Hesablanmasi


Neft kəmərinin optimal diametrinin seçilməsi



Yüklə 0,55 Mb.
səhifə20/21
tarix09.05.2022
ölçüsü0,55 Mb.
#56917
1   ...   13   14   15   16   17   18   19   20   21
4-cu-fesil

Neft kəmərinin optimal diametrinin seçilməsi


Müəyyən həcmdə olan neft və ya neft məhsulunu nəzəri olaraq müxtəlif diametrli boru kəməri ilə nəql etmək mümkündür. Eyni buraxma qabiliyyətinə malik olan boru kəmərinin diametri az olduqca tələb olunan basqı çoxalır (stansiyaların sayı artır). Əksinə diametr, böyüdükcə tələb olunan nasos stansiyalarının sayı azalır. Ona görə də boru kəmərinin ən əlverişli diametri elə diametr hesab edilir ki, orada maksimal buraxma qabiliyyətində kapital və istismar xərcləri ən az olur.



Ona görə də boru kəmərinin optimal diametrinin tapılmasının əhəmiyyəti böyükdür. Kəmərin optimal diametri adətən, bir neçə variantların (3 və ya 4) teniki-iqtisadi göstəricilərini tutuşdurmaqla seçilir.

Bu zaman baxılan variantlar müxtəlif saylı nasos stansiyaları və diametrli boru kəmərlərinə aid olmalıdır. İqtisadi cəhətdən əsaslandırılmış, ən optimal diametrin seçilməsi məsələsi kifayət qədər çətin məsələ olmaqla çoxlu amillərdən asılıdır. Belə ki, hər baxılan konkret halda yerli şəraitdən asılı olaraq kəmərlərin tikintisi və istismarının qiymət göstəriciləri dəyişilir. Buna baxmayaraq, tikintinin qiymətini müəyyən edən əsas amil boru kəmərinin diametri hesab edilir. Belə ki, diametrin azalması zamanı tikintiyə sərf olunan xərclər azalır. Digər tərəfdən bu öz növbəsində istismar xərclərinin əsas göstəricisi olan elektrik enerjisi xərclərini artırmış olur.

Optimal diametrin seçilməsi zamanı girişdə verilən cədvəl 1-dən istifadə olunması da tövsiyyə olunur.


    1. Yüklə 0,55 Mb.

      Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin