Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə İxtisas fənlər kafedrası



Yüklə 461,7 Kb.
səhifə8/8
tarix25.10.2022
ölçüsü461,7 Kb.
#66150
1   2   3   4   5   6   7   8
Təzyiq altında işləyən qablar , Sənaye təhlükəsizliyi Əmirxanlı Tural

Temperatur ölçmək üçün cihazlar

Divarları dəyişən temperaturda işləyən tutumlar onun uzunluğu, hündürlüyü boyunca qızdırılma sürətinin və bərabər ölçüdə qızmasının yoxlanılması və reperlərlə istiliyin yerdəyişməsinə (paylanmasına) nəzarət üçün cihazlarla təchiz olunmalıdır.


Tutumların göstərilən cihazlarla və reperlərlə təchiz olunmasının zəruriliyi, eləcə də tutumların yolverilə bilən qızdırılma və soyudulma sürəti layihəçi tərəfindən müəyyən olunur və istehsalçı tərəfindən tutumun pasportunda və ya istismar üzrə təlimatda göstərilir.
Təzyiqin artmasına qarşı qoruyucu qurğular

Hər bir tutum (kombinasiya edilmiş tutumun boşluğu) təzyiqin yolverilə bilən qiymətindən yuxarı artmasına qarşı qoruyucu qurğularla təchiz olunmalıdır.

Qoruyucu qurğular kimi aşağıdakı qurğular tətbiq edilir:




  • lingli-yük qoruyucu klapanları;



  • əsas qoruyucu klapandan (ƏQK) və birbaşa təsirli idarəedən impulslu klapandan (BİK) ibarət impulslu qoruyucu qurğular (İQQ);



  • dağılan membranları olan qoruyucu qurğular (membranlı qoruyucu qurğular –MQQ);

  • tətbiqi SİTGDMND Agentliyi ilə razılaşdırılmış digər qurğular;

Səyyar tutumlarda lingli-yük qoruyucu klapanların quraşdırılmasına icazə verilmir.
Yaylı klapanın konstruksiyası, yayın müəyyən olunmuş qiymət həddindən artıq dartılma imkanını istisna etməli, yay isə yolverilməz qızmadan (soyudulmadan) və əgər yayın materialına zərərli təsir göstərərsə, işçi mühitin birbaşa təsirindən qorunmalıdır.
Yaylı klapanın konstruksiyasını iş zamanı işçi vəziyyətdə məcburi açmaqla klapanın saz olmasını yoxlamaq üçün qurğusu olmalıdır.

Tutumların təmiri

Tutumun saz vəziyyətdə saxlanılması üçün tutumun sahibi qrafika uyğun olaraq onu vaxtında təmir etməlidir. Təmir zamanı sahə qaydalarının və təlimatların təhlükəsizlik tələblərinə riayət edilməlidir.


Təzyiq altında işləyən tutumların və onun elementlərinin qaynaq (lehimlənmə) tətbiq olunmaqla təmiri, işlər yerinə yetirilməyə başlamazdan əvvəl istehsalçı, konstruktor və ya təmir müəssisəsinin işləyib hazırladığı texnologiya üzrə yerinə yetirilməli, təmirin nəticələri isə tutumun pasportuna yazılmalıdır.


Təzyiq altında olan tutumların və onun elementlərinin təmirinə icazə verilmir.


Digər işləyən tutumlarla ümumi boru xətti ilə birləşdirilmiş tutumun dахilində işə başlamazdan əvvəl, tutum tıхаclаrlа Digər tutumlardan ayrılmalı və ya хətdən аyrılmаlıdır. Ayrılmış boru xətləri tıхаclа bаğlаnmаlıdır.


Tutumun аyrılmаsı üçün tətbiq edilən flanslar arasındaкı tıхаclаr müvafiq möhkəmliyə malik olmalı, tıхаcın qоyulmаsının görünməsi üçün оnun çıxıntısı olmalıdır.


Flanslar arasına аrаqаtlаr qoyularkən onların çıxıntılı hissəsi olmamalıdır.


T utumun dахilində işləyərkən (daxili baxışın keçirilməsi, təmir, təmizləmə işləri və s.) gərginliyi 12V-dan çox olmayan pаrtlаyışdаn mühаfizəli icrаdа оlаn fənаrlаrdаn istifаdə edilməlidir. Zəruri hаllаrdа hava mühitinin analizi keçirilməli, yol verilə bilən qаtılıq həddini (YQH) aşan zərərli və ya başqa maddələrin olub olmaması müəyyən edilməlidir. Tutumun içərisində işlər icаzə-buraxılışlа yerinə yetirilməlidir.
Yüklə 461,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin