Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə40/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   35   36   37   38   39   40   41   42   43

Varlığa nə darlıq -  varlı adam üçün bütün qapılar açıqdır.
Varlığa  nə  darlıq,  bu  köpokuşağının  topları,  tankları, 
təyyarələri də bizimkindən çoxdur (1,  s.232).
Vayqanlı tutmaq - nahaqdan səbəbkar bilmək.
Vedrə bağlamaq - arxasınca söz çıxarmaq.
Kənddə  mən  şalvar  geyib  küçəyə  çıxsam,  dünyadan 
xəbərsiz bu avam adamlar manim dalımca vedrə bağlayacaqlar.
Verən  aşı  içərlər  -  namus  barəsində  işlənir,  bir  qadın  öz 
namusunu küçəyə atırsa,  kişi də ondan istifadə edə bilər.
V ərdənə dodaq -  yekə dodaq.
V ərə - vürd eləmək -  götür-qoy eləmək.
Dəmirçi vərəvurd elədi,  dedi (46,  s. 141).
Vəziri  qarğa  olanın  dimdiyi  poxda  olar  -  alçaq  adamları 
özünə yoldaş eləsən,  axırın çox. pis olar.
Vur başına, çörəyini al  yazıq,  əlsiz-ayaqsız.
Vurdu  daşa,  çıxdı  başa  -  var-dövlətinin  axırına  daş 
atmaq, həyatı məhv eləmək.
Amma onun  şəmatəti Allaha xoş gəlməyibən,
494
Beftruz  ffajtfi
Getdi mənim həyatımı  vurdu daşa,  çıxdı başa (306,  s.131). 
Vurdular s..i yaxasından çıxdı  bərk döymək.
Yoldaşı puldu məhəkdən çıxaran,
Çıxmasa vur s..i çıxsın  yaxadarı (168,  s.785).
V urm aq - içmək.
Vurub yıxılırdı kolların  arasına (84,  s l 89).
Vur-tut - cəmi, olub -qalan.
Kəblə  Qurbanın  dar  dünyada  vur-tut  Səhnəbanı  adlı  bir 
göyçək qızı var idi  (13,  s. 158).
V urulm aq - birinə  aşiq  olmaq.
Vur çatlasm  -  dava-dalaş.
Necə deyim vur çatlasm, axı '/uran qardaş, ölən qardaş!  (306). 
Vurdular mil durdu -  həddindən artıq döymək.

•B e h ru zjfa j^
njirfjdesfim hri
-Y-
Ya Allah -  bu m üxtəlif mənalarda işlənir.  M əscidlərdə  yer 
dar  olan  zaman  yeri  genişləndirmək  mənasında,  bir  qonaqlığın, 
bir  iclasın  sonunun  çatdığım  elan  eləmək,  görüşən 
zaman 
işlənir.  İslam hakimiyyəti  qurulandan sonra camaatın  dinə  və din 
başçılarına inamsızlığı nəticəsində ümumiyyətlə,  m əscidlərdə 3- 
4 nəfərdən  artıq  olmur.  Bir  qrup  qabağından  yem əyən  adamlar 
şeyxləri  və  məscidi  idarə  edən  adamları  təh q ir  etm ək  üçün 
deyir:  “Ya Allah!” deyin, gələn var.
Ya  eşşək  ölər,  ya  da  xan  -   iki  tərəf  bir-birini  aradan 
aparmayınca, vəziyyət belə olacaq.
Ya eşşək ölər ya da..  (9, s.173).
Yağışdan  çıxıb  yağmura  düşm ək  -  əvvəlkindən  ağır 
vəziyyətə  düşmək.
-  Vəzir,  yağışdan çıxdıq,  yağmura düşdük (46,  s. 107).
Yağışdan  çıxdım,  yağmura  düşdüm,  keçəldən  çıxdım, 
danqara düşdüm - buna deyiblər (129,  s.45).
Yağı yalan,  qış  gerçək -  çox soyuq qış.
Yağı  yalan,  qış gerçək  (229,  s. 15).
Yağ  içində 
böyrək  kimi  saxlamaq  -  çox  qayğı 
göstərmək.
Cəlalı  yağ  içində böyrək  kimi saxlayırdı  (84,  s. 157).
Yağ kimi canırıa yayılmaq -  çox xoşuna gəlmək.
Təklik yağ kimi  canıma yayılırdı  (118,  s. 191).
Yağ  kimi getmək -  lap rahat.
On  min  misra yazmışam,  yağ kimi  gedirdi  (9,  s. 109).
Yağlı/ yavan  səs - xoşagələn, gözəl səs.
Qırx ildi  dustağam,  qala bilməz  o yağlı  səs,
Ycığsızsa da qəbul elə məndən yavan səsi (306,  s. 116).
Yağlı söz -  acı  söz, tənqidi  söz.
“Süpürgə  saqqal”  imzası  ilə  yazan  Mustafa  boy  Mirzə 
Cəlilin ünvanına daha bir neçə yağlı  söz dedi (197,  s.32).
496
Читк^кцЪпЬп
Yağlı  əlini  çək  öz  başına  -  səndən,  xeyir  gəlməz,  təklif 
etdiyin işi  özünə rəva bil.
Yağlı əppək olub göyə çəldlmək -  birdən yox olmaq.
Elə  bil  ki  o,  bir  yağlı  əppək  olub  göyə  çəkilmişdi  (46, 
s. 102).
Yağlı müştəri - var-dövlətli, qazanc  verən  müştəri.
Yağlı yerdəndi  -  varlı  ailə
İşdi  yetim  olmasa,  onda  gərək  yağlı  yerdən  olsun  (9, 
s.117).
Yağmadı, bitmədi - birdən belə  olmadı.
İşdir olmadı,  yağmadı,  bitmədi (335,  s.109).
Yağmasa  da  guruldayır 
işdə  olmasa  da,  sözdə  dayaq 
durmaq.
Yağ tək canma/döşüııə yayılmaq  -  çox xoşuna getmək.
Yağ tək yayılardı cana  ay şəbi-  çillə  (168,  S.20).
Lotu  İbrahimin  öz  dilimizdə  oxuduğu  qoşmalar  yağ  kimi 
döşümə yayılırdı (112,  s.84).
Yağ  yağ  üstə  gedər,  yarmalar  yavan  qaynar  -
dövlətlilər biı-birin tapar,  kasıba dayaq duran olmaz.
Çalxalandıqca,  dolandıqca zaman nehrə kimi,
Yağı  yağ üstə çıxır,  ayranı  ayranlıq  olur (267,  s. 106).
Dağ üstə duman qalar,
Yağışa güman  qalar,
Yağ yağ ilə qarışar,
Yarmalar yavan qalar (33,  s.200).
Ya Həsən keçəl, ya keçəl Həsəıtı-  fərqi yoxdur.
Yaxa  bağlamaq  -  şəmşir  gücü  ilə  müsəlman  olub,  din 
başçılarının  fırıldaqlarına  şahid  olan  adamlar  orucluğa  bir  həftə 
qalandan  daha  da  içkini,  çaxırı  çoxaldar  ki,  orucluğa  zorakılıqla 
maneə törədən qanunların yerini doldursunlar.
Yaxadan əl çəkmək -  buraxmaq.
Mənim dostum mənə məndən yaxındı,
Əcəb ki mən hələ uzağam ondan.
Kimə  mən deyim ki,  yar yanımdadır,
Yenə də  yaxamdan əl çəkmir hicran.
497

BehnK Jbytji^
lürüdafim bri
Yaxalamaq  -  bir  pis  işin  üstündə  tutmaq, 
birini  ələ 
gətirmək.
Yavanın əldə qalması -  birinin üstünə məsuliyyəti atmaq.
Ay  yel baba,  yel baba,
Taxılımız yerdə  qaldı,  yaxamız əldə qaldı.
Yaxasını  it  yeyənin  əməyini  bit  yeyər  -  nankor  adama 
yaxşılıq  etməyin axırı  zərərli olar.
Yaxasını  cırmaq/  yırtmaq  -  yalandan  havar  çəkm ək, 
haqlı  olmadan  qabaqdan  gəlmişlik  etmək,  haqlı  bir  sözü  dönə- 
dönə təkidlə təkrarlamaq.
Neçə  vaxtdı  yaxamı  cırıram  ki,  belədi,  inanmırsız  (  İbiş
kişi).
Yaxasın  yırtmayaydı,  vurmayaydı  başına  silli,  nə  edeydi 
bəs bu m illət elmü-ürfan olmayan yerdə (301).
Yaxasını kənara çəkmək -  kənar durmaq.
Biz  Azərbaycan  xalqına  milli  hökumət  istədiyimiz  zaman 
bütün  milli  zülmdən  cana  gəlmiş  millətlərə  də  azadlıq  yolunda 
yardımçı  olmaq  fikrindəyik.  Biz  heç  vaxt  yaxamızı  kənara 
çəkməyəcəyik.
Yaxasını  tanımaq  -  yaxşı  və  ya  pis  işlərə  görə  birinin  ad 
çıxarması,  birinə yapışıb ondan  sui-istifadə etmək.
Atalıqdan da bu dünyada tapılmaz çətin  iş,
Bil  Nəsira,  atanın da tanınıbdır yaxası (241,  s.  37).
Yaxasız  köynək  -  kəfən,  özlərini  müsəman  adlandıran, 
Avropa  tipli  köynəklərdən  imtina  edənlərin  geydiyi  xüsusi 
köynəklər.
Tənin ortaya açıla,  yaxasız köynək  biçilə,
Bizi  bu asan vochlo,  duyanlara salam olsun!  (  Y.İmrə).
Yaxma  gəlm ə  iiyin  gəlir,  uzağa  getmə  canım  çıxar  -  nə
istədiyini  bilməmək.
Yaxın  yoldan  qaytarmaq  -  on  göz qabağında  olan  səbəbi 
göstərmək.
Yaxşı  başlamısan  Mavərənnəhri  -   qarğış,  dedi-  qodu 
başlamaq.
498
!behruz

x
.
Tw^/e^m bri
Afərin,  sabah  ertə  yaxşı  başlamısan  M avərənnəhri  (335,
s.54).
Yaxşı  dost  adama  qəlyədaşı  yedirdər  -  adamın  başını 
aşağı eləmək.
Azərbaycanda  şor  yerlərdə  bir  cür  o t  bitər  ki,  onu 
yandırdıqda  daş  kimi  bir  şey  olur.  Ondan  istifadə  edib  quru 
meyvəcatı  və  bəzi  şeyləri  çürüməkdən,  qurd  qoymaqdan 
qoruyurlar.
Yaxşı  igid  dayısına  çəkər/  qoç  igid  dayısına  çəkər, 
xanım  qız  xalasına  -   mənfi  mənada  işlənir.  Yəni  bu  nəsildən 
bundan artıq adam çıxmaz.
Deyəsən,  Qüdrət,  yaxşı  igid  dayısına  oxşar,  ayağını 
götürüb  ayağını  sən qoymusan axı (109,  s. 138).
Yaxşılan yer tamr -  yaxşı adamlar tez ölür.
Yaxşılığa  yaxşılıq  hər  kişinin  işidir,  yamanlığa  yaxşılıq 
or kişinin  işidir ••  hər adam yamanlığa yaxşılıq  edə bilməz.
Yaxşılığa  yaxşılıq  hər  kişinin  işidir,  yamanlığa  yaxşılıq  ər 
kişinin  işidir (46,  s.297).
Yaxa yırtmaq -   özünü ora-bura  vurmaq.
Girəndə  məscidə  fəqət ağla,
Bahadı çilvar,  yırtma yaxan,  Məmmədəli (301).
Yalaıı  ayaq  tutar,  amma  yeriməz  -  yalan  sözlə  hamını 
həmişə  aldatmaq olmaz.
Yalançının  biri 
deyirdi:  İsfahanda  yüz 
iynə  boyu
tullanırdım.  Biri  deyər:  İsfahan burda deyil,  amma yüz  iynə  boyu 
burdadı,  gəl  tullan.  Yalançı  deyər,  yox,  İsfahandan  gətirin.  O 
adam  cavabında  deyər:  yalan  ayaq  tutar,  amma  yeriməz  (38, 
s.234).
Yalançının  evi  yandı,  heç  kəs  ona  inanmadı  -   bir  adam 
bir dəfə  yalaıı desə,  sonra düz sözünə də  inanmazlar.
Evi  yandı yalançının derlər,
Ona bir kimsə etmədi bavor (267,  s.383).
Yalığm  nəyi  var,  yoluğa  versin  /acda  nə  var,  yalavaca 
ııə versin -  yoxsul  adam  başqasına nə verə bilər?
499

‘ВеЛпк  Jhqqi
Ya  lələ  şələni  basar,  ya  şələ  lələni  -   iki  tə rə fd ə n   biri 
qalib gələr.
Ana,  m ən  bu  qızın  dalınca  gedəcəyəm ,  ya  lə lə   şələni 
basar, ya şələ lələni (46,  s.33).
Ya şələ  lələni bassın,  ya da lələ şələni!  ( 253,  s.280).
Y al quyruğu yoluq — pis vəziyyətə düşmüş,  rüsvay. 
Soyaram libasın, allara  sazını,
Yal quyruğu yoluq yola düşərsən (32, с.П,  s.  15).
Yalquzaq /qurd- xətərli,  tək.
Sən məndən, mən də  səndən,
Tanrı ikimizdən uzaq,
Ay doğacaq indicə,
Sən canavar, mən yalquzaq (208).
Sərhəng  yalquzaq  canavar  tək  gözlərini  Sədinin  gözlərinə 
dikir (77,  s.27).
Y am acd an  yaldan  danışm aq  əsas m ətləbdən  yayınmaq. 
Ədəb-  mərifətdən söhbət düşəndə,
Görərsən yamacdan,  yaldan danışar (15,  s.22).
Y am aqlı to rb a   - dərdə dəyməyən bir şey,  aldadıcı bir söz. 
Burax görüm əmi,  son lap qəmişliğa keçdin,
Apar vur öz başına, bu yamaqlı torbanı (168,  s. 144).
Yaman günün ömrü az olar -  gərək naümid olmayasan. 
Düşdü qılınc kimi ortadan Araz,
Fəqət günün ömrü çox o ln az (3 3 7 ,1, s.33).
Yaman yerdə axşamlamaq - çətin  vəziyyətə düşmək.
Son  de  görək,  mənə  papiros  verərsən,  çünki  qağa,  yaman 
yerdə axşamlamışam (9,  s. 103).
Yaman  yeyənin  olsun,  yaman  deyənin  olmasın  -  bir 
adamın arxasınca danışsan,  o adam haqqında fikir dəyişər. 
Yanağından qan damır -  sağlam, gümrah,  dağ adamı. 
Yanan  yerdə  ot  bitməz  ■  birinin  qol-qıçı  sınsa,  ürəkdən 
çətin şad ola.
Yana-yana  qoymaq  -   düşmənə  qalib gəlmək,  çox  həsrət 
çəkmək.
M əni qoyub yana-yana,
500
‘Beftruz  Tbqqi
T ü rkfo yim h ı^
Sallanıb gəzənim getmiş (35,  s.478).
Yan baxmaq -  ayrı -seçkilil: qoymaq, əyri baxmaq.
Tale mənə yan bakıyor,
H əm  gülümsər, həm  ağlıyor (Cavid).
M ənə  yan baxsa əgər anlamayan.
Sanma evlər buna ruhum üsyan (75,  S.38).
Y andi-qm dı verm ək -  acıq vermək.
Arzu göz qalmış idim öz ana yurdum vətənə,
Yandı-qmdı verir indi  ana yurdum da mənə  (  178, s.224). 
Y anıb kabab olmaq -  çox təsirlənmək.
Qəmli övrətlərin nəvasından 
Eşidənlər yanıb kabab  oldu  (267,  s.325).
Y anıqlı səs - dərdli, təsirli  səs.
C.Məmmədquluzadənin  kamançada  çaldığı  son  hava  o 
dərəcədə  təsirli və yanıqlı icli  ki,  adamın  ürəyini  yandırırdı  (197, 
s. 189).
Y anıram  tüstüm   çıxm ır -  içimdə dərdim çoxdu,  bilinmir. 
İçəridən  alışıb  yanıram.  Tüstüm çıxmır, boğuluram (1,  c  11, 
s.365).
Yan gözlə süzmək -  saymamaq.
Anlayanlar belə yan gözlə süzər,
O baxışlar məni üzdükcə üzər (75, c.IV,  s.338).
Yan  gözü  ilə  baxmaq  -  saymamaq,  adam  yerinə 
qoymamaq.
Yan  keçmək  -görməməzliyə  vurmaq,  yad  kimi  nəzərə 
almaq.
Çərxi-fələk gör nə günə qalmışam,
Yapalaq  bəyənmir,  sar da yan keçir.
Yanmayanda  yanmaz  ,istər  püflə,  istər  ətəklə  -  iş  düz
gəlm əyəndə  nə etsən,  xeyri yoxdur.
Yanmasa yanmaz,  püflə ya vur ətək (168,  S.392).
Yansan yan, donsan don -  əlindən gələni əsirgəmə. 
Gözün  çıxsın vermərəm  bir qram 
Yansan yan, donsan da don,  Səförəli!
Yan seçmək -  saymamaq.

H irfcdeyim hri
Xeyir-şərdə kasıbı yan  seçərlər,
Salam versə,  kölgəsindən keçərlər (32,  c.II,  s.38).
Yansın  çırağın,  gəlsin  işığın  -  sənin  sağlam lığını 
xoşbəxtliyini istəyirəm,  heç bir umacağım yoxdur.
Yanşaq  it  kimi hürmək - çox deyinmək.
Hele  burada oturub bir neçə gün də yanşaq  it kimi  h ü rəcək  
(129,  s. 174).
Yapma adam -çirkin.
Yaralı barmağa işəm əz - heç kimə fayda verməyən. 
Yaranın  açılması -  dərdin təzələnməsi.
Biz burda xəstəydik,
Bilmədik ancaq
Vyetnamda açıldı yaramız bizim (328,  s.348).
Yaranı  deşmə  -  dərdimə,  acı  xatirələrim ə 
toxunma, 
ağzımı  açma, ta etdiyin pis işlərdən  danışam.
Yaranın  közmələnməsi  *  dərdin  yavaş-yavaş  yaddan 
çıxması,  aram olmaq.
Dedi oxu,  oxu ey gözlərimin  ağ-qarası,
M ən oxuduqca onun közmoləndi  dil yarası  ( 352,  s.460) 
Yaranın  qövr etməsi - köhnə dərdin təzələnməsi.
Ham  o Nuh,  su üzündə dövr etdi,
Hanı  Əyyub yaraları  qövr etdi  (97,  s.62).
Yarıcan  olmaq  -  xəstə  düşmək,  sağlamlığını  itirmək, 
həsrətdən,  nigarançılıqdan  sağlamlığını itirmək
O  biri  gün  də  çıxıb  gedərsən  Gəncəyə,  ordan  da  Qubaya, 
yarı canım  qalacaq  yanında (1,  s. 170).
Div o  qədər sordu ki,  qız yarımcan  düşdü (148,  s.97).
Yarı canım  bu tayında Arazın,
Yarı  canım  yanındadır Şəhriyar (264).
Yarıdıq, yaza  çıxdıq -  işlərimiz diizəldi.
Yarıdıq,  yaza çıxdıq  (335,  s.71).
Yasar adam -  qorxaq,  səfeh.
Yastığın yüngül olsun -  xəstəyə  şəfa arzulamaq.
Yastı-yastı  danışmaq - qəti söz deməmək.
502
‘Behrrn  9hqqi
‘Strkdeymdxri
Yas  yiyəsi  ovumıb/kiriyib, 
yasa  gələn  ovunmayıb/
kiriməyib  -  kasanın  aşdan  isti  olması,  birinin  yalandan 
canıyananlıq göstərməsi.
Yaşa dolmaq -  sirmi keçmək,  ahıl.
Nəsiminin  bütün  ömrünü  pirlərdə,  ibadətgahlarda  keçirib 
yalnız  yaşa  dolduqdan  sonra  Bakıda  oturuşmuş  atası  Seyid 
Məhəmmədin mülkü (144,  s.128).
Yaş  da qurunun  oduna yanır -  günahsız  bir adam  birinin 
xatasına düşür
Demə  quru çatır ocaq,
Yaş da oda yanır  nahaq (325,  s.34).
Yaşı  at  bazarında  soruşarlar -  insanın  dəyəri  yaşda  yox, 
onun bacarığında, bilgisindədir.
Yaşı nə, başı nə? - təcrübəsiz,  yaşı  az.
Yaş  odun  satmamışam  ki  -  birini  aldatmamışam,  günah 
etməmişəm.
Yaş yuyub quru  sərib - biabır eləyib, hömıətdən  salıb
D ərsə  bir  müəllim  gəlib,  səni  yaş  yuyub,  quru  sərib  (84, 
s. 121).
Yatan  ölməz,  yetən  ölər  -  əcəl  xəstəliyə,  sağlamlığa 
baxmaz.
Yatma,  qaçarsan  -  ömrünü  hədər  etmə,  sonra  peşiman 
olarsan.
Yavan  aş  içmək  -  bir  adam  işləyə  bilməsə  belə  deyərlər, 
yəni gücsüzdü,  tərpənə bilmir.
Yaytək sıxılıb,  oxtək atılmaq -  ağrıdan qıvrılmaq.
Başında  ağrının  artdığını  hiss  edən  kimi  ipək  yorğan- 
döşəyin  arasında yay tək sıxılıb  oxtək  atılırdı  (144,  s.88).
Yazam sən,  pozan sən - lıər şey sənin əlindədir.
Y azan son,  pozan sən,
Kim deyir yalansan,  hər zad sənin əlində.
Yaz buludu kimi ürəyim doldu - həsrətdən kövrəldim.
Yaz  buza,  qoy  günə  -  Kərkük  türkləri  „yaz  divaı a,  qalsın 
bahara“ 
şəklində 
işlədir. 
Biri-birinin 
borcunu 
vermək 
istəmədikdə  belə deyir,
503

W rkjdeyim hri
Demə buza yazılır sözlərim,  ucuzdur hədər
Yozar  m ənim   yuxumu  bir  zəmanə  bu  sözlər  (80,  c.II, 
s.184).
Bilən dedi:  qəm nişanın  bil yenə,
Yalqız, bala,  sən yaz buza, qoy günə (338,  s.141).
Yaz  əkinçi,  qış  dilənçi  -  çox  çalışıb,  az  yem ək,  z əh m ət 
çəkməyinə baxmayaraq gün çörəyinə məəttoldi.
Özünüz də  yaz əkinçi,  qış dilənçi (129,  S.318).
Qara gəldi ruzgarımız,
Talan oldu hər varımız,
Yaz əkinçi,  qış dilənçi
Yenə boşdur anbarımız (337,  c.I,  s.34).
Ə ləşter  böyük  bir  nahiyə  idi,  əhalisi  m əxsusən  kən d lilər 
necə demişken,  yaz əkinçi,  qış  dilənçi idilər (281,  s.90-91).
Yazın oğlan  çağı - yazın lap gözəl vaxtı.
Yazın lap  gözəl vaxtı  idi  (201,  S.22).
Yazısı tərs yazılmaq -  taleyi uğursuz.
Yazım tərs yazılıb qəza vurubdu,
Keyik bilib xan Kəlbini öldürdüm (103,  s. 18).
Yazıya  pozu  yoxdur  -   fatalistlərin  inamına  göro,  insan 
doğulanda taleyi alnına yazılır.
Səksən  yaşlı  qocalara baxıb  öz-özümə  deyirəm  M urtuz  da 
yaşasaydı..  Ay oğul,  yazıya pozu yoxdur (1,  s.129).
Yeddi aylıq deyilsən ki?  - niyə səbir etmirsən?
Yeddi canlı -  cam möhkəm.
Yeddidən yetnıişə -  hamı, uşaqdan böyüyə.
Xalqımız  bunu  da  unutmayacaq  ki,  Şuşanın  ikinci 
müharibəsində müsəlmanların  yeddi  yaşdan yetmiş yaşma qədər 
qocalan  silah  işlədib  erməniləri  müqavimətdən  aciz,  qoyurdular 
(232, s.74).
Yeddi  dərənin  suyunu  bir-birinə  qarışdırmaq  -   əsl
mətləbdən uzaqlaşıb hər şeyi bir-birinə qatmaq.
-  Onlar,  müsəlman  ağıçıları,  yeddi  dərənin  suyunu  bir- 
birinə qatandırlar,  hal  (253,  s.114).
504
Hefiruz  ybqqi
Tw ^^jm bri
Yeddi  qara  kağız,  yeddi  bəd  xəbər  -  yeddi  rəqəm i  türk 
mifoogiyasmda  mənfi  və  müsbət  baxımdan  on  qüdrətli 
rəqəmdir.  Yeddi qardaş,  yeddi qat,  ölünün yeddisi və s. 
Ümmanlar qədərdi kədərin sənin,
Yeddi qara kağız,  yeddi  bəd xəbər (48,  s.86).
Yeddi  qatından  keçmək  -  dərin  təsir  etmək,  yandırıb 
yaxmaq.
Bu  fikirlər  necə  deyərlər  İskəndərin  yeddi  qatından  keçir, 
orıu  sarsıdır (E.Əlibəyzadə).
Yeddi  qələm   bəzənm ək  -  Azərbaycan  ənənəsində  yeddi 
qələm bəzənmək gözəlləşmək deməkdir.
Bəzənibsən yeddi qələm,
Bürünübsən şalı,  Göyçək!  (14).
Yeddi  löyün/  çərşənbə  yemişi  girdəkansız,  badamsız  -
bir zad üçün lazım olan  mühüm  şeylərin  olmaması.
Çərşənbə  yemişinə  Təbrizdə  yeddi  löyün  də  deyilirmiş 
Fındıq,  püstə,  kişmiş,  meviz,  əskəri,  sobzə,  dizmarı,  hüseyni, 
basdıq,  xurma,  suçuq,  əncir,  iydə,  armudun  yaxud  hulunun  içinə 
çəkər  və  badam  unu  doldurulub  qurudulmuşu.  Yeddi  löyün  isə 
duz,  sikkə,  balıq, güzgü,  sarımsaq,  sumaq,  sərm nidən  ibarətdir. 
Yetişdi  axır çərşənbə  hazır eyləməli,
Bərayi  yeddi loviin bir tümən, M əhəmmədəli  (301, s. 155). 
Yeddi mərtəbəli söyüş -  ağır söyüş söymək.
Söyüşün  yeddi  mərtəbəsini  birnəfəsə  çıxdım,  lit'tsiz, 
zadsız (9,  s.145).
Yedək çəkmək -  hörmət göstərmək,  qulluğunda durmaq 
Qabağınca neçə  yedək çəkilə,
Səni görcək xanzadələr çəkilə.
Yediyi çörəyə dal çevirmək -nankorluq.
İnsafı  danana aman verməmək,
Yediyi çörəyə dal çevirməmək (328,  s.320).
Yediyi,  içdiyi  zəhrimar  olmaq  -   rahat  olmamaq,  ağır 
vəziyyətdə  yaşamaq.
Döyünən qəlbinə köksün dar oldu,
Yediyin,  içdiyin zəhrimar oldu (337, c.I,  s.33).
505

тштттшт^ш
Yediyini yel aparar - kökəlməz.
Yediyin  yağlı  fətirin  yeri  göynəyir?  -  xoş  günləri  ə ld ən  
verib onun xiffətini çəkən adama deyirlər.
Yekan bəyi - özünü böyük bilən, fors satan.
Yekəbaş - anlamaz,  dərrakəsiz.
Adətdir marala gülər qurbağa,
Maral qurbağa tək yekəbaş deyil.
Yekə  gözün  işığı  olmaz  -  axtardığı  şeyi  tapa  bilm əyən 
adama deyərlər.
Yekə həngam ə - çox hadisə baş verib.
Xurşid-  yekə  həngamə  olubdur,  biz  bilməmişik  (72,  c.III, 
s.118).
Yekə  tikə  boğazı  yırtar  ••  adam  gərək  tamahkarlıq 
etməyə.
Yekə-yekə  danışmaq  -  özünü öymək,  lovğalanmaq,  kiçik 
uşağın və ya yaşlı adamın  böyiık iddiası.
M ən  ölüm,  Həsənəli,  yekə-yekə  danışma.  Əgər  sən  kişi 
idin,  binəva  Süleymana  vaxtında  patron  yetirə  idin,  darda 
qalmaya idi.
Əyə,  sən  kimsən  ki,  mənim  qabağımda  belə  yekə-yekə 
danışırsan? (174,  s. 16).
Yel alıb aparmaq -- puç olmaq.
Atalar yurdunu viran etırişdik,
O viran binayı yel  aldı  getdi (165,  s. 174).
Yel  atına  minmək  /   yel  kimi  gəzmək  -  vaxtı  boşuna 
keçirmək,  fikir etmədən gəzmək.
Yel əsib,  qoz tökülüb?  ■ burda nə var?
Yelə vermək - hədərə vermək, puç eləmək.
Şah qafil yaşasa xalqdan.
Zövq alsa ancaq eyşü-işrətdən,
Dövlətin əsası  verilir yelə ( Qüdsi).
Yel  gətirəm   sel  aparar-  zəhmətsiz  qazanılan  şey  tez 
eldən çıxar.
“Yel gətirəni sel aparar” -  dedi.
506
(Beftruz
Yel  hayandan  gəlsə,  o  yana  çönmək  -  çörəyi  gün 
qiymətinə yemək.
Yel  qabağında  kəpənək 
böyük  qüdrətlərin  qarşısında 
sayılmayan  bir  adam,  özündən  böyük,  gücü  çatmayan  biri  ilə 
üzbəüz olmaq
Sağ-sol yuxarım dal-qabağım pul,
Pulsuz kişi meh-yel qabağında kəpənəkdi (168,  s.714). 
Yelli -  sürətlə, qəzəblə gəbnək.
Pah atonnan,  zalım balası,  gör nə yelli gəlir (9,  s.128). 
Yellə gələn sellə  gedər -  fırıldaqla gələn fırıldaqla gedər. 
Yellə gələn sellə gedər (129,  s.419).
Yel  olub yanından ötmək  - heç nə edə bilməmək.
Vu  adə,  dəlisən  nəsən,  kim  cürət  edib  Xanmirzə  bəyin 
yanından ötə bilər (335,  s. 190).
Yel tozuna çatmamaq - ən yeyin,  sürətli.
Dağ dəmdə yel tozuna çatammaz,
Ə gər atın beli üstə yata, türk (299,  s.28).
Yel vurub yengələr oynayır -  xaraba qalmaq.
Metro,  lift  yox  idi,  konka  var  idi,  yel  vurub  yengələr 
oynayardı  (9,  s.127).
Yemə, içmə xəttü xalına,  gül camalına tamaşa  elə  -  çox
gözəl  oğlan,  qız.
Yemə,  içmə  xəttü  xalına,  gül  camalına  tamaşa  elə  (148,
s.59).
Yeməmiş, gəyirmə - bir işi  görməmiş  niyyət eləmə.
Ay  Ərəbzəngi,  yeməmişdən  gəyirmə,  hələ  nə  mən  sənin 
gücünü görmüşəm,  nə də  sən motıim gücümü (35,  s.255).
Yeməyən  qurd  barama  sarımaz  /  bağa  baxsan  bağ  olar, 
baxmasan  dağ olar
- bir  şeyə baxmasan məhsul  verməz.
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin