ATU-nun mətbuat xidməti
u
Milli Məclisin üzvü, Azər-
bay can Tibb Universitetinin rek-
toru Əhliman Əmiraslanovun
təşəbbüsü ilə Kürdəmirin bir
sıra kəndlərində əhalinin tibbi
müayinə və müalicə kampaniyası
həyata keçirilib.
1-2 mayda keçirilən aksiyanın əsas
məqsədi kəndlərdə yaşayan sakinlərin tibbi
müayinəsi və aşkar olunan xəstələrə ixti-
saslaşmış tibbi yardım göstərməkdən ibarət
olmuşdur.
Aksiya zamanı Kürdəmirin sakinləri ətraflı
tibbi müayinədən keçib, əhaliyə konsulta-
tiv və müvafiq tibbi-profilaktik yardım təşkil
edilib. Ayrı-ayrı şəxslərə yerindəcə tibbi yar-
dım göstərilib. Müayinə nəticəsində bir sıra
xəstəlikləri aşkar olunmuş sakinlərin müva-
fiq müalicə prosedurlarına cəlb olunması
qərara alınıb.
Aksiyada Azərbaycan Tibb Universitetinin
yüksək ixtisaslı həkim-mütəxəssisləri iştirak
ediblər. Kürdəmirə ezam olunan tibbi briqa-
danın tərkibinə ginekoloq Quliyeva Səkinə,
pediatr Cəfərov Asif, oftalmoloq Bayramov
Zamin, onkoloq Quliyeva Tamara, cərrah
Məmmədov Ruslan, endokrinoloq İsmayılo-
va Könül, terapevt-kardioloq Əfəndiyev İb-
rahim, USM həkimi Əliyeva Səidə, onkoloq
Mehdiyeva Elnarə, dəri-zöhrəvi xəstəlikləri
həkimi Ağazadə Maqsud, qulaq-burun-bo-
ğaz xəstəlikləri həkimi Qurbanov Ülfət, nev-
ropatoloq Musayeva Aygün daxil olub.
Qeyd edək ki, Azərbaycan Tibb Univer-
sitetinin rektoru Əhliman Əmiraslanov 65
saylı Saatlı-Sabirabad-Kürdəmir seçki
dairəsindən deputat seçilib. Millət vəkilinin
təşəbbüsü ilə hər il bir neçə dəfə adıçəkilən
rayonların əhalisinin tibbi müayinə və
müalicəsi təşkil olunur.
u
Dostları ilə paylaş: |