Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ


İki göz istəyir ki ona baxasan



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə25/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   21   22   23   24   25   26   27   28   ...   43

İki göz istəyir ki ona baxasan -  çox gözəldi, 
iki göz istəyir ki,  ona tamaşa eləsin (174,  s.8).
İki göziin  bir deşikdən  çıxartmaq -  hədələmək.
Özün öləsən,  iki  gözünü  bir deşikdən  çıxardaram  sənin  (9, 
s. 145).
İki  gözüvü bir deşikdən çıxardaram (84,  s.142).
İki  it  küçüyüm  olsa  birini  ona  verm ərəm  -   heç  cür
bəyənmirəm.
İki  it  küçüyüm  olsa birini  orıa vermərəm (46,  s. 107).
İki  köynək dəyişmək -ik i nəsil.
Alayla  Çəmənin  toy  gecəsindən  bu  yana  Qanıq  evinin 
nəsli iki köynək dəyişmişdi (296,  s.120).
299

Behnu^W hcj^
Tür^dajim hri
İki  qoçun  başı  bir  qazanda  qaynamaz  -  iki  döyüşkən, 
dalaşqan,  ağır xasiyyətli adam bir yerdə ola bilməz.
Keçənə güzəşt deyərlər,  Fərəc, bir də ki,  iki  qoçun başı  bir 
qazanda qaynamazdı  (9,  s.181).
İki  məscid  arasında  benamaz  qalmışam  -   dəqiq  qərara 
gələ bilm irəm
İran  konsulluğuna  gedəndə  farsi  bilmədiyim  üçün 
mütərcira  aparanda  mənə  deyirlər  sən  iranlısan,  gərək  İran 
dilində,  farsca  danışasan.  Anketləri  də  farsca  doldurasan.  Mən 
72  yaşında,  necə  deyərlər,  iki  məscid  arasında  benamaz 
qalmışam (M.Purimaııı,  27. V. 1998).
İki  pulluq  ağlı  olmamaq -  ağılsız.
Analı-qızlı  iki  pulluq  əqliniz  yoxdur,  hər  boş  sözdən  ötrü 
yerdən olursunuz (5,  s.28).
İkiüzlü  sac  çörəyi -  ikiüzlü adam,  işi  düşəndə yaltaqlanan.
Bu  günlər  heç  zad  da  olmasa,  yeri  gələndə  mollalara  və 
daldada  şaha  yaltaqlıq  edən  ikiüzlü  sac  çörəkləri  hər  yeri 
tutubdu.
İqlbalı  şax durmaq - uğurla üzbəüz olmaq.
İlana  balası  qənim olar -  adama yaxın adamı  zərbə vurar.
İlana  balası  qənim  olan  kimi  zalım  padşaha  da  sən  qənim 
olacaqsan  (46,  s. 159).
İlana  sarılmaq  -   naçarçılıqdan,  hər  bir  qabağa  gələn 
adama, bir  şeyə  ümid bəsləmək,  ondan kömək ummaq.
Əbdülvətəıı:  «Dənizə  düşən  ilana sarılır» dedikləri kimi bu 
gün  bir  səadətə  müstəqbələri  üçün  olan  mübarizədə  bulunan 
sairə  m illətlər  bizimlə  qardaş  kimi  isələr  də,  rahat  yüzü 
gördüklərindən 
bizim  rəqibimiz  olmayacaqlarını 
nərədən 
biləlim (28,  səh.  91).
İlan  bel -  ucaboy,  incəbel.
İlan  boğan  vaxt - uşağın bir yaşı  olan zaman  işlənir.
İlan  boğazından  düşüb  -  gözəl,  məlahətli,  qaş-gözü 
yerində  olan  qız  .
İlan  dili  tökmək/  çıxartmaq  -  yalvarıb  yaxarmaq,  dil 
tökmək.
300

Beftruz
JM rtijteym hri
Nə  oldu,  işin  düşəndə  ilan  dili  çıxardırdın,  indi  başlamısan 
məntiq  filim ..(9,  s.55).
Nə bir həkim nə qəza var,
Nə iyi bir mənzil ötənlərə
Çıxarırsan yazıq  ilan kimi dil (69).
İlanın  qənimi  balasıdır -  yaxın  adamdan gələn ziyanı  heç 
kəs vura bilməz.
İlanın  zəhləsi  yarpızdan  gedər.  O  da  yuvasının 
qabağında bitər - nədən zəhlən getsə, gəlib səni tapar.
Yarpızgülü,  yarpız kolu  min dərdə dəvadtr.
Getsin ilanın zəhləsi qoy yarpız əlindən (241,  s.22).
İlanı yuvadan çıxatmaq -  şirin dilli  adam.
Səni  yaxşı  tanıyıram,  ancaq  elə  qadınlar  var  ki,  ilanı 
yuvadan  çıxarır (1,  s. 176).
İlan  kimi qabıq  qoymaq -  çox zəhmət çəkmək.
Məıı  sənin  qapında can  çürütdüm,  ilan  kimi  qabıq  qoydum 
(174,  s.6-7).
İlan  qurbağa  -  pis,  səliqəsiz xətt.
Dünən  poçtdan  bir  məktub  aldım,  yazıb  Raslaküçəyə 
(Təbrizin  məhəllələrindən  biri)  mənim  adıma  altı  aylıq 
ıuznameyi-  “Molla  Nəsrəddin”  göndərilsin.  Gülüncə  layiq  olan 
millət  varsa,  o  da  həmin  başıboş  ağalardır  ki,  anaları  qoyduqları 
atlı yazmağa guya utanıb  ilan-qurbağa çəkirlər ki,  bədbəxt kağızı 
oxuyarı  bilməsin  ki,  kağızı  yazan kimdir.  Yazıq  millət (211).
Etdiyi  tədris  ilan-qurbağa,
Dərs deyil,  hərzəvü-  lıədyandı bu  (166,  səh.  97).
İlanlar  qarnında  baş-başa  verib  -  paxıl,  pis  fikirləri 
ürəyində saxlayan, özgəyə quyu qazan.
İlanmələyən vaxt -yayın ən isti vaxtı.
Yaym  ta  ilanmələyen  vaxtınacan  o  ağac  gözünün  yaşını 
axıdırdı  (118,  s.308).
İlan  mələyir  -   həddindən  artıq  isti  vo  qumsal  yer, 
əkilməyən yer,  isti.  Qumsal yer,  bərri-  biyaban,  susuz yer.
Bu  ilanlar  məloyəıı  səhradə  xanların  tökdüyü  qanlar 
(S.Rüstəm).
301

Hefirm  Jhäai
Möj  vurur zəmilər,  isti bir  yel əsir,  ilanlar m əlir (219,  18).
İlan  oynatmırlar ki -  baxmalı şey yoxdur axı.
Niyə  gülürsünüz,  burda  ilan  oynatmırlar  ki!  (195,  с.П,
s.68).
İlan  vuran  ala  çatıdan  qorxar  -  bir  işdən  ziyan  çəkən 
adam  daha  o  işin  təkrarına  yol  verməz.  Azərbaycan  öz  acı 
xatirələrini  yadında  saxlayıb  və  bir  də  zor  və  əsarət  altına 
getməz.
İlan vurmuş ala çatıdan qorxar (F.Xoşkinabi).
İlan vuran ala çatıdan qorxar,  arvad!  (253,  s. 11).
Пап  vuran  yatdı,  mən  yatmadım  -   bir  acı  olaydan, 
hadisədən,  xəbərdən gecəni yata bilməmək.
İlan vuran yatar isə,  sevgi sevən yata bilməz (160, səh.27).
İlan  vurmuş-  birdən-birə,  qəflətən  yerindən  durmaq,  tam 
mənada narahat olmaq.
Akademik  ilan  vurmuş  kimi  dik  yerindən  qalxıb,  gəldi 
mənimlə  səmimi və  möhkəm ol  verdi (157,  səh.  12).
İldırım  daşı -  ağır yük,  möhkəm.
Üstündəki  yorğan  ildırım  daşma  dönüb  sinəsini  sıxırdı 
(310,  s.4).
Bir də  baxdılar ki,  bir ağ paltarlı  ağ  atlı  adam  ildırınm  kimi 
gəlir (148,  s.83).
İliyinə  işləmək -  bir inamın,  fikrin canına hopması.
İliyə-qana  işləmək  --  pis  və  yaxşı  ənənələri,  əxlaqın 
unudulmaması.
Qüssəsi xəlqin oturub  canıma,
İşləyib hətta iliyə-qanıma (338,  səh. 19).
İliyin  ərim əsi -  candan düşmək.
Əridi iliyim,  qaldı sümüyüm,
Bu təni tərk edir canım,  nə dersən? (150,  s. 18).
İliyin  gizildəməsi  -   vətən  həsrətindən,  sevdiyi  adamın 
sevgisindən ən nəhayət rahatsız olmaq,  can  ağrısı.
Yurddan  ötrü  sümüklərim  göynəyir,  iliyim  gizildəyir 
(«Qaranın  söhbətləri»,  səh.  125).
302
İlqarın  bir  olması  -   bir  h əd əf  üçün,  bir  iş  üçün  işdə, 
sözdə bir olmaq.
İmalə suyu  - tez-tez narahat edən, əl çəkməyən.
İmam  Hüseynin  qız  uşaqları  -  əziz,  ərköyün,  hamıdan
üstün.
İmanı qırx səkkiz olmaq - heyrətdən əl-ayağını itirmək.
İnək  göz  eləm əsə  öküz  atılmaz  -  qızın  könlü  olmasa, 
oğlan yanaşmaz.
İnək göz eləməsə, kələ sıçramaz (84,  s.425).
İnək  sağa  bilməyənə  həyət  əyridir  -   bacarıqsız  adamın 
öz nöqsanını ört-basdır eləmək  üçün bəhanə uydurması.
İnək sağa bilməyənə həyət əyridir (103,  s.72).  •
İnək su içər süd  olar, ilan su içər zəhər -  bir şey  hamıya 
eyni cür təsir eləməz.
İngilis  baydağı/  bayrağı  -  sözünün  üstündə  durmayan,  öz 
qazancını  üstün tutan.
İngilis  sovqatı  -   nifaq  və  sümürücülük  üçün  göndərilən 
casus,  ya işə aparılan siyasət.
İngilis sovqatısan,  kim  bura azdırdı  səni?
İnsafı əldə  tutmaq -  vicdanı  yaddan  çıxarmamaq,  rəhmli, 
ədalətli olmaq.
Əlac odur gərək bu saat biz,
Əldə  insafı  biz tutaq  hamımız (195,  c.II,  s. 179).
İnşallah  pişikdir -  bir adam billə-bilə  özünün  və özgənin 
başına beh  qoymaq.
Bir  molla  qonşu  kəndde'  hamama  gedir.  Hamamdan 
qayıdan  zaman  arxın  yanından  keçəndə  bir  köpək  sudan  çıxıb 
silkələnib,  mollanın  hər  yerini  rnındarlayır.  Molla  şəri  bir  beh 
qoymaq üçün deyir inşallah  pişikdir.
Desəniz,  siz  bilmirsiniz,  inşallah  bu  pişikdir  -  mən  onu  da 
qəbul  edərəm  (Qurbanəli  Şərifov).
İpək  o  qədər  xar  olub,  eşşəyə  ovsar  olub  -  nəcib 
adamların  hörmətdən  düşməsi,  alçaq  adamların  əli  ilə  hörmətsiz 
olması.
30.3

‘Beftmz  Jhqqi
'KTHjdajbnbri
İpə-sapa  yatmaq  -   yola  gəlmək,  mülayim,  yola  yaxın 
olmaq.
Qəssab  Alı  nə  qədər  dil-ağız  tökdüsə,  gördü  ki,  yox 
müştəri heç  ipə-sapa yatan deyil (174,  s.82).
Şalı  Abbas  gördü  pəri  ipə-sapa  yatmı  adam  deyil,  əl  vursa 
özünü öldürəcək.
İpə-sapa  düşməmək, yatmamaq -  heç  kəsin  sözün qəbul 
etməmək, heç kəsə boyun əyməmək.  Yola gəlməmək.
Amma Rəcəb ipə-sapa yatmaq  istəmir (118,  s.273).
No  qədər  onu  ipə-sapa  yatırtmaq  istədisə  do,  olmadı  (9,
s.25),
Müslüm  Maqomayev  az  vaxt  içərisində  ipə-sapa  yatma­
yan,  tez-tez  konsertə  gecikənləri  elə  ram  eləmişdi  ki,  sonralar 
onun  sözündən çıxmağa cəsarət eləmirdilər (145,  səh.  88).
İpiim  qırıldı,  kəsildi -  yaman günə  düşdüm,  yoruldum.
Məni  bir basdı  lələk,  qərarım kəsdi  fələk,
Çöllərdə çadır qurdum,  ipini kəsdi fələk (24,  səh.  111).
İpiini  qırmaq  -   cızığından  çıxmaq,  qudurmaq.  Sözdə, 
əm əldə  birini yerinə oturtıııaq.
İpimin  üstünə odun  yığmaq olmaz - etibar eləmək olmaz.
İp  qıran  dəli  -  ağlını  itirmiş,  ən  nəhayətdə  ruhi  xəstəliyə 
düçar olmuş.
Bakıda  getdim  bir  doktora  mənə  bir  neçə  əsəb  davası 
yazmışd;,  onları  apardım  məşhur  bir  həkimin  yanına  dedi  ki, 
bunları  ip  qıran  dəlilərə  verərlər.
İpləmə  - dəli.
Ədə, bu dəli  ipləməymiş ki...(9,  s. 145).
İp  sabunlamaq  -   birini  dara  çəkməyə  hazırlamaq,  birinə 
quyu qazmaq.
Həbsxana  xidmətçilərinin  peşəsi  ip  sabunlamaq,  günahsız 
adamların  boğazına keçirmək olubdur (234,  s.444).
İp  üstə  un  sərmək  -  etibar  etməmək,  faydasız  bir  iş 
görmək.
Nöqsanını bir kimsəyə göstərmək olurmu,
Ya ki ipinin üstünə  un sərmək olurmu?
304
‘Beftruz
(ijCewnbri^
Evlənmək olurmu? (69).
İrəli çəkilmək -  vəzifəcə böyümək.
Çəkildi hey irəli, vermədi  iki ay ara,
Vəzifəmə yiyələndi m ənim  o qəlbi qara (80, с.П, s. 177).
İri  tikəsi  qulaq  boyda  olmaq  -  doğram-doğram  olmaq, 
öldürülmək.
Allahın  altında  görəydim,  onun  iri  tikəsini  qulağı  boyda 
eləməsəydim,  atamın  oğlu  deyildim (62,  səh.  347).
İsfahan  şeyxləri  -   şarlatan,  islam  adı  altında  günahsız 
qızları  ələ  gətirən,  xalqın  malın-dövlətini  mənimsəyən.  Ən 
fırıldaqçı,  xalqın  cəhalətindən  din adına istifadə edən.
İsfahan  şeyxləri  sizi  də  inandırmışlar  ki,  hər  kəs  bu 
mübarək  otağa  qədəm  qoysa  öləndən  sonra  qiyamətədək 
qəbrinin  qapısından  m əlaikələr  ilə söhbət edəcəkdir (195).
İsfahan  lotuları  bizim  başımıza  gətirəni,  sizin  də  başınıza 
gətirirlər (195,  səh.  77).
İsinmədik  istisinə,  kor  olduq  tüstüsünə  -  çox  zəhmət 
çəkməyimizə  baxmayaraq  xeyir  görmədik,  əvəzində  ziyan 
gördük  (Nizami).
İsti aşa soyuq  su  qatmaq  - nəticə  vermək  halına gələn  bir 
işə pəl vurmaq,  maneə törətmək.
Qoymasınlar zillət börkü başıva,
Yaxmasınlar möhnət rəngi  qaşıva (95,  s.547).
Çarəsiz dərdə düşüb qan  qusasan,  ta sevinəm,
Çünki  buzlu  suyu  qatdın  gözəl,  isti  aşıma (224,  s. 13).
İstibdad  qatırı  -   qanmaz,  yaramaz,  hər  bir  pisliyə  qadir 
olan insan.
Cəhənnəm  dərəsi  Culfada  gömrük  rüsumatını  icra  etdik, 
Arazı  keçdik.  İranda  təbii  yollar  olmadığı  kimi,  mənəvi  yollar 
dəxi  yoxdur.  Burdan  ancaq istibdad qatili,  zülm  eşşəyi keçə  bilər 
(„Tərəqqi11,  №  115,  1905).
İsti-isti -  həmin anda, zaman keçmədən.
Elə oradaca isti-isti bir qazı  çağırdılar (46,  s.130).
İstiqanlı -  mehriban.
305

‘Beftruz
яш
22
яш
Davud  özünə  xas  istiqanlılıqla  Həmidin  qoluna  girib  o n u  
divar dibinə çəkdi (1,  s.226)
istiot  dadmamaq  -  zamanın  qayda-qanununa  b ə lə d  
olmayan,  qorxmaz,  yaxşı-pisi bilməmək.
D əllək  gördü  Dəmirçioğlu  o  deyənlərdən  deyil.  İstio t 
dadmayıb,  heç hır-tır qanmır (174).
M əgər ömründə  istiot dadmayıbsan (147,  səh. 123).
İstə k an   götü  -  eynəyin 
şüşəsi,  həddindən  artıq  qalın 
olduqda deyərlər.
İstəm irəm ,  y an  cibimə  sal  -pul  almağa  razı  olsa  da, 
yalandan naz eləmək.
İstirdi qaş  düzəltsin, vurdu gözün  çıxartdı -iş  düzəltmək 
istəyən yerdə daha da ziyan vurdu.
İs tola satm aq -- m əqam üçün hər bir alçaqlığa əl vurmaq.
Bişərəflər anasım istollara satdılar (185,  №2).
İş  /   çörək,  buğda  çıxıb  ceyran  dağına  -  hər  şey  çox 
bahadı.
Söz çıxıb ceyran  dalma,
H əsrət  qalıb bir müqəyyəd qafiyənin vüsalına (167).
Pul əldə  etmək üçün də  işləmək  lazımdır.  Lakin  iş hanı,  iş 
çıxıb  ceyran  dağına (82).
İşdə  bişmək -  yəni həmkarlıq  etmək,  təcrübə qazanmaq.
İşləyib bu işdə,  çoxdan bişmisən (338,  səh  132).
İş  əyilsə  ya  yellə,  ya  ətəklə  -  iş  əyilsə  ta  ııeyləson 
düzəlməz.
İş  x irtd ək d ən   aşıb- həddən çox işi olmaq.
İşi  bitmək  -   pis  əməlin  nəticəsində 
ağır  bir  cəzaya 
məhkum olmaq
Gücü  çatmaz  ki,  bitirə  işini,  qıcıdıb  hirslə  ona  dişini 
(A.Bakıxanov).
İşi  daşa düşmək -  işi  düzəlməmək.
Çox xoş ikeıı nəhsə  dönübdü işim,
Fələk işlərimi  claşa salıbdı  (35,  s.470).
Namərd qərar verən yerdə,
Mərdin  işi daşa düşər (294,  s.49).
306
Tür&eyimbri
‘Be/iruz
ä L
İşi  duman  olmaq  -  vəziyyəti aydın  olmamaq,  yaman günə 
düşmək.
İşi l'm q — işi müşkülə düşüb.
Bu il  girm əsə  işlər  fırıqdır (9,  s. 114).
İşi  ilmək düşmək -  işi çətinə düşmək.
Qızın  hər bir işini tanrı  salıbdır ilmək,
Onun hər rəncü-əzabına gərəkdir gülmək  (72,  c.III,  s.238).
İşıq  ucu -  iimid.
Vəziyyət  bir  o  qədər  ümidsiz  deyildi,  işıq  ucu  vardı  (91, 
s.25).  _
İşıq  üzü  görmək  -   ümumiyyətlə,  hünər  ərsəsində 
yaranmış  bir əsərin xalqın  ixtiyarında qoyulmasına  deyilir.
M əndən  somşsakır ki,  1996-cı  il  bir ədəbiyyat  adamı  kimi 
sizə  hansı  sevincləri  bəxs  etdi,  tərəddüd  eləm ədən  deyərəm  ki, 
Vaqif  Səmədoğlunun  yeni  şerlər  kitabının  işıq  üzü  görməsini 
(342,  səh.  97).
İşim  eşşək quyruğuna dönüb - qurtarmaq  bilmir.
İşim  dönüb  eşşək  quyruğuna,  nə  uzanır,  nə  gödəlir  (129, 
s.157).
İşin  başının əyilməsi -  işin kasad,  pis olması.
İşin  düyün  düşməsi  -  kələfçənin  başını  itirmək,  nəhayət 
uğursuzluq.
Fələk  işlərimi  salıb düyüno,
Kafir də  düşməsin  mən  düşən günə (69).
İş-işdən keçib -  fürsəti əldən  vermişik.
Yoxsa,  iş-işdən  keçəndən  sonra  bödən  qartalır,  ruh 
süstləşir,  etiqad  təğyir  tapır.  Nicata  bir  ümid  yolu  qalmır  (195, 
с.II,  s. 126).
Vəli,  yaxşı  nə  gərək  edəsən.  İndi  ki,  iş-işdən  keçib, 
azərbaycanlılar  demiş,  „daldan  atılan  daş  topuğa  doyər“  O 92, 
səh.293).
İşin  qulpundan  yapışmaq  -  kömək  eləmək,  əlbir olmaq, 
bir işlə məşğul  olmaq.
Qıy vur qoşulsunlar,
H ərə bir işin  qulpundan  yapışsın
307

•Beftruz  Jhqqi
'lür^da/imfm
Tək əldən səs çıxmaz (266,  s.309)..
İşi nəhsə  düşmək -  işi  düz gəlməmək.
Çox xoş ikən nəhsə  düşübdü işim.
Fələk işlərimi daşa salıbdı (35.  s.470).
İşinə qarışmaq -  bir işə  müdaxilə etmək.
Şeyx  isə  şah  və  sultanların  ruhunu  xarab  edən  bu  qan- 
qadalı  dünyanın işlərinə  qarışmaq  istəməyib (144, s.49).
İşin  püfü  - işin  lap  incə məqamı.
İşi  yaş  olmaq  -  vəziyyəti  pis  olmaq,  pis  işinin  üstü 
açıldığına görə halının pisləşməsi.
Dutub  afaqı məasi  işimiz çox yaş olub,
Vaqeən gülməli  işdir,  hacılar əyyaş  olub  (168,  s.221).
İşi yaş -  vəziyyəti pisdi,  pis  işinin  üstü açılıb.
İşləri yazdır qoymayın.
Lap danabaşdır,  qoymayın (267,  s.50).
İşlər  belə  getsə,  daş  daş  üstə  qalmaz  -  belə  vəziyyət 
davam  eləsə,  ölkə,  cəm iyyət  qabağa  getmək.  Köhnə  əsasda 
qurulan nizamı  dağıtmağa çalışmaq.
«Ölülər»  komediyasında  müəllif  yalnız 
mövhumat  və 
cəhaləti  deyil,  köhnə  cəmiyyətin  sarsılmaqda  olan  ictimai 
əsaslarını,  çürük  əxlaq  normalarını  baltalayır,  bir  sözlə,  daşı  daş 
üstə qoymayır (Abbas Zamanov).
İşlərin  saz  olması  --  işlərin  yaxşı  getməsi,  uğur,  nailiyyət 
qazanmaq.
Sözüm bəyənilib,  işim  saz olub (13,  səh.  30).
İş  mərrə  başına  gələndə -  sonunda,  fürsət düşəndə.
Amma atanın meyli  budur  mərrə başında,
Evləndirə oğlun,  onu da əlli yaşında (M.M.  Etimad).
İştah  diş altındadır -   istəsən bir şeyi əldə edə  bilərsən.
İştah diş  altındadır (84,  s. 137).
İt  ağacı  -  dəyərsiz,  hörmətsiz,  rüsvay,  xalqın  xoşu 
gəlməyən.
Xəlq içində olasan,  it ağacı,  pox kürəyi (168,  səh.  924).
İt ağzına  düşmək -  arxasınca başqalarının  danışması.
ТшЪ&уЪпh ri^
Beftruz
İt  aparan  olsun  -başım a  sadağa,  könülsüz  bir  şeyi  birinə 
vermək.
Ancaq  bu  Nazı  o  Qismətullah  Kovxaya  “it  aparan  olsun” 
deyə,  azdan-çoxdan  qismət  olsa  da,  qalanı  Şahquluya  -k ö h n ə 
şorgözə qismət olsun (253,  s.333).
İt  araba  kölgəsində yatır, elə  bilir öz kölgəsidir/ it qaya 
kölgəsində  yatar,  elə  bilər  öz  kölgəsidir  -   bəzilərinə  ətrafı, 
tanışları  üçün hörmət qoyarlar, elə bilər ki,  öz hünəridir.
Araba kö lgəsində  yatırsan,  elə bilirsən öz kölgəndir?  (129, 
s.256).
İt aşı -   qarışıq  durum.
Bu gün  it  aşı  kimi  qarışmış dünyada  bir para qanmaz  siyasi 
xadimlər  belə  düşünürlər  ki,  başların  saxlamaq  üçün  gərək  bir 
qoluzorbanın qoltuğu altına soxulsunlar.
İt  ayağı  yemiş 
kimi  gəzmək  -  çox  dolanmaq, 
yorulmamaq.
Amma  budur  üç  gündür  dəıə-təpələri  it  ayağı  yemiş  kimi 
gəzirəm (129,  s.79).
İt  baxandan  baxa  biilməz 
-  yəni  bura  girmək  haqqı 
yoxdur.
Dəxi qoymaram baxa bir kəs  itbaxandan (168,  səh.  533).
İt  balasın  yeyən  kimi,  yemək  -   aldığı  bir  şeyi  qaytar­
mamaq,  danmaq.  Ümumiyyətlə,  bunu  yetimlərin,  adamsızların, 
yazıqların  haqqını  ayaqlar altında  tapdayan  adamlara,  yalançı  din 
xadimlərinə aid edirlər.
İt balasını  yeyən kiıni  beytül-malı  yeyənlərdən,
Uzunqulaq,  cütayaqlı  heyvanlardan yazacağam  (224,  s.8).
İtcanlı -  hər əzaba dözən,  sınmayan.
İnsan itcanlıdır,  hər zəhmətə dözər (281,  s.53).
İt dəftərində adı yoxdu -   hörmətli adam deyil.
Get  ədə,  kimdi  səni  tanıyan,  it  dəftərində  də  adın  yoxdu 
(9,  s. 174).
İt də getdi, ip də getdi -  hər şeyi  əldən getmək.
Çox  danışsan,  aparram  komisara,  onda  it  də  gedər,  ip  də 
gedər (82,  s.233).  ‘
309

Türfcrfajmtfm
Def truz
İtdən  çox  çarıq  oğurlayan  yoxdu,  həmişə  ayaqyahndı/ 
oğru  qapısı  quru  olar- əyriliklə varlı olmaq olmaz.
-Oğru  itdir,  arvad,  itdən  çox  çarıq  oğurlayan  olmasa  da, 
həmişə  ayaqyalındır ki,  ayaqyalın  ( 253,  s.257).
İt döyən - avara,  işsiz.
Kəndin  it  döyeımiyindən  gəlib  mənə  burada  mövhumat 
dərsi verirsən? (118,  s.237).
İtə bax,  qarpız yeyir-  anqır tayını  tap.
İtə bax,  qarpız yeyir (129,  S. 162).
İt əlindən çörək almaq  -  çox yoxsul,  kasıb.
Elə  günə  düşiibsən  ki,  az  qalırsan  it  yeyən  çörəyin  d e  
parasını  itin  ağzından alıb yeyəsən (129,  S.86).
İt  əlindən  saqqız  çeynəmək  olmur -  hər  harısı  bir  işə  ol 
vursan,  yüz  adam  ona  şərik  çıxar.  Ətrafdakı  adamların 
qorxusundan bir iş görmək olmur.
İt  hürər,  karvan  keçər/  yel  qayadan  nə  aparar?  -  boş, 
səviyyəsiz sözlərin heç  bir təsiri  olmaz.
Son  tarixdən  gələn  səsə  səs  ver,  qoy  düşmən  bacardıqca 
qışqır-  bağır  salsın.  Əməl  xainlər  ilə  xadimləri  daha  gözəl 
surətdə  tanıda  bilər. 
Azərbaycanlıların  möhkəm  bir  məsəli 
vardır:  i; hürər,  karvan keçər (30, №12).
İt günündə olmaq -  pis  vəziyyətdə  yaşamaq,  pis durumda 
olmaq.
Uzanmış torpaq üstə it günündə  (147, səh  15).
İti  açıb  daşı  bağlamaq  -  birinə  ağır  şərait  yaradaraq  onun 
bütün yollarını  bağlamaq.
İti  bibər  -  diliacı,  hamını  özündən  incidər adam.
İti  görən göz -  heç bir zadı gözdən  qaçırmayan.
E)'  əziz  Azərbaycan.  Sən  bir  iti  görən  gözsən  ki,  İran 
səninlə Qərb mədəniyyətinə  baxır («Təcəddüd»,  1920, № 24).
İti  qovan  kimi -  hörmətsizlik edib birini qovmaq.
Heç nə əşi,  iti  qovan kimi  qovdum (9,  s.69).
İt  ilə  qolboyun  olmaq  -  ..  düşüncəsiz  bir  adamla  yaxın 
münasibətdə olmaq.
310
®SÄnt8
^w r^^m b ri
İt  ilə  ovduq  çörək  etmək  -  pis  adam  ilə  oturub  durmaq, 
alış-veriş etmək.
İt ilindən  qalmaq - lap çoxdan.
Əhmədin bu  maşını da it ilindən qalıbdı (198).
İti nıəscidən qovan kimi qovdu -  rüsvay edib qovmaq.
İti məscidən qovan kimi qovdu (129,  S.418).
Qara, polkovnik daşnak erməniləri  qabağına qatıb  iti  qovan 
kimi qovalayırdı.
İtimin  qurd  dayısı -  lap  uzaq bir qohum,  tanış.
Birdən  itimin qurd dayısı gəlsə  səfərdən,
Biz eyləməsək bir quzu qurban, nə deyərlər (338, səh.  64)..
İtin  götünə düşən pox tapar -  pis adamın  arxasınca düşən 
peşiman  olar.
İtin  dişi, donuzun tükü -  ikisi də  murdar adamdı.
Cəhənnəm  olsun  hamısı,  özləri  bilirlər  itin  dişi,  donuzun 
tükü (72, c.lll, s.l  18).
İtin  əbləhi  qaysavadan  pay  umar  -   qanmaz  adanı  çox 
böyük  istəklər dalınca gedər.
İtin əbləhi qaysavadan pay umar (335,  s. 123).
İtin  yanından  xan  kimi  keç,  xanın  yanından  it  kimi  -
itdən  də  qorxulu  qanmaz  ağalardır  ki,  onlara  gərək  boyun 
əyəsən.
İt-itin  ayağını  basmaz  -qohum   qohumunu,  iş  yoldaşı 
həmkarını  özgələrin ayağına verməz.
Pirqulu  fikir  verib  eşidir,  bilirdi  ki,  “İt  itin  ayağını 
basmayan”  kimi  divanbəyi də  öz gəlirinin,  qazancının  bərəksinə 
gedib  oğru-əyrinin  boynuna dolanmaz (253.  s.327).
İt  itliyindən  əl  çəkər,  sümsünməyindən  əl  çəkməz  -  bir 
adam  pis  işə adət eləsə,  yenə o cəhəti özündə şaxlar.
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin