QANVERMƏ AKSİYASI
Kürdəmirdə əhali tibbi müayinədən keçirildi
Əməkdaşlarımız Kopenhagendə
beynəlxalq konqresdə
ATU-nun prorektoru Avstriyada
seminarda iştirak edib
u
Türkiyəli mütəxəs-
sis lər ATU-da rezi-
dent lər
üçün
seminar
keçir dilər.
Azərbaycan Tibb Universi-
tetində
(ATU)
Türkiyəli
mütəxəssislərin iştirakı ilə
rezidentlər üçün seminar-
lara start verilib. Tədbirdə
Türkiyənin Cümhuriyyət Uni-
versitetinin Tibb fakültəsinin
əməkdaşları iştirak ediblər.
Mevlana Mübadilə Proqramı çər çivə-
sində baş tutan seminar zamanı Sivas
şəhərində yerləşən Cümhuriyyət Univer-
sitetinin Ümumi Cərrahlıq kafedrasının
Cərrahi Onkologiya şöbəsinin professo-
ru Kurşat Karadayı “Bədxassəli perito-
neal mezoteliomada hipertermik kimya
perfuziyası” mövzusunda mühazirə ilə
çıxış edib. Döş qəfəsi cərrahlığı kafedra-
sının dosenti Şülə Karadayı isə “Emfize-
ma zamanı həcm azaldıcı əməliyyatlar”
və “Pnevmotoraks” mövzuları ilə bağlı
məlumatları açıqlayıb.
Səfər
zamanı
türkiyəli
mütəxəssislər həmçinin ATU-nun
Tədris-Cər rahiyyə Klinikasında
gənc müəllim və rezidentlərlə gö-
rü şüblər, klinikalarda yaradılmış
şərait, iş rejimi ilə tanış olublar.
Daha sonra türkiyəli qonaqlar
ATU-nun Xarici Əlaqələr üzrə pro-
rektoru Rəhimə Qabulova ilə də
görüşüblər.
Görüş zamanı ATU-nun rezi-
dent lərinin Sivasdakı Cüm huriy yət
Universitetində təc rübə keçməsinin
təşkili ilə bağlı məsələ müzakirə
olunub. Universitetlər arasında re-
zident mübadiləsinə dair protokolun hazır-
lanması və yaxın zamanlarda imzalanma-
sına dair ilkin razılıq əldə olunub. Görüşdə
ATU-nun beynəlxalq əlaqələr şöbəsinin
müdiri Nadir Zeynalov, ATU-nun Mevla-
na Mübadilə Proqramı üzrə koordinatoru
İsmayıl Əfəndiyev iştirak ediblər.
Qeyd edək ki, növbəti həftə Cümhuriyyət
Universitetinin professorları ATU-nun
Onkoloji Klinikasında rezidentlər qarşı-
sında mühazirə ilə çıxış edəcək, həmçinin
rezidentlərin ATUREK konfransına da
qatılacaqlar.
Dostları ilə paylaş: |