HƏRBİ QULLUQÇULAR TƏRƏFİNDƏN TUTULMALI OLAN VƏZİFƏLƏRİN
KOMPLEKTLƏŞDİRİLMƏSİ
31. Hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu
vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının,
müəssisələrin, hərbi təhsil müəssisələrinin) ştatlarında nəzərdə tutulur
.
14
32. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının tutmalı olduqları vəzifələr aşağıda
göstərilən şəxslərlə komplektləşdirilir:
a) gənc əsgərlər üçün müəyyən edilmiş proqram üzrə həm tədris hissələrində (çavuşlar və
mütəxəssislər — əsgərlər və matroslar hazırlayan tədris birləşmələrində, hissələrində,
mərkəzlərində, dəstə və məktəblərində), həm də bilavasitə hərbi hissələrdə və gəmilərdə
hazırlıq qurtaran, Azərbaycan Respublikasına və öz xalqına sadiqliyə hərbi and içən
çağırışçılarla;
b) tədris hissələrində müəyyən edilmiş proqram həcmində hazırlıq qurtarmış və imtahan
vermiş çavuşlarla və mütəxəssis əsgər və matroslarla;
v) müvəffəqiyyətsizliyə, intizamsızlığa və oxumaq istəmədiyinə, həmçinin səhhətinə görə
hərbi təhsil müəssisələrindən, gizir, miçman məktəblərindən və tədris hissələrindən xaric
edilmiş kursantlarla;
q) hərbi rütbələrindən məhrum edildikləri halda müddətli həqiqi hərbi xidmətin müəyyən
edilmiş müddətini keçməmiş gizirlər və miçmanlarla.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları tərəfindən tutulmalı olan vəzifələrin
komplektləşdirilməsi çağırış üzrə «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın
Əsasları haqqında» Qanuna əsasən aparılır. Çavuşların, eləcə də mütəxəssis əsgər və
matrosların hazırlanması tədris hissələrində aparılır. Müvafiq mülki ixtisasa və zəruri təhsilə
malik olan hərbi qulluqçulardan mütəxəssis əsgər və matrosların, eləcə də çavuşların
hazırlanması bilavasitə hərbi hissə və gəmilərdə praktiki işdə aparıla bilər.
Tədris hissələrində çavuşların və mütəxəssis əsgər və matrosların hazırlanması üzrə
ixtisasların siyahısı və təlim müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının əmrləri ilə müəyyən edilir.
Təlim Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müvafiq silahlı
qüvvə növləri komandanlarının, qoşun növləri komandanlarının (rəislərinin), idarə (şöbə,
xidmət) rəislərinin işləyib hazırladığı proqramlar üzrə aparılır.
Tədris hissələrində təlim keçən əsgər və matroslar kursantlar adlandırılırlar.
Kursantların müvəffəqiyyətsizliyə, intizamsızlığa, oxumaq istəmədiyinə, həmçinin
səhhətinə görə hərbi təhsil müəssisələrindən, gizir, miçman məktəblərindən (tədris
hissələrindən) xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada hərbi məktəb, gizir, miçman məktəbləri (hərbi hissə komandirləri)
rəislərinin təqdimatı üzrə aparılır.
33. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının tutmalı olduqları vəzifələr
aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:
a) müəyyən edilmiş həqiqi hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçuları ilə;
b) ehtiyatda olan əsgər, matros və çavuşlarla, eləcə də hərbi uçotda olmayan qadınlarla.
Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular,
hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar 8 sinifdən aşağı olmayan təhsilə malik
olmaqla hərbi ixtisası yaxşı bilməli, Silahlı Qüvvələrin müvafiq növlərində, qoşun növlərində
və orqanlarda xidmət etmək üçün zəruri tələblərə cavab verməlidirlər, eləcə də xidmət və ya iş
(təhsil) yerindən müsbət xarakterizə edilməlidirlər.
Hərbi qulluqçuları və hərbi vəzifəliləri, eləcə də qadınları müddətdən artıq həqiqi hərbi
xidmətə qəbul etmək və onların xidmət müddətini uzatmaq hüququna korpus (diviziya)
komandirləri, onlara bərabər və onlardan yüksək hüquqlara malik olan rəislər malikdirlər.
34. Müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılmazdan üç ay əvvəl müddətdən artıq həqiqi
hərbi xidmət keçmək istədikləri hərbi hissəni (korpusu, Silahlı Qüvvələrin növünü)
göstərməklə yazılı öhdəlik götürürlər.
Hərbi hissələrin qərargahları bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq həmin
hərbi qulluqçulara dair tərtib edilmiş sənədləri hərbi hissə komandirinin rəyi ilə müvafiq hərbi
hissəyə (korpusa, Silahlı Qüvvələrin növünə) göndərirlər.
Hərbi hissədən (korpusdan, Silahlı Qüvvələrin növündən) haqqında müddətdən artıq
həqiqi hərbi xidmətə qəbul edilməsinə razılıq daxil olmuş hərbi qulluqçular onların öz
yaşıdlarının həmin hərbi hissədən buraxılması başlanan kimi hərbi hissə komandirinin əmri ilə
yeni xidmət yerinə ezam edilirlər (əgər hərbi qulluqçular öz hərbi hissəsində xidmət etməyi
arzulamışsa, hərbi hissədə saxlanılırlar). Əgər yeni xidmət yeri üzrə hərbi hissədə (gəmidə)
müddətli həqiqi hərbi xidmət müddəti 2 il müəyyən edilibsə və hərbi qulluqçu müddətli həqiqi
hərbi xidməti müddəti 1 il 6 ay olan hərbi hissədə keçmişsə onda o, müddətli həqiqi hərbi
xidmət müddəti uzadılmadan müddətdən artıq xidmətə qəbul edilir.
35. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, ehtiyatda olan əsgər,
matros və çavuşların, hərbi uçotda olmayan qadınların tutmalı olduqları vəzifələrin
komplektləşdirilməsi bu Əsasnamənin 33-cü maddəsinə və 26-cı maddəsinin «a» bəndinə
müvafiq olaraq aparılır.
Qadın hərbi qulluqçuların müvafiq hərbi ixtisaslar üzrə hazırlanması bilavasitə bölmələrdə
aparılır.
36. Hərbi təhsil müəssisələri kursantlarının tutmalı olduqları vəzifələr bu Əsasnamənin 26-
cı maddəsinin «b» bəndində göstərilən şəxslərlə komplektləşdirilir.
37. Hərbi təhsil müəssisələrinin kursantlarla komplektləşdirilməsi Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının hərbi-tədris müəssisələrinə müvafiq
Qəbul qaydalarına əsasən aparılır.
Ali hərbi təhsilli zabit kadrları hazırlayan hərbi təhsil müəssisələrinə (Hərbi
Akademiyalara) Azərbaycan Respublikasının və digər dövlətlərin Silahlı Qüvvələrində həqiqi
hərbi xidmət keçən ali xüsusi-hərbi və ya mülki ali təhsili olan və ali hərbi təhsil
müəssisələrinin aid olduqları Silahlı Qüvvələrin qoşun (xidmət) növlərində, orqanlarında
xidmət edən zabitlər qəbul edilirlər. Bu hərbi tədris müəssisələrində təhsil alan zabitlər
dinləyicilər adlandırılırlar.
Hərbi təhsil müəssisəsinə daxil olmaq arzusunu bildirən Azərbaycan Respublikasının və
digər dövlətlərin hərbi vəzifəliləri, Azərbaycan Respublikasının və digər dövlətlərin silahlı
qüvvələrinin hərbi qulluqçuları qəbul ilinin mart ayının 15-ə kimi komanda üzrə hərbi hissə
komandirinin (yaşayış yeri üzrə hərbi komissarın) adına raport yazırlar (bağlaşma imzalayırlar)
və bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq zəruri sənədləri tərtib edirlər.
38. Gizirlərin və miçmanların tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə
komplektləşdirilir:
a) müvafiq hərbi ixtisas hazırlığının profilinə yaxın olan ali və ya orta ixtisas təhsilli
müddətli (müddətli həqiqi hərbi xidmətdə bir ildən az olmayaraq xidmət etmiş) və müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;
b) orta ixtisas təhsilli təhsil müəssisəsinin proqramı üzrə texniklər məktəbini bitirmiş
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə;
15
v) gizir və miçman məktəblərini bitirmiş müddətli və müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçuları ilə;
q) müvafiq hərbi ixtisas hazırlığının profilinə yaxın olan ali və ya orta ixtisas təhsilli
ehtiyatda olan əsgər, matros və çavuşlarla;
d) ehtiyatda olan gizirlərlə və miçmanlarla;
e) müvafiq xüsusi hazırlıqlı hərbi uçotda olmayan, ali və ya tam orta təhsilli qadınlarla.
16
Qadınların tuta biləcəyi gizir və miçman vəzifələrinin siyahısı, eləcə də bu vəzifələrin digər
şəxslər tərəfindən tutulmaq qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının əmrləri ilə müəyyən edilir.
39. Gizir və miçmanların tutmalı olduqları vəzifələrin komplektləşdirilməsi bu
Əsasnamənin 38-ci maddəsi və 26-cı maddəsinin «v» bəndinin tələblərinə müvafiq olaraq
aparılır.
Hərbi qulluqçuların, hərbi vəzifəlilərin və qadınların gizir və miçmanların həqiqi hərbi
xidmətinə qəbulu və onların xidmət müddətini uzatmaq hüququna Silahlı Qüvvələr növlərinin
komandanları, onlara bərabər və onlardan yuxarı səlahiyyəti olan rəislər malikdirlər.
Gizir və miçman məktəblərinə qəbul edilmiş şəxslər bu məktəblərdə təhsil aldıqları
müddətdə hərbi məktəb kursantları vəziyyətində olurlar.
Gizir və miçman məktəblərində hazırlığın qaydası və müddəti, hərbi qulluqçuların
müddətli həqiqi hərbi xidmət dövründə (çağırışdan sonra bir ildən tez olmayaraq) bu
məktəblərə oxumağa göndərilməsi, eləcə də gizir və miçmanların yenidən hazırlanmasının və
ixtisas artırmasının qaydası və müddəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının əmrləri ilə müəyyən edilir.
Texniklər məktəblərində gizirlərin və miçmanların hazırlığının tədris planları, proqramları
və müddətləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
40. Zabitlərin tutmalı olduqları vəzifələr aşağıda göstərilən şəxslərlə komplektləşdirilir:
a) hərbi təhsil müəssisələrini bitirmiş və zabit rütbəsi almış hərbi qulluqçularla;
b) «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin «q»
bəndinə müvafiq olaraq 1 il 6 ay müddətə həqiqi hərbi xidmətə çağırılmış ehtiyatda olan
zabitlərlə;
v) bu maddənin «b» bəndində göstərilən və zabit heyəti vəzifələrində bir il xidmət etdikdən
sonra öz arzuları ilə zabit kadr heyətinə daxil edilən zabitlərlə;
q) könüllü olaraq həqiqi hərbi xidmətə qəbul edilən ehtiyatda olan zabitlərlə;
d) ali təhsilli və orta hərbi təhsil müəssisələrinin proqramları üzrə ekstern imtahanlar
vermiş gizir və miçmanlarla;
e) müvafiq hərbi ixtisas hazırlığı profilinə yaxın, əsasən ali mülki təhsilli, öz razılıqları ilə
müddətli və müddətdən artıq həqiqi hərbi xidmət əsgərləri, matrosları və çavuşları, gizirləri və
miçmanları zabit heyəti vəzifələrinə təyin edilmiş və zabit rütbəsi almış hərbi qulluqçularla;
j) müvafiq hərbi ixtisas hazırlığı profilinə yaxın, əsasən ali mülki təhsilli zabit rütbəsi
verilməklə könüllü qaydada həqiqi xidmətə təyin edilən hərbi vəzifəlilər və hərbi uçotda
olmayan qadınlarla.
Zabitlərin həqiqi hərbi xidmətinə daxil olmaq arzusunu bildirən, bu Əsasnamənin 26-cı
maddəsinin «q» bəndinin tələblərinə cavab verən, bu maddədə sadalanan hərbi qulluqçular,
hərbi vəzifəlilər və qadınlar bu Əsasnamənin 29-cu maddəsinə müvafiq olaraq sənədlər tərtib
edirlər.
Hərbi qulluqçuları, hərbi vəzifəliləri və qadınları zabitlərin həqiqi hərbi xidmətinə qəbul
etmək hüququna Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı malikdir.
I V F ə s i l
Dostları ilə paylaş: |