Hərbi-həkim ekspertizası haqqında Əsasnamə



Yüklə 1,93 Mb.
səhifə12/21
tarix26.11.2016
ölçüsü1,93 Mb.
#223
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 

«c» bəndi karioz, plomblanmış və çəkilmiş dişlərin cəmi 9-dan artıq olduqda və bu zaman ən azı 4 dişdə (kök kanalları plomblanmış dişlər də daxil olmaqla, pulpa və periodontun zədələnməsi ilə) xroniki iltihabın kliniki və ya rentgenoloji əlamətləri olduqda tətbiq edilir.

Dişlərin ümumi sayı hesablanarkən ağıl dişləri nəzərə alınmır. Diş kökləri, onları protezləşdirmə üçün istifadə etmək mümkün olmadıqda, dişlərin olmaması kimi qəbul edilir. Çıxarılmayan protezlə əvəz edilmiş dişlər, onların olmaması kimi qəbul edilmir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

55

Dişlərin bərk toxumalarının, pulpanın və periapikal toxumaların, diş ətinin və parodontun, tüpürcək vəzilərinin, ağız boşluğunun yumşaq toxumalarının, dilin xəstəlikləri:

 

 

 

a) parodontitin, parodontozun ağır dərəcəli yayılmış formaları

C

C

B

b) parodontitin, parodontozun orta ağır dərəcəli yayılmış formaları, stomatitlər, gingivitlər, xeylitlər və ağız boşluğunun selikli qişasının, tüpürcək vəzilərinin və dilin müalicə olunmayan digər xəstəlikləri

B

B

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

c) parodontitin, parodontozun yüngül dərəcəli yayılmış formaları

A-2

A

A

 

Bu maddə, şəhadətləndirilən şəxslərdə parodontitin və ya parodontozun tez-tez kəskinləşmələrlə və (və ya) absesləşmə ilə müşayiət olunan generalizə olunmuş (yayılmış) formaları olduqda tətbiq edilir.

Parodontit, parodontoz diaqnozu bütün diş-çənə sisteminin rentgenoqrafiya müayinəsindən və yanaşı gedən xəstəliklərin aşkar edilməsindən sonra qoyulur. İlkin hərbi qeydiyyata alınarkən, parodontoz və parodontit xəstəliyi olan vətəndaşlar müalicəyə göndərilirlər.

«a» bəndinə parodontal cibin dərinliyinin 5 mm və artıq olması, diş yuvasının sümük toxumasının diş kökü uzunluğunun 2/3-sinə qədər rezorbsiyası, dişin II — III dərəcəli laxlaması ilə müşayiət olunan parodontit aiddir.

«b» bəndinə ağız boşluğunun selikli qişasının müalicə olunmayan xəstəlikləri aiddir. Stomatitlər, xeylitlər, gingivitlər, leykoplakiyalar, prekanserozlar və digər xəstəliklər aşkar edildikdə, vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən müalicəyə göndərilirlər.

«c» bəndinə əsasən dişlərarası arakəsmələr nahiyəsində diş əti cibinin dərinliyi 3 mm-ə qədər olan, dişlərarası arakəsmələrin sümük toxumasının dağılmasının başlanğıc dərəcəsi, dişlərarası arakəsmələrin hündürlüyünün 1/3-indən az enməsi ilə səciyyələnən, lakin dişlərin laxlamasının olmadığı yüngül dərəcəli parodontit aiddir.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

56

Üz-çənə anomaliyaları (anadangəlmə inkişaf qüsurlarından başqa), dişlərin və onların dayaq aparatlarının digər xəstəlikləri və dəyişiklikləri, əng və çənənin xəstəlikləri:

 

 

 

a) tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının mühüm dərəcədə pozulması ilə

D

D

D

b) tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) tənəffüs, iybilmə, çeynəmə, udqunma və nitq funksiyalarının cüzi dərəcədə pozulması ilə

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

ç) funksiyaların pozulması olmadan obyektiv məlumatlar olduqda

A-3

A

A

 

«a» bəndinə aşağıdakılar aiddir:

əngin və (və ya) çənənin cərrahi müalicədən sonrakı transplantatlarla əvəz edilməmiş defektləri;

müalicədən (o cümlədən, cərrahi müalicədən) səmərə olmadıqda və ya ondan imtina edildikdə, üz-çənə nahiyəsinin defektləri və deformasiyaları, habelə çənənin, əngin, tüpürcək vəzilərinin, gicgah-çənə oynaqlarının tez-tez kəskinləşən («Xəstəliklər cədvəli»nin I — II qrafası ilə şəhadətləndirilənlər üçün ildə 2 dəfədən çox, III qrafa ilə şəhadətləndirilənlər üçün ildə 4 dəfədən çox) xroniki xəstəlikləri, gicgah-çənə oynaqlarının ankilozu, çənənin kontrakturası və yalançı oynaqları;

üz-çənə nahiyəsinin müalicə olunmayan aktinomikozu.

Bəzi hallarda, hərbi xidməti vəzifələrini icra etmək qabiliyyəti saxlandıqda, üz-çənə nahiyəsinin qazanılmış defektləri və deformasiyaları olan zabitlər ortopedik müalicə metodlarının kafi nəticələri ilə «b» bəndi üzrə şəhadətləndirilə bilərlər.

«b» bəndinə aşağıdakılar aiddir:

dişləmin aralanmasının 5 mm-dən artıq olması və ya N.İ. Aqapova görə, çeynəmə səmərəliliyinin 60 faizdən az olması ilə səciyyələnən II — III dərəcəli dişləm anomaliyaları;

tez-tez kəskinləşmələrlə müşayiət olunan xroniki sialoadenitlər;

müalicəsi kafi nəticələnən üz-çənə nahiyəsinin aktinomikozu;

əng və çənənin, sekvestral boşluqların və sekvestrlərin olması ilə müşayiət olunan xroniki osteomieliti;

«Xəstəliklər cədvəli»nin I — II qrafası üzrə şəhadətləndirilənlərdə cərrahi müalicədən sonra transplantatla əvəz edilmiş çənə defekti.

Vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən «b» bəndində göstərilən xəstəliklərlə müalicəyə göndərilirlər. Hərbi qulluqçular müalicədən sonra «Xəstəliklər cədvəli»nin 61-ci maddəsi üzrə şəhadətləndirilirlər. Cərrahi müalicədən imtina edildikdə və ya cərrahi əməliyyatın nəticəsi qeyri-qənaətbəxş olduqda, şəhadətləndirilmə «a» və ya «b» bəndi üzrə keçirilir.

Əgər dişləm anomaliyalarına görə cərrahi müalicədən sonra 6 aydan az vaxt keçmişsə, vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

N.İ. Aqapova görə 60 faizdən az çeynəmə səmərəliliyi ilə II dərəcəli dişləm anomaliyası (dişləmin 5 mm-dən 10 mm-ə qədər aralanması) və ya dişləmin 10 mm-dən artıq aralanması ilə (çeynəmənin səmərəliliyi nəzərə alınmadan) II dərəcəli dişləm anomaliyası olduqda şəhadətləndirilmə bu maddənin «b» bəndi üzrə, 60 faiz və daha artıq çeynəmə səmərəliliyi ilə II dərəcəli dişləm anomaliyası (dişləmin 5 mm-dən 10 mm-ə qədər aralanması) olduqda şəhadətləndirilmə bu maddənin «ç» bəndi üzrə keçirilir.

I dərəcəli dişləm anomaliyasının (diş cərgələrinin 5 mm-ə qədər daxil olmaqla yerdəyişməsi) olması bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

57

Mədənin, onikibarmaq bağırsağın xora xəstəliyi:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması və xəstəliyin nadir kəskinləşmələri ilə

C

C

B

 

Xora xəstəliyinin olması, hökmən endoskopik müayinə və (və ya) hipotoniya şəraitində aparılmış rentgenoloji müayinə ilə təsdiq edilməlidir.

«a» bəndinə aşağıdakılar aiddir:

cərrahi müalicəyə əks-göstəriş olduqda və ya ondan imtina edildikdə, penetrasiya, mədə çıxacağının stenozu (kontrast maddənin mədədə 24 saatdan artıq ləngiməsi) ilə fəsadlaşmış, qidalanma zəifliyi (BÇİ — 18,5 — 19,0 və az) ilə müşayiət olunan mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi;

massiv qastroduodenal qanaxma (dövran edən qan həcminin 30 faizə qədər və çox azalması) ilə fəsadlaşmış xora xəstəliyi, göstərilmiş fəsadlaşmadan sonra bir il müddətində;

mədənin ekstirpasiyası və ya onun subtotal rezeksiyası;

mədənin rezeksiyasının, mədə-bağırsaq anostomozu qoyulmasının qidalanmanın pozulması (BÇİ — 18,5 — 19,0 və az) ilə müşayiət olunan nəticələri;

mədə-bağırsaq anostomozu qoyulması ilə kötük və ya selektiv vaqotomiyanın həzm funksiyasının mühüm dərəcədə pozulması ilə (müalicəyə tabe olmayan dempinq-sindrom, fasiləsiz ishal, qidalanma zəifliyi (BÇİ — 18,5 — 19,0 və az), davamlı anastomozitlər, anastomoz xoraları) müşayiət olunan nəticələri.

«b» bəndinə aşağıdakılar aiddir:

tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan xora xəstəliyi;

nəhəng xoralarla (mədədə 3 sm və böyük, yaxud onikibarmaq bağırsaqda 2 sm və böyük diametrli) xora xəstəliyi;

mədənin kallyoz xoraları ilə müşayiət olunan xora xəstəliyi;

soğanaqdankənar xora ilə müşayiət olunan xora xəstəliyi;

soğanaqda və ondan kənar çoxlu xoralarla müşayiət olunan xora xəstəliyi;

uzun müddət (mədədə — 3 ay və daha artıq, onikibarmaq bağırsaqda — 2 ay və daha artıq) çapıqlaşmayan xoralarla müşayiət olunan xora xəstəliyi;

perforasiya və ya posthemorragik anemiyanın inkişafına səbəb olmuş qanaxma ilə fəsadlaşmış (göstərilən fəsadlaşmalardan sonra 5 il ərzində) xora xəstəliyi, yaxud onikibarmaq bağırsaq soğanağının kobud çapıq deformasiyası;

onikibarmaq bağırsağın fasiləsiz residivləşən (çapıqlaşmadan sonra 2 aya qədər müddət ərzində residivləşən xoralar) xora xəstəliyi;

kötük və ya selektiv vaqotomiyanın, mədə rezeksiyasının, mədə-bağırsaq anostomozu qoyulmasının nəticələri.

Onikibarmaq bağırsaq soğanağının kobud deformasiyası evakuasiyanın ləngiməsi (kontrast maddənin mədədə 2 saatdan artıq ləngiməsi) ilə müşayiət olunan, süni hiptoniya şəraitində dürüst yerinə yetirilmiş duodenoqrafiyada aydın seçilən deformasiya hesab edilir.

«Xəstəliklər cədvəli»nin III qrafası ilə həzm funksiyasının pozulması olmayan, onikibarmaq bağırsaq soğanağının cüzi deformasiyası və nadir (ildə 1 dəfə) kəskinləşmələrlə onikibarmaq bağırsağın və ya mədənin xora xəstəliyi ilə hərbi qulluqçuların şəhadətləndirilməsi «c» bəndi üzrə keçirilir.

Birinci dəfə təyin olunmuş mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi diaqnozu ilə «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilən vətəndaşlara bu maddənin «c» bəndi tətbiq edilir, «Xəstəliklər cədvəli»nin II qrafası üzrə şəhadətləndirilənlər isə 61-ci maddəyə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Residiv olduqda, xəstəliyin gedişindən və remissiyanın müddətindən (davamlılığından) asılı olaraq, qərar «a», «b» və ya «c» bəndi üzrə çıxarılır.

Xəstəliyin remissiya fazasında onikibarmaq bağırsaq soğanağının keçirilmiş xorasının etibarlı əlaməti — süni hipotoniya şəraitində yerinə yetirilmiş fibroqastroskopiyada xoradan sonrakı çapığın olması və (və ya) duodenoqrafiyada soğanaqda kobud çapıq deformasiyasının olması, keçirilmiş mədə xorasının əlaməti isə — fibroqastroskopiyada xoradan sonrakı çapığın olmasıdır.

Mədənin və onikibarmaq bağırsağın fəsadlaşmamış simptomatik xoraları ilə hərbi xidmətə yararlılıq kateqoriyası əsas xəstəliyin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir. Fəsadlaşmış simptomatik xoralarla «Xəstəliklər cədvəli»nin bütün qrafaları üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası həzm funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b» və ya «c» bəndi üzrə təyin edilir.

Mədənin, onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi (residivi) dedikdə, qastroduodenal sistemin istənilən nahiyəsində təkrar xora əmələ gəlməsi ilə, xəstədə müalicəyə qədər müşahidə olunmuş kliniki mənzərənin əsas əlamətlərini təkrarlayan kliniki simptomlar kompleksi başa düşülür.

 


Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

58

Mədənin və onikibarmaq bağırsağın digər xəstəlikləri, qaraciyərin, öd kisəsinin, öd yollarının və mədəaltı vəzinin xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması və xəstəliyin tez-tez kəskinləşmələri ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

A-3

A

A
HDQ, DP-də FƏRDİ

 

«a» bəndinə aşağıdakılar aiddir:

qaraciyərin sirrozu;

xroniki proqressivləşən aktiv hepatitlər;

ağır gedişli xroniki residivləşən pankreatitlər (fasiləsiz pankreatik və ya pankreatogen ishal, proqressivləşən arıqlama, polihipovitaminozlar);

biliodigestiv anastomozların qoyulmasından, mədəaltı vəzinin rezeksiyasından sonrakı hallar;

cərrahi müalicədən sonrakı fəsadlaşmalar (öd fistulu, mədəaltı vəzinin fistulu və s.).

«b» bəndinə aşağıdakılar aiddir:

təkrar və uzunmüddətli stasionar müalicə tələb edən, sekretor, turşu ifrazetmə funksiyalarının pozulması, tez-tez kəskinləşmələr və qidalanma zəifliyi (BÇİ — 18,5 — 19,0 və az) ilə müşayiət olunan qastritlər, qastroduodenitlər, stasionar müalicə uğursuzluqla nəticələndikdə;

qaraciyərin funksiyasının pozulması ilə müşayiət olunan və (və ya) mülayim aktivlikdə olan xroniki lobulyar və persistəedici hepatitlər;

stasionar müalicə tələb edən tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan xroniki xolesistitlər;

sekretor və ya inkretor funksiyaların pozulması və tez-tez (ildə 2 dəfə və çox) kəskinləşmələrlə müşayiət olunan xroniki pankreatitlər.

pankreatitlərin cərrahi müalicədən sonra yalançı kista (marsupilizasiya və s.) ilə nəticələnməsi.

Öd kisəsinin çıxarılmasından sonra və ya öd axacaqlarının, mədəaltı vəzinin, öd kisəsinin xəstəliklərinin cərrahi müalicəsindən sonra yaxşı nəticələrlə ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «b» bəndi üzrə, «Xəstəliklər cədvəli»nin III qrafasında nəzərdə tutulmuş hərbi qulluqçular isə «c» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

nadir kəskinləşmələrlə sekretor funksiyanın cüzi dərəcədə pozulması olan xroniki qastritlər, qastroduodenitlər;

ödçıxarıcı yolların diskineziyası;

fermentopatik (xoşxassəli) hiperbilirubinemiyalar;

nadir kəskinləşmələrlə təzahür edən və müalicəsi yaxşı nəticələnən xroniki xolesistitlər, pankreatitlər.

Qaraciyərin funksiyasının pozulması olmadan və (və ya) minimal aktivlikdə xroniki hepatiti olan vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, çağırış üzrə və könüllü (müddətdən artıq) hərbi xidmət keçən əsgərlər, matroslar, çavuşlar «b» bəndi, zabitlər və gizirlər (miçmanlar) isə «c» bəndi üzrə şəhadətləndirilirlər.

Xroniki hepatit diaqnozu ixtisaslaşdırılmış bölmə şəraitində aparılmış müayinə və qaraciyərin punksiya biopsiyasının nəticələri ilə, biopsiya aparılması mümkün olmadıqda və ya ondan imtina edildikdə isə qaraciyərin zədələnməsinin sabitliyini təsdiqləyən kliniki, laborator, instrumental müayinələrin məlumatları və dispanser müşahidə aparıldığı halda, onun nəticələri ilə təsdiq olunmalıdır.

 

 



Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

59

Qida borusunun, bağırsaqların (onikibarmaq bağırsaqdan başqa) və peritonun xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması və tez-tez kəskinləşmələrlə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A-3

A


HDQ, ÜH, DP, XQ-də FƏRDİ


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin