«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə47/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   43   44   45   46   47   48   49   50   ...   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

44

Ürəyin işemik xəstəliyi:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

 

Ürəyin işemik xəstəliyinin olması instrumental müayinə metodları (hökmən sakit vəziyyətdə və yük sınaqları ilə EKQ, exokardioqrafiya; əlavə — stress-exokardioqrafiya, koronaroqrafiya və s.) ilə təsdiq olunmalıdır.

«a» bəndinə aşağıdakılar aiddir:

IV və III FS stenokardiya;

I FS ürək çatışmazlığı və III FS stenokardiyanın müştərəkliyi.

Bu bəndə stenokardiyanın və ürək çatışmazlığının ifadə olunma dərəcəsindən asılı olmayaraq aşağıdakılar da aiddir:

transmural və ya təkrar miokard infarktları nəticəsində inkişaf edən ürəyin anevrizması və ya iriocaqlı kardiosklerozu;

ürəyin işemik xəstəliyi nəticəsində ürək ritmi və keçiriciliyinin pozulmalarının davamlı, müalicəyə tabe olmayan formaları (tam AV-blokada, II dərəcəli AV-blokada, paroksizmal taxiaritmiyalar, politop mədəcik ekstrasistoliyası, sinus düyününün zəifliyi sindromu);

yayılmış stenozlaşdırıcı proses (2 və daha çox tac arteriyasında 75%-dən artıq);

sol tac arteriyası kökünün stenozu (50%-dən artıq) və (və ya) sol tac arteriyasının ön mədəciklərarası şaxəsinin yüksək təcrid olunmuş stenozu (50%-dən artıq);

miokardın sağ tip qan təchizatında sağ tac arteriyasının stenozu (75%-dən artıq).

Aorta-tac qan damarının şuntlaşdırılması, koronar angioplastika əməliyyatlarını keçirmiş və «Xəstəliklər cədvəli»nin I, II, III qrafaları üzrə şəhadətləndirilən şəxslər süni ritmvericinin implantasiyasından sonra «a» bəndi üzrə hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılırlar. Bəzi hallarda, belə vəziyyətlər zamanı hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış zabitlər hərbi xidmət vəzifələrini icra etmək qabiliyyəti saxlandıqda, əməliyyatdan sonra «b» bəndi üzrə şəhadətləndirilə bilərlər.

«b» bəndinə aşağıdakılar aiddir:

II FS stenokardiya;

II FS ürək çatışmazlığı;

bir iri tac arteriyasının («a» bəndində göstərilənlərdən başqa) okklyuziyası və ya stenozu (75%-dən artıq).

Miokard infarktı («a» bəndində göstərilənlərdən başqa) keçirmiş, eləcə də ürək ritmi və keçiriciliyinin davamlı pozulmaları, paroksizmal taxiaritmiyaları, sinus düyününün zəifliyi sindromu olan şəxslər ürək çatışmazlığının və (və ya) stenokardiyanın ifadə olunma dərəcəsindən asılı olaraq, «a» və ya «b» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

I FS stenokardiya;

I FS ürək çatışmazlığı.

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin