Uzun qulaq - anlamaz, qanmaz.
O da o səbobo inanır ki, qulaqları çox uzundur (195, с. II,
s.51).
480
Tehruz fhqqi
i
-u-
Üç badam bir qoz - ürəyə yatmayan bir durum, mənasız
bir mahnı çalmaq.
M ənim bəxtimin rəngi üç badam, bir qoz oldu (340, s. 17).
Üçlük gəlmək - kələk gəlmək.
Əli ədə mənə üçlük gəlirsən? (9, s. 143).
Ümidi qırılmaq -həyatda gözlədiyinin baş tutmaması.
Qırılır ümidi, tutulur yenə
Bir küncə qısılır bəyənibm yən (328, s.326).
Ümidin puç olması - həyatda bütün istək və' arzuların
məhv olması.
Ümid körpüsü - son ümid.
Elatın dəvəsi itmiş di, oxuya-oxuya gedirdi, bir nəfərə tuş
gəldi, dedi qardaş dəvə görməmisən, dedi yox, dedi: amma
dəvən itsə də kefin çox sazdı, elat dedi: ümid körpüm o qabaqkı
dərədədir. O da yıxılsa, gör neylərəm.
Ümidin xəzəl olması -- gözlədiyinin əksinə olması.
Ürəkbir - çox yaxın, birini sevən, yaman gündə bir-birinə
arxa olan
Ürəkdən gəlməmək - utanmaq, razı olmamaq əlaməti
kimi səslənir.
Gəlmədim məktubu yazmağa bəlkə,
Ürəyin gəlmədi, əlin gəlmədi (152, səh 43).
Ürəkdən tikan çıxartmaq - birinin qisasını başqasından
aknaq.
Ürəkdəkiləri oxumaq ~ başqasının istək və arzularını
başa düşmək, anlamaq.
Ürəklərdən keçənləri oxuyaq (264, səh. 98).
Ürək-dirək olmaq - arxa olmaq, təsəlli vermək, birini
ovundurmaq, ümidvar etmək.
D ədə Şəmşirin oğlu Qənbər oğlu dedi: «Əgər dövlət
səviyyəsində təcili və tutarlı kömək olmasa, K əlbəcəri faciəli
şəkildə itirəcəyik». Prezident Elçibəy ürək-dirək verdi: «Siz nə
481
^ B e ia v z J ^ ^
Türlşjfc^’im hn
^
danışırsınız? K əlbəcəri itirmək, Azərbaycam itirm ekdir»(78,
səh. 7-8).
Üi'ək-göbəyi düşmək -qorxmaq.
Çaydan keçəndə qurbağadan qorxub ürək-göbəyi düşüb,
dəli olub (17).
Alə, ay evin tikilsin, neynirsən ürək-göbəyim iz düşdü ki
(1, s.13).
Av oğul, indiyəcək haradasan? Ürək-göbəyim düşdü (1,
səh. 107).
Ürək qızdırmaq - inanmaq, birini təşviq eləm ək.
Əlizaman oğlu, madam ki, sən mənə ürək qızdırıb bu cür
sözlər deyirsən, onda sənə bir sualım var (1, s.294-295).
Ü rək qoyub can yandırmaq - biitün varlığı ilə bir yolda
çalışmar].
Ü rək qoyub can yandırıb hər bir sözün mənasına,
Deyirəm ki, salam verim şeri-soııət dünyasına (337, c.I,
s. 119).
Ürəksiz - qorxaq, hissiyyatsız.
Adma bağlayım bir yeni dastan,
Bir yığın sümükdür ürəksiz insan (337, c.I, s.39).
Ürək süfrə deyil - ürəkdə olam hər kəsə açmaq olmaz.
Bir buynuzlu qoçam mən
Yerim yoxdu qaçam mən
Yiirəyim süfrə deyil,
Hər gələnə açam mən (33, S. 123-124).
Ürək vermək təsəlli vermək, dayaq olmaq.
Ürə olmaq - odun yaranda əvvəlcə odunda yer açan şeyə
ürə deyilir. Mane olmaq mənasındadır.
Ürəyə
dağ vurmaq -m üsibətlərlə üz-üzə
olmaq,
dözülməz şəraitdə qərar tutmaq.
