Mədineyi-münəvvərə nüsxəsi
Mədinə nüsxəsi söz və məna baxımından Məkkə nümunəsinə
bənzəyir: “Keçmişdən bu günə qədər Məkkə, Mədinə, Şam, Misir və digər
bölgələrdə bu kitabda qeyd olunan şirk növləri ortaya çıxdı. O da budur:
Qanının və malının halal sayıldığı küfr. Bu dinə girməyən, iman gətirib,
onunla əməl etməyən kəs Allaha və axirət gününə inanmamışdır.
Müsəlmanların imamına və bütün müsəlmanlara onlara qarşı cihada
qalxmaları, şirk, inad əhlini öldürmələri vacibdir! Misir, Şam, İraq
xalqından kim bu yazılanlara müxalifət edər, hazırki dinlərinin vacibatını
yerinə yetirməyə davam edərsə, o buna görə kafir və müşrikdir!”
134
Zənn edirəm ki, bu vəsiqələr ortaya çıxdıqdan sonra İbn
Əbdülvəhhabın məktəbinin təkfir məsələsində çox ifrata vardığı bütün
açıqlığı ilə bilindi. İbn Əbdülvəhhabın sözlərini yeniləmək, gözdən
keçirmək, onun yol verdiyi xətalardan uzaq durmağa tam aşkarlığı ilə
çalışmaq əvvəlcə İslamın sonra da müsəlmanların xeyrinə olardı.
Buna görə də günümüz vəhhabiləri və bu açıq təkfirdən faydalanan
gruplar təkfirin səbəblərini xarici təsirə bağlamaqda və İbn Əbdülvəhhabın
məktəbini tərifləməyə davam etməkdədirlər. Onlar həmişə İbn
Əbdülvəhhabın məktəbini gözdən keçirmədən, bu işləri tənqid edənlərə
qarşı düşmənçilik etmişlər. Təəssüflər olsun ki, onlar məhəlli
mədəniyyətimizdə mövcud xəstəliklərə çarə axtaran (xəstəliyin səbəbi istər
sələfilik, vəhhabilik ya da hərəkətlilik olsun) hər kəsə qarşı savaşdılar və bu
savaşda dövlətin özündən də istifadə etdilər.
Onuncu nümunə: Bədəvilərin
135
təkfiri
Bədəvilərin təkfiri:
136
“Onlar yəhudi və xristianlardan daha çox
küfr içindədirlər. Hər nə qədər şəhadət gətirsələr də İslamın bir tükü belə
onlarda yoxdur!
137
” Daha əvvəlki alimlərdən heç kim səhradakı insanları
təkfir etməmişdir. Onların elminin az olduğu, öz aralarında qəbilə
134
Dürər, 1. cild, s. 316/ 317.
135
Köçəri ərəblərin
136
Dürər, 10/ 113 – 114, 8/ 117, 118 – 119.
137
9/2, 137.
90
adətlərinə görə hökm verdikləri doğrudur. Ancaq bu dindən çıxaran küfr
deyildir. Onlar namaz qılar, oruc tutardılar. Zahiri cahillikləri istər İbn
Əbdülvəhhabın zamanında, istərsə də İslamın digər əsrlərində olmuşdur.
On birinci nümunə: Ənzə qəbiləsinin təkfiri
Ənzə qəbiləsinin təkfiri: “Onlar öldükdən sonra dirilməyə
inanmazlar!”
138
On ikinci nümunə: Zəfir qəbiləsinin təkfiri
Zəfir qəbiləsinin təkfiri: “Onlar öldükdən sonra dirilməyə
inanmazlar!”
139
On üçüncü nümunə: Üyəynə və Dəriyə xalqının təkfiri
İbn Süheym ilə bərabər İbn Əbdülvəhhaba muxalif olan Üyəynə və
Dəriyə xalqının təkfiri mövzusunda Dürərə bax.
140
On dördüncü nümunə: Müsəlmanlarin böyük
əksəriyyətinin təkfiri
Müsəlmanların böyük əksəriyyətinin təkfiri mövzusunda Dürərə bax.
141
On beşinci nümunə: İbn Ərəbinin təkfiri
“O firondan daha qatı kafirdir. Onu təkfir etməyən, küfründə
şübhəyə düşən də kafirdir!”
142
Orada bütün təsəvvüf alimlərinə və ən azı
dörd məzhəb alimlərinin əksəriyyətinə qarşı kafirliklə ittiham vardır.
Çox qəribədir ki, Qasim xalqına yazdığı başqa bir risaləsində İbn
Ərəbini təkfir etdiyini inkar edir! Bu da inkar etdiyini dediyi fikrin ona
aidiyyətinin doğru olduğuna dəlildir. Burada İbn Ərəbiyə kafir deməkdən
özünü uzaq tutur, kitablarında və risalələrində isə çox daha böyük
138
Dürər, 10/ 113.
139
Dürər; 10/ 113.
140
Dürər, 8/ 57.
141
Dürər, 10/ 8.
142
Dürər; 10/ 25.
91
ittihamlar yönəltdiyini görürük. Hətta daha da irəli gedərək İbn Ərəbinin
küfründə şübhə edənləri də təkfir edir!
Özünə aid olmadığını dediyi şeylərin (o da azdır) böyük hissəsinin
ləfz və yaxud da məna baxımından kitab və risalələrində mövcud olduğunu
müəyyən etdim! Bunun mənası onun fərqli hallara düşməsidir. Bəzən
təkfir edir, bəzən bunu etmədiyini deyir, ya da tam tərsini edir. Böyük
ehtimalla onun söylədiklərindən uzaqlaşmağının səbəbi dini deyil, siyasi
idi. Xüsusən də Qasim xalqına yazdığı risalədə (günümüz vəhhabilərinin ən
çox qeyd etdikləri) ifrata vardığı mövzuların bir çoxunun özünə aid
olmadığını deyir və özünü müdafiə edir. Mötədil tərəfdarlarının təhlil
etdikləri əsərlərində buna dair çox nümunələr toplamaq olar! Onun cavab
verdiyi Qasim xalqı o dövrdə İraq üləmasının təsiri ilə təkfirə qarşı idilər.
Bu da onu göstərir ki, onun Qasim xalqına yazdığı məktub siyasi xarakter
daşıyır. Çünki onun bütün metodu buna ziddir. Təkfiri inkar etmək
mövzusunda da ifrata getdi. Hətta bütə tapınan cahil müsəlmanları da təkfir
etdiyini dandı! Bu böyük bir ifratdır. Onun nə cahilliklə, nə də şərhə
dayanaraq əsla bütə ibadət etməyən Nəcdli hənbəli fəqihlərini təkfir
etdiyini görmüşdük.
On altıncı nümunə: “Lə iləhə illallah” deyənləri
təkfir etməyənlərin təkfiri
Bu, “Dürər”-in 10-cildinin 139-cu səhifəsində qeyd edilir. Bu çox
qəribə bir fətvadır. Onları deməkdə məqsədi muxalifləri arasında bütün
körpüləri yandırmaq idi.
Bu qədimdən bəri ifratçıların xüsusiyyətidir. Onlar tərəfdarlarının
təkfir məsələsində tərəddüd edəcəklərini bildiklərindən (görüşlərindən)
çəkinmələrindən qorxduqlarında “Buna şübhə edən də, geri duran da
kafirdir. (Təkfirdən) çəkinmək Cəhənnəmilikdən daha pisdir. Bu Allahın
hökmünə şübhə etməkdir. Şəkk edən də kafirdir”,-deyirlər. Necə ki, İbn
Əbdülvəhhabın zamanında xalqın kəlimeyi tövhid gətirənləri təkfir
etməkdən uzaq durduqları qeyd olunur. Bu doğrudan da böyük problemdir.
Ancaq təkfir etmənin dərmanı da budur. Ancaq vicdanlar yol verərsə təbii
ki!
92
On yeddinci nümunə
Tövhid əhli olduqları və Allahdan başqasına dəvət etmədikləri halda
İbn Əbdülvəhhabın tərəfdarlarının düşmən sayaraq təkfir etdikləri və
xaricilər (xavaric) deyə adlandırdıqlarının təkfiri
143
Bu iddiaya görə, öz qəbilələrilə birlikdə İbn Əbdülvəhhaba və
tərəfdarlarına qarşı olan insanlar tövhid mövzusunda cahil idilər. Bu
qəbilələr və bölgələr tövhid əhli ilə vuruşmadılar. Onlar təkfirdən uzaq
durmaq, İbn Əbdülvəhhaba tabe olmaqdan çəkinmək mövzusunda öz
alimlərinin yolunu tutdular. Əgər vuruşduqları insanlar müşrik idilərsə
onda niyə tövhidin haqq olduğuna inanır və Allahdan başqasına olan dəvəti
də inkar edirdilər. Bunun belə olduğuna İbn Əbdülvəhhabın özü də şahidik
edir. Bu məsələnin birinci tərəfidir.
İkincisi bu məsələdə təkfirin ifrata getdiyi açıqdır. Daha əvvəl
xaricilərin Əlini (r.a) və onu dəstəkləyən səhabələri kafir adlandırdıqlarını
bildirdik. Bu vəhhabiləri xariciliklə ittiham etməkdən daha böyük bir
iddiadır. Buna baxmayaraq, nə İmam Əli (r.a), nə də mühacir və ənsardan
olan səhabələr onları təkfir etmədilər.
On səkkizinci nümunə: Nəcdin hər yaşayış məskənində
Allahdan başqa tapınılan bir büt var
İbn Əbdülvəhhab Nəcdin hər yaşayış yerində Allahdan başqa
tapınılan bir büt olduğunu iddia edir.
144
Nəcdin tarixini az da olsa bilən şəxs bunun doğru olmadığını bilir.
Bəlkə də, o, burada həqiqi bütlərı deyil, dörd məzhəbi təqlid edən fəqihləri
nəzərdə tutmuşdur. Ya da insanların təbərrük etdikləri və onda xeyir-
bərəkətin olduğunu zənn etdikləri kimsələrlə əlaqədar ola bilər. Əgər
demək istədiyi budursa, o zaman düşmənçilikdə və məcazda
145
həddini
aşmışdır. Çünki bu məcazi ifadədə ifrat var. Bu, doğru olmayan bir
ümumiləşdirmədir.
143
Dürər, 1/ 63.
144
Dürər; 10/ 193.
145
Vəhhabilər İbn Teymiyyəni təqlid edərək dini mətnlərdə məcazın olmadığını qəbul edirlər
93
On doqquzuncu nümunə: Təfsir sahibi Razinin təkfiri
Məşhur müfəssir Fəxrəddin Razinin təkfiri də Dürərdə yer
almaqdadır.
146
İbn Əbdülvəhhab Razinin ulduzlara ibadət etməyin xeyri
haqqında kitab yazdığını iddia edir!
147
Bunu “doğru yola tabe olmaq”
mövzusunu işləyərkən İbn Teymiyyənin qeyd etdiyini və özünün də ondan
nəql etdiyini bildirir. O kitabı gözdən keçirdim ancaq belə bir sözə rast
gəlmədim. Bu sözün İbn Teymiyyəyə aid olması doğru olsa da o, xəta
etmişdir. Razi müsəlman bir alimdir və Allahdan başqasına ibadət etməyə
xoş baxmamışdır.
148
O ulduzların faydaları və bitkilərə təsiri haqqında kitab
yazmış, ulduz elmi ilə məşğul olanlardan nəqllər etmişdir. Onu istinadgah
saymamış və iman etməmişdir. İbn Teymiyyə və İbn Əbdülvəhhab də
bunu ona aid edirlər. İbn Teymiyyə və İbn Əbdülvəhhabdan nəql
etməyəndə də tərəfdarları bizim ifratçılardan və xaricilərdən nəql etdiyimizi
söyləyirlər! Allah yalanın və zulmün bütününü haram qıldı. Heç bir böyük
Müsəlman alimə əldə qəti dəlil olmadan belə ağır ittiham yönəltmək caiz
deyildir.
İyirminci Nümunə:
Tayfaların təkfir etmənin və onların əməllərinin şirk olduğunu irəli
sürməyin yeganə səbəbi onların İbn Əbdülvəhhaba qarşı düşmənçilikləridir.
İbn Əbdülvəhhabın şirk məfhumunun əhatə dairəsini genişlətdiyini və onu
qəbul etməyənlərin çoxunun bidətə və kiçik şirkə (böyük şirkə deyil)
girdiyini iddia etdiyini bilirik: “Şirk əhlinə qarşı düşmənçilik bəsləyib
onları təkfir etməmək də küfrdür! Tövhidi nə sevən, nə də ona qarşı kin
bəsləməyən, şirkin və tövhidin mahiyyətini anlamayan, tövhidin
vacibatını yerinə yetirməyənlər də küfrə girmişdi. Onu tərk edənləri
pisləməyən və təkfir etməyənlər də küfr içindədir”.
149
146
Dürər, 10/ 72, 273.
147
Dürər, 10/ 355.
148
Onu Zəhəbi, Sübki, İbn Xalliqan və başqaları tərifləmişdir. O fəqih, müfəssir, üsulçu, kəlamçı və
təbibdir. (Razi təsəvvufi görüşlərə yer verməsi ilə də tanınır tərcüməçidən) Hamı kimi onun da xətası
olmuşdur. Ancaq, İbn Əbdülvəhhabın dediyi kimi bunlar küfrə səbəb olan xətalar deyildir. Əgər o
ulduzlara ibadəti tərifləmişdisə niyə alimlər onu pisləmədilər və bunun ən azından küfr olduğunu
demədilər. Hər xəta edəni təkfir etsək bizdən başqa geriyə kimsə qalmaz.
149
Dürər, 2/ 22.
94
İbn Əbdülvəhhabın şirk sözüylə böyük şirki nəzərdə tutmuşdusa,
qeyd etdiklərinin hamısı doğrudur (hər kəs bunun böyük şirk olduğunu
düşünür). O zaman bu insanları “şirkdə olan” və “tövhiddə olan” deyə
təsnifləndirməyə məcbur etməkdir. Bunu onun müasiri olmuş alimlərin
böyük əksəriyyəti təsdiq etməmişdir. Bu da məsələni fərqliləşdirir. Böyük
şirklə kiçik şirkin və şirklə bidətin arasını mütləq olaraq ayırmaq lazımdır.
Sonra da böyük şirkdə olanlara (olmamasına baxmayaraq) qarşı təkfir və
savaş açılmışdır. İbn Əbdülvəhhabın qəbul etmədiyi mövzuların çoxunda
haqlı olduğunu qəbul etsək belə bunlar bidət, xürafələr və olsa olsa kiçik
şirk məsələləridir. Yarımada ərazisində bu cür Allah bəndələrinin olması
ehtimal daxilindədir. Ancaq, bu İbn Əbdülvəhhab və tərəfdarlarının bütün
bölgələri təkfir etmələrini və savaşa səbəb ola biləcək böyük düşmənçiliyin
caiz olduğunu göstərməz. Onların etdiyi kimi, başqalarını bidət, xürafə
içində olduqlarına görə dindən çıxaran böyük küfrlə damğalamaq caiz
deyildir. Bunlara diqqət etmək lazımdır!
İyirmi birinci nümunə: Şam əhlinin çoxunun İbn Ərəbiyə ibadət
etmələri səbəb göstərilərək təkfir edilməsi
İbn Ərəbinin küfründən şübhə edənlərin də təkfir edilməsi.
İbn Əbdülvəhhab Şam xalqının çoxunu İbn Ərəbiyə tapınırlar,
deyərək təkfir edir.
150
Halbuki, İbn Ərəbinin davamçıları ona tapınmırlar.
Bunu bəzilərində görmüş olsa belə tərəfdarlarının çoxu kimi ümumi ifadə
işlətməsi caiz deyildir. İbn Ərəbinin tərəfdarlarının küfründə şübhə
edənlərin təkfiri Dürərdə yer almaqdadır.
151
İyirmi ikinci nümunə: fiqh şirkin özüdür
İbn Əbdülvəhhabın buradakı sözlərini yanlış anlamış olmağı arzu
edirəm. Fəqihlərin onun kimi düşünmədiklərini deyən İbn İsaya yazdığı
risalədə ona bu ayəni nümunə gətirdi: “Onlar Allahı qoyub alimlərini və
rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəblər) qəbul etdilər.”
152
150
Dürər, 2/ 45.
151
Dürər, 2/ 45, 10/ 25.
152
Tövbə/ 31.
95
Daha sonra belə dedi: “Onu Allahın elçisi, imamlar sizin “fıqh”
adlandırdığınız şey kimi təfsir etdilər. Allahın şirk deyə anlatdığı da budur.
Onları rəbb yerinə qoydular. Müfəssirlər arasında bu mövzuda fikir
ayrılığına rast gəlməmişəm!
153
Birincisi bu Adiyy ibn Hatim hədisidir ki, onun haqqında böyük
mübahisə var.
İkincisi: Necə olur ki, düşmənlərin ona qarşı dəlil gətirmək
məqsədilə istifadə etdikləri fiqh kitabları şirkin özü ola bilər? Əgər
düşmənlərinin fiqh kitablarını təqlid etdiyini nəzərdə tutursa özü də
“Mürtəd bölümündə” fəqihlərin görüşündən geniş şəkildə faydalanmışdır.
İyirmi üçüncü nümunə: Döymə edənlər kafirlərdir
Alimlərdən və xalqdan olan döymə edənlərin təkfiri:
154
İyirmi dördüncü nümunə: Sədir xalqı kafirlərdir
Sədir xalqının alimlərinin və xalqın təkfiri:
155
İyirmi beşinci nümunə:
Abdullah ibn Əbdüllətif adlı məşhur bir qazıya yazdığı risalədə belə
deyir: “Bu axır zamanda Ömərin (r.a) ilk dinini tərk etdiyi kimi, Allahın
dini üçün indiki dinini tərk etməyin sənin üçün nə qədər yaxşı olardı.”
156
Beləcə o müxaliflərinin müsəlman olmadığını zənn edir.
İyirmi altıncı nümunə: Kəlamçılar kafirdir
“Kəlamçıların küfrü icma ilə sabitdir!”
157
Bu mülahizə doğru
deyildir. Kəlamçı sözünün mənasını bilən belə bir mülahizə yürütməz.
Xüsusən də əqaid məsələsinə diqqət göstərən əşari və mötəzilədən olan
müsəlman alimləri nəzərdə tutulursa, şərhləri ilə bidətə və ya təvillə küfrə
düşsə də müsəlman kəlamçı müsəlmandır. İbn Teymiyyə də (o da hənbəli
153
Dürər; 2/ 59.
154
Dürər, 2/ 77.
155
Dürər, 2/ 77.
156
Dürər, 1/ 43.
157
Dürər, 1/ 53.
96
kəlamçılarındandır) sonradan olanların (həvadis) sonsuz bir silsilə içində
yer almaları (təsəlsül), aləmin növ baxımından başlanğıca sahib olmaması
(qədim), Allahın “tüksüz bir gənc” formasında (Allah belə olmaqdan
münəzzəhdir) olduğuna dair görüşlərindəki kimi sələfin bəzilərinin küfr
hesab etdiyi bəzi görüşlərə sahib olmuşdur. Lakin o, kafir deyildir. Çünki
batil bir hədisi səhih olduğunu və ya müəyyən bir fikrin doğru olduğunu
zənn edərək təvil etmişdir. Demək ki, küfrə yol verən hər şəxs kafir
deyildir. İstər alim, ya da xalqdan olsun, heç kim bir görüşdən qurtula
bilməz. Ancaq təkfir edilməz.
İbn Əbdülvəhhab Zəhəbi, Daraqutni, Beyhəqi və digərlərindən
kəlamçıların təkfirinə dair nəqllər edir. Bu uydurma bir nəqldir. Çünki
onların üçü də kəlamçıdır! Ən azından onların bəzisinin kəlamçıları təkfir
etmədiklərini bilirik! Bunu kəlamçıların həyat hekayələri ilə zəngin olan
“Nübəla” əsərindən də görürük. Orada kimi isə təkfir etdiyini xatırlamıram.
Bəli, onların xətaları və bidətlərı qeyd olunmuş ola bilər. Ancaq İbn
Əbdülvəhhabın dediyi kimi təkfir etmir. Belə ki, o, bu cür deyir: “Bəlkə, o
bunu dalğınlıq halında demişdir. Bəlkə, o başqa cür dedi ama əslındə
belədir”. Bu mövzunu araşdırmaq istəyən kitaba baxa bilər. Əslində Zəhəbi
İbn Əbdülvəhhabın metoduna görə dindən çıxaran və insanı böyük küfrə
daxil edən salehlərin qəbirləri ilə təbərrük etməyi (daha öncə də keçmişdi)
caiz görür. Onu üzrlü gördüyü kimi, dövrünün hənbəli alimlərini, yəni İbn
Süheym, İbn Firuz, İbn Əfaliq və digərlərini də üzrlü qəbul edə bilərdi.
Hənbəlilərin Əhməd ibn Hənbəlin qəbrinin fəziləti ilə bağlı üç kitabı
vardır. İlk dövr hənbəlilərinin sufi olduqlarını, lakin Allahın sifətlərı,
Quranın yaradılışı (xalqul-Quran) və səhabələr ilə əlaqəli mövzularda ifrata
vardıqlarını və bu mövzularda onlarla həmfikir olmayanları təkfir
etdiklərini daha öncə qeyd etmişdim.
Daraqutniyə aid edilən kitab əslındə ona aid deyildir. Bəzı hənbəlilər
bunu onun adına çıxmışdır. Bəlkə də, İbn Əbdülvəhhab bunları ondan nəql
etmişdir. Beyhəqi isə əşaridir. İbn Əbdülvəhhabın əşarilərlə bağlı rəyi isə
çox sərtdir, təxminən küfrə yaxındır.
97
İyirmi yeddinci nümunə: Əhsa xalqı bütlərə tapınır
Əhsa əhlinin bütlərə sitayiş etdiyi söyləyir.
158
Bu doğru deyildir.
İyirmi səkkizinci nümunə: Nəcd xalqı daşa və ağaca tapınır
Bunu İbn Əbdüllətifə yazdığı risalədə qeyd etdi.
159
Onlar insandan və daşdan olan bütlərə ibadət edirlər. Üstəlik buna
“büt və tağuta inananlar
160
istisna heç bir alimin bu mövzuda fərqli
düşünmədiyini əlavə etdi. (Ona görə) Əbdüllətifin məmləkətinin elm əhli
böyük şirkə düşməklə qalmayıb, üstəlik ona dəvət də edirlər.
Bütün bunlar mübaliğədır. Heç bir həqiqət payı yoxdur. Nəcd, Hicaz,
Əhsanın müsəlman alim və qazılarında olan ifratçılıq (əgər varsa), digər
İslam aləminin alim və qazılarının ifratçılığı qədərdir. Onun zamanında da,
əvvəl və sonra da. İbn Teymiyyə və Əhməd ibn Hənbəlin zamanında da
belə idi. Kitablar, risalələr və xalqlar ortadadır. Onların nə bütlərə
tapındıqları, nə də ona dəvət etdikləri nəql edilməmişdir. Şeyxlər və
təbərrük mövzusunda ifrata gəlincə, bu dindən çıxaracaq böyük şirk kimi
deyil, bidət və xürafə kimi qəbul oluna bilər.
İyirmi doqquzuncu nümunə:
“Mən Allahın elçisinin dinini bildikdən sonra ona küfr edən və
insanları ondan uzaqlaşdıran, onunla əməl edənlər düşmən olanları
təkfir edirəm”.
161
Bu kəlməni İbn Əbdülvəhhab tez-tez təkrar edir. Bu, nəzəri olaraq
doğrudur. Ancaq həqiqətdə Allahın Elçisinin (s.ə.s) dini özünün və
tərəfdarlarının tutduğu yolun nəzərdə tutur. Onun düşmənləri, alimlər,
qazılar və xalq İslam dininə qarşı gəldiklərini söyləmirlər. Tam tərsinə,
onlar İslamın beş rüknünə əməl etdiklərini təsdiq edir, bu dinə qarşı
düşmənçilik bəsləmir, insanları da ondan uzaqlaşdırmırlar.
158
Dürər, 1/ 54.
159
Dürər, 1/ 53 – 54.
160
Nisa/ 51.
161
Dürər, 1/ 73.
98
Onlar dinin özündən dəlil gətirir və deyirlər: “Allahın elçisinin
dinində “Lə iləhə illallah” ,- deyən kimsəylə savaşmaq qadağan edilmiş,
onların qanının və malının qorunması əmr olunmuşdur. İbn Əbdülvəhhab
bunu bilir, ancaq insanları ondan uzaqlaşdırır və onunla düşmənçilik edir.
Bunu etməklə o, Peyğəmbərin (s.a.s) dininə qarşı çıxmış və insanları da
ondan uzaqlaşdırmış olur!
Beləcə bu dairədən kənara çıxa bilmirik. Çay dönüb-dolaşıb
mənbəyinə geri gəlir. İbn Əbdülvəhhab və düşmənləri qarşılıqlı küfrləşirlər.
Çünki hamısı təkfir və ona mane olan qaydaları göz ardı edirlər.
162
Məsələlərə qatı qərar verirlər. Onların bəzisi doğru, çoxu isə barəsində qəti
fikir bildirmək qeyri-mümkün olan təşbehlərdir. Onlardan biri bir məsələni
seçdiyindən və onu Peyğəmbərin (s.ə.s) dini saydığından ona qarşı gələnlər
də düşmən olmuş olur.
Bu xeyli dolaşıq məsələdir. Ona qarşılıqlı zülm, təkfir və
düşmənçilik (təkfir və küfr pisləməkdən daha ifratdır) nəticəsində ortaya
çıxan cinayət qarışmışdır. Bəlkə də, buna siyasi vəziyyət, məzhəb
düşmənçiliyi, bölgə, qəbilə və məzhəb təəssübü kömək etdi. Allah hamısına
mərhəmət etsin. Biz keçmiş xətaları təkrar etməməli onlardan dərs
çıxarmalıyıq. Tarix mərhəmət etmir. Bu gün ört-basdır etməyə çalışdığımız
xəta sabah iki yanlış şəklində ortaya çıxacaqdır. Qiyamət günündə isə üç
olacaqdır. Bir xəta reallaşır, ona təəssüb göstərməksə ikincini doğurur. Onu
xəbərdar edənə müharibə elan etməklə də üçüncüsü ortaya çıxır.
Otuzuncu Nümunə:
Salehlərə (övliya) etiqadı zina və oğurluq kimi görmür, bütlərə ibadət
sayır.
163
Bunu tez- tez təkrar edir. Halbuki, salehlərə etiqad kəliməsi ümumi
bir ifadədir. Ona təvəssül, təbərrük və bənzərləri daxildir. Elm sahibləri bu
mövzuda xüsusən də təbərrük mövzusu ilə əlaqədar çox şey deyiblər. Mən
nə elə, nə də belə düşünürəm. Təbərrükdə problem görməyən bəzi elm
tələbələri ilə bu mövzu barədə mübahisə etdim. Bunun inkarında mən də
İbn Əbdülvəhhabın yanında yer aldım. Bunun haqqa daha yaxın olduğu
162
Düşmənlərinin çoxu böyük küfrlə deyil xariciliklə ittiham edirlər.
163
Dürər, 1/ 78.
99
görüşündəyəm.
164
Ancaq bunun doğruluğunu qəbul etmək onunla eyni fikri
bölüşməyən alimləri və xalqı təkfir etmək mənasına gəlmir. İbn
Əbdülvəhhabın inkar etdiklərinin əksəriyyəti (küfr deyil) fərqli şərhi olan
ictihadlar, şübhə və təvildən irəli gələn məsələlərdir. Bunun nümunələri
daha öncə şərh edildi.
Otuz Birinci Nümunə:
Aşağıdakı qrupları təkfir etdiyini:
165
1.
Allahın Elçisinin (s.a.s) dinini bilib, ona tabe olmayanlar.
2.
Onu bilib və sevən, tövhidə gələnləri xor görən və şirkdə qalanları
sevənlər.
3.
Dini bilən ancaq ona küfr edən. Yusif, Aşkar və Xızıra tapınanları
tərifləyənlər.
4.
Tamamən ona təslim olan, lakin öz şirk diyarından tövhid
məkanına hicrət etməyənlər.
166
Bu dörd halı dönüb-dolaşıb mənbəyinə axan çaya oxşada bilərik!
Cavabı daha öncə ifadə olundu. Onlar İbn Əbdülvəhhabın hər dediyinin
haqq olduğuna qənaat gətirmirlər. O da öz növbəsində, onların hər
dediklərinin batil olduğuna inanır. İbn Əbdülvəhhabın bidəti rədd etməsini
alqışlayanlar, onun təvil edən alimləri, adi insanlardan olan bidət və cəhalət
sahiblərini təkfir etməsini qəbul etmirlər.
Üstəlik tövhidi bilən, onu sevən və tabe olan, şirki tərk edənlərin
bütün bunlardan sonra tövhid əhlini xor görməsi, şirkdə qalanları sevməsi
necə mümkün ola bilər, bu sözün doğruluğunu ağıl qəbul etməz.
Dünyada dinini və məzhəbini sevən birinin sadəcə onlara müxalifət
edənlərə kin bəsləməsindən söhbət gedə bilər. Belə ki, biz sünnilər də
164
Hər halda müəllif Səudiyyə Ərəbistanında yaşadığı üçün vəhhabilər tərəfindən şirklə ittiham
olunmamaq üçün bəzi məsələlərdə İbn Əbdülvəhhabın görüşlərini bölüşdüyünü vurğulayır (mütərcim).
165
Dürər, 1/ 102.
166
İşin qəribə tərəfi onun başqa bir yerə hicrət edərək onun yanına gəlməyənləri təkfir etdiyini rədd
edir! Bu ya çaşqınlıq, ya geri addım atmaq ya da manevrdir.
100
bəzən bir birimizə qarşı düşmənçilik hissləri daşıyırıq. Çünki digər tərəfin
sünniliyi təmsil etmədiyini və ona zərər edirık.
167
İslama girəni xor görən müsəlman, Xxristianlığa girəni xor görən
xristian, şiəliyi qəbul edəni xor görən şiə və sələfiliyi qəbul edəni xoş
qarşılamayan sələfi yoxdur. Bu qəribə bir məntiqdir.
Bəli, bidəti inkar etmək və xalis tövhidə dəvət etmək kimi qəbul
etdiyi bəzi görüşlərdə bu şəxs təsdiq etmək olar. Lakin yolun axırına kimi
onunla gedərək insanları təkfir etmək olmaz.
Bunun mənası İbn Əbdülvəhhabın sözündə həm haqqın, həm batilin
olmasıdır. Mühüm olan haqqı almaq və batili tərk etməkdir. İbn
Əbdülvəhhab isə sözünün hamısının qəbul və ya rədd edilməsini
istəməkdədir. Bu isə yalnızca peyğəmbərlərin gətridiklərində etibarlıdır.
Onların bütün dediklərinə və etdiklərinə tabe olmaq və qadağan
etdiklərindən də uzaq durmaq vacibdir. Xəlifələr və alimlər kimi digər
insanların gətirdiklərinin bəzilərinə müxalifət edilmişdir. Onlar təkfiri və
əks fikirli insanlarla vuruşmağı doğru qəbul etməmişlər. Bəzi səhabələr
üsyankarlara qarşı döyüşdə İmam Əliyə (r.a) qarşı çıxdılar. Bəzilərı də
onunla bərabər döyüşdülər. Bəziləri də, insanları uzaqlaşdırdılar. Onlardan
nə duranlar, nə pis göstərənlər, nə də savaşanlar belə dəmədilər: “Onlar
Allahın dininə küfr etdilər! Onlar insanları Rəsulun (s.ə.s) dinindən
uzaqlaşdırdılar!” Əli ibn Əbu Talib (r.a) və Əmmar ibn Yasirin yaşadıqları
din Məhəmməd ibn Əbdülvəhhabın yaşadığı dindən daha saf və pak
olmasına baxmayaraq belə bir şeydən söhbət belə getmədi. İmam Əli (r.a)
İbn Əbdülvəhhabın metodunu tətbiq etsəydi, Cəməl, Siffin və Haruriyyədə
olanları Peyğəmbərin (s.a.s) dininə qarşı vuruşduqlarını iddia edərək təkfir
etməsi lazım gələrdi. Onun məxsusi bir mətnə sahib olmağına baxmayaraq
bu tayfalara qarşı təkfir iddiası olmadı.
168
167
Belə ki, İbn Əbdülvəhhab və müxaliflərı də müsəlman və sünni olmaqlarına baxmayaraq bir-birlərini
xor görürlər.
168
Xaricilər ilə bağlı olan nəss belədir: “Onlar oxun yaydan çıxdığı kimi İslamdan çıxdılar”. İkinci
qrupa aid olan mətn isə belədir: “Müaviyənin tayfası onları atəşə çağırır”. Onların zülm etdikləri aşkar
oldu. Bu iki qrupu İmam Əli (r.a) və onun yanında olan Bədr və Rizvan beyətində iştirak etmiş
səhabələr təkfir edə bilərdilər. Daxili düşmənçiliyi və xarici savaş halını nəzərə alıb belə edə bilərdilər.
Yaxud da bu cür deyə bilərdilər: “Oxun yaydan çıxıb geri dönüşünün mümkün olmadığı kimi, İslamdan
çıxanların da dönüşü imkansızdır. Atəşə dəvət edən müsəlman deyildir. Amma haqsızlar cəhənnəmə
101
Eyni zamanda (İbn Əbdülvəhhab) vətənindən hicrət etməyəni də
küfrdə günahlandırdı. Bu da xətadır. Çünki şəriətdə vacib olan hicrət
Peyğəmbərə (s.a.s) edilən hicrətdir. Ancaq ondan (s.a.s) sonra edilən hicrət
müəyyən şərtlər əsasında vacib olar, tərk edən isə təkfir olunmaz.
Günümüzdə olduğu kimi başqa məqsəd və mənfəətlər üçün edilən hicrət isə
vacib deyildir. Dünyada öz yurdlarından hicrət etmək istəməyən çətinlik
içində yaşayan müsəlmanları təkfir etməyimiz caiz deyildir.
Otuz üçüncü nümunə: Əşarilik və zahirilik haqqında dediyi sözü
İbn Əbdülvəhhab Allahın sifətlərini inkar edən əşarililər və
digərlərinin təkfirini təlqin edən bir görüş nəql edir.
169
İbn Həzmi də mütləq
şəkildə sifətləri inkar etdiyinə görə təkfir edirlər. Onun (İbn Həzmin) bu
mövzudakı dəlillərini “əl-Fəsl” adlı kitabında tapa bilərsən. Təkfir
etməmişdən qabaq onları oxuyun!
170
Dostları ilə paylaş: |