15 aprel 2017-ci il
6
http://w w w.amu.edu.az
u
Azərbaycan Tibb Uni-
ver si teti nin ən başlıca və-
zi fə lə rin dən biri təhsilin
key fiyyətini artırmaq, bey-
nəl xalq təhsil sisteminə in-
teqrasiya etmək, dünyanın
qabaqcıl universitetlərinin
reytinq cədvəlində layiqli yer
tutmağa nail olmaqdır.
Son bir ildə universitetimizdə
xeyli iş görülüb. Belə ki, gənc
kadrların
irəli
çəkilməsi,
tədris prosesində aparılan
reformalar və əməkdaşların
işə davamiy yətinin yax
şılaşması
bunun
bariz
nümunəsidir. Yeni təyin olu
nan dekanlar tədris prosesi
ni daima nəzarətdə saxlayır,
mütəmadi olaraq yoxlamalar
aparır, tələbələrlə söhbətlər
edir, müəllimlərə təlimatlar
verir və açıq dərslərdə iştirak
edirlər. Bu da nəticə etibarı
ilə dərsə davamiyyəti yaxşı
laşdırmış, dərsin keyfiyyətini
artırmışdır. Belə ki, aprelin
11də II müalicəprofilaktika
fakültəsinin dekanı, dosent
İ.Məhərrəmbəyli və baş
qa əməkdaşlar kafedramı
zın gənc və təcrübəli dosenti
M.Mirzəyevin mühazirəsində
iştirak ediblər. Mühazirə trav
matologiyanın ən vacib, aktual
və prioritet problemlərindən
sayılan “kəlləbeyin travması,
döş qəfəsi, fəqərələr və çanaq
sümüklərinin sınıqları” möv
zusuna həsr edilmişdir. Bu
məsələlərə dair o, çox geniş,
əhatəli, hərtərəfli izahat verdi.
Mühazirə zamanı problemlərin
müasir aspektləri, aktual
lığı izah edildi, ən müasir
müalicə metodları tələbələrə
slaydlarla aydınlaşdırıldı və
göstərildi. Bununla yana
şı əvvəllər aparılan müalicə
metodları təqdim olundu
və indiki müasir metodlarla
müqayisəli izahatlar verildi.
Tələbələrin ən çox marağına
səbəb olan və daha çox diqqət
çəkən məsələ ondan ibarət
oldu ki, slaydlarda göstərilən
xəstələr yalnız öz klinikamız
da müayinə və müalicə almış,
şəxsi müşahidəmizdə olmuş
xəstələrdən ibarət idi.
Mühazirə zamanı tələbələr
onları
maraqlandıran
müəyyən suallar verərək mü
vafiq cavablar alırdılar. Bu da
mühazirənin canlı və maraq
lı olmasına, tələbələrin daha
aydın başa düşməsinə gətirib
çıxarır.
Bu cür yoxlamaların dekan
lıq tərəfindən məqsədli və
gözlənilmədən aparılması
əməkdaşların bilik səviyyəsini
bir daha artırmağa, onla
rın tədris prosesinə han
sı dərəcədə hazır olduğunu
dəqiqləşdirməyə,
keçirilən
mühazirə və praktiki semi
narların keyfiyyətini artırma
ğa, tələbələrin daha əhatəli
bilik qazanmağına xidmət
edir. Belə açıq dərslər tədris
prosesinin yaxşılaşmasına və
tələbələrin dərsə davamiyyətin
yüksəlməsinə səbəb olur.
Dərslərə məsuliyyətin art
ması həm tələbələr, həm də
müəllimlər arasında özü
nü göstərir. Yuxarıda qeyd
etdiyim kimi məqsədimiz
ölkəmizə layiqli, savadlı, bi
likli, bacarıqlı milli kadr
lar hazırlamaq, onların bilik
səviyyəsini Avropa standart
larına çatdırmaqdır. Bu gün
universitetimizin məzunlarının
xoş sədası dünyanın ən inkişaf
etmiş ölkələrindən gəlir və biz
onlarla fəxr edirik. Eşidəndə
ki, onlar bizim universitetin
məzunlarıdır, qürur duyuruq.
Universitetimizin yeni rəhbər
kadrlarına işlərində uğur
lar arzulayırıq və əminliklə
bildiririk ki, kafedramızın
əməkdaşları tədris prosesinin
yaxşılaşması üçün əllərindən
gələni əsirgəməyəcəklər.
Ə.ƏHMƏDZADƏ,
Travmatologiya və ortopediya
kafedrasının müdiri, professor
DEKAN MÜHAZİRƏDƏ İŞTİRAK EDİB
•
ATU-nun Tədris Tera-
pevtik Klinikasında 2
aprel Ümumdünya au-
tizm gününə həsr olun-
muş “II Azərbaycan
Autizm Paneli” adlı
tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış
edən klinikanın direktoru,
professor Hüseyn Qabulov
belə tədbirlərə universitet
klinikası olaraq ev sahibliyi
etmələrindən məmnun ol
duqlarını bildirib.
Sonra ATUnun elmi işlər
üzrə prorektoru, dosent
Rauf Bəylərov universite
tin rektoru, professor Gəray
Gəraybəylinin adından tədbir
iştirakçılarını salamlayaraq,
onlara uğurlar diləyib.
R. Bəylərov çıxışında dünya
da və eləcə də Azərbaycanda
autizmli uşaqların sayının
artdığını bildirib:
“Autizm spektor pozul
maları uşaq yaşı neyroin
kişaf pozulmaları arasında
əhəmiyyətli yer tutur. BMT
nin uşaq fondu Heydər Əli
yev fondu ilə birlikdə Azər
baycanda da bu isti qa mət də
çox əhəmiyyətli iş lər gö
rür. Hər il dünyada autizmli
uşaqların sayı ildənilə artır.
Digər tərəfdən ehtiyac ya
ranarsa, autizmin gedişini
dəyişə bilərik. Bu baxım
dan pediatrların üzərinə bö
yük məsuliyyət düşür. Onlar
uşaqlarda problemləri tez bir
zamanda aşkarlayaraq, onun
həllinə qismən də olsa nail
ola bilərlər. Problemin ak
tuallığını nəzərə alaraq belə
silsilə tədbirlərin keçirilməsi
çox vacibdir.
Universitetimizdə bu məq
sədlə keçirilən tədbirlər
təqdirəlayiqdir. Artıq 2ci
ildir ki, universitetimiz ən
önəmli layihələrdən olan
autizm panelinə ev sahibliyi
edir”.
Tədbirdə çıxış edən millət
vəkili Məlahət İbrahimqızı
belə tədbirlərin keçirilməsini
çox yüksək dəyərləndirib:
“Dünyada
olduğu
kimi
ölkəmizdə də autizmli uşaq
ların sayı artır. Son zaman
lar bu problemin aktuallığını
nəzərə alaraq, düşünürəm
ki, hökumət səviyyəsində
də bu məsələləri müzakirə
etmək zərurəti yaranıb. Bir
sıra ölkələrdən fərqli olaraq,
Azərbaycanda bu sahədə
müəyyən irəliləyişlərin oldu
ğu danılmazdır. Bu problemlə
məşğul olan təşkilatların sayı
yetərincədir. Bizlər də on
lara əlimizdən gəldiyi qədər
dəstək olmalıyıq”.
M.İbrahimqızı hesab edir
ki, bu sahədə dövlət proq
ramının hazırlanmasına eh
tiyac var.
“Ölkəmizdə autizm xəstəliyi
ilə məşğul olan çox savadlı
həkimlərimiz var. Düşünürəm
ki, onların sayəsində hər bir
ana yetərincə məlumatlana
və əgər uşağında belə bir
problem varsa, onu vax
tında aşkarlaya bilər. Çün
ki maarifləndirmə işlərinin
genişləndirilməsi bu sahədə
çox
böyük
irəliləyişlərə
səbəb olacaq. Dövlətimizin
də səhiyyə sahəsində işləyib
hazırladığı proqramlar, bu
sahəyə də öz müsbət təsirini
göstərəcəyinə əminəm”.
Səhiyyə Nazirliyinin İcti
mai Səhiyyə və İslahatla
rı Mərkəzinin (İSİM) nüma
yəndəsi Səbinə Babazadə
çıxış edərək mərkəz adın
dan universitet rəhbərliyinə
və direktora göstərdikləri
dəstəyə görə minnət darlığnı
bildirib.
O, mərkəz olaraq autizm
sahəsində
maarifəndirmə
işlərinin onların əsas priori
tet məsələlərdən biri oldu
ğunu vurğulayıb:
“Əvvəllər bəzi valideynlər
özləri
belə
uşaqların
da bu problemin olduğunu
gizlədirdilər. Son zaman
larda autizmlə əlaqədar
maarifləndirmə
işlərinin
genişləndirilməsi bu baxım
dan çox müsbət nəticələr
verdi. Çünki artıq hər bir va
lideyn, ana uşağının autizm
xəstəliyini tez bir zamanda
həkimə müraciət edərək aş
karlaya biləcək. Ona görə
də həkimlərin üzərinə çox
böyük məsuliyyət düşür.
Vaxtında diaqnozun qo
yulması və xəstəliyin aşkar
edilməsi önəmlidir. Analar
özləri də bilirlər ki, hansısa
bir xəstəlik nə qədər tez və
zamanında aşkarlanarsa, bu
xəstəliyin gələcəkdə yarada
biləcəyi fəsadların qarşısını
almış olacaq”.
2012ci ildən Azərbay
canda maariflən dirmə işlə
ri nə cəlb edildiyini diqqətə
çatdıran S.Babazadə bun
dan sonra da görülən işlərlə
kifayətlənməyəcək və bu
sa hə də daha uğurlu işlər
görə cəklərini deyib:
“Dünya əhalisinin 1%i au
tizm spektr pozuntusundan
əziyyət çəkir. Autizm spektr
pozulmaları ildənilə ar
tır və getdikcə ağır və sosi
al problemə çevrilir. ABŞda
2004 cü ildə hər min uşaq
dan 68də həmin sindrom
özünü göstərirdisə, 2014cü
ildə hər min uşaqdan 150si
onunla üzləşib”.
Tədbirin davamında hə
kim lər Kamran Salayevin
“Autizmin diaqnostik me
yarları”, Nigar Sədiyevanın
“Uşaq inkişafı və onun
qiymətləndirilməsi”, psixoloq
Turanə Əliyevanın “Autizm
spektr pozuntusu diaqno
zu olan uşaqların psixi sağ
lamlıq ehtiyaclarının təhsil
vasitəsilə
dəstəklənməsi,
mövcud problemlər və inki
şaf imkanları”, Rima İbadova
nın “Autizmlə yanaşı sıx rast
lanan epileptik sindromlar və
bu uşaqlarda elektroensefa
loqrammanın xüsusiyyətləri”,
İkram Rüstəmovun “Autizm
spektr pozuntlarında medi
kal müalicə üsulları” mövzu
larında məruzələri dinlənilib.
Sonda isə “Birgə və Sağlam”
İctimai Birliyinin sədri Aytən
Zeynalova çıxış edib.
Qeyd edək ki, tədbir Azər
bay can Tibb Universitetinin
Tədris Terapevtik Klinika
sı, Tibb Universitetinin Psi
xiatriya Kafedrası, İctimai
Səhiyyə və İslahatları Mərkəzi
(İSİM), “Birgə və Sağlam” İcti
mai Birliyi və “Lider Qadınlar”
İctimai Birliyinin təşkilatçılığı
ilə keçirilib.
Azərbaycanda autizmli uşaqların sayı artır
ATU-nun mətbuat xidməti
15 aprel 2017-ci il
7
http://w w w.amu.edu.az
Aprelin 12-də tanınmış şair-
publisist, Əməkdar jurnalist Eldar
İsmayılın anadan olmasının 75
illiyi Rəşid Behbudov adına Mahnı
Teatrında geniş şəkildə qeyd edil-
di. Keçirilən təntənəli yubiley
mərasimində də mübariz şairin
həyat və yaradıcılığının ictimai də-
yəri, məfkurəvi mahiyyəti diqqət
mərkəzində oldu.
Ədəbibədii məclisin aparı
cısı, Azərbaycan Yazıçılar Birli
yi Qarabağ bölməsinin rəhbəri,
şairədəbiyyatşünas
Ənvər
Əhməd şair dostunun yubiley
sevincini bölüşməyə, onu sə
mi mi təbrik etməyə toplaşan
ları salamlayaraq, Eldar İsmayılı
sözün qüdrətinə önəm verən,
onu yurdsevərlik vasitəsinə
çevirən şair, yazıçı, publisist
kimi səciyyələndirdi. O bildirdi
ki, Azərbaycan mədəniyyətinin
zəngin bədiietnoqrafik qay
naqlarından olan Göyçə sazsöz
məktəbinin istedadlı yetirməsi
olan Eldar İsmayıl ömrünün 50
ilini anadilli ədəbiyyatımızın
zənginləşməsinə, milli yaddaşın
qorunmasına xidmətdə keçir
mişdir. Yaradıcılığının yetkinlik
çağını yaşayan söz ustası bu
gün də məhsuldar çalışır, oxu
cuları ilə sıx ünsiyyət saxlayır.
75 yaşlı şairpublisistin
mənalı həyatı və zəngin yaradı
cılığı barədə məlumat verən jur
nalist Arif Məmmədli bildirdi ki,
onun keçdiyi kəşməkəşli ömür
yolu, toxunduğu mövzular hər
kəs üçün maraqlıdır. Günümü
zün mühüm hadisələrinə əlüstü
cavab verməsi Eldar İsmayıl ya
radıcılığını səciyyələndirən baş
lıca xüsusiyyətlərdəndir. Elə bir
tarixi gün, ictimai maraq kəsb
edən hadisə yoxdur ki, onun
yaradıcılıq emalatxanasında ci
lalanaraq nəsrə, yaxud poetik
nümunəyə çevrilməsin. Şairin
mövzu dairəsi olduqca geniş
dir. Yaradıcılığının fövqündə
vətəndaşlıq,
şeirlərinin
nüvəsində yurd sevgisi dayanır.
Mərasimdə Azərbaycan Ya
zıçılar Birliyinin əməkdaşı,
şair Dayandur Sevgin AYB
sədri Anarın 75 illik yubile
yi münasibətilə Eldar İsmayıla
təbrikini səsləndirdi. Yubiliyarı
təbrik edənlər onun yaradıcılığı
nın ictimaiestetik dəyərini qeyd
etdilər, Eldar İsmayıla möhkəm
cansağlığı, yeni yaradıcılıq
uğur ları arzuladılar.
Azərbaycan Aşıqlar Birliyinin
sədri, Nizami adına Ədəbiyyat
İnstitutu direktorunun müavini,
Əməkdar elm xadimi Məhərrəm
Qasımlı Eldar İsmayıl yara
dıcılığının
estetiketnoqrafik
xüsusiyyətlərindən söz açdı.
Oxucuların təsəvvüründə yara
dıcılığı və şəxsiyyəti ilə Ulu Göyçə
dəyərləri ilə eyniyyət qazanmış
yubilyar haqqında görkəmli elm
və sənət xadimlərinin söylədiyi
dəyərli fikirləri xatırladan alim
Xalq şairi Hüseyn Arifin El
dar İsmayıl poeziyasına verdiyi
qiyməti də yada saldı: “Elda
rın yaradıcılığında məni özünə
çəkən cəhət şairin torpağada
şa bağlılığı, ataanaya, elobaya
istəyi, sadə, mehriban zəhmət
adamlarına məhəbbəti, bunun
la yanaşı əliəyrilərə, yaltaqlara,
cəmiyyətimizdə alaq otuna çev
rilmiş tüfeylilərə olan nifrətdir.
Dili saz dilidir: aydın, obrazlı,
axıcı”.
Tarix üzrə fəlsəfə dokto
ru Nazim Mustafa isə qaç
qınlığın ilk günlərindən Qərbi
Azərbaycanla bağlı tarixi fakt
ların toplanılıb işlənməsində,
erməni xəyanət və cinayətlərinin
salnamələşdirilməsində, ədəbi
bədii vasitələrlə geniş oxucu
kütləsinə çatdırılmasında Eldar
İsmayılın müstəsna xidmətlərini
vurğuladı. Azərbaycan Pedaqoji
Universitetinin professoru İbra
him Bayramov yubiliyarın yurd
itkisini düşmənə qarşı kəsərli
silaha çevirmiş poeziyasının,
tarixi mövzulu nəsrinin qaç
qınköçkün taleyi yaşayan soy
daşlarımızın estetik tələbatının
ödənilməsində önəmli rolunu
qeyd etdi. ATUnun professo
ru İbadulla Ağayev yubilyarın
çoxşaxəli yaradıcılığı ilə bağlı
səmimi duyğularını bölüşdü və
şairin yaradıcılığından müxtəlif
nümunələr səsləndirdi.
Xalq artisti, tanınmış tele
radio diktoru Eldost Bayra
mov şairin dillər əzbəri olan
şerlərini səsləndirdi. Əməkdar
mədəniyyət işçisi Aşıq Gülarə
Azaflı və Aşıq Roman Azaflı, Aşıq
Dəmir Gədəbəyli, “Çeşmə” aşıq
qrupu, Əməkdar artist Rahidə
Bəndəliyeva, xanəndə Rəşid Hü
seynli və başqa sənətçilər Eldar
İsmayılın nəğmələşmiş şerlərini
coşğu ilə ifa etdilər.
Sonda Eldar İsmayıl yaradıcı
lığına verilən dəyərə, söylənən
xoş sözlərə görə minnətdarlıq
etdi, həyat məramına və estetik
idealına bundan sonra da sadiq
qalacağını bildirdi.
Qabil ABDULLAYEV
TANINMIŞ ŞAİR ELDAR İSMAYILIN 75 İLLİK YUBİLEYİ KEÇİRİLDİ
Azərbaycan Tibb Univer
si te ti nin Həmkarlar İttifaqı
Komi tə sinin rəyasət heyəti
nin iclası keçirilib.
İclasda ATU-nun Həm-
kar
lar İttifaqı Komitəsinin
(HİK) sədri Cahangir Qasımov
bil
di
rib ki, universitetde ni-
zam-intizam qaydalarına cid-
di diqqət edilməlidir: “Bil-
diyiniz kimi, rektor Gəray
Gəraybəylinin təşəbbüsü ilə ATU-da bütün mühafizə sistemi dəyişdirilib, gücləndirilib.
Amma bəzi müəllimlərimiz bu qaydaya riayət etməkdə çətinik çəkir. Bəzilərinin isə bu
haqda yetərincə məlumatı yoxdur”.
C.Qasımov iclas iştirakçılarını yeni mühafizə qaydaları və strukturu ilə tanış edərək,
rəyasət heyəti üzvlərinin qarşısında duran vəzifələrdən danışıb.
İclas müzakirələrlə davam edib.
Nizam-intizam qaydaları ilə
bağlı iclas keçirildi
ATUnun Tədris Cərrahiyyə Klini
ka sında həyata keçirilən cər rahiy yə
əməliyyatları uğurla davam edir.
Piylənmənin müali cəsi ndə tətbiq
olunan konservativ metodlar öz
effektivliyini göstərsə də, çox zaman
alınan nəticə qısamüddətli olur.
Belə olan halda bariatrik cərrahi
müda xiləyə ehtiyac duyulur.
Artıq çəkidən əziyyət çəkən əməkdar
artist Nahidə Orucova da Azərbaycan
Tibb Universitetinin II cərrahi xəstəliklər
kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, tibb üzrə fəlsəfə
doktoru Elçin Abdinova müraciət edərək, artıq çəkidən əziyyət çəkdiyini bildirib. Aparılan
ətraflı müayinələrdən sonra Nahidə xanımın əməliyyatı (mədə kiciltmə-sleeve gastrecto-
my) uğurla başa çatıb və artiq əməkdar artist evə buraxılıb.
Azərbaycan Tibb Universitetinin Təd
ris Terapevtik Klinikasında “Mammoqrafiya
müayinəsi, erkən müayinənin qadınların
həyatına müsbət istiqamətdə təsirləri ilə bağlı”
məruzə edildi.
Məruzə ilə klinikamızın aparıcı mütəxəssisi, mammoloq-
radioloq Günel Qəmbərova çıxış etdi.
O, mammoqrafiya müayinəsinin süd vəzi xərçəngində
ən effektiv metod olduğunu diqqətə çatdırdı və bildirdi ki,
belə müzakirələrin aparılması çox vacibdir: “Müxtəlif pro-
filli həkimin belə bu sahədən məlumatlı olması çox vacibdır.
İlk növbədə özü üçün, daha sonra qəbul etdiyi xəstələrin
həyatı üçün önəmlidir. Ona görə də xəstələrə diaqnoz qoy-
maqda çətinlik çəkməmək üçün yetərincə tibbi biliklərə sahib
olmalıyıq. Çünki, məqsədimiz xərçəngə qədər patalogiyanı
aşkar edib, zamanında həmin insanlara kömək göstərməkdir.
Apardığım elmi işin də mövzusu sırf bununla bağlı olduğuna
görə deyə bilərəm ki, bu xəstəlikdən kifayət qədər məlumatlı
olmayan qadınlar var”.
Müzakirəyə qatılan klinikanın həkim heyəti
maarifəndirmə işlərində səylə çalışacaqlarını qeyd ediblər.
Maraqla keçən diskussiyada G.Qəmbərova ona ünvanla-
nan çoxsaylı sualları da cavablandırıb.
Əməkdar artistin mədə kiçiltmə
əməliyyatı uğurla başa çatıb
Süd vəzi xərçəngində ən effektiv metod haqqında məruzə
dinlənildi
Tədris Cərrahiyyə Klini kasında onur ğa bey
ninin boyun nahiyəsində ağır cərrahiyyə
əməliyyatı aparılıb. 60 yaşında kişi üzərində
həyata keçirilən əməliyyat uğurla başa çatıb.
Əmə liyyatı icra edən doktor Fərid Qaralovun
sözlərinə görə, pasiyent son 56 aydır get dikcə
artan tetraperez (əl və ayaq larda gücsüzlük)
şikayəti ilə klinikaya müraciət edib.
Çəkilən boyun MRT müayi nəsində xəstədə C4-7
intrame dul yar törəmə (onurğa beyin şişi) aşkarlanıb.
Cərrahi mü daxilə ilə törəmə tam xaric edilib. Əməliy-
yat sonrası xəstənin tetraperezi əvvəlki səviyyədə
qalmaqdadır.
Doktor bildirib ki, pasient üzərində aparılan bu
əməliyyat xüsusi risk daşımaqdadır. Bu səbəblə riski
minimuma endirmək üçün əməliyyat zamanı neyro-
monitordan istifadə olunub.
Onurğa beyninin boyun
nahiyəsində ağır əməliyyat aparılıb