Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə58/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   54   55   56   57   58   59   60   61   ...   105
 

 

 

 



 

 

 



Ispan ədəbiyyatından nümunələr 

  İspan dilindən Telman Orucov tərcümə etmişdir. 

 

 

 



A.de Layqlesia  

 

 



 

Bu günün restoranı 

 

 

Ofisiant – Gicbəsər, bu stoldan rədd ol! Görmürsən ki, o əvvəlcədən sifariş 



olunmuşdur? 

Məclisin iştirakçısı -  Sifariş edilməmiş heç bir stol yoxdur?  

- Yox. Get o sütunun arxasındakı taburetkada otur və xahiş et ki, dizinin üstünə 

qoymağa lövhə versinlər. 

- Menyunu göstərə bilərsinizmi?  

- Mən onu üç pesetaya verə bilərəm.  

- Oğul! İkisini gətir. 

- Üstünə quş qoyulmuş xörəklərin hamısı deməli qurtarmışdır. Əslində bizim 

heç vaxt hazır xörəyimiz olmur. Bunu ona görə edirik ki, menyumuz o qədər də dadsız 

görünməsin.  

- Bu xörək nələrdən ibarətdir?  

- Sizə hansı məbləğə lazımdır? 

- Üzr istəyirəm, bəs qeyri-təvazökarlıq neçəyədir?  

- Xörəkləri seçin və heç nəyə qarışmayın. İstəyiniz baha başa gələr. 

- Mən hesab edirəm ki, bu davranışların hamısı mənə baha başa gələcəkdir. 

- Mən sizin yerinizə olsam, qırx pesetaya çəngəl-bıçağı sifariş edərdim. 

- Bu dəstə bəs nə daxildir?  



337 

 

- Bir bıçaq, bir çəngəl və bir qaşıq. Yeməin haqqını isə ayrıca ödəməlisiniz.  



- Sən mənə nə məsləhət görərdin?  

- Evinizə gedin və öz imkanlarınızdan istifadə edib qayğanaq bişirin və yeyin! 

- Əgər bu restoranın sahibi dediyin sözləri eşitsəydi, sənə yaxşı bir sillə vurardı. 

- Sahib heç vaxt bura gəlmir. O, utancaq kişidir və müştəriləri bizim təhqir 

etdiyimizi gördükdə çox xəcalət çəkir.  

- Bu nə deməkdir: «Şorba, hər şeylə birlikdə»? 

- Həmin qiymətin içində boşqabdakı vermişelin, onu bişirmək üçün olan suyun, 

suya dad vermək üçün əlavə edilmiş mal beyninin və qaşığın xərci vardır.  

- Sizin cücəniz var? 

- Hə, bir dənəsi var. Ancaq onu kəsməyə hayıfımız gəlir. Sahibimiz onu öz oğlu 

kimi istəyir.  

- Adı nədir?  

- Kimin? Sahibin, ya cücənin?  

- Əlbəttə, cücənin. 

- Onun adı Quqquluqudur. Ancaq biz ona Quqqulu deyirik.  

- Mən onunla tanış olmaq istərdim.  

- Başqa vaxt mən onu sizə təqdim edərəm. Ayrı nəsə gətirmək lazımdırmı?  

- Yaxşı, mənə bir tikə çörək gətir. Deyəsən, cibimdə bir az xamon (donuz əti 

qaxacı) var.  

 

 



 

F.D.Plaxa 

 

İspanların nahar yeməkləri 



 

(Milli qarınqulularımıza virtual dünya müsabiqəsinin şərtləri və beynəlxalq 

nümunələr ilə tanışlıq üçün – tərcüməçi) 

 

İspaniyalılar hansı yeməkləri yediklərinə və yemək vaxtı saatlarına görə bütün 



avropalılardan fərqlənirlər.  

İspanların səhər yeməyi yüngül olur, aperitiv içirlər, nahar möhkəm olur, 

nahardan sonrakı aralıq və şam yeməkləri ən azı 2 tutumlu xörəkdən ibarət olur. İşdən 

evə yollanmamışdan əvvəl ispanların barda ağızlarına atdıqları dünyanın ən varlı 

adamları olan şimali amerikalıların naharına belə bəs edərdi.  

Çox vaxt mənimlə belə dialoqlar aparılır: 

- Elə bil ki, sənə heç nə lazım deyildir… 

- Bu asılıdır sizin nə təklif etməyinizdən… Şorba…  

- Bircə qurtum… 

- Balıq…  

- İki dənə çox kiçik sultan balığı… 

- Ət… 


- Bir filedən başqa heç nə. 


338 

 

- Salat… 



- Bu hesaba daxil deyil… 

- Və desert, pendir… 

- Desert üçün başqa heç nə lazım deyildir?  

Əcnəbi ölkələrdən gələnlər dostları ilə nahar etməyə gedən vaxt onlar adətən 

təəccüblərini bildirirlər. Göyərti ilə əzmə kotlet, salat və meyvə sifariş verilən vaxt 

məndən nəvazişli qaydada soruşurlar: «Sən xəstəsən?», «Özünü pis hiss edirsənmi?», 

«Sənə nə olmuşdur?». 

Bir şeyə diqqət verin ki, avropalı şimal qonşularımızın nahar başlanılmazdan 

əvvəl ənənəvi müraciətləri «Buen apetito» - «iştahla yeyəsiniz» olur. İspaniyada isə bu 

ifadə dəyişdirilərək belə qaydada deyilir: «Buen provecho» - «iştahla yeyəsiniz», hərfi 

mənada isə bu, «Yaxşı faydalı olsun» fikrini ifadə edir. Çünki ispanlarda heç vaxt iştah 

çatışmamazlığı olmur… 

İspaniyada Qarınqululuq coğrafiyası onun topoqrafiyası kimi olduqca 

müxtəlifdir. Və nahara sitayiş şimaldan cənuba düşür, şərqdən qərbə diaqonal qaydada 

keçir. 

Nahar həvəskarlarının çoxu basklardır, bir az aşağıda andalusiyalılar dururlar. 

Levantada ləzzətli xörəklər, Salamankadakı və Estremaduradakı sadə yeməklərlə əvəz 

edilir.  

İspanların mətbəxinin başında əlbəttə ki, baskların mətbəxi durur. Doymaq 

bilməyən ispanların başında da, heç şübhəsiz, basklar dayanırlar.  

Bir bilbaoluya (Bilbao – Bask ölkəsinin paytaxtıdır) onun həzm etməyə qadir 

olduğu yeməklərin miqdarı barədə sual verdilər. Bask cavab verdi ki, naharda bir kiçik 

buzovu, bir cüt toğlunu, üç onluq sayda toyuğu yeyə bilər.  

- Və quşları da?  

Kişi ətrafa baxıb cavab verdi:  

- Quşları? Hamısını! 

Katalonlar bu barədə daha az məşhurdurlar, onlar lobyanı düyü ilə yeyirlər, bu, 

kartof və ya göyərti qarniri ilə verilən balıq və ya döyülmüş kotlet xörəkləri üçün 

başlanğıc rolunu oynayır. 

Asturiyalılar da geridə qalmırlar. Onlar «fabada» kimi məşhur olan paxlalılarla 

donuz əti xörəyinə üstünlük verirlər.  

Kastiliya asadonun (odda qızardılmış ət) vətənidir. (Argentinada isə «asado» 

qauçoların ənənəsi hesabına əsas milli xörək səviyyəsinə yüksəlmişdir – tərcüməçi). 

Kataloniyada  balıq xörəkləri, qədim Valensiya krallığında düyü görəkləri dəbdədir, 

Andalusiya isə qızardılmış xörəklər zonası hesab olunur. 

 

 



 

Hazır paltar mağazasında  

 

Satıcı oğlan ər-arvad müştəriləri qarşılayır:  



- Salam, sinyorlar Qonsales! Sizə nə qulluq göstərə bilərəm? 

- Mənim ərim bir kostyum almaq istəyir. 




339 

 

- Çox gözəl. Bu ay bizim çox böyük çeşiddə kostyumlarımız var. Siz hansı rəngi 



istəyirsiniz? 

- Onda, mən yaxşı seriyadan olan göy rəngli bir kostüyum istəyirəm. 

- Yox, əzizim, sən göy kostyum istəmirsən, axı sənin göy rəngdə iki kostyumun 

var.  


- Onda mən qəhvəyi rəngli kostyum istəyirəm. Qəhvəyi kostüyumunuz varmı?  

- Qəhvəyi? Mümkün deyil! Pedro, qəhvəyi rəng sənin açıq rəngli saçlarına 

yaraşmır. Zəhmət olmasa, boz rəngli kostyumu göstərə bilərsinizmi?  

- Sinyor, siz açıq, yoxsa tutqun boz kostyum istəyirsiniz?  

- O, tutqun boz istəyir. Açıq rəngli bir boz kostyumu vardır.  

- Yaxşı, Mariya, ancaq başqa boz kostyum xoşuma gəlmir. 

- Pedro, səfeh olma, boz rəng sənə çox yaraşır.  

- Yaxşı. 

- Lütfən, başqa kostyumları gətirin.  

- Hansı ölçüdə, sinyor? 42? 

- Bəli, sinyor. 42.  

- 42? O sənə çox geniş olacaq. 41-in yaxşı seriyası. 

- 41 mənə dar olacaq, Mariya. Sən ki, bunu bilirsən. 

- Əgər ki, sən o qədər çox yeməsəydin, onda belə kök olmazdın. 41 ölçüdə 

kostyumunuz varmı, sinyor?  

- Təəssüf ki, sinyora, indi bizim 41 ölçüdə kostyumumuz yoxdur. Yalnız 42 

ölçülü var.  

- Çox təəssüf. Eybi yoxldur, başqa mağazanı axtarmalı olacağıq. Xudahafiz! 

 

İnəyimi sənin qoyununa dəyişmək istəyirəm 



 

Bir evdə qoca ər-arvad yaşayırdı. Onlar kəndli olmaqla, çox kasıb idilər, ancaq 

xoşbəxt olmaqla, çox yaxşı xarakterə malik idilər. Onların qoca atlarından başqa heç 

nələri yox idi, at da artıq heç nəyə yaramırdı. Xoşbəxtlikdən onu saxlamaq da baha başa 

gəlmirdi, çünki bu heyvan yol kənarındakı otlaqlarda otlamaqla qidalanırdı. Tezliklə 

onlar belə qərara gəldilər ki, onu özləri üçün daha faydalı olan nəyəsə dəyişsinlər. 

Bazara getmək günü gəlib çatanda arvad ərinə dedi:  

- Atı da özünlə apar. Sən görürsən ki, biz onu nəyəsə dəyişsək, bundan bir qədər 

pul qazanarıq. Necə eləsən, elə də olacaqdır. 

Bizim kənddən şəhərə gedən şosse yolunda o, yavaş-yavaş irəliləyirdi. Bu vaxt 

arxasınca inəyini dartıb aparan cavan oğlanı gördü. Kişi fikirləşdi ki, «bu inək, yəqin ki, 

yaxşı süd verir», ona görə də oğlana yaxınlaşıb soruşdu:  

- İstəyirsən, gəl sövdələşək. Mənim atım sənin inəyindən çox yaxşıdır. Onu 

dəyişmək üçün sənə verirəm. Çünki at artıq mənə yaramır. Razısan?  

Cavan oğlan başını qaşıyıb fikirləşdi və dedi ki, əlbəttə, bu, yaxşı olar. 

Bir qədər sonra kəndli qarşısında qoyun aparan bir kişi ilə qarşılaşdı. O dedi: 

«Ey, dostum, mən inəyimi sənin qoyununa dəyişməyi təklif edirəm». 

Bu adam da razılaşdı. Və bizim kəndli yoluna davam edəndə, qoyunu 

almağından çox prazı qalmışdı. Çünki onu saxlamaq, inəkdən fərqli olaraq çox zəhmət 



340 

 

tələb etməyəcəkdi. Bu vaxt başqa bir kişi ilə qarşılaşdı, o, qucağında gözəl bir qaz 



aparırdı.  

- Qəşəng qaz aparırsan, yəqin kökdür! 

Bir qədər söhbətləşəndən sonra düşünməyə başladı ki, əgər bu qazı arvadına 

aparıb versə, o, buna çox sevinəcəkdir. 

- Dostum, bir şeylə onu dəyişmək istəyirsənmi? Mən qazın əvəzində qoyunumu 

sənə verərəm.  

Bu adam da təklifi qəbul etdi. Və kəndli öz yoluna davam etdi. Şəhərin girişində 

bir vergiyığanın evi var idi. Bizim əkinçi onun bağında ayaqları bağanmış toyuğu 

gördü. Kəndli, qapının qabağında oturan kişiyə yaxınlaşdı və öz qazını onun toyuğuna 

dəyişməyi təklif etdi. O, toyuğu almağı çox istəyirdi. Axı ona heç bir zəhmət 

çəkilməyəcəkdi, həm də toyuq  gündə bir yumurta verəcəkdi. Əla sövdələşmədi.  

Həmin kişi ona dedi:  

- Bəlkə də mənim üçün bu, heç də sərfəli olmayan bir iş deyildir. Toyuq 

səninkidir. Mənə qazı ver və məsələ artıq bitdi.  

Kəndli sevindiyindən ağlını itirmişdi. Arvadı toyuğu görəndə, həm də atı neçə 

şeyə dəyişdiyini eşidəndə məəttəl qalacaqdı. Bu yaxşı kişi artıq yorulmuşdu. Və 

karvansarada gecələməyi qərara aldı. Bu vaxt o, həmin karvansaradan çıxan və belində 

ağır kisə aparan bir cavan oğlanı gördü, ondan nə apardığını soruşdu. 

- Dəyib ötmüş lalıq almalardır, bunları donuzların qabağına atmaq istəyirəm, - 

deyə o, cavab verdi. 

- Almalar?! Sən bilirsənmi ki, mənim arvadım almanı necə xoşlayır? Bizim isə 

bəxtimiz gətirmir. Alma ağacımız ildə bircə dənədən artıq meyvə vermir. Və yazıq qoca 

arvad onu çürüyənə qədər şkafda saxlayır. Sən başa düşürsənmi ki, o, necə razı 

qalacdır. 

- Bəs sən mənə nə verəcəksən? – deyə cavan oğlan soruşdu. 

- Eh, mən sənə nə verəcəm? Gəl onu bu gözəl toyuqla dəyişək. 

Gənc oğlan təklifi qəbul etdi və kəndli toyuğu bir kisə almaya dəyişdi. 

 

(İşlənmiş xalq nağılı) 



 

 

 



İt haqqında elegiya 

 

Drum bir ov iti idi. Öz sahibi ilə düzənliyin ortasındakı evdə yaşayırdı, onlar bir-



birini çox sevirdilər, necə ki, insan iti sevə bilər. Və it də həmçinin öz sahibinə bir dost 

olaraq qalırdı.  

Bir gün səhər tezdən Drum sürünə-sürünə qonşunun evinin qapısına gəlib çatdı. 

İtin onun malikanəsinə yaxınlaşmaması üçün, bu vaxt pis ürəkli qonşunun atdığı güllə 

Drumun qarnına dəyib, bağırsaqlarını çölə tökdü. Ağrıdan əzab çəkən it kədərli gözləri 

ilə sahibinə baxırdı. Və bu əziz dost elə oradaca öldü.  

Hiddətlənən sahib bu pis adama qarşı onun itini öldürməsinə görə iş qaldırdı. 

Onu məhkəməyə verdi ki, təqsirini etiraf etsin.  




341 

 

Həftələr, aylar keçdi. Və məhkəmələr məsələnin həll olunması üçün heç nə 



etmək istəmirdilər. Bu o vaxta qədər davam etdi ki, nəhayət iş yüksək instansiyalı 

məhkəməyə çıxarıldı. Müttəhimin müdafiəçisi işi çox yaxşı yoluna qoyurdu. Və 

mühakimə başa çatırdı, bu vaxt bir cavan vəkil sakit tonda öz nitqinə başladı:  

- Adamın yaxşı dostu hansısa bir gün onun düşməninə çevrilə bilər. Hətta 

övladlar da nankorluq göstərə bilərlər, bizim etdiyimiz yaxşılıqları bir gün itirə bilərlər. 

Belə misallar da vardır ki, o adamlar ki bizə ehtiram bəsləyirdilər, bədbəxtliyin 

nümunələrinin kölgələri yarandıqda, əlbəttə ki, onlar bizdən uzaqlaşırlar, bizə nifrət 

bəsləyirlər.  

Yeganə təmənnasız dost odur ki, bu təmənnalı dünyada o, yeganə olmaqla, heç 

vaxt nankor ola bilməz və onun xəyanətə qadir olmadığını həmin bizim dostüumuz 

itdə görürük. İt sahibi ilə, o, varlı olanda da, kasıb olanda da, gümrah olanda da, xəstə 

olanda da bir yerdə idi. Narahat yerdə və soyuq döşəmə üzərində yatırdı ki, daim öz 

sahibinin yanında olsun.  

Dostlarının hamısı həmin adamı tərk edən vaxt onun yanında daim öz sədaqətli 

iti qalmışdı. Öz var-dövlətini və şöhrətini itirəndə, itinin mehribanlığı və sədaqəti yenə 

də qalırdı. Hər şey cox arxada qalanda, sahibi itini ölmüş görəndə, bütün dostları və  bir 

vaxt arxasınca gedən hər kəs ondan ayrıla bildi, orada  yalnız iti qalmışdı, öz məzarı ilə 

düzənliyə sıxılaraq, başını ayaqlarının arasına qoymuş şəkildə,  kədərli gözləri ilə, 

həmişə olduğu kimi sədaqəti ilə, həmişə olduğu kimi mehribanlığı ilə, hətta ölüm 

anında da.   

   Vəkil yerinə oturdu. Salondakı adamların hamısı tam sakit şəkildə onu 

axıradək dinlədi. Bu çıxışa görə hakimlər bir anlığa uzaqlaqşdılar və sonra məhkəmənin 

sədri Drumun sahibinin xeyrinə olan hökmü elan etdi. 

Pis ürəkli adam, itin qatili böyük məbləğdə pul ödəməli olacaqdı. Və hamının 

ittihamedici baxışları altında o, məhkəmə salonunu tərk etdi. 

 

(İşləyəni H. Almendrosdur) 



 

 

İspaniya 



 

(nəğmə) 


 

İspaniya, İspaniya, ey çox gözəl qadınlar ölkəsi 

İspaniya, İspaniya, tamam vurğun etmisən dənizi.  

İspaniya, İspaniya, məşhurdur qırmızı qərənfili. 

İspaniya, İspaniya, bil ki, unutmaram heç vaxt səni. 

Bu gözəl söz sırf kastilian dilində yada salır diyarımı, Vətənimi. 

Min dəfə eşitsəm də, əzizdir mənə 

Gəlir ətri, elə bil, sirrdən, qərənfildən, 

Qılızgüldən, bir də ən şirin hisslərimdən. 

Bu söz çevrilib artıq Vətənimin rəmzinə 

Atam,anam öyrətdi ilk dəfə onu mənə. 



342 

 

Döndü həmin andan da əziz bir tilsimə. 



 

 

 



 

                                                                          

 

                       Telman Orucov 



 

Müharibə və onun nəticələrinə təsir edən amillər 

 

Müharibə, bəzi dahilər tərəfindən insan təbiətinə yad olan bir xüsusiyyət kimi 



qiymətləndirilsə də, bəşəriyyət tarixində tez-tez təkrar olunmaqla və dəhşətlərinə görə 

əsrlər boyu arası kəsilməyən tək görünməklə, çox hallarda onun mahiyyətini düzgün 

dərk edənlərə utanclıq bəxş etdiyi halda, dünyanın salnaməsində bir qırmızı xətt təsiri 

bağışlayır. Tarixdə müharibəni özünə həyat tərzi kimi qəbul etmiş xalqlar da olmuşdur. 

Qədim spartalılar döyüşmək üçün yaşayır, həyatın mənasını öz militarist ideyalarına 

haqq qazandırmaqda və alay tipli cəmiyyətlərini şərəfləndirməkdə görürdülər. Bizim 

eradan əvvəl VII əsrə qədər onlar artıq militarist dövlətlərini yaratmışdılar. Spartalılar 

yeddi yaşından ağrıya dözmək və döyüşdə qalib gəlmək ruhunda tərbiyə olunmaq və 

hərbi məşqlər keçmək üçün baraklarda yaşayır, iyirmi yaşında isə nizami hərbi xidmət 

üçün ordu sıralarına daxil olurdular. Spartalı vuruşmaqdan başqa heç nə 

bilmirdi..Ərzağı spartalılar üçün əsir helot-lar istehsal edirdilər. Döyüşdə ölmək spartalı 

üçün şərəf işi idi, hətta analar da öz oğullarının döyüşdə ölmələrini arzu edirdilər 

Başqaları Sparta kimi militarist dövlət olmsalar da,  müharibə allahına sitayişdə heç də 

geridə qalmırdılar. Qədim Romanın görkəmli tədqiqatçısı Tit Livi ( b. e. ə. 59 –  b.e. 17 - 

ci illəri )yazırdı ki,  Roma öz qonşuları ilə demək olar ki, arası kəsilməyən 

müharibələrlə məşğul olurdu. Böyük Karl – Şarleman ( 742 – 814 –cü illər ) öımrü boyu 

əlli dörd hərbi kampaniya aparmışdı. Bir çox hökmdarlar saysız – hesabsız müharibələr 

aparmaları ilə öyünsələr də, nəticədə öz dövlətlərini iflas vəziyyətinə, əhalini isə aclıqla 

üzləşməyə gətirib çıxarmışdılar. 

Tarixi və təkamülü özü ilə  səhvlər və fəlakətlər cədvəlinə çevirməklə müharibə, 

elə bil ki, hansısa bir genetik səhvin nəticəsi  kimi nəzərə çarpır. Bu səhv, genetik kodda 

baş verdiyi şəkildə görünməklə, hətta belə sirrli səbəbindən asılı olmayaraq bəşəriyyətə 

dəhşətli bəlalar  “bəxş edir”. 

Müharibə əslində bəşəriyyətin özünü intihar etmək cəhdidir Təsadüfi deyildir ki, 

filosoflar müharibəni, bəşəriyyət üçün heç bir dəyəri olmayan səfeh mübahsələrdə 

insan həyatının və resurslarının ağılsızcasına israf edilməsi kimi məhkum edirdilər. 

Bəzi müharibələr isə “binövrədən mənasız münaqişə” adlandırılırdı, məsələn, tarixçilər 

Otuz illik müharibəni ( 1618- 1648 –ci illər ) belə qiymətləndirirdilər..Qanlı savaşın 

eybəcərliyini rus rəssamı Vasili Vereşşagin özünün “ Müharibənin apofeozu “ 

tablosunda, quru, günəşin yandırdığı çöldə insan kəllələrindən düzələn və üstündə 

qarğaların yem axtarmaq üçün uçduğu iri piramida şəklində təsvir edir. Əsər obrazlı 

şəkildə müharibənin dəhşətlərini, saysız - hesabsız qurbanlarını göz önünə gətirir. Axı 




343 

 

qızğın döyüşlərdə də məsafə çox vaxt əsl ölçü vahidi əvəzinə meyidlərin sayı ilə 



ölçülür. Müharibəyə can atanlar, qan tökməyə susayanlar adətən bunu bir peşəyə, 

sənətə çevirmək istəyir, özləri üçün ləyaqətli həyat tərzi kimi qəbul etməklə, döyüşü bir 

həzz mənbəyi hesab edirlər. Hələ Birinci Dünya müharibəsinə yollanan almanlara bu 

şərəfli bir macəra kimi gəlirdi, həmin və ondan sonrakı macəranın onlara hansı “şərəf “ 

gətirdiyi isə yaxşı məlumdur.  

