Bağlayıcı və bağlayıcı-tənzimləyici armatur
Bağlayıcı və bağlayıcı-tənzimləyici armatur birbaşa üzərində və ya işçi mühiti tutuma daxil edən və ya ondan quraşdırılmalıdır. Bir neçə tutumun ardıcıl birləşdiyi halda belə quraşdırılmasının zəruriliyi layihəçi tərəfindən müəyyən edilir.
Armaturlar aşağıdakı markalanmaya malik olmalıdırlar:
istehsalçının adı və ya əmtəə nişanı;
şərti keçid, mm;
tutuma birləşmiş ştuserlər çıxaran boru xətti üzərində armaturun tutumlar arasında şərti təzyiq, MPa (işçi təzyiqi və buraxılabilən temperaturu göstərməyə icazə verilir);
mühitin axın istiqaməti;
gövdənin materialının markası.
Armaturun sayı, tipi və quraşdırılma yeri konkret istismar şəraitinə və Qaydaların tələblərinə əsasən, tutumun layihəçisi tərəfindən seçilməlidir. Bağlayıcı armaturun nazimçarxı üzərində onun açılıb-bağlanarkən fırlanma istiqamətləri göstərilməlidir.
Partlayış, yanğın təhlükəli maddələr, QОST 12.1.007-76 üzrə 1-ci və 2-ci sinif təhlükəli maddələr üçün tutumlar, eləcə də alov və ya qaz qızdırıcı buxarlandırıcılar olan tutumlar üçün nasosdan və ya kompres -sordan ona daxil olan xətt üzərində tutumun içərisindəki təzyiqdən avtomatik bağlanan əks klapan quraşdırılmalıdır. Əks klapan nasosla (kompressorla) tutumun bağlayıcı armaturu arasında quraşdırılmalıdır.
Legirlənmiş poladdan və ya əlvan metallardan hazırlanmış, şərti keçidi 20 mm-dən çox olan armaturun müəyyən olunmuş formada pasportu olmalıdır. Bu pasportda armaturun kimyəvi tərkibi, mexaniki xassələri, termiki emal rejimləri barədə məlumatlar və hazırlanma keyfiyyətinin dağıdıcı olmayan üsulla yoxlanmasının nəticələri göstərilməlidir.
Markası olan, lakin pasportu olmayan armaturun yalnız yoxlanıldıqdan, sınaqdan keçirildikdən və materialının markası yoxlanıldıqdan sonra tətbiqinə icazə verilir. Bu halda armatur sahibi tərəfindən pasport tərtib olunmalıdır.
Dostları ilə paylaş: |