Maddə 19. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi
19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində aşağıdakı
şəxslər olan çağırışçılara verilir:
19.1.1. başqa övladı olmayan I qrup əlil ata, yaxud ana;
19.1.2. 3 və daha çox uşaq;
19.1.3. I qrup əlil arvad;
19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata (ailədə ana
olmadıqda);
19.1.5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq imkanına malik başqa ailə
üzvləri olmadıqda.
19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 yaşa qədər
verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc dövrdə müddətli həqiqi hərbi
xidmətdən azad olunurlar və ehtiyata keçirilirlər.
Qeyd: Bu Qanunun 19.1.5-
ci maddəsində nəzərdə tutulmuş “saxlamaq imkanına malik başqa ailə
üzvləri” dedikdə çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş və ya bacısını saxlamalı,
onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik olan qardaş və ya bacının ailə üzvləri
nəzərdə tutulur.
Dostları ilə paylaş: |