Bundan başqa, hərbi qulluqçular (zabit heyətindən başqa) Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin İntizam Nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada hərbi rütbədən məhrum
edilə və hərbi rütbədə bərpa edilə bilərlər.
Hərbi qulluqçunu hərbi rütbədən məhrum edilməyə təqdim etmə son tədbirdir və görülən
digər tədbirlər müsbət nəticə vermədikdə və ya hərbi qulluqçu Azərbaycan Respublikası
Silahlı Qüvvələrinə mənsubiyyətlə bir araya sığmayan xata (cinayət) törətdikdə müstəsna
hallarda həyata keçirilir.
Məhkəmə tərəfindən azadlıqdan məhrum edilməyə məhkum edilənlərdən başqa hərbi
rütbədən məhrum edilmiş şəxslər sülh dövründə əsgər kimi ehtiyata buraxılır (müddətli
həqiqi
hərbi xidmət hərbi qulluqçularından başqa), müharibə dövründə isə hərbi xidmətdə
saxlanılmaqla müvafiq əsgər və matros vəzifələrinə keçirilirlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində nəzərdə tutulmuş
qaydada hərbi rütbədən məhrum edilmiş gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə
qəbul edilənədək müddətli həqiqi hərbi xidmət üçün müəyyən edilmiş müddəti bitirməyən
hərbi qulluqçular (qadın hərbi qulluqçulardan başqa) əsgər, matros vəzifələrinə keçirilir və öz
yaşıdları ilə birgə ehtiyata buraxılırlar.
Hərbi rütbədən məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada icra edilir.
24
68. Cinayət törətdiklərinə görə hərbi rütbədən məhrum edilmiş hərbi qulluqçuların və hərbi
vəzifəlilərin hərbi rütbələri məhkəmənin qərarı ilə Azərbaycan Respublikasının
müvafiq icra
hakimiyyəti orqanının təqdimatına əsasən həmin hərbi rütbəni vermək hüququ olan vəzifəli
şəxslər tərəfindən bərpa edilir.
69. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələri (əsgər və ya matros,
kiçik gizir və ya kiçik miçman, kiçik leytenant rütbəsində olanlardan başqa) intizam cəzası
tədbiri
kimi və ya zabitlərin, gizirlərin, miçmanların şərəf məhkəməsinin vəsatəti əsasında
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə belə hüquq verilmiş
birbaşa rəisin qərarı ilə bir pillə aşağı salına bilər. Ali zabitlərin rütbələrinin aşağı salınması və
aşağı salındıqdan sonra hərbi rütbədə bərpa edilməsini Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı həyata keçirir.
Hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular tutduqları vəzifədən asılı
olmayaraq,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi ilə müəyyən edilmiş
müddət bitdikdə, hərbi rütbənin aşağı salınması haqqında qərar qəbul etmiş, onlara bərabər və
onlardan yuxarı səlahiyyətlərə malik olan rəislərin əmrləri ilə hərbi rütbədə bərpa edilirlər.
Hərbi qulluqçunun əvvəlki rütbəsi bərpa edilənə və növbəti hərbi rütbə verilənə kimi hərbi
rütbəsinin təkrarən aşağı salınmasına yol verilmir.
70. Hərbi rütbədən məhrum edilən şəxslər və ya haqqında qeyri-qanuni hərəkətlər
edilməklə əlaqədar hərbi rütbəsi aşağı salınmış hərbi qulluqçular
əvvəlki hərbi rütbəyə
məhkəmənin qərarı ilə bərpa edilirlər.
Hərbi xidmətdən qanunsuz buraxılan gündən hərbi xidmətə bərpa gününədək olan dövr,
qeyri-qanuni həbsdə saxlanılma və qeyri-qanuni məhkumluq nəticəsində cəza çəkmə dövrü
hərbi qulluqçular üçün hərbi xidmət müddətinə, hərbi rütbədə olma müddətinə,
müvafiq
vəzifələrdə xidmət illəri müddətinə, pensiya təyin etmək üçün lazım olan illər müddətinə,
müddətli xidmət hərbi qulluqçuları üçün isə — hərbi xidmət müddətinə daxil edilir.
V I f ə s i l
Dostları ilə paylaş: