4 – cü FƏSİL
MAGİSTRAL NEFT KƏMƏRLƏRİNİN TEXNOLOJİ HESABLANMASI
Neft kəmərlərinin layihələndirilməsi praktikasında boru kəmərlərinin hesablanmasını
texnoloji hesabat da adlandırırlar.
Texnoloji hesabat dedikdə, neftin və neft məhsullarının nəqlinin texnoloji prosesləri ilə bağlı olan kompleks hesablamalar nəzərdə tutulur. Neft kəmərinin texnoloji hesablanmasına aşağıdakı əsas məsələlərin həlli daxildir:
neft kəmərinin iqtisadi cəhətdən ən əlverişli parametrlərinin təyini. Buraya kəmərin diametri, nasos stansiyalarındakı təzyiq, kəmərin divarının qalınlığı və nasos stansiyalarının sayı aiddir;
neft kəmərinin trasında nasos stansiyalarının yerinin təyini;
neft kəmərinin istismar rejiminin hesablanması.
İqtisadi cəhətdən əlverişli olan parametrlər müxtəlif variantlar üçün texniki-iqtisadi göstəriciləri tutuşdurmaqla müəyyən edilir. Kəmərin diametrinin bir neçə qiymətləri üçün mexaniki və hidravliki hesablamalar aparmaqla baxılan hər variant üçün borunun divarının qalınlığı və nasos stansiyalarının sayı təyin edilir. Ən yaxşı variant gətirilmiş xərclərin ən az olduğu hal hesab edilir.
Tras boyu nasos stansiyalarının yeri sıxlaşdırılmış profilə əsasən qrafiki yolla təyin edilir.
Kəmərin istismar rejiminin hesablanmasına stansiyalarda təzyiqin, onlardan əvvəl basqıların, nəql şəraitində kəmərin buraxma qabiliyyətinin
Aparılan texnoloji hesablamalar əsasında magistral neft və ya neft məhsulları kəmərlərinin tikintisi və istismarına minimal xərclər olmaqla kəmərlərin tikintisinin rasional sxeminin əsas texniki məsələləri həll edilir.