38.1. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir:
38.1.1.
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: ali təhsili olanlar – 1 il, qalan bütün əsgərlər,
matroslar və çavuşlar – 1 il 6 ay. Məhkəmənin hökmünə əsasən hərbi qulluqçunun intizam xarakterli
hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır;
38.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün: müddətli həqiqi hərbi xidmətdən
daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi
hərbi xidmət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hər dəfə 5
ilədək müddətə uzadılır;
38.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsində təhsil
müddətindən asılı olaraq;
38.1.4. gizirlər və miçmanlar üçün – 5 il. Sonra bu müddət tərəflərin razılığı ilə həqiqi hərbi xidmətdə
olmağın son yaş həddi çatanadək hər dəfə 5 ilədək müddətə uzadılır;
38.1.5. zabitlər üçün: ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılanlar və ya bağlaşma əsasında
həqiqi hərbi xidmətə könüllü daxil olanlar – 1 il 6 ay (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə
onlar kadr zabit heyətinə keçirilirlər), bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllüdaxil olan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər – 3 ilədək (bu müddət bitdikdən sonra tərəflərin razılığı ilə
yeni bağlaşma bağlanır).
38.2. Hərbi qulluqçular aşağıdakı müddətlərdə sərəncamda olurlar:
38.2.1. xarici ölkələrdə hərbi təhsil almaqla və ya beynəlxalq təşkilatda müvafiq vəzifəyə təyin edilməklə
əlaqədar – təhsil və ya müvafiq vəzifədə xidmət müddətində;
38.2.2. ştatların ixtisarı və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar və “Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin İntizam Nizamnaməsi”ndə nəzərdə tutulmuş qaydada vəzifədən kənar edildikdə
(barəsində cinayət təqibi həyata keçirilən hərbi qulluqçulardan başqa) – 4 aydan artıq olmamaq şərti
ilə;
38.2.3. xəstəliyə görə 4 aydan artıq müalicədə olduqda – həmin
müalicə müddətində;
38.2.4. hamiləliyə və ya doğuşa, yaxud 3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz məzuniyyətə
çıxdıqda - məzuniyyət müddətində;
38.2.5. 3 yaşınadək uşağı təkbaşına böyüdən kişi cinsli hərbi qulluqçu uşağa qulluq etmək üçün
ödənişsiz məzuniyyətə çıxdıqda - məzuniyyət müddətində.
38.3. Bu Qanunun 38.2-
ci maddəsində nəzərdə tutulmuş sərəncamda olma müddəti həqiqi hərbi
xidmət müddətinə daxil edilir.
38.4. Barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi qulluqçu sərəncama çıxarılır və onun həbsdə
olduğu müddət, cinayət işinə xitam verildikdə və ya bəraət hökmü çıxarıldıqda, həqiqi hərbi xidmət
müddətinə daxil edilir.
38.5. Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış və müddətli həqiqi hərbi
xidmət dövründə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları (şərti məhkum edilmiş şəxslərdən və bu Qanunun 42.0.3-cü
maddəsində nəzərdə tutulmuş hallardan başqa), məhkumluğu ödənildikdən (üzərindən götürüldükdən)
sonra, müddətli həqiqi hərbi xidmətə çağırışın son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə
yararl
ı hesab olunarlarsa, müddətli həqiqi hərbi xidmət müddətinin çəkilməmiş hissəsini keçmək üçün
hərbi xidmətə çağırılırlar.
Dostları ilə paylaş: