Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ


Qıl  baha  olub,  qaraçı  saçın  kəsir



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə30/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

Qıl  baha  olub,  qaraçı  saçın  kəsir -  saç kəsmək  türklərdə 
eyb  sayılırdı.  Tamahkar  adamları  məzəmmət  etməyə  görə  belə 
deyilir.
Qıldırımqaş  -  işvəli-nazlı  anlamında işlədilir.
Qılı  qıldan  ayırmaq  -  çox  ayıq,  ədalətli  adam,  çox 
məsuliyyətlə, diqqətlə,  ədalətlə birinin barəsində  söz açırıaq.
Xəzinə tökdü,  ləşkərin  çatırdı,
Ədalətdən qılı  qıldan  ayırdı (175,  s.303).
Qılıncı qalaf kəsir/ qınını  kəsir -  igid; qorxmaz
Qılıncından  qan  dammaq - zalım,  quldur, rəhmsiz,  igid
Dünən qılıncından qan damanları,
Bu gün çarmıxlara çəkilən gördüm ( M.Azaflı,  s.49).
Qılıncının  dalı  da  kəsir,  qabağı  da  -  Çox  güclü,  hökmlü, 
fürsətdən istifadə edəıı.
İstəsə  day  onun  qabağında  dura  bilməyəcəksən  ki... 
Qılıncının  dalı  da kəsir,  qabağı  da...  (9,  s.170).
Qılınc qınını da  kəsər - insan bəd ayaqda hər şeyi  anlar.
Qılınc kəsə bilir bəzən qında da (328,  s.335).
Qılınc qınını kəsməz -  heç bir insan yaxınlarına dolaşmaz.
Qılınc  müsəlmanı  -  islamın  qılıncla  qəbul  etdirilməsinə 
işarədir, qorxu ilə iş görən,  zor olmayanda iş görməyən.
Qılınc  oynatmaq  -  quldurluq  etmək,  hərbə  zorba gəlm ək, 
haqq  danışanın  dilini  boynundan  çıxarmaq,  m ənəm -m ənəm
364
‘Befiruz  tfəqqi
demək,  düşmənə 
sinə  gərmək,  qəhrəmanlıq  göstərmək. 
Türklərdə  ağaca  inam  o  qədər  güclü  olmuşdur ki,  islam dininin 
qılınc oynatdığı bir dövrdə ağaca, “Quran”a and içm ək eyni gücə 
malik idi (279,  s.94).
Oynat ədo başında ölüııcək qılıncım,
Sən həqq  lisani,  el dili, tufan şəhabısan (99,  səh.34).
Qılınc zamanı -  zor-zorakılıq,  quldurluq.
Mıkırtç  cənabları  alman  kabinəsindən:  «İndi  qılınc
zamanıdır» 
sifarişini  ermənilərə  yetirən  kimi, 
ermənilər 
Türkiyədə  m ünəzzəm  bir  daşnaksütyun  hizbi  təşkil  və  tənzim 
etdilər (232,  səh.  10).
Qıl  körpüsü  -   islam  görüşü  əsasında  insanlar  qiyamət 
günü  Qıl  körpüsündən  keçən  zaman  yaxşı  və  pis  əm əllər  bəlli 
olacaqdır.
Qıldan körpü yaratmısan,
Gəlsin qullar,  getsin diyu.
Holo biz şöylə duralım,
İgid  ison keç,  a Tanrı!  (Qayğusuz Abdal,  səh.  296)..
Biz körpünün bu başında dayanmışıq,
O yan həyat?
Bu yan ölüm!  (291,  səh.  74.).
Qıl  qədəri -  ən  qısa zaman kəsiyi.
Sədaqətlə xəyanətin
Bir qıl  qədər arası var (291,  səh.  76).
Qının  boş qalması -  dava sona çatmayacaq.
Bir diyarda almazsa, hər kəs zəhm ət həqqini,
H ər çəkilən xəncərin boş qalacaqdır qını (30,  №39,  s.3).
Qınından  çıxıb  qınını bəyənmir - öz kökünə,  öz ailəsinə, 
milli kimliyinə  arxa çevirənlər.
H.Mayılov  tostunda  qınından  çıxıb  qınını  bəyənməyən 
bəzi  cavan  içkibazları kəskin, tənqid etdi  (9,  s. 14).
Eləcə  də  öz  qınından  çıxıb  qınını  bəyənməyən  satqın 
azərbaycanlılara  Dədə  Qorqud,  Füzuli,  Nəsimi,  Mirzə  Fətəli 
Axundov,  C.Məmmədquluzadə,  Sabir,  H.Cavid  C.Cabbarlı  və

(Befmz  ybqqi
illa  yüzlərcə  müasir  yazıçı  və  şairlərimizin  bu  dildə  yaratdıqları 
ölməz sənət əsərləri tarixi  sənədlər deyilmi?
Qınqıtmaq/  çıılpıtmaq  -  xəlvətcə  oğurlamaq,  aradan 
götürmək.
Sanma yalqızam,  yoxdu bir kəsim,
Təkləyib məni qınqıdarsınız (338,  s.50).
Qıpqırmızı -  utanmadan üzünə demək.
Mollanın  belə  qıpqırmızı  “vermərəm”  deməyinə  qonşu 
heyrətlə  soruşdu (148,  s.125).
Qıpqırmızı  politika -  göz qabağında olan  siyasət.
Bəs  sən  Tehran  hökumətinin  qıpqırmızı  politikasına  niyə 
bir  söz  demirsən  ki?  Hazır  qırmızıca  bizim  Arazın  o  tayında 
Zünuz  və  Mərəndli  qardaşlarımızı  fars  eləmək  istəyirlər  (195, 
VI cild,  s.62-63).
Qırağına  bax  Ibezini  al,  nənəsinə  bax  qızını  al  -  ananın
tərbiyəsi  qızın  .üzərində böyükdür.
Qırağını  qatlamaq  -ölmək,  pis,  xalqın  dərdinə  dəyməyən 
adamın  ölməsi, birinin  ölümünə  işarədir.
Qıram,  mumam  qopmaram/  qır  tək  suvaşmaq  - 
qırsaqqız olmaq,  əl çəkməmək.
Sağlıqda mənim qədrimi bil,  mərhəmət eylə,
M əndən  sonra  gəl  qəbrimə  qır  tək  suvaş,  olmaz!  (268, 
s.248)
Qırğı  damına  qonmayıb -  xəsis.
Qırğı  əlinə  sıçıb  -  Türklərdə  qırqımn  çiyində  oturması 
uğur  və  xoşbəxtlik  rəmzidir.  Havayı,  zəhmət  çəkmədən  var- 
dövlət ələ gətirmək,  müftə  mövqe qazanıb  elə bilir ona layiqdir.
Qırğı  çiyninə  sıçıb,  deyir bəs ulduz alıb.
Qırğı  Şirvanı  aşdı  -  fürsət  əldən  getdi,  daha  zamanı 
gəlincə gözləmək  lazımdır.
Ta  düşə fürsəti-  cübrani xəta bir də ələ
Bu məsəldir:  görərük qırğı aşar Şirvanı  ha..  (168,  s.511).
Qırxa  bağlamaq  -  suyu kuzədə,  günü  bacada görüb xalqa 
öcəşən adam haqqında işlənir.
366
яшшяттвштттшЗ^т
Qırxdı,  biri  əskik  deyil  -  öz  bildiyini  demək,  dediyindən 
əl çəkməmək.
Deyir  qırxdı,  biri  əskik  deyil,  gərək  qızı  doqquz  yaşında 
ərə verəsən  (129,  s.429).
Qırxılmış  başı  yenə  də  qırxmaq  •  var-dövlətini  əldən 
almaq,  rüşvət  almaq.
Tehran  hər  gün  bir  oğrunun  ustandar,  fərmandar  ünvanı 
altında  əlinə  böyük  bir  çamadan  verib  üstümüzə  göndərir.  Tazə 
və  iti  bir  ülgüc  ilə  min  dəfələrlə  qırxılmış  başlarımızı 
qırxmaqdarı utanmırlar ( Pişəvəri).
Qırxmaq/  qırxıb  sağmaq  -  pis  günə  qoymaq,  hər  şeyi 
əlindən  almaq,  birinin  cibinə  girmək,  bahalıq  nəticəsində 
yoxsulların  cibində olan-qalanı  yox etmək.
Qoyun kimi bizi qırxdı bahalıq,
Millətin evini  yıxdı bahalıq (299,  s.l 12).
Hacısan,  məşədisən,  sahibimizsən,  ağasan,
İstəyirsən  bəmi  qırxıb  bizi,  həm  də  sağasan  (230, 
səh. 198).
Qırıılan  qoşundandır  -  görülən  işdən,  kiçik  yaxud  böyük 
bir  hissənin  görülməsi  o  işin  yerinə  yetirilməsinə  doğru 
addımdır.
Qırışın  açılması  -  donun  açılması,  şad  olmaq,  əhvalının 
açılması,  bir  məclisə  adət eləmək.
Qırqovul  Ibaşm  kola  təpər,  daldan  xəbəri  olmaz  -   elə
bilir ki, elədiklərini heç kəs görmür.
Qırqovul  başın  kola  təpər,  daldan  xəbəri olmaz (335,  s.55).
Qırmızı adam  -  sözü üzə deyən,  həyasız,  utanmaz.
Cavab  bu  oldu  ki,  yox,  Behmənkəs  qırmızı  adamdır  (9,
s.21).
Qırmızı  don  geymək  
keçmiş  zamanlarda  şahın 
cəlladları  qırmızı  don  geyərdilər və  burda  qırmızı  don  qəddarlıq 
və zalımlıq  əlaməti  idi.  Qanlı  hadisədən kimlər  sevindi7  Qırmızı 
doıı  geyən  namərd  cəlladlar  bir  soğana  yüz  baş  kəsən  obaşlar 
( 112,  səh.  50).
367

lürlkdafimhn
Qırpaç  eləm ək  -  maşında  yataq  adlı  bir  şey  var  ki,  o 
yağsız  işləsə,  qırpaç edər.  O  adam ki,  ölmə-diril  başını  saxlayır, 
birdən ölür, pis günə düşür,  onda belə deyirlər.
Maşını qırpacam mən,
Qırx il olar acam m ən (340, s. 15).
Qırsaqqız olmaq - əl çəkməmək.
Yenə olsun-deyə qırsaqqız olub yapışdı (84,  s.103).
Bu  gün  saat  00.00  dəqiqədə  Qırsaqqızov  nadanşünaslıq 
elmləri  namizədi  adım  almaq  üçün  “Hırnan  zırın  fərqi” 
mövzusunda dissertasiya müdafiə edəcəkdir (9,  s.51).
Qırsıçmaz - xəsis.
Qısır  ömürlü  adam  -  bir  adama  yardım  etməyən,  birinə 
kömək etməyən
Novruzgülü:  qısır ömrü  rıeynirəm, qoy gecəni  sübhə qədər 
nağılımı  söyləyim, bəlkə  niskilim yüngül ola (204,  s. 13-14).
Qışda  bostan  əkəm  çox  olar  -  boş  söz  danışan  çox  olar, 
işə gələndə azalar.
Qışda bostan əkm ək - boş,  mənasız işə əl qoymaq.
Qışını yaz eyləmək -  ağ gününü qara etmək.
Bilsən necə  minnətdaram,
Sen  qışımı  yaz eylədin (328,  s.256).
Qışın  oğlan  çağı  -  ilin ən  soyuq  vaxtı,  qışın  on  sərt  soyuq, 
şaxtalı-boranlı vaxtı.
M ən  qışın  oğlan  çağında,  özü  də  belə  bir  soyuq  yerdə  heç 
cür papaqsız otura bilməzdim (288,  s. 107).
Əgər  sən  rəhm   eləyən  idin,  naxırçı  Eyvaz  beş  balası  ilə
qışın  oğlan  çağı  acından  öldü........  Onlara  rəhm  eləyəydin  də?
(77,  səh.  17).
Qıvır- zıvır -  çox ucuz şey,  dərdə dəyməyən,  müxtəlif.
Qıya baxmaq -  yanala,  çəpəki baxmaq.
Bir qıya baxanda evlər yıxan yar.
Cəllad olub tökmə qanım, yavaş get (32,  s. 11).
Qıyğacı baxmaq  -  işvə-nazlı baxmaq.
Sıxlaşan bir duman aldı Təbrizi
Fələk baxtımıza baxdı  qıyğacı (337,  1-cicild,  səh.  58).
368
‘Befiruz 
9
faf
Qız ağacı, qoz ağacı - qızı  çox oğul sevər, biri  alar.
Qız ağacı,  qoz ağacı, hər yetən bir salba atar (335, s.247).
Qızarmaq -  utanmaq, xəcalət çəkmək, pörtmok.
Səttaıxan  Narmqala  zindanından  qaçandan  sonra  Mərənd, 
Xoy,  Səlmaz  arasındakı  yol  ırıəntəqəsirıdə  mühafizlik  edib, 
Rzaquluxanın  tapşırığı  əsasında  şərab  içməməli  olur.  Bir gün  o, 
otağa  girib,  Səttarxanın  mizi  üstündə  bir  qədəh  şərab  görür. 
Sottarxana  acıqlanır ki,  niyə  şərab  içirsən? Səttarxan  deyir:  «Bu 
sudur,  qurban,  sizi  görən  kimi  xəcalətindən  rəngi  qızardı»  (3, 
səh.  59).
Qız  arpadır,  oğul  buğda  -  qız  övlada  oğula  nisbətən 
ikinci  dərəcəli,  arzu  olunmaz  övlad  kimi  baxıldığı, dövrlərin 
deyimidir.
Qızdır-basdır -  yəni təloır-tələsikdo.
Bu  qızdır-basdırda  hər  şeyi  təşkil  edib,  planı  kəsirdən 
çıxartsın? (142,  səh.  159).
Qızdırıb  -  sidik  atmağın vaxtı  keçmək.
İnsan  maşınla  müqayisə  edilir,  radiator  qızan  kimi,  insan 
da vaxtında sidiyini  buraxmasa bədəninə ziyan dəyər.
Qızı  doğ,  beşikdə  doğ  -  bu  deyim  do  qız  doğulmasına 
ailələrdə  mənfi  münasibətin  izidir.
Qızıl  alma  kor  əlinə  düşər/  meşədə  armudun  yaxşısını 
ayı yeyər -yaxşı  şey  onun  qədrini  bilməyən adamın  əlinə  düşər.
Qızıldan  balta  çəksən,  gedər  düşər  kol  dibinə  -  qanmaz 
adama,  tərbiyəsiz  adama  nə  qədər  dəyər  versən,  yenə  özünü 
göstərər.
Qızıl-qırmızı  oğlan 
ən  gözəl,  cavan,  ətli-canlı,  sağlam
oğlan.
Sultan Əmir Əh də qızıl- qırmızı bir oğlan idi (142, səh 206).
Qızıl  mıx  tövlədir -  ümumiyyətlə,  torpağı  və  mülki  qızıl 
mıx-tövlə  deyimi  ilə  anladanlar.  Yəni  mülk  qaldıqca  qiymətə 
minər, onu  tıə  oğru, nə əyri mənimsəyə bilməz.
Qızıl  tasa  qan  qusmaq -  var-  dövlətli  olmağa baxmayaraq 
günü ahü-vayla keçən adam.
Ey taleyim, etmə mənə naz,
369

ISefsruz  Jfaqqi
Qan qusmağa neylirəm qızıl tas? (A.Şaiq).
Qızım  sənə  deyirəm,  gəlinim  sən  eşit  -  sözü  dolayısı  ilə 
demək.
Siz  demək  istəyirsiniz  ki,  azərbaycanlılar  farsdırlar,  lakin 
bu  sözü  açıq  deməyə  cəsarət  etmirsiz.  Əgər  doktor  Əfşarlar 
“qızım  sənə deyirəm,, gəlinim sən eşit”  məqsədi ilə bizə aid olan 
sözləri  əfəndilərə  xitabən  deyirsə,  biz  bu  bəhanələrin  astarını 
yaxşı  tanırıq (30, №22,  15  mehr).
Qıızm  döym əyən  drani  döyər  -qızma  vaxtında  tərbiyə 
verməyən  sonunda peşiman  olar.
Qıızınmadıq 
istisinə,  ko r  olduq  tüstüsünə- 
xeyir 
görmədik,  ziyana düşdük.
Qıızın  oldu,  qırmızı  donunu  soyun  -  qızı  olmaq  qara  gün, 
qayğı  deməkdir.
Qız  qapısı,  şallı  qapısı  -  yəni  elçiliyə  dəfələrlə  getmək 
gərəkdir.  Qız qapısı  hörmətli olar.
Qızlar üçün də danxma -  qız qapısı,  şah qapısı (82, səh.  178).
Qız  qarısa,  dayısına  yetişər  ■  yaşı  keçmiş,  yetim  qalan 
bacı  qızını  dayısı,  yaxın  qohumu himayə  etməlidir.
Q ızlar  -  başarıqlı,  vəfalı,  el  dayağı  yaman  günün  aslanı 
ilan qıza qızlar deyilir.
H ər  qıza  qızlar  deməzlər ki,  bütün  bu  mahallarda  üç  dənə 
qızlar  tapılıb.  Üç  dənə  el  dayağı,  maral  körpəsi,  ürəklən)  od 
yaxan  qızlar qızı  tapılıb  (203,  s.74)
Qızlar bulağından  su  içmək - yetkinlik yaşma çatmaq.
İndi  yayın  son  çağında  gecələr  “Bənövşə,  bəııdə  düşə” 
oyunun  oynamasalar  olmaz.  Oğlan  olub  oğlanlığa  yetməz,  qız 
olub qızlar bulağından  su  içməz (203,  s.79).
Qızı  otaqlıya  yox,  papaqlıya  ver  -   papaq  qeyrət  rəmzi 
olmuşdur.  Yəni  qızı  qeyrəti  olan  adama  vermək  daha  yaxşıdır, 
qeyrəti  ilə onu xoşbəxt eləyə bilər.
Qızı otaqlıya yox, papaqlıya ver  (103,  s.72).
Qızmış qaban  -  yırtıcı,  davakar insan.
Başımı görcək olursan, misli bir qızmış qaban (58, səh.  188).
370
‘Beftruz
JTurkşCeyimlai
Qız  uşağını  özbaşına  qoysan,  ya  aşığa  gedər,  ya 
nağaraçıya -   təcrübəsiz adam yaxşmı-pisi bilməz.
Qız uşağını  özbaşına qoysan, ya aşığa gedər,  ya nağaraçıya 
(335,  s.98).
Qiblə divarına  bir çöp taxın - gün haradan çıxıb,  nə yaxşı 
gəlmisən.
Qismətdə  varsa,  gələr  Yəm əndən,  qismətdə  yoxdusa 
düşər  dəhəndən  -   fatalist  düşüncəyə  görə,  qismətdə  nə  varsa 
insan onu  görər.
Qism ətdə varsa gələr  Yəməndən,  qismətdə  yoxdusa düşər 
dəhəndən (103, s.68).
Q iyam ət -  aləmin bir birinə dəyməsi,  çox yaxşı.
M əşədi  Ağakişi  kənddə  qiyamətdi,  mən  doğrusu  dayana 
bilmədim (195, с. II,  s. 109).
Qiyam ət  xoşgili  -  üzü  çiçək  xəstəliyindən  dəlik-dəlik 
olan, çopur.
Qiyamətin  qopması - dünyanın  axırı.
A şiqəm  yüzəngiııi,
Gedirəm,  bas üzəngini
Q iyam ət ol gün qopar,
Dostdan ol üzən günü (33,  s.122).
Qoca qurd -  dünya görmüş,  zirək,  hiyləgər.
G ördü röya  görən kimi nazənin,
Bir qoca orıa dikmiş gözlərin (80, с. II, s.242).
Qoca  quyruq  yedirdər,  cavan  yumruq  -  cavan  ,>r  arvadı 
döyər.
Qoca quyruq  yedirdər, cavan yumruq (103,  s.2l).
Qocalıqda  balaban  öyrənən  gorunda  çalar  -  qırxında 
öyrənən  gorunda  çalar.  Bu  deyim  insanlarin  orta  yaş  həddinin 
çox qısa olduğu vaxta aiddir
Çifayda, elmi- düdük öyrənən,
Qocalıqda  çalar gorda dünbəlok (Mirzə Nəbi əfəndi).
Qocalıqda yorğalıq -  yaşma yaraşmayan  bir  iş ger mok.
Altmışda yorğalıq?
Ç ətindü,  çətin!
371

'B eh vz  9& qqi
Kösövün təzədən alovlanması (328,  s.135).
Qoca  sərçəyə  cib-cib  öyrətmək  -   təcrübəsiz  bir  adamın 
özündən ağıllı,  təcrübəli adama, ağıl öyrətməsi.
Qoca sərçəyə cib-cib öyrədirsən? (335, s.63).
Qoç altından  keçmiş -  sağlam,  güclü, yenilməz olmaz.
Türk  sülaləsindən  oları  Ağqoyunlu  və  Qaraqoyunlu 
imperiyalarından  qalan  yadigarlardan  biri  də  həmin  dövlətlərin 
əhatə  etdiyi  ərazilərdə  qalan  qoç  heykəlləridir.  Bu  qoçlar  kənd 
və  şəhər  meydanlarında,  məscidlərin  qabağında,  qəbristaıılarda 
qoyulurdu.  Türklər inanırdılar ki,  bu qoçlar müqəddəsdir.  Qoçun 
altından  keçən  xəstələr  şəfa  tapıb  sağlam  olur,  sağlamlar  isə 
güclü,  igid olardılar.
Qoç aşığıdır -  qorxmaz  igid.
Qoç  quzu  qaşaqda  qalmaz  -  qaşaq  M əşhəd  türklərində 
quzu  saxlanan yerə  deyirlər.  Bacarığı,  istedadı  olan  adam  özünə 
bir yer tapar.
Qoçulanmaq -  hədə-qorxu gəlmək, zor etmək.
Qobustan tərəfindən  Qoçu  adında 20-25  yaşında bir  gədə 
Bakıya gəlir.  Ondan  sonra  kim  ki,  bir az  xoruzlanırdı,  deyirdilər 
ki,  «adə,  qoçusan?  Zalım  oğlu,  qoçu  deyilsən  ki?!»  və  ya 
«mənim üçün qoçu olmayacaqsan ki?!» O xislətdə olan insanlara 
«Qoçu» adı qoydular (297,  səh.  44).
Qoduxluğa basmaq -  həbs etrnək.
Pis söz üstə heç kəsi  qoduxluğa basmazlar (1,  s. 169).
Qoduq  eşşəkdən  baha  olub?  -  ata-ana  olan  yerdə  övlada 
hörmət qoyan adam haqqında.
Qol-boyun  oturmaq  -  qolunun  birinin  boynuna  salmaq, 
çox mehriban oturmaq.
Qol-boyun oturub sürtək üz-üzə,
Baxaq bir-birinə göz süzə-süzə (329)
Qol çəkmək /  qoym aq- razılıq vermək.
Yolunda özünü qurban verdiyin
Atan bu ölümə qol çəkərdimi? (328,  S. 168).
-  Ömür yoldaşım qərar verib qol qoydu (253,  s.l 1).
372
Qol-qanad  almaq  -  zövq  almaq,  kömək  almaq,  şərait 
yaratmaq.
1905  verdi m ənə sənət şövqünü,
O  ziyalı iksirdən aldım, mən də qol-qanad (165,  səh. 18).
Qol-qanadın  sınması  
arzuların  puç  olması,  ümidin 
qırılması,  ruhdan düşmək.
Dedi.  «Nişanlıyam,  özgə malıyam»,
Sındı qol-qanadım, yanıma  düşdü (13,  səh.  29).
Qolları  sızıldamaq  -  əsəblərin  narahat  olması,  qolun  bərk 
ağrıması.
Qolları  taybatay  açmaq  -  birini  sevgi  ilə,  ürək  dolusu 
sevinclə qarşılamaq.
Ey Qaraçayın  gözəl sevgilisi,
Yay pəncərəsi tək qollarını  taybatay aç (180,  səh.  52).
Qolları yazıq  qalmaq -  əzizini itirmək.
Göydə bir cüt qanad kimi çırpındı
İtib qaldı,
Azıb  qaldı  qolları.
Yetim  qaldı,
Yazıq  qaldı  qolları  (260,  s.95).
Qoltuğuna  qarpız  vermək  -  tərifləmək,  fitnəkarlıqla 
yaramaz işi  görməyə təşviq etmək.
Qoltuğuna  qısılmaq  -  himayəsində  yaşamaq,  bir  adama 
sığınmaq.
M ən  belə  bir nofı  buraxıb  sənin  qoltuğuna qısılmışam,  sən 
də  mənimlə  belə rəftar edirsən?( 129,  S.102).
Qolun  sağı  kəsilmək  -  əziz  dəyərli  bir  adamın  ölümü, 
yəni  bədənin  ən  yararlı,  ən  əhəmiyyətli 
hissəsinin  əldən 
verilməsi,  və  yaxud ən yaxın  sirdaşın itirilməsi.
Nagah badi-sərsor əsdi üzümə,
Ömür bostanımın tağı kəsildi.
Öz əlim lə  xəta dəydi özümə,
B ədəndə  qolumun sağı kəsildi  (13,  s.39).
Qolun  sınığı  boyuna  bir  yükdü  -  qohum  -əqrəbam 
himayə etm əkdən'boyun qaçırmaq olmaz.

Behruz  9hqqi
Qoluva  çöpdən  dirək  -  bu  deyimi  vaxt  işlədirlər ki,  bir 
böyük  və  güclü  adam  bir  balaca  və  əhəmiyyətsiz  işi  görməyi 
özünə fəxr hesab edir.
Qonağa  üz  versən,  s...i 
taxçalarda  gəzər  -  qanmaz 
adama həddindən artıq hörmət qoysan, qudurar.
Qonaq  qapdarını  tanımayıb  -heç  kəslə  get-  gəli  yoxdur, 
xəsisdi.
Qondum,  köçdüm -   oynamaq  -uşaq  oyunlarından  birinin 
adı  və  məcazi  mənada  ömür  sürmək  anlamındadır.  «Qondum, 
köçdüm» oynayarkən,  bu beş günlük ömür bitdi (291,  səh.  60).
Qonşu  muncuğunu  oğurlayan  gecə  taxar  -  yaxınlarına 
xəyanət  edən,  qonşudan  bir  şey  oğurlayan  ondan  istifadə  edə 
bilməz.
Qonşuya  ümid  olan  şamsız  qalar  -  hər  adam  özünə 
güvənməlidir.
Qora bişən ay  • yayın ən isti  ayı,  iyul.
Qaflantının  çobanları  deyirlər ki,
H ər il  qora bişən  ayda
Hilal  çıxcaq
Çox qəribə bir səs gəlir,
Qızılözon  sularından.
Cavan bir səs qılınc deyir,  haray çəkir (219,  s.83).
Qorxaq  yüz  dəfə  ölər,  igid  bir  dəfə  -  qorxaqlıqla  yüz  il 
yaşamaqdansa,  igidliklə  bir il  yaşamaq  şərəflidir.
Qorxan  gözə  çöp  düşər  -  çox  ehtiyat  eləmək  axırda 
fəlakətə  səbəb olar.
Qorxan gözə çöp düşər (148, s.39).
Qırpıq gözə ox dəyər, nadan bütə baş əyər,
Tülkü  qurddan  qorxanda,  quyruğunu  tərpədər  (80,  c.ll, 
s.240).
Qorxulu  baş  salamat  olar  -  ehtiyat  edən  adam  xətərdən 
uzaq olar.
Qorxulu başlar  salamat qalmağın  baş tapmadım
Ağrımaz başa salıb  saqqız nə dığlatdm başı (241,  s.23).
Qovaqlı göz -  üstü  dik  qapaqlı göz,  üstü qovzaq.
374
‘Tür^eym ıbri
Amma  əminin  qovaqlı  gözlərini  kürılüklü  qaşlarını,  qartal 
burnunu  aydınca gördün.
Qovra çəkm ək -  ruha qovra çəkmək, birinə  əzab çəkmək, 
deyingənlik etmək,  xoşa gəlməyon bir səsin təkrarlanması.
Yolda olasan anlamaz insanla yoldaş,
Hey qora çəkə beyninə hər anda, çətindir (168,  s.733).
Qovrulmaq  -  yanıb  -  cızzağı  çıxmaq,  hər  bir  ağır təhqirə 
dözüb,  etiraz bildirməmək.
İlan vuranlar kimi  qovmldum öz yerimdə  (264,  səh.  61).
Qoydum  ovcuna  -  xəbər  verdim,  birinin  kobud  cavabını 
vermək.
Qoyun başlı qurd - zahirdə yaxşı,  batində qəddar adam.
Niyə  qoyun  başlı  qurdların  ürəyinə  işıq  salmır?  (129, 
s.133).
Qoyun  quzu  ayağını  basmaz  -  hər  kəs  öz  qohum- 
qardaşının, tanışının tərəfini şaxlar.
Qoyun olmayan yerdə keçiyə  Kəramətdin /Əbdülkərim 
deyərlər -  imkan olmayan yerdə hər bir dəyərsiz  şey do  dəyərli 
sayılır.
Qoyun olmayan yerdə keçiyə ağa deyərlər (103,  s.67).
Qoyunu  qurda tapşırmaq -  şərəfsiz,  oğru bir adamı  başçı 
toyiıı eləmək.
O  burda  naçalnik  idi,  qoyunu  qurda  tapşırmışdılar  (1, 
s.204).
Qoyunu olmayanın  bıçağı iti olar (103,  s.67).
Qozbeli  qəbir  düzəldər  -   şəxsiyyəti  formalaşmış  adamı 
dəyişmək, olmaz.
O,  bu  dünyaya  belə  gəlib  belə  də  gedəcək,  qozbeli  qəbir 
düzəldər ( l,  s. 119).
Qoz qabığına soxmaq -  çox  incitmək,  sıxışdırmaq.
Nazlım yaman  qoz qabığına soxublar ha..(9,  s. 178).
Mazaıı əmi,  ayağını  yorğanına görə uzat deyiblər, bizi niyə 
qoz qabığına soxursan? (1,  s.269).
Qoz-qoz oynamaq  -  sözümün qabağına söz demə.
Məıınən qoz-qoz oynama.  (danışıqdan)
375

a
’A vzjfto yi^
lü r^ ä ^ m h ri^
Fikirləşdim  gördüm  ki,  daha  qoz-qoz  oynamağın  vaxtı 
deyil (9,  s.172).
Qoz  üstünə  qoz  qoymaq  -  bir  dərdin,  bir  eybin  üstünə 
daha bir dərd qoymaq.
Cəngin yarası toxtamamış zəlzələ gəldi,
Qoz qoydu qoz üstə,  bu yazıq milləti əzdi (178,  səh.43). 
Qucağına atmaq -  ona sarı yönəltmək.
...İbrahim  xatırladı  ki,  oğlunu  Fəzlüllahın  qucağına  atan, 
onu dost Əmin M əhrəm  edən əslində özü idi (144,  s.43).
Qudurasan  qurbağa  -   imkanından  artıq  iddiası  olan
adam
Qudurasan  qurbağa,  gəldi  bizi  udmağa.  Özü  üçün  umac 
ova bilmir, özgə üçün əriştə kəsir (72, c.III, s. 150).
Qu kimi - çox yüngül, gözəl,  yumşaq.
Quqquluqu  - arıq, bir dəri, bir sümük.
Qulağa  pambıq  topməlk  -  eşitməmək,  bir  sözə  qulaq 
asmamaq.
Qulağını  kəsmək  -  kələk  gəlmək,  əlindən  var-yoxunu
almaq
Yenə kimin  qulağını kəsibsən? (129,  s.60).
Qulağı  batmaq -  çox uca  danışmaqdan.
A  kişi,  təngə  gətirdi  məni  vallahi  bu  naqqal  şüəralar, 
hətərəndən,  pətərəndən  nə  bilim  boymadərəndən,  necə  sərsəm 
danışırlar qulağım  batdı,  nə çox-çox danışırlar..(267,  s.315). 
Gözlər asılı,  yox nə  qaraltı nə də bir səs,
Batmış  qulağım  gör  nə  düşürməkdədir  darı  (80,  с II, 
s.251).
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin