmaz  •-  gücə  gərək  güclə 
cavab verəsən.
Özü  də  “kiş-kişlə  donuz  darıdan  çıxmaz”-  deyiblər.  (253, 
s.270).
Kiş-kişlər olsun -  uzaq olsun,  allah eləməsin.
Kişmişi gülm ək -  yavaş-yavaş gülmək.
Bəxtəvər necə kişmişi  gülür.
Kitabdan-kitaba  salmaq  -   dini  vəsilə  qərar  verib,  xalqın 
malını  yemək,  xalqın  başına börk  qoymaq.
İnəyi  itmiş  birisi  deyirdi,  «Allah  elə  et  ki,  inəyim  ııə 
mollaya,  nə  seyidə  rast  gəlsin.  Çünki  molla  tayfası  kitabdan- 
kitaba  salıb,  halal  eləyəcək  və  yeyəcək.  Seyid  olsa,  lap  pis. 
Deyəcək,  cəddinı  göndərib» (19,  səh.  12).
Kitabı  bağlanmaq  --  ömrü  sona  yetmək,  ya  birinin  işdən 
çıxarılması.
1930-cu  ilin  dekabrında  həkimdən  ağzıbağlı  bir  məktub 
gəlmişdi.  Həkim  yazmışdı,  xəstənin,  yəni  Cəlil  M əm m əd­
quluzadənin  kitabı  bağlanmışdır.  O,  iki  aydan  artıq  yaşamaz 
(197,  səh.  181).
Kitab  olmaq - kötək yeməkdən kitab kimi nazik olmaq.
Nə  mənə  mütaliə  eləyirsən?  Mən  ki  burda  bir  zad 
görmürəm.  Vurublar  kitab  olmuşam,  özümü  mütaliə  edirəm 
(340,  s.46).
323

Hefouz  tö q q i
İMT^deyimhn
Kol-kosa  əl  atmaq  -  ııaümid  ola-ola  yenə  də  nicata, 
qurtuluşa fikirləşmək.
Son  nəfosdə  bir  kırıxan  ümid  naümidlikdən  duruxar. 
Birdən anıma kol-kosa əl atar (204,  s.60).
K onsulun  qızı  dadar  d u ru b   -  mühüm  bir  işin  b aş 
verməsi,  biri  səbəbsiz  şad  olsa,  tez  çıraq  yandırsa,  buna  etiraz
edərək belə  deyirlər.
Kora  gecə  -gündüz  birdi  -  yaşayışı  pis  olan  adam  üçün, 
gəliri olmayan adam üçün fərq  yoxdu.
Korboz adam -  yaşından böyük görünən,  qüvvətli.
Kor eşşəyin kor nalbəndii - özünə tay tapmaq.
Yadında bu sözü  saxla əfəndi,
Olar kor eşşəyin kor da nalbəndi (168,  s.7).
Kor əlinə ağac vermək - qanmaz adama bəhanə vermək.
Kor getdi korxanaya -öz ayağı ilə ölümə getdi.
Kor-kora  deyir: 
‘cırtbori  gözü və”/   kor  kora  k o r
deməsə  bağrı  çatlayar.
Özünün  də  eybi  ola-ola  başqasının  eybini  üzünə  vurur. 
Eybi kim çıxardar - eybəcər.
İki kor düçar oldular bir-birə,
Biri  basdı yıxdı  o birin yerə.
Sıxırdı  boğazın,  vururdu kötək,
Deyirdi:  “dödən odlaram  sor köpək!”  ( Hidəçi).
Korlar  şəhrində  ayna  satmaq  -  lazımsız  bir  işlə  məşğul 
olmaq.
Korluğuna  görə  şorgözlüyü  də  var  -   yəni,  əlsiz- 
ayaqsızlığına baxmayaraq,  çox sırtıq,  arvadbaz insandır.
Korluq çəkmək -  ehtiyac çəkmək.
Nə  lazımdı  camaat  bilsin  ki,  onların  əli  aşağıdı,  korluq 
çokirlər (1, s.164).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin