Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

Öldürüm  büldürüııı  - bədə  qorxu gəlmək.
Ö l d var,  döndü  yoxdur  -   sözünün  üstündə  axıradək 
durmağı  bacarmaq
Dm.'.əyy gətirdik biz göyü-yeri,
O ld.ı var,  döndü yox  şüarımızla (Nəriman  Qasımoğ'ıu).
Ölm ə  eşşəyim,  yaz  gələr,  yonca  bitər,  yeyəsən-  yalan 
ümid  vermək.
üim o  eşşəyim,  öiniə  yaz  gələr,  yonca  bitər  (335,  к.ЗОЗ), 
(229,  s.2bı.
Ölmə  eşşəyim  ölınə,  yaz  gələr,  yonca  bitər  yeyərsən  (9, 
s. 157).
Ö lm ək  ölməkdir,  daha  xırıldam ağa  nə  gəlib  -   adam  nə 
qədər  pı."  vəziyyətdə  olsa  da,  birinə  ürək  verməlidir,  şərəflə 
yaşamaİKüı
ölm ək  ülməkdi,  xırıldamaq  nə deməkdi (335,  s.79).
Ölmək  ölməkdi,  xırıldamaq  nə  deməkdi (46,  s. 131).
Mənim  ayağım  dalımca  gəlmirdi.  Dedim  ölmək  ölməkdir, 
daha xırıldamaq  n,) deməkdir?  (82,  səh.  196).
Ölmüş  eşşək  axtarır,  palanın  söksün/ çəksin  -  tamahkar, 
xəsis,  yoxsul.
Ölmıiş  eşşək  axtarır,  palanın  töksün  -keçmiş  söhbətləri
tökmək.
Ölm üşəm ,  yerdən  götür  -   mənə  kömək  et,  ağır 
vəziyyətdəyəm.
Öi<;  əşəm,  gərək meyitimi yerdən götürəsən (9,  s.30).
Öii>h  dirilmək -  ağır bir xəstəlikdən nicat  tapmaq.
Ölii  hit -  lıeÇ nəyə yaramayan,  anq adam.

‘Befvruz
Ö!.ü bitik ki,  dırnaq altında qalaq? (1,  s.289).
Ölü bit qabığı -  anq,  cansız.
Ölü  durub  mürdəşiri  yuyur  -  əlsiz-ayaqsız  bir  adam  
güclü, bacarıqlıya ağalıq etmək istəyir.
Ölü götünə pambıq təpmək - Tələsə-tələsə yemək.
Ölü  inək  südlü  olar  
bəzi  millətlərin  içində  m ənfi 
xislətlərin  yayılmasına  görə,  ölünün  dəyəri  diridən  də  artıqdır. 
Buna  görə də,  atalar bunu tənqid  etməkdən  ötrü  yüzlərlə  deyim  
və  atalar sözləri yaradıblar.  Nümunə  olaraq  «ölü  götü ballı  olar» 
deyimini misal göstərmək olar.
Ölü  gözündə  yaş  axtarmaq  
olmayan  bir  zada  göz 
tikmək.
Bizə  əcnəbilərdən  insaniyyət,  mərhəmət  bəkləm ək,  ölü 
gözündən yaş axtarmaq  kimidir (28,  səh.  92).
Ölü  qəbristandan  qayıtmaz - gedən  şey qayıtmaz.
Ölülər  elə  bilirlər  dirilər  halva  yeyir  -   bəziləri  yanlış 
olaraq elə bilir bizim vəziyyətimiz  çox yaxşıdır.
Biz  Həştərxana  öz  kefimizdən  gəlməmişik,  ölülər  elə 
bilirlər ki, dirilər halva yeyirlər (1, s.66).
Ölüm sükutu - səssizlik, heç bir səs gəlməyən.
Cavan  qız  və  oğlanları  edama  aparan  anlarda  həbsxananı 
bir ııeçə saniyə ölüm sükutu bürüyürdü ( Nəsim).
Ölüm  şərbəti  içm ək  -   dünyasını  dəyişmək,  dünyadan 
köçmək, ölmək.
Ölümü  gözə  almaq  -  lıeç  nədən  qorxmamaq,  hər  xətərə 
sinə gərmək.
Ölümü  satın  gəzmək  -   ölümdən  qorxmamaq,  cəsur 
olmaq, özünü təhlükəyə  atmaq.
Kərəm indi  satın gəzir ölümü,
Fələk qırdı  qanadımı,  qolumu (35,  s.530)
Ölüm yuxusu  çox bərk yatmaq,  daş kimi  düşmək.
Ölüsünə  də  lənət  dirisinə  də  -  dirisindən  bir  cür, 
ölüsündən  də  bir  cür  əzab  çəkilən  pis  adamların  haqqında 
işlənir,
416
lür^da/im hri
Ölü  toyuğun  gülməyi  gəlir -  həqiqətdən  o  qədər uzaqdır 
ki, ölü toyuq belə gülər.
Ömər sövdası - davam tapmayan müamilə.
Ömrü bada vermək -  ömrü bədbəxtlik içində yaşamaq.
Kərəm deyər:  kam almadım dünyada,
Cəfa çəkdim, ömrü verdim mən bada (35,  s.558).
Arifi müəzzəm, ey nuri-eynim,
Mənim təki ömrü bad  olan varmı?  (32,  c.II,  s.  81).
Ömrün  boşa getməsi -  faydasız bir işlə ömür sürmək.
Təəssüf ki,  bu  ömrümüz boşa gedir,  anbaan  (A.Bakıxanov, 
səh. 13).
Ömrün çeynənməsi -  ömrün boş yerə puç olması.
Yenildi varlığın,  çeynəndi ömrün,
Ömründə şadlanıb gülmədin bir gün (337, c.I,  s.32).
Ömrünə  qaranlıq  çöküb  -   həyatı  ağırlıqlarla  üzbəüz 
olan, ölümlə  üzbəüz olan insan.
Ömrünə qaranlıq çökənlər bilər (264,  səh.88).
Ömrün vəfa etməməsi -  bir arzuya çatmamış ölmək.
Azərbaycanda  Milli  Hökumətin  fədailərinin  ölümdən  can 
qurtarıb  diri  qalanlarından  bir  çoxuna  ömür  vəfa  etmədi  ki, 
qantökən şahın  sonunu görsünlər.
Ömür billah - heç bir zaman.
Öpüb  gözünə  qoymaq  -  müqəddəs  saymaq,  nəhayət 
dərəcədə qəbul etmək.
Öpüb  başa qoymaq  -  sevə -sevə qəbul etmək.
Öpüb  gözünə  qoymaq -  çox  sevilən  adam,  müqəddəs  bir 
adam  haqqında işlənir.
Nəmi gözünə bağlar,
Kabab közünə bağlar,
Yarın gərdənin  aşıq,
Öpər,  gözünə bağlar (33,  S. 119).
Örkən  altına  girmək  -  böyük  məsuliyyəti  boynuna 
götürmək.
Hörmətli  sədrimiz,  lap örkən altına girəcəksiniz (156).
417

Hebruz  Jhqqi
TürfccCeyimfori
Örkən nə  qədər uzun olsa, dolanıb  doğanaqdan k e ç ə r  - 
hər necə olsa, bir gün işin mənə düşər.
Amma  gecə  ağırsa  da,  axırda  örkən  doğanaqdan  keçən 
kimi,  səhərin qapısından keçməlidir («Kənd uşağı»).
Ört-basdır etmək - gizlətmək, üstünü örtmək.
Şəhriyarın  Molla  Pənah  Vaqifin  anadan  olmasının  250 
illiyi  münasibəti  ilə  dəvətnaməsi  ört-basdır  edilmiş,  ona 
verilməmişdi.
Örtülü  bazar,  dostluğu  pozar  -dostun-dostdan  sini 
olmamalıdır,  hər şey açıq olmalıdır.
Əl  əli  yuyar,  əl  də  üzü,  örtülü  bazar,  dostluğu  pozar  (9, 
s.143).
Öyündə  yoxdu  gecəlik,  könlündən  keçir  xocalıq  -
imkanından böyük iddiaları olan adam.
Öyündə  yoxdu  gecolik,  könlündən  keçir  xojalıq  (103, 
s.70).  J
Öz ağırlığı qədər - külli miqdarda.
Öz ağırlığı  qədərincə  oxumağına pul  qoymuşam  (195,  с II, 
s.23).  _
Öz  boğazından  kəsmək  -  balasına,  bir  insana  yardım 
etmək üçün özündən kəsmək.
Öz boğazından kəsib ehsan edən himmətlidir,
Yoxsa hər kəs olsa tox, tullar itə əlcə çörək (317,  s.28).
Ö:z  daşımız,  öz  divarımız  -   bu  deyimdə  daş  və  divar  -  
qız və oğlan anlamındadır.
Qaldı ki,  qızımız varsa da,  oğlumuz da var.  Öz  daşımız,  öz 
divarımız.  Səhnəbanım  öz oğluma alacağam (13,  səh  164).
Ö:z dilini çeynəmək - təhqir etmək, düzgün danışmamaq.
Kimsə öz tarixini, öz dilini çeynətmir,
Baba  mirasına  gel  baxma  həqarətlə,  oğul!  (H.Düzgün, 
Yurd qəzəlləri,  s.29).
Öz  əli,  öz  başı  olmaq  -  müstəqil  yaşamaq,  başqalarına 
möhtac  olmamaq.
Öz  əlimiz,  öz  başımız  
azadlıq,  siyasi  mənada 
müstəqillik.
418
Befam   fh qqi
Torpağımız,  dağ-daşımız,  öz əlimiz,  öz başımız.
Yaşasın Hürriyyət!  («Təcəddüd»,  № 24).
Özgə  atına  minən  tez  düşər  -  birinə  satılan  adam 
müvəqqəti  istifadə olunub kənara qoyular.
Od kimidir hər elin  azadlığı,
Yansa o bir özgə oliylə əgər,
Olmaz onun  istisi ( Zelıtabi).
Özgə  baltasına  sap  olmaq  -  düşmənə  öz  millətini 
qırmaqda  köməklik  eləmək,  vasitəçi  olmaq,  öz  millətinə 
xəyanət edib, başqalarına güvənmək.
Dallarını  salma,  kökünü qazma,
Özgə  baltasına sap olma,  dayan!( H.  Düzgünün  sürudlarına 
bir baxış,  s.95).
Özgə  canı,  divar  yanı  -  heç  kəs  adamın  özü  kimi  ürək 
yandırmaz.
Özgə canı,  divar yanı  (103,  s.71).
Özgə  dəyirmanına  su  açmaq  -  düşmənə  yardım  etmək, 
boşboğazlıq,  yalan,  töhmət iftira.
Daldan  boğma  çıxartmaq  bizim  xoşumuza  gələn  işlərdən 
deyil.  Bunu  biz  xainlik,  azadlığa əngəl  törətmək,  müstəbidlər və 
mürtəcelərin dəyirmanına su  açmaq  hesab  edirik (Pişəvəri).
Özgənin  xoruzu  mənim  damımda  banlamasnı  -   bəzi 
qadınlara  ərinin  başqa  bir  qadınla  gəzdiyini  deyəndə,  o  öziinii 
sındırmayıb  belə deyər.
Özgəyə  quyu  qazan  özü  düşər-  başqasına  pislik  etmək 
istəyən  özü zərər çəkər.
Özgəyə quyu  qazan  özü düşər (335,  s.290),  (9,  s.45).
Öz  gözündə  tiri  seçmir,  özgə  gözündə  tir  axtarır  -
özünün  böyük  eybini  görmür,  başqasının  kiçik  nöqsan.nı  gözə 
soxur.
Öz gözündə tiri seçmir,
Özgə gözündə tir axtarır (328,  s.334).
Özgə  s..i  ilə  bəy  durmaq  -  özgənin  imkanını  öz  adına 
istifadə  etmək.
419

Öz  gücünə  bel  bağlamaq  -  bir  işə  ciddi  surətdə  q ə ra r 
vermək.
Əgər  sərdarı-milli  Tehrana inanmasaydı,  Xiyabani  xain  və 
minüzlü  müşavirlərin  sözünə  əhəmiyyət verməsəydi,  in d iy əd ək  
Azərbaycan  dünyanın  ən  mütərəqqi  ölkələrindən  biri  olm uşdu. 
Öz gücümüzə bel bağlamalıyıq (30,  1324).
Öz  itim  özümü  qapır  -  mənə  dolaşan  öz  qapım da 
böyüyən, öz ailəmdə olanlardandır.
Öz sözünün ağası olmaq -  yəni öz sözü üstündə  dayanan, 
sözübütöv insan anlamında.
Sərhəngmalik  hələ  1941-ci  ildən  Qulamyəhyanı  tanıyırdı. 
Öz sözünün ağası olduğunu  bilirdi ( «Fədai» jurnalı,  səh.  43).
Öz  tükü  üstündə  dıırmaq  -  başqalarına  əziyyət 
verməyən, bir sifətli
Otursa öz tükü üstündə hər kəs,
Tükü tərpənməz əsla,  ey müqəddəs (147).
Özündən 
çıxmaq 
-   əsəbiləşmək,  əsəblərin 
tarım 
çəkilinəsi.
Dedim ey  şeyx,  deyəsən  sən ağlını  itirmisən.  Gördüm  şeyx 
özündən  çıxdı  (80,  səh 365).
Özündən  çıxıb  özünə  girə  bilmir  -  yaxşı  imkana  əl 
tapmaq üçün özünü itirib.
Özündən  qıllısma/  dəlisinə  rast  gəlməyib  -  özündən 
qüdrətli, güclü, həyasız adam görməyib.
Özünə çarıx bağı toxu -  öz fikrinə qal, gələcəyini  düşün.
Özünə dükan açmaq -şəxsi mənafeyi üçün bir ideolojiyə, 
bir  şeyə  özünü  tərəfdar  göstərmək,  bir  meyvəyə,  bir  şeyə 
həssaslıq göstərmək.
Bir  para  adamlar  üçün  təşkilata  üzv  olmaqdan  hədəf  o 
deyil ki, o  hizbin  istəklərini həyata keçirsin,  bəlkə o  hizbdən  bir 
dükan kimi öz mənafeyinə  istəladə  ridirlər.  Təbrizli dostumuzun 
dili  ilə  desək,  dükan  açmayan  sədaqətli  adamlar  da  tapılır  (6, 
1323, xordad).
420
‘BeÜntZ  ^ ^ шшшшвтятя^ тя
Özünə  əriştə  kəsə  bilmir,  kənara  kündə  salır  -   balaca 
bir işi  bacarmayan kəs, özgələrinin məsuliyyətli işlərini  boynuna 
alır (168,  səh.  252).
Özünə gəlmək -  ağlını başına topla.
Deyirəm  ay  kişi,  gol  bir  özünə,  bu  nə  işdir,  a  kül  olsun 
gözünə (267, S.183).
Özünə  gün  ağla  -  gələcəyinə  fikirləş,  ömrünü  hədərə 
vermə.
Özünə 
kol-kos 
qırmaq 

məsələni 
öz 
xeyrinə 
dəyişdirmək.
Özünə  maya  qoymaq  -   özünə  təzə  paltar  alana,  saçını 
vurduran a deyərlər.
Tahir-  yaman  özüvə  maya  qoymusan  ha.  .  başını  əcəb 
qırxdırmısan (9,  s. 186).
Özünə  umac  ova  bilməz, özgəyə  əriştə  kəsər -   əlindən 
iş gəlm əyə-gəlm əyə özünü iş bilən kimi qələm ə verir.
Özünə umac ova bilməz, özgəyə əriştə kəsər  (335,  s.95).
Özü  üçün  umac ova bilmir,  başqasına oriştə  kəsir (72,  c.III, 
s. 150).
Özünü  ayrı  küçəyə  vermək  -  bilməməzliyə  vurmaq.
Öziinü  buğda  bazarında  görmək -  özünü  çox təkəbbürlü 
aparmaq
Olmaya özünü buğda bazarında görübsən? (198,  s.92).
Özünü  döşlü  göstərmək -   özünü cürətli,  igid sayan.
Özünü  döşlü  göstərən  həmin  oğlan  əlini  xəncərinin 
dəstəsinə qoydu  (62,  səh.  347).
Özünü  ələ  almaq  
özünü  tutmaq,  təmkin  nümayiş 
etdirmək.
Mən  özümü  ələ  alıb  -   qorxma!  -   dedim,  yaraların 
sağalar!(82,  səh.  198).
Özünü  gözə  soxmaq  

  başqalarının  nəzərini  ələ  gətirmək 
üçün həddən artıq əldən-ayaqdan getmək.
Çox zamandır çalışır, gözlərə soxsun özünü (338, s.59).
Özünü qurban verməkdən qeyri qurtuluş görməyib belə israrla 
ölümə gedirsən,sə, necə ittiham edim mən səni?!.  (144, s. 176).
421

Türf^deyimfori
(Behnız
Özünü  itirən  adam  -   yəni  bu  gününü,  sabahını 
düşünməyən  adam,  və  ya qorxudan əl-ayağını itirən  adanı
Bizim  aramızda  özünü  itirən  adamlar  üçün  yer  yoxdur 
(249,  səh.  31).
Özünü  qurban  vermək  -   özünün  yox,  başqalarının 
mənafeyini  düşünmək.
Özünü  selə  vurmaq  -  çətinliklərdən  qorxmamaq.  Böyük 
qüdrətlərlə əlbəyaxa olmaq.
Mərd oğullar özün vurdu sellərə,
Aparsınlar salamımı ellərə.  (Səbaf).
Özünü sındırmamaq -  özünü əyməmək, alçaltmamaq.
Amma özlərini  sındırmayıb  heç kəsə  də  bir söz dem ədilər 
(46,  s. 181).
Ösünü tülkülüyə  vurmaq  -biclik,  hiyləgərlik eünək.
Balaxanım- özünü tülkü ölümcüllüyünə qoyma (9,  s. 169).
Ö sünü ucuz tutmaq - özünə hörmət etməmək,  alçaltmaq.
Onlar  nə  qədər  alovlu  olsalar  da,  öz  qiymətlərini 
anlayırlar,  özlərini ucuz tutmazlar (91,  s.57).
Ösünü  yeddi  qəpiklik  çolpa  kimi  tutub  -   təkəbbürlülük 
etmək.
Özünü yeddi qəpiklik çolpa kimi tutub (129,  S. 143).
Ösünü  yemək  -  hirsi  bağırsağını  kəsmək,  bir  zaddan  ötrü 
son dərəcə  narahat olmaq.
-  Bir  zad  tapammayanda  neynirsəıı?  Özümü  yeyirəm! 
(340,  s.54).
Ö sünü  yuyub  qoyub  yarpız  üstə  -  öz  eybini  yaddan 
çıxartmaq.
Ösrii öz içini yemək -  çox fikir çəkmək.
Özgələr bilməsin dedim dərdimi,
Ösdim öz içimdə yedim dərdimi (328,  s.289).
Özü  yıxılan  ağlamaz  -   öz  əməllərinin  cəzasını  çəkən 
adam narahat olmamalıdır.
İndi ağlayırsan,  ancaq nə fayda,
Özü yıxılanın  ağlamağından  (328,  s.299).
422
Hefavz
-P-
Paxırın  açmaq  - birinin iç üzünü göstərmək.
I’axırsız ürək - təmiz,  saf ürək.
Dünyanın  ellərin sevən yüksəlir,
İstəkli bir könül paxırsız qalır (88,  s.71).
Paklamaq  -  günahlı  və  ya  günahsız  adamın  birinə  bığ 
yağı,  rüşvət,  bac,  darana verib  azad olması.
1320-ci  ildə  bir  neçə  nəfər  Zünuz  əhalisindən  tutub  Mə­
rəndə  gətirdilər.  Müttəhim eylədilər  ki,  siz  bolşevik  məramına 
işləyirsiniz.  Necə  ki,  siz  ruzııamənizdə  göstərmişdiniz  ki,  llacı 
Mirismayıl  pul  verib paklandı (30,  №22,  1941).
Palarıı əyri  -  bu  gün  pozğun  qadın  haqqında  işlənir,  ancaq 
moşrutə  zamanında  toplumun  dəyişməsi  barədə  düşünən 
ziyalılara  deyilirdi.
15  il  ülunıi-diıhyyə  oxuyandan  sonra  ki  fiqh  və  üsul 
elmlərini  qurtardım,  başıma  bir  başqa  şuru-şövq  düşdü,  gözüm 
bir  başqa  aləmin  üzünə  açıldı...  Gözüm  təməddünün  işığı  ilə 
açıldı.  Bəzi  həmvətənləri  gördüm  ki,  hu  gələn  selin  arasında 
durub  onun  gedişinə  təslim  olmayıb  aşağıya  sarı  üz  tutub 
qışqırırlar.  “Qayıdın  yuxarı  ki,  balayi-iıv  sələm   səadət  və 
yaşayışdır,  aşağısı  məhvi-ııabud  olmaq  quyusu”.  Həmvətənlər 
də  bu  xeyirxaha  etina  etməyib  onları  mürtəd  adlandırıb  və 
özlərinin  əyri baxışından onları palanı əyri deyirlər.
Bollaşıbdır  nöhəxan,  oğru, dilənçi cibkəsən,
Ehtiyata üz qoyub həm  qız,  həm oğlan,  çox şükür!
Başqa nəşriyyatı vellə, kəcpəlandır büsbütün,
Qalsa pəsdir “İttilaat”  ilə “Keyhan”  çox şükür
Palan- pürüt - yekəpər,  yoğun.
Dişsiz,  palan-püriit,  amma istəməli Pöhrüz əmi (203,  s.10).
Palaza  bürün  el  ilə  sürün  -eldən  qıraqda  qalma.  Mənfi 
nıənada xalqın geriçiliyə tabe olması mənasını  da verə bilər.
423

H r t^deyim im
..Bala m əgər eşitməmisən ki,  palaza bürün,  el 
ilo  sürün,  e l 
gəlib  rəy  verməyə,  m ən  də  gəlmişəm,  məti  ki  eldən  ayrıla 
bilməm (246,  s.378).
Palaza bürün,  elnən sürün  (9,  s. 101).
Palaz qulaq -  yekə  qulaqlı.
Palçığa  batmaq -  işi çətinə düşmək.
Heyvan kimi bir banidə palçıqda qalanda,
Sal fıtnəli  söz ortalığa,  hövsələtəng ol (267,  s. 153).
Pambığı  qulağından  çıxart  -  özünü  eşitməmozliyə 
vurma, bir də bu səhvi  təkrarlama.
Çıxart pəmbə qulağından,  gözün aç,
Ki həşr oldu və çalındı  sur  (225,  s.271).
Pambıq  atmaq  - öskürmək.
Ya  saqqalın  oldu  qapqara şəvə  kimi,  elə  ki  sübhədək  öhö, 
öhö atıcı kimi pambıq atdın,  oldun qoca (129,  s.60).
Pambıqla  baş  kəsnıok  -  zahirdə  özünü  yaxşı,  canıyanan 
göstərib  birinə  böyük  ziyan  vurrnaq,  qanun  naminə  ziyan 
vurmaq.
Bir balıq tutana iş kəsənləri -
İpəklə,  pambıqla baş  kəsənləri (265).
Papağı günorta  yeriindəcli  - düz başının ortasındadı.
Papağını göyə atmaq -  razı  olmaq,  sevinmək.
O,  papağını  göyə  atsın  ki,  sənin  oğlun onun qızını  alır  (46, 
s.130).
Papağın  biri  papaq  -  axmaq,  başa düşməyən.
Papağının  altında -  adi vəziyyətdə.
Harda  olacağam,  papağımın  altında,  çəkməmin  içində  (9, 
s.132).
Papağını  tərsinə  çevirmək  -   birinə  qarşı  münasibəti 
dəyişmək.
Qəbul  eləməz,  biz  də  papağımızı  tərsinə  çevirərik  (129, 
s.411).
Papağın yerə girsin - biabır olasan, utanasan.
Papağını  yerə  soxmaq  -   namusunu  tapdalamaq,  başını 
aşağı eləmək.
424
'lur^deyimfori
Sefm ız  'Sbqqi
H əzrət  Abbas  haqqı,  sən  bütün  kənddə  mənim  papağımı 
yerə  soxmusan (72, c.IU,  s.39).
Papaq eləm ək -  işartı eləmək.
İldırıma  papaq  elədim,  çox  böyük  dostədi,  görməyə 
bilməzlər (335,  s.227).
Sən ancaq bizə papaq elə (9,  s.68).
Papaq kimi dəyişmək -  tez-tez dəyişmək.
H ər fəsildə siz onları  dəyişməyin
Papaq kimi (325,  s.38).
Papış  tikmək - kələk gəlmək.
Bundan başqa,  dayınız  qədim  məşrutoxahlardan  olduğuna 
görə 
qorxuram 
ona 
(təminat 
idarət-B.H.) 
papış 
tikib, 
töhmətləndirib və onun üçün əngəl törətsinlər (212,  s.54).
Papiros  kağızı  kimi  -  lap  incə,  nazik  bir  şey.  Təbrizdə  bir 
vaxtlar  elə  nazik  qabıq  qarpız  olardı  ki,  deyərdin  ki,  papiros 
kağızıdır.
Paraya  dəym ə,  bütünə  dəymə,  doğra  doyunca  ye  -çox 
xəsis adam.
Paslı ərşinə dəyməz -dəyərsiz,  yaramaz.
H ər sözü təlim eliyir tərsinə,
Dəgnıəz o bir paslı  dəmir ərşinə (267,  s. 188).
Patlayan  ayın  on  dördündə/  qum  göyərəndə/  dəvənin 
quyruğu  yeırə dəyəndə  - heç  vaxt.
Patleti 
on  şahıya  dəyməz  -  yoxsul  adanı  və  ya  əskik
adam.
Payım  çörək üstüııə  çəkmək - hörmətsizlik  etmək.
Payız günü  divar başında -  ömrünün  qürubu,  son  çağı.
Payız  yeli  -  sözünün  üstündə  durmayan,  gah  bu  yana,  gah 
o yana əsoıı  adam
Pay  verib  dərdindən  ölən  -  gözü  verdiyinin  dalısınca
olan.
Peşəngin  axırı  torbakeş  olar -  peşəng  süıünün  qabağında 
gedən  erkək  keçiyə  deyilir.  Zirək  və  yorulmaz,  sonradar  yaman 
günə qalan  adam.
425

Ç jefo vzytyg i
1
ш м
2
т т т ш ш
Sürünü  çəkən  keçi  qocalandan  •  sonra  çobanın  çörək 
dəsmalını daşıyır.
Peyğəmbərlərdən  niyə  bəs  cərcisi  seçdin?  -  niyə  yaxşı 
adamları  qoyub  pis adamı  seçirsən?
Pəl vurmaq - bir işin düzəlməsinə mane olmaq.
Pəncə-pəncəyə qoymaq  - rəqabət etmək, bəhs etmək.
Heç kəs  ilə pəncə-pəncəyə qoyma,
Heyifsən,  bu  ismin  bərqərar  olsun  (  Zodlu  Məmməd, 
s. 103).
Pəpə  yeyəndən  məmə  yeyənə  qədər  -  uşaqdan  böyüyə,
hamı.
Axır  çərşənbə  od  yandırmadan  əvvəl  damın  üstündə 
novçanın  dibində  bir-bir  ev  adamlarının  adına  pəpə  yeyəndən 
m əm ə yeyənəcən daş düzərlər (203).
Pərdə çəkmək -  üstünü örtmək.
Bax dəyənəklə gəlmişəm indi Babanın üstünə,
Pərdə  çekir  nəçin  telə  yaxşı-yamanın  üstünə  (72,  c.III, 
s.286).
Pərgarın  pozulması  -  həyatın  çətinləşməsi,  məcrasından 
çıxması.
Mərd ilə oturdum mərd ilə durdum,
Heç vaxt pozulmasın  pərgarın,  Güney!  (Aşıq  Qəşərn).
Yaman  aşüftədir  fikrim,  pozulmuş  sanki  pərgarım  (338,
s.27).
Pəstaha  çıxartmaq 
gözlənilməyən  bir  iş  görmək,  hay- 
küy eləmək.
Şələni  götür,  düş yola,  səndən çox pəstahılar çıxacaq  (129, 
s.145).
tənəyin i  dağıtmaq  -  döyüb öldürmək;  hədə  qorxu  kimi 
işlənir.
Pətəsi suya düşdü - rüsvay oldu.
Pəzəkli səs - gur səs.
Dəmir  yolunun  işçilərinin  hamısının  səsləri  nədənsə  bor 
olar, pəzgəli olar (203,  s.8).
Pıçını burmaq — birini qızışdırmaq.
426
Tür/çtCeymtim
‘Befiruz
Məıı bildim ki,  sən piçini buracaqsan (9,  s. 156).
Piçmöhrənin  yalaq  olması  -  əl-ayağın  sancıya  düşməsi, 
bel-buxunun ağrıması.
Piçmöhrom yalaq oldu,
Qəm qalandı,  dağ oldu ( M.Xanlu,  s.25).
Pii  oğlan!  - təəccüb əlamət idir, heyrət.
Mərhum  Hacı  imam-cürr.eyi  Xoyi  qırx  il  Tehranda 
yaşadığı  halda  özünün  təkyə  kəlamı  olan  “pii  oğlan!”  sözünü 
tərk edib  ona münasib  bir fars  sözü  işlədə bilməmişdi  (S.C.Pişə- 
vəri).
Pilovluq  olmaq  -  ləyaqət  sahibi  olmaq;  boy-buxuniu, 
qədd-qamətli.
Oğul,  maşallah  lap  pilovluq  olmusan  ha.  Ədə  İzzət, 
doğrudan  da,  şəhər  adamı  dəyişir  ha,  maşallah,  oğlanlar 
bulağından  su  içib  ha (77,  s. 16).
Pilovluq  paltar  -  ən  hörmətli  qonaqlığa  geyilən  təzə 
paltar.
Pis y erd ə  axşam lam aq -  çətin  vəziyyətə düşmək.
Ə cəb pis  yerdə giriftar olduq (80, c.ll,  s.309).
Pişik artığı  -lap az yemək.
Pişik asqırdı? - birdən-  bint nə oldu ki, belə  dəyişdin?.
M irzəyə  fayton  gərək  olanda  g;ah  başı  ağrıyırdı,  gah  da 
pişik  asqırırdı  (62,  s.715).
Pişik  balasını  yeyən  kimi  -   birinin  malını  mənimsəmək, 
haqqını yemək.
İnqilab  inqilabdan  sonra  başlayır  və  ya  inqilab  öz 
yaradıcılarını  ac  pişik  balasını  yeyən  kimi  yeyir,  aradan  aparır 
(29,  s.74).
Pişik bəzəm ə/ bu  ki pişik bəzəmə oldu  -  oyunbazlıq,  baş 
sarıma,  vaxtı  tələf eləmək,  özünü bilməməzliyə vurmaq.
Həmzə  Mirzə  bəzi  vaxtlar neçə  pişiyə  ipək paltar geydirib 
boyunlarına  qızıldan zınqırov bağlayıb  dəstur verirdi  ki,  şeypur 
və kərəney  çalsınlar,  bu zaman özü  çəpik  çalıb  şadlıq  edirdi  (68, 
s.118).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin