Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə29/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
#7269
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

Qara salxım  ağ olmaz -  bir şeyin əsli əvəz olmaz.
Xurmatuda bağ olmaz,
Qara salxım ağ olmaz (24,  s. 154).
Qara sevda mələyi- əzab məlaikəsi.
O  yağmurlu  axşamda pəncərədən baxan qız,
Qara sevda mələyiydi,  görmədi (208,  s.75).
Qarasına  deyinmək -  arxasınca danışmaq.
Ağabacı  ürəyində  bu  sözləri  deyə-deyə,  yoğun  səsli  qızm 
qarasına  deyinə-deyinə  çayniyi  elə  hirslə  samavarın  dəmkeşinə 
basdı ki  su  tökülüb baş barmağını  yandırdı  (84,  s.277).
Qarasınca söylənmək -  arxasınca narazılıq  eləmək.
A  Zalxa,  sənsən,  kim  ilə  gap  eləyirəm?  Tarverdinin 
qarasınca söylənifəm (5, s.51).
351

‘BeJirtız  fhqqi
Qara sudan qaymaq tutmaq  -bacarıqlı,  xəsis,  əlli-ayaqlı, 
kara gəlm əyən bir zaddan bəhrələnmək.
Tutar səliqəli  aşpaz qara sudan qaymaq,
Səliqəsiz gözəl ətdən kabab salar doğanaq (168,  səh.  228).
Qara tale -  bütün qapılar üzünə bağlı olan.
Qara tale,  mənə  az uddur qəm,  ey dönük bəxt,  mənə  etmə 
sitəm (80, c.II, s.43).
Qaratikan koluna dönmək - iki sevəni ayırmaq.
Bu  deyim  əslini  “Əsli  və  Kərəm”  dastanından  almışdır. 
Dastana  görə,  Əsli  və  Kərəm  öldükdən  sonra  hərəsinin 
qəbrindən bir qızılgül  baş qaldırır,  ancaq  Qara keşişin qəbrindən 
qalxan qaratikan kolu onların arasına girib birləşməyə qoymur.
Qara  yaş  -  gənc  ölən,  kiçik  yaşda  dünyadan  gedən  uşaq 
Qarğışdır.  Ölməyə layiq
Qara yazı - taleyi gətirməmək, bədbəxtlik.
Ey düşmən,  alnının  yazısı qara,
Öldürməz  bizləri  vurduğun  yara  (  “Min  beş  yüz  ilin  oğuz 
şeri”,  s.727).
Qara  yel  əsm ək  -  uğursuzluq,  işlərin  nəhs  gətirməsi, 
taleyin dönməsi.  Fəlakət rəmzidir.
Qoca  İskəııdər Naib:  Ay  qırılmışlar,  ay  qəzəbə  gəlmişlər, 
onlara  dinməyin,  toxumuz  Gilana  düşsün,  onlara  dinməyin, 
istirsiz üstüzə qara yel əsə bəyəm (204,  s.67).
Qara yel -  faciəli  bir olay, xoşagəlməz bir hadisə.
Nəfəsini kəsər qara yellər (264, səh.  98).
Arazın aynası kaslandı,  yenə qəmlə yanaşdı,
Gözlərin kasası  daşdı,
Qara yel əsdi,  xiyalın atı düz yolda da çaşdı.
Qara vermək 
■ işçilərin arasında vaxt keçirmək
Qara yaxmaq -  ləkələmək, böhtan  atmaq, hər şeyi  tərsinə 
görmək,  pis adamı  düzgün  sayan  adam.
Əbəs yerə qara-qara baxırsan,
Qar,  qardaşım,  ağlığını  itirməz (349,  s.52).
Əşi,  xəlqə  qara  yaxırlar,  adamın  imanı  var.  Həqdən 
keçmək  olmaz.  Adam hampalığına görə danışar ( “Yol”,  1369)
352
Hefouz  tHaqqi
Türf^eyitnbri
Sən bu boyda dünyaya barmaqarası baxma,
Dünya beşgünlük deyil,  yaşma qara yaxma.
Qar,  ayaq  üşütmək  üçündür  -   çətinlik  də  lazımdı, 
dəyərli bir şey çətin  qazanılar.
-  Qar,  ayaq  üçütıııək.  üçündür!  -   indi  sizdə  kişilik  qeyrəti 
varsa,  qayıdın!!!  (253,  s.444).
Qara yer  -  ümumiyyətlə,  qəbir mənasında işlədilir.
Rahat  olsun sənə  qara yer,  nuranə olsun sənin türbən  (166, 
səh.  213).
Qarayaz -  yazın  axırlarında zumarın  qurtulan  çağı
Torpağı  boğaz olan  çağda buraxdılar,  yazın  oğlan  çağında, 
qara yazda qudurdular (203).
Qara  zoğalaça  -  kömürün  naziklərinə  zoğalaça  deyirlər. 
Arıq,  çəlimsiz.
Qardaşın  necə  adamdı-yoldaşlıq  etməmişəm,  deyəm- 
mərəm -  adam biri  ilə  yoldaşlıq  etməsə,  onun  xasiyyətini dəqiq 
bilməz.
Qardaşın  necə  adamdı-yoldaşlıq  etməmişəm,  deyəm- 
mərəm (103,  s. 10).
Qaqqa adam - davakar,  söz çəkməyən adam.
Qarğa  balası  -  zirək,  şüurlu,  uzaqgörən.
Qarğa  istəyirdi kiı,  balasına yaşamağı  öyrətsin.  Ona dedi ki, 
görsən  bir  nəfər  əyilib  yerdən  daş  götürsün  bil  ki,  səni  vurtnaq 
istəyir.  Tez  uç!  Balası  deyir:  əgər  əlində  daş  olsa  necə?  Qarğa 
deyir:  bala,  sən  öz başıvı  saxlayarsan.
Qarğa  da  özünü  quş  bilir  -  təhqir  mənasında  işlənir.  Biri 
özünü bilici,  ağıllı  bilən zaman deyilir.
Qarğalanmaq  -  əsil  mahiyyətini  əldən  vermək,  pis 
xislətlərə  sahib  çıxmaq,  əskilmək,  alçaqlıq  etmək,  yaman  günə 
düşmək.
Əzizim  qar  qalandı,
Qar yağdı,  qar qalandı
Qarğalar laçın  oldu,
Laçınlar qarğalarıdı (105,  səh.  51).
353

'Be/iruz
Qarğa  məndə  qoz  var  -  keçən  it,  gəl  m əni  qap  -  oğru 
yadına  daş  salmaq  -özünü  şübhəli  aparmaq,  ağrımaz  başa  duz 
bağlamaq.
Qarı düşmən -  köhnə düşmən.
Qarı düşmən hücum edib üstümə,
Neyzəni gözünə soxan gündü bu!
Qarı  düşm ən  dost  olmaz  
köhnə  düşmənə  arxayın 
olmaq  olmaz.  O  hər  zaman  çalışacaq  ki,  intiqam  alsın,  arxana 
zərbə  vursun.
Qarma  daş  bağlamaq  ••  yeməkdən  imtina etmək,  nəfsini 
sıxmaq.
Eybidir şair boğazın yağlaya,
Çün o gərək az gülə,  çox ağlaya.
Ac dolana,  qarnına daş bağlaya (168,  səh.393).
Qarın ağrısı - dərd,  birinin istədiyi.
On,  iyirmi  manat  apar,  bas  ovcuna,  ağzı  yumulsun,  onun 
qarnının  ağrısı budur (129,  s.410).
Qarın  boğazdan  aşağıdır  -  insan  tamahının  qulu 
olmamalıdır.
Qarın  doyuran  aşı  göz  tanır  -  gözdən  pərdə  asmaq 
olmaz.
Qarını yasdan  çıxartmaq -  ac adamın doyunca yeməsi.
Qarın  qardaşdan  irəlidir  
■  yemək  insani  hissləri  də 
yaddan  çıxarır.
Qarın  üstə  düşmək  -  çox  yeməkdən  qarın  ağrısına 
düşmək.
Qarın  yamaq  götürməz  -  yeməyi  axıra  qədər,  doyunca 
yemək gərəkdir
Qarm  vermək  -   bir  divarın  çökmək  istəməsi,  qarın  kimi 
qabağa gəlinəsi
Sanki  samanlı  çiy divar,  neçə yerə qarm verib (338,  s.55).
Qarı si....di, qapı bağlar dı - iş-işdən keçdi.
Qarışqanı  da  ayaqlamamışam  -  heç  kəse  əziyyətim  
keçməyib.
Yamanlıq görmədi inəndən bir nəfər,
354
Hehruz  9-hqqi
Məndən qarışqa da çəkməmiş zərər (Rübailər Aləmində).
Qarışqaya  qohum  çıxmaq  -  tanıyan  adama  dayaq 
durmaq.
Qarış -qarış gəzmək - hər yerə bələd olmaq.
Vətənin qədrini, eliıı qədrini
Onu  qarış-qarış gəzəndən soruş.
Qarnı  burnunda  olmaq  -  ikicanlı  olmaq  və  hamiləliyin 
son dövrü.
Qarnı  kürəyinə  yapışmaq  -  çox  arıq,  cılız,  bir  deri  bir 
sümük.
Qarnına  daş  bağlamaq  -  dözümlü  olmaq,  heç  nə 
yeməmək.
Ac olana qarnına daş bağlaya,
Cəşn tutarlar ona 80 yaşı (168,  s.393).
Qarnında saxlamaq -  dərdini heç kəsə deməmək.
Odur ki,  narazılığını qarnında saxlayıb  dinmədi (46,  s. 153).
Qarnının  altına  vurmaq  •  başına  vurmaq,  ağlını  əldən 
vermək.
Bir  gün  vurdu  qarnının  altına,  su  adamından  alan  daşı 
aparıb  Nəccar Əhməd adlı  bir qonşuya göstərdi (189).
Qarnı  tox  olan  köpək  gecə  ulduza  hürər  
ehtiyacı 
düzələn bir adamın  faydasız  iş görməsi.
Qarnı  tox  olan  köpək gecə ulduza hürər (335,  s.275).
Qarnı  üstə  ağac götürmək - həddən  artıq  ac olmaq.
Qarnı yoluq -   yoxsul.
Mən  qızımı  yerdən  tapmamışam  ki,  hər  dərənin  qarm 
yoluğuna və  acına verəm (46,  s.96)-
Qarnı  zığlı  -  alçaq  adam,  xalqın  xoş  gününü  görə 
bilməyən.
Qarpız  alansan,  ya  bostan  talayansan  -  sənə  dəxli 
olmayan  işə  niyə baş  soxursan?
Qart  ağalar  -ilan  yeyib  əjclaha  olmuş  müftəxorlar,  xalqın 
zəhm ətindən kef çəkənlər.
Qart ağalar, tamam bizim boynumuza biçər kəfən,
Dərdimizə  aiaq gərək çarəni  şanlı kütlədən.

Behruz  fh q q i
Birljdaıbnkn
Q jırtalgöz - diri, qaynar gözlü.
N o b i  o  zaman  deyərdi  ki,  mənim gözüm qartal  gözündən 
də  itidir (67,  s .l 11).
Q a rt 
təvvab 

tew ab 
zindanda 
cinayətkarların 
işk ən cələrin in   müqabilində  dayana bilməyib onlara təslim olub 
öz  hənızəncirlərinin  qanını  şüşəyə  tutan  yazıq  adamlar. 
Təcrübəli.
O nun  dalında  qart  bir  təvvab  çoxdan  tökülmüş  üzünün 
suyu ( N əsim ).
Q ar  yağm aqla  qarğa  ağarmaz  -   gərək  bir  şeyin  əsl 
m ahiyyəti dəyişsin.
Q ar yağm aqla qarğa ağarmaz (103,  s.67).
Q aş  ağarm aq -  sübhün açılması.
G ə lm əz  tanıram bəxtimi, indi ağarar sübh,
Q aş böylə ağardıqca belə, baş da ağarı (80,  c.II,  s.251).
Qaş  düzəldən  /qayıran  yerdə  vurub  göz  çıxartmaq  - 
yaxşı  bir  iş görm ək istədikdə onu daha da korlamaq.
Qaş  düzəldən yerdə vurub göz tökmək olardı (91,  s.54).
A ğa  dərviş,  qaş  qayırdığımız  yerdə  göz çıxartdıq,  deyəsən 
biz buradan  sağ-salamat keçə bilməyəcəyik (46,  s.205).
Q aşı  qara  
birinin  digəri  yanında  özünü  çəkməsi, 
başqalarından üstün deyilsən ki?
Ç əkildi  yoldaşım xalq üçün dara,
Nə  ondan  artığam,  nə qaşı qara (303,  səh.  7).
Qaşınm ayan yerdən  qan çıxartmaq  -özü -özünə problem 
yaratmai].
Qaş  ilə  göz arasında - ən yaxın.
Qaş  ilə  göz  arasından  çıxan  çiban  -  ən  ağrı  verici  yara, 
bir m illətin ikiyə bölünməsi.
De m ə  dağ-daşdır Süleyman,  məııi səndən ayıran  şey,
Bir çibandır ki,  çıxıbdır göz ilə qaş arasında (306).
Qaşqabağından qar yağan -  hövsələsiz, hirsli.
Bayaqdan  qaşından-qabağından  qar  yağan  və  cavabı  ciro 
ilə  verəri kişi (Arşaq) qolunu açıb  Səmədə  tərəf  gəldi.  Bərkdən 
çığırdı:  356
'Behruz  Jhqqi
-Hələ  qış  gəlməmiş  qaşqabağından  niyə  belə  qar  yağır? 
(253, s.251).
Qaşqabağından zəhər damır -  bikef,  acıqlı.
Qaşqabaqdan zəhər deyil, nə damar 
Öldür qoyma həsrət didarə  məni (32,  s.53).
Qaş-qabağı sallamaq -  qaraqabaq,  narazı.
Buludam,  sallansa qaşım-qabağım 
Ağlaram,  aləmi  sellər aparar ( Səhənd).
Qaş-qabağını  tökmək  -birinə  yaxşı  üz  göstərməmək, 
ifadə satmaq,  narazılığını bildirmək.
H ər kəs görən dəmdə öz sirdaşını,
M əgər tökər qabağını  qaşını (329,  s.68).
Qırovlu qaşından,  ala gözürdən,
Yaraşır tökəsən bizə qaşqabaq (56,  s.32).
Qaşqabağı turşutmaq - birinə pis üz göstərmək.
Nə olub, yenə qaş-qabağını turşudubsan (129).
Qaş-qabağı yer süpürür -  ən ağır vəziyyət, kədər, qüssə. 
Dindirəndə necəsiz 
Qaş-qabağı  yer süpürür.
Halı  yoxdur edə xoş-beş
Qaralan günləridir (Mir Mehdi Etimad).
Qaş  qaralmaq  -  gündüz  ilə  gecə  arasında  olan  azacıq  bir 
zaman kəsiyi.
Uşaq-böyük yığışdılar,
Batdı  günəş,  qaraldı  qaş (216,  səh.  57).
Qaşla  gözün  arası -  on qısa zaman,  məsafə kəsimi.
Uzaq  deyil,  yol ki yaman yaxındır,
Qaşla gözün  arasından yaxındır (264,  səh 86).
Qaşları  çatılıb  / qaşları diiıyünlənib  -  hirslənmək,  qəzəb­
lənmək,  gözlənilm əyən bir hadisədən, bir sözdən  heyrətlənmək, 
kədərlənmək.
Gördüm ki düyünləndi  qaşlarının  arası,
Qanadı  sinəsinin  sanki köhnə  yarası (161,  № 2).
Galı görürsən ki,  çatıb  qaşlarını 
Baxıram  dəfdli Arazdan o taya,
357

Nə deyim,  ah по deyim mən bu çaya? (264,  s.44İ).
Qaşları düyünlənmək - hirslənmək.
Dü şmən gözümə min süngü vursa da,
İntiqam düyününü başıma vurmaram (163,  s.21).
Qatarlanmaq - nizamlanmaq, cərgəyə düzülmək.
Qatarlanıb  nə diyardan gəlirsiz,
Bii' xəbər versəniz bizə durnalar? (329).
Qatığında qıl  olmaq  - hiyləgər,  düz iş görməyən.
Qatıq  alan  sovuşdu  -  bazar  qızdıranlar  sovuşub  getdilər, 
odun qoyanlar yoxa çıxdılar.
Qatır alan sovuşdu -bir şeyin əsl zamanı keçdi.
Enli-enli  kabab  qoxusuna  yığışan  pəxmə  moşaıtəçilər  bu 
qədər  qanlar  və  canlar  töküləndən  sonra  nə  üçün  bu  m əşrutəni 
köhnə  həriflərə  verirlər? 
Aydındır  ki,  daha  qatır  alan 
sovuşmuşdu.  M əşrutədən məıızur həmin  türk əlilə türkü yıxmaq 
vo  ingilislərin  türk  və  çar əleyhinə  olan  dünyalıq  siyasətini  icra 
etmək  idi ( Təbrizli Əli).
Qatır nəsli -  sonsuz.
Elə  bil  biz  yazıq  qatır  nəslindənmişik,  bax  bunun  fikrini 
çəkirəm (46,  s.94).
Qatış-bulaş  -  ərəb  və  fars  dilindən  elə  bir  xoruz  səsi 
eşitməmiş  kəlm ələr,  ibarələr  lüzumsuz  yerdə  işlədirdilər  ki, 
daha  onları  ərəb  vo  farsca  az  savadlılar  oxuyub  başa  düşmürdü. 
Bu  icad  etdikləri  qatış-bulaş  dilin  adını  ədəbi  dil  qoyub  ancaq 
ana dilir.i  “çoban  dili”  adlandırdılar (195,  s. 159).
Qatışdırmaq  -  əsəbləri  pozulmaq,  yadı  və  qohumu  bir- 
birindən  ayıra bilməyən
Bir gün olar sən də məni  atarsan,
Yadlarnan  tanışları  qatarsan  (  Şeyx  Daravalı,  Xasa  Xatın
Aşıq).
Qatlayıb  döşəyin  altına  qoymaq  -  bir  sözü  danışmamaq, 
yaman günə pul saxlamaq.
Bu  sözü  qatlayıb  döşəyin  altına  qoysun,  yetimdir  qıvrılsın 
yatsın, h ər kəsin öz tay- tuşu var (46,  s.97).
358
‘Befam  Jbaqi
Qaya  uçmasa,  dərə  dolmaz  -  böyük  bir  xəsarəti  aradan 
qaldırmaq üçün böyük bir qüvvə lazımdır.
Yıxılsın uca dağlar,  dolsun dərin dərələr,
Aradan getsin bu vəhşətnak fasilələr.
Qayçdamaq  -  birinin  sözünü  kəsmək,  geridə  qalmış 
ölkələrdə  bir  alimin  və  ya  bir  millətin  yazıçılarının  sözlərini 
sensor etmək.
Qayış  yaxama  tikmə  -  birini  təzyiq  altında  qoymaq,  qul 
etmək.
Dedim qayış yaxama tikmə,
Dedi:  hələ  neçə  bayram  donun  da  tikdirəcəksən  (306, 
s.129).
Qaynatmaq  -  hirslənmək,  birinin  yalan  sözünə  dözə 
bilməyib dava-dalaş eləmək.
Qazan  dedi  dibim  qızıldı,  çömçə  dedi  bulanıb  çıxmışam
-  sənin hər şeyinə  yaxşı bələdəm .
Qazan  qaynatmaq -  ol altından iş görmək.
Nazlı  son  nə  qazam qaynadırsan?  (9,  s.177).
Qazannan 
qablamanı 
ayıra 
bilmir  -  
savadsızdı, 
təcrübəsi yoxdu.
Mən  ərəbcə  bilirəm,  farsca  bilirəm,  azərbaycanca  bilirəm 
urusu  da  bilirəm,  sən  deyinən  heç  qazanla  qablamanı  bir- 
birindən ayıra bilm əzsən (72, c.III, s. 100).
Qazan  qazana  deyir:  götiin  qaradı -kor-kora kor deməsə 
bağrı  çatdayır.
Qazan  qazanla  döyüşər,  arada  küvəc  (palçıqdan 
düzəldilmiş  saxsı  piti  qabı)  çatlar  
Yəni  bütün  savaşlarda, 
yaman  günlərdə  nə  bəla  gələrsə,  məzlumlara  gələr. 
Qazan 
qazanla döyüşər,  arada küvəc çatlar (72,  2-ei cild,  səh.  210).
Qazılanmaq  -  yekələnmək.
Əməl  divarının altın oyubsan,
İşin bu adını  molla qoyubsan.
Əməl  yoxsa şəriətdə dolanma,
Adın qazı qoyub,  çox qazılanma (147,  s. 14).
Qazlamnaq -  zor demək,  yuxandan getmək.
359

‘Behruz
Qürk/emmhri
Nataraz bənnaların  sazlamaq olmur tarazın
Görərsən bir bu cənabın  divar üstündə  qazın (168,  s.918).
Qaz  vurub  qazan  doldurmaq  -  böyük  iş  görmək,  çoxlu 
pul  qazanmaq,  zəhm ətlə  bir  şeyi  ələ  gətirmək,  süttəni 
doldurmaq.
Allah, sənə  şükür,  qaz vurulub,  qazan dolub (335,  s.109).
Ç alış  m ənim   kim i  ol,  qaz  vurub,  qazan  doldur  (264, 
səh.  121).
Qeyrəti  götürm əm ək  -   namussuzluğa,  alçaq  işlərə  dözə 
bilməmək.
Onun  anası  ilə  bağlanmağına,  nə  iləsə  ona  yarınmağına 
Hüsənin  qanı yol  verməzdi (84,  s.75).
Qəbri nurla dolmaq  yaxşı adamlara dua mənasındadır.
Q əcələ  beyni  yeyib  -  qədim  fikirlərə  görə  qəcələnin 
beynini yemək insanın əqlini zay edir.
Bu  inama  görə,  Təbrizdə  hökumətin  yaramazlığından 
yüzlərlə  ruhi  xəstəliyə  düçar  olmuş  adamı  müalicə  əvəzinə 
onlara qəcələ beyni yeyib-  deməklə yola salırdılar.
Qəddin yay olması - beli əyilmək.
Qəddim yay oldu, ömrüm zay oldu,
İşim vay oldu,  eşqin əlindən (89,  162).
Q ədəm   araya  qoymaq  ■  xeyirxahlıq  etmək,  bir  davanın 
sona çatmasına .vasitəçilik etmək.
Q ədəm  pulu - zəhmət haqqı.
Faiq  Əfəndi  gürcü  həkimin  qədəm   pulunu  cibinə  qoyub 
faytona əyləşdirib  qayıtdı  (62,  s .731).
Qədir-qiyməti 
çox 
olmaq 
və 
ya 
qədir 
ağacı 
tikmək/əkmək  -  hər  hansı  bır  insana  layiq  olduğu 
qiyməti 
vermək.
Əski  zamanlarda yaxşı  bir  insan  dünyasını  dəyişən zaman, 
onun 
məzarı 
üstündə, 
qazandığı 
xətir-hörmətə, 
elədiyi 
yaxşılıqlara  görə  ağaclar  əkilərmiş.  Ona  da  Qədir  ağacı 
deyərlərmiş.
Qədir-qiymət çox olar,
Ər qiymətin ə r bilə.
360
Behnız,  fö q q i
Qəhbə  şivəni  -  günahkar  adamın  özünü  günahsız 
göstərmək üçün hay-küy  salması,  ağlayıb  şivən etməsi.
Qəlbə dəymək - incitmək.
Çox şahlar əm r etmiş, o baş əyməmiş 
Nə təslim  olmamış, qəlbə dəyməmiş (230,  s.83 
Qəlbin  qan  olması  -  nəhayət  qəmdən,  qüssədən 
sıxılmaq.
Ey gülün budağı,  etdin məni zar,
Qəlbimi qaıı etdin,  qoydun intizar ( Heyran xanım)
Qəlbi  kor  -ürəyində  sevgi  məhəbbət  olmayan,  dünyaya 
açıq-ürək və  açıq görüşlə baxmayan.
Qalmayacaq iş başıncla bu klassik gorbagorlar,
Gözləri  sağ ola ola,  qəlbi korlar (266).
Q əlbi qara -  qısqanc.
Foryadü -fəqan  ilə  sağalmaz yaralar
Cahil  kişi  bica yerə qəlbin qaralar (301,  s.253).
Buna  da  etiraz  olundu  ki,  peşmənkəsin  qəlbi  qaradır  (9,
s.21).
H ər kimin qəlbi qara isə utansın,  a balam!
Bəlkə illərcə yatanlar bir oyansın,  a balam (267,  s. 166). 
Q əlbini oxumaq -  ürəyindən keçəni duymaq.
Dərhal Qətibənin qəlbini oxudu (234,  s.510).
Q əlbinə  qan  axmaq  -  çox  kədərli  olmaq,  gizli  dərd 
çəkmək.
Keç ruhuma,  keçirdiyim ahı  gör,
Gir qəlbim ə,  içdən  axan qanı  gör!  (7,  s.50).
Qəlbin  sıxılması 

  darıxmaq,  kədərli  olmaq.
G örəndə bülbülü qəfəsdə nalan,
Pərişan  oluram,  qəlbim sıxılır.
Gahdan  görürəm insan əli ilə 
Q əfəslər açılır,  zindan yıxılır (200).
Q əlbin  sınması -  yaxın  bir adamdan incimək.
Q əlbirə  çevrilmək - dəlik-deşik olmaq. 
Q əlbirdə/xəlbirdə  su  duran  qədər  -  əgər  bir  adama 
inanmasalar haqqında belə deyərlər.
361

‘Be/iruz  9hqqi
Iwr^jkjjimhri
Qəlbi yanmaq -  ürəyi yanmaq.
Qəlbimi yandırdın  oda
Sirr sözümü vermə yada  (32, s.7).
Q ələbə şərbətini işmək -  qalib gəlmək.
Sizi  öz  əlimlə  bir  yanı,  çıxarmağa  ömrüm  çatmayacaq, 
qələbə  şərbətini mənsiz içəcəksiniz (144, s.150).
Q ələm  çalmaq -  Allaha aiddir,  yəni taleyi belə yazıb.  Dua 
yazmaq, birinin bəxtin bağlamaq.
Belə çalıbdı qələmi,
Yanıram,  Əslim yanıram (35,  s.564).
Evində  yediyim çörək  məni  dizin-dizin  süründürsün,  əgər 
m ən bu barədə qələm çalmışam (129,  S.42).
Qələmin  ağlaması  -  acı  talelərdən,  həyatın  acı  olaylarını 
qələm ə almaq.
Qələmim ağlamazdı,
Yarımcan olmasaydı (264,  səh.  104).
Qələm  işləməz -  bir şey eləmək olmaz.
«Yox»a qələm işləməz
T ərsə  qanma,  eşidibsən  ki,  qələm   yox  dəliyə  (168, 
səh.  42).
Qələm  yazanı  qılınc  poza  bilməz  -   qələm   elmin, 
düşüncənin,  qılınc isə hərbi qüdrətin simvoludur.
Qələm yazanı qılınc poza bilməz (148,  s.39).
Qəlyanın  -   radiatorun  suyun  əvəz  etmək  
işəmək 
mənasındadır.
Qəm belini əym ək -  dərddən vaxtsız beli bükülmək.
Qəm  əydi belimi bilmədim çara,
Yalvarmaqdan öldüm gülüzlü yara (32,  s.38).
Qəm  çırağının  sönməsi -  xoşbəxt olmaq.
Açıldıqca könlüm bağı,
Söndü ömrün qəm çırağı  (337,  c.I,  s.31).
Qəm dəftəri - qəmlə, kədərlə dolmaq.
M ən səni görəndən  bəri 
Sinəm olub qəm  dəftəri,
Yazıq aşıq Ələskəri
362
Türkjiajimbri
Öldür,  günahkar ol yaylaq!(13).
Qəmdən çürümək  -  dərd-qəm  çəkm əkdən ölmək,  haldan 
düşmək,  sağlamlığını itirmək
Belə iş üz verə əgər məndən
Çürürəm teylik ilə m ən qəmdən (195, c.II, s.181).
Qəm dəryasına düşmək -  qara günə düşmək.
Qəribəm vətənim  yox,
Bir qulam  satanım yox,
Düşdüm qəm  dəryasına 
Qolumdan tutanım yox (33,  s.150).
Yenə  də  qəm   dəryasına  qərq  olmusunuz,  bu  nədir  (35, 
s.465).
Qəməm  üstdən  bağlamaq  -  dava  istəmək,  dava  üçün 
bəhanə  axtarmaq,  savaşa hazırlaşmaq.
Son zamanlar gedələr bağlayıb üstə qoməni,
Az qalıb ki  adamın lərzəyə düşsün bədəni (69,  s.28).
Qəm ə salmaq -  şərik salmaq,  şətəl atmaq.
Çörək  bazirəsləri  o  vaxt  gəlirlər  ki,  bizim  ağızalmaya 
qəmə  salırlar.
Qəməni  yalxı  üzdən  bağlamaq  -  birisinə  və  ya  düşmənə 
qarşı  aşkarcasına savaşı  bildirmək.
Qəmiş olmaq - böyürdən çıxmaq,  mane olmaq.
M ənə  vaiz, qəmiş qoyma,  yeri,  rişə həna bağla 
M ənə  meyxanə  yer olsun,  sənə mənzil hamam olsun  (175, 
s. 178).
Qom  ocağına  çevrilmək -  dərd-qəm yuvası.
M əlhəm  pirinin  şeyxi  ilə  onun  sağ  qalan  qohumları  isə 
qara  geyinib,  onlar  üçün  indi  qem  ocağına  çevrilmiş  ata-baba 
yurdunu tərk edirlər (144,  s.51).
Qəm  sazı çalmaq -  ah-nalə etmək.
Bəzən  ac da qaldıq,  susuz da qaldıq,
Alıb qəm  sazını  birlikdə çaldıq (337,  c.I,  s.39).
Q əm  yükü -  dərd-qəm.
Könlüm bir alma dilər,
Yeməyə  alrria dilər,

‘Behruz
т^т^тшсшш
Aşığın  qəm yükünü
Üstündən almadılar (33,  s.103).
Qənbərqulu -  görəsən yeni dərgisinə “Buxara”  adı vermiş 
Əli  Dehbaşının  yerino  bir  azərbaycanlı  türk  dilində  bir  dərgini 
çıxarmağı qərara alsaydı,  birdən dərginirı  adını  “Bakı”,  “Gənco”, 
“Şəki”  “Şirvan”  bu  kimi  Azərbaycan  Cümhurisinə  aid  olan 
adları  qoysaydılar  necə?  Görəsən  bu  işdən  hansı  qənbərqulu 
çıxmazdımı?  (323,  №:5,  s.295  1999).
Qənd  kimi  gözüm  ağarsın  -  anddır,  gözü  ağarmaq  ölmək 
mənasındadır.
Qıfıllanmaq  -  ümumiyyətlə,  bu  deyim  əm r  formasında 
işlədilir və onun anlamı danışma, sükut et.
Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin