«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi



Yüklə 1,65 Mb.
səhifə48/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   ...   44   45   46   47   48   49   50   51   ...   92
Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

45

Aortanın, magistral və periferik arteriyaların və venaların, limfa damarlarının xəstəlikləri və zədələnmələrinin nəticələri:

 

 

 

a) qan dövranının və funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) qan dövranının və funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) qan dövranının və funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) qan dövranının və funksiyaların pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqda

A-3

A

A
HDQ, DP-də 
YS

 

Bu maddə ilə «Xəstəliklər cədvəli»nin bütün qrafaları üzrə şəhadətləndirilənlərə tibbi göstərişlərə görə cərrahi müalicə təklif olunur. Müalicənin nəticələri qeyri-qənaətbəxş olduqda və ya ondan imtina edildikdə, hərbi xidmətə yararlılıq kateqoriyası patoloji prosesin ifadə olunma dərəcəsindən asılı olaraq təyin edilir.

«a» bəndinə aşağıdakılar aiddir:

magistral damarların arterial və arteriovenoz anevrizmaları;

ətrafların dekompensasiya olunmuş işemiyaları (qanqrenoz-nekrotik mərhələ) ilə müşayiət olunan obliterasiyaedici ateroskleroz, endarteriit, trombanqiit, aortoarteriit;

orqanların funksiyalarının və distal qan dövranının kəskin pozulması ilə müşayiət olunan qarın aortasının aterosklerozu, onun visseral şaxələrinin, qalça arteriyalarının mənfəzinin qismən və ya tam obliterasiyası ilə nəticələnən aterosklerozu;

qapı (portal) venası və ya boş venanın trombozu;

tez-tez residivləşən, IV dərəcəli xroniki vena çatışmazlığı (daimi ödemlə, dərinin nazikləşməsi və hiperpiqmentasiyası, indurasiya, dermatit, xoraların və ya xoralardan sonrakı çapıqların olması ilə dərin, dərialtı və kommunikant venaların qapaqlarının çatışmazlığı) ilə müşayiət olunan tromboflebit, flebotromboz, aşağı ətrafların postrombotik və varikoz xəstəliklərinin indurativ-xoralı formaları;

implantasiya edilmiş kava-filtrin olması;

IV dərəcəli fil azarı (limfedema);

III mərhələ anqiotrofonevrozlar (qanqrenoz-nekrotik mərhələ);

xəstəliyin proqressivləşən gedişi və qan dövranının davam etməkdə olan pozulması ilə müşayiət olunan iri magistral (aorta, qalça, bud, braxiosefal arteriyalar, qapı venası və ya boş vena) və periferik damarlarda rekonstruktiv cərrahiyyə əməliyyatlarının nəticələri.

«b» bəndinə aşağıdakılar aiddir:

obliterasiyaedici endarteriit, trombanqiit, aortoarteriit və aşağı ətrafların damarlarının aterosklerozu, II mərhələ;

III dərəcəli xroniki vena çatışmazlığı (ayaqlarda və baldırlarda gecə istirahəti dövründə tam itməyən ödemlərin olması, qaşınma, hiperpiqmentasiyalar, dərinin nazikləşməsi, xoraların olmaması) ilə müşayiət olunan ödemli-indurativ formalı postromboflebitik və ya varikoz xəstəliyi;

III dərəcəli fil azarı (limfedema);

davamlı ağrı sindromu, barmaqların göyərməsi, soyuqda hərəkətlərin məhdudlaşması ilə müşayiət olunan, uğursuz təkrar stasionar müalicədən sonrakı II mərhələ angiotrofonevrozlar; qan dövranının cüzi pozulmaları ilə müşayiət olunan magistral və periferik damarlarda rekonstruktiv cərrahiyyə əməliyyatlarının nəticələri;

toxum ciyəsi venalarının III dərəcəli (ciyə venaları atrofiya olunmuş xayanın aşağı qütbündən aşağı sallanır, daimi ağrı sindromu, spermatogenezin pozulması, proteinuriya, hematuriya olur) varikoz genişlənməsi. «Xəstəliklər cədvəli»nin III qrafası ilə hərbi qulluqçular, toxum ciyəsi venalarının III dərəcəli varikoz genişlənməsinə görə «c» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

obliterasiyaedici endarteriit, trombanqiit, aşağı ətrafların damarlarının aterosklerozu, I mərhələ;

II dərəcəli xroniki vena çatışmazlığı (uzunmüddətli yeriş və ya ayaq üstə çox dayanma zamanı ayaqlarda və baldırlarda əmələ gələn, gecə və ya gündüz istirahəti ərzində çəkilən vaxtaşırı ödemlərin olması) əlamətləri ilə müşayiət olunan postrombotik xəstəlik və ya varikoz xəstəliyi;

II dərəcəli fil azarı (limfedema);

şəhadətləndirilən şəxs sonrakı müalicədən imtina etdikdə, toxum ciyəsi venalarının residivləşən (təkrar cərrahi müalicədən sonra) II dərəcəli varikoz genişlənməsi («Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilənlər üçün bu halda «ç» bəndi tətbiq olunur). Toxum ciyəsi venalarının varikoz genişlənməsinin bir dəfə residivi (birinci cərrahi müalicədən sonra) «c» bəndinin tətbiqi üçün əsas deyil. Toxum ciyəsi venalarının II dərəcəli varikoz genişlənməsi zamanı ciyə xayanın yuxarı qütbündən aşağı sallanır, xayanın atrofiyası olmur;

I mərhələ angiotrofonevrozlar.

«ç» bəndinə aşağıdakılar aiddir:

aşağı ətrafların vena çatışmazlığı əlamətləri olmayan (I dərəcə) varikoz xəstəliyi;

I dərəcəli limfedema (ayaq arxasının gecə və ya gündüz istirahəti dövründə azalan və ya itib gedən cüzi ödemi).

Aşağı ətrafların venalarının ayrı-ayrı sahələrdə silindrik və ya qıvrılmış elastiki qabarmalar şəklində, vena çatışmazlığı əlamətləri olmadan genişlənməsi, I — II dərəcəli varikosele bu maddənin tətbiqinə əsas vermir və hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə və hərbi liseylərə daxil olmağa mane olmur.

İri magistral arteriyaların qan dövranının və funksiyalarının tam bərpa olunması ilə nəticələnən yaralanmalarından və digər zədələnmələrindən sonra, «Xəstəliklər cədvəli»nin I — II qrafaları üzrə şəhadətləndirilənlərin barəsində «c» bəndi, III qrafa üzrə şəhadətləndirilənlərin barəsində isə «ç» bəndi tətbiq edilir.

Damarların xəstəliyinin və onların zədələnmələrinin nəticələrinin diaqnozu prosesin mərhələsini və funksional pozulmaların dərəcəsini əks etdirməlidir. Ekspert rəyi obyektiv göstəricilər verən müayinələrin (nitroqliserin sınağı ilə reovazoqrafiya, anhio-, flebo-, limfoqrafiya və s.) aparılmasından sonra çıxarılır.

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin