Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 34. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə32/59
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#40859
1   ...   28   29   30   31   32   33   34   35   ...   59
44 (1)

Maddə 34. Hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri 

  

34.1. Bu Qanunun 34.5-

ci maddəsində göstərilən hallardan başqa hərbi qulluqçular ştat vəzifələrində 

həqiqi hərbi xidmət keçirlər. 




34.2.  Hərbi  qulluqçular  tərəfindən  tutulmalı  olan  ştat  vəzifələri  və  bu  vəzifələrə  uyğun  hərbi  rütbələr 

hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrinhərbi qulluqçu hazırlayan xüsusi təyinatlı 

təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur. 

34.3.  Hərbi  qulluqçular  müdafiə  xarakterli  işlərin  yerinə  yetirilməsi  üçün  həqiqi  hərbi  xidmətdə 

saxlanılmaqla dövlət orqanlarına, təşkilatlara ezam oluna bilərlər. Zabitlər xidmətlərini davam etdirmək 

üçün müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən beynəlxalq təşkilatlara ezam oluna bilərlər. 

34.4.  Hərbi  qulluqçuların  xidmətdə  bir  hərbi  vəzifədən  başqa  hərbi  vəzifəyə  keçirilməsi  “Hərbi 

xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. 

34.5.  Hərbi  qulluqçular  ali  zabitlər  tərəfindən  tutulmalı  olan  hərbi  vəzifələrə,  qanunvericilikdə  başqa 

qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanının təqdimatına əsasən müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən təyin olunurlar. 

  


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin