Maddə 21. Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi
21.1. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların
fil
iallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək
üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir:
[17]
21.1.1. ümumi təhsil müəssisələrində tam orta təhsil alan, 20 yaşınadək çağırışçılara;
21.1.2. ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta
təhsil almamış 20 yaşınadək çağırışçılara;
21.1.3. orta ixtis
as təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil
almamış 22 yaşınadək çağırışçılara;
21.1.4.
əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili
və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək;
[18]
21.1.5. xarici
ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat,
magistratura
və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada
(internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək.
[19]
21.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa
olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə
çağırılırlar.
21.3. Təhsilini davam etdirmək üçün müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət almış və müddətli
həqiqi hərbi xidmətə çağırılmamış çağırışçılar 35 yaşına çatanadək müddətli həqiqi hərbi xidmətə
çağırılırlar.
Qeyd: Bu Qanunun 21.1.4-
cü və 21.1.5-ci maddələrində nəzərdə tutulmuş qaydalar təkrar ali təhsil
a
lan çağırışçılara şamil olunmur.
|