«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə50/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   46   47   48   49   50   51   52   53   ...   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

47

Neyrosirkulyator asteniya:

 

 

 

a) mühüm dərəcədə ifadə olunmuş davamlı vegetativ-damar pozulmaları olduqda

C

C

C və ya B FƏRDİ

b) mülayim dərəcədə ifadə olunmuş davamlı pozulmalar olduqda

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də
FƏRDİ

 

Neyrosirkulyator asteniya üçün arterial təzyiqin hər hansı bir qıcıqlandırıcıya qeyri-adekvat reaksiyası ilə vegetativ-damar pozulmaları sindromu xarakterikdir. Hipotenziv reaksiyalarla müşayiət olunan neyrosirkulyator asteniyanı arterial təzyiqin 90/50 — 100/60 mm civə sütununa bərabər göstəricilərində sağlamlığından heç bir şikayət etməyən, əmək qabiliyyətini və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətini saxlayan sağlam adamların fizioloji hipotoniyasından fərqləndirmək lazımdır. Bütün hallarda, endokrin sisteminin, həzm aparatının, ağ ciyərlərin və digər orqanların xəstəlikləri ilə bağlı olan simptomatik hipotoniyanı istisna etmək lazımdır.

«Xəstəliklər cədvəli»nin I, II qrafası üzrə şəhadətləndirilənlərdə neyrosirkulyator asteniya diaqnozu nevropatoloqun, oftalmoloqun, zərurət olduqda isə digər ixtisaslardan olan həkimlərin iştirakı ilə stasionar müayinə zamanı təyin edilməlidir. İlkin hərbi uçota götürülərkən, «neyrosirkulyator asteniya» diaqnozu ilə, vətəndaşlar «Xəstəliklər cədvəli»nin 48-ci maddəsi üzrə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar və müalicə olunmalıdırlar.

«a» bəndinə aşağıdakılar aiddir:

müalicəsi müsbət nəticə verməyən, əmək qabiliyyətini və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətini mühüm dərəcədə aşağı salan, davamlı kəskin ifadə olunmuş vegetativ damar pozulmaları və daimi şikayətlər olduqda, hipertenziv reaksiyalarla və arterial təzyiqin labilliyi ilə müşayiət olunan neyrosirkulyator asteniya;

müalicəsi müsbət nəticə verməyən, əmək qabiliyyətini və hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətini mühüm dərəcədə aşağı salan, davamlı kəskin ifadə olunmuş vegetativ-damar pozulmaları, ürək ritminin davamlı pozulmaları və daimi şikayətlər olduqda hipotenziv reaksiyalarla və arterial təzyiqin 100/60 mm civə sütunundan aşağı təsbit olunmuş sabit göstəriciləri ilə müşayiət olunan neyrosirkulyator asteniya;

mühüm dərəcədə ifadə olunmuş vegetativ damar pozulmaları, ürək ritminin davamlı pozulmaları ilə müşayiət olunan davamlı kardialgiyalar olduqda, təkrar stasionar müalicəsi uğursuzluqla nəticələnən neyrosirkulyator asteniya (ürək ritminin davamlı pozulmalarının xarakteristikası «Xəstəliklər cədvəli»nin 42-ci maddəsinin izahatında verilmişdir).

«b» bəndinə mülayim dərəcədə ifadə olunmuş təzahürlərlə, o cümlədən ürək ritminin keçib gedən pozulmaları ilə müşayiət olunan, əmək qabiliyyətini və hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətini aşağı salmayan neyrosirkulyator asteniya aiddir.

Dəqiqədə 5 və daha artıq ekstrasistola olduqda, stasionar müayinə aparılmalıdır.

Sakit vəziyyətdə nadir, tək-tək ekstrasistolaların olması, funksional xarakterli sinus aritmiyası bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

Miokardın üzvi (iltihabi, distrofik və digər xarakterli) dəyişiklikləri nəticəsində ürək ritminin pozulmaları olduqda, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 42-ci maddəsi üzrə keçirilir.

 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin