yünü müzakirə etməkdən ibarət olub.
geniş məlumat verib.
aparılmasına imkan verir.
maqdır.
iştirak ediblər.
UNİCEF məsləhətçisi ilə görüş keçirilib
Aprelin 3-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris
Cərrahiyyə Klinikasında klinika rəhbərliyi ilə UNİCEF-in
Azərbaycandakı ictimai səhiyyə və rabitə məsləhətçisi Dr.Gleen
Laverack arasında görüş keçirilib.
15 aprel 2017-ci il
4
http://w w w.amu.edu.az
Azərbaycan Tibb Univer
sitetinin Tədris Terapevtik
Klini kasında “İnterstisial ağci
yər xəstəlikləri” mövzusunda
təd bir keçirilib.
Tədbirdə direktorun müalicə
işləri üzrə müavini, dosent A.Nuriyev,
ağciyərin interstisial xəstəliyinin qlo-
bal problem olduğunu bildirib: “Bu
xəstəliyin ilkin mərhələsində bəzən
bunu pnevmaniyaya oxşadırlar.
Burda ekoloji faktorların çox böyük
əhəmiyyəti vardır. Ona görə də in-
sanlar maarifləndirilməlidir ki, on-
lar xəstəliyin ilk günlərində həkimə
müraciət etsinlər və ağırlaşmaların
qarşısını alsınlar”.
Daha sonra pediatr-allerqoloq,
professor Amaliya Əyyubova bildirib
ki, uşaq xəstəlikləri dərsliklərində
bu xəstəliklə bağlı heç bir
məlumat yer almayıb: “Mən
prkatikamda müşahidə
etmişəm ki, hətta yeni
doğulmuş uşaqlarda
belə ağciyərin interstisial
xəstəliklərinə rast gəlinir.
Bu xəstəliyin gedişatının
uşaqlarda aşkarlanması
mürəkkəbdir. Ona görə
də mütəxəssislərimiz
çalışdıqları qədər anaları
maarifləndirməlidirlər”.
Tədbirdə klinikanın revmatologiya
və qastroenterologiya şöbəsinin müdi-
ri, professor Sahib Musayevin “Rev-
matoid artiritli xəstələrdə ağciyərlərin
interstisial zədələnməsi” mövzusu ilə
bağlı çıxışı dinlənilib.
S.Musayev qeyd edib ki, bu
xəs
təlik təbabətin ən aktual, çətin
problemlərindən biridir: “Birləşdirici
toxumanın diffuz xəstəlikləri içəri-
sində ağciyərlərin zədələnməsi
ən mühüm yerlərdən birini tutur.
Ağciyərlərin zədələnməsi revmatoid
artiritdən, qırmızı qurd eşənəyindən
kəskin surətdə fərqlənir. Fərqlər on-
dan ibarətdir ki, bioloji zədələnmə
markorları hər birində ayrı-ayrıdır.
Revmatoid artiritdə ağciyərlərin
zədələnməsi çox vaxt idiopatik inter-
stisial pnevmaniya kimi başlaya bilər.
İdiopatik kəskin interstisial pnevmani-
ya aparılan terapiya rezistent olaraq cid-
di proqnozla xarakterizə edilir. Xəstəlik
qısa müddətdə fibrozla nəticələnir.
Bu da proqnozu müəyyən edir. Müa-
sir dövrdə ağciyərlərin zədələnməsi
( revmatoid artiritdə)
ölümün 20%-ni təşkil
edir. Xəstəliklərin bey-
nəl xalq təsnifatında artıq
ağciyərlərin revmatoid
zədələnməsi nazolagiyası
mövcuddur”.
Tədbirin dava mın-
da həkimlər Əlizamin
Sadıqovun “İnterstisial
ağciyər xəstəliklərinin
müalicə və diaq-
nos ti kasında müasir yanaş malar”,
İlqar Mustafayevin “Hipersensitiv
pnevmanitlər, idiopoatik ağciyər fi-
brozu ilə oxşarlıqlar və fərqlər” mövzu-
sunda çıxışları dinlənilib.
Azərbaycan Tibb Universite-
tin də təhsil alan tələbələr üçün
aparıcı istiqamət tədris olsa
da, elm və praktiki fəaliyyətə
də xüsusi önəm verilir. On-
ların elmi-tədqiqat işlərinə
cəlb edilməsi Tələbə Elmi
Cəmiyyətinin xətti ilə həyata
keçirilir.
Bu sahədə ilk addımlarını atan
tələbələri daim diqqət mər kə
zində saxlayan kafedralardan
biri də Patoloji fiziologiya ka
fedrasıdır. Burada aparılan elmi
tədqiqat işlə rinin müasir tibbin ən
ağrılı və aktual problemlərindən
birinəşəkərli diabetin və onun
ağırlaş malarının patogenezində
limfa sisteminin rolunun öyrə
nil məsinə, adekvat müalicə üsul
larının iş lənib hazırlanmasına
həsr edildiyini deyən kafedra
üzrə tələbə elmi cəmiyyətinin
sədri, professor Məmməd Əliyev
bizimlə söhbətində kafedranın
müdiri, professor Sabir Əliyevin
tapşırığı ilə bütün qruplarda və
qrup birləşmələrində TECin
xətti ilə aparılan elmitədqiqat
işləri haqqında tələbələrə geniş
məlumat verildiyini, hər tədris
ilinin əvvəlində onların əvvəlki
illərdə bu sahədə əldə olunan
nailiyyətlərlə tanış edildiyini də
söylədi: “Qeyd etmək istəyirəm
ki, ötən tədris ilində bizim ka
fedrada hazırlanan 2 elmi
tədqiqat işi “Diabetik nefro
patiyaların patogenezində lipid
mübadiləsinin
pozulmasının
rolu” və “Diabetik retinopatiyala
rın patogenezində qan və limfa
nın damardaxili laxtalanmasının
rolu” keçən il ATUda keçirilmiş
Tələbələrin və Gənc Həkimlərin
III Beynəlxalq Tibb Konqresi
nin gündəliyinə daxil edilmiş
və tələbələr orada məruzə ilə
çıxış etmişlər. Bu elmi işlərdən
birincisi (məruzəçi Kəmalə Qa
raisalı) isə bu yaxınlarda Da
ğıstanda keçirilən Ümumrusiya
Gənc Alimlərinin Bilik Forumun
da diploma layiq görülmüşdür.
Müraciət edən və elmitədqiqat
aparmaq arzusunda olan bütün
tələbələr qeydiyyata götürülür
və tədqiqatın bütün mərhələləri
ilə tanış edilir. Sonra tələbələr
seçdikləri mövzulara aid refe
rat hazırlayır və təqdim edirlər.
Yalnız bundan sonra tələbə
elmi tədqiqat aparmaq hüqu
qu qazanır. Həmişə olduğu kimi
bu tədris ilinin əvvəlindən yenə
belə qeydiyyatlar aparılmış və
2016/2017ci tədris ilində 30a
qədər tələbə elmitədqiqat apar
maq arzusunda olduğunu bildir
mişdir. Hazırda 7 tələbənin apar
dığı elmitədqiqat işlərindən 4ü
başa çatmaq üzrədir və biz on
ların nəticələrini fakültə TECnin
konfransına təqdim edəcəyik”.
Kafedranın elmitədqiqat la
boratoriyasında təcrübə dovşanı
üzərində aparılan eksperimentin
gedişini izləyərkən bir daha şa
hid olduq ki, tələbələr kafedrada
aparılan elmitədqiqat işlərinin
bütün mərhələləri ilə yaxından
tanış olur, şəkərli diabet mode
li yaradılmış dovşanlarda qanda
və limfada karbohidrat, lipid və
zülal mübadiləsinin, hemostazın
və immun reaktivliyin 30a ya
xın göstəricisini müasir analiza
torların köməyi ilə təyin edirlər.
Dovşanda gözə qan sızmanın,
miokard infarktının, böyrək ça
tışmazlığının
eksperimental
mo del ləri yaradılır, şəkərli dia
bet fonunda bu orqanlarda baş
verən dəyişikliklər öyrənilir və
fəsadları aradan qaldırmağın
yolları axtarılır.
Qeyd edək ki, əczaçılıq fakül
təsinin kafedraları ilə birgə əmək
daşlıq daxilində əsas müalicə
üsulu kimi Azərbaycan flora
sına aid dərman bitkilərindən
istifadəyə üstünlük verən təd qi
qatçılar kafedranın madditex
niki bazasından, o cümlədən
Almaniya istehsalı olan 2 mü
asir aparatın imkanlarından da
səmərəli istifadə edə bilirlər.
Arif MƏMMƏDLİ
Tələbələr elmi-tədqiqat işlərinin bütün
mərhələrinə cəlb olunur
Aprelin 7-də Tədris
Cər rahiyyə Klinikasında
Azərbaycan-Türkiyə 3-cü
Beynəlxalq Bariatrik-
Me to bolik
cərrahiyyə
konqresi keçirildi.
ATUnun elmi işlər üzrə
prorektoru Rauf Bəylərov çı
xış edərək bildirib ki, müasir
dövrün mürəkkəb tibbi və so
sial problemlərindən biri olan
piyənmə və onun daha ağır
növü – morbid, yəni xəstəlik
səviyyəsinə çatmış piylənmə
bir çox müəlliflər tərəfindən
21ci əsrin “sakit” epidemi
yası kimi qiymətləndirilir.
Prorektor bildirib ki, qi
danın kaloriliyinin artması,
fastfud mədəniyyətinin ya
yılması, həyat tərzinin daha
az hərəkətli olması insanlar,
o cümlədən uşaqlar arasın
da bədən çəki indeksinin
artmasına səbəb olur. Onun
sözlərinə görə, diabet, arte
rial hipertenziya, qaraciyərin
yağlanması, hormonal pozul
malar piylənmə ilə bilavasitə
əlaqəli vəziyyətlərdir. Son
1020 il ərzində piylənmənin
müalicəsi üsulları arasında
cərrahi yanaşma xüsusi yer
alıb: “Həm sağlamlıq, həm də
gözəllik nöqteyinəzərindən
effekt verən, insanların
həyatını, sözün əsl mənasında
dəyişdirən cərrahi bariatrik
və metabolik əməliyyatlar
artıq
Azərbaycanda
da
uğurla həyata keçirilir. Bu
əməliyyatların bir qismi
Azərbaycan Tibb Universite
tinin klinikasında aparılır. Bu
səbəbdən Bariatrik toplantı
nın universitetimizdə təşkil
olunması bizim üçün xüsu
si əhəmiyyətlidir. Konfran
sımızda qardaş Türkiyə və
dost Yunanıstandan gəlmiş
həmkarkarımızı salamlayı
ram, onlara “xoş gəldiniz”
deyirəm. Türkiyə Obezite
Cərrahlığı Dərnəyinin sədri,
professor Murat Taşkına və
Heraklion
Universitetinin
pro fes soru Jon Melissasa bu
tədbirə dəstək verdiklərinə
görə xüsusi təşəkkür edirəm”.
Prorektor R.Bəylərov həmçi
nin ATUnun rektoru, pro
fessor Gəray Gəray bəy linin
toplantı iştirakçılarına sala
mını çatdırdı.
ATUnun Tədris Cərrahiyyə
Klinikasının direktoru, pro
fessor Surxay Hadıyev tədbir
iştirakçılarını salamlayaraq
bildirib ki, rəhbərlik etdi
yi klinika 4 il bundan qabaq
ölkə prezidenti İlham Əliyevin
tövsiyyəsi ilə yaradılıb: “Bizdə
belə konqreslər mütəmadi
olaraq keçirilir. Bu günkü
tədbirimiz də çox önəmlidir.
Çox maraqlı mühazirələr
din lə niləcək”.
Türkiyənin Bariatrik Cər
rahiy yə
Assosiasiyasının
sədri, professor Musta
fa Taşkın artıq 3cü dəfədir
Azərbaycana səfər etdiyini
bildirib: “Bizim birbirimizdən
fərqimiz yoxdu, əkizlər ki
miyik. Qarşılıqlı sevgimizi
hiss edirik. Bu konfrans çox
önəmlidir və özündə bir çox
istiqamətləri birləşdirir”.
Milli Məclisin deputatı İlham
Məmmədov həm millət vəkili,
həm də həkim kimi konqresdə
iştirakına görə çox şad oldu
ğunu bildirib: “Azərbaycan
səhiyyəsinə, elminə bunu
töhfə olacaq bir konqres
kimi qiymətləndirirəm. İndi
piylənmə hədsiz yayılıb və bu
xəstəliyin yaranma səbəbləri
genişdir. Buna ətraf mühitin
faktoru da böyük təsir edir.
Bu gün belə koqreslərin ke
çi rilməsi, gələcək nəsil üçün
çox önəmlidir. Hər biri nizə
uğurlar diləyirəm”.
Qeyd edək ki, Azərbaycan
Bariatrik və Metabolik Cər
rahlar Dərnəyinin sədri, tibb
üzrə fəlsəfə doktoru Tariyel
Ömərov da konfransın işini
yüksək qiymətləndirərək, iş
tirakçılara uğurlar dilədi.
Daha sonra konqres öz işinə
mühazirələrlə davam etdi.
Azərbaycan-Türkiyə 3-cü Beynəlxalq Bariatrik-Metobolik
cərrahiyyə konqresi keçirildi
ATU-nun mətbuat xidməti
“İnterstisial ağciyər xəstəlikləri”
mövzusunda tədbir keçirilib
15 aprel 2017-ci il
5
http://w w w.amu.edu.az
•
Azərbaycan Tibb Universite-
tinin tələbələri Dağıstanda
keçirilən Ümumrusiya Gənc
Alimlərinin Bilik Forumun-
da iştirak ediblər. Dağıstanın
Mahaçqala şəhərində keçirilən
forumda ATU-dan 3 tələbə iş-
tirak edib. Tələbələrdən biri I,
digəri isə IV yerə layiq görülüb,
üçüncü tələbə forumun işində
aktiv iştirakına görə təltif edi-
lib.
ATUnun II müalicəprofi
lak tika fakültəsinin V kurs
tələbəsi Sərxan Həsənli fo
rumun “Kliniki təbabət”
hissəsində
iştirak
edib.
Onun şəkərli diabetə aid
təqdim etdiyi elmi iş qa
lib seçilib. “Ultra uzun bazal
insulinlərin şəkərli diabet tip
2 xəstələrində kliniki tədbiqi
prinsipləri”
mövzusunda
kı tədqiqat şəkərli diabet
xəstələrində kliniki tətbiqin
prinsiplərinə həsr olunub.
İngilis dilində çıxış edən
tələbəmiz birinci yerə layiq
görülüb, diplom və sertifi
kartla təltif edilib.
ATUnun
II
müalicə
profilaktika fakültəsinin IV
kurs tələbəsi Kamilə Qara
isalı isə
“Diabetik nefropa
tiyaların patogenezində lipid
mübadiləsinin
pozulmasının
rolu” mövzusunda elmi işi ilə
IV yerə layiq görülüb.
II müalicəprofilaktika fa
kültəsinin V kurs tələbəsi Ülvi
Ələşrəfov forumda Psixiat
riya kafedrasını təmsil edib.
O, doktor İkram Rüstəmovun
elmi rəhbərliyi altında “Şi
zofreniya xəstələrində ailə
xüsusiyyətlərinin xəstəliyin
gedişatına təsiri” mövzu
sunda elmitədqiqat işini
təqdim edib. Münsiflər heyəti
tərəfindən maraqla qarşı
lanan bu tədqiqat işi xüsusi
sertifikata layiq görülüb.
Forumda yüksək nəticə
əldə etdiklərinə görə
ATUnun rektoru, profes
sor Gəray Gəraybəyli tələ
bə ləri
və
universitetin
Tələbə Elmi Cəmiyyətinin
(TEC) elmi rəhbəri, pro
fessor, əməkdar elm xa
dimi Amaliya Əyyubovanı,
o cümlədən TECin sədri,
tibb elmləri doktoru Müşfiq
Həsənovu təbrik edib. ATU
nun adını yüksək səviyyədə
təmsil etdiklərinə görə on
lara təşəkkür edən rek
tor G.Gəraybəyli qazanılan
uğurların davamlı olmasını
diləyib.
Qeyd edək ki, Dağıstan
Döv lət Tibb Universite
ti ilə ATU arasında qarşılıq
lı əməkdaşlıq və mübadilə
proqramları mövcuddur.
Tələbələrimiz Rusiyada keçirilən
elmi forumda qalib çıxdılar
Aprelin 7-də Azərbaycan
Tibb Uni ver sitetinin Tədris
Tera pevtik Klinikasında Tib-
bi Şuranın 33 saylı yığın cağı
keçirilib.
Yığıncağı giriş sözü ilə açan
klinikanın direktoru, profes-
sor Hüseyn Qabulov klinikanın
fəaliyyətinin ötən aylarla
müqayisədə nəzərə çarpacaq
dərəcədə yaxşılaşdığını deyib:
“Klinikaya qəbul edilən xəstə
sayı gözlədiyimizdən də yüksək
səviyyədədir və bu, hətta aprel
ayının ilk günlərində də nəzərə
çarpır”.
O, universitetin rektoru,
professor Gəray Gəray bəy li nin
əmrinə əsasən bə
zi şöbələrin
adlarında edilən də yişikliklərlə
bağlı məlumatı da diqqətə
çatdırıb. Direktor bildirib ki,
edilən dəyişikliklər klinikanın
fəaliyyətinə öz töhfəsini verəcək.
“I və III pediatriya şö-
bə lə ri nin
profilləri
uy-
ğun luq
təşkil
etdiyinə
gö rə, birləşdirilərək “Uşaq kar-
di orevmatologiya”şöbəsi adı al-
tında birləşdirilib. II pediatriya
şö
bəsi “Uşaq pulmonologiya,
en dokrinologiya,
allerqologi-
ya” şöbəsi, Ümumi terapiya
şöbəsinin isə adı dəyişdirilərək
“Heriatriya şöbəsi” adlandırılıb”.
Qeyd edək ki, Azərbaycanda
ilk dəfə olaraq Tibb Univer-
sitetinin klinikasının nəzdində
Heriatriya şöbəsi fəaliyyət göstə-
rəcək.
Daha sonra gündəlikdə olan
məsələlərlə bağlı direktorun
müalicə işləri üzrə müavini,
dosent Adil Nuriyev çıxış edib.
Şöbələrin mart ayı üzrə
hesabatını şura üzvlərinin diq qə-
tinə çatdıran A.Nuriyev bildirib
ki, fevral-mart aylarında xəstə
qəbulunda artım müşahidə ed-
ilib.
O, endokrinologiya, kardi-
ologiya, revmatologiya, intensiv
terapiya, qastreontorologiya,
an gi oqrafiya, III pediatriya şö-
bə lərinə və efferent-terapiya
mər kəzinə daha çox xəstə qəbul
edil diyini şura üzvlərinin diq-
qətinə çatdırıb.
Yığıncaq işini cari məsələlərin
müzakirəsi ilə yekunlaşdırıb.
Azərbaycanda ilk dəfə olaraq Tibb Universitetinin nəzdində Heriatriya şöbəsi fəaliyyət göstərəcək
Aprelin 4-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında
pediatr-allerqoloq, professor Amaliya Əyyubovanın xəstə təhlili ilə bağlı görüşü
keçirilib.
Görüşdə proffesor-müəllim heyəti,
tələbə və rezidentlər iştirak ediblər.
A.Əyyubova şöbəyə pulmonoloji,
allerqoloji, endokrinoloji profilli uşaq-
ların qəbul edildiyini və həkimlər
tərəfindən onlara diqqət və qayğının
yüksək səviyyədə olduğunu bildirib.
İlk olaraq 16 yaşlı, uzun müddət I
tip şəkərli diabet xəstəliyindən əziyyət
çəkən yeniyetmə ilə bağlı təhlil aparılıb.
Bildirilib ki, o, müraciət edən zaman
onda tez-tez sidiyə getmə, çoxlu maye
qəbul etmə şikayətləri aşkar edilmişdi.
Xəstəlik barəsində ətraflı məlumat verən
A.Əyyubova zamanında həki mə müraciət
etmənin gələcəkdə xəstə liyin daha ağır formaya keçməsinin qarşısını alacağını vurğulayıb.
Daha sonra 3 azyaşlının xəstəlikləri ilə bağlı təhlil aparılıb. Onlara boğulma, burun tənəffüsünün
çətinləşməsi, gözlərdə qaşınma, öskürək, təngnəfəslik və pnevmaniya diaqnozunun qoyulması ilə bağlı
məlumat verilib. Qeyd edilib ki, son vaxtlar astma xəstəliyi ilə müqayisədə pnevmaniya xəstəliyi daha
geniş yayılıb.
Qeyd edək ki, klinikada xəstə təhlili ilə bağlı keçirilən görüşlər silsilə xarakteri daşıyır.
Uşaqlar arasında pnevmaniya xəstəliyi artıb
•
Aprelin 11-də Türkiyənin Bursa
şəhərində fəaliyyət göstərən Medika-
bil Xəstəxanasının nümayəndələrinin
iştirakı ilə Azərbaycan Tibb Universite-
tinin Tədris Cərrahiyyə Klinikasında
konfrans keçirilib.
ATUnun rektoru, professor Gəray
Gəraybəylinin təşəbbüsü ilə baş tutan
konfransdan öncə idarə heyətinin sədri
professor Ömər Faruk Bilgən, Medika
bil Yalın Sağlıq İnstitutu koordinato
ru, professor Aysun Yilmazlar və digər
nümayəndə heyətinin üzvləri, Tədris
Cərrahiyyə Klinikasının rəhbərliyi və şöbə
müdirləri arasında görüş olub.
Klinikanın direktoru, professor Surxay
Hadıyev və baş həkim, profesoor Rauf Ağa
yev qonaqları klinikanın həkimləri və bir
cox şöbələrinin fəaliyyəti ilə tanış ediblər
və keçiriləcək konfrans haqqında fikir
mübadiləsi aparıblar. Qeyd olunub ki, konf
ransın məqsədi tibbi idarəetmə və xəstəxana
xidmətlərinin mükəmməlləşdirilməsi sahə
sində yeni sistemin tətbiq olunmasıdır.
Konfransda Türkiyənin Kaizen Universi
tetinin koordinatoru Dr. Muhsin Güneşlik,
Kaizen Universitetinin müdiri Şafak Aydın və
Medikabil Yalın Sağlıq İnstitutu koordina
toru professor Aysun Yilmazlar məruzə ilə
çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan Tibb Universite
ti ilə Türkiyənin Medikabil Xəstəxanası ara
sında imzalanmış memorandum var. Memo
randumun əsas məqsədi akademik mübadilə
və əməkdaşlığın genişləndirilməsidir.
Dostları ilə paylaş: