Qulağı çalmaq - eşitmək, duymaq.
Qulağı nə çalırdısa, bütünlükdə bunun hamısının ona dəxli
vardı (84, s.71).
Qulağı darı dənləm ək - hər şeyə qulaq vermək, diqqətlə
qulaq asmaq.
Gözləri dağ dəlirdi, qulağı darı denləyirdi (84, s.359).
Qulağı dinc - sakit, heç kimin minnətini çəkməmək.
Əşi..o heç, deyirəm bəlkə qulağımız dinc olsun (9, s. 160).
376
^Befinw
Turfcdeyimlm
Qulağı qırmızı - utanmaz, həyasız.
Qulağımın dibindən keçdi ■ xətər nə qədər yaxınl aşsa da,
mənə zərər vura bilmədi.
Qulağım səs verir/ cingildəyir - haqqında danışırlar.
Qulağım zəng çalır, fikr edirəm sən gəlirsən
Necə ki, fikr eləyir qafiləsalar Cərəsə (255, s. 151).
Qulağının ardı zəfəranlı - biz sən deyən deyilik.
-Ağabəy, adını da bilmirəm, bizə zəfəran göstərməyin,
bizim qulağımızın ardı zəfəranlı deyildir (80, c.Il, s.293).
Qulağının dibinə ölçmək - sillə vurmaq.
Bir dənə ölçərəm qulağının dibindən, bir dənə solaxay
qoyaram əngindən (9, s. 143).
Qulağının dibini görmək - qeyri-mümkün olan şey,
mümkün olmayan bir işə işarədir.
Nikolay hökumətini yıxanı, hələ anasının qarnından çıxan
görməmişəm. Qulaqlarının dibini görərlər, Nikolayı yıxmaq
istəyənlər (29, səh. 52).
Qulağın gəlməsi - iııama görə bu halda evə qonaq gələr.
Qulağın minbərdədir? - sözə qulaq asırsanmı
Qulağın səsdə olmağı - xəbər gözləmək.
Qulağım səsdədir əlan belə zənn elirəm,
Yardan elçi gəlib yenə, xəbər var yeııə do ( Qüdsi)
Qulağı səsdə olar qulağı qalar yolda,
Aydın səhərin carçısıdır dan yeri bir bax ( H. Möhsüni).
Şirvanda xəstə mnnəuı,
X əstəni bəslə, mənəm.
Gözləri yol yorğunu
Qulağı səsdə mənəm (38, səh. 145).
Qulağı tüklü - yaşı keçmiş, zamanın istək və arzularına
uyğun düşünməyən
Düz müsəlmana deyirdik qulağı tüklüdür bədbəxt,
İndi bax gör ki, o düzlük də müsəlman ilə getdi (Şəhriyar).
Qulaq günahkarı - deyilən sözü birindən eşidib,
düzlüyünə arxayın olmadan təkrar etmək.
Bilm irəm düzdü yalan, hər nə desə özgə deyib
377
Tür^deyimhri
M ən günahkar deyiləm olsa günahkardı qulaq (A. Sabiri)
Qulaq kəsm ək - pul almaq, gözünü qorxutmaq.
Qulaqları elə bil kabstbpəz yelpiyidir •• həddən artıq
yekə qulaqlı.
Qulaqların ağırlaşması - qocalmaq əlamətidir.
İnsan qocalmış olsa, qulaqlar ağırlaşar,
Sanki yazıq qulaqda guruldur zaman səsi (306, səh. 116).
Qulaqların qızışması - qulağına söz girməmək, deyilən
sözə baxmamaq.
Qulaqlarını sallamaq - küsmək, kefsiz olmaq,
bikef
olmaq.
-Niyə eşşəyin qulaqları şuş tutmayıb, sallanıb.
-Molla: O da sizin kimi təcdid gətirib (qəbul olunmaq üçün
lazım olan nömrədən az gətirən adama deyilir).
Qulaq yatırt - eşit, fıkriııi topla.
Qul xətasız olmaz, ağa kərəmsiz - insan bağışlamağı
bacarmalıdır.
Bağışlar, əlbəttə səhv olan vaxtı (32, s.50).
Quli-biyabanı - tək-tənha, əfsanəvi bir qorxunc məfhum.
Bu əmri m ühəqqəqdir ki, biz milləti- İran
Xortdana və həm quli- biyabana inannıq (301).
Qulp qondarmaq - eybi çıxartmaq, kələk gəlmək.
Görürəm,
bu qurultay (Bakıda Türkoloji qurultay)
m əsələsinə və yeni türk əlifbasına «rəqiblər» yenə də qulp
qondaracaqlar (195, 5-ci cild, səh. 127)..
Quma quylanmaq haqqı - Milli Hökumət dövrüııəcən
hər yerdə olduğu kimi Azərbaycanda da kəndlinin və işçinin
qanı sorulmaqda idi. Onlar gələndən sonra kargərlərl2 saat
əvəzinə 8 saat işləmək qanuni olub və yayda istirahət üçün
onların Urmiya və Ənzəli tendərinə gedib orada dincəlmək
haqqı var idi. Quma quylanmaq dəryaya getmək haqqı demək
idi.
Qum göyərəndə dəvə buynuz çıxaranda - heç vaxt.
Qumluq yerə su bağlamaq - faydasız iş görmək.
Qum səpm ək - mane olmaq.
378
VSeftruz JtMjyi
Qundaqdan şıxmaq - yaşı az.
Qundaqdan dünən çıxıb, mən bu səhnədə neçə ildi can
çürütmüşəm Xüsusi məktəb yaratmışam (72, c.III, s.84).
Qupqupu çəlik - çox arıq, eybəcər.
“Quran”dan köynək geymək ■
■
and içmək, ölməz olmaq,
Səttərxan vurub eynəyi,
“Quran”dan geyib köynəyi.
“Quran”dan köynək də geysən inanmaram - Nə qədər
and içsən də inanan deyiləm (danışıqdan).
Quraza ■
■
işdən düşmüş, qocalmış, yorulmaq, istifadəyə
yararsız.
Qocalanda olar insan quraza (168, s.30).
Qurbağa gölünə daş atmaq - sükut, səssizlik, hamının
susması.
Sanki qurbağanın gölünə daş atmışdılar (84, s.172).
Qurban gözü qorxana kar kəsər, bağrı çatlayana yox -
iş-işdən keçəndən sonra heç bir xeyirxahlıq nəticə verməz
Qurban gözünü boğaza sürtmək • qurban kəsilən
heyvanın gözü inama görə, şəfavericidir.
Qurd - z ir ə k , bacarıqlı.
Gör nə qurddur ki, qaçar ondan əcəl! (75, c.lV, 122).
Qurda dayı deyir - qorxudan bir sözü qəbul etmək.
Qurda gedən - qorxmaz, igid, yaman gündə xalqı müdafiə
edən.
Yenə m illət özüdür, öz halına ağlayacaqdır, dözəcək dərdə
müsibətlərə dözmüş babalar tək,
Şanlı ellər, obalar tək.
Qorxmayıb qurda gedən, hər zaman aslan balalar tək (338,
s.,152).
Qurda gedən itlər də ki yox el-obamızda,
Qurdlar aparar şəngilimiz-rrıəngilimizdən (338, səh. 31).
Qurd ağzından almaq -
2
:alimlərdən, quldurlardan heyf
almaq, intiqam almaq
Onda sən də atı minib çaparsan,
Öz həqqini qurd ağzından qaparsan ( Şəhriyar).
379
Heftruz
P a ssim
Qurd bazarı - xolvət yer, qədim zam anlarda Q urd
meydanı, ya Qurd bazarı adlanan yerlərdə türklər tərbiyə
olunmuş qurtları güləşdirerlərmiş. Azərbaycanın çox yerində
şəhərlərdə bu ad qalır.
Quzuçu, mal dili, xer meydanı, üç görməli oymaq,
Doludur qurd ilə qurd bazarı, dullar kimi yarpaq
(Pirimuğan, s. 17).
Qurddan qorxan qoyun saxlamaz - bir işin təhlükəsini
nəzərdə almaq.
Qurddan qorxan qoyun saxlamaz, mən Ölümü gözüm ün
qabağına alıb Türkmana- qılınc zoruna qız gətirm əyə g e d irə m
Siz m əni Ərəbzəngi ilə qorxudursunuz (35, s.254).
Qurd dedik, qulağı çıxdı - adım çəkdik, özü gəldi.
Qurd dişi - silah, tank, top.
Biz məclisi- müəssisanımızın
verdiyi
elamiyyə
və
deklarasiyonu Tehrana göndərib haqqımızı istədik, Tehran
cavabında bizi qurd dişləri, yəni tank və silah ilə təhdid etdi”
(30, 1324).
Qurd doğan havadı - əsatiri inama görə, yağışla gün bir
yerdə olanda qurt doğarmış.
Qurd dumanlıq axtarar - birinə zərbə vurmaq üçün
fürsət dalısınca düşmok.
Qurd tək kim istəyir olsun, daim hava dumanlı,
Kaş arzusu gözündo qalsın, gözü, kor olsun (338. səh. 35).
Qurd əli - Türklər qurdu müqəddəs saydıqları üçün qurd
pəncəsindən müalicə vasitəsi kimi istifadə edirlər. X əstə,
qorxmuş, boğazı gəlmiş adama qurdun pəncəsi ilə vurmaqla
onun sağalması üçün çalışırlar.
Qurt qocalanda itlərə güləcək olar - igid adam yaşa
dolanda, iqtidarım əldən verəndə gülünc olar.
Qurd qocalanda s...ə kəpənək qonar - gücdən düşəndən
sonra başqalarına məsxəro olar.
Qurd quzu ilə otlayır - əmin-amanlıq, zahiri sakitlik.
Sakitlikdi, cənab! Qoyun quzu ilə otlayır (254, s. 12).
Qurdla qiyamətə qalmaq - çox qocalmaq.
380
'Befauz. Jhaai
Türklərin inamına görə, qurd ölməzdir. Çox yaşayan
adama belə deməklə onun uzun yaşadığına işarə edirlər.
Ey əzəldən vurub, yorub Nəsiri,
Qurd ilən axıra qalan dünya (241, s.65).
Bu ölsün, sən qal qurdnan qiyamətə (335, s.77).
Qurdla qoyun olmaz, qılıncla oyun ~ təhlükəni nəzərə
almaq lazımdır.
Qurdla qoyun olmaz, qılıncla oyun (103, s.67).
Qurdlar dövlətindən quşlar da yeyər - igidlərin
zəhmətindən adi adamlar da bəhrələnər.
Qurdları qaynadı - paxıllığı tutdu. Başqasına sevgidən
narahat olmaq.
Qunilu kalah/ qurdlu qıra - paxıl, gicikli.
Qurd nə bilir, qatır bahadır - zəhmət çəkm əyən adam
xalqın alın tori ilə ələ gələn şeylərin qədrini nə bilir.
Qurd olmaq - igid, qorxmaz.
Çətiıı bir yolu getməyə hazır ol, çalış gah quzu, gah da
qurd ol, oğul! (100, s. 138).
Qurd özü üçün işlər, it çoban üçün - biri özü üçün
ürəkdən, biri isə başqası üçün yalandan işləyir.
Qurd özündədir - günahı özündədir.
Qurdun gözünü qorxudan dəyənəkdir - düşmənə zor
gücünə qalib gəlmək olar.
Qurdun gözünü qorxudan olsa dəyənəkdir (M.Əmini).
Qurdun yeriyi başlanan zamandır -
Azərbaycan
əsatirinə görə, qurd türkün əcdadıdır. Böyük çillə başlanan gecə
qurd adam ətinə yeriklər.
Qurdu ulamaq - işləri düzəlmək, xoşbəxt olmaq.
Qurd ürəyi yemək - çox cəsarətli olmaq, qorxmamaq.
Türklər oğulun igid olması və qızın gözəl olması üçün
oğlana qurd ovlayıb ürəyini, qıza isə ceyran ovlayıb onun ətini
yedirdərdilər.
Bu ənənə bir neçə il bundan qabağa qədər ikiyə bölünmüş
Azərbaycanın güneyində yaşamaqda idi.
381
‘Befauz tö q q i
lürkıleyim hri
Qurd üzlü olmaq - Türk mifologiyasında türk qurddan
törəmə olur. Buna görə də Qurd bizim şifahi xalq ədəbiyyatında,
igidlik, qorxmazlıq simvolu kimi işlədilir. Atalar sözü var ki,
«Qurd üzü mübarəkdir».
Qurdu ulamaq - xoşbəxtlik əlam əti, taleyi üzünə gülmək,
işlərin düz gətirməsi.
Qurd yağı sürtmək - mövhumata görə, bir adama qurd
yağı sürtülsə, onun işləri pisləşər, adamlarla münasibətləri
korlanar.
Qurğuşun, ya mis olmaq - keçən zamanlarda qurğuşun,
ya mis ə n möhkəm və dözümlü metal növü idi.
De görüm bir mənə., xudavəndə,
Bu bədən qurğuşundu, ya misdi? (80, səh. 38).
Qursaqlı adam -hər mölınətə dözən, söz saxlayan.
Quru ah - əlimdən ancaq ah-nalə gəlir.
Əlim boşdur, məndən quru ah istə,
Gecə-gündüz men ah çəkim ah üstə (349, səh. 16).
Quru bəy - keçmiş imkanlarını əldən verməyinə
baxmayaraq, yenə də fors içində yaşamaq istəyənlər. Varı-
dövləti olmayan, amma yalandan özünü bəy kimi aparan.
Əlindən ancaq buyurmaq gələr.
Şərif bəy adlı birisi iki ilin içində mal-dövləti elə dağıtdı
ki, ancaq “bəy” adı qaldı. Necə deyərlər, Şərif bəy “qum bəy”
oldu (13, s.295).
H ər ol bir kimsə kim əhli səxadır,
O kəs Simürğdür, ya kimiyadır.
Tapılmaz mülkü-imkanda vücudu,
Bəradərcan, quru adın nə sudi? (S.Ə. Şirvani, s.74).
M ən fəzilət sahibi olsam da yoxdur dövlətim,
İndi dövlətsiz fəzilət bir qum addır, aman! (163, s.83).
İrəvan əyanları hələ də babalarından qalan özlərindən
razıqalma xəstəliyinə tutulmuşdular. Ermənilər bunları məhv
etmək xəyalında olanda, burlar qurubəylik iddiasında idilər
(232, səh. 31).
382
‘Befauz Jhqqi
‘T ü r^eyim h r^
Quru-boş sözlor - dərdə dəym əyən sözlər, mənasız
sözlər.
Bir quru boş baş sağlığı,
Başqa bir şey görəmmədim (282, səh. 134).
Quru kəllə - şüursuz, ağılsız. Düşünməz adam, bilməz,
anlamaz, qocalmış.
Ə gər fərz eyləyək bir quru kəllə, içi boşdur,
Olsa nəm ənə bil ki, qəbuldur, bizə xoşdur ( M.Etimad).
Quru qəfəsi qalmaq - dərddən ərimək, fəlsəfi baxımdan
qəfəs canın qəlibidir. Ruhu ölüb, quru canı qalmaq. İnsan
mənəvi güc və eşqdən məhrum olursa, o, canın əldən verib
yalnız qəfəsə malik olur.
Dünyanın bir adı quru qəfəsdir,
Ona könül bağlamaq tam ətesdir.
Bu sözü söyləyən Şah Abbasdır,
Bu dünya kimsəyə qalmaz, əfəndim ( Şah Abbas).
Quru-quru qurbanın olum -yalandan dil tökmək, zahirdə
yaltaqlanmaq, əslində heç bir yardım etməmək.
Qurumsaq - namussuz, sözünün üstə durmayan.
- M ən xanzadəyə qurumsaq olmağı məsləhət görməzdim
(253, s.443).
Qurunun oduna yaş yanır - günahı olmayan bir adamın
bir başqasının günahına görə əziyyət, çəkməsi.
Bəzən qurunun oduna yaş da yanır (1, s. 197).
Qurut əzərik, ona da dözərik -məqsədə, hədəfə çatmaq
üçün hər çətinliyə dözərik.
Quruı yerdə şan bağlamaq -bacarıqlı adam, heç zaddan
bir zad düzəldən, yaşam üçün çalışan.
İki könül bir-birini istəsə
Arı kimi quru yerdə şam bağlar ( Sara Xatın).
Quşbazlıq eləmək - yuxarıya baxa-baxa danışan, ayağı
altına baxmayan.
Quşbeyin - ağlı az, hər sözə inanan.
Quş bişirmək - qorxmaq.
Cürəl: eylə, çıx çölə
383
Çox da bişirmə quş, bala (69, s. 43).
Quş dili oxumaq - birinin ürəyincə danışmaq.
Heç kimsə Nəsimi sözünü k əşf edə bilməz,
Bu quş dilidir, anı Süleyman bilir ancaq (225, s.41).
Q uş qanad çalmayan yer - uca, əlçatmaz, təhlükəli yer.
Quş südü - məcazi mənada az tapılan, nadir bir şey.
Yem üçün gələr quş bu gözəl yurda
İstərsən quş südü, taparsan burda (Nizami).
Q uş u çu rtm aq - quş uçurtmanm məcazi mənası göyə, o
yan- bu yana qulaq asmaq.
Q uşu əldən ötürüb biyah-biyah çağırır - yəni fürsəti
əldon verəndən sonra gözləyir ki, yenə əvvəlki imkanı ələ
keçirsin.
Q uşu gözündən vurmaq - düz mətləbə toxunmaq, sözü
yerində işlətmək, demək.
Yaralama, qol-qanadından
Quşu da vurasan gözündən gərək (328, s.84).
Mən quşu gözündən vuraram deyə,
Ötəri bir nəzər salardım göyə (325, səb. 112).
Q uş ürəkli olmaq - qorxaq.
Əşi, sən də lap quşürək imişsən, son tərəqqi axtarsan,
gərək qorxmayasan (“Yol”, “Kənd uşağı”).
Q uş ürəyi yemək - on gorxaq.
Q uş yuxulu - sayıq yatan, tez-tez ayılan, balaca bir səsə
oyanan.
Ümumiyyətlə, körpə uşağın yuxusu ayıq yatan adam
mənasında.
Başı qarlı bir Savalan donmayıbdır,
H aray çək ən gözlərinə yuxu quşu qonm ayıbdır (235,
səh. 59).
Beşikdəki quş yuxulu körpələr,
Dodaqları süd qoxulu körpələr,
Babaları dağdan ulu körpələr ( S.Rüstəm).
Yuxum elə bil ki, quş yuxusudur,
İtdi rahatlığım, xam fikrə getdim (80, c.II, s.273).
3 8 4
‘Befmız J&qqi
lürÇ deym tbri
Qut-qutu - eyib çıxardan hər zadı söz edən.
Qu vurursan, qulaq tutulur - ə n sakit, səssiz-səmirsiz
məkan. Çöl, borrü-biyaban, sükuta qərq olmuş yer.
Nə bir çıraq işığı görünürdü, nə də ki bir xoruz banı, it səsi
eşidilirdi (F.Xoşkinabi, s.178).
Zaman səsindən savayı
Qu vurursan, qulaq tutur (114, səh. 10).
Quyruğu ilə qoz sındırmaq - ən uğurlu, güclü olmaq,
xoşhal olmaq.
Quyruğu qapı altında qalmaq - çıxılmaz, pis vəziyyətə
düşmək, işi çətinə düşmək, tutulmaq, köməyə ehtiyacı olmaq.
Azərbaycanda Milli hökumət dövründə Kürdüstan Milli
Hökuməti ilə bütün ərsələrdə dostluq və iş birliyi müqaviləsi
bağlanmışdı. Onlardan biri do Kürdüstanda yaşayan türklər
Mahabadda xilaf iş görən zaman onların Azərbaycana tolıvil
verilməsi və orada mühakimə olunması barədə idi. Buna görə o
adamlar üçün belə bir söz yaranmışdı: Nə qeyrirdin Mahabadda,
Quyruğun qala qapı altda.
Çox yaxşı xatırlayırlar ki, şah 1944-45-ci illərdə bəzi röv-
şənfikirlərlə görüşlərində dönə-dönə deyirmiş ki «mən də kom
munistəm». Şah o zaman bu sözləri ona görə deyirmiş ki, xalqı
mızın dediyi kimi, quyruğu qapı arasında idi. Xalq hərəkatı güc
lü idi, fədai dəstələri Qəzvinə yaxınlaşırdı (115, № 5, səh. 5).
Quyruğu qapı arasından çıxmaq - işini yola salmaq,
dünənki ağır vəziyyəti yada salmır.
Quyruğu qısıq i t -qorxm uş.
M ayor əvvəlcə üstümüzə şeşələnmək istədi, sonra fikrini
dəyişdi... quyruğu qısıq it kimi uzaqlaşdı (310, s.363).
Quyruğunu belinə qısmış qurd - acizləşmiş, gücdən
düşmüş.
Quyruğunu qıçının arasına qoyub qaçmaq • pis
vəziyyətdə, qorxa-qorxa qaçmaq.
Quyruq bulamaq - yaltaqlıq etmək, birinə yalandan sevgi
göstənnək.
İt do görər Varlını, quyruq bular (168, səh. 58).
Türftıfeifimfori
‘Behruz Jbqqi
Harda bir nur görürsək ona qarşj olarıq,
Bəzinə diş qıcıdıb, bəzinə quyruq bularıq (267, s.237)
Quyruq ələ verən deyi! - razılığını ələ gətirmək, bir iş
görəndə tapmaq asan deyil.
Quyruq pursutmaq - naz-işvə etmək.
Görüı sən qürbeyi miskin bir az ətdən ötür,
Quyruğun pursudur, həm ağzın əyir, Məmmədəli! (301,
s. 149).
Quyruq sallamaq - yəni yaltaqlanmaq, ikiüzlülük etmək.
Bir alçağa qarşı quyruq sallayan,
O alçaqdan daha səfildir, inan (145, s.334).
Quyu qazan özünü quyunun təkində görər - özgəsinə
quyu qazan, pisliyini istəyən özü yaman günə düşər.
Nərbala” başqası üçün quyu qazanın özünü quyuya salmaq
lazımdı’ dedi (148, $.69).
Quyu qazmaq - birinə tələ qurmaq.
Qazır mənə quyu Sumbat,
Gah quzeydən, gah güneydən (328, s.48).
Quyuya su tökməklə sulu olmaz - bir şeyin gərək əsli-
kökü olsun.
Yadına saldı ki, su gərək quyunun dibindən çıxsın, quyuya
su tökməklə sulu olmaz (9, s.37).
Quz- balaquz günah üstündən günah etmək.
Bir pis işin nəticəsini aradan qaldırmaq istədikdə daha
böyük bir pis işə əl qoymaq.
Ə gər oğlan düşə qız ardıca heyrət yeri yok,
Quz-balaquz odur qız düşə qızbaz dalıca (168, s.264).
Quzğun - müftə yeyən, hazıra nazir.
Əti çox istəyirəm, leyk pulu ondan çox,
Nola quzğun kimi ta müftə qonam leşə, ətə (267, s.81).
Quzu cildinə girmək - özünü yazıq, məzlum göstərmək.
H ər axmağı, xamı quzu cildində soyardım,
H əq söz deyənin canın alıb çeşmin oyardım (267, s.39).
Quzu keçi - şüursuz, dərindən düşünməyən.
Tanrı buna şahid,
386
Quzu-keçiyik biz (267, s.17).
Quzunu qurd əlinə tapşırmaq - düşmən əlinə vermək.
Quzu ömürlü - qısa ömürlü, açılmamış solan,
tndi qudurğanlar uzun ömürlü,
Fağırlar yerıə də quzu ömürlü ( M.Araz).
Quzu tək -
mülayim, məzlum, mehriban, sözəbaxan,
bəzən də təslim olan, hor kimə boyun əyən.
İstədim quzu tək körpə sözləri,
Yolların üstünə düzdüm, a dağlar (311, səh. 145).
Quzu və qurd otmaq - zamanın istəyi əsasında dosta
quzu kimi, düşmənə qurd kimi olmaq.
Çətin bir yolu getməyə hazır ol, çalış gah quzu, gah da
qurd ol, oğul (100, səh. 130).
Qürbətə salmaq -- bu sözə inanın.
Qürbətə salmayın atalar sözün
Boğaza sürtməzlər hər qurban gözün ( Sönməz, s.82).
387
TürUjiCeyinthri
-L-
Lağ-lağı nəzər - bizim müsəlmanlar isə ermənilərin işinə
barmaqarası lağlağı bir nəzərlə baxıb, meydanlarda düzəltdikləri
qorunma yerlərini cocuqlar bazısına bənzədirlər (232, səh.91).
Lahıc Modlu çaxmaxlı tüfəng -dərdədəyməz, əsrin
texnologiyasından geri qalmış silah. Ermənilərin sürətlə atan
tüfəng almasını görüb də babadan qalma Qara Mahmud Lacıh
modelində çaxmaqlı tüfənglərini də ermənilərə münasib
qiymətlə satan əcaiblərə insan adı verməyi də özünü böyük bir
xətaya salmaq hesab edirəm (232, səh.91).
Laqqırtı vurmaq - deyib gülmək.
Siz axı bu adamların laqqırtısına nəçin qulaq asırsınız (72,
e.III, s.86).
Lalam lal, karam kar - heç nə görməmisən, lıeç nə
eşitməmisən.
Lalapitik - yəni sözü çeynəyən və düzgün dilə gətirə
bilməyən adam
Yadımdadır o qızla lalapiı i söhbətim,
Kəlməni kəlbətinlə qəlbindən çıxardığım (264).
Lal xoruz - bacarıqsız, danışa bilməyən.
Lal xoruz tok vədəsindən banlayır,
Pis işində öz-özünü danlayır (16).
Lalın dilini anası bilər - hər kəsin dilini bilən var.
Lam-cim oturmaq səssiz, sakit.
Lam-cim oturdum yerumdə, heç bir söz demədim (129, c.I,
s.38).
Lampa dəvəsi ■
■
çox böyük.
İnqilabdan əvvəl Bal<ıdan lampaları dəvə ilə gətirirmişlər.
Lap duz m ədəm dir - çox duzsuz adam,
rəftarını
bacarmayan.
Lay divar - enlikürək, ucaboy.
Ömrünün
32
ilini
Məhəmmədrzamn
zindanlarında
qəhrəmanlıqla keçirən Sofərxan Milli Hökumət dövründə
388
‘Behruz J&qqi
(W rl^da/im&ri
Təbrizdə yeriyəndə deyərdin bəs lay divardı - yeriyir
(danışıqdan).
Lay-lay demək - birinin ayıq-sayıq olmasına maneə
törətmək, aldatmaq.
Bizə təsvib olunub naııi-covin oldu hər an,
Zülmü gör ərşə dayandı, demə lay-lay mənə,
Baxıram özgə zamandır, demə lay-lay mənə (30, № 5).
Ley kimi getmək - lap yeyin, ildırım kimi getmək.
Ley kimi qaçmaq - ən cəld,, yeyiııliklə bir işi başa
çatdırmaq.
Ə ziziyəm yar qana,
Yar danışa, yar qana.
Ley qovlamış quşam mən,
Sığınmışam yarğana (38).
Leylac - qumarbazların başçısı, zirək, dünyagörmüş.
Leysan kimi - güclü yağış.
Ələsgərəm , dərdim budur, ay ağa,
Eynim yaşı leysan kimi a yağa ( Ələsgər).
Anlarım var:
Leysan yağışı kimi yağmış
Köyrək bir insan qəlbinə
Bitirdiyi çiçəklər mükafatdır mənə (167, s. 18).
Lələ köçüb, yurdu qalıb - bir insanın əzizi gedəndən sonra
onun gəzdiyi yerlər qalıb, axtardığın şeydən bir nişanə qalmaması.
Əziziyəm tur dağlar,
Gəl boynunu bur, dağlar,
Gəlmişdim lələ üçün
L ələ köçüb, yurd ağlar.
Aşıq Ə ləskər kəndə qayıdanda gördü ki, lələ köçüb, yurdu
qalıb viranə. Səhnəbanı gedibdi (1 4 ,1 cild, s. 183).
Ziyadxan neçə-neçə adamları ilə keşişin bağına daxil olub
gördülər ki, lələ köçüb yurdu boş (35, s.479).
Dostları ilə paylaş: |