Hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs



Yüklə 12,65 Kb.
Pdf görüntüsü
tarix23.02.2017
ölçüsü12,65 Kb.
#9423

DÜŞÜN:

Hər bir insanın təmiz, tərkibində zərərli maddələr olmayan hava ilə nəfəs 

almaq hüququ var.

Tütünçəkmə insanın sağlamlığına təhlükə yaratmaqla yanaşı, ona ciddi 

maddi zərər vurur. Təxminən 20 il ərzində tütünə xərclənən pula hətta 

avtomobil almaq mümkündür!

Tütündən asılılıq xroniki xəstəlikdir, ondan imtina etmək üçün təkrar cəhdlər 

göstərilməlidir.

Güclü vərdiş və hətta asılılığın növü olan tütünçəkmədən milyonlarla insan 

imtina edə bilir.

Tütünçəkmə nəticəsində əmələ gələn bir çox xəstəliklərin yaranma riski 

tütünçəkmədən imtina etdikdən sonra azalır.



Artıq sənin də tütünlə bağlı təhlükələr barədə məlumatın var!

Tütün çəkməyə başlama! Çəkirsənsə, imtina et!

BU BUKLETİ İTİRMƏ! 

Bukleti tütünçəkən yoldaşlarına göstər! Onları vaxtında bu təhlükəli 

vərdişdən çəkindir!

UNUTMA Kİ, VƏTƏNİ YALNIZ SAĞLAM VƏ GÜCLÜ 

GƏNCLƏRİN XİDMƏT ETDİYİ ORDU QORUYA BİLƏR!

Buklet Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı 

ilə  təsdiq  edilmiş  “Azərbaycan  gəncliyi  2011-2015-ci  illərdə”  Dövlət  Proqramı”nın  həyata 

keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planının 6.2.4-cü bəndinin 

1-ci hissəsinə uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış və 

çap edilmişdir.



Sağlam əsgər – güclü ordu!

Güclü ordu, Vətəni qoru!

Tütünçəkmə nəticəsində:

ağ ciyər və digər orqanların xərçəngi inkişaf edir

ürək-damar xəstəlikləri yaranır

nəfəs yollarının xəstəlikləri artır

insanın üzərindən xoşagəlməz qoxu gəlir

dişlər və dırnaqlar saralır

saç tökülür

yaddaş zəifləyir

fiziki hərəkət zamanı tez-tez yorulma halları baş verir

əhval-ruhiyyə pozulur

cinsi fəaliyyət zəifləyir

boy artımı ləngiyir

 

Tütün çəkən kişilərdə cinsi zəifliyin yaranması ehtimalı 

çəkməyənlərə nisbətən 2 dəfə çoxdur.

Cəmi bircə siqaret belə, sağlamlığa mənfi təsir göstərir. Qəlyan çəkdikdə isə 

insan orqanizmi daha çox xərçəng yaradan maddə qəbul edir və qanda dəm 

qazı 4 dəfə çox olur, bu da müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. 



NƏZƏRƏ AL:

 Mentollu, nanəli, digər yanlış olaraq “yüngül”, “zəif” adlandırılan 

siqaretləri çəkən gənclər sərinləşdirici təsirə malik olan tüstünü ağ ciyərdə daha 

çox saxlayır və bu, adi siqaretdən də artıq təhlükə yaradır.

“... siqaret çəkənə müsbət münasibət ola bilməz...”

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Dünyada hər il 6 milyonadək insan tütünün zəhərli təsiri ilə 

yaranan xəstəliklər nəticəsində dünyasını dəyişir. Bu təhlükəli 

vərdiş, hətta tütünçəkənlərin də fikrincə, cəmiyyətin 

mənafeyinə və vətənpərvərlik ideyasına zidd addım sayılır. 

“Cəmi bircə siqaret” fikri tütünçəkməyə başlayan gənci 

nəticədə tütündən asılı edir. Hərbi xidmətdə olan gənc tütün 

çəkirsə, özünün və dostlarının həyatını təhlükəyə atır.



Tütündən uzaq dayan! Aktiv və passiv tütünçəkmə 

sağlam həyat üçün TƏHLÜKƏLİdir!

Tütünçəkmə  aktiv  (insan  özü  çəkirsə)  və  passiv  (digərlərinin  çəkdiyi  tütün 

tüstüsü ilə nəfəs alırsa) olur. Nəticədə əzablı ölümə gətirib çıxaran, uzun sürən, 

ağrı ilə dolu xəstəliklər yaranır.



      TÜTÜN ALIR SƏNİ HƏDƏFƏ – 

                  KEÇMƏ DÜŞMƏN TƏRƏFƏ!

Tütün tüstüsündə insan orqanizmi üçün təhlükəli 

sayılan 4000-ə yaxın zərərli, 

o cümlədən xərçəng xəstəliyini yaradan 

kimyəvi maddə var.

Tütünçəkmə  gənclərin  həm  fiziki,  həm  də  psixoloji 

sağlamlığına təhlükə yaradır. Belə gənclər diqqətsiz 

və əsəbi olub, münasibətlərdə problemlər yaşayırlar.



Yüklə 12,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin