Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ


Ləpəni demə düyünü de, dünəni demə bu günü de/ dədən­



Yüklə 17.08 Mb.
Pdf просмотр
səhifə32/43
tarix31.01.2017
ölçüsü17.08 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

Ləpəni demə düyünü de, dünəni demə bu günü de/ dədən­
lə  dədəmi  deyincə  özünlə  özümü  de-  keçmişdə  nə  olub  keçib, 
insanlar öz əməyinə, şəxsiyyətmə görə qiymətləndirilməlidir.
389

‘Behruz  tö q a i
TÜTt^dapmbri
Ləpə tayı daşıyır -  ağır işin  altına girmək.
Ləşini  sərm ək   -  birini  vurub  döyəndən  sonra  yerə 
uzatmaq.
Lifləmək  -  Birinin  cibinə  girmək,  başına  beh  qoymaq, 
xərc açmaq.
Qarabəxt dağlara dırmaşsa,  düşərmiş dumana,
De ğda da qəm  lifəlir, bağda da möhnət xayalır (168).
Loğma ki var -  boğmadı -  yaxşılıq etməklə  hamını  özünə 
qul edo bilərsən.
Bilirsən,  qardaşoğlu,  deyir  loğma  ki  var-  boğmadı  (72, 
с.III,  s.51).
Lotu - adam aldadan,  kələkbaz,  fırıldaqçı,  ələ  salan.
İskondər  Şeyx Nəsmllaha tərəf çönüb gəlir  onun  qabağına 
və istəyir əl versin.  —Lotusan həyə,  əl  ver!  (195,  c.II,  s.47).
Lotunun  axır  məclisidir -  şuluq  adamın,  bir xalqa əziyyət 
verən  adamın  birdən gəlib  yaxşılıq etməsi.
Löhdodaq -  həddən artıq  yekə  və  qalın  dodaq.
Löhdodağın sallama çün vərdənə,
Sən bunu mindirdin əzəl gərdənə  (168).
Lülük-  yoluq  cücə  -  gücsüz,  arıq,  paltarsız  və  qorxaq
adam.
Lüveynin dönməsi  - ənənənin dönməsi, əxlaqın  dönməsi.
Ölsəydi  acından biri  etməzdi  şikayət,
Xəlqin lövüııü döndü olub yolçu  təbiət (168).
Lül-qənbər - çox içkili,  sərxoş.
Başqa  m əqalələrdə  o  gündüzlər  oruc  tutan,  gecələr  isə 
lül-qəııbər  oluncayadək  şərab  işən  təbrizliləri  məsxərəyə 
qoyurdu (197,  s. 136).
Ltil  vurub, mil durub -  çox içib.
İştirakçıların  kefi  ala  buluddadır,  hamı  necə  deyərlər  lül 
vurub,  mil durub (9,  s.13).
Lüt götdən tuman oğurlamaq -tamahkar.
390
‘Behruz  Jhqqi
-M-
Malına axtarmaq -  bəhanə axtarmaq.
Özün bilirsən ki, prokuror səni dolaşdırmağa mahna axtarır 
(129,  s.416).
Malaqanlıq  -  Malakan Azərbaycanda yaşayan  bir  millətin 
adıdır.
Yox  xəbərin  binəva, heç özündən sənin,
Lap  malaqanlıq yağıır girdə gözündən  sənin  (267,  s. 112).
Malallamaq -  bir eybi,  xətanı ört-basdır eləmək.
Özgənin  eybin açardıq,  vəli öz eybimizi,
Suvaq üstən  malalardıq,
O da bir günlər idi.  (168,  s.826).
Malbasan-  qanmaz,  özgənin  haqqını  tapdayan,  tənbəl, 
yoğun adam.
Mat can yonqarıdır -  dünya malı  çox əzizdi.
Mal  can yonqarıdır (37).
Malı  çox,  gümü  qara-  var-dövlətindən  insan  kimi 
bəhrələnməyi  bacarmayan  adam.
Mahvı  bərk  saxla,  qonşunu  oğru  bilmə  -mal  bir  yana 
gedər,  iman  min yana.  Malı  itən adam  hamıya şübhə  ilə  yanaşar.
Maliyyatı  yoxdur ki?  - əgər bir ııəfor ağzından çıxan  sözü 
vaqeətlərə  əsasən  deməsə,  belə  deyərlər.  Yəni  müftə  sözdü, 
danışır də.
Manna  iki  olsa,  uşaq  tərs  gələr  -  məsuliyyət  bəlli 
olmayan  yerdə nəzmü-intizam əldən gedər.
Mamız  yarmaq  -  böyümək;  həddi-buluğa  çatmaq,  təzə 
qüdrətə çatmaq.
H ər zaman da rası: gələndə
Təzə  mamız yarmışlara.  (291, s.66).
Marağa  basdığıdır,  ildə  bir dəfə  gələr  -  birindən  təkidlə 
bir  şey  istədikdə  vermək  istəmədikdə  belə  deyilir.  Basdıq 
undan,  doşabdan  düzəldilən,  içinə  badam  qoyulan  şirniyyatdır. 
Əsasən Novruz bayramında gəlir.
391

Heftruz
Mara uğramaq - ilana rast gəlmək,
400  ildən  artıq  Fars  əyalətinin  iqtidarında  olan  mənada 
qaşqay türklərinin  arasında rəmzi mənada ən gözəl qıza,  sevgiyə 
tuş gəlm ək mənasında işlənir.
Bir əfsuna gəlm əz mara uğradım,
Kaş ki, tuş olmuşdum  bir özgəsinə (261,  s.318).
Marıtda durmaq -  fürsət gözləmək.
Düşünür hara cumsun0 Harda marıtda dursun?
İndi kimin yanında kimin puçunu vursun (264,  s. 131).
Mart çıxdı, dərd çıxdı -  Novruz bayramı  ayı (9,  s. 135).
Maskeş - qəvvat, qurumsaq, alçaq adam.
Sülhü təxirə saldı ol maskeş Amrika rəisi-xunxarı (301).
Maşa gətirin atılır ••  bir ür yeriyən adama deyilir.
Matahın  matah  olunca,  bazarın  bazar  olsun  -  bəxtin 
olsun,  gərək işin uğurlu olsun.
Matı-qutu  qurumaq  -heyrətdə qalmaq.
Evə  girmək  istəyəndə  gördü,  heç  onun  cəddi  babası  da 
belə ev görməyib,  matı-qutu qurudu (46,  s. 136).
Matı  meyxanası  -  başsız,  hər  şeyin  biri-birinə  qarışdığı 
yer.  Təbrizdə  Xaqani  xiyabanının  əvvəlində  Rəngli  bazara 
gedən əldə bir meyxana vardı ki,  onu Fatma adlı qadın  işlədirdi.
Matına düşmək - fürsət ələ düşmək;  yeri  düşmək.
Mavala getmir ki,  qarnım  acar -  çox qıtmır/xəsis.
Mayası turş ayrandı -  zatıqırıq.
Mayan turş ayrandır,  zatın qırıqdır
Söyüd  ağacında bar ola bilməz (329,  s.120).
Maygülü -  istehza ilə  işlənir.  Gic,  səfeh.
Əli-  bu maygülüdü səninlə pəs düşən, bu ha? ((9,  s. 149).
Mazili  göt  -  ağır  işlərə  girən  adamın  bacarığı,  qətiyyəti, 
cəsarəti olsun.
Meydan  qızışdırmaq  --  iki  tərəfi  biri-birinin  canına 
salmaq.
Bir qətə yer üstündə qopub bir yekə dava,
Meydan ki qızışdı,  olanq  məhv sərapa (267,  s.78).
Meydan oxumaq -  birini hədələmək.
392
'Beftruz  Jbqqi
Keçi  şərab içsə dəvəyə meydan oxuyar (333,  s.246).
Meymun oynatmırlar ki -  nəyə baxırsınız?
Xalq oyandı,  biz hələ  yatsaq, qiyamətmi qopar
Kef  edib  meymun  zad  oynatsaq,  qiyamətmi  qopar  (72, 
c.Ill,  S.23Q).
M ədədən  danışır - ağılla danışmır, boş söz deyir.
Azəristandı  bizim  millətimiz,  tarixə bax,
M ədədən söyləmirik,  fikri  dumanlı deyilik  (69,  s.42).
M ədəsi  hacı-şeyx  mədəsidir  -  hər  şeyi  bəyənməyən,  hər 
şeyin yaxşısını  yeyən.
M ədəsi həzm eləmək -  qəbul etmək.
Lakin  Qızıl  Arslanın  yaşadığı  əsrin  avam  xalqının  mədəsi 
heç bir vaxt bu bişirilməmiş və çiy məsələni  həzm edə  bilməzdi 
(234, s.454).
M əəttəl müşkül qalmaq -çarəsiz bir durumda qalmaq.
Moıı Əsliyəm,  məəttəl-  müşkül gəzərəm,
Yeddi  ildir Kərəm deyib gəzərəm  (117).
M əgər səniin  gözlərin  qaradır?  -  sənin  başqalarından  nə
üstünlüyün  var?
M əhəbbətdən  mərəz  hasil  olar  -   biri  birini  çox  sevsə, 
bəzən onun  ziyanına bir iş görər.
M əhəbbətdən mərəz hasil olur əlhəq,
Deyərlormiş bu  söz doğru  sözə bənzir,
Deyənlər lıoq deyərlormiş  (347,  S.267).
M əhəm məd  dağa  tərəf  gəlməsə,  dağ  M əhəmmədə 
tərəf  gələr  -   kiçik  adam  böyüyü  saymavaııda  böyüyün  ona 
diqqət göstərməsi.
Məhəmmədhəsəm qalıbıdır - düz əyninədir.
M əkkədən  gələn mən,  xəbər gətirən sən -   sən  yalandan 
söz uydurursan.
-  Yox,  oğul,  mən  nə  biləcəyəm?  -dedi.  M əkkədən  gələn 
sən, xəbər  verən mən? (253,  s.394-395).
M əkkədən  gözü  palçıqlı  gəlmək  -  özünü  başqalarından 
üstün tutan,  iddialı adam.
M ələr qoymaq -  dağ çəkmək,  ağlar qoymaq.
393

В
eh vzj& q q i
4
ür(;deybnCəri
Odur anaları oğulsuz, bac ıları
M ələr qoyan ( S.42).
M ələsə, əti halaldı  - dilsiz-ağızsız.
Allahın  ağzı  otlu  bir  heyvanı  idi,  hamı  deyirdi  ki,  m ələsə, 
əti halaldır (129,  s.438).
M əm ə yeyəndən pəpə yeyənə - kiçikdən böyüyə.
Hamı  meydana  tərəf  ger.di,  niyə  başınızı  ağrıdım,  məmə 
yeyəndən pəpə  yeyənə  hamı meydanda idi (46,  s. 23).
M ən bilirəm bu nə toxumdu -  onu yaxşı tanıyıram
Naşı bilmə,  tanıram mən nə toxumsan gedə  son,
Bir qonaq gəlsə  sənə,  axşamadək işlədəsən (168,  s.554).
M ən  deyirəm  damdan-dama,  o  deyir  cırığımı  yama/ 
Mən  deyirəm  fədəm   dəmə,  o  deyir  damdan  dama-  mənim  
dediyimin əksini başa düşür.
M ən deyirəm fədəm  dəmə, sən deyirsən  damdan dama
-  sözü tutmayan, bir-birini  başa düşməyən.
İndi  işimizə  dördgözlü  baxın,  bundan  sonra  ümid  edirəm 
ki,  teatrda rolunuza  artıq  diqqət  edib  “fədəmdənıə”yə  “danıdan 
dama” deməyəcəksiniz ( “Həyat”, №117,  1906).
M ənə bax nə gündəyəm, yara bax nə sallanır?-  iki  bir- 
birinə zidd istək.
M ənə  cücə  qoymaq/  basdırmaq  düşməz  -  təklif  olunan 
işdən xeyir görm ərəm
M ənə gecə gündüz birdir - mənə heç nəyin fərqi  yoxdur.
M ənəm -mənəm  dem əli-  özünü öymok.
“M ənəm  mənəm” deyənlərin inanma çox da qövlünə,
Gərəkli gündə  onların qıçındakı fərari gör (267,  s.53).
M ənəm-mənəmlik 
-özündən 
çox 
razı 
olmaq, 
təkəbbürlülük.
Nə zekanu mədənəm mən, nə “mən”  m, nə “mən mən” m...
Birinci  “mən”  təriqətdə  “ənelhəq”,  “həq  mənəm”  fəlsəfi 
kateqoriyasına  ikinci  “mən  mən”  isə  yenə  təriqət  fəlsəfi 
kateqoriyası  olub  şairin  vəhdəti-vücuda qovuşmadığına,  “özündə 
şey”  olduğuna  işarədir.  Nəbati  göstərir  ki,  nə  haqqa  çatmışam,
3 9 4
‘Befiruz
nə  də  “maddi”  aləm dəyəm ”  Yəni  bu  iki  aləmin  arasındayam 
(Ə.Hüseyni,  s. 182).
M ənə  su  olmasa,  sənə  ki  çörək  olar  -  Qacar  şahlarından 
Ağa  Məhəmmədşah  suyun  iqtisadda  və  silahın  savaşın  taleyini 
təyin  etməsində  rolunu  bilərək  ölkənin  abadlığı  üçün  İrəvanın 
Bayat tayfasından Hacı  Mirzə  Ağasını  bu işə məsul edir.  Onu bir 
tərəfdən  top tökdürməyə,  bir tərəfdən  də  ölkənin  abadlığı  üçün 
su  çıxartmağa  məsul  edir.  Bir  gün  Hacı  Mirzə  Ağası  qazılan 
quyularm  birinin  üstünə  gedib 
quyunun  təkində  olanların 
söhbətinə  qulaq  asır.  Quyunu  qazan  deyir:  axı,  köpəkoğlu, 
daşdan  da  su  çıxar?  Hacı  Mirzə  Ağası  əyilib quyuya  deyir:  əgər 
inənə su çıxmasa,  sənə ki çörək çıxır,  niyə narahatsan?-
M əngənə tək sıxmaq -- həyatın ağırlığı.
Əfsus, məni məngənə tək sıxdı  Marağa!  (168,  s.24).
M ən girən kol deyil -   bu  isi  mən görə bilmərəm.
Ora m ən girən kol deyil,  yoldaş Namazzadə (1,  s.l 12).
M ən  Haşıma  gedəcəyəm,  öz  başıma  gedəcəyəm  -  qız  öz 
sevdiyi adama getmək istədikdə, çox israr etdikdə  deyilir.
M əni deyəsən, özünü yeyəsən - mənim arxamca nə qədər 
danışsan,  ziyanı  özünə çatsın.
M əni  iynə  elə,  yaxava  sanc  -  məndən  ayrılma, 
məhəbbətini kəsmə.
M ənim   nə  götümə  yaraşır  -  bir  adam  öz  imkanından 
yüksək  bir  iş  görmək  istədikdə,  kasıb  baha  bir  şey  almaq 
istədikdə deyilir.
Mənimkini  yeyək,  səninkim  oynadaq  -  başqasından  öz 
xeyrinə  istifadə edən.
M əni  sənin  qəbrinə  qoymayacaqlar  ki..  -  birini 
danlayanda  ki,  niyə günah eləyirsən, belə cavab verər,  yəni  hərə 
öz əm əllərinə cavabdehdir.
Vəciııi  qoysalar gər qəbrinə,  sən  onda danış,
M ən əgər talibi-küfrəm,  ya  dəyanət,  sənə nə? (255).
M əni  yeyirlər  -  var-dövlətinə,  uğunma  görə  başqalarının 
bir adamın  arxasınca danışması.
“M ən mən’* deyən -  özünü  öyən.

‘Betmız
m m m n ılm lım m L t
Boylo  m ən-m ən söyləməkdən söylə, ey m ən mən kiməm? 
(99,  s.65).
M ən  m ən  deyiləm  -  bir  şeyin  həqiqi  mahiyyətinin  inkar 
olunması.
Doktor  əfşarların  “Ayəndə”  məcəllələrində  buyururlar  ki, 
biz  azərbaycanlı  deyilik.  Biz  yoxuq.  Biz  biz  deyilik.  Onlar  bizi 
oğru  kimi  soyundururlar.  Var-yoxumuzu əlimizdən  alıb  özlərinə 
çıxırlar.
M ən  onu  heç  ölü  eşşək  yanına  da  aparmaram  -  ad
çıxartmağına görə  savadsız,  bacarıqsız adam haqqında işlənir.
M ən ölüm, sən öləsən -  çox təkid etmək.
Xülasə,  m ən  ölüm,  sən  öləsən  ilə  boynuna  qoyurlar  (72, 
с.III,  s.284).
M ən ölü, sən sağ -  dediyim sözün düzlüyünü görəcəksən.
-  Mən  deyən  olacaqdır,  Nazı  xanım!  Mən  ölü,  siz  sağ, 
görərsiniz (2 5 3 ,  s.319).
M ən  təndirə  girən  seyid  deyiləni  -  məni  aldada 
bilməzsən.
M ən  söz  keflisiyəm  -  bir  ağır  sözdən,  töhmətdən 
kədərliyəm, təsirlənmişəm.
M əsciddə başmağını tapa bilməyən -  bacarıqsız.
Məscid  eşşək  bağlamalı  yer  deyil  -sən  burda  qoçuluq 
eləyə bilməzsən.
Məscidin  qapısı  açıqdı,  itin  həyasına  nə  gəlib?  -  sənə 
hörmət edirlər,  özünün abır-həyana nə gəlib?
Məscid  qapısıdır,  nə  sındırmaq  olar,  nə  yandırmaq  -
pis övlada və qohuma deyirlər.
Məscid  osdurmalı yer deyil - burda başqasına zor demək, 
kimsənin haqqını tapdamaq  olmaz.
M əsləki  qara  ■■ tutduğu  hünər  də  dərdə  dəyməz,  hər  şeyi 
ürəyə  yatmayan.
Bir adam ki, könül qara, məslək qara, üz qara (30, s.3).
M əşhər olmaq -  bir çox yaxşı,  yeməli,  dadlı  bir  şey,  yaxşı 
bir oyun, hadisə, bir də çox pis, xətərli bir hadisə.
“Məşhər” ərəb sözü olub qiyamət  mənasında işlənir.
396
Bir yemək bişirmişdilər,  məşhər idi.
Mərəınd  qovğası  -  şuluq  yer,  aləmin  bir-birinə  qarışdığı 
yer.
M ərciməksifət  -sözünün  üstündə  durmayan,  tez-tez 
sözünü dəyişən.
M ərifət  yığıntısıdır  -  anlağına  görə  hər  cür  fədakarlıq
edər.
Mərsiyə yazmaq  ağlayan  uşağa deyilir,  yəni  səsini kəs! 
Bu  gün  mərsiyə  oxumaq  şəklində  yaşayır.  Biri  haqqında, 
ölməsi münasibəti ilə  deyilən,  yaxud oxunan şer.
Məzacı soyuq -  uşaqbaz.
Mıxa-nala döymək --  ikiüzlülük etmək.
Bəziləri tək  gah mıxa döy,  gahi də nalə (72, e.Ill, s.279). 
Mıxı  mismar eləyən var -  vəziyyət həmişə  belə qalmaz. 
Səhərlərə hamilədir,
Mıxı mismar eyləyən  var (328,  s.106).
Mıxı  möhkəmləndirmək  -  uğur  gətirmək,  gəlir  yerinin 
möhkəmlənməsi.
Qan  tökən  adamların,  hakimlərin  bir  ölkəyə  müsəllot 
olması.
Hələ  kudəta  hökuməti  ölkənin  bor  bir  yerində  öz  istədiyi 
kimi  mıxım yerə çalıb möhkəmləndirməmişdi  (212,  s.69). 
Mıxlamaq -  çoxlu şərab içmək.
Mıxlanıb qalmaq -  bağlanmaq.
Midhətin  səfəri  məni  Bakıdan  tərpənməyə  qoy nur,  bu 
istidə  mıxlanıb qalmışam (197,  s.177).
Mıxlanmış - yerindən tərpənməyən.
Sən harda unutdun fösillərin  adını,
Ürəklərindən  ağaclar  mıxlanmış  fəsillərin  (Lalə  Cavanşir,
s.8).
Mırığa  deyir,  çırağı  püflə  -  şəraiti  olmayan  adamdan 
qeyri-mümkün iş tələb etmək.
Mırtdanmaq  -deyinmək.
Öz-özünə 
mırtdanır. 
Çəyirtkənin 
qulaqları 
nəyimə 
lazımdı?  (195,  II,  s.124).
Hehru?.
397

Mırt çıxıb yoğurt ağacına - zarafat,  şuxluq  həddini  aşıb.
Mırtının  başı  yarımdı  -  o  deyən  sözlər 
şuxluq 
əsasındadır,  doğru  deyil.
Mısqıra-mısqıra -ucadan, hökütmə vura-vura ağlamaq.
Baharın  qəmli  qızı  mısqıra-mısqıra  dağı  çulğadı.  Dağ  itdi, 
göz yaşma batdı (204,  s.22).
Mısıq  it  -  
yer  altından  yasa  gedən,  ikiüzlü,  daxilini 
başqalarından gizlədən.
Mısmırığını sallamaq -  qaşqabağını  sallamaq.
Nədi a kişi qırığı,  nə  mısmırığını salamısan? (101,  s.202).
Mısmırığı  açılmaq  -  kefi  durulmaq,  sevinmək,  qırışığı 
açılmaq.
Mızqançılar 
dəstəsi 
-zütutanlar, 
ara 
qızışdıranlar, 
yalandan ağlayan uşağa da “mizqamm kəs!” deyərlər.
Birinci  dəfə  olaraq  Nəsrəddin  şah  Parisdən  qayıdanda  bir 
nəfəri özü ilə  gətirdi və  nıüzik dəstəsinin məsulu etdi ki,  bu gün 
Avropada  olan  kimi  şahın  rəsmi  görüşlərində  və  ya  orduya 
baxan  zaman  müzik:  çalınsın.  Şah  bunlara  mızqançı  loqobi 
vermişdi.
Mızraq  çuvala  sığmaz  -   gün  bulud  altında  qalmaz, 
xəlqdən heç bir həqiqəti gizlətmək olmaz.
M idilənmək  -  yalandan  başını  girləmək;  özünü  məşğul 
göstərmək.
Milağı /milabı  içinə  düşüb -  dinib  danışmır,  sakit,  kədərli 
durub.
Göllərdə  suyun  axıb  gedən yerinə  boru yekəlikdə  bir ağac 
qoyardılar ki,  su  dayansın.  B ura milab  deyərdilər.  Onu  çıxardan 
zaman su səslə axardı.
M ilçək  bir  şey  deyil,  könül  bulandırar  -  kiçik  bir  şey 
insanın qanını qaralda bilər.
M ilçək  qovalamaq 
işsiz  olmaq,  avaralıq  etmək,  alış- 
verişi uğurlu olmayan.
Milçəkdən  fil  qayırmaq  -  kiçik  bir  şeyi  böyüdüb  böyük 
m əsələyə çevirmək.
398
Mil  durmaq  -  öldürülmək;  ayaq  üstə  dayanmaq; 
qulluğunda dayanmaq.
Ondan gör ki,  bunlar  o  əfəl  Bağırın  qabağında  ələm   yesir 
olub mil durublar (9,  s.172).
Minarəyə xərci çıxmaq  - həddindən çox xərci  çıxmaq. 
Minarəyə  xərci  çıxmayan  elə  bilir  yerdən  göbələk  çıxır. 
Ac qalmamısan,  açların dərdini biləsən? (77,  s. 17).
M inbərə  çıxmaq  -  xalqa  öyüd-  nəsihət  vermək, 
başqalarına danışmağa imkan verməmək.
Taxta çıxmaq istəməz Mənsur olan,  ya  minbərə;
Hər ki Mənsur oldu çıxdı  şahi-eşqin  darinə (225,  s.71). 
Min  dona  girmək  -   simasız,  hər  gün  bir  fikrə  qulluq
edən.
Sifətin dəyişir sənin anbaan,
Min dona girirsən bir gün içində (328,  s. 114).
Mindirsən  itinin  belinə,  mindirirəm  atımın  belinə  -
mənə  kiçik  bir  hörmət  eləsən,  mən  ondan  da  artıq  hörmət 
elərəm.
Minib kəllədə  oturmaq  -  birinin  başına çıxmaq,  üz görüb 
qudurmaq.
Minmək -  başına oyun açnıaq
Minmişəm onları  hər bir tərəfə m ən sürərəm,.
H ər  nə  onlar  qazanır,  mən  yeyərəm,  kef görərəm   (80,  II, 
s. 137).
M innət- sünnət eləmək -  çox xahiş eləmək.
Zərgər  nə  qədər  minııət-sünnət  elədisə  də  oğlan  qalmadı 
(46,  s.38).
Mirzə Qələmdan -yaltaq,  düşmən baltasına sap  olan.
Mis səsi -naləli  səs.
Duyub bəs ki,  mis miskəraııi Hüseyn,
Çıxıb  sinələrdən göyə mis  səsi (80, cil,  s.37).
Mis  tək   yanmaq  -  son  dərəcə  ağır  zəhm ətlə  üzbəüz 
olmaq.
399

Mişar  kimidir-  onun  dalısına,  qabağına  keçm əkdən, 
ətrafına  dolanmaqdan  ancaq  ziyan  gələr.  Mişarın  həm  ağzı, 
həm də  arxası kəsəndir.
Miz  tutmaq  -dövlət  işində  çalışıb  başqalarına  özünü 
göstərən haqqında işlənir.
Molla fəndi - kələk və dillə  birinin  ağzından  söz çəkmək.
Molla Nəsrəddin  pişiyidir,  arxası yerə  gəlməz -  xüsusən 
siyasətdə hər gün bir dona girən adamdır.
Mollanı minbər götürüb -  sarsaqlamaq.
Mollanın  əmmaməsi  göydə  fırlandı  -   mollanı  vurdular, 
papağı yerə  düşdü.
Mozalan  -gonədən  böyük  bir  həşəratdır  ki,  ümumiyyətlə 
qoyun,  xüsusən  qaramalın  dərisinin  altına  girib  bəzən  dəli  edir 
və  ya xəstələndirir.
Möhcəyarım - zirək, köpəkoğlu.
M öhür basmaq -  təsdiq etmək.
Fələk möhür basdı  düşmən deyənə,
Bəs mənim verdiyim yadigar hanı  (109,  s 348).
Mucunbara  da  gedə  bilməz  -Mərəndin  yaxınlığında 
kəndlərdən biridir.  Yəni  işdən düşüb,  qocalıb.
Muğan  Muğan  olsa,  bir  qoyuna  iki  quzu  -Muğan 
Muğan  olmasa, nə  qoyun  nə quzu  -  iş əgər uğurlu gətirsə,  var- 
dövlət başdan  aşar.  Əgər gətirməsə əldə olan da gedər.
Muğan seçmək -ən pisini seçmək;
Mumaboy -  Qaşqaylar arasında ucaboy adama deyilir.
Mum  söndürənlər,  tuman  tökənlər  -bu  deyimi  gerıçi 
şiələr  türk  dünyasında geniş  yayılmış  əlovilərə  aid  edirlər.  On­
ların  nəz ərinə görə, Azərbaycanda ələvi  və goran,  əliallalıi  adla- 
xıanlar,  ələvilər  ilin  müəyyən  bir  gecəsində  qadm  və  kişilər  bir 
yerə  toplanıb  orada hamısı  bir  mərasim  icra edərək  işıqları  sön­
dürüb  çılpaq  olub  bir-biri  ilə cinsi əlaqədə  olurlar.  Elm  adamları 
üçün  bu  mərasim  qədim  ənənələrdən  biridir.  Avropada  arqo- 
müqəddəs əyyaşlıq adlı mərasim də bu mərasimin  qalığıdır.
Mum tək ərim ək - hicrandan, həsrətdən zəifləmək.
Fəraqın odunu gördükcə mum tək əridi,
4 0 0
Behruz  ffajqi
Səbat i səbrdə fnlad gördüyün könlüm!  (Füzuli).
Murdar əski  od tutmaz/ nə  olsa yaxşıya  olur-  pis  adama 
bir şey olmaz.
Murdariamaq -  dua- cadu yedirtmək.
-Nə  yedirtınisiz mənə?  Niyə murdarladız  məni?-  dedi  qarı 
(296,  s.302).
Musayi/yəhudi  ilə  səməni  qoyduq  -  Tikantəpə  türklərinin 
inancına  görə,  oradakı  yəhudilərin  səmənidən  xoşu  gəlmir.  Buna 
görə işi uyğun olmayan, uğursuz şəkildə başladıq deməkdir.
Musiqisi  özündən -  hər bir  şeyçün  çalıb  oynayan,  musiqi 
olmadan oynayan.
H ər könüldə  şövq varsa, çal-çağır lazım deyil.
Tar qaval sız oynayan bu qübbeyi-dəvvarə bax (317, s.36).
Muştuluq - sonrakı hadisə əvvəlkindən daha dəhşətlidir.
Şah  burada  öz  yaxın  adamlarının  başına  daha  böyük 
müsibətlər  gətirirdi.  Siz  o  müsibət  çəkmişlərin  yanında 
muştuluq  olursunuz (29,  s. 180).
M üftə çörək yemək -  işləməyib yemək.
M üftəəiləzinə - havayı.
M üftə ip tapsa, özünü asar -olduqca tamahkar, xəsis.
M ürgüləm ək -ayaqüstü yuxulamaq.
Lal  ol  daha,  bir guşədə vur mürgü danışma,
Düşdün  moda,  qoydun başa bu börkü, danışma (267).
Xudanəkərdə  avanta bir az ki,  mürgülədi,
Açar  badamlığına hamısın  suyun məşədi  (301,  s. 110).
Müştəri  gözü  ilə  baxmaq  -  diqqət  etmək;  almaq  fikri  ilə 
baxmaq.
Ancaq  daha  müştəri  gözü  ilə  baxanda  deyəsən  heç  belə 
can görməmişdi  (253,  s.332).
Mütəcasir-  milli  varlığa  xor  baxan  hakimlərə  təslim 
olmayıb  və  onlara  dirsək  göstərən  mənasındadır.  Məcazi 
mənada xain,  hakimlərə ağ olan  anlamındadır.
21  A zər inqilabı  qəzəbkar  imperializm nökərlərinin  əli  ilə 
söndürüldükdən  sonra  mən  də  mütəcasir  adı  adı  ilə  tutuldum 
(281).
4 0 1

ВеЯнг-  H>qqi
‘liirlçdafimfori
Nağıl danışm aq - boş söz danışmaq
Künə  nağıl  danışırsan,  maşersik köpəyoğlu? (142).
N a sın   itirib   alagöz  dana  dalısınca  gəzir  -  lıəvatda  hor 
zachnı  ol don verib  indi  kiçik  bi:  şeyi özünə  mühüm  s?ə ır
Nala-m ıxa  vurm aq  ••  mətləbin  üstündən  keçmək.,  simasız 
mövqe  tutmaq.
Kefimin  gəlməsinə  bax, nə gərək yaxşı  yaman7 
Mən gahi  mıxı,  gahı  nəli döyüb tapdalanım,  (Sabir). 
N aliam aq  -  vurmaq,  öldürmələ
Azərbaycan  millət  fədaisi,  oncümənin  41  saylı,  22  yaşlı 
üzvü  Abbas ağa  Sərrafın  Otubəyi  öldürməsinə  işarədir.
Nalladılar Ətabəki,  batdı  bu  oşıxlon  səsi,
İndi  necə  oldu Molla əmi,  mən clevən  oldu,  e h m in   (267) 


Поделитесь с Вашими друзьями:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə