rütbədən bir pillə yuxarı rütbə verilməsi
32.1. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, döyüş və
ictimai-
siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olmuş,
nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən hərbi qulluqçulara həvəsləndirmə
qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət
müddətinin ən azı yarısı keçdikdə (müharibə dövründə xidmət müddətindən asılı olmayaraq) və ya
əvvəlki hərbi rütbədə müəyyən edilmiş xidmət müddəti bitdikdə onların tutduqları ştat vəzifələri üçün
nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər.
32.2. Zabitlərə həvəsləndirmə qaydasında polkovnik (1-ci dərəcəli kapitan) hərbi rütbəsi də daxil
olmaqla vaxtından əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən
bir
pillə yuxarı hərbi rütbə bütün xidmət dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir dəfə
verilə bilər.
Dostları ilə paylaş: |