«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»


Qarşıdakı ildə zabit heyətindən yuxarı vəzifələrə irəli çəkilmək və oxumağa



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   ...   16   17   18   19   20   21   22   23   ...   48
herbi xidmet kecme

Qarşıdakı ildə zabit heyətindən yuxarı vəzifələrə irəli çəkilmək və oxumağa 
göndərilmək üçün ehtiyatın uçotuna dair 
 İZAHAT 
 
1. Yuxarı vəzifələrə irəli çəkilmək və oxumağa göndərilmək üçün ehtiyatın uçotu aşağıdakı 
şəkildə aparılır: 
a) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumunun 
rəisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının müvafiq 
icra hakimiyyəti orqanının nomenklaturuna aid vəzifələrə təyin edilmək üçün zabit
ehtiyatlarının uçotunu; 
b) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və müvafiq qurumların 
rəisləri tərəfindən öz nomenklaturaları və Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının nomenklaturası vəzifələrinə təyin edilmək üçün müvafiq icra
hakimiyyəti orqanının ehtiyatının uçotunu; 
v) Silahlı Qüvvələr növlərinin müvafiq qurumlarının rəisləri, qoşun növlərinin 
komandanları (rəisləri) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının 
idarələrinin, müstəqil şöbələrinin, xidmətlərinin rəisləri və birləşmə (idarələr, hərbi təhsil 
müəssisələri, müəssisələr, təşkilatlar) müvafiq qurumun rəisi də daxil olmaqla, aşağı müvafiq 
qurumların rəisləri tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının, Komandanın (komandirin, rəisin) nomenklaturuna və yuxarı instansiyaların
nomenklaturuna aid vəzifələrə təyin edilmək üçün nəzərdə tutulan zabit ehtiyatı heyətinin 
uçotunu; 
q) hərbi hissə komandiri tərəfindən — hərbi hissə zabitlərindən yuxarı vəzifələrə irəli 
çəkilməyə və oxumağa göndərilməyə layiq olan zabitlər heyəti ehtiyatının uçotunu. 
2. Qarşıdakı ildə hərbi qulluqçuları yuxarı vəzifələrə irəli çəkmək və oxumağa göndərmək 
üçün ehtiyat siyahısına fərdi qaydada daxil etmək üçün hərbi qulluqçunun attestasiyasının 


nəticələri, qərargahın, qoşun növləri və xidmət rəislərinin, müvafiq qurumların rəyləri və hərbi
qulluqçunun əməli işdə öyrənilməsinin nəticələri nəzərə alınmaqla müvafiq birbaşa rəisin 
(hərbi hissə, birləşmə və i.a. komandirinin) qəbul etdiyi qərar əsas götürülür. 
3. Yuxarı instansiyaların təyin edəcəyi nomenklatura vəzifələrinə irəli çəkilmək, yaxud belə 
vəzifələrdən oxumağa göndərilmək üçün tövsiyə edilmiş zabitlər heyətindən olan şəxslər 
haqqında (informasiya kimi) komanda üzrə təyin edən instansiyanın müvafiq qurumuna qədər
məlumat verilir. 
4. 4-cü qrafada namizədlərin hazırlanmasına aid tədbirlər göstərilir: toplanışlara, kurslara 
(nə vaxt, hansı kurslara və hansı profil üzrə) göndərilsin, namizədin təlimdə və bir pillə yuxarı 
vəzifənin icrası zaman fəaliyyəti öyrənilsin, söhbətlər aparılsın (hansı məsələlər üzrə, kim
aparır), qəbul imtahanlarına hazırlaşmaq üçün boş vaxt verilsin və i.a. 
5. 5-ci qrafada hərbi qulluqçunun yuxarı vəzifəyə təyin edilməsi, oxumağa göndərilməsi, 
hərbi hissədən getməsi, yaxud ehtiyat siyahısından çıxarılması barədə qeyd edilir və qeydin 
əsası göstərilir. 
Hərbi qulluqçunun ehtiyat siyahısından çıxarılması barədə qərar hərbi qulluqçu işinin 
keyfiyyətini pisləşdirdikdə, yaxud onun yuxarı vəzifəyə təyin edilməsinin və ya oxumağa 
göndərilməsinin qeyri — mümkünlüyünü göstərən qəbahətlərə yol verdikdə, bu izahatın 2-ci
bəndində göstərilən rəislər tərəfindən qəbul edilir. 
6. Zabit heyətindən olan şəxslərin ehtiyat siyahısına daxil edilməsi və ehtiyat siyahısından 
çıxarılması hərbi qulluqçuya onun birbaşa böyük rəisi tərəfindən şəxsi söhbətdə bildirilir. 
7. Yuxarı vəzifələrə irəli çəkilmək və oxumağa göndərilmək üçün ehtiyatın uçotu ayrıca 
kitablarda aparılır. 
Müvafiq qurumların rəisləri ehtiyat siyahısına daxil edilmiş hərbi qulluqçuları 
səciyyələndirən məlumatları bilməli və nəzərə almalı, kadrları əməli işdə öyrəndikcə bu 
məlumatları dəqiqləşdirməli və tamamlamalıdırlar. 
«Hərbi xidmətkeçmə haqqında» 
Əsasnaməyə 
10 saylı ƏLAVƏ 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin