Yemi artıq düşmək -qudurub.
Haqqa deyiblər: deyəsən senin,
Yemin bir balaca artıq olubdur (328, s.351).
Yemişəm min tümərıivi - malını yemişəm belə məndən
inciksən? Niyə bös qaşqabaq sallayırsan?
507
‘Beftruz fb q q i
Yendirmək - saymaq, adam yerinə qoymaq.
Ay qız, təmiz danış, sən nə yekə adamsan ki, m ə n ə
yendirmirsən? (46, s.299).
Yenə də həm in su, həm in dibək - heç nə dəyişm əyib.
Bu günlər aldığım məlumata görə, yenə də h ə m in su
həmin dıbəkdir, kənd m əktəblərini yenə də m əhsul yığılm asına
cəlb edirlər (328).
Yengim ye dünyası - insanın şəxsiyyətinə, düşüncəsinə
yox, onun paltarına, var-dövlətinə hörmət qoyurlar.
Tutub hər yanda yerin zabitənin rabitələr,
İllah İranda bu qanundur ki, yengimye mənim! („Çığır
bağır“, s 110).
Yengəsi gülüm olanın başına kiilüm olar - bir adam
kiminlə hansı işi gördüyünü bilməsə, bütün zəhm əti h əd ər
gedər.
Yer ayrılsa, yerə girərdim - çox xəcalət çəkm ək,
utanmaq.
Yer bərk olanda öküz öküzdən görər - şərait çətin
olanda adamlar bir-birindən görür.
M əsəldi yer ki bərk oldu öküz öküzdən inciyər,
Hey dartılır ipin qıra, yoldaşıyla bir savaşa. (306).
Yer eləm ək - bir yerdə özünə yer tapan kimi başqalarını
bəyənm əm ək; pis təsir eləmək, bir sözdən bərk narahat olmaq.
Yerə batasan - pis işə görə qarğışdır.
Yerə girmək • xəcalət çəkmək, utanmaq.
Yerə göyə zəncir salmaq - şuluqluq eləmək, hər şeyi bir-
birinə vurmaq.
Yerə qulaq asmaq - yatmaq.
Yer- göy qaçır - hər şey bir-birinə dəyib.
Bir uşaqlıqda xoş oldum, o da yer göy qaçaraq,
Quş kimi dağlar uçub yel kimi bağlar keçdi (306, s. 179).
Yeri dar etmək - mane olmaq, çağırılmamış yerə getmək.
Saz-söz əhli arif olar bilginən,
Çağırılmamış yeri dar eyləməyin (Aşıq Nabat).
5 0 8
'BeAruz 'Jbqqi
TürkfCeuməri
Yeri göyü bir-birinə düyünləmək - hər şeyi bir-birino
qatmaq, qeyri-mümkün işlərlə məşğul olmaq.
Yeriməmiş yüyürür - cahil adamlar kimi bir zaddan başı
çıxmasa da özünü alim başçı adlandırır.
Yerim yerdə yandı, göyüm göydə - haqsızlıqla üzbəüz
olmaq, bir sözün çox pis təsir etməsi.
Yerin damarın qırmaq - yolun çoxunu getmək.
Oğlan bərkitdi çarıqların dabanın, qırdı yerin damarın, az
getdi, çox getdi ta ki Abşerona çıxdı (148, S. 116).
Yeriııdə donmaq - mat qalmaq.
Qardaşlar yerlərində donub qaldılar. Handan hana böyük
qardaş ona baxıb dedi (148, S. 117).
Yerindən durana qədər daş daşdan ayrılır - ərincək,
ləng adam.
Amma bu elə ərincək idi ki, yerindən qalxınca daş-daşdan
ayrılırdı (46, s.213).
Yerindən oynamaq - təslim olmaq, toyun əymək, həyatı
dəyişmək.
Yerində oturmaq - xalqa ehtiram qoymaq, qanuna riayət
eləmək.
Biz bunu açıqca deyirik: əgər jandarm rəisləri başladıqları
cinayətlərdən
əl
götürməsələr,
əgər
dövlət
məmurları
yerlərində oturmasalar, xalq özü qalxar, onları öz yerində
oturdar (Pişəvəri).
Yerini acı eləmək - bir hərəkəti, sözü ilə gələcəkdə
vəziyyətini pisləşdirmək.
Rəis müavini onun işdən çıxarılma məsələsini qaldırsa,
yerini acı eləyər (1, s.351).
Yerirıl eləmək - lazım olan bir şeyi soraqlaşıb tapmaq.
Rüstəm bəy, hə yadıma düşdü, dəvə yunu tapşırmışdım,
heç yerini eləyə bildin?
Yeriyirəm ayağıma minnət, - deyirəm dilimə minnət -
dilimə zor gətirincə ayağıma minnət edib öz işimi görürəm.
Yer qulaqlıdı - hər sözü eşidən olar, sirr bir gün açılar.
Bax ha, yer qulaqlıdı...(296, s.282).
509
‘Befiruz ybqqi
'lür^dajimfori^
Yerlə bir eləm ək - birini rüsvay etm ək, bir yeri viran
qoymaq.
Yerli yerində •■qayda-qamınla.
Yersiz gəldi, yerli qaç - nankor, yaxşılığı itirən.
İndi m ən sahibəm, m ən bu ocağa,
İşə bax!
Yerliyə yersiz qaç dedi (328, s.303).
Yer yatağı ilə - ətraflı, təfərrüatı ilə, dəlil və sübutla.
Qonşu and-aman eləyir, hal-qəziyyəni yeri-yatağı ilə
danışır (103, s.9).
Yer yiyəsiz qalanda donuz təpəyə çıxar - bir ölkədə
ləyaqətli adamlar iş başında olmasa, ləyaqətsiz adamlar iş başına
keçər.
Yetənə yetir, yetnıəyənə b ir daş a tır - hamıya əziyyət
vermək.
Y etənə yetir, yetməyəııə bir daş atır (72, c.III, s.97).
Yetdiyinə yetib yetmədiyinə bir daş daş atan dəliqanlı
kimi görmüşdü (142, s.9).
Y etən gedər, yatan getməz - ölüm xəstəliklə deyil,
əcə İlədir.
Qaldı arvadın məsələsi, yetən gedər, yatan getməz (84,
s.72).
Yetim cib - pulsuz, işsiz, gəliri olmayan adamın cibi.
Yan ciblərin qapısını açıb baxdı,
Əlsiz-qalan yetim cibi (233).
Yetim doyuran - lap böyük stəkan, qazan, qab.
Bu adamın boğazını da yaşlamaz ki..(335, s. 187)
Yetim əlində qoğal əcaib görünər - kasıbın hər şeyini
söz edərlər.
N ədi ki, yetim əlində qoğal əcaib? (9, s.65).
Yetimin qarnı doyar, gözü doymaz - görməmiş adam
acgöz olar.
Yetimin qamı doyar, gözü doymaz. (84, s.367).
Yetim quzudan qoç olmaz - ata-ananm uşağın igid və
sağlam olmağında böyük rolu.
5 1 0
ттятя^ ^ ^ ^ ттш^ яштшяял1шш1тшятяишттяятятт^ ^ ^ 1 ”1 ^ ^ ^ т
Yetim quzu kimi m ələmək - ürəkdən ağlamaq, bir şeyi
istəmək.
Nazlı da qalıb indi yetim quzu kimi m ələyə-m ələyə (9,
s. 178).
Yetimsən, qıvrıl yat - imkanın yoxdu, hər şeyə qane ol.
Bu sözü qatlayıb döşəyin altına qoysun, yetimdir qıvrılsın
yatsın, hər kəsin öz tay- tuşu var (46, s.97).
Yetmıiş qarm - nəsilbənəsil varlı ailə.
Yeyərsən qaz ətini, görənsən ləzzətini - başına gələr,
görərsən.
Yeyərsən qaz ətini, görərsən ləzzətini(129, S.37).
Yeyib üstündən su içmək - mənimsəmək.
Rzaqulu diri-diri yeyəcək Çopur Abdullanı, üstündən də
bir dolça sərin su içəcək (1, s. 14).
Tüııcüııü də onlar yesin, üstündən də su içsinlər! (253,
s.373).
Yeyin gedən tez yorular/ tələsən tərsə/ təndirə düşər -
ictimai məsələləri nəzərə alaraq bu deyimi işlədirlər ki, hər bir
ictimai dəyişiklik uzun proseslərdən sonra baş verir.
Yığır çinədanına - sözü yığıb birinə xəbər vermək.
Yığvalı yeyin - taleli.
Gözün aydın olsun, ay Göyçək, yığvafın yeyindi (103,
s.47).
Yıxılana balta vuran çox olar - birinin işi əskik olsa,
dünən yaltaqlıq edənlər də ona qarşı çıxarlar.
Yıxılana balta vuran çox olar (9, s. 158).
Yıxılı evin dirəyi - yaxşı arvad haqqında işlənir.
A yıxılı evin dirəyi, harda qalmısan? (84, s. 177).
Yırtıq böyük yamaq kiçik ■■ xərc gəlirdən çox.
Yoğuııamaq - ciddiləşmək.
Hüsən anlayırdı ki, iş yoğunuyacaq (84, s.47).
Yoğurmadım, yapmadım, hazırca kökə tapdım -
əziyyət çəkmədən naz-nemətə sahib çıxmaq.
Yoğurmadım, yapmadım, hazırca kökə tapdım (335, s.61).
511
'Beftntz 9&qqi
‘Я * * !* * *
Yoğurtdan qılı çəkmək kimidir - bu işi yerinə gətirm ək
m ənim üçün çox ağırdı.
Yoğurt qurtulandan sonra batman alan çox ola r - iş-
işdən keçəndən sonra müştəri çıxan çox olar.
Yoğurt tökülsə yeri qalar, ayran tökülsə nəyi qalar? -
varlı, m ərifətli adam nə qədər yaman günə düşsə bir şey qalar,
özünü itirməz, mərifəti, ağalığı qalar.
Yola dü şm ək - işin yol-yöndəmini ələ gətirm ək, işin
düzəlməsi.
Yola getm ək - dil tapmaq, anlaşmaq.
Duyğulan, ağrıları ovutsun,
Necə gedim öz-özümlə yola m ən (328, S.225).
Yol azmısan? - nə yaxşı bizə gəlmisən?
Yol böyüyün su kiçiyin - öz yaşına görə hamıya sayğı
göstərilməlidir.
“Yol böyüyün, amma su kiçiyindir” (328, s.321).
Yolçuluğa gedən çölməyini dalısında tutmaz - bir işin
arxasınca gedəndə o yolda hər şeyi qəbul etmək lazımdır.
Yolçunun paydan küsməsini görməmişdik/ xan verən
atın dişinə baxmazlar - hədiyyə hər necə olsa, qobul eləm ək
lazımdıi'.
Yolçu yolda gərək - bir işə qərar verirsənsə, g ərək
həmişə onun dalısını tutasan.
Yoldan azmaq -düzlükdən üz döndərmək.
M əni bu qəzetçi aldatdı, yolumdan azdım,
Öz əlimlə özüıno çahi-bəlanı qazdım (72, c.III, s.238).
Allah sizi heç bir zaman düz yola dəlalət etməsin, m əni
yolumdan azdırdınız (234, s.503).
Y oldan azmış - qudurmuş, əyri yola gedən.
Din və Allah yolundan azmış sultanı altı ay himayə
etdiklərinə görə və İsfahana peyğəmbərin bayrağı ilə gələn
orduya təlavət verdiklərinə görə bu qurban bayramı günü
isfahanlılar Əmir Teymurun her əskərinə bir qurban verməli
idilər (144, s.56).
5 1 2
Yoldan çıxanı yol vurar - düz yola getm iyən axırda
cəzasın alar.
Yoldan keçənə yumaq səritdirir - hər bir fürsətdən öz
xeyrinə istifadə edir.
Yoldan qalmaq - geri qalmaq.
Yoldan qal, yoldaşdan qalma (168, s.10).
Yoldan yola dönmək - tez-tez fikrini dəyişən.
Göz yolda, ayaq yolda, ürək yarda əm anət,
Yoldan yola döndüm, dəxi, yollar da yoruldu (155, s.29).
Yol kəsmək - soyğunçuluq mane olmaq.
Yolları yollara yamamaq -keşm əkeşli yollar keçmək.
Keşməkeşli
yollardan
keçdim.
Yol
Azərbaycan
ənənəsində inam, sənət-peşə simvoludur.
Vüsal həsrətiylə Araz boyunca,
Yollan yollara yamayan canım! (264, s.78).
Yolu kəsmək - yola davam etmək.
Məndən eşitsən gecə ikən yolu kəs, get (203).
Yoluq qarğa - arıq, çılpaq adam.
Yolun damarını kəsmək - yolun çoxunu qot etmək.
Yel kimi yolun damarını kəsə-kəsə gedib bir vağzala çıxdı
(148, S. 117).
Yolurıu boş qoymamaq - i deyasını davam etdirmək.
Sən bir dava ver, biz də sənin yolunu boş qoymarıq,
hərdən bir yağdan, şordan gətirərik (195).
Yol ölçmək - boş-boş gəzmək, o yan-bu yana qaçmaq.
O qədər malı bazardan bura kürəyində daşımaq üçün
gərək səhərdən axşamacan yol ölçsün (269, s. 172).
Yolsuz - heç bir inama, fikrə bağlı olmayan.
Olmasaydı o yolsuzun dərdi,
Məni Bağdada kim sürükləıdi? (75, s.97).
Yolunu gözləmək - birini görməkdən ötrü intizar çəkmək.
Yolunu kəsmək- maneə tcrətmək, birini görməkdən ötrü
intizar çəkmək.
Y olunun ü stündə çəp ər olm aq - maneə törətmək.
Yolumun üStündə bala bir çəpər
‘Bel'mtz 9b
Ш ^ а ф п Ь п ^
О tərəfidə arzum, bu tərəfdə m ən (328, s.288).
Y ol uzunu - başlanışdan sona çatana qədər.
Yorğan davası - bu hay-küy hamısı bizim başım ızı
qatmaq, konkret bir m əqsəd üçündü.
Dedi: yorğan üçün imiş bu təlaş,
Yorğam qapdılar, kəsildi savaş (267, s.388).
Yorğanı qalın - varlı-karlı, qohum əqrəbalı adam, sirri öz
içində qalan,
Yorğan savar - Xoy Makudan, Güneydən, Urmiyaya
üzüm dərm əkdən ötrü yorğanlarını bellərinə bağlayıb gedənlərə
deyirdilər.
Yorğun eşşək, hoş m əəttəli ■
■
tənbəl adam işləm əkdən
boyun qaçırmağa bəhanə axtarır.
Yorğun eşşəyə gülmək - birinin ağır vəziyyətinə,
uğursuzluğuna həqarət etmək.
Yıııdu, arıtdı qoydu kənara - birinin pis işlərini haqlı
sözlərlə üzünə demək.
Yuxarı tüpürürəm bığ, aşağı tüpürürəm saqqal
çıxılmaz vəziyyətdə qalmaq, iki tərəfdən do keçə bilmirəm,
odla suyun arasında qalmışam, iki tərəf də mənim yaxın
adamımdı.
Yuxarı tüpürürəm bığdı, aşağı tüpürürəm saqqal (335,
s.76), (9, s. 100).
Yuxarıdan aşağı baxmaq - saymamaq, adam yerinə
qoymamaq.
Onun ucbatından hamı mənə yuxandan aşağı baxır (84,
s. 121).
Yuxa ürək - həssas, kövrək.
Axı padşah yaman yuxa ürək padşah idi (9, s.80).
Yuxudan baş qaldırmaq -b ir vəziyyətdən
oyanmaq,
ayılmaq.
Ağ gündən müjdələr vermədi sana,
Yatdığın yuxudan baş qaldırsana (337, c.I, s.33).
Yuxusu ərşə çəkilmək - yata bilməmək.
514
Q kftruz^Jhj^
‘Türfyjeyim hri
Yuxusu ərşə çəkilmiş qocalarla bərabər cavanlar da,
mələk, huri timsalında zər-zibalı gözəllər də gəlirdilər (144,
s.47).
Yuxusunu almaq - yatıb dincəlmək.
Yuxuya haram qatmamaq/ yerişə haram qatmamaq -
çox rahatlıq; sevən adam, adi yuxusunu, yerişini dəyişməyən
adam.
Gecə-gündüz müharibə yerdə göydə tapdı davam,
V ətən oğlu, vətən qızı yuxusuna qatdı haram (373, s.27).
Yuxusuna qatıb haram, bir qız dedi aram-aram (Gilani)
Yuxuya daş bağlamaq - oyaq qalmaq.
Lay-lay quzum ağlama,
Ürəyimi dağlama,
Yat, yuxun şirin olsun,
Yuxuma daş bağlama (38, s.l 12).
Yumaq kimi büzüşmək - qol-qanadı sınmaq.
Bayaq o adamlar ki, dayanmışdı dağ kimi,
Sükutun siqlətindən büzüşdü yumaq kimi.
Yumruğunu batman bilir - özündən güclü adam bilmir.
El yumruğunu görməyən öz yumruğunu batman sayar.
Yumruq sıxmayan - düşmənə qarşı üsyan etməyən,
mübarizə etməyən, qorxaq.
Bir ölkə ki, səsi- ünü çıxmaya,
Haqsızlığa qarşı yumruq sıxmaya,
O bir məzarlıq ki, görənlər şaşar,
İçində hop canlı ölülər yaşar (145, s.304).
Yumurta alsan, sarısı çıxmaz - xeyir verməz, şarlatan.
Yumurtadan çıxan - təcrübəsiz, uşaq.
Buzbulağın təzə yumurtadan çıxanları., xiyarlığa arabir
möhkəm divan tuturdular (118, s.257).
Yumurtadan yun qırxan - xəsis, tamahkar.
Yumurtadan yun qırxan (21, s. 142).
Özün öz başına açmısan oyun,
Qırxmaq istəyirsən yumurtadan yun (264, s. 114).
515
Yumurtamadı, falı da içdi - xeyir vermədi, m ayanı da
yedi.
Yumurtanı/fındığı düyünlə buna söz qandır - bir şeyi
başa salmaq çox çətindir, anlamaz.
Yumurtanın sarısını bu gün, ağmı sabah yeyir - m al
sevən, xəsis.
Yumurtanı suda qızdırmışam? - hörmətsizlik, pislik
eləmişəm?
Yumurta pulu / çay pulu - rüşvət.
Yazıq günə salınmış dövlət məmurları günün günorta çağı
yumurta pulu, çay pulu adı ilə soyğunçuluq edirlər.
Yumurtasına görə
qaqqıldamamaq
- imkanından,
ləyaqətindən yuxarı, iddialı.
Yumurtası
tərsə
düşmək
-
vurnuxmaq,
narahat
gəzişmək.
Alə, sənə nə olub, yumurtası tərs düşmüş toyuq kimi
yerində vurnuxursan? (1, s. 114).
Yumurtaya qulp qoymaq - sözbaz, irad çıxardan.
Yumurta yükü daşır - çox ağır gündə yaşayır, borca, ağır
işə düşüb.
Yurt yiyəsiz qalanda donuz təpəyə çıxar/ Dərə xəlvət
tülkü bəy - alçaq adamların bcyük yerlərdə oturması, düşmənin
bundan istifadə edib o ölkəyə sahib olması.
Yuyub antmaq - birinin eybini üzünə demək, birini
haqsız danlamaq.
Əlinə bir qalıb sabun alaraq,
Hey məni danladı, yudu, arıtdı (291, s.57).
Yuyulmamış qaşıq kimi özünü ortaya atma • sənə dəxli
olmayan işə qarışma.
Yuvarlanan daş yosun tutmaz -
işlənən
dəmir
paslanmaz, çalışqan adam sağlam olar.
Yuvanı dağıtmaq - ailəni bir-birinə vurmaq, ailədən
ayrılmaq.
Yuvası dimdiyindədir - heç nəyi olmayan, köçəri, yoxsul.
Köçəri quşlar dönəndə,
5 1 6
‘Behruz 9hq
Yuvasını dimdiyinə taxıb gedən
Quş da dönəcək ( L. Cavanşir).
Yuvasından oynatmaq - didərgin salmaq.
Aramsız çaxnaşmalar zəmanəsi tezliklə onu da öz
yuvasından oynatdı (144, s.49).
Yüksək olma, təpə-təpə yerə endirərlər, alçaq olma,
basa-basa yera keçirərlər/ Muşəklə adamı göyə qaldırıb
çətirsiz yerə vurarlar -hədsiz təkəbbür, həm də hədsiz sadəlik
ziyan gətirər. Öz yerini tanı.
Yüksək olma, təpə-təpə yerə endirərlər, alçaq olma, basa
basa yerə keçirərlər (229, s.15).
Yükü əyilmək - birinin dur omunun pisləşməsi. ■
Mərdin yükü əyilsə,
Namərd vurar adamı (158).
Yükünü tutub - yaxşı var-dövlət yığıb, mənfi mənada
oğurluqla, əyri yolla var- dövlət toplayan.
Dedi: vallah, bu işi sanma ki pünhan görürəm,
Hamı tutmuş yükünü, sən kimi səhman görürəm.
Şah və xanədani- Pəhləvi qabaqdan yüklərini tutub
ortadan çıxmışdılar (281, s.l 14).
Yük-yapın çatmaq - yola, köçə, işə hazırlaşmaq.
N ə yaman yerdə köçdü karvanımız,
N ə yeyin yük-yapın da çatmış idi (306, s .l 81).
Yüngül adam - şəxsiyyotsiz, fikrinin tez dəyişən, hər bir
işə qarışan
Tez coşar yüngül olanlar içiboş sözlərdən (316, s. 12).
Yüngülsaqqal olmaq - hörmətsiz olmaq, yüngül adam.
M əni elə yellər apara bilsəydi, mən heç yüngülsaqqal olub
abi-həyat suyu axtarmağa çıxmazdım (46, s.205).
Yürük ata baha olmaz - bacarıqlı və çalışqan adamların
zəhm əti para ilə ölçülməz.
Yüyənini qırmaq - cızığından çıxmaq, həddini aşmaq.
Yüyürən at özünə qamçı yedirtməz - işləyən adam
danlanmaz.
5 1 7
■ м м Зш тм
‘B efauz
шшЗЁяя
Yüz altun danışanı yüz kişi danışammaz - pul çox böy ü k
qüvvədir.
Pulu qələm ə ağacının altına qoysan, əyilib onu g ö tü rə r
(Hüseyn Selablı).
Yüz arxın suyunu bir arxa qatmaq - hər şeyi bir-b irin ə
qatmaq.
Bəsdir dözdüyümüz ölümdən betər,
Köhnə bazardakı o köhnə nırxa.
M illəti yüz yerə caladın yetər,
Yüz arxın suyunu qatma bir arxa (52, s. 129).
Yüzbaşının şahidi çavuş olar/ ermənin şahidi üzüm
ayaqlayan olar - hər kəs özünə layiq adamla iş görər. Yüzbaşı,
minbaşı Qacarlar zamanma qədər orduda işlənən rütbə adlarıdır.
Böyük adamların şahidi onların tabeliyində olanlar olar.
Yüzə dözən yüz birə də dözər - çətin şəraitə öyrəşən
adam ondan da ağırma dözər.
Yüz həştad dərəcə dönmək - mövqeyini tamam
dəyişmək.
Kişini yüz həştad dərəcə döndərdim üzü bəriyə (118, 207).
Yüz kuzə düzəltsə, birinin qulpu olmaz - yalançıdır,
xeyir verməyəndir.
Yiiz mama yığışsa güc doğana düşər - əsas ağırlıq işin
sahibinə düşər.
Yiiz ölç, bir biç - düşün, sonra bir iş gör.
Pentaqon düşündü
Vuruşdan əvvəl,
Yüz ölçdü bir biçdi, hər şeyi təkrar’ (328, s. 330).
Yüzü yüz ayə desən - sənin sözünü mən qəbul etmirəm.
Odur ki, yüzü yüz desən
Dünyam, insanı dana bilmirəm.
Baş verən ən kiçik hadisəni də,
Mənasız, səbəbsiz sana bilmirəm (70, s.196).
Yüz-yüz itən olsun, min-min bitən var - ölənlərin yerini
yeni nəsil doldurur.
Yüz-yüz itən olsun, min-min bitən var (328, s.49).
‘Beftruz
Turkdafirnfm .
-z-
Zağ-zağ əsm ək - ən nəhayət dərəcədə qorxuya düşmək.
Qəhrü-xəşmindən onun zağ-zağ əsir qəlbi-hərami,
Başım ondan ucalıbdır dayanıb ərşü-əlayə (N.Şərəfxaneyi,
s.470).
Göylərdən ələnən odlu bombalar,
Elə rtərildəyir yer zağ-zağ əsir (Saplaq).
Zaman axtarmaq - fürsət axtarmaq.
Zamanın imzası -- zamanın istəyinə uyğun əsər.
Sizin bəstələdiyiniz himni zaman özü imzalayıb.
Zamanı öldürmək - vaxtını boş keçirmək, düşmənə bir
zərbə endirmək üçün onun başım qatıb fiirsət qazanmaq.
Zart -zurt etmək - haqsız olaraq qışqır- bağır salrnaq, zor
demək.
Zatıqınğın qatı da qırıq olar -əsli olmayandan yaxşı bir
şey gözləm ək olmaz.
Zatı qırıq olanın qaıtı da qırıq olar (131, s.l 29).
Zatıqırıq - utanmaz, əsli-nəsəbi olmayan, qanmaz,
etibarsız, adam tanımayan, rəhmsiz, yaxşılığı bilməmək.
Abdulla Qəmbərov zatıqırıq idi (1, s.204).
Öz yavuqlarına pislik çox edər zatıqırıq,
Şəmşirin ilk. yarası öz qınına qismət olar (317, s.41).
Zehni açıq - mövhumatdan uzaq, aydın fikirli.
Zehni açılmaq - bir şeyi dərk etmək; əhvalı açılmaq.
Zehni durulmaq- bir xəstənin və ya kədərli adarnın təzə
şəraitə düşdükdə xoşhal olması.
Zehni koralmaq - yorğunluqdan, həvəssizlikdəıı, fiziki
zəiflikdən yaddaşın korşalması.
Zeynal adamı - kişi tərəfin qohumları.
Zeynəb adamı gələr, qapıdan
tox gedər, Zeynal adamı
gələr, aşpazxanadan ac qayıdar- arvad öz tərəfinə yaxşı
yetişər, kişi tərəfə yox.
519
‘Beftruz
Z eynəb adamı - Təbrizdə arvad tərəfin qohumlarına
deyilir.
Z əfəran hambalı - özünü əziyyətə salmayan, yumşaq
yerin işçisi.
Z əfəran tək saralm aq -
ağır vəziyyətdən, həsrətdən,
təbii rəng-rufunu itirən adam.
Z əfəran tək məni saraltmışdı,
K or qəza öz yolun gedən vəqti (306, s.81).
Z əfərli yer - bədənin ən vacib yerləri.
Yaxud, Şahqulunun zəfərli yerindən tutmadı, onda bəs
necə olsun? (253, s.375).
Z əhərin tökmək - intiqam almaq, acıqlı olduğu bir
adamdan fürsət düşən kimi intiqam almaq.
Zəhri yarılm aq - bərk qorxmaq.
O, qalxmaq istədi, dəm ir sarıldı,
X ortdan xəyal edib zəhri yarıldı (74, s. 186).
Z əqqəto - bir yemək, ya bir d o nm a həddən artıq acı və ya
duzlu olanda işlənir.
Z əqqəto yaxud, zəqqəm çörək - acı və keyfiyyətsiz
çörək.
Dostları ilə paylaş: |