Mikrobiologiya və İmmunologiya kafedrasının
əməkdaşları Kiprdə keçirilən 30-cu ANKEM-də
iştirak ediblər
u
Azərbaycan Tibb Universitetinin (ATU)
rektoru, akademik Əhliman Əmiraslanov
sonuncu kurs tələbələrinin Yekun Dövlət Attestasi-
yası və digər kurslarda isə semestr imtahanları verən
tələbələrlə görüşüb, imtahanların gedişi ilə maraqla-
nıb. İmtahandan uğurla keçən tələbələri təbrik edən
rektor onlara gələcək təhsillərində uğurlar diləyib.
Qeyd edək ki, ATU-da imtahanlara may ayının 11-
dən start verilib. Artıq 5000-ə yaxın tələbə imtahandan
keçib. İmtahanlar müalicə-profilaktika, stomatologiya,
pediatriya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb
fakültələrində aparılır.
Artıq üç ildir ki, Tibb Universitetində imtahanlar
obyektivliyin tam qorunması məqsədilə test üsulu ilə,
kompüterlər vasitəsilə aparılır. İmtahan şərtlərinə görə,
tələbələr 1 saat ərzində 50 sualı cavablandırmalıdırlar.
İmtahan zamanı yığıla biləcək ən yüksək bal 50-dir. Belə
ki, hər sual bir balla qiymətləndirilir.
İmtahanlar zamanı Virtual Test Mərkəzində 220
kompyuter tələbələrin ixtiyarına verilir. Gün ərzində bu
mərkəzdə 2500-3000 tələbənin imtahan verməsi müm-
kündür. Hər tələbə öz məxfi kodu ilə sistemə daxil olaraq
sualları cavablandırır və sonda imtahanın nəticəsini
görərək zalı tərk edir. İmtahanların gedişinə müşahidə
kameraları və imtahanlara nəzarət qrupunun əməkdaşları
tərəfindən nəzarət olunur.
Dostları ilə paylaş: |