Vəhhabi məktəblərində etidal nümunələri
Səthi də olsa məsələnin digər tərəfini də qeyd etmək yerinə düşərdi.
Daha əvvəl də, az olsa belə bəzi mötədil fikirləri qeyd etdim. Ancaq təəssüf
ki, onların sayı çox azdır. Həmçinin, qapalı və ziddiyətlidir.
Bəzi vəhhabilər Dəriyyənin süqutundan sonra Misirdə yaşadılar və
fərqli baxış tərzi qazandılar. Onların bəzi fətvalarında (qapalılıq olmadan)
açıq mötədil xarakterli sözlərə rast gəldik. Məsələn, Şeyx Abdulla ibn
Məhəmməd ibn Əbdülvəhhab belə düşünür: “Həqiqəti araşdıran elm əhli
122
belə deyər: xaricilər, rafizilər, qədərilər və mürciə təkfir olunmayan bidət
əhlidir. Çünki yalnız zəruri olaraq dindən olduğu bilinənləri inkar edən və
küfr əməllər işləyənlər təkfir edilir”.
257
Bu mötədil bir fikir olmaqla günümüzə qədər yaşamış vəhhabi
alimlərinin və İbn Əbdülvəhhabın düşüncələrinin əksinədir. Onun mötədil
bir “əs-sirətun-nəbəviyyə (Peyğəmbərin həyatı)” kitabı vardır. Orada
Əmmar ibn Yasiri mədh edir və onu savaşlarda haqq mizanı olaraq qəbul
edir. Bu vəhhabilərdə görmədiyimiz (İbn Baz istisnadır) bir mötədillik
nümunəsidir. Vəhhabilər iki səbəbə görə Əhli-beytdən qaçırlar: Birinci, İbn
Teymiyyə və ifrat hənbəliləri təqlid etdiklərindən, ikinci sə başdan etibarən
şiələr ilə olan tarixi düşmənçilik səbəbilə.
DÖRDÜNCÜ BÖLÜM
Vəhhabiliyə qarşı olanların ən məşhurları
1 – Süleyman ibn Süheym əl-Hənbəli ən-Nəcdi (h/ 1130 – 1181).
Riyad fəqihidir. Tam adı Süleyman ibn Əhməd ibn Süheymdir. Atası da
fəqih və İbn Əbdülvəhhabın muxaliflərindən idi. Anzə qəbiləsindəndir.
Fəzilətli bir hənbəli fəqihi və tədqiqatçısı idi. Vəhhabilərin istilasından
sonra Zübeyr diyarından çıxaraq Riyada gəldi və orada vəfat etdi. İbn
Əbdülvəhhab onu dindən çıxaran küfrlə ittiham etdi və kələfin ucunu
qaçıraraq ona heyvan dedi. Bu isə ifrata getmənin son həddidir.
2 – Süleyman ibn Əbdülvəhhab ət-Təmimi ən-Nəcdi (h/ 1208). İbn
Əbdülvəhhabın doğma qardaşıdır. Ondan daha bilikli idi. O, hənbəli fəqihi,
Nəcd qazısı və mötədil alimlərdən idi. Üyeynədə doğulmuşdur. Təhsilini
Hürəymilədə aldı. Qazı olaraq geri döndü. Vəhhabilər Hürəymiləni ələ
keçirdikdən sonra Sədirə getdi. Onun Üyəynə və Dəriyyədə tərəfdarları
vardı. Onları təkfir mövzusunda xəbərdar etmələri və (təkfirdən yayınmaq
üçün) razı salmaları üçün İbn Əbdülvəhhabın yanına elçi göndərdi. İbn
Əbdülvəhhabın tərəfdarları onun göndərdiyi bir elçini öldürdülər. Çünki
onlara görə o, darul-hərbdən (hərb diyarından) gəlirdi. Hürəymilənin
257
Dürər, 10/ 244.
123
süqutundan sonra Sədirə köçdü. Qırx ildən çox qardaşının muxalifi olaraq
qaldı. Hicri 1157-ci ildən 1190-cı ilə qədər dəvət (vəhhabi) dövlətinin
Nəcdin ortalarına qədər irəliləməsindən sonra məcburi olaraq heyətin
tərkibində (vəhhabilərin yanına) gəldi. Dəriyyədə təxminən iyirmi il öz
etiqadında qaldı. Qardaşının vəfatından iki il sonra vəfat etdi. Bəzilərinə
görə onun dəvəti yaydığı doğru deyildir. O, elmi ilə seçilən böyük
alimlərdəndir. Allahın dininin dəyişdirilməsi ilə yaxından uzaqdan əlaqəsi
yoxdur. Aslanın ağzında olmasına baxmayaraq, haqlı bildiyinə səbr etdi.
Şeyx Səud Sərhanın onun digər qardaşları (Məhəmməd və Süleyman)
əleyhinə yazdığı gözəl bir araşdırması vardır. Şeyx Bəssam Nəcd alimləri
kitabında bunu ortaya çıxardı. Şeyx Süleyman öz məzhəbindən (İbn
Əbdülvəhhaba muxalifətdən) geri dönmədi. Ancaq onun səsi zəif idi (yəni
gücü yox idi). İbn Əbdülvəhhabın qardaşı olması onu ölümdən qurtardı.
Yoxsa o da vəhhabilərin görüşünə görə Rəsulullahın (s.ə.s) dinini inkar
eləyirdi ve dindən çıxaran böyük küfr içində idi. Onun qardaşının əleyhinə
yazdığı “əs-Savaiqul-İlahiyyə” adlı kitabı var. Bu kitab vəhhabilik
əleyhində yazılmış ən güclü rəddiyələrdən biridir. Bir neçə dəfə
Hindistanda, Misirdə və Türkiyədə yayımlanmışdır. Günümüzədək hənbəli
olması, İbn Əbdülvəhhabın doğma qardaşı olması, Nəcdi yaxşı tanıması,
heç bir tayfa, qəbilə, bölgə fanatizminə yönəlməməsi səbəbilə yazdığı əsər
vəhhabilik rəddiyələrinin ən qüvvətlilərindən sayılmaqdadır. Mən onun
kitabını oxumuşam. Kitabda möhkəm təmələ əsaslanan qaneedici və tutarlı
dəlillər var. Allah ona rəhmət etsin və ondan razı olsun.
3 – Məhəmməd ibn Əbdürrəhman ibn Əfaliq əl-Hənbəli əl-Əhsai (h/
1100–1164). Əhsanın böyük alimlərindən idi. Böyük fəqih və dövrünə görə
dərin mədəniyyətə sahib idi. Fiqh və astronomiya sahələrində kitabları
vardır. Üyəynə əmiri Osman ibn Müəmmərin İbn Əbdülvəhhabdan uzaq
olmasına səbəb olmuşdur. İbn Əbdülvəhhabın o dövrdə İbn Müəmmərin
yanında olmasına baxmayaraq, İbn Əfaliqin qüvvətli dəlilləri əmirin ona
yardım etməsinə əngəl olmuşdur. Əfaliq Əhsadan İbn Müəmmərə məktub
göndərərək onu İbn Əbdülvəhhabın dəlillərinin zəifliyi mövzusunda razı
sala bilmişdir. Bu nümunə onun nə qədər qüvvətli elmə sahib olduğunun
124
isbatıdır. İbn Əbdülvəhhab onu da dindən çıxaran böyük küfrlə ittiham
etmişdir.
4 – Abdullah Müveys (h/ 1175). Nəcdin mərkəzində yerləşən Hərmə
adlandırılan yerin fəqihidir. Adı Abdullah ibn İsa ət-Təmimidir. Muveys-
deyə məşhurdur. Nəcdin ən dəyərli şeyxlərindəndir. Elmi öncə Nəcd
alimlərindən sonra isə Şama gedərək əllamə Səfarinidən öyrəndi.
Səfarininin ona vəsiyyəti var. İbn Əbdülvəhhabın özü belə onun Nəcdin ən
dəyərli şeyxlərindən olduğunu etiraf edir. O Abdullah ibn Süheymi İbn
Əbdülvəhhaba dəstək olduqdan sonra dəstəyini geri çəkməsi mövzusunda
razı salmışdır. Bu səbəbdən İbn Əbdülvəhhab ondan küsmüş və onu təkfir
etmişdir. Şeyx Bəssam İbn İsanın İbn Əbdülvəhhaba yazdığı rəddiyələrdən
iqtibaslar vermişdir.
258
O, İbn Əbdülvəhhabın təkfir mövzusundakı
fikirlərini qüvvətli dəlillərlə tənqid etmişdir. Onu Allahın elçisinin dininin
önünü kəsməklə ittiham etmiş və dindən çıxaran təkfirlə ittiham etmiştir.
Bunu inkar edə bilmərik ki, İbn Əbdülvəhhab prinsiplərinə uymayan hər
kəsi Allahın dininə düşmənçilik etməklə suçlamıştır. Heç kimsəyə dini öz
dəvətinin inhisarına alması və buna istinad edərək insanları təkfir etməsi
caiz deyildir.
5 – Abdullah ibn Əhməd ibn Süheym (h/ 1175). Qasim camaatının
fəqihidir. Bütün Sədir bölgəsinin hənbəli fəqihi və qazısı idi. Vəhhabiliyə
düşmənçilikdə şiddətli deyildi. Ancaq onların təkfir mövzusundakı
ifratlarına etiraz etdi.
6 – Abdullah ibn Məhəmməd ibn Əbdüllətif əl-Əhsai. O, İbn
Əbdülvəhhabın şeyxlərindən və onun dəvətinin ən kəskin muxaliflərindən idi.
7 – Məhəmməd ibn Abdullah ibn Firuz əl-Əhsai (h/ 1216). Firuz
ailəsi İbn Əbdülvəhhabın qəbiləsindəndir. Özü də, atası və babası da
hənbəli alimlərindən idi. Hafizə və zəkada məşhurdu. Hətta Səhih-i
Buxarini əzbərdən imla etdiyi söylənilir. Bir çox tələbələrə qucaq açmış və
əlliyə qədərini oxutmuşdur. Əbdüləziz ibn Məhəmmədin dövründə
vəhhabilər Əhsanı istila etdikdən sonra ətrafı və tələbələri birlikdə Bəsrəyə
getdi. Bəsrə xalqı öndə gələnləri və alimləri ilə onu möhtəşəm bir şəkildə
258
Üləma-i Nəcd 4/ 365.
125
qarşıladılar. Şeyx Bəssamın ifadəsinə görə, o gün bayram günü kimi idi.
Burada şəriət elmlərini tədris etdi. Yanına gələn o qədər çox idi ki, bu
səbəbədən Bəsrə və Mosul məscidlərini genişləndirdilər. İdarəçilər və
sultanlar qazıları və müəllimləri seçməsini məhz ondan istəyirdilər.
Ölümündən sonra Bəsrədən Zübeyr bölgəsinə aparıldı. Qəbri Zübeyr ibn
Avvamın qəbrinin yanındadır. Fərqli məzhəblərdən olan şəhərlərin xalqı
onun ölümünə mərsiyə dedi. Onun Osmanlı sultanları yanında böyük
nüfuzu vardı. O, İbn Əbdülvəhhaba şiddətlə qarşı çıxdı. Ona muxalifəti və
müxtəlif şəri elimlərdə böyük təsiri ilə məşhurdur. İbn Əbdülvəhhab onu
dindən çıxaran böyük küfrlə ittiham etdi. Beləcə dəyərli bir alimi böyük
təkfirlə ittiham edən İbn Əbdülvəhhabın təkfir mövzusunda ifrata
getdiyinin bir daha şahidi oluruq.
8 – Məhəmməd ibn Əli ibn Səllum (h/ 1246). Fərəzi ləqəbi ilə
məşhurdur. Sədirdə doğulmuşdur. Hənbəli fəqihlərindəndir. Vəhhabilərin
əlindən şeyxi İbn Firuz əl-Əhsai ilə bərabər Bəsrəyə qaçmışdır.
9 – Osman ibn Mənsur ən-Nəsri (h/ 1282). Sədir camaatındandır. Elmi
Nəcd və İraqda öyrənmişdir. Yarımadanın daxilində və xaricində onu mədh
etdilər. İbn Əbdülvəhhabın “Kitabut-tövhid”-inə şərh yazdı. Ancaq İbn
Əbdülvəhhabın hər dediyi ilə razılaşmadığını bildirdi. Sədirdə qazı oldu. Sonra
Abdullah ibn Faysal Türki dövründə Xəlildə oldu. Bu da ikinci Səud dövlətinin
vəhhabi yönümlü olmadığına və ya vəhhabilikdən uzaq olduğuna dəlalət edir.
Şeyxin vəhhabilik haqqında fikri kəskin idi. Onları xaricilərdən sayırdı. Onun
dəvətdəki ifratla əlaqəli yazdığı kitabları var. Onlardan biri “Cəlaul-ğummə an
təkfiri həzihil-ümmə” kitabıdır. Bu səbəblə vəhhabi alimləri onu təkfir etdilər
və pislədilər. Onu günahlandıranlardan Əbdürrəhman ibn Həsən və oğlu
Əbdüllətifi göstərə bilərik. Bu hənbəli alimə, Nəcd qazısına qarşı belə bir
ittiham yönəltdilər: “Allahın dinini inkar edir, Allahın və Elçisinin (s.ə.s)
adından yalan söyləyir. (İnsanları) Allahın yolundan azdırır və dininə
düşmənçilik edir. Bu, günümüzə qədər davam edən vəhhabi zülmlərindəndir.
Onlara muxalifət edən hər kəsi töhmət altında saxlayır və ona qarşı ağır
ittihamlar irəli sürürlər: “Dini yox edir, Allaha və elçisinə küfr edir, rəsulun
dinindən uzaqlaşdırır”. Düşmənçilikdən, xüsusilə də ifratçıların zülmündən
Allaha sığınırıq.
126
10 – Osman ibn Sənəd əl-Bəsri (h/ 1250). Bəsrə fəqihidir.
Vəhhabilərin yer üzündə yaşayan bütün müsəlmanları təkfir etdiyini irəli
sürdü. Doğrusu bunun (vəhhabilərin hamını təkfir etməsinin) Osman ibn
Sənədin iftirası olduğunu iddia edən Doktor Əbdüləziz Əbdüllətifə heyrət
edirəm. Belə ki, sözbəsöz olmasa da, bundan əvvəl qeyd olunan
nümunələrdə də göründüyü kimi, vəhhabilərin etimad etdikləri bəzi məzhəb
kitablarında bu səpkidəki görüşlər mövcuddur.
11 – Məhəmməd ibn Süleyman əl-Kürdi (h/ 1194). Şamda böyüyüb
başa çatmışdır. Mədineyi-münəvvərəyə gəldikdən sonra orada müfti oldu.
Şafei məzhəbinə mənsub idi. Vəhhabilik dəvətinin muxaliflərindən idi.
Onun İbn Əbdülvəhhaba yazdığı “Məsailun və Əcvibətun və Rududun aləl-
Xavaric” adlı rəddiyyəsi vardır. Təkfir mövzusundakı ifratı səbəbilə İbn
Əbdülvəhhabı və vəhhabiləri xariciliklə ittihamı ilə məşhurdur. Ancaq
ləqəblər qoşması uyğun deyildir. Çünki vəhhabilər böyük günah işləmək
səbəbilə təkfir etmədilər. İmanla əlaqəli təfərrüatı məsələlərdə mövzularda
təkfir etdilər. Buna görə də onlar mütləq mənada xarici deyildirlər, lakin
bəzi məsələlərdə onlarla eyni görüşü paylaşmış, bəzilərində isə muxalifət
etmişlər.
12 – Mərbəd ibn Əhməd ət-Təmimi (h/ 1171). Nəcdin böyük
alimlərindəndir. Nəcd və Şamda təhsil almış, Hürəymiləyə geri dönmüşdür.
O, daha sonra Sənaya getmiş orada böyük alim və “Subulus-səlam”
əsərinin müəllifi olan Məhəmməd əl-Əmir əs-Sənani ilə görüşmüşdür. O
(Sənani), bir qəsidəsində İbn Əbdülvəhhabın dəvətini mədh etmişdi.
Mərbəd onu bu qəsidəsindəki (İbn Əbdülvəhhab haqqındakı müsbət)
fikirlərindən əl çəkməyə razı saldı. Sonra ona İbn Əbdülvəhhabın
kitablarını verdi. Əmir Sənani orada müsəlmanların təkfir olunduğunu
gördü. Qəsidədəki fikrindən vaz keçdi. Vəhhabilər bu qəsidə ilə əlaqəli
şübhələr ortaya atmağa çalışdılar. Onlardan (şübhəçilərdən) ən məşhuru da
İbn Səhmandır. O, Sənainin böyük elmi dərəcəsini nəzərə alaraq bunları
(onun İbn Əbdülvəhhabla əlaqəli mənfi söz söyləmədiyini) özünün
“Təbriətul-İmameynil-Cəlileyn” adlı kitabında qeyd etdi. Halbuki qəsidə
mövcuddur və Sənaninin “Divan”-ın içindədir. Bunu Bəssam, Həmd Casir
127
və digərləri isbat etdilər. Vəhhabilər bu fəqihi (Mərbəd ibn Əhməd ət-
Təmimini) h/ 1171-ci ildə Rağbə bölgəsində öldürdülər.
13 – Seyf ibn Əhməd əl-Ətiqi (h/ 1189). Harmədə doğulmuş, daha
sonralar Əhsaya köçmüşdür. O, böyük bir fəqih idi.
14 – Salih ibn Abdullah əs-Saiğ (h/ 1183). Uneyzə fəqihi və qazısı
idi. Əmir Sənaninin İbn Əbdülvəhhabı mədh etdiyi qəsidəsinə rəddiyyə
yazdı.
15 – Əhməd ibn Əli əl-Bəsri əl-Qabbani. İraq sünnilərindəndir. İbn
Əbdülvəhhab əleyhində “Faslul-Xitab fi rəddi zəlaləti İbn Əbdilvəhhab”
(İbn Əbdülvəhhabın zəlalətləri haqqında kitab) adlı kitab yazdı. Doktor
Əbdüləziz Əbdüllətif kitabın “qalın cildli” olduğunu qeyd edir.
16 – Abdullah ibn Davud əz-Zübeyri (h/ 1225). İraq
sünnilərindəndir. Zübeyr bölgəsindəndir. Elmi təhsilini Zübeyr və Əhsada
aldı. Vəhhabilik əleyhinə “əs-Savaiq vər-rudud” kitabını yazdı. İraq, Şam
və Həzrəmövtlü bəzi sünni alimləri onu təriflədilər. Ayrıca onu “Subulul-
Vabilat alə Zaraihil-Hənabilə” kitabının müəllifi İbn Həmid əl-Hənbəli əl-
Məkki də tərifləmişdir.
17 – Ələvi ibn Əhməd əl-Həddad əl-Hadrami (h/ 1232).
Həzrəmövtün böyük sünni alimlərindəndir. Vəhhabilik əleyhində bir neçə
kitabı var.
18 – Ömər ibn Qasım ibn Mahcub ət-Tunusi, “Mücəmul-müəllifin”
əsərinin yazarıdır.
19 – Məhəmməd ibn Abdullah ibn Kiran əl-Məğribi (h/ 1227). Fas
alimlərindəndir.
20 – Məhəmməd ibn Abdullah ibn Həmid (h/ 1295), Məkkəli
Hənbəli imamı. “Subulul-Vabilə”-nin müəllifidir. Məkkədə hənbəli fiqhinə
dair dərs verirdi və hənbəli imamı idi.
21 – Əbdüləziz ibn Əbdürrəhman ibn Udvan (h/1109). Vəşm
alimlərindəndir.
22 – Həsən ibn Ömər əş-Şəti əd-Diməşqi (h/ 1274). Şam
alimlərindəndir. Məşhur hənbəli alimidir.
128
Alimlərin İbn Əbdülvəhhaba
yönəltdiyi ən məşhur ittihamlar
1 – TƏKFİR. Bu müxalifləri tərəfındən İbn Əbdülvəhhaba və
tərəfdarlarına yönəldilmiş ən qüvvətli, səhih, açıq, təhlükəli ittihamdır.
Sələfi alimlərdən (Şövkani nümunəsində olduğu kimi) İbn Əbdülvəhhab və
dəvətin ən güclü müdafiəçilərinin belə bu ittihamı təsdiq etməkdən başqa
çıxış yolları qalmır. O (Şövkani), sələfiyyənin tövhid anlayışının tərəfini
tutur. Vəhhabilər özləri də onun dəvətin təəssübkeşi oluğunu etiraf edirlər.
Lakin o (Şövkani), ancaq bunu deyə bildi: “Nəcd dövlətinin tabeçiliyinə
girməyənlər onlara görə İslam xaricindədirlər”.
259
Sələfi olan Mənsur əl-
Hazimi İbn Əbdülvəhhabı tərifləsə də iki məsələdə ona qarşı çıxmışdır:
Birinci; uydurmalara əsaslanaraq yer üzündə yaşayanları təkfir etməsi:
İkincisi, dəlil gətirmədən məsum insanın qanının axıdılmasını caiz
görməsi.
260
Sələfi şeyxi Məhəmməd Siddiq Həsən Xan da hədis əhlinin
vəhhabilərdən uzaq olduğunu elan etdi. Çünki ona görə onlar qan
axıtmaqdan başqa bir şey bilmirlər.
261
Şeyx Mühəddis Ənvər Şah Kəşmiri kimi bitərəflər də vəhhabiliyi
təkfirlə səciyyələndirdilər. Onun fikrincə vəhhabilər təkfir hökmü
verməkdə bir-birləri ilə yarışdılar.
262
Vəhhabilərin müxaliflərinin bu mövzudakı sözləri isə həqiqətən
çoxdur. Burada əhli-sünnə alimlərinin sözlərini nəql etməklə
kifayətlənəcəyik. Hənbəlilərin sözləri ilə başlayıram:
Hənbəli şeyxi İbn Əfaliq İbn Əbdülvəhhabın belə dediyini söyləyir:
“And içirəm ki, yəhudilər və müşriklərin halı bu ümmətin vəziyyətindən
daha yaxşıdır.”
263
Bu İbn Əbdülvəhhabın sözlərində açıqca ifadə edildi:
“Zamanımızın müşrikləri (ona muxalif olan müsəlmanları nəzərdə tutur) iki
baxımdan Qüreyş kafirlərindən daha böyük küfr içindədirlər”. Açıqdır ki,
259
Şövkaninin əl-Bədrut-tali (2/5) əsərinə bax.
260
Əbcədül-Ulum, 3/ 194.
261
“Daaval-Münaviin”, səh. 160
262
Dəaval-Munaviin, səh. 160.
263
Doktor Əbdüləziz Əbdüllətif, “Dəaval-münaviin”, birinci nəşr, Riyad: Darul-vatan mətbəəsi, səh,
164. Bu, Riyadda imam Muhamməd ibn Səud adına İslam universitetinin dərsliyidir.
129
Qüreyş kafirləri əhli kitabdan daha kafirdir. Doktor Əbdüləziz “Dəaval-
münaviin” adlı əsərində İbn Əfaliqi bu sözünə görə yalançı adlandırır.
Halbuki, bu mövzuda İbn Əbdülvəhhabın ifadələri çox açıqdır və bu
“Kəşfuş-Şubuhat”-ın tənqidində qeyd olundu.
Hənbəli şeyxi Süleyman ibn Süheym İbn Əbdülvəhhab haqqında
bunları söyləyir: “O, bütün dediklərini mənimsəməyən və onların haqq
olduğunu qəbul etməyənlərin küfrünə yəqinlik gətirdi. Onun hər dediyinə
uyana isə “xalis fasiq olsan belə sən töhvid əhlisən” deyirdi.
264
İkinci Səud dövlətində Səud ailəsinin əmirlərinin qazılığını etmiş
Hənbəli şeyxi Nəcdli Osman ibn Mənsur belə deyir: “Allah Nəcd xalqını və
yarımada ərəblərini imtahan etdi. Onlardan ümmətin avamını və alimlərini
təkfir etmək üçün çalışanlar çıxdı.
265
Ancaq, bu adam (İbn Əbdülvəhhabı
nəzərdə tutur) özünə itaət etməyi İslamın altıncı əsası təyin etdi.”
266
İbn Əbdülvəhhabın qardaşı Süleyman ibn Əbdülvəhhab belə deyir:”
Ey Məhəmməd ibn Əbdülvəhhab İslamın neçə rüknü var? Beş. Sən onu
altıya çıxartdın. Altıncısı odur ki, sənə tabe olmayan müsəlman deyil. Sənə
görə bu İslamın altıncı rüknüdür.”
267
Şeyx Süleymanın bu sözü (İbn Əbdülvəhhabı) susdurmaq üçün
deyilmişdir. İbn Əbdülvəhhab belə bir şey söyləmədi. Lakin onun
müsəlıman olmaq üçün irəli sürdüyü şərtlərin nəticəsi bunu dəstəkləyir.
Zəhhavi deyir: “Biri soruşsa ki, vəhhabilər nəyi məzhəb etdilər?
Onların son hədəfləri nədir? Hər iki suala belə cavab verərik: O, bütün
müsəlmanları təkfir etməkdir. Bu qısa cavab onların məzhəbini
təsnifləndirməyə yetər.”
268
Şeyx Əhməd Zeyni Dəhlan belə deyir: “Tövhid əhli onların
dediklərinə tabe olmayınca iman etmiş olmaz.”
269
Seyyid Sinni əl-Həddad əl-Hadrami: “Bir şəxs onun dininə girmək
istərsə ona belə deyilir: Nəfsinə şahidlik et ki, daha əvvəl kafir idin. Ana-
264
Eyni əsər, səh. 164.
265
“Daaval-Münaviin”, səh. 166.
266
Eyni əsər, səh. 166.
267
Eyni əsər, səh. 166.
268
Eyni əsər, səh. 167.
269
Eyni əsər, səh. 166.
130
atanın da kafir olaraq öldüyünə şahidlik et. Bu və ya digər alimin kafir
olduğuna da şahidlik et. Əgər şahidlik edərsə qəbul edilər, əks halda
öldürülər.”
270
Həddad vəhhabilərin etdiklərini bu sözlərlə davam etdirir:
“Canlılardan müşrik saydığınız halda necə razı olursunuz? Hətta uzun
illərdir müsəlmanların ölülərinə də hücum edirsiz. Böyük alimlərdən zəlalət
əhli və azğınlığa sövq edənlər deyə bəhs edirsiniz.”
Sünni alimlərdən Həsən əş-Şatiy əd-Dəməşqi belə deyir: “Vəhhabi
dəvətinin dönüb -dolaşdığı yer müsəlmanları təkfir etməkdir.”
271
Beləcə İbn Əbdülvəhhabın bütün muxalifləri istər sünni-əşəri olsun,
istər Şövkani, Sənani, Osman ibn Mənsur kimi sələfilər olsun (onların
bəziləri İbn Əbdülvəhhabın təəssübkeşi olmalarına baxmayaraq) onun
müsəlman alim və xalqı təkfir etməsinin ifratçılıq olduğunu irəli sürdülər.
Bunu biz də kitablarında gördük.
Şiə, ibaziyyə kimi əhli-sünnə xaricindəki firqələr də sünnilərlə yanaşı
İbn Əbdülvəhhabın və tərəfdarlarının təkfir mövzusunda ifrata getdiyini
qeyd etdilər. Şiə olan Məhəmməd Cavad Muğniyə belə deyir: “Heç
şübhəsiz onlar tövhid əhli kimi yalnız vəhhabiləri, müşrik kimi isə
istisnasız bütün müsəlmanları nəzərdə tuturlar.”
272
Bunu Şökvani də
dəstəkləyir. O saf sələfidir. Qəbir daşının haram olduğuna dair, xalis
tövhidə dəvət və bidəti pisləyən kitabları var. Ancaq müsəlmanları təkfir
etmir və birinin etdiyini hamıya şamil etmir. Nə cahili, nə də bu mövzuda
fikir mülahizə edəni təkfir etmir. Bəzi ifratçılardan başqa müsəlman
alimlərinin hamısı belədir.
Ancaq bir məsələyə diqqət çəkməliyəm. Vəhhabilərin təkfiri zəif
olduqları zamanlarında azalır və güc itirir, güclü dövrlərində isə güclənir.
Mənə zahir olan budur, ən doğrusunu isə Allah bilər.
Bəzən də korluğa və yalana sığınırlar. Belə ki, onlardan bir qismi
belə deyir: “Biz müsəlmanları təkfir etmirik, bu tutarsız bir ittihamdır.
Allah bizi müsəlmanları təkfir etməkdən qorusun! Biz sadəcə Allahın
270
Eyni əsər, səh. 165.
271
Eyni əsər,səh. 165.
272
Eyni əsər, səh. 168.
131
Elçisinin (s.ə.s) dininə küfr edən müşrikləri təkfir edirik.” Bu söz aldatma
məqsədiylə deyilir. Buna ancaq onları tanımayanlar aldanar. Söz təbliğ ilə
təkfir arasında cəm edilir. Bunun belə olduğunu onların əsərlərini
müsəlmanlarla aralarındakı ixtilafın sirrini anlamağa çalışaraq oxumağa
davam edən biri bilər. İxtilafın yerini müəyyən etməyə çalışan bunun
səbəbinin, onların muxalifləri olan digər müsəlmanları müşrik hesab etməsi
olduğunu görər. Buna baxmayaraq, onlardan biri çıxıb müsəlmanları təkfir
etmədiklərinə dair əlli dəfə and içə bilər! Onlar “müsəlman” kəlməsini
özlərinə görə tərif edirlər. Bu tərif isə qarışıq və xətalıdır.
Dostları ilə paylaş: |