«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»


AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNDƏ EHTİYATDA OLANLARIN



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə13/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   ...   9   10   11   12   13   14   15   16   ...   48
herbi xidmet kecme

AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNDƏ EHTİYATDA OLANLARIN 
XİDMƏT KEÇMƏSİ
169. Hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan 
azad edilmiş hərbi qulluqçular (xəstəliyə görə hərbi uçotdan çıxarılanlardan başqa) ehtiyata 
keçirilirlər. 
170. Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna 
olmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından buraxılan hərbi qulluqçular, 
habelə hərbi xidmətdən azad edilən və ehtiyata keçirilən şəxslər yaşayış yerlərinə çatandan 
sonra üç gün müddətində hərbi uçota durmaq üçün hərbi komissarlıqlara gəlməyə 
borcludurlar. 
60
Yaşayış yerlərini 3 aydan artıq müddətə dəyişən hərbi vəzifəlilər və çağırışçılar yaşayış 
yerləri üzrə hərbi uçotdan çıxmalı, yeni, yaxud müvəqqəti yaşayış yerində hərbi uçotda 
durmalıdırlar. 
Ehtiyata keçirilən şəxslər vaxtaşırı rayon (şəhər) hərbi komissarlıqlarında belə məqsədlər 
üçün yaradılan tibbi müayinə komissiyalarında tibbi müayinəyə cəlb edilirlər. Bu halda hərbi 
və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına
çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların uçotuna qaytarılır 
(Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və 
onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu komissiyaların 
tərkibində iştirak etmək üçün həkimlər və başqa lazımi tibbi heyət müalicə müəssisələrindən 
müvafiq icra hakimiyyəti orqanları tərəfindən ayrılırlar. 
61
Göstərilən komissiyaların işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində 
onların orta əmək haqları saxlanılır. 
171. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyat şəxsi heyəti aşağıdakılardan 
yaradılır: 
a) əsgərlərdən, matroslardan və çavuşlardan: 
Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq həqiqi 
hərbi xidməti qurtardıqdan sonra, habelə xəstəliklərə, yaxud ailə vəziyyətinə görə ehtiyata 
buraxılmış əsgərlərdən, matroslardan, çavuşlardan və hərbi inşaatçılardan; 
rayon (şəhər) çağırış komissiyalarının qərarı ilə dinc dövrdə hərbi xidmətə yararsız 
sayılmış kişi cinsindən olan çağırış yaşlı (18—35 yaşlı) vətəndaşlardan;
62
Azərbaycan Respublikasının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın 
Əsasları haqqında» Qanununun tələblərinə, yaxud Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanının fərmanlarına uyğun olaraq həqiqi hərbi xidmətdən möhlət almış və son 
çağırış yaşına (35 yaşa) qədər hərbi xidmət keçməyən kişi cinsindən olan vətəndaşlardan; 
63


bu maddədə göstərilən cəzaçəkmə müəssisələrindən azad edilmiş və məhkəmənin hökmü 
ilə müəyyən edilmiş cəza növlərini çəkib qayıtmış vətəndaşlardan; 
64
b) müddətdən artıq həqiqi hərbi xidmət əsgərlərindən, matroslarından və çavuşlarından; 
Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq könüllü həqiqi hərbi 
xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış hərbi qulluqçulardan; 
Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər, matros və çavuş vəzifələrində 
könüllü surətdə həqiqi hərbi xidmət keçmiş və müxtəlif əsaslara görə ehtiyata buraxılmış qadın 
hərbi qulluqçulardan; 
Azərbaycan Respublikasının ali və orta ixtisas məktəblərində, Azərbaycan Respublikasının 
KHVİTC-nin təhsil təşkilatlarında, kurslarda, yaxud əməli işdə tibbi və başqa ixtisaslara 
yiyələnmiş, yaxud «Ehtiyatda olan gizir, miçman, əsgər və çavuşların uçotu haqqında 
Təlimatda göstərilən ixtisaslar almış, Azərbaycan Respublikası Silahlı Qüvvələri ehtiyatında 
olan 19 yaşından 45 yaşına qədər hərbi xidmətə yararlı olan qadınlardan; 
v) gizirlərdən və miçmanlardan: 
Azərbaycan Respublikası Silahlı Qüvvələrində könüllü həqiqi hərbi xidmət keçmiş və 
müxtəlif əsaslara görə ehtiyata buraxılmış gizir və miçmanlardan; 
q) zabitlərdən: 
həqiqi hərbi xidmətdən buraxılıb ehtiyata keçirilmiş zabitlərdən; 
həqiqi hərbi xidmət keçmiş və ehtiyata buraxılarkən müəyyən olunmuş imtahanları 
verdikdən sonra zabit rütbəsi almış ali təhsilli çavuşlardan, əsgərlərdən və matroslardan; 
mülki ali və orta ixtisas məktəblərində hərbi hazırlıq keçmiş müəyyən olunmuş 
imtahanları verdikdən sonra zabit rütbəsi almış şəxslərdən; 
hazırlıq profilinə görə müvafiq hərbi ixtisasa yaxın olan mülki ali, yaxud orta ixtisas təhsili 
almış gizirlərdən, miçmanlardan, çavuşlardan, əsgərlərdən və matroslardan onlara zabit 
rütbəsi verildikdən sonra; 
həqiqi hərbi xidmətdə olmuş ali və orta təhsillə təlim toplanışlarından sonra ehtiyat 
zabitləri hazırlanması üçün müəyyən olunmuş imtahanları vermiş ehtiyatda olan gizirlərdən, 
miçmanlardan, çavuşlardan, əsgərlərdən və matroslardan.
172. Azərbaycan Respublikasının «Hərbi xidmət haqqında» Qanununa uyğun olaraq, 
ehtiyatda olan hərbi vəzifəlilər yaş dərəcələrinə bölünür və aşağıdakı yaş hədlərinə qədər 
ehtiyatda qalırlar: 
Hərbi vəzifəli qadınlar yaşlarından və hərbi rütbələrindən asılı olmayaraq üçüncü dərəcəli 
ehtiyata keçirilirlər. 
Hərbi vəzifəli qadınların ehtiyatda olmasının yaş həddi 50 yaşdır. 
Hərbi həkim komissiyası tərəfindən xəstəliyə görə dinc dövrdə 6, yaxud 12 aydan sonra 
yenidən müayinədən keçməklə, müharibə dövründə hərbi xidmətə yararsız sayılan hərbi 
vəzifəlilər üçüncü dərəcəli ehtiyata keçirilirlər. 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan gizirləri, miçmanları, 
çavuşları, əsgərləri və matroslarının uçotu qaydası «Ehtiyatda olan gizir, miçman, əsgər və 


çavuşların uçotu» haqqında Təlimata» uyğun tərzdə təşkil olunur, hərbi vəzifəlilərin və 
ehtiyatda olan zabit heyətinin attestasiyası, ehtiyatda olan hərbi vəzifəlilərin hərbi 
qulluqçuların ilk ehtiyat zabiti rütbəsinə təqdim olunmaları, ehtiyat zabitlərinin növbəti hərbi 
rütbələrə təqdim edilmələri, habelə ehtiyat zabitlərinin uçotunun təşkili qaydaları Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin ehtiyat zabitlərinin uçotu və attestasiyasına dair Təlimatın 
tələbləri əsasında təşkil edilir. 
173. Ehtiyatda olmağın yaş həddini keçmiş, yaxud hərbi-həkim komissiyaları tərəfindən 
hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular hərbi uçotdan 
çıxarılır və istefaya keçirilirlər. 
174. Hərbi vəzifəlilər hər an Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 
durmaq üçün daim hazır olmağa, özlərinin hərbi hazırlıqlarını inadla artırmağa borcludurlar. 
175. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi (təlim və yoxlama) və xüsusi 
toplanışlara çağırılırlar. 
Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada 
çağırılırlar: 
birinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla beş dəfə, lakin il 
ərzində bir dəfədən çox olmayaraq; 
ikinci dərəcəli ehtiyatda olanlar — hər dəfə iki ay müddətinə olmaqla üç dəfə, lakin il 
ərzində bir dəfədən çox olmayaraq; 
üçüncü dərəcəli ehtiyatda olanlar — bir ay müddətinə bir dəfə. Ehtiyatda olan birinci 
dərəcəli uçuş heyəti bu maddədə göstərilən təlim toplanışlarında iştirakdan başqa, birinci 
dərəcə üzrə ehtiyatda olma müddətində, habelə uçuş təlimi keçmək üçün hər biri 40 gün
müddətinə olmaqla beş dəfə toplanışa çağırılırlar.
Toplanışlar arasında ehtiyatda olan zabitlərlə Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı və hərbi komissarlıqlar tərəfindən təşkil edilən 30-60 tədris saatı həcmində 
komandir məşğələləri keçirilir. Ehtiyatda olan zabitlər komandir məşğələlərinə üç ildə bir dəfə 
cəlb olunurlar. Məşğələlər yaşayış yerləri üzrə keçirilir: şəhərdə yaşayanlarla — istehsalatdan 
ayrılmadan, yaxud cüzi ayrılmaqla (bütün təlim müddətində iki sutkayadək): kənd yerlərində 
yaşayanlarla — istehsalatdan ayrılmaqla. 
Zabit vəzifəsi tutmaq üçün hazırlanan birinci dərəcəli hərbi vəzifəlilər üç aylıq təlim 
toplanışına çağırılırlar. 
Hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına 
da çağırıla bilərlər. 
Hərbi toplanışların vaxtı və müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilir. 
Hərbi toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı hər il Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. 
Ehtiyatda olma dövründə hərbi toplanışların ümumi müddəti 18 aydan çox olmamalıdır. 
Hərbi vəzifəlilər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə 
fövqəladə vəziyyət şəraitində, fövqəladə vəziyyətlərin nəticələrini aradan qaldırmaq, yaxud 
qarşısını almaq üçün (böyük qəzalar, təbii fəlakət, güclü epidemiya və başqa hallarda
respublika əhalisinin hamısının, yaxud bir qisminin həyatını, yaxud normal həyat şəraitini 
təhlükəyə uğradan, yaxud uğrada bilən vəziyyətlərdə) üç ay müddətinə xüsusi toplanışlara 
çağırıla bilərlər. 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə lazım gəldikdə 
hərbi vəzifəlilər qüvvədə olan qanunlara əsasən müəyyən edilmiş hərbi və xüsusi toplanışlarda 
vaxtından artıq üç ay müddətinə saxlanıla bilərlər. 
176. Hərbi vəzifəlilərə ilk zabit rütbəsi bu Əsasnamənin 57 və 58-ci maddələrinə əsasən 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 


 177. Ehtiyatda olan zabitlərin hərbi rütbələrdə olma müddəti belə müəyyən edilir: 
kiçik leytenant rütbəsində — 3 il; 
leytenant rütbəsində — 3 il; 
baş leytenant rütbəsində — 4 il; 
kapitan rütbəsində — 4 il; 
mayor rütbəsində — 5 il; 
polkovnik-leytenant rütbəsində — 6 il.
178. Ehtiyatda olan zabitlərə baş leytenant hərbi rütbəsi də daxil olmaqla baş leytenantadək 
növbəti hərbi rütbələr bu Əsasnamənin 177-ci maddəsinə əsasən əvvəlki rütbədə olma müddəti 
bitdikdən sonra və müsbət attestasiya olunduqda verilir. 
Ehtiyatda olan zabitlərə kapitandan polkovnikədək (polkovnik hərbi rütbəsi də daxil 
olmaqla) növbəti hərbi rütbələr bu Əsasnamənin 177-ci maddəsinə əsasən əvvəlki rütbədə 
olma müddəti bitdikdən sonra, müsbət attestasiya olunduqda və vəzifəsi üzrə tədris 
toplanışlarını müvəffəqiyyətlə keçdikdə verilir. 
Verilmiş hərbi rütbədə olma müddətində toplanışlardan keçməmiş ehtiyat zabitlərinə 
kapitandan başlayaraq yuxarı növbəti hərbi rütbələr xalq təsərrüfatında hərbi uçot ixtisaslara 
yaxın lazımi iş təcrübəsi, yaxud onların həqiqi hərbi xidmətə çağırılacaqları halda təyin 
ediləcəkləri vəzifələr nəzərə alınmaqla zabit heyəti vəzifələrində xidmət təcrübəsi olduqda 
verilir. 
179. Dinc dövrdə ehtiyatda olan zabitlərə hərbi rütbələr aşağıda göstərilən vəzifəli şəxslər 
tərəfindən verilir: 
kiçik zabitlərə — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı; 
baş zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı; 
ali zabitlərə — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.
180. Ehtiyatda olan zabitlərə növbəti hərbi rütbələr ardıcıllıqla verilir. 
Yüksək hazırlıqlı və hərbi xidmətdə tətbiq edilən ixtisaslar üzrə böyük təcrübəsi olan ayrı-
ayrı ehtiyatda olan zabitlərə, onlar həqiqi hərbi xidmətə təyin edildikdə (çağırıldıqda), yaxud 
müharibə dövründə qabaqcadan vəzifəyə təyin edildikdə, istisna qaydasında, xidməti 
illərindən asılı olmayaraq, bu Əsasnamənin 177-ci maddəsində nəzərdə tutulduğu qaydada, 
lakin onun təyin edildiyi vəzifədə nəzərdə tutulan hərbi rütbədən yuxarı olmayaraq, 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi 
rütbəsindən bir — üç pillə yuxarı hərbi rütbə verilə bilər. 
181. Ehtiyatda, yaxud istefada olan şəxslər hərbi intizamı, ictimai qaydaları pozduqda, 
yaxud hərbi şərəfi və hərbi rütbənin şöhrətini alçaldan nalayiq hərəkət törətdikdə, əgər əvvəl 
görülmüş intizam və ictimai tədbirlər kömək etməyibsə, onların rütbələri aşağıda göstərilən
vəzifəli şəxslər tərəfindən bir pillə aşağı salına bilər: 
gizirlərin və miçmanların — Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı, zabit rütbələri — Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı.
Ehtiyatda, yaxud istefada olan dövrdə hərbi rütbəsi aşağı salınmış şəxslər istehsalatda və 
digər ictimai faydalı işlərdə özlərini doğrultduqları hallarda hərbi rütbənin aşağı 
salınmasından ən azı 3 il keçdikdən sonra onların hərbi rütbələrini aşağı salmış şəxslər 
tərəfindən əvvəlki hərbi rütbələrinə bərpa edilə bilərlər. 
Ehtiyatda, yaxud istefada olan şəxslərin həqiqi xidmət dövründə aşağı salınmış hərbi 
rütbələri həmin göstərilən şərtlər əsasında Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən əvvəlki hərbi rütbə bərpa edilə bilər. 
Ehtiyatda, yaxud istefada olan ali zabitlər heyətindən olan şəxslərin hərbi rütbələri 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağı salına, sonra 


müvafiq halda müsbət xasiyyətnaməyə layiq görüldükdə bərpa oluna bilər. Ehtiyatda, yaxud 
istefada olan həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınmış ali zabitlər heyətindən 
olan şəxslərə əvvəlki rütbələri yenidən verilə bilər. 
Əvvəlki hərbi rütbələrində bərpa edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların 
hərbi rütbələri aşağı salınana qədər istifadə etdikləri hüquq və güzəştlər verilir. 
Həqiqi hərbi xidmət dövründə hərbi rütbəsi aşağı salınan şəxslərə hərbi rütbələri ehtiyatda, 
yaxud istefada olarkən əvvəlki hərbi rütbələri verilibsə, onda onlar həqiqi hərbi xidmətdən 
buraxıldıqları vaxt müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər. 
182. Ehtiyatda, yaxud istefada olan şəxslər ağır və ya xüsusilə ağır cinayətə görə məhkum 
edildikdə, məhkəmənin hökmü ilə hərbi rütbələrindən məhrum edilə bilərlər. Ehtiyatda, yaxud 
istefada olan gizirlər, miçmanlar və zabitlər müvafiq icra hakimiyyəti orqanı, ali zabitlər isə 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi rütbədən 
məhrum edilə bilərlər. 
65
Hərbi rütbələrindən məhrum edilmiş ehtiyatda, yaxud istefada olan şəxslərə onların 
qüsursuz davranışlarından sonra bu Əsasnamənin 68-ci maddəsinə əsasən hərbi rütbələr verilə 
bilər. 
183. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaqdan məhrum edilməsi 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində müəyyən edilmiş 
qaydada həyata keçirilir. 
184. Ehtiyatda, yaxud istefada olan şəxslərin hərbi forma daşımaq hüququndan məhrum 
edilməsi, hərbi rütbələrinin bir pillə aşağı salınması, hərbi rütbələrindən məhrum edilməsi və 
hərbi rütbələrində bərpa edilməsi barədə təqdimatlar hərbi komissarlıqlar tərəfindən irəli
sürülür və Silahlı Qüvvələr növlərinin komandanları, Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən baxılır və qərar verilmək üçün yuxarı rəislərə göndərilir. 
X I I I f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin