Bu il Azərbaycanda Qızıl
Aypara Cəmiyyətinin
yaranmasının 95-ci ili
tamam olur. Bu münasibətlə Qızıl
Aypara Cəmiyyəti öz missiyasına
uyğun olaraq silsilə humanitar
tədbirlər həyata keçirir.
Qızıl Aypara Cəmiyyəti
tərəfindən Azərbaycanda
keçirilən tədbirlərdən biri də
qanvermə aksiyasıdır. Fəxrlə
qeyd etmək istəyirik ki, belə
aksiyalardan biri bu günlərdə
Azərbaycan Tibb Universitetinin
(ATU) Tədris Cərrahiyyə Klini-
kasında təşkil edilmişdir.
Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin icraçı katibinin
müavini Ceyhun Mirzəyev
qeyd edib ki, qanvermə aksiyalarının
təşkilində məqsəd ölkəmizdə könüllü qan
donorluğu sahəsinin inkişafına yardım-
çı olmaqdır: “Bu aksiyalar mütəmadi
olaraq həm Bakıda, həm də Azərbaycanın
bölgələrində təşkil olunur. Tibb
Universitetində təşki edilən aksiya bu il
ərzində keçirdiyimiz ikinci tədbir idi”.
Tədris Cərrahiyyə Klinikasında təşkil
edilən aksiyada 70 nəfərə yaxın könüllü
iştirak edib, qan veriblər. C.Mirzəyev
aksiyanın yüksək səviyyədə təşkilinə
görə təmsil etdiyi təşkilatın rəhbərliyi
adından Tibb Universite-
tinin rektoru, akademik
Əhliman Əmiraslanova,
o cümlədən ATU-nun
Tədris Cərrahiyyə Kli-
nikasının kollektivinə
təşəkkürünü bildirib.
Qeyd edək ki, bu
tədbirin təşkilində qan
donorluğunun inkişafına
dair işçi qrupun üzvləri
də yaxından iştirak
ediblər. Sözügedən İşçi
Qrup ötən ilin iyununda yaradılıb. Bu
qurumun uğurlu və faydalı əməkdaşlığı
sayəsində Azərbaycanda Gənc Qan Do-
norlarının 1 Forumu təşkil olunub.
Dostları ilə paylaş: |