«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»


VƏZİFƏYƏ TƏYİN EDİLMƏ, XİDMƏT ÜZRƏ YERDƏYİŞMƏ VƏ İRƏLİ ÇƏKİLMƏ



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   2   3   4   5   6   7   8   9   10   ...   48
herbi xidmet kecme

VƏZİFƏYƏ TƏYİN EDİLMƏ, XİDMƏT ÜZRƏ YERDƏYİŞMƏ VƏ İRƏLİ ÇƏKİLMƏ
71. «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə 
müvafiq olaraq hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və 


bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, 
idarələrin, hərbi məktəblərin) ştatlarında nəzərdə tutulur. 
25
Ali zabitlərin tutmalı olduqları vəzifələrin vahid siyahısını Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 
Digər hərbi qulluqçular heyətinin tutmalı olduqları vəzifələrin siyahılarını Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. 
(Çıxarılıb) 
26
72. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən 
təqdim edilirlər. 
Hərbi qulluqçuları vəzifələrə təyin edərkən aşağıdakı şərtlərə riayət edilir: 
qüvvədə olan qanunvericiliyə uyğun olaraq, belə əvəzçiliyə Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi müstəsna hallardan başqa, hərbi 
qulluqçuların əvəzçilik üzrə mülki müəssisələrdə, təhsil müəssisələrində, idarələrdə və
təşkilatlarda işləməsi, yəni əsas, daimi işi ilə yanaşı, digər pullu işi yerinə yetirmələri 
qadağandır.
a) hərbi qulluqçuların vəzifələri — həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların müvafiq 
heyətinə aid olan şəxslərlə komplektləşdirilir. 
Hərbi qulluqçuların tutmalı olduqları vəzifələrə istisna hal kimi, bu sahədə iş təcrübəsi və 
hazırlıq səviyyəsi olan müvafiq ixtisaslı mülki mütəxəssislər müvəqqəti təyin edilə bilərlər. 
Hərbi qulluqçuların digər heyətləri tərəfindən ştat vəzifələrinin tutulmasına Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının əmri ilə müəyyən edilmiş qaydada və bu 
Əsasnamənin 73, 75-ci maddələri ilə nəzərdə tutulmuş hallarda yol verilir; 
b) vəzifəyə təyin edildikdə və hərbi qulluqçuların bütün xidmət üzrə yerdəyişmə 
hallarında onların əsas və ya yaxın ixtisas üzrə və ya mövcud təcrübəsinə müvafiq istifadə 
olunması təmin edilməlidir. Hərbi qulluqçuların onlar üçün yeni ixtisasda istifadə olunması 
zəruri olduqda vəzifəyə təyin edilməzdən əvvəl onlar, bir qayda olaraq, müvafiq kurslarda 
(toplanışlarda) yenidən hazırlıq keçməlidirlər; 
v) ali və orta hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular, eləcə də ehtiyatdan 
həqiqi hərbi xidmətə təyin olunanlar buraxılışdan (ehtiyatdan çağırıldıqdan) sonra, bir qayda 
olaraq qoşunlara təyin edilirlər; 
q) hərbi qulluqçuların təşkilati tədbirlərlə, xidmət müddəti müəyyən edilmiş yerlərdə plan 
üzrə dəyişiklik aparılması ilə, təhsil almağa göndərilməklə, özünün və ya ailə üzvlərinin 
səhhətinin vəziyyəti ilə, intizam qaydasında və ya müvafiq hərbi qulluqçular heyətinin
(müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) şərəf məhkəməsinin vəsatəti ilə, 
vəzifəsinin aşağı salınması ilə, hərbi təhsil müəssisələri məzunlarının vəzifəyə təyin edilməsi 
ilə, həqiqi hərbi xidmətdən tərxis edilməklə əlaqədar xidmət yerlərinin dəyişilməsi Azərbaycan 
Respublikası Silahlı Qüvvələrində yay və qış təlim dövrləri qurtardıqdan, hərbi təhsil 
müəssisələrinin, mülki təhsil müəssisələrinin, hərbi və hərbi-dəniz kafedralarının (bölmələrinin, 
şöbələrinin) komanda və professor-müəllim heyətinin isə — tədris ili qurtardıqdan sonra 
aparılır; 
d) hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq 
komandirlərin (rəislərin) sərəncamına göndərilmədən aparılır. Müvafiq komandirlərin 
(rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi 
qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 
aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Hərbi təhsil müəssisələrinin məzunları hərbi 
təhsil müəssisəsini bitirdikdən sonra müvafiq vakant vəzifələrə təyin edilirlər, müvafiq 
komandirlərin (rəislərin) sərəncamına göndərilənlər isə hərbi təhsil müəssisəsini bitirməklə 
əlaqədar verilmiş məzuniyyəti istifadə edərək korpusa, diviziyaya, gəmi briqadasına bilavasitə 
gəldikdən sonra təyin edilirlər. 


 Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları 
vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular 
istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə 
keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir; 
e) vakant vəzifəni təcili tutmaq zərurəti olduqda, birbaşa rəisdən, hərbi hissə 
komandirindən başlayaraq, ona bərabər və ondan yuxarı səlahiyyətə malik olanlara, bu 
vəzifəyə təyin etmək hüququ olan rəisin razılığı ilə hərbi qulluqçunu, onun vəzifəyə təyin 
edilməsi üçün sənədlərini dərhal tərtib etməklə vəzifəni müvəqqəti icra etməyə buraxmağa 
icazə verilir; 
j) hərbi-həkim komissiyası tərəfindən dinc dövrdə sıradankənar xidmətə yararlı hesab 
edilən, səhhətinə, hazırlığına və xidməti təcrübəsinə görə vəzifələrini yerinə yetirə bilən, həqiqi 
hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış, tutduqları vəzifələrdən başqa vəzifələrə 
keçirilən hərbi qulluqçuların yerdəyişməsinin zəruriliyi və təcililiyi hərbi-həkim komissiyasının 
rəyi əsasında hərbi hissə komandirindən başlayaraq, müvafiq birbaşa rəislər tərəfindən 
müəyyən edilir. 
Hərbi-həkim komissiyası tərəfindən səhhətinə görə uçuşa, gəmilərdə, köməkçi gəmilərdə, 
üzən baza vasitələrində və xüsusi qurğularda xidmətə yararsız hesab edilən, lakin həqiqi hərbi 
xidmətdə olmağın son yaş həddinə çatmayan və səhhətinə görə hərbi xidmətə, yaxud dinc
dövrdə sıradankənar xidmətə yararlı olan hərbi qulluqçular, uçuşun yerinə yetirilməsi ilə, 
gəmilərdəki xidmətlə, yaxud xüsusi qurğularda işlə əlaqədar olmayan vəzifələrə təyin edilirlər; 
z) həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan, səhhətinə görə hərbi xidmətə, 
yaxud dinc dövrdə sıradankənar xidmətə yararlı hesab edilən, lakin səhhətinə, yaxud ailə 
üzvlərinin səhhətinə görə xidmət (yaşayış) yerinin dəyişilməsinə ehtiyacı olan hərbi
qulluqçuların xidmət üzrə başqa yerə dəyişilməsi onların raportları və hərbi-həkim 
komissiyasının rəyi əsasında müvafiq rəislərin qərarı ilə həyata keçirilir. 
Bu zaman səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız hesab edilən hərbi 
qulluqçular ehtiyata buraxılmağa və ya istefaya göndərilməyə təqdim edilirlər. 
Xidmət üzrə yerdəyişmənin zəruriliyi haqqında rəy «Hərbi qulluqçuların və onların ailə 
üzvlərinin səhhətinə görə əlverişsiz iqlim şəraiti olan rayonlarda xidmət keçmələrinin 
(yaşamalarının) mümkünlüyünün müəyyən edilməsi üçün tibbi müayinədən keçmənin qaydası 
haqqında Təlimata» uyğun olaraq hərbi-həkim komissiyaları tərəfindən verilir. 
Bu məqsədlə tibbi müayinəyə göndərilə biləcək ailə üzvlərinə arvad (ər), hərbi 
qulluqçunun öhdəsində olan həddi-buluğa çatmamış uşaqlar, həddi-buluğa çatmış uşaqlar-
şagirdlər, eləcə də birinci və ikinci qrup 18 yaşından yuxarı olan əlil uşaqlar aiddirlər. Hərbi 
qulluqçunun öhdəsində olan və onunla birgə yaşayan qalan ailə üzvləri səhhətlərinə görə 
daimi kənar qulluğa ehtiyacları olduğu və başqa yaxın qohumları olmadığı hallarda tibbi
müayinəyə göndərilə bilərlər. 
27
Xidmət üzrə başqa yerə dəyişilməsi haqqında hərbi qulluqçunun öz qoca və xəstə 
valideynlərinə, yaxud onun arvadının (ərinin) ayrı yaşayan valideynlərinə qulluq etməklə 
əlaqədar müraciəti ilə bağlı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) 
müstəsna hallarda, korpus, Silahlı Qüvvələr növünün müvafiq qurumları tərəfindən onların 
yaşadıqları yer üzrə hərbi komissarlığa onların səhhəti barəsində hərbi-həkim komissiyasının 
rəyi, ailə vəziyyəti və başqa qohumlarının olub-olmaması haqqında məlumat almaq üçün sorğu
göndərilə bilər. 
i) bir-biri ilə yaxın qohumluq-qudalıq əlaqəsində olan hərbi qulluqçulara (valideynlər, ər-
arvadlar, qardaşlar, bacılar, oğullar və qızlar, eləcə də ər-arvadın qardaşları, bacıları, 
valideynləri və uşaqları) onların bir hərbi hissədə (idarədə, təşkilatda, hərbi təhsil
müəssisəsində, müəssisədə), birləşmədə həqiqi hərbi xidmət keçməsinə əgər birinin digərinə 
tabeliyi və ya nəzarəti altında olması ilə bağlıdırsa icazə verilmir; 


 k) hərbi qulluqçuların xidməti əvəzçilik qaydasında hərbi hissələrdə, idarə, müəssisə və 
təşkilatlarda və hərbi təhsil müəssisələrində vəzifəyə təyin olunması qadağandır. 
Hərbi qulluqçuların ştatdankənar hərbi senzor vəzifələrinə əvəzçilik üzrə təyin edilməsi 
«Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi senzura haqqında Əsasnaməyə» 
müvafiq həyata keçirilir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, belə əvəzçiliyə 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verildiyi 
müstəsna hallardan başqa hərbi qulluqçuların əvəzçilik üzrə mülki müəssisələrdə, təhsil 
müəssisələrində, idarələrdə və təşkilatlarda işləməsi, yəni əsas daimi işi ilə yanaşı digər pullu iş 
yerinə yetirmələri qadağandır. 
73. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları aldıqları hərbi ixtisas üzrə və verilmiş 
hərbi rütbəyə müvafiq ştat vəzifələrinə təyin edilirlər. 
Çavuşlar çatışmadıqda, ştatlar ilə «kiçik çavuş», «çavuş» rütbələri nəzərdə tutulan 
vəzifələrə yaxşı hazırlıqlı və intizamlı baş əsgərlər, baş matroslar, əsgərlər və matroslar təyin 
edilə bilərlər. 
Baş çavuşlar çatışmadıqda baş çavuşların tutmalı olduqları vəzifələrə ən yaxşı, qüsursuz, 
intizamlı çavuşlar təyin edilə bilərlər. 
Səhhətlərinə görə sıradankənar xidmətə yararlı hesab edilən əsgər, matros və çavuşlar öz 
hərbi hissələrinin ştat vəzifələrinin siyahısına müvafiq olaraq sıradankənar xidmətə yararlı 
olan şəxslərin təyin edilə biləcəyi arxa xidməti mütəxəssislərinin xidmət heyəti vəzifələrinə,
qulluqetmə heyətinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. Bu hərbi 
qulluqçuların vəzifəyə təyin olunması fərdi qaydada, səhhətinə və tibbi göstəricilərinə görə 
həmin vəzifə borcunu yerinə yetirmək imkanı nəzərə alınmaqla həyata keçirilir. Onların xidmət
etdikləri hərbi hissələrdə müvafiq vəzifələr olmadıqda, həmin hərbi qulluqçular belə vəzifələr 
olan başqa hərbi hissələrə keçirilirlər. 
Gəmilərdə, köməkçi gəmilərdə üzən baza vasitələrində xidmət edən, lakin öz səhhətlərinə 
görə belə xidmətə yararsız hesab edilən matros və çavuşlar hərbi dəniz qüvvələrinin sahil 
hissələrinə keçirilməlidirlər. 
74. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını vəzifələrə təyin etmək hüququ 
aşağıdakı şəxslərə verilir: 
a) manqa komandirlərini və onlara uyğun olanları — tabor komandirlərinin intizami 
səlahiyyətindən istifadə edən, əmr vermə hüququna malik əlahiddə hissə komandirləri və 
onlara bərabər hüquqlardan istifadə edən rəislər və onlardan yuxarı səlahiyyətə malik olanlar; 
b) taqım komandirlərinin müavinlərini və onlara bərabər olanları alay (briqada) 
komandirləri, onlara bərabər və ya onlardan yuxarı səlahiyyətə malik rəislər. 
75. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, gizirlərin və miçmanların 
vəzifələrə təyin olunması onların xidməti ixtisasları, iş təcrübəsi, işgüzarlıq və mənəvi 
keyfiyyətləri nəzərdə alınmaqla müddətdən artıq həqiqi hərbi xidmətə, gizir və miçmanların 
həqiqi hərbi xidmətinə qəbul etmək hüququ olan komandir və rəislərin əmrləri ilə həyata 
keçirilir. 
Gizir, miçman məktəblərini bitirmiş hərbi qulluqçuları vəzifəyə təyin etmək hüququna 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı malikdir. 
Gizirlər, miçmanlar çatışmadıqda, onların tutmalı olduqları vəzifələrə müvəqqəti olaraq 
həm müddətli həqiqi hərbi xidmət, həm də müddətdən artıq həqiqi hərbi xidmətlərin ən yaxşı, 
qüsursuz və intizamlı çavuşları və baş çavuşları təyin edilə bilərlər. 
Ali və ya orta ixtisas təhsilli gizirlər və miçmanlar onların işgüzar və mənəvi keyfiyyətləri 
nəzərə alınmaqla zabitlərin tutmalı olduqları vəzifələrə təyin edilə bilərlər. Gizirlərin və 
miçmanların zabit vəzifələrinə təyin edilməsi bu vəzifələrə zabitləri təyin etmə hüququ olan
komandirlərin (rəislərin) əmrləri ilə həyata keçirilir. Bu vəzifələri tutmaq üçün zabitlər olduqda 


və vakant zabit vəzifəsi olmadıqda, zabit vəzifələrini tutan gizirlər və miçmanlar gizir və 
miçman vəzifələrinə keçirilirlər. 
76. Kursantların (dinləyicilərin) kurs (bölük, batareya) baş çavuşlarının, taqım komandirləri 
müavinlərinin, tədris qruplarının, manqaların komandirləri vəzifələrinə təyin edilməsi hərbi 
təhsil müəssisəsi rəisinin əmri ilə həyata keçirilir. 
77. Hərbi qulluqçuları zabitlərlə tutulmalı olan vəzifələrə təyinetmə və xidmət üzrə 
yerdəyişmə hüququ aşağıdakı şəxslərə verilir: 
ştatda «kapitan» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — korpus 
(diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlar; 
ştatda «mayor» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanı, onlara bərabər və onlardan yuxarı 
səlahiyyətə malik olanlar; 
ştatda «polkovnik» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə — 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı.
Hərbi təhsil müəssisələrini bitirmiş məzunların vəzifələrə və hərbi qulluqçuların 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının aparatında vəzifələrə təyin 
edilməsi hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aiddir. 
Hərbi qulluqçuların ali zabitlərin tutmalı olduqları hərbi vəzifələrə təyin edilməsi və 
xidmət yerinin dəyişilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən həyata keçirilir. 
Zabit heyətindən olan şəxslərin hərbi komissarlıqlarda, mülki təhsil müəssisələrinin hərbi 
kafedralarında (şöbələrində, bölmələrində) vəzifələrə təyin edilməsi Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 
Hərbi prokurorluqların zabit heyətindən olan şəxslərinin vəzifələrə təyin edilməsi və 
xidmət üzrə yer dəyişməsi (seçkili vəzifələr istisna olmaqla) "Prokurorluq haqqında" 
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 
28
Mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların vəzifəyə təyin 
edilməsini və xidmət üzrə yer dəyişməsini həmin hərbi qulluqçuların ezamiyyətinin 
məqsədinə müvafiq olaraq mülki idarə, müəssisə və təşkilat rəhbərləri həyata keçirirlər. Hərbi 
qulluqçuların vəzifəyə təyin edilməsi və xidmət üzrə yer dəyişməsi barədə həmin idarə, 
müəssisə və təşkilatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yazılı 
məlumat verirlər. Onlara bütün növ təminatlar hərbi qulluqçular üçün müəyyən edilmiş 
qaydada işlədikləri idarə, müəssisə və təşkilatların hesabına verilir. 
Mülki idarə, müəssisə və təşkilatlara ezam edilmiş hərbi qulluqçuların müəyyən edilmiş 
xidmətkeçmə qaydalarına riayət edilməsinə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanı həyata keçirir. 
78. Hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: 
a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; 
b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş 
yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun 
şəkildə istifadə etmək üçün; 
v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də 
təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; 
q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. 
Hərbi qulluqçunun xidmət yerinin dəyişdirilməsi haqqında qərarı onun birbaşa rəislərinin 
fikrini nəzərə almaqla müvafiq komandir (rəis) qəbul edir. 
79. Hərbi qulluqçuların xidmət üzrə irəli çəkilməsi onların mənəvi və işgüzar keyfiyyətlərə, 
həvalə edilmiş sahələrdə əldə etdikləri nəticələrə və yuxarıda duran vəzifə üzrə vəzifələri icra 


edərkən göstərdiyi qabiliyyətə uyğun olaraq və mürəkkəb xidmət şəraitində vəzifələrin yerinə
yetirilməsi nəzərə alınmaqla həyata keçirilir. 
Hərbi hissələrdə, birləşmələrdə, orqanlarda, müəssisələrdə, hərbi təhsil müəssisələrində, 
qoşun növlərində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının 
idarələrində, xidmətlərində, müstəqil şöbələrində, Silahlı Qüvvələr növlərində attestasiyaarası 
dövrdə attestasiya nəticələrinin həyata keçirilməsi və xidmət üzrə irəli çəkilməli və təhsilə 
göndərilməli olan namizədlərin hazırlanmış ehtiyatının yaradılması üzrə perspektiv planlar 
işlənib hazırlanır. 
Attestasiya nəticələrinin həyata keçirilməsi və xidmət üzrə irəli çəkilməli və təhsilə 
göndərilməli olan namizədlərin hazırlanmış ehtiyatının yaradılması üzrə perspektiv planlar 
sərbəst formada işlənib hazırlanır. 
Alaydan (briqadadan) və onlardan yuxarı olan hərbi hissələrdə, habelə Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında hər il tədris ili qurtardıqda əldə 
edilmiş nəticələrin və hərbi intizamın vəziyyətinin uçotu ilə gələn il konkret yuxarı vəzifələrə 
irəli çəkilmək və təhsil almağa göndərilmək üçün zabitlərin ehtiyatı yaradılır (8 və 9 saylı 
əlavələr). 
Bu zaman ehtiyata daxil edilmiş hər bir zabitlə konkret vəzifəyə və ya təhsilə hazırlıq üzrə 
hansı işin aparılacağı müəyyən edilir. 
Müvafiq birbaşa rəisin qərarı ilə ehtiyata daxil edilmiş şəxslər bərabər vəzifəyə keçirildikdə 
onların xidməti xasiyyətnamələrinə əvvəlki xidmət yerində ehtiyatda olmaları barədə qeyd 
olunur. 
Yüksək mənəvi və döyüş keyfiyyətləri, döyüş əməliyyatlarında, yaxud Azərbaycan 
Respublikasının müdafiəsi zamanı digər hərbi xidmət vəzifələrinin yerinə yetirilməsində 
yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş və xidmət üzrə irəli çəkilməyə təqdim edilmiş 
hərbi qulluqçular yüksək vəzifələrə birinci növbədə təyin edilməyə namizəddirlər. 
Alay (briqada) komandiri və onlardan yuxarı rəhbər vəzifələrə təqdim edilmiş 
namizədlərin məsələsinə təyin olunmazdan (təyin edilməyə təqdim edilməzdən) əvvəl 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında baxılır. 
Şərti məhkum edilmiş və ya törətdiyi cinayətə görə hökmün icrası təxirə salınmaqla 
məhkum edilmiş və bu Əsasnamənin 158-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada həqiqi 
hərbi xidmətdə saxlanılmış hərbi qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq müddəti və 
ya hökmün təxirə salınma müddəti ərzində xidmət üzrə irəli çəkilməyə təqdim edilmirlər. 
Cinayət məsuliyyətinə qeyri-qanuni cəlb edilməsi ilə əlaqədar tutduqları vəzifələrdən azad 
edilmiş hərbi qulluqçular müəyyən edilmiş qaydada əvvəllər tutduqları və ya onlara bərabər 
vəzifələrə bərpa edilirlər. 
80. Xidmət müddəti müəyyən edilmiş yerlərdə hərbi xidmət keçən hərbi qulluqçular 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş 
qayda və müddət daxilində yerlərini dəyişirlər. Yüksək vəzifəyə təyin olunduqda, təhsil almağa
göndərildikdə və digər zəruri hallarda müəyyən edilmiş xidmət müddəti bitənə qədər də 
onların yerləri dəyişdirilə bilər. 
81. Hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda 
edilə bilər: 
a) ştatlar ixtisar olunduqda; 
b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; 
v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə 
keçirildikdə; 
q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinə uyğun olaraq 
intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin 
vəsatətinə əsasən; 


 d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. 
Ştatların ixtisarına, səhhətinə, yaşa və ailə vəziyyətinə görə hərbi qulluqçuların yuxarı 
vəzifələrdən aşağı vəzifələrə keçirilməsi, əgər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 
müvafiq qoşun, silahlı qüvvələr, xidmət növlərində bərabər vəzifələr yoxdursa, onlara verilmiş
hüquqlar dairəsində vəzifələrə təyin etmək birbaşa rəislər tərəfindən edilir. 
İntizam cəzası qaydasında aşağı vəzifəyə təyin edilmə Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin İntizam Nizamnaməsi ilə belə hüquq verilmiş rəislər tərəfindən yerinə yetirilir. 
Hərbi qulluqçuların müvafiq heyətlərinin şərəf məhkəməsinin vəsatəti ilə aşağı vəzifəyə təyin
edilməsi və iş həcmi az olan vəzifələrə keçirilməsi elə həmin rəislər tərəfindən yerinə yetirilir. 
Yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmiş hərbi qulluqçular sonradan bu Əsasnamənin 
79-cu maddəsinin tələblərinin və səhhətinin vəziyyətinin uçotu ilə, intizam cəzası qaydasında 
vəzifəsi aşağı salınanlar isə bundan əlavə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
İntizam Nizamnaməsi ilə müəyyən edilmiş müddət bitdikdə xidmət üzrə irəli çəkilə bilərlər. 
Ştatların ixtisarı ilə əlaqədar aşağı vəzifələrə keçirilmiş və əvvəlki vəzifələrə bərabər 
vəzifələrin tutulması üçün zəruri olan tələblərə cavab verən hərbi qulluqçular, xidmət üzrə irəli 
çəkilmək üçün üstün hüquqa malikdirlər. 
82. Hərbi qulluqçular bir hərbi hissədən başqa hərbi hissəyə aşağıdakı hallarda keçirilirlər: 
a) hərbi-həkim komissiyasının rəyi ilə səhhətinə görə vəzifələrini yerinə yetirmək, yaxud 
həmin ərazidə xidmət etmək hərbi qulluqçunun səhhətinə əks-göstəriş olduqda; 
b) ailə vəziyyəti ilə əlaqədar hərbi-həkim komissiyasının rəyinə görə xidmət yerində 
yaşamaq hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ailə 
üzvlərinə əks-göstəriş olduqda; 
v) təşkilati tədbirlərin keçirilməsi ilə əlaqədar xidmət yerində hərbi qulluqçunun ixtisasına, 
hazırlıq səviyyəsinə, yaxud iş təcrübəsinə uyğun vakant vəzifələr olmadıqda; 
q) məhdud müddətli həqiqi hərbi xidmət yerlərində müəyyən edilmiş xidmət müddəti 
bitdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); 
d) ərin (arvadın) yeni xidmət yerinə keçirilməsi ilə əlaqədar (müddətli həqiqi hərbi xidmət 
hərbi qulluqçularından başqa); 
e) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən 
dövlət orqanlarının qərarı olduqda. 
29
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının, gizirlərin (miçmanların), qadın-
hərbi qulluqçuların köçürülmə müavinəti ödənilməklə təkrar xidmət müddətini keçmək üçün 
başqa hərbi hissələrə və qarnizonlara yerdəyişməsi onların razılığı və keçirildikləri hərbi
hissələrdə vakant vəzifələr olduqda edilir. 
Xidmət üzrə yerləri dəyişdirilən hərbi qulluqçular, işləri və vəzifələri təhvil verdikdən 
sonra, hərbi qulluqçunun növbəti məzuniyyətdə, yaxud müalicədə olduğu hallardan başqa 
hərbi hissə tərəfindən yerdəyişmə haqqında əmr, yaxud yazılı bildiriş aldığı gündən bir aydan 
gec olmayaraq təzə xidmət yerinə ezam olunmalıdırlar. 
83. Yerdəyişmə və köçürmə hüququ aşağıdakı şəxslərə verilir: 
a) hərbi hissə daxilində: 
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını — bu Əsasnamənin 74-cü maddəsinin 
«a», «b» bəndlərində nəzərdə tutulmuş hüquqlar çərçivəsində hərbi hissə komandirinə; 
müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, gizirləri, miçmanları — 
diviziya, korpus komandirinə, onlara bərabər və onlardan yuxarı səlahiyyətə malik olanlara; 
zabitləri — komandirlərə və rəislərə bu Əsasnamənin 77-ci maddəsində onlar üçün 
nəzərdə tutulmuş hüquqlar çərçivəsində.
b)korpus (diviziya) daxilində bir hərbi hissədən digərinə: 


 müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, gizirləri və 
miçmanları — diviziya, korpus komandirinə, onlara bərabər və onlardan yuxarı səlahiyyətə 
malik olanlara; 
zabitləri — komandirlərə və rəislərə bu Əsasnamənin 77-ci maddəsində onlara verilmiş 
hüquqlar çərçivəsində; 
v)korpuslar arasında: 
müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını — Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanına; 
gizirləri, ştatda «mayor» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə təyin 
edilən zabitləri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına; 
ştatda «polkovnik» hərbi rütbəsi də daxil olmaqla nəzərdə tutulan vəzifələrə təyin edilən 
zabitləri — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına; 
d) Silahlı Qüvvələr növləri arasında: 
müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını — Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanına; 
gizirləri, miçmanları və zabitləri (ştat cədvəlinə uyğun ali zabit rütbəsi nəzərdə tutulan 
vəzifələrə təyin olunan ali zabitlərdən başqa) — Azərbaycan Respublikasının müvafiq icra 
hakimiyyəti orqanına.
Ayrı-ayrı müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələr növləri 
arasında hərbi qulluqçunun xidmət müddəti dəyişdirilmədən köçürülməsi qarşılıqlı razılaşma 
əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə yerinə 
yetirilir. 
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Silahlı Qüvvələrin bir növündən 
(qoşun növündən) digərinə xidmət müddətlərinin müvafiq dəyişmələri ilə keçirilməsi 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yerinə yetirilir. 
Hərbi hissələrin tərtibi, açılması, yerdəyişməsi, yeni gəmilərin sıraya daxil edilməsi ilə 
əlaqədar və digər xidməti zərurət olduğu hallarda hərbi qulluqçular bu maddənin verdiyi 
hüquqlar çərçivəsində vəzifəli şəxslərin qərarı ilə yerlərini dəyişirlər. 
84. Hərbi qulluqçular həqiqi hərbi xidməti davam etdirmək üçün Azərbaycan Respublikası 
Silahlı Qüvvələrindən — Silahlı Qüvvələrin şəxsi heyət siyahılarından çıxarılmaqla 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı 
birləşmələrə və əksinə ezam oluna bilərlər. 
Hərbi qulluqçuların bu maddəyə uyğun olaraq ezam edilməsi Azərbaycan Respublikasının 
müvafiq icra hakimiyyəti orqanı ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun 
olaraq yaradılmış başqa silahlı birləşmələrin rəhbərliyi arasında razılaşmaya görə hərbi
qulluqçunun razılığı ilə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) yerinə 
yetirilir və müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və 
həmin birləşmənin əmrləri ilə rəsmiləşdirilir. 
85. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə ezam edilməsi 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin rəis müavinlərinin 
sərəncamı ilə yerinə yetirilir. 
V I I f ə s i l

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin