Aşağı sərflərdə təzyiq tənzimləyiciləri işə düşərək özündən sonra təzyiqi buraxılabilən həddə sabit saxlayır.
təzyiq tənzimləyicilərinin fəaliyyətini nəzərə alan xarakteristikanın işçi zonasını müəyyən edir.
Əgər magistralda təzyiqin məhdudlaşması xətti şəkil 4.12, b-də göstərildiyi kimi, 3 nöqtəsindən aşağı keçərsə, onda maksimal sərf bu xətlə boru kəməri xarakteristikasının kəsişmə nöqtəsi ilə təyin olunacaqdır. Bu nasos stansiyasının işçi zonası 1-2', təzyiq tənzimləyicilərinin işi nəzərə alınmaqla isə 4-2 parçasına uyğun gələcəkdir.
Şəkil 4.12- də göstərilən boru kəmrinin xarakteristikası (II) verilən sərfi reallaşdırmaq üçün «tələb olunan basqı»-nı müəyyən edir.
Nasos stansiyasının tam xarakteristikasında müəyyən edilən basqı ilə tələb olunan basqı arasındakı fərq «azad basqı» adlanır. Cəm xarakteristikada bu basqı stansiyanın tam xarakteristikası ilə boru kəmərinin xarakteristikası arasında şaquli parça ilə təsvir olunur. Sərbəst basqı stansiynın çıxışında təzyiq buraxılabilən təzyiqə bərabər və ya ondan kiçik olduqda tam şəkildə növbəti stansiyaya ötürülür.
Əgər magistralda təzyiqi məhdudlaşdıran xətt sərbəst basqını müəyyən edən şaquli parçanı kəsirsə və beləliklə onu iki hissəyə bölürsə, onda sonrakı nasos stansiyasına bu parçanın aşağı hissəsinə uyğun gələn basqı ötürülür. Bu zaman sərbəst basqınının qalan hissəsi (parçanın yuxarı hissəsi) tənzimləyicilər blokunda droselləşdirilməlidir.