Maddə 13. Çağırış komissiyaları
13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə
rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır:
13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri;
13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi;
13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim
komissiyasının sədri.
13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr,
oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-
veneroloq, psixoloq) iştirak etməlidirlər.
13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş
həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırmaqla təsdiq edir.
Dostları ilə paylaş: |