Veteran əməkdaşlar mükafatlandırıldı
Serbiyanın səfiri ATU-
nun qonağı oldu
u
“Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologi-
ya və İmmunologiya kafedrasının əməkdaşları 6-11 may
2015-ci ildə Kiprdə keçirilən 30-cu “Antibiotiklər və Kimyəvi
reapiya Konqresi”ndə (30-cu ANKEM) iştirak ediblər.
Dosent Ramin Bayramlı və t.ü.f.d., assistent Yavər Hacı-
yevin qatıldığı toplantı çərçivəsində antibiotiklərin rasional
istifadəsinə dair müasir elmi məruzələr dinlənilib, CLSI (Clini-
cal and Laboratory Standards Institute) və EUCAST (European
Committee on Antimicrobial Susceptibility Testing) tərəfindən
tərtib edilmiş son protokollar müzakirə edilib. Toplantıda yeni
antimikrob preparatlar, o cümlədən C Hepatitinin müalicəsində
əldə edilən nailiyyətlərdən söhbət açılıb. Konqresə qatılan
alimlər 2020-2025-ci illərdə inkişaf etmiş ölkələrdə Hepatit
C-nin nadir rast gəlinən xəstəliklərdən olacağını bildiriblər.
Çünki artıq yeni preparatlar vasitəsilə bu xəstəliyin tam
müalicəsi mümkündür.
30-cu ANKEM konqresinin Elmi Məsləhət Komitəsinin
üzvü olan dosent Ramin Bayramlı Türkiyə İnfeksion xəstəliklər
və Klinik Mikrobiologiya Uzmanlıq Dərnəyinin sədri (EK-
MUD) prof.dr. İftihar Köksal ilə birlikdə 30-cu ANKEM
konqresinin “Müasir dövrün təhlükəli infeksiyaları” bölməsinə
sədrlik edib. Bu toplantıda Ebola, MERS-coV kimi son döv-
rün təhlükəli infeksiyaları, bölgədə son zamanlar baş verən
müharibələr nəticəsində milyonlarla insanın qaçqın vəziyyətinə
düşməsi ilə əlaqədar alovlanan infeksiyalar müzakirə edilib.
R.Bayramlı erməni təcavüzü nəticəsində Azərbaycanın 1
milyondan çox qaçqınının olduğunu və Azərbaycan dövlətinin
vətəndaşlarını infeksiyalardan qorumaq üçün həyata keçir-
diyi tədbirləri, həmçinin Suriyadan köçürülən ermənilərin
nəzarətsiz zona olan və narkotiklərin qanunsuz dövriyyəsi ge-
niş yayılan Qarabağa yerləşdirilməsi ilə burada artan infeksiya
təhdidini toplantıya qatılanların diqqətinə çatdırıb.
30-cu ANKEM konqresində ATU əməkdaşları elmi işlərinə
dair şifahi və poster məruzələri ilə çıxış ediblər.
Dostları ilə paylaş: |