Biz qanlarla yazılan bir kitab idik,
Axdıq, tarix də bizləri oxuya bilmədi,
O da bir dağ idi (1997-ci il 21 may. Mirəli Seyidsəlamət).
Ürəyə dammaq - ilham olmaq, bir zadın baş verməsindən
xəbərdar olmaq, barat olmaq, əyan olmaq, hiss etmək.
482
‘Behntz
tm
Ürəyimə dammışdı ki, sən bu gün zəng edəcəksən,
Bu qızılgül kainatı bir cüt çələng edəcəksən ( S.204).
Sanki onun ürəyinə nə isə dammış idi (197, səh. 182)..
Ürəyə xal düşmək - niskilli insan, əzizini itirən kəslərə
aid olan anlam.
Şaxta vurmuş çiçəklərə baxanda
Yarpaq kimi ürəyimə xal düşür (299, səh. 33).
Ürəyi açıq - təmiz ürəkli, mehriban bir insan anlamında.
Bu qazaxlar yaxşı camaatdır. Oğul, çox ürəyiaçıq
adamlardır (110, səh. 125).
Ürəyi ağzına gəlm ək - iyrənmək; qorxmaq.
Ürəyi ağzından çıxmaq -ço x həyəcanlanmaq.
Qoca İskəndər Nayıbın sinəsi atlanmışdı, ürəyi ağzından
çıxırdı. Gözləri xorxun piyaləsi tək dolmuşdu (203, s.68).
Ürəyi atlanmaq - bitmə ucadan, ya qışqıra-qışqıra etiraz
etmək.
Sürgünə gedən maralların tükləri par-par parıldayırdı. Bir
adam, bilmədim kim onlardan birini vurdu, budarladı, burda
yenə qoca İskəndər Nayıbı qəhər basdı, ürəyi atlandı, ağladı
(203, s.71),
Ürəyi ayağının altına düşmək - başqasının xoşbəxtliyini
istəm əyən, qorxmaq.
Ürəyi bəyaz etmək - kədərdən, nigarançılıqdan nicat
tapmaq.
Yudum ürəyimi, bəyaz eylədi, sildim könül pasın, ayaz
eylədi (117, səh 53)..
Ürəyi boz -qorxaq, mərhəmətsiz.
Məni insafsız, ürəyi to z eyləməsin (52, s. 126).
Ürəyi dabanına düşmək - darıxmaq.
Ürəyi dağ boyda olmaq - fərəhlənmək, hədsiz sevinmək.
Dayımla bərabər at sürərək kənddən çıxanda ürəyim dağa
dönmüşdü (Ə.Məmmədxanlı).
Ürəyi dara çəkilmək - çox əzab-əziyyət çəkmək.
Ah bacım! Ürəyin çəkildi dara,
Təpədən dırnağa geyindin qara (337, 1, s.33).
483
TürÇtCafimbri
Ü rəyi kabab olmaq - birinin halına yanmaq, k im ə sə
yazığı gəlm ək və ya yaşamının ağırlığından ürəyinin tab
gətirməməsi.
Kababı vədə verməkdən, bu zəxm i m ədəyə axər,
Yanarkən nari-həsrətdə özU istəyir kabab olsun (338, səh. 67).
Ürəyi qırılmaq - incimək.
Ürəyi qubarlanmaq - kövrəlmək.
K ərəm baxdı ki, öz dağları uzaqdan görünür, ürəyi qu b ar
eylədi (35, s.501).
Ürəyi quş kimi çırpınmaq - kiçik bir zaddan qorxmaq.
Ürəyim bərk sıxılır - nigaranam, darıxıram.
Ü rəyim bərk sıxılır. Kaş biz də fədailərin yanında olaydıq
(77, səh. 21)..
Ürəyim dağa döndii - ümidvar oldum, qorxmadım.
Ürəyim də yağ qalmadı - dözümüm qalmadı.
Xurmatıda bağ olmaz, qara salxım ağ olmaz.
Qaşı sürmə qız sevən, ürəyində yağ olmaz (24, səh 154).
Ürəyim əfil-əfil ə sir - bir adami görmək, bir arzuya
çatmaqdan ötrü həddən artıq darıxmaq.
Ü rəyim bir z ən ə qayğı,
bir zərrə m əhəbbət üçün
Əfil-əfil əsir (Səhənd).
Ürəyimin bəndi qırıldı - hər hansı bir hadisədən
qorxmaz, ürpəşmək.
Ürəyimin bəndi tirə bağı kəsildi (13, səh. 34).
Ürəyim sənə qızır - sənə inanıram, sənə güvənirəm.
Ürəyi
nanə
yarpağı
kimi
əsmək
-
həsrətdən
həyəcanlanmaq.
Qardaş adı eşidən kimi onların ürəyi yumşaldı, ürəkləri
nanə yarpağı kimi əsdi (46, s.191).
Ürəyin başı yanmaq - çox təsirlənmək.
Dağların başı yanar,
Dibinin yaşı yanır,
Yar yadıma düşəndə
Ürəyimin başı yanır (33, s.186).
484
^ ^ e tjh n h r i
Ürəyin boşaltmaq - sirrini açmaq; birinin cavabını
vermək, ürəyindəki dərdi, sirri, arzunu dilə gətirmək.
Tamaşadan sonra Fikrət Əmirovu təbrik edəndə mənə:
“Axır Bolşoy Teatrda ürəyini boşaltdın”- dedi (292, s.337).
Ürəyindən daş asılmaq - qəmlənmək.
Qaya boyda daş asılar mənim ata ürəyimdən
Gülər görüm, oynar görüm
Xoşbəxt görüm hər vaxt sizi (337, c.I, s.120).
Ürəyindən keçmək - yadına düşmək, bir nəfəri
xatırlamaq.
Balağaya da heç nə deməmişəm, ürəyimdən keçirdi ki,
deyim (1, s. 160).
Ürəyindən qara-qara qaıılar axmaq / Ürəyindən qara
qan axmaq - həsrətdən, bir şeyi ələ gətirmək üçün
fikirləşməkdən ötrü qəm-qüssə yemək.
Ürəyindən qara qan axa-axa sərv ağacını qucaqlayıb (35,
s.477).
Ürəyindən tikan çıxmaq - çox xoşuna gəlmək, bir
şeydən çox xoşhal olmaq.
Canımçün, lap ürəyimdən tikan çıxartdın (9, s.20).
Həmid
onların
sözləşməsini
eşidirdi,
oğlan
onun
ürəyindən tikan çıxarırdı (1, s. 116).
Ürəyinə bıçaq sancmaq - böyük təsir qoymaq, böyük
zərbə vurmaq.
Birdən-birə bu palçıq içinə döşənib üzünü onun
başmaqlarma sürtən çılğın məhəbbət Fəzlin ata ürəyinə bıçaq
sancdı (144, s. 173).
Ürəyinə çarpaz dağ çəkmək - böyük zərbə almaq.
Dərdli Kərəm qan ağlayar
Ürəyin çarpaz dağlayar (35, s.516).
Əslim Qarabağlıdır,
Sinəm çarpaz dağlıdır
Nə gələn var, nə gedən,
Demə yollar bağlıdır.
Ürəyinə daş bağlamaq - mərhəmət etməmək, acımamaq.
485
T iir^da/im hri
‘B ehvz
Əziyiyəm baş bağlar,
Başın yuyar, yaş bağlar,
Yarından ayrı düşən
Ürəyinə daş bağlar (33, s. 179).
Ü rəyinə dağ çəkm ək - birinə yara vurmaq, təhqir
eləmək.
Bir dağ çəkdin ürəyimin başına,
Bu dağı sinəmdən al qoşa-qoşa (32, c.Il, s 52).
Ürəyinə daş kimi düşmək - ağır təsir etmək, ürəyini
sındırmaq.
Ömründə bir dəfə də ona qışqırmayan atasının “sus”
kəlməsi Gövhərşahın ürəyinə ağır daş kimi düşmüşdü (144,
s.44).
Ü rəyinə yatm aq - xoşuna gəlmok.
Əvvəlcə bii' de görüm, o sənin ürəyinə yatırmı? (1, s. 171).
Ürəyin getməsi - huşunu itirmək, həddən artıq qorxmaq.
Ürəyin gəmirmək - qorxmaq, düşmən baltasının sapı olan
adamı yenidən görmək.
Savaka işləyəni görəndən yeıııə də bir nifrət, şübhə
ürəyimi gəmirir (X.Qəffari Cabbari).
Ürəyini buz kiıni saxla - rahat ol, arxayın ol.
Ürəyini qana döndərmək - hədsiz qəmləndirmək.
Aşıq sənə nə olub ki, yanıqlı-yanıqlı oxuyursan, ürəyimizi
lap qana döndərdin (35, s.486).
Ürəyin quş tək döyünməsi - ürəyin həddən artıq
döyünməsi, tez-tez vurması.
Ürəyim sinədə quş tək döyünür. Yəqin istərdi ki, uçsun
oradan (32, səh. 164).
Ürəyi qan olmaq - çox narahat olmaq.
Ey dərbədər gəzib ürəyi qan olan cocuq,
Bir loqma nan üçün gözü giryan olan cocuq! (267, s. 110).
Ürəyinin kötəyini yeyir - özgəyə inanmaq, inandığı
adamlardan zərbə almaq.
Ürəyin paslanması - kədərə qərq olmaq, şadlığa, şənliyə
yad olmaq.
486
‘B eh vz 9&qqi
‘Шг^ецтЬп
Bir zaman çəkərəm yası,
Ürəyimdən getməz pası (117, s.31).
Ürəyin şişməsi - ayrılıqdan, dərddən, iztirablardan xəstə
olmaq.
Ayrılıqdan, dərd əlindən ürəyimiz şişmişdi (264, səh. 76).
Ürəyi paslı - hədsiz kədərdən qüssələnmək.
Dərdli Kərəm deyər gözəlim Əsli,
Gözlərim yaşlıdı, ürəyim paslı (35, s.485).
Ürəyi səksəkəli - pis bir xəbər gözləyən.
Bu saat camaatın ürəyi səksəkəlidir ki, sentyabra salamat
çıxsın, sən martdan dəm vurursan (9, s. 135).
Ürəyin səırinləniəsi - birindən intiqam almaq, hayıfmı
çıxmaq.
Ürəyi sıxılmaq - nəhayət dərəcədə darıxmaq.
Könül quşumun ürəyi sıxılır. Dağların, çayların o tayında
da heç bit isti ocaq, heç bir isti qucaq çağırmadı mənim könül
quşumu (219, s.34).
Ürək sıxılmasın, ürək cəhəıməm,
Axı sən ordasan, sən sıxılarsan ( S.Səxavət).
Ürəyi soğan qabığı kimi soyulmaq - ürəyi yanmaq,
darıxmaq.
Ürəyi soyumaq - qəzəbi soyumaq, hirsi yatmaq.
Beləliklə, mənim ürəyim soyumaz. Mən gərək onu öz
əllərim lə diri-diri soyam (148, s.102).
Ürəyi şam kimi ərimək - gözləməkdən, həsrətdən,
dərddən ürəyin hədsiz dərəcədə gücdən düşməsi.
Ürəyin talvasalanması - darıxmaq, iırəyi sıxılmaq.
Ay qız, o pəncərənin tayını bir az aralı qoy. ürəyini
talvasalandı (259. s.185).
Ürəyin tel-tel olması - bir xatirədən kövrəlmə у həsrət
çəkmək, hər hansı bir həsrətdən, sevgidən baş verir, darıxmaq
anlamında işlədilir.
Qocanın ürəyi tel-tel olur.
Ürəyi uçmaq - sevinmək.
487
Ü rəyi üstünə gəlmək/yerinə gəlm ək - əvvəlki arxayınlığı
ələ gətirmək, rahat olmaq.
Ürəyi yanmaq - susuzluq, birinin halına yanmaq.
Çırağın yüz il yansın,
Kəs başın, yüz il yansın,
Qarğıyam balan ölsün,
Yürəyin yüz il yansın (33, s.143).
Dənizdə qaya balıq,
Ü rəyim sənə yanıq (24, s. 144).
Ürəyi yandı. Özünü alovun içinə atıb qutunu k ən ara
çıxartdı (148, S.98).
Ürəyi yaralı - dərdli.
Sizdən m enim də ürəyim yaralıdır (148, s.99).
Ürəyini yemək - qorxmaq, narahat olmaq.
Ürkək-ürkək durmaq - yəni nədənsə çəkinərək,
qorxaraq, ətrafa baxmaq, boylanmaq.
Qalın meşəlikdən talaya çıxdın,
Durub ürkək-ürkək dörd yana baxdın (152, səh. 55).
Üst-başı tökülmüş - kasıb geyimli, köhnə paltarlı.
Deyirdi ki, onun üst-başı tökülürdü, bəlkə heç kişinin
Bakıya gəlm əyə yolpulusu yoxdur (1, s. 191).
Üstələm ək - qalib gəlmək.
Dərviş mollanı üstələdiyini görüb tez “bəli, bəli” deyə
cavab verir (148, S.123).
Üstü açıq - açıq, birbaşa söz.
İraqda yaşayan türklər üstüörtülü sözlərlə, ya üstü açıq
sözlərlə öz etiraz səslərini ucalırlar.
Üstümü unlu görmə - məni yaxşı tanımırsan.
Üstümü unnu görüb o, arvadının yanından oğurlayaram
onu (84, s.369).
Üstümü unlu görüb, adımıı dəyirmançı çağırma -
mənim də təcrübəm var.
Üstü unlu olan hər arif qoca,
Öz ürək sözünü deyər doyunca (337, c.I, s.43).
Üstündən dağ götürülmək - yüngülləşmək.
488
‘Beftruz fbqqi
lur^deyimlm
Elə bil üstündən bir dağ götürüldü (1, s.201).
Üstünə aftafa götürmək - başqalarının yanında bir yalan
danışan, pis adamm eybini açmaq.
Üstünə it əsnəyib - işləri düş gətirməmək.
Ü stünə yoxdur - bundan yuxarısı yoxdur.
Üstünü palazlamaq - gizlətmək.
Belə hala düşməsəydilər, onun üstünü birtəhər palazlamaq
da olardı (253, s. 18).
Üstüörtülü, ya üstüaçıq - sözü birbaşa, ya dolayı yolla
demək.
Üstüörtülümü, üstüaçıqmı Şahquluya meydan oxuyan
Pirqulunun azğınlığına son qoysun! (253, s.379).
Üz bürüyən dağ aşar - özünü hazırlayan, yaman günə
dözən hər zada qalib gələr.
Üzdə pambıq əkm ək - yəni dəllək birinin üzüniı qırxan
zaman, çox kəsib, yerinə pambıq qoyursa, o zaman bıı anlam
işlədilir.
Sürgün olduğumuz «Ələştər» maliklərindən çox adlı-sanlı
olan xan çox ehtiramla: «Bəs mənim üzümü islah edi;ı» eyib
oturdu. Əllərim əsə-əsə üzündə hesabı pambıq əkdim. Canıma
qorxu düşdü. Lor xəlqinin güzəştinə heyran qaldım (281, səh. 94).
Üzə çəkmək - olmuş bir hadisəni bir adamın üzünə
demək; bir adama yardım eləyib onun uğur qazanmağına kömək
etmək.
Yəqin sənin adamm olmayıb səni üzə çəksin (195, с.II,
s. 128).
Üzə gəlmək - birinin qabağında dayanmaq, etiraz etmək,
sağalmaq
Oğlaııcığın yaraları üzə gəldi, sap-sağ oldu (284, s. 163).
Üzə girmək - danmaq, bilə-bilə inkar etmək.
Üz ətdəndir - insan utanandır.
Üz-göz olmaq - savaşmaq, arası dəymək.
Almaz, mən sənin üstündə bütün kənd əhli ilə üz-göz
olmuşam (72).
Üz-göz turşutmaq - qaş-qabaq tökmək.
489
lürf^ d eyim b ri
тштвш^ятт^тЗЗш
Şeyx Zeynal Hüseyn ağanın dostunu görən kim i üz-gözünü
turşutdu (201, s.66).
Üz-gözündən zəhər yağmaq - nəhayət d ərəcəd ə qəzəb li
olmaq.
Şahm üz-gözündən zəhər yağırdı
K ədəri sonsuzdu, dərdi ağırdı (328, s.171).
Üz-gözünü qırışdırmaq - qaş-qabağını sallamaq.
Üzr bəttərəz günah -- üzrü günahından betərdi.
Nəsrəddin şah: Kim deyə bilər, ürz bəttərəz günah,
nəmənə?
M üxtəlif cavab verdilər. Heç kəs, heç biri şahı razı
salmadı. N əsrəddin şah sarayın təlxəyindən Kərim Şireyidən
soruşdu. O da dedi: «Qurban, bu belə aləm bacara bilm əyən bir
halda, m ən bir tə k ə k haradan bacara bilərəm ?» Üç gün
keçəndən sonra Nəsrəddin şah Gülüstan sarayında qədəm vuran
zaman Kərim Şireyi sütunların birinin dalısından çıxıb, başladı
Nəsrəddin şahı öpməyə. Nəsrəddin şah əsəbiləşib, dedi «köpək
oğlu, bu nə işdi?». O isə cavabında «üzr istəyirəm, xəyal etdim
ki, həzrəte- mə ləkədir». Nəsrəddin şah dedi: «Utanmaz, sən
mənə üzr bəttərəz günah gətirirsən. M irqəzəb gəlsin bu
qanmazın başını vursun». Şah bir az aram olandan sonra Kərim
dedi: «Bəli, qurban, buna deyərlər, üzr bəttərəz günah» (169,
səh. 70-73).
Üz sürtm ək - səcdə etmək.
Bu bağı-cənnətin xakinə mən də,
H əsrətlə üzümü sürməyə gəldim (165).
Üzsüzlükdü - ayıb sayılan bir sözü işlətdikdə deyərlər.
Üzüağ olmaq - xalqın y anında, dostlar arasında başı uca
olmaq.
Qəbrə qədər həmişə məti üzüağ olaydım (264, səh. 26).
Üzü ayağa salmaq - alçaq könüllülük, saf təmiz ürəklə bir
inama xidm ət etmək, birinə mürid olmaq, birinə nəhayət
dərəcədə vurğun olmaq, məhəbbət yetirmək.
Ayağına yüzünü kim ki saldı əz səre-sidq,
Səriri-səltənət üstündə möhtəşəm qaldı (132, s.92).
490
‘B ehruz yfufqi
•я * -'* * * *
Üzü bərk - çox dözümlü.
Ü züm bərkdi, mənə nə olacaq? Evdən vaxtında çıxmışdım
(1, s.380).
Üzü dönmək - birindən narahat olmaq.
H ələ sözünü qurtarmamış Yusifin üzünün döndüyünü hiss
etdi (144, s.121).
Üzü götündən qırmızı - həyasız, sırtıq adam.
Üzü gülmək - şad olmaq, səmərə vermək.
Göyün gözü ağlamasa, yerin üzü gülməz.
Üzü qara - bir pis işdər və ya yoxsulluqdan birinin
yanında xəcalət çəkmək.
Allah onun üzünü qara eləsin (195, c.II, s.37).
Bəlayi feqrə düşdüm razı ol. biçarə, səbr eylə,
Üzün oldu isə, gər külfət yanında qarə, səbr eylə (267).
Onda sizin bacınızın yanında üzüqara olaram (35, s.254).
Üzüm ayağının altına - bağışla, ədəbsizlik eləyirəm.
Zarafatım var səninlə, kiçiyinəm, üzüm ayağının altına
(84, s. 115).
Üzümdən kəsmədi - deməyə utandım, hörmət qoydum.
Üzümün suyu töküldü - abır-həyam getdi, utandım.
Yüzüm suyun üzüm suyundan ötrü su kimi tökdüm (317,
s.70).
Bir dəmir qapı, balaca dədxıçə, onun üstündə dəmirdən
toru, onun dalında qart bir təvvab, çoxdan tökülmüş üzünün suyu
(Nəsim).
Üzün ayazlaması - ölüm vəziyyətində, çox həyəcanlı
olanda rəngin ağarması.
Sanki qəfil ayrılığın təşvişindən kişinin üzü ayazımışdı.
Bəli, ağ üzü daha da ağarmışdı.
Üzündən iraq - səndən uzaq, pis adam.
Bəs ki bu üzdən iraqlar ilə yoldaş oldum,
Şərbəte qənd ikən şireyi-xəşxaş oldum (222, s.55).
Üzünə dan yeli dəyməyib - həyasız, utanmaz.
Dan tanrı gəldi,
Dan tanrı özü gəldi,
491
ttrkdtnämfori
•Befavz Яэат
Durun hamı bəylər, qardaşlar,
Dan tanrım övək (331, 1365).
Üzünə gün doğsun - əziz qonağı yola salan zam an
güzgünü günəşə tutub onun işığım qonağın üzünə salm aq
türklərdə bir adət idi. Deyim o zamandan qalıb. Xoşbəxtlik,
səadət arzu etmək deməkdir.
Üzünə qan gəlib - yaxşılaşıb, sağlamlığını ələ gətirib.
Üzünə ölü tozu qonub - ağır vəziyyətdə, xəstəhal, rəngi-
rufu qaçmış, incardan düşmüş, ölümqabağı hal, ölümdən qabaqkı
vəziyyət
Üzünə toz qorıdurmur - vecinə deyil, zahirən özünü rahat
göstərmək.
Q əbri görür, toz qondurmur üzünə (307, s.50).
Üzünü başmaqlarına sürtmək - ayaqlarına döşənmək,
səcdə etmək.
Birdən-birə
bu palçıq içinə
döşənib üzünü onun
başmaqlarına sürtən çılğın m əhəbbət Fəzlin ata ürəyinə bıçaq
sancdı (144, s. 173).
Üzünün örtüyün vermək - pis yola düşən, təhqir olunan
adam belə deyir. Örtük ağ kəfən mənasındadır.
Allah ya burdan qurtarsın, ya da birdəfəlik üzümün
örtüyünü versin (82, s.231).
Üzünün suyu tökülmək - abırsız, həyasız bir insan
olmaq.
Vallah, bizim zəmanədə cavanlar elə sırtıqlaşıblar ki
üzlərinin suyu tökülüb (9, s.20).
Üzü olmamaq - utanmaq, xəcalət çəkmək.
Qapım döyməyə üzüm olmadı (291, səh. 18).
Üzü sillə ilə qızartmaq - güclə ailə dolandırmaq, sirrini
heç kəsə açmamaq.
Üzü sulu qayıtmaq - peşiman olmaq, utanmaq, abri-
həyası tökülməmiş qayıtmaq.
Day m ənim bu evdə qalmağım yaramaz, abır-həya ilə,
üzüsulu çıxıb getməliyəm (1, s.61)
Üzü turşutmaq - qaş-qabaq sallamaq.
492
швЗЗшя
Üzünü turşutdun, alanda salam (264, səh 118).
Üz-üzdən utanar - biri-birini görsə, ürəyindəki incikliyi
deyə bilməz, xahişini eşidər.
Elə bir şəxs sənə ağız açır ki, keçə bilmirsən, üz üzdən
utanır (1, s.351
Üzü üzlər görmüş - çox təcrübəli; çox əxlaqsız qadın.
Üz verəndə astar istəyir - yaxşılıqdan sui-istifadə edir.
Üz vurmaq - təkid etmək.
Kişi çox çalışdı, üz vurdu, qardaşları geri döndərə
bilmədi (14).
493
®E (İrUZjfbg^
Tür^deyim läri
-V-
Valay vurmaq - düz işləməmək.
Elə bil ki, sənin beynin valaylıdır (219, s. 110).
Valı/ səhifəni dəyişmək - münasibəti dəyişm ək.
İbişli- deyəsən valı dəyişmisən, drujok? (9, s. 181).
Vara yalvarmaq - varlıya, imkanı olan adama hamı üz
tutar.
Yoxsul olan gedər vara yalvarar,
M ən necə yalvarım bir özgəsinə? (261, s.318).
Var evi kərəm evi, yox evi dərdinən vərəm evi -
yoxsulluqdan Allah da bezardır, imkanlı adamın dostu çox olar.
Var-gəl etmək - gəzinmək, bir salonun, otağın içində
nigaranlıqla o yan-bu yana gedib gəlmək.
M irzə Cəlil həyəcan keçirir, arası kəsilm ədən papiros
çəkir, var-gəl edirdi (197).
Dostları ilə paylaş: |