«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»


Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə19/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   ...   15   16   17   18   19   20   21   22   ...   48
herbi xidmet kecme

 Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması 
bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin 
edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq 
həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin 
kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) 
üçün təqdimatların tərtib edilməsi
QAYDALARI 
 
1. Təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda 
üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. 
Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı
olaraq müəyyən edilir. 
2. Təqdimatda göstərilir: 
a) hərbi qulluqçunun olduğu və verilməyə təqdim edildiyi hərbi rütbələr haqqında — 
həmin hərbi rütbələrin adı tam (ixtisarsız) göstərilir. Hərbi qulluqçu bərabər hərbi rütbəyə 
yenidən attestasiya olunduqda, yaxud əvvəlki hərbi rütbəyə bərpaya təqdim edildikdə, bu 
barədə verilməsi lazım olan hərbi rütbədən sonra müvafiq olaraq göstərilir: «yenidən 
attestasiya qaydasında», yaxud «hərbi rütbəyə bərpa qaydasında». Hərbi qulluqçu hərbi 
rütbəsinin aşağı salınmasına təqdim edildikdə, hansı hərbi rütbəyə qədər aşağı salınması
göstərilir, hərbi rütbədən məhrum etməyə təqdim edildikdə isə hansı rütbədən məhrumedilmə 
göstərilir; 
b) hərbi qulluqçunun tutduğu və təyin olunmağa təqdim edildiyi vəzifələr haqqında — 
həmin vəzifələrin ştata görə tam adı, müəyyən edilmiş hallarda isə ştatda göstərilən ixtisar adı. 
Başqa hərbi hissəyə (birləşməyə, birliyə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
növünə) keçirildikdə, hara və hansı vəzifəyə keçirilməsi, yaxud hərbi qulluqçunun hansı 
vəzifələrdə istifadə oluna bilməsi göstərilir; 
v) milliyyəti, təhsili, döyüş əməliyyatlarında iştirakı, xəsarət (yaralanma, travma, 
kontuziya) almaları haqqında — xidməti vərəqənin müvafiq bölmələrində yazıldığı kimi;
68
q) Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət haqqında — həqiqi hərbi 
xidmətin başlandığı ay və il. Hərbi xidmətdə fasilələr olubsa, onda xidmətə təyinedilmə və 
buraxılma ayı və ili göstərilməklə həqiqi hərbi xidmətin bütün mərhələləri ardıcıllıqla yazılır. 
Ehtiyatdan 1 il 6 aylığa çağırılmış, yaxud ehtiyatdan həqiqi hərbi xidmətə könüllü gəlmiş 
zabitlər üçün hərbi xidmətin başlanmasından bir ay və bir il sonra müvafiq olaraq «çağırışla 1 il 
6 aylığa», «könüllü qaydada 3 illiyə» yazılır. 
3. «Təqdimatın əsaslandırılması» adlı II bölmədə göstərilir: 
a) növbəti hərbi rütbə verilməsinə təqdim edilərkən — hərbi qulluqçunun işgüzar və 
mənəvi keyfiyyətlərinin, peşə hazırlığının, vəzifə borclarını mənimsəmə dərəcəsinin, döyüş və 
səfərbərlik hazırlığının yüksəldilməsində şəxsən gördüyü işlər və əldə edilən nəticələrin,
komandirlik etdiyi bölmədə (hərbi hissədə, birləşmədə) hərbi intizamın və qayda-qanunun 
möhkəmləndirilməsi, yaxud cavabdeh olduğu iş sahəsində vəziyyətin qısa xarakteristikası. 
Axırıncı attestasiyada qeyd olunan çatışmazlıqlar nə dərəcədə aradan qaldırılıb. 
Polkovnik, ona bərabər və daha yuxarı növbəti hərbi rütbə verilməsi, vaxtından əvvəl 
növbəti hərbi rütbə, yaxud tutduğu vəzifə üzrə ştatla nəzərdə tutulan hərbi rütbədən bir pillə 
yuxarı hərbi rütbə verilməsi, hərbi rütbənin aşağı salınması və əvvəlki hərbi rütbəyə bərpa 


edilməsi, hərbi rütbədən məhrum edilməsi ilə əlaqədar təqdimatlarda bundan başqa əsas 
vəzifələrdə xidmət illəri də göstərilir. 
Vaxtından əvvəl hərbi rütbə, yaxud tutulan vəzifə üzrə ştatla nəzərdə tutulan hərbi 
rütbədən bir pillə yuxarı hərbi rütbə verilməsi ilə əlaqədar təqdimatlarda, həmçinin hərbi 
qulluqçunun hansı konkret xidmətlərinə, ya da işdə göstəricilərinə görə hərbi rütbəyə təqdim 
edilməsi, ona əvvəllər bu qaydada hərbi rütbənin və hansının verilib-verilməməsi göstərilir. 
Hərbi qulluqçu hərbi rütbədə aşağı salınmağa, yaxud hərbi rütbədən məhrum edilməyə 
təqdim olunduğu halda onun xidməti və şəxsi keyfiyyətlərinin xarakteristikası ilə birlikdə, 
onun məhz nəyə görə hərbi rütbədə aşağı salınmağa, yaxud hərbi rütbədən məhrum edilməyə
təqdim olunması və ona əvvəllər hansı təsir tədbirlərinin görüldüyü göstərilir. Əgər hərbi 
qulluqçu hərbi rütbədə aşağı salınmağa, zabitlərin (gizirlərin, miçmanların) yoldaşlıq şərəf 
məhkəməsinin vəsatətilə təqdim edilirsə, təqdimata şərəf məhkəməsi qərarının surəti əlavə 
olunur: 
b) vəzifəyə təyin edilməyə təqdim olunarkən — təyinata hansı qaydada təqdim olunur: 
yuxarı vəzifəyə çəkilir, bərabər, yaxud aşağı pilləli vəzifəyə təyin edilir. Hərbi qulluqçu bütün 
xidmət dövrü ərzində necə attestasiya olunur (əgər qüsurları olubsa, onda onların daha 
səciyyəvi olanları göstərilir). Axırıncı attestasiyada əks olunmayan, lakin təyinat haqqında 
məsələnin həlli üçün vacib olan səciyyəvi məlumatlar. Hərbi qulluqçunun iş və mənəvi 
keyfiyyətlərinin, ictimai siyasi və peşə hazırlığının, hərbi qulluqçunun komandiri olduğu 
bölmədə (hərbi hissədə, birləşmədə) döyüş və səfərbərlik hazırlığının yüksəldilməsində, hərbi 
intizamın və qayda-qanunun möhkəmləndirilməsində, yaxud cavabdeh olduğu iş sahəsində 
vəziyyətə görə şəxsən gördüyü işlərin və əldə edilmiş nəticələrin xarakteristikası. Bu 
Əsasnamənin 78-ci və 81-ci maddələrinə müvafiq olaraq bərabər vəzifəyə, ya da aşağı vəzifəyə 
keçirməklə yerdəyişmənin əsas səbəbləri. Başqa hərbi hissəyə (birləşməyə, birliyə, Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin növünə) keçirilmənin səbəbləri. 
Əgər hərbi qulluqçu köçürülməyə onun, yaxud ailə üzvlərinin səhhətinin vəziyyəti ilə 
təqdim edilirsə, hərbi-həkim komissiyasının rəyi. Xidmətdə yerdəyişmə, yaxud köçürülmə 
hallarında göstərilməsi zəruri olan digər məlumatlar (Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində xidmət illəri və pul təminatı haqqında, ali mülki məktəbin hərbi kafedrasına 
təyinat zamanı rektorla razılaşma haqqında və s.). Təqdim olunan hərbi qulluqçu ilə kim 
söhbət edib və onun təyinata (köçürülməyə) münasibəti; 
v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: 
hərbi qulluqçunun buraxılmağa təqdim olunduğu bu Əsasnamənin maddəsi və bəndi hərbi 
geyim forması daşımaq hüququ haqqında təqdimatın başlanğıcında göstərilir; 
Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət illəri haqqında — 
müəyyənləşdirilmiş qaydada tərtib edilib hazırlanmış hesablamaya müvafiq olaraq təqvim və 
güzəştli hesabla illərin, ayların, günlərin miqdarı, hesablamanın tərtibi tarixi; 
əmək stajı nəzərə alınmaqla pensiya hüququ olan hərbi qulluqçular barədə, həmçinin 
əmək stajı illərinin sayı da göstərilir. Hərbi qulluqçunun pensiya hüququ verən xidmət illəri 
olmadıqda, onda hərbi hissənin müvafiq qurumlarının hesabladığı xidmət illəri və onların 
hansı tarixə kimi hesablandığı göstərilir; 
hərbi xidmətə yararlılıq dərəcələri — nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən 
müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında 
şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş 
şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu 
tibbi müayinəyə göndərilməyibsə bunun səbəbi göstərilir; 
xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin edilməsi haqqında — hansı yaşayış 
məntəqəsində, o cümlədən müəyyənləşdirilmiş qaydada ayrılıb saxlanan kooperativ, yaxud 
şəxsi mənzili (otağı) var; 


nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət 
illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti; 
hərbi uçota göndərilmə haqqında; 
rayon (şəhər), rayon bölgülü şəhər, Muxtar Respublika hərbi komissarlığının adı; 
həvəsləndirmə tədbirləri haqqında — hərbi geyim forması daşımaq hüququ haqqında 
vəsatət (bu Əsasnamənin 164-cü maddəsinin tələbləri nəzərə alınmaqla), təşəkkür elan edilməsi 
haqqında, buraxılarkən Təşəkkürnamə ilə təltif edilməsi, buraxıldıqda növbəti hərbi rütbə 
verilməsi haqqında.
Bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «d», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» 
bəndi üzrə buraxılarkən əlavə olunan attestasiyada əks olunmayan məlumat və şəraiti 
xarakterizə edən xüsusi səbəb və əsaslar haqqında. 
4. «Birbaşa rəislərin rəyi» adlı III bölmədə ardıcıl olaraq komandirin (rəisin), komandanın 
rəyi köçürülür — təqdimatda razılıq göstərilir, yaxud təqdimatı imzalayan hərbi hissə 
komandirinə təqdimatın yubadılması haqqında qərarın səbəbləri bildirilir. Birbaşa rəis hərbi 
rütbəyə, yaxud vəzifədə aşağı salınma, hərbi rütbədən məhrum edilmə, buraxılma haqqında 
(zabitlərin, gizirlərin, miçmanların yoldaşlıq şərəf məhkəməsinin vəsatəti ilə) təqdimatla 
razılaşmadıqda hərbi qulluqçuya qarşı hansı digər intizam cəzası tədbirinin tətbiq edilməli 
olduğu göstərilir. 
Son qərar qəbul etmək hüququ verilmiş rəisin qəti qərar qəbul etməsi üçün komanda üzrə 
göndərilməli olan, zabitlərin (gizirlərin, miçmanların) yoldaşlıq şərəf məhkəməsinin vəsatəti ilə 
hərbi rütbənin, vəzifənin aşağı salınması və həqiqi hərbi xidmətdən buraxılması haqqında 
təqdimatlar istisna olmaqla, rədd edilmiş təqdimatların bundan sonra göndərilməsi 
dayandırılır. 
Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılmasına etiraz, yaxud onun yubadılması 
haqqında qərar, ona verilmiş hüquqlar çərçivəsində və buraxılma ilə bağlı olan məsələlərin 
müəyyən olunmuş qaydalara riayət edilməklə baxılması və həlli birbaşa rəis tərəfindən qəbul 
edilir. Hərbi qulluqçuların və müvafiq rəislərin hüquqları əks etdirilmiş belə qaydalar bu 
Əsasnamənin 14, 23, 158, 159, 160-cı maddələrində verilib. 
Hərbi hissənin daimi fəaliyyət göstərən attestasiya komissiyalarında müzakirədən 
keçirilmiş təqdimatlarda müvafiq komandirin (rəisin) rəyindən sonra «Attestasiya 
komissiyasında müzakirə olunub və bəyənilib, _______________ 200 _______ il tarixli ______ 
№-li protokol» qeydi edilir. 
5. Təqdimatları imzalayan, eləcə də onlar üzrə rəylər verən rəislər şəxsi heyətin tərbiyəsi 
orqanlarının qoşun növləri və xidmət qərargahları rəislərinin fikrini nəzərə alırlar. 
6. «Müvafiq qurumun rəyi» adlı IV bölmədə təqdimatda göstərilən məsələnin həlli üzrə 
müvafiq qurumun əsaslandırılmış təklifi ifadə olunur. 
7. «Təqdimat üzrə qərar» adlı V bölmədə müvafiq qurumlar tərəfindən qərar qəbul etmək 
hüququna malik olan rəisin təqdimat üzrə qəbul etdiyi qərar (əmr) yazılır. 
8. «Sənədin uçotu haqqında qeydlər» adlı VI bölmədə sənədə verilmiş məxfilik qrifinin 
onda ifadə olunan məlumatların məzmunlarına uyğunluğu yoxlandıqdan sonra instansiya 
üzrə ardıcıllıqla kargüzarlıq orqanları tərəfindən qeydlər yazılır. 
Eyni ünvana bir neçə təqdimat göndərildikdə, onlar müşayiət məktubu ilə göndərilirlər. 
9. Təqdimatla birlikdə aşağıdakı sənədlər göndərilir: 
vəzifəyə təyinetmə təqdim edildikdə: sonuncu attestasiya, müəyyənləşdirilmiş hallarda isə 
xidməti xasiyyətnamə; 
şəxsi iş, müəyyən edilmiş nümunədə arayış və digər sənədlər (onların təqdimolunma 
zərurəti yuxarı müvafiq qurum tərəfindən göstərilibsə); 
zabitlərin, gizirlərin, miçmanların yoldaşlıq şərəf məhkəməsi (şərəf məhkəməsinin vəsatəti 
ilə vəzifəsi aşağı salınmağa təqdim edilərkən) qərarının surəti; 


ali zabit heyətinə hərbi rütbə verilməyə təqdim edildikdə
parad formasında 9x12 ölçülü fotoşəkillə müəyyən edilmiş nümunədə arayış; 
hərbi rütbədən məhrum edilməyə təqdim edildikdə; 
hərbi qulluqçunun inzibati istintaq (əgər o keçirilibsə) materialları üzrə rəy əlavə edilmiş 
şəxsi işi; 
xidməti xasiyyətnamə; 
xidmət kartoçkası; 
həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə:
söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, 
axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 
158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); 
ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət 
hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər; 
məhkəmənin hökmünün surəti (bu Əsasnamənin 158-ci maddəsi ilə buraxıldıqda). 
69





«Hərbi xidmətkeçmə haqqında» 
Əsasnaməyə 
9 saylı ƏLAVƏ 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin