hərbi
hissənin,
bölmənin, birləşmənin buraxılan komandiri əvəzində sıraya yeni təyin
edilmiş komandir komandanlıq edir (əgər bu hərbi hissənin, bölmənin, birləşmənin komandiri
buraxılırsa);
hərbi hissənin, bölmənin, birləşmənin buraxılan komandiri (həqiqi hərbi xidmətdən
buraxılan hərbi qulluqçular) yola salınmanı təşkil edən rəisin yanında durur (dururlar);
yeni təyin edilmiş komandir şəxsi heyətin sıraya düzülməsi barədə yola salınmanı
təşkil
edən rəisə raport verir. Məsələn: «Yoldaş general-mayor, 110-cu motoatıcı alay, alayın
komandiri polkovnik Nəcəfovun ehtiyata (istefaya) yola salınması üçün düzülmüşdür».
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müddətli həqiqi hərbi xidmətdən buraxılarkən
hərbi hissə komandirinin müavini hərbi hissə komandirinə raport verir. Məsələn: «Yoldaş
polkovnik, 110-cu motoatıcı alay müəyyən olunmuş xidmət müddətlərini başa vurmuş hərbi
qulluqçuların təntənəli surətdə ehtiyata yola salınması münasibətilə düzülmüşdür».
komandirin (müddətli hərbi xidmət hərbi qulluqçularının) yola salınmasını
təşkil edən rəis
hərbi hissənin, bölmənin, hissənin sırası önündən keçdikdən sonra onun (onların)
buraxılmaları barəsindəki əmri elan edir, ona (onlara) öz arzularını bildirir, habelə mükafatları
elan edir və ona (onlara) buraxılmaları münasibətilə təltif olunduğu (olunduqları) fərmanları
təqdim edir;
buraxılan komandirin (həqiqi hərbi xidmət hərbi qulluqçularının) xidmətlərini qeyd etmək
istəyən digər şəxslərə şəxsi heyətin sırası önündə çıxış etməyə və ona (onlara) öz arzularını
çatdırmağa
icazə verilir;
buraxılan komandirə (tərxis olunan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına)
onun (onların) xahişi ilə cavab nitqi söyləmək üçün söz verilə bilər.
8. Hərbi hissənin, bölmənin komandirinin (müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının) təntənəli surətdə yola salınmaları münasibəti
ilə düzülüşdə Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Sıra Nizamnaməsində göstərilən tələblərə uyğun olaraq hərbi
hissənin (birləşmənin) Döyüş Bayrağı sıra önünə gətirilir. Hərbi hissə təntənəli marşla ötüb
keçməzdən əvvəl buraxılmış komandir (müddətli həqiqi hərbi xidmətdən buraxılan hərbi
qulluqçuların nümayəndəsi) Döyüş Bayrağı ilə aşağıdakı qaydada vidalaşır:
«Farağat» komandasından sonra qərargah rəisinin müavini bayraqdarın önündə dayanıb
«Bayraqdar, arxamca addımla - Marş» komandası verir və onu öz assistentləri ilə sıra boyunca
ortaya qədər aparır, sonra irəliyə göndərir və bayraqdarı hərbi hissə (birləşmə) sırasının 30 —
40 addımlığında sıra önündə saxlayır;
Döyüş Bayrağı ilə hərəkət vaxtı orkestr
«Qarşılama marşı» (təbilçilər isə
«Bayraq altına»
havasını) çalır;
buraxılan komandir (müddətli həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların
nümayəndəsi) Döyüş Bayrağına yaxınlaşır, dizi üstə çökür və Döyüş Bayrağını öpür. Buraxılan
komandir (müddətli xidmətdən buraxılan hərbi qulluqçuların nümayəndəsi) Döyüş bayrağı ilə
vidalaşdıqdan sonra öz yerinə dönür. Döyüş Bayrağı (əks qayda ilə) öz yerinə aparılır.
9. Yolasalınma Azərbaycan Respublikası Silahlı Qüvvələri Sıra Nizamnaməsinin tələblərinə
uyğun tərzdə hərbi hissənin (bölmənin) təntənəli marşı ilə qurtarır.
10. Birlik komandanlarının yola salınmaları birləşmələrin komandirlərinin yola salınması
üçün göstərilən qayda ilə icra olunur.
Dostları ilə paylaş: