Maddə 39. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi
39.1. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir:
39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün – 36,5 yaş;
39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 45 yaş;
39.1.3. kiçik zabitlər üçün – 48 yaş;
39.1.4. baş zabitlər üçün:
39.1.4.1. mayor, polkovnik-
leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün – 48 yaş;
39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün – 53 yaş;
39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş,
general-
polkovnik, admiral rütbələrində – 63 yaş.
39.2. Ordu generalı üçün son yaş həddi müəyyən edilmir.
39.3. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi
xidməti davam etdirməsini istisna edən əsaslar olmadıqda onlar həqiqi hərbi xidmətdə olmağın son yaş
həddinə çatanadək həqiqi hərbi xidmətdə qala bilərlər.
39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və
ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək
pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə
edənə qədər davam etdirə bilərlər).
39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi
qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi
xidmətdə saxlanıla bilərlər.
Dostları ilə paylaş: |