Müharibə qan axıdılmasına, böyük həcmdə insan həyatı itkilərinə, bütöv bir 

nəslin gəncliyinin ot kimi biçilməsinə, şəhərlərin və kəndlərin viran qalmasına, 

uşaqların xeyli hissəsinin yetimlik acıları ilə üzləşməsinə səbəb  olmaqla, qəribə də 

görünsə, həm də yer üzündəki həyatın təkamülündə böyük rol oynayan bir amilə 

çevrilmişdir. Heç də sirr deyildir ki, bütün böyük dövlətlər bol qan hopmuş bünövrə 

üzərində dayanmışlar. Müharibənin digər bir xüsusiyyəti də ondadır ki, hücuma, 

torpaqları işğala məruz qalmış xalq daha möhkəm birləşir, həqiqi vətənpərvərlik hissini 

daşıyan ayrı-ayrı fərdlər, qum sement vasitəsilə betona çevrildiyi kimi, təhlükə anında 

bşqaları ilə çuğlaşıb vahid müqavimət qüvvəsini nümayiş etdirən bir sotsium kimi çıxış 

edir. Bu ölkənin torpaqlarında, elə bil ki, qədim yunan mifologiysındakı olduğu kimi, 

necə ki, Finikiya şahzadəsi Kadmın səpdiyi əjdaha dişlərindən torpaqdan döyüşçülər 

çıxırdısa, ədalətli qisası reallaşdıra bilən, vətən yolunda hər cür fədakarlığa hazır olan 

mərd oğullar ordusu meydana gəlir. 

        Əlbəttə, müharibə heç də hansısa bir ağıldankəm adamın icadı deyildir. İlk dəfə 

müəyyən şəraitdə, özü də zərurət ucbatından meydana gəlmişdir. İbtidai insan icması 

qida tapmaq sahəsində çətinlik çəkən başqa qrupun həmlələrindən qorunmaq üçün 

vuruşmağa başlamış, sonralar mühafizə məqsədilə daha  böyük icma kimi şəhərləri 

yaratmış, əmək bölgüsünə keçmiş və silah istehsalını da öz məşğuliyyətlərindən birinə 

çevirmişdir.  

Tarixən toqquşmalar daha geniş miqyas alanda döyüşən qüvvələrin böyüməsinə 

tələbat artmış, silah istehsalı genişlənmişdir. Sonralar işğallar mühüm vəzifəyə 

çevrildiyindən nizami ordu meydana gəlmişdir Tədricən ordu öz funksiyasından əlavə 

digər xüsusiyyətlərə malik oldu, siyasi gücün ondan asılı olması dövrü başlandı. B.e ə. 

82-ci ildə Roma sərkərdəsi Sulla bunu hiss edib, ordusu ilə Romaya girdi, Senat qorxu 

altında ona diktator səlahiyyətləri verdi və şəhərdə görünməmiş terror başladı. 

Ordudan siyasi hakimiyyətə yiyələnmək sahəsindəki Sulla ənənəsini Pompey və Sezar 

davam etdirdi, Sezar özünü hətta ömürlük diktator elan etdirdi.  

Lakin ordunun əsas vəzifəsi ərazilər işğal etmək, yeni imperiyalar yaratmaq idi. 

Buna haqq qazandırmaq üçün səbəblər, daha çox hallarda isə bəhanələr tapılırdı. 

Bəziləri isə bunu dövlətin başlıca vəzifəsi kimi qələmə verirdi. Prussiya kralı Böyük 

Fridrix ( 1712- 1786- cı illər ) işğal siyasətini əsaslandırmaq üçün demişdi: “ 

Hökumətlərin fundamental rolu öz ərazilərini genişləndirmək prinsipidir. “ İri nizami 

orduların inkişafı isə ona gətirib çıxarırdı ki, zamandan zamana siyasi mübahisələr 

diplomatiyadan daha çox silahlı münqişə vasitəsi ilə həll edilməli olurdu.  

Lakin ordunun təlabatınıa qayğı həç də onun mövcudluğunun vacibliyi kimi 

xüsui diqqətdə olmurdu. Qədim dövrlərdə silahlar çox ləng qaydada təkmilləşir, 

mürəkkəbləşirdi. Tarixçilərin gümanına görə, qədim Romada yeddi əsr ərzində, 

ordunun istifadə etdiyi silah növlərində, demək olar ki, elə bir dəyişiklik meydana 



344 

 

gəlməmişdi, yalnız qılıncın və nizələrin uzunluğu və ya qalxanın formaları dəyişirdi. 



Silahlar köhnə dəbdə qalsa da, hərbi ustalıq xeyli böyümüşdü, hərb sahəsində 

sərkərdəlik qabiliyyəti ilə  seçilən dühalar mövcud dünyanın sifətini dəyişmək kimi 

nəhəng bir işə girişmişdilər. Bunu onların apardıqları müharibələr aydın şəkildə 

göstərir.  

 

 

 



Tarixin böyük sərkərdələri 

 

Troya müharibəsindən doqquz əsr sonra Makedoniyalı Aleksandr ilk dəfə 



Avropadan Asiyaya keçməklə, əslində Homerin “İliada”sından pərəstiş etdiyi mifik 

qəhrəmanların da iştirak etdiyi, Aqamemnonun başçılıgı altında baş verən yunanların 

yürüşünü daha geniş miqyasda təkrar etmişdi. O,, artıq bir şəhər-dövləti deyil, Persiya 

kimi böyük və qüdrətli imperiyanı məğlubiyyətə uğradaraq məhv etmiş, üç qitənin 

ərazisində öz nəhəng imperiyasını yaratmışdı. Epir sərkərdəsi Pirr İtaliya ərazisində 

Roma üzərində iki mühüm qələbə çalmışdı. Böyük Aleksandrın işğalları həm də çox 

sayda yeni şəhərlərin salınması ilə də müşayiət olunmuşdur. Karfagenin məşhur hərb 

xadimi Hannibal II Puniya müharibəsində İtaliya ərazisindəki Kann döyüşündə (bizim 

eradan əvvəl 216-cı il) Romanın 70 minlik ordusunu özünün tərkibi sayca az qala iki 

dəfə az olan və Alp dağlarını aşıb keçmiş qoşunu ilə məhv etmiş, antik dövrün dünya 

dövlətinə çevriləcək bir ölkənin paytaxtının qapısında dayanaraq, onu zəbt olunmaq 

təhlükəsi qarşısında qoymuşdu. Yaxud, Roma sərkərdəsi Qay Yuli Sezar Qalliya 

müharibəsindəki Aleziya döyüşündə (b.e.ə. 52-ci il) qiyam qaldırmış qalların sayca 

dəfələrlə böyük olan qüvvəsini darmadağın edərək, onların başçısı Vestinqetoriksi əsir 

götürmüşdü. Ölkəsində vətəndaş müharibəsinin başlanmasına bais olduqdan sonra, 

onun qorxusundan Yunanıstana qaçmış, triumviratdakı keçmiş müttəfiqi Qney 

Pompeyi Farsala döyüşündə (b.e.ə. 48-ci il) məğlubiyyətə uğratmış, yenə qaçmağa üz 

tutan rəqibini təqib etmək üçün Misirə gələrək, orada Kleopatranı taxt-taca oturtmuşdu. 

Vaxtilə Böyük Aleksandr öləndə olduğu yaşda olan Sezar özünün hələ heç nəyə nail 

olmadığından kədərləndiyi halda, sonralar ilk dəfə yürüşlə materikdən  Britaniyaya 

adlamış, Avropanın mərkəzi hissəsini işğal etməyə müvəffəq olmuşdu; 

      VIII əsrin axırıncı rübündə və IX  əvvəllərində Böyük Karl - Şarleman Avropada 

böyük əraziləri zəbt etməklə, 800-ci ildə Roma Papasının əlindən imperator tacını qəbul 

etmiş, Qərbin timsalında köhnə Roma imperiyasını bərpa etmişdi. Bəziləri ən qüdrətli 

xristian hökmdarı kimi Böyük Karlın yaratdığı imperiyanı “ Avropa səltənəti “ 

adlandırırdı. Bu imperiya şimalda Şimal dənizindən, cənubda İtaliyanın cənubuna 

qədər, Avropanın qərbində Fransadan, mərkəzi Avropadakı Vyanaya qədər uzanırdı.  

Ona görə də Böyük Karlın imperiyası, yalnız Aralıq dənizi dünyasının çox hissəsini 

tutan Roma imperiyasından əhəmiyyətli dərəcədə fərqlənirdi. Şarlemanın taclanması 

heç də Roma imperiyasının yenidən doğulması, intibahı əlaməti olmayıb, əslində yeni 

Avropa sivilizasiyasının meydana gəlməsi idi. Yəqin buna görədir ki,. bəzi tarixçilər 

Şarlemanın işğal siyasətini bütünlüklə nəzərə almadan onu “ Avropanın atası “ 

adlandırırlar.  



345 

 

      Böyük fransız sərkərdəsi Napoleon Avropanı bütünlüklə müharibə səhnəsinə 



çevirməklə, qitəni öz hökmranlığı altında birləşdirməyə cəhd etmişdi. Rusiyaya 

yürüşünün dəhşətli uğursuzluğu onun taleyində bədbəxt dönüş nöqtəsinin meydana 

gəlməsinə səbəb olmuş, 1815-ci ilin iyununda Vaterloodakı məğlubiyyəti isə özünün 

artıq ikinci dəfə, əvvəlkindən fərqli olan ağır sürgün həyatı keçirməsinə gətirib 

çıxarmış, uzaq Müqəddəs Yelena adasındakı məhrumiyyətlər və xəstəlik əzabı ilə dolu 

olan altı illik ömrünün finalı elə orada da başa çatmışdı.  

       Bunlar məşhur sərkərdələr haqqında qısa, ötəri məlumatlar olmaqla yanaşı, onların 

axıtdıqları insan qanı çayları barədə də təsəvvür yaratmağa  imkan verir.  

Silahlara gəldikdə, orta əsrlərdə odlu növlərin meydana gəlməsi ilə, onlar daha 

böyük itkilərə və iri miqyaslı dağıntılara səbəb olmuş, Avropada mühafizə məqsədilə 

geniş yayılan feodal qəsrlərin müdafiə qabiliyyətinə ağır zərbə vuraraq, onların 

mövcudluğunu xeyli kövrək hala gətirmişdi. Top atəşləri qalın divarları da keçib onları 

dağıtmaq gücündə idi. Türk sultanı II Mehmet – Mehmet Fateh 1453-cü ildə məhz 

topların köməyi ilə Konstantinopolun möhkəm müdafiə divarlarını dağıdaraq, Bizans 

paytaxtını zəbt etməklə, vaxtilə hərbi cəhətdən heç də zəif olmayan bir dövlətin tarixin 

arxivində qərar tutmasına nail olmuşdu.   

 

Ədalətli müharibələrin qəhrəmanları 



 

Müharibənin, ona bəslənilən nifrətlə yanaşı başqa bir qədər fərqli görünən tərəfi 

də vardır. Müharibə canlı itkilərə, dağıntılara səbəb olsa da, başa çatdıqdan sonra 

inkişafa, tərəqqiyə, qurub-yaratmağa diqqətin daha da artmasına səbəb olur. Görkəmli 

siyasi xadim, hərb elmi üzrə əsərlərin müəllifi olan general Şarl de Qoll müharibə 

barədə öz düşüncələrini belə ifadə etmişdir: «Müharibə insanda onun ən alçaq 

hisslərinin çirkini qaldırır, qəddarlığı mükafatlandırır, idarəetmə sükanını acgözlük 

əlinə təslim edir. O zəifləri qırır, yaramazları yuxarı qaldırır, tiraniyaya şərait yaradır və 

əgər saysız-hesabsız əsgərlər döyüş meydanlarında qan tökməsəydilər, nə Ellada, nə 

Roma, nə xristianlıq, nə də insan hüquqları olardı. Müharibə ən qorxulu bədbəxtlikdir, 

lakin onun hesabına indi bizə məlum olan dünya məhz belə görünür». Tanınmış 

amerikan politoloqu Eduard Lyuttuak isə daha uzağa gedərək, zarafat şəklində demişdi 

ki, beynəlxalq birlik Saxaradan cənubda yerləşən Afrika ölkələrindəki kimi zəif 

dövlətlərin mğvcud olduğu zonalarda müharibəyə şans verməlidir.. Müasir Avropa 

dövlətləri, onun rəyinə görə, əsrlər ərzində rəhmsiz hərbi münaqişələrin gedişində 

formalaşmışlar,  Afrikaya isə onun müstəmləkə epoxasından qalmış qeyri – rasional 

dövlət sərhədləri öz problemlərini bu qaydada həll etməyə imkan verməmişdir. 

Dövlətlər orada nə öz güclü  institutlarını, nə də tam milli özünəməxsusluqlarını yarada 

bilmişlər. 

         Müharibə iki üzlü Yanusa bənzəyir, Roma mifologiyasındakı ilahi qüvvənin bir 

üzü keçmişə, digər üzü isə gələcəyə baxırdısa, müharibə allahının bir üzü görünməmiş 

dəhşətlərə, digəri isə bəlkə də müharibəyə son qoymaq məqsədini güdən tərəqqiyə, 

inkişafa baxır.  

Müharibə dəhşətlər, viranəlik simvolu olduğu kimi, bəzən haqqın müdafiəsinə 

də həsr olunur və bu vaxt axıdılan qan az qala müqəddəslik haləsi qazanır. Belə 



346 

 

müharibə azadlıq uğrunda, öz torpaqlarını işğalçılardan təmizləmək uğrunda aparılan 



bir mübarizədən xəbər verir.   

Haqq uğrunda aparılan ədalətli müharibədə qəhrəmanlıq rəmzləri yaranir 

.Persiyalıların Avropaya keçib, Afinanı işğal etmək niyyətində olan 200 minlik 

ordusunun qarşısını kəsmək üçün Leonidin başçılığı altında Fermonil keçidində 

ağlasığmaz igidlik nümayiş etdirən üç yüz spartalı, yaxud da ingilis işğalçılarına qarşı 

fransız xalqını geniş müqavimətə qaldıran Janna D`Ark unudulmaz qəhrəmanlıq, 

sarsılmaz vətənpərvərlik simvollarına çevrildilər. Spartalıların igidliyi ilə bizi 25, 

Fransanın qəhrəman qızı ilə isə 6 əsrə bərabər olan bir zaman məsafəsi ayırır. Ancaq 

onlar bu gün də mübarizlərin, vətənin taleyini şəxsi həyatından üstün tutanların 

qəlbində yaşamaqla, indiki  dövrdə də əyilməyən insanların həqiqi müasirləri kimi 

görünürlər.  

 

Müharibənin əks dəyərləri 



 

Müharibədə bir qayda olaraq düşmənə ağır itki verənlər, döyüşdə daha çox canlı 

qüvvəni, sonralar isə havada daha çox təyyarəni sıradan çıxaranlar xüsusi hörmət və 

şöhrət sahiblərinə çevrilirdilər. Qan tökməkdə hədd tanımayanlar ən yüksək dövlət 

mükafatına layiq görülür, onların haqqında bəzən hətta yalan əfsanələr uydurulurdu. 

Hələ Böyük Vətən müharibəsindən əvvəl (1934-cü ildə ) SSRİ-də hərbçilər üçün Sovet 

İttifaqı Qəhrəmanı adı təsis edilmişdi, müharibə qurtardıqda bu ada artıq minlərlə 

adam layiq görülmüşdü.  

Yaponlar isə bu məsələdə daha uzağa getmişlər. Onlar döyüşməyi, Sinto, 

Mikado və Yamato (Sinto - əsasını təbiət ilahiliyiini və əcdadların kultlarını əhatə edən 

dindir, Mikado - Yapon imperatorunun adlandığı tituldur, Yamato isə - ilk yapon 

dövlətinin adı olmaqla, bəzən «yapon ruhu»nu ifadə etmək üçün işlədilir) uğrunda 

həlak olmağı sevirdilər. Yaponların həyat və düşüncə tərzinə yaxşı bələd olan bir rus 

yazıçısının dediyi kimi, yapona çörək verməsən da olar, ancaq necə olursa-olsun, o, 

gözəl qaydada ölmək istəyir. Bu fikir həmin millətə məxsus olan adamların 

düşüncəsinə hakim kəsilmişdi. Təsadüfi deyildir ki, yapon samuraylarının kodeksi 

sayılan “ Busido”da deyilirdi ki, “ Borc dağ kimi ağırdır, lakin samurayın ölümü quş 

lələyi kimi yüngüldür.” Yaponlar digər xalqlarda olan adi təltiflərdən başqa həlak olan 

hərbçilərin rütbəsini də artırırdılar, bu onun xidmətinə ölümündən sonra verilən 

qiymət idi. Müharibədəki ən başlıca qəhrəmanlara isə «qundzin» titulu verilirdi, bu söz 

yapon dilində «müharibə allahı» deməkdir.  

Buna təəccüblənmək də lazım deyildir. Axı müharibədə dinc dövrlərdə mövcud 

olan dəyərlər əsaslı dəyişikliyə məruz qalır, diametral əks olan dəyərlər sistemi 

meydana çıxır. Sülh dövründə insanı qətlə yetirməyə görə qatil ən ağır cəzaya məhkum 

edilirsə, bəzi ölkələrdə o, özü də həyatdan məhrum edilir, döyüş, müharibə, işğal vaxtı 

çox sayda qətlləri, bəzən hətta qırğınları icra edən və ya bu iyrənc əməliyyata başçılıq 

edənlər isə ən böyük hörmətə və şöhrətə yiyələnən adamlara çevrilirlər. Birinin 

mülkiyyətinə və ya yaşadığı evə azacıq ziyan vuran adam müvafiq cəzaya məhkum 

edildiyi halda, müharibə vaxtı bütöv şəhərləri, yaşayış məntəqələrini viranə qoyanlar, 

xarabalıga çevirənlər xüsusi ad-san qazanır, məşhurluq haləsinə bürünürlər.  




347 

 

Çingiz xan öz ordusu ilə 1220-ci ildə Xarəzmi tutduqda, şəhəri qarət etmək və 



dinc əhalini qılıncdan keçirmək əmrini verdi. Hitler hələ öz müharibələrinə 

başlamamışdan əvvəl 

İspaniyadakı Bətəndaş müharibəsində faşistlərinin lideri, general Frankoya kömək 

etmək məqsədilə Basklar ölkəsində olan Gernika şəhərinin aviasiya bombardmanı ilə 

yerlə yeksan etmişdi. İkinci Dünya müharibəsi illərində isə Hitler aviasiyası və 

qoşunları bu sıraya İngiltərədəki Koventrini, Fransadakı Oraduru, Belorusiyadakı Xatın 

kəndini əlavə etdi.                       

         Amerikanlar həmin müharibənin son mərhələsində, 1945-ci ilin avqustunda öz 

canlı qüvvəsinin böyük itkisinə yol verməmək məqsədini əsas götürərək yapon 

şəhərləri Hirosimanı və Naqasakini atom bombası zərbəsi ilə təkcə nəhəng xarabalığa 

çevirmədilər, həm də hər iki şəhərdə iki yüz minə yaxın dinc əhalinin məhvinə səbəb 

oldular. Amerikanlar Vyetnam müharibəsində isə napalm bombardmanları ilə yaşayış 

məntəqələrini yanğına məruz qoyurdular. 1968-ci ildə Sonqmi kəndində 500 nəfər 

sakini güllələmiş, binaları yandırmışdılar. Bu hadisə dünya ictimaiyyətinin hiddətinə 

səbəb olmuşdu. Təəssüf ki, bu cinayəti törədənlərə heç bir mühakimə qurulmadı. Hitler 

natsizminin dəhşətlərindən əzab çəkənlər isə, heç olmasa, Nyurnberq tribunalı 

tərəfindən yüksək rütbəli faşist hərbi cinayətkarları ölüm hökmünə və digər ağır 

cəzalara məhkum edilikdə, öz intiqam hisslərini bir qədər söndürə bilmişdilər.  

Dünya həmin beynəlxalq tribunalın işini razılıqla qarşılasa da, onun 

ümumiyyətlə baş tutmasına və hökmlərinə zidd çıxanlar da oldu. Bunlardan biri, 

keçmiş ABŞ prezidenti Uilyam Taftın oğlu, senator Robert Taft idi. O, 1946-cı ilin 

payızında Senatda çıxış edərkən Nyurnberq məhkəməsinin işini və orada ABŞ 

nümayəndələrinin iştirakını kəskin tənqid etdi. Taft bu mövqeyində beynəlxalq 

hüququn prinsiplərinə əsaslandığını bildirərək bəyan etdi ki, tarixdə hələ heç vaxt 

qaliblər məğlubları mühakimə etməmişdilər. Əlbəttə, belə mövqeyi əsassız saymaq da 

çətindir, axı Taft öz mülahizələrində hüququn aliliyini əsas götürmüşdü. Müharibə 

cinayətkarlarının hamısını onsuz da mühakiməyə çəkmək mümkün deyildir. Yaxşı 

olardı ki, bəşəriyyət özünün anadangəlmə bu qüsuruna birdəfəlik qadağa qoyaydı və 

ərazi işğalına girişənləri, günahsız insanlara divan tutanları qanundan kənar elan 

etməklə, dünyanın bütün siyasi, iqtisadi və hərbi qüdrətini onları lazımınca 

cəzalandırmağa yönəldəydi. Belə mövqe həmin fikrə düşənləri yəqin ki, öz 

sərsəmliklərindən əl çəkməyə məcbur edərdi. Bu vaxt bütün xalqlar birdəfəlik rahat 

nəfəs alardı, Bibliyada göstərildiyi kimi, şirlə qoyun bir yerdə yatardı. 

         Çox təəssüf ki, müharibələrin ardı-arası kəsilmir. İkinci Dünya muharibəsindən 

sonra iki fövqəldünya dövləti – ABŞ və SSRİ müvafiq olaraq hərbi və iqtisadi cəhətdən 

çox zəif olan Vyetnamda və Əfqanıstanda öz vassal dövlətlərini yaratmaq üçün onların 

ərazilərinə  

 girib uzunmüddətli müharibə apardılar. Lakin ABŞ Vyetnamdan sillə zərbəsi almaqla, 

1965-ci ildə başladığı iri miqyaslı müharibəni 1973-cü ildə dayandırmalı oldu. Bundan 

16 il sonra, 1989-cu ildə SSRİ Əfqanıstanda apardığı on il ərzindəki vuruşların olduqca 

uğursuz, əslində nəticəsiz olduğunu dərk etdikdə, onun ərazisindən qoşunlarını 

çıxarmaq məcburiyyətində qalmaqla, ABŞ kimi eyni biabırçılıq zərbəsinə məruz qaldı. 

Hər iki qanlı avantyura həmin 



348 

 

dövlətlərin nüfuzuna ciddi təsir göstərdi. SSRİ isə bir onillik keçdikdən sonra tarix 



səhnəsini  bütünlüklə tərk etməli oldu.  

Müharibədən qalib gələn tərəf heç də həmişə onun bəhrələrindən lazımınca 

qidalana bilmir. Bunu SSRİ-nin müharibədən sonrakı ömrü aydın surətdə təsdiq edir. 

İkinci Dünya müharibəsində məğlub olan, əraziləri xarabalığa çevrilən Almaniya və 

Yaponiya isə ağır iqtisadi itkilərinə, sənayelərinin tamamilə iflic vəziyyətə düşməsinə 

baxmayaraq, bu ağır xəstəlikdən tezliklə sağalmağı bacardılar. Yaponiya 

məğlubiyyətdən iki onillik sonra dünyanı özünün «Yapon möcüzəsi» ilə 

təəccübləndirdi. Qərbi Almaniya isə amerikanların Marşall planından bəhrələnib, öz 

sənayesini bərpa etdi və tezliklə Avropanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən 

birinə çevrildi. Almaniya müharibədəki məğlubiyyəti hesabına öz ərazisinin əvvəlcə 

dörd zonada, sonra isə iki dövlətə bölündüyünün şahidi olduğu halda, 1989-cu ildə bu 

vəziyyətə son qoyub, vahid dövlətdə birləşdi.  

Bu nöqteyi- nəzərdən müharibə bir “ böyük ilyuziyadır,”, çünki nominal qalib, 

güman ki, prinsipcə əldə etdiyindən daha çox itirəcəkdir. 

 

Tarixdən dərs almaq zərurəti 



 

Yuxarıdakı misalların əyani davamı kimi Ermənistan 1990-cı illərin əvvəllərində 

apardığı müharibədə Azərbaycanın tarixi və hüquqi ərazisinin beşdə birini işğal etsə 

də, iqtisadi və sosial cəhətdən getdikcə zəifləməyə başladı, ölkə əhalisi kütləvi surətdə 

öz doğma evlərini tərk edib, bir qədər əlverişli yaşayış şəraiti tapmaq ümidi ilə xarici 

ölkələrə üz tutdu. İrlandiya əhalisi XIX əsrin ortalarındakı dəhşətli aclıqdan vətənini 

tərk edib, əsasən Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdi. Ona görə də, indi 

vətəndə yaşayan irlandların sayı xarici ölkələrdə yaşayanların miqdarından xeyli azdır. 

Ermənistan əhalisi birbaşa aclıqla üzləşməsə də, ağır yaşayış şəraitinə davam 

gətirməyib öz ölkəsini atıb, uzaq diyarlara getməyə məcbur oldu. Ermənistanda da 

yaşayan ermənilərin sayı hazırda kəskin surətdə azalmaqla, xarici ölkədə yaşayanların 

sayından əhəmiyyətli dərəcədə azdır. Əslində bu, Ermənistan dövləti üçün fəlakət 

təhlükəsinin zəng səsi hesab olunmalıdır.  

Torpaqlarının bir hissəsi işğal olunan Azərbaycan isə böyük iqtisadi və sosial 

inkişaf yoluna qədəm qoymuş, paytaxtını, şəhərlərini görünməmiş qaydada 

abadlaşdırmış,  

gözəlləşdirmişdir. Öz tarazlaşdırılmış xarici siyasətinə görə Azərbaycan dünya birliyi 

ailəsində yaxşı nüfuz sahibinə çevrilmişdir. Azərbaycan dostluq etdiyi ölkələrə öz 

yardım əlini uzatmaqla, iqtisadi imkanları barədə olan kıhnə stereotipləri də bütünlüklə 

dağıtmışdır.  

Ermənistanı isə yaxın və uzaq perspektivdə daha sürətli iqtisadi tənəzzül və 

yoxsullaşma gözləyir. Belə olan halda onun özünü qalib kimi aparması, Azərbaycanın 

tarixi  

torpaqlarını işğal altında saxlamaq cəhdi əslində gülünc görünür və belə eybəcər status-

kvonu hər vəchlə qoruyub dondurmaq arzusu ancaq onu apokalipsisə aparan bir yola 

daş döşəyir.  




349 

 

Müharibəyə başlayan və ondan nəsə qazanmaq niyyətində olan tərəf tarixdən 



ibrət dərsi götürməkdən utanmamalıdır. Bunu dərk edənlər, vaxtilə müharibə 

tonqalının bürüdüyü Avropanın sülhün əsl zəfərindən xəbər verən bu gününə müraciət 

etsəydilər, süni düşmənçilik kösövlərinin alovlanıb müharibə yanğınına çevrilməsinə 

yol verməzdilər və özlərinin mehriban qonşusuna belə qara nankorluq göstərməzdilər. 

Təəssüf ki, qatı erməni millətçiləri tarixdən və coğrafiyadan dostluğu 

möhkəmləndirməyin bol məxəzlərini axtarmaq əvəzinə, bu dostluğu məhv etməyə 

xidmət edən kiçik, əslində sayrışan işartılari ön plana çəkdilər və belə təbliğat iki xalq 

arasında müharibənin başlanması ilə nəticələndi. Ermənilər əsl işğal müharibəsi 

aparmağa girişdilər. Müharibə  bütöv bir xalqı dəli dərəcəsinə gətirir, bu fikir böyük 

filosof Senekaya məxsusdur və bunun həqiqətə söykəndiyini ölkəmizə soxulan 

təcavüzkarların timsalında aydın görmüşük. Doğrudan da müharibədə qüsurlar, alçaq 

hisslər öz məcrasından çıxıb, qan içmək həvəsində olanların ruhuna və ağlına hakim 

kəsilir. 

  Müharibə qızışdıranlar azərbaycanlılara qarşı hər cür böhtan, iftiralar 

uydururdular, axı başqa bir əsas tapa bilmirdilər. Hipermillətçilik naminə 

həyasızlıqdan ilhamlananlar üçün nəhayətsiz yalan həyat normasına çevrilir. Onlar 

üçün eybəcər nümunə də mövcuddur.  Natsistlərin mifinə görə öz bədbəxtlikləri üçün 

yəhudilər özləri günahkardır. Söz ekvilibristikası belə böhtan təbliğatında güclü silaha, 

şair demişkən, süngüyə çevrilir. Adamyeyənlərin nitqində humanizm hər şeydən çox 

səslənir. Axı müharibə qızışdıranlar reallıq hissini bütünlüklə itirir, yalan 

oyunbazlığından həzz alırlar. Bu vaxt səfehlik asanlıqla əclaflığa keçir. 

           Bu iki qonşu xalqı – azərbaycanlıları və erməniləri yalnız dil və din ayırır, bunlar 

isə elə bir əhəmiyyət kəsb etmirdi. Əsrlərlə onlar dostcasına qonşuluqda və birlikdə 

yaşamışdılar. Dünyada başqa irqə, dinə və dilə malik olan çox sayda xalqlar hətta bir 

ailə timsalı olan dövlətlərdə mehriban şəraitdə yaşayırlar. Kiçik dağlıq ölkə olan 

Albaniyada yaşayan müsəlman - bektaşi məzhəbindən olan çoxluqla katolik və 

pravoslav əhali tam harmoniyada yaşamaqla, başqalarına yaxşı nümunə göstərir. ABŞ- 

da isə  millətlərin, dillərin və dinlərin Babil mərəkəsini andıran böyük müxtəlifliyi 

mövcud olsa da, onlar tam dinc və mehriban şəraitdə yaşayırlar.   

 Yaxşı hal orasındadır ki,  müharibə toxumunu səpənlər başqasına ziyan 

vurduqları kimi, həm də öz xalqının da ümidini dağıdıb, məhv edirlər. Adətən doğma 

xalqı onlardan daha böyük ziyan çəkir. Bu eybəcər vəziyyətə nəhayət ki, son 

qoyulmalıdır. Ermənistan rəhbərliyi ağılsız siyasətlərindən əl çəkib, öz xalqı üçün daha 

faydalı olan alqoritmi - Azərbaycanla düşmənçiliyə son qoyub, işğal etdiyi ərazilərdən 

uzaqlaşmaqla, öz qonşusunun beynəlxalq aləm tərəfindən istisnasız qaydada etiraf 

edilən ərazi bütövlüyünün bərpasına gedən yolu seçsə, bu, heç şübhəsiz, erməni 

xalqına da fayda verər, həm də  regionda sülhün bərqərar olmasına kömək edərdi. 

 Qoy ən qatı erməni millətçiləri illyuziyalarından əl çəkib, nəzərlərini tarixdən 

yaxşı dərs almış və sülhü möhkəmləndirməkdə inadkarlıqla çalışan müasir almanlara 

tərəf çevirsinlər. Həmin marginallar özlərinə şirin gəlsə də, əslində çox acı olan 

yuxudan nə qədər tez ayılsalar, öz milləti qarşısındakı günahlarını gec də olsa bir qədər 

azaltmış olardılar. Yoxsul komada və qorxu altında yaşamağı cənnət kimi qələmə verən 

millətçi ünsürlər idrak gözlərini açıb, dünyaya sağlam düşüncə tərzində baxsalar, bu 



350 

 

vaxt öz xalqının və ölkəsinin fəlakət girdabına yuvarlanmasının qarşısını kəsmək kimi 



faydalı bir işə girişərdilər. Axı hər bir ölkə təkcə yer, ərazi parçası deyildir, birinci 

növbədə bəşəriyyətin işləyib hazırladığı dəyərlər sistemidir. Bu imperativ prinsipi 

kənara atıb, öz hallüsinasiyalarının girovuna  

çevrilmək heç də böyük ağıldan xəbər vermir. Britaniyanın baş naziri olmuş Bencamin 

Dizraelinin sözləri burada yerinə düşür: «Sənin cahil olduğunu anlamağın biliyə doğru 

böyük addımdır». Erməni qatı millətçiləri nə qədər gec deyil cəhalətə əlvida desələr, 

ağıllanmağa doğru addım atsalar, bu xalq özünə hamıdan çox sərf edən sülhə, dinc 

həyata qovuşa bilərdi.   

 

Müharibəyə başlamağın bəzi xüsusiyyətləri 



 

Müharibə elə bir hadisədir ki, heç vaxt kor-koranə baş vermir, ona ciddi hazırlıq 

görülməsi tələb olunur. Bəzi məşhur dövlət xadimləri başqa alternativ olmadığından 

müharibəyə əl atmaq məcburiyyətində qalırdılar. 

Hərb elminin görkəmli nümayəndələrindən biri olan alman Karl fon Klauzevits 

özünün məşhur «Müharibə haqqında» əsərində göstərirdi ki, «Müharibə, siyasətin 

digər vasitələrlə 

davam etdirilməsidir». Ona görə də Prussiyanın və Almaniyanın təcrübəli siyasi xadimi 

olan Otto fon Bismark ölkəsini müharibəyə cəlb etməmişdən əvvəl vacib olan bir sıra 

tədbirləri 

həyata keçirirdi. Qalibiyyətli müharibə aparılmasının təşəbbüskarı və Almaniyanın 

birləşdirilməsinin beşiyi başında dayanan bu adamın həmin məsələ barəsindəki fikirləri  

olduqca qiymətlidir. Bismark müharibəyə, yalnız digər bütün diplomatik alternativlər 

köməyə gəlməyəndə, həm də hər bir hərbi və diplomatik üstünlüklər öz tərəfində 

olanda əl atırdı. 

          Bunu da qeyd etmək lazımdır ki, Bismark xarici siyasətdə əxlaq məsələsinə məhəl 

qoymurdu və XIX əsrdə Realpolitik –i (“ reallıq siyasəti”ni və ya həyasız siyasəti ) 

praktiki olaraq həyata keçirməkdə tanınmış bir dövlət xadimi hesab olunurdu.  

O, iqtisadi və hərbi qüdrətin vacib şərt olduğunu daim qeyd edirdi. 1862-ci ildə 

demişdi ki, «Almaniya Prussiyanın liberalizminə deyil, onun gücünə baxır. Günün 

böyük məsələləri nitqlərlə və çoxluğun səsi ilə deyil, bu, 1848-1849-cü illərin səhvi idi

dəmir və qan vasitəsilə həll edilə bilər” 

1864-cü ildə Danimarka ilə aparılan müharibədən əvvəl Bismark daim ona can 

atırdı ki, Prussiya yalnız bir qüvvə ilə vuruşsun və digər opponentlər diplomatik yolla 

kənarlaşdırılsın. 1866-cı ildəki Avstriya-Prussiya müharibəsində Prussiya daha müasir 

tüfəngdən istifadə etməklə, digər amillərlə birlikdə üstünlüyə nail oldu.  

Bismark Fransa imperatoru III Napoleonun rəsmi bəyanatının düzgünlüyünü 

sübuta yetirdi ki, millətçilik və avtoritar idarəetmə bir-biri ilə birləşə bilər. O. bunu öz 

təcrübəsində tətbiq edirdi. Fransa 15 iyul 1870-ci ildə Prussiyaya müharibə elan etdi. 

Fransız baş naziri lovğalıqla qeyd etmişdi ki, «Biz müharibəyə yüngül ürəklə gedirik». 

Fransızlar üçün «yüngül ürək», bədbəxtlikdən, heç də kifayətləndirici bir amil olmadı. 

Prussiya ordusu Fransanın içərilərinə doğru irəlilədi, 2 sentyabr 1870-ci ildə Sedanda 




351 

 

110 min nəfərlik  fransız ordusu və imperator III Napoleonun özü əsir götürüldü. Paris 



isə 28 yanvar 1871-ci ildə təslim oldu, rəsmi sülh müqaviləsi isə may ayında imzalandı.  

Tarixin ironiyası ona gətirib çıxardı ki, Günəş Kralın – XIV Luinin şərəf simvolu 

sayılan Versalın Güzgülü salonunda 1871-cı il yanvarın 18-də ikinci Alman 

İmperiyasının yaradılması elan edildi (birinci imperiya isə Orta əsrlərin Müqəddəs 

Roma imperiyası idi). Beləliklə, Almaniya vahid dövlətdə birləşdi. Prussiya kralı I 

Vilhelm kayzer və ya imperator 

tituluna yiyələndi, Prussiyanın kansleri Otto fon Bismark imperiyanın kansleri oldu. 

Almaniyanın birləşməsi, Prussiya monarxiyası və ordusu tərəfindən həyata keçirildi. 

Real düşüncədə Prussiya Almaniyaya deyil, Almaniya Prussiyaya birləşdi. Bir qoca 

liberal bu məsələ barədə demişdi: «Mən bu saatın təəssüratı ilə təsirlənə bilmərəm. Mən 

Marsa sitayiş etmirəm. Mən qüdrətli müharibə allahından daha çox gözəllik ilahəsinə 

və qratsiyaların anasına vurğunluq hiss edirəm, lakin müharibənin qənimətləri hətta 

sülh uşağının üzərinə də  

 möcüzəli bir lətafət salır. Birinin baxışı, düşünülmədən hamını bir-birinə bağlayır və 

birinin ruhu anın uğurunun allahını alqışlayan adamların ardı kəsilməyən cərgəsi ilə 

birgə gedir».  

          Almaniyanın birləşməsində Prussiyanın liderliyi avtoritarizmin, militarist 

dəyərlərin liberalizm üzərindəki zəfəri idi. Böyük çətinliklə krallığa çevrilən Prussiya 

inkişaf edərək qitədə ən möhkəm hərbi qüdrətə sahib olan dövlətlərdən birinə çevrildi. 

Bu həm də Bismark siyasətinin zəfəri idi. Hamı gücə boyun əydiyindən, Prussiyanın 

belə gücə yiyələnməsinin Fransa üzərindəki qələbə kimi nümayişi alman dövlətllərinin 

Almaniya imperiyasında birləşməsinə yol açdı. Həmin qələbə Versalda Alman 

imperiyasının yaradılması barədəki xəbərlə daha da məşhurlaşıb, əlavə əhəmiyyət 

qazandı.  

Bismark müasir alman millətini müharibənin köməyi ilə formalaşdırdı və 

təcavüzkar millətçilik siyasəti yeritməyə başladı, bu qorxulu irs isə öz kulminasiysını  

XX yüzillikdəki iki dünya müharibəsində tapdı.  

Bismarkın bəxti həm də onda gətirmişdi ki, onunla birlikdə Prussiya Baş 

Qərargahının rəisi, görkəmli hərbi xadim Helmut fon Moltke və müdafiə naziri Albrext 

fon Röndən ibarət üçlük meydana gəlmiş və bu üçlük 13 il ərzində Avropanın xəritəsini 

dəyişdirmək üzərində xeyli çalışmış və buna əsasən nail olmuşdu. 

        Lakin Bismarkın xidmətləri Almaniyaya heç də yalnız fayda gətirməkdən ibarət 

olmamışdır. Bismarkın qələbələr dövrü artıq arxada qalmışdı. Yeni müharibə cəhdi 

uğursuz da ola bilərdi və çox keçməmiş bu baş verdi. Almanlar hədd tanımayan 

iştahalarına görə I Dünya müharibəsində Avstriyaya  (Avstriya – Macarıstana) 

qoşularaq Antanta ilə müharibəyə başladılar. Almaniyada adamlar var idi ki,onlar 

Rusiyanın bir hissəsini, hətta Belçikanın və Fransanın müəyyən ərazilərini ələ 

keçirməklə Alman imperiyasının böyüməsini istəyirdilər. Lakin onların arzuları puç 

oldu, Almaniya müharibədə məğlubiyyətə düçar oldu.  

       Formalaşmağında və inkişafında Bismarkın da mühüm rol oynadığı alman 

millətçiliyi XX əsrin 30-cu illərində Hitlerin hakimiyyətə gəlməsi ilə isə, irqçiliyin və 

şovinizmin dövlət siyasətinə çevrilməsi kimi bir eybəcərliyin meydana çıxması üçün 

bünövrə rolunu oynamışdır. Bəlkə də Bismark olmasaydı, onun qazandığı uğurlar 



352 

 

seriyası baş tutmasaydı, Hitler özünün Avropa və dünya ağalığı barədəki sərsəm 



fikirlərinə düşməzdi. İrqçiliyi görünməmiş həddə çatdıran, almanları digər millətlərə 

qarşı nifrət ruhunda tərbiyə etməyə çalışan Hitler müəyyən ölçülərdə Bismarkın 

mənəvi törəməsi, daha doğrusu, iyrənc mənəviyyatsızlığından xəbər verən «çolaq 

övladı» idi.  

Müharibəni başlamaq asandır, onu başa çatdırmaq isə olduqca çətindir.  

Napoleon Rusiyaya qarşı bir neçə ay qalibiyyətli kimi görünən müharibə aparıb, bu 

dövlətin qədim  

 paytaxtı Moskvanı tutsa da, nəticədə ağır məğlubiyyətlə – Grand Army-nin – Böyük 

Ordunun məhvinə səbəb olan biabırçı yekunla üzləşməli oldu. Hitler Avropada 

apardığı qısa müddətli və böyük qələbələrə səbəb olan müharibədən ağılsızcasına 

ruhlanaraq, SSRİ – də də blitskriq – ildırımsürətli müharibə aparacağına ( əslində bu, 

almanların deyil, ingilislərin icadı idi ) tam əmin olmaqla, bu ölkənin ərazisinə 

müdaxilə etdi. Hitler ordusu 1941-ci ilin yayından başlayaraq bir neçə cəbhədə, sonralar 

həm də hətta Afrikanın şimalında da vuruşurdu. Hitlerin öz hərbi qüvvəsinə belə 

paranoyya qaydasındakı inamı nəticə etibarilə onu ağır məğlubiyyətə gətirib çıxardı. 

Onun min il yaşayacağını güman etdiyi III Reyx barədəki iddiası nəinki həyata 

keçmədi, hətta müharibənin başlanmasından keçən altıncı ildə öz ölkəsinin Müttəfiq 

orduları tərəfindən işğala məruz qalması kimi bir faciə ilə nəticələndi.  

Əgər o, Bismarkın, yaxud başqa xadimlərin təcrübəsinə istinad etsəydi, yəqin ki, 

belə ciddi strateji səhvlərə yol verməzdi. ABŞ-dakı Vətəndaş müharibəsi vaxtı prezident 

Abraham Linkoln Şimalın vuruşduğu Cənuba – Konfederata kömək göstərməkdə 

şübhələnilən Böyük Britaniyaya da müharibə elan etmək barədə səs-küy qaldıran 

«quzğunların» sərsəm təkliflərinə cavab verərək deyirdi ki, eyni vaxtda iki cəbhədə, iki 

qüvvə ilə vuruşmaq olmaz. Linkoln siyasəti uzaqgörənliyi ilə seçildi və 1865-ci ilin 

aprelində Konfederat qüvvələri  

təslim oldu. Britaniya ilə müharibəyə girişmə isə Şimalı taqətdən salıb, onu 

məğlubiyyətə sürükləyərdi.  

        Müharibənin ilk anının uğurla müşayiət olunması onun son yekunu barədə 

sevindirici ümidə gətirib çıxarmamalıdır. İlk üstünlüyün bəxş etdiyi sərxoşluq ötüb 

keçir, vəziyyət taleyin üzü kimi dəyişərək, acı məğlubiyyətlər seriyasının meydana 

gəlməsinə gətirib çıxarır. Torpaqları işğal edənlər sonralar hökmən peşmançılığın «qırıq 

təknəsinin» yanında qaldıqlarının şahidi olmaq qismətini yaşayırlar. Yüzillik 

müharibədə (1337-1453-cü illər) İngiltərə ordusu materikə keçib, Fransa ərazisinin xeyli 

hissəsini işğal etmişdi. Sonralar, müharibənin axırıncı iki onilliyində fransızların 

müqaviməti gücləndikcə, onlar bu ərazilərin hamısını itirdilər, sahildəki Kale şəhərini 

saxlasalar da, sonralar o da Fransa ərazisinə daxil oldu.  

Hitler ordusu da, 1941-ci ilin dekabrının əvvəlində Moskvanın astanasında idi, 

lakin geri oturduldu və üç il yarımdan sonra Sovet qoşunları qırmızı bayrağı Berlində 

III Reyxin simvolu sayılan Reyxstaqın – parlament binasının üzərinə sancdılar. 1945-ci il 

mayın 8-də isə 

alman hərbi komandanlığı Müttəfiq qoşunları nümayəndələrinin qarşısında 

Almaniyanın qeyd-şərtsiz təslim olması barədəki aktı imzaladı.  




353 

 

Qoy başqa xalqların torpaqlarını işğal edənlər də tarixin həmin əyani 



dərslərindən ibrət götürüb, intiqam alovunun bir gün onları da dəhşətli qaydada 

qarsacağıını göz önünə gətirsinlər, dinc yolla həmin torpaqları tərk etməklə, özlərini 

yaxınlaşan ağır fəlakətdən xilas etsinlər.  

Axı kiçik qələbənin həm də böyük bədbəxtlik bəxş etməsi xüsusiyyəti də vardır 

və birincidən eyforiya hissi keçirənlər ayılıb, XXI əsrin əvvəlində Qaranlıq dövrün (Orta 

əsrlərin) qaydalarından ilhamlanmalarına son qoymaqla, ağılın və reallığın göstərdiyi 

yola üstünlük versələr, öz xalqlarına, gec də olsa, səmərəli xidmət göstərmiş olarlar. 

İşğalçı dövlət, xalq heç vaxt sakit liman tapa bilmir, intiqamın kükrəyəcəyi hissinin 

qorxusundan azad ola  

bilmir. Həm də işğal müasir dövrdə hər bir dövlət üçün, xüsusən iqtisadi cəhətdən zəif 

olan ölkə üçün ağır yük hesab olunur, ondan üzülüşməyən, onu öz tarixi və hüquqi 

sahibinə  

qaytarmayan xalq öz mövcudluğunun və gələcəyinin  təhlükəsizliyinə heç vaxt tam  

arxayın olmayacaqdır. Belə qorxu altında yaşamaq isə Yer üzərində cəhənnəm əzabları 

ilə üzləşməkdən başqa bir şey deyildir. 

 

Müharibədə strategiya və taktika məsələləri 



 

 

Məşhur hərb nəzəriyyəçisi Karl fon Klauzevits klassik hərb sənətinin fundamental 



tədqiqat işi olan özünün «Müharibə haqqında» əsərində bu məsələlərə xeyli aydınlıq 

gətirərək, «strategiya adlananın başlıca başlanğıcdan ibarət olduğunu» vurğulayır. 

Karl fon Klauzevits (1780-1831-ci illər) 12 yaşı olanda Prussiya ordusunun 

sıralarına daxil olaraq, bir neçə il qarnizon xidməti ilə məşğul olmuşdu. Bu vaxt o, öz 

təhsilini artırmaq üçün geniş imkan tapa bilmişdi. 1801-ci ildə Berlin Hərbi Kollecinə 

daxil olub, burada hərb elmini, fəlsəfəni və ədəbiyyatı öyrənmişdi, özünün təməl 

strategiya konsepsiyasına yiyələnmişdi. 1806-cı ildə Napoleon ordusuna qarşı Yena 

döyüşündə vuruşmuş, fransızlar                                                                            tərəfindən 

əsir götürülmüşdü. Uinston Çörçil və general Şarl de Qoll da belə taleyi yaşamışlar, 

Çörçil burların əsirliyindən qaça bilmiş, de Qoll isə Birinci Dünya müharibəsində 

vuruşarkən alman əsirliyinə düşdükdən sonra  beş dəfə qaçmağa səy göstərsə də, buna 

müvəffəq olmamış, sonra azad edilmişdi.  

Klauzevits Prussiyaya 1808-ci ildə qayıtmış və Prussiya ordusunda aparılan 

islahatın təşkilatçılarının liderlərindən birinə çevrilmişdi. Napoleon 1812-ci ildə 

Rusiyaya yürüş edəndə, digər alman patriotları kimi o da Rusiyada hərbi xidmətə 

girmişdi. 1815-ci ilin iyununda Vaterloo döyüşü vaxtı isə Prussiyaya qayıtmış və 

mühüm vəzifələrdə xidmətini davam etdirmişdi. 1818-ci ildə isə general rütbəsində 

hərbi kollecin inzibati başçısı olmuşdu. Sonrakı 12 il ərzində Klauzevits istirahət vaxtını 

öz tarixi biliklərini artırmağa və strategiya barədə başlıca əsəri kimi «Müharibə 

haqqında» kitabını yazmağa sərf  etmişdi. 

Böyük Fridrixin və Napoleonun təcrübələrini təhlil edərək o, ayrı-ayrı faktlarla 

hərbi dühaların işini təsvir edir, axı onlar müharibənin uğuruna nail olurdular. O,  




354 

 

Blyuxerlə vuruşdan sonra  fransız sərkərdəsi barədə demişdi : “ Napoleon müharibənin 



allahı olaraq qaldı”. 

Klauzevits əslində heç bir strateji sistem irəli sürməmişdi. Əksinə, o, təsadüfi 

faktlara üstünlük verir, onlar isə dəqiq hesablamalardan və strateji problemə tənqidi 

yanaşmağın vacibliyindən uzaqlaşır. O, bəyan edirdi ki, strategiya üç başlıca hədəf 

məqsədini güdür: düşmən qüvvələri, onun resursları və döyüşmək iradəsi. Müdafiə 

müharibəsi həm də siyasi cəhətdən möhkəm mövqeyə malik olmağı tələb edir. Müdafiə 

qüvvələri arasında fikir və iradə birliyi olmadıqda, bu qarşıya qoyulan məqsədin puç 

olmasına səbəb olur. Franko qüvvələri İspaniyada Vətəndaş müharibəsinin ilk ilində, 

1937-ci ildə bir şəhərə hücum edərkən, ona qoşulmuş general Emilio Mola 

döyüşçülərinə ürək-dirək verərək demişdi ki, orada bizim 5-ci kolonnamız vardır (o, 

şəhəri müdafiə edən respublikaçılar arasındakı satqınları nəzərdə tuturdu), ona görə də 

şəhərin alınması bizə olduqca asan başa gələcəkdir.  

            Klauzevits «Müharibə haqqında» əsərini başa çatdırdıqdan sonra Breslauya 

dəyişdirildi, bu vaxt Prussiya qüvvələri 1830-cu ildəki polyak inqilabını müşahidə 

edirdilər. Breslaudan qayıdandan sonra o, xolera xəstəliyinə tutuldu və 1831-ci ildə 

öldü. O, heç vaxt ordu hissələrində komandir olmamışdı, daim qərargahda xidmət 

etmişdi, öz qiymətli məsləhətləri ilə seçilirdi. Əsərində igidliyi vacib sayan müəllif həm 

də öz şəxsi nümunəsi ilə bu mülahizəsini təsdiq etməli idi. «Müharibə haqqında» 

əsərində o, öz dövrünün müasir strategiya konsepsiyasına dərin təsir göstərdi. O, 

müharibənin özlüyündə başa çatdığını inkar edərək yazırdı ki, «Müharibə müxtəlif 

mənaların qarışığı ilə siyasi münasibətin davamından başqa bir şey deyildir». 

         Lakin alman hərbi planlaşması onun nəzəriyyəsinə artan dərəcədə məhəl 

qoymamaqla, siyasi niyyətdən məhrum olurdu. Bir çox Avropa dövlətlərində isə onun 

nəzəriyyəsinə  geniş maraq göstərilirdi. Marks və Engels Klauzevitsin əsərini müzakirə 

edirdilər, Lenin isə İsveçrədə mühacirətdə olanda onun siyasi təlimlərini öyrənirdi və 

müharibənin başqa vasitələrlə siyasətin davamı olması fikrini yüksək qiymətləndirirdi.  

XX əsrin ortalarından yeni tipli silahlar sistemi meydana gəldiyindən, 

Klauzevitsin strategiya konsepsiyasının əhəmiyyəti müstəsna olaraq quruda aparılan 

müharibəyə aid olmaqla tənəzzülə uğradı, baxmayaraq ki, onun təməl ideyaları 

həmişəki kimi yararlı olaraq qalır.  

O göstərir ki, müharibəyə xas olan xüsusiyyət onun təkbaşına mübarizə 

olmasıdır. Klauzevits bü fikrini I Dünya müharibəsindən az qala bir əsr əvvəl ifadə etsə 

də, bəzi  

 tarixçilərin I Dünya müharibəsi adlandırdığı Yeddiillik müharibənin (1756-1763-cü 

illər) təcrübəsini nəzərə almalı idi. Axı həmin müharibədə doqquz dövlət - bir tərəfdən 

Avstriya, Fransa, Rusiya, İspaniya, Saksoniya, İsveç, digər tərəfdən isə Prussiya, Böyük 

Britaniya (Hannover ilə birlikdə) və Portuqaliya iştirak edirdi. Bu heç də təkbaşına 

mübarizə və ya müharibə deyildi, vuruşan tərəflərə çox sayda mənafelər hakim 

kəsilmişdi. Həmin ziddiyyətlərin kəskinləşməsinə səbəb müstəmləkələr uğrunda 

ingilis-fransız mübarizəsi və 

Prussiyanın təcavüzkar siyasətinin Avstriya, Fransa və Rusiya maraqları ilə toqquşması 

idi. 1761-ci ildə döyüşlərdə Prussiya fəlakət vəziyyətində idi, bu vaxt yeni rus çarı, 

alman hərbi 



355 

 

ənənələrinin pərəstişkarı olan III Pyotr Rusiyanın mənafelərinin əksinə Prussiya ilə sülh 



bağladı və 1762-ci ildə onunla ittifaqa girdi. Bu həm də Rusiyanın öz müttəfiqlərinə 

qarşı xəyanəti idi. Müharibənin hansının dünya müharibəsi adlanması isə 

mahiyyətindən daha çox ona bəslənilən münasibətdən asılı olur. İngiltərədə Birinci 

Dünya müharibəsi sadəcə olaraq  “Böyük müharibə “ hesab olunurdu, yalnız İkinci 

Dünya müharibəsindən sonra burada da hamı tərəfindən qəbul olunmuş adla 

adlanmağa başladı. 

Bu vaxt müstəmləkələrdə və dənizdə kəskin mübarizə gedirdi. 1763-cü ildə 

Prussiya Avstriya və Saksoniya ilə bağladığı sülh müqaviləsinə görə Sileziyanı özündə 

saxladı. 1763-cü il Paris sülh müqaviləsinə görə isə Fransadan Kanada, Şərqi Luiziana, 

həmçinin Hindistandakı fransız müstəmləkə ərazilərinin böyük hissəsi Böyük 

Britaniyaya keçdi. Yeddiillik müharibənin başlıca yekunu müstəmləkə uğrunda və 

həmçinin ticarətdəki birincilik üstündə mübarizədə Böyük Britaniyanın Fransa 

üzərində qələbəsi idi.  

Doğrudan da, I Dünya müharibəsi sayılmalı olan Yeddiillik müharibə dünyanın 

xəritəsində çox iri dəyişikliklər etdi. Britaniya əlavə müstəmləkələr əldə etdiyinə sevinc 

hissi keçirdiyindən 13 il sonra Şimali Amerikadakı özünün böyük müstəmləkəsi olan  

13 koloniya azadlıq mübarizəsinə, əsl inqilaba qalxıb, müstəqilliklərini elan etməklə, 

yeni Amerika Birləşmiş Ştatları dövlətini yaratmağa başladı. ABŞ getdikcə böyüyəcək, 

materikin xeyli hissəsini və bəzi adaları tutacaq və XX əsrin ikinci yarısında 

fövqəldövlətə çevriləcəkdi.  

         Müharibə zor akt olub, onun başlayanın öz iradəsini yerinə yetirməyə 

əleyhdarlarını məcbur etmək məqsədini güdür. Özü də bu hərəkət müəyyən zaman 

ərzində davamı olmayan  təkcə bir zərbədən ibarət deyildir. Şəraitə lazımınca nüfuz 

etməmək, onu öyrənməmək də ciddi çətinliklərə gətirib çıxara bilər.  

Klauzevits hərbi dühalara, Böyük  Aleksandra, Hannibala, Sezara, Napoleona 

xüsusi əhəmiyyət verir. Nəzəriyyəçi müharibədə rast gəlinən təhlükələrə də diqqət 

yetirir. 

Əsərdə ordunun təchizatı məsələsi xüsusi yer tutur. Təchizat, logistika hətta 

qədim dövrlərdəki dahi sərkərdələr üçün ən vacib problemlərdən biri sayılırdı.  Axı 

logistika müharibənin qan damarı hesab olunur. Hətta 50 minlik ya 100 minlik ordunu 

ərzaqla təmin etməyin özü də olduqca mürəkkəb bir məsələdir. Makedoniyalı 

Aleksandr Persiyadan Orta Asiyaya keçmək üçün Xəzər dənizinin cənubunu, ərzağı və 

ayaqaltı otu bol olan Hirkaniya vadisini seçdi. Bu onun yürüşünün uğurlu olmasında 

heç də az rol oynamadı. Napoleon və Hitler isə bu mühüm cəhəti Rusiyaya yürüş vaxtı 

yaddan çıxartdıqlarına görə ağır məğlubiyyətlərlə üzləşməli oldular. Axı ac ordu 

vuruşmağa qadir deyildir. Napoleon öz ölkəsindən çox uzaqlara gəlib çıxanda əslində 

Hannibalın İtaliya ərazisindəki səhvini təkrar etdi. Hannibal Karfagendən əlavə canlı 

qüvvə və digər maddi kömək xahiş etsə də, onları istənilən həcmdə ala bilmirdi. Roma 

ordusu isə Kannda ağır məğlubiyyətə düçar olsa da, öz ərazisində olduğundan, başqa 

sözlə «yeni qanla» təmin olunmaqda hansısa çətinlik çəkmirdi. 

            Napoleon ordusu Rusiya ərazisi ilə geri çəkildikdə təkcə şaxtadan, soyuqdan 

deyil, həm də ərzaq qıtlığından əziyyət çəkirdi. Ruslar «yanmış torpaq» metodunu 

həyata keçirərək, fransızların ərzaq əldə etmək cəhdlərini puça çıxarırdı. Vaxtilə, böyük 



356 

 

sərkərdə Səlahəddin də III Səlib yürüşünə belə «qonaqpərvərlik» göstərməklə, 



səlibçiləri ağır məhrumiyyətlərə düçar etmişdi. Napoleonun əsgərləri ölən atların ətini 

yeyirdilər.  

Hitler isə strateji şəhər hesab etdiyi Stalinqradı işğal etmək vəzifəsini irəli sürsə 

də (bu, ona Volqa çayı ilə cənubdan, Bakıdan neft daşınmasının qarşısını kəsməyə, 

Sovet ordusunu motorlar müharibəsində yanacaq aclığına məhkum etməyə xidmət 

edəcəkdi, axı həm də bu şəhər Stalinin adını daşıyırdı), əslində öz ordusunu ərzaq 

qıtlığına, aclığa sövq etmişdi. Ordunun çox böyük məsafədə uzaqlaşması hesabına 

silah, sursat, hərbi texnika təchizatında da ciddi çətinliklər meydana gəlmişdi. Ordunun 

hərtərəfli təminatı isə onun döyüş qabiliyyətini saxlamaq üçün ən vacib məsələlərdən 

biridir. Bu əməliyyat əslində hərb tarixində tam avantyura xarakterli bir cəhd hesab 

oluna bilərdi. Ona görə də 1942-ci ilin sonundakı qışda ordu sərt şaxta ilə yanaşı, 

aclıqdan da əziyyət çəkirdi. Bu vaxt Almaniyanın hərbi aviasiyasına başçılıq edən 

German Gerinq Hitlerə söz verdi ki, Stalinqrad cəbhəsindəki ordunu hava yolu ilə 

ərzaqla bütünlüklə təmin edəcəkdir. Təyyarələrdən az miqdarda ərzaq atılsa da, bu 

vəziyyəti dəyişə bilmədi. Aclıqdan və soyuqdan əziyyət çəkən 300 min nəfərlik alman 

ordusu sovet qoşunlarının mühasirəsindən çıxa bilmədi və onların əksəriyyəti məhv 

edildi. Beləliklə,. Hitler ordusu 2 fevral 1943-cü ildə Stalinqradda ağır məğlubiyyətə 

uğradı, feldmarşal Paulyus başda olmaqla 91 min nəfər alman əsgəri və zabiti əsir 

götürüldü. Bu məğlubiyyətdə digər faktorlarla yanaşı, logistikaya diqqət verilməməsi 

də öz məkrli işini gördü.  

Müharibədə mənəvi amil ölçüsü, düşmənçilik hissi, igidlik, təhlükənin təsir gücü 

mühüm əhəmiyyətə malikdir. Böyük döyüş təkcə fiziki deyil, həm də mənəvi gərginlik 

tələb edir. Ordu təkcə sayı ilə deyil, ən başlıcası mənəvi gücü, yüksək ruhu ilə, bütün 

çətinliklərə, məhrumiyyətlərə rəğmən qələbəyə sarsılmaz inamı ilə seçilməlidir.  

Müharibədə döyüş gedən yerin şəraiti də az əhəmiyyət daşımır. Bu yer 

əvvəlcədən yaxşı öyrənilməlidir. Hər şey döyüşün baş tutduğu müharibə teatrında öz 

həllini tapır. Hərbi fəaliyyətin döyüş yeri üç qaydada təsir edir: onu ələ keçirməyin 

qarşısını alan maneələr şəklində, müşahidə aparmağa maneələr şəklində və atəşdən 

gizlənmək şəklində. Sovet ordusu 1939-1940-cı illərin qışında Finlandiya ərazisinə 

girməklə müharibə aparırdı. Vuruşmada fin  

qüvvələri Qızıl ordu hissələrinə gözləmədikləri güclü müqavimət göstərirdilər. Sovet 

əsgərləri meşələrdəki qalın qarda çətin hərəkət edir, ağacların budaqlarında gizlənmiş 

snayperlərin atəşindən ağır itkilərə məruz qalırdılar. Ona görə də kampaniya Sovet 

ordusu üçün olduqca ağır gedirdi. Cəbhədəki finlərin “Mannerheym xətti”ni yalnız 

müharibənin son aylarında keçmək mümkün oldu və 1940-cı ilin martında bağlanan 

müqaviləyə görə, Finlandiyanın cənubdakı bəzi əraziləri - Kareliya SSRİ-yə keçdi   

         Klauzevits havanın da döyüşə böyük təsir göstərdiyini qeyd edir. Əksər hallarda 

dumanın məlum rol oynadığını vurğulayır. Yəqin ki, o, yalnız Avropada gedən 

müharibələrdə iqlim dəyişikliklərinin təsirini nəzərə almışdı. Lakin soyuq iqlimli 

ərazilərdə sərt şaxta və qarın, həmçinin səhranın qızmar istisinin, tropik ərazilərin 

rütubətli və isti havasının ordunun fiziki və mənəvi gücünə göstərdiyi mənfi təsir ona 

görə də müəllifin diqqətindən kənarda qalır.  




357 

 

Strategiyanın əsas vasitəsi qələbə, başqa sözlə, faktiki müvəffəqiyyət hesab 



olunur. Strateji vasitələrin tətbiqinə çox sayda şəraitlər öz təsirini göstərir. Hərbi 

biliklərə yiyələnmək vacibdirsə, bu biliklər hökmən bacarığa çevrilməlidir və belə bir 

cəhət heç də biliklərə yiyələnməkdən az əhəmiyyət daşımır.  

Strategiyanın elementlərinə mənəvi xüsusiyyətlər, silahlı qüvvələrin miqdarı, 

döyüş gedən yerin şəraiti, hakim mövqe tutan məntəqələr, dağlar, çaylar, meşələr, 

yollar daxildir. Bunlar həm də ordunun təchizatında mühüm əhəmiyyət kəsb edir.  

Ordunun döyüş igidliyi sadə fərdi qocaqlıqdan fərqlənir. Cəsarət, möhkəmlik, 

sayca üstün olma, qəflətən hücum, hiyləgərlik qələbənin çalınmasına xidmət edən 

cəhətlərdir. Böyük və ya kiçik ordu hissəsinin komandiri məkanda qüvvələrin 

cəmlənməsində öz ustalığını nümayiş etdirməlidir. 

Müharibənin taleyini çox vaxt görkəmli sərkərdələr həll edirdilər. Yuxarıda 

sadalananlara II Dünya müharibəsinin görkəmli sərkərdələri olan Jukovu, 

Rokossovskini, Montqomerini, Aleksanderi, Makarturu, Eyzanhaueri əlavə etmək olar. 

Onlar natsist Almaniyası və militarist Yaponiya üzərində qələbəyə öz dövlətlərinin 

liderləri Stalin, Çörçil və Ruzvelt kimi böyük töhfə vermişlər. Hər bir döyüş onlar üçün 

əslində bir yardıcılıq sınağı olmaqla yanaşı, həm də onlara layiq olduqları şöhrət 

çələngi gətirirdi. 

Döyüşə komandanlıq edənin hərbi istedadından, strateji düşüncəsindən və 

taktiki ustalığından çox şey asılıdır. Hələ qədim yunanlar deyirdilər ki, şir sürüsünə 

qoyunun başçılıq etməsindənsə, qoyun sürüsünə şirin başçılıq etməsi yaxşıdır. Pis 

komandan və ya komandir təkcə məğlubiyyətə səbəb olmur, həm də çoxlu canlı qüvvə 

itkisinə yol verir. Britaniya ( bura Avstraliya, Yeni Zelandiya, Hindistan qüvvələri də 

daxil idi ) və fransız qoşunlarının I Dünya müharibəsində, 1915-ci ildəki Dardanel 

əməliyyatında məğlubiyyəti hər şeydən çox həmin əməliyyatın yaxşı hazırlanmaması 

və daha pis şəkildə həyata keçirilməsi ilə əlaqədər idi. Bu iri miqyaslı hərbi əməliyyat 

Britaniyanın dəniz naziri Uinston Çörçilin təşəbbüsü olmaqla, boğazlarla 

birlikdəTürkiyənin paytaxtı İstanbulu tutmaq məqsədini güdürdü. Əməliyyatın uğuru 

quru və dəniz qüvvələrinin birgə tətbiq edilməsi ilə mümkün ola bilərdi. 

Hələ 1914-cü ilin noyabrında ingilis və fransız gəmiləri boğazın fortlarını qısa 

müddətdə bombalamışdılar. Türklər bundan sonra Dardanelin müdafiəsini 

gücləndirmişdilər. Sonra buraya 80 gəmidən ibarət ingilis-fransız eskadrası göndərildi. 

1915-ci ilin yanvarında qərara alındı ki,donama Dardaneldə müstəqil qaydada, 

ordunun köməyi olmadan vuruşacaqdır. Fevralda donanma Osmanlı fortlarını atəşə 

tütmağa başladı. Türklər boğazın sularına qoruyucu minalar qoydular və martda 

eskadra boğaza daxil olanda türklərin atəşi altına düşdü. Üç gəmi batırıldı, üçü isə 

zədələndi. Türklərin itkisi isə elə əhəmiyyətli deyildi. 

Sonra Qallipoli yarımadasına desant düşürmək istədilər. Desant 81 min 

adamdan, 178 topdan ibarət idi. Alman-türk (onlar da əks tərəfdə müttəfiq idilər) 

komandanlığı Dardaneli müdafiə etmək üçün əlavə ordu yaratdı. Apreldə yarımadaya 

desant salınmasına başlandı Lakin bir gün sonra türklərlə baş verən döyüşdə çoxlu itki 

verildiyindən, Britaniya qoşunları geri çəkilib, gəmilərə otudular. Yarımadanın digər 

sahillərində də desant vaxtı britaniyalıların itkisi böyük idi. Türk artilleriyası sahilə 

əsgərləri çıxarmaq üçün gəmilərdən endirilən çox sayda qayıqları da sərnişinləri ilə 



358 

 

birlikdə məhv etmişdi. Desant əməliyyatının buirinci günü müttəfiqlərin itkisi böyük 



idi,18 min nəfərə çatırdı. Sonrakı hücumlar da uğur gətirmədi. Avqustda əlavə 10 min 

nəfər əsgər gətirildi. Lakin ingilis-fransız qüvvələri irəliliyə bilmirdilər və artıq aydın 

oldu ki, Dardanel əməliyyatı uğursuzluğa düçar olur. Qallipolidən desantın 

evakuasiyası başlandı və bu ağır iş dekabrda başa çatdı. İngilislərin itkiləri 120 min 

nəfər, fransızlarınkı isə 26 min həfər idi. Osmanlı imperiyasının da itkiləri heç də az 

deyildi. Mqttəfiqlərin Dardanel əməliyyatı, beləliklə, ciddi uğursuzluqla nəticələndi. 

Əməliyyatın təşəbbüskarı kimi Çörçil istefaya getməyə məcbur oldu. 

Çörçil isə öz növbəsində Mqttəfiq qüvvələrinin baş komandanı general-mayor 

Çarlz Monronu təqsirləndirirdi. O, özünün “Dünya böhranı” əsərində vaxtilə Sezarın 

Pontdan göndərdiyi “veni, vidi, vici” – “gəldim, gördüm, qalib gəldim” sözlərindən 

ibarət xəbəri bir qədər dəyişərək,  Monro haqqında istehza şəklində guya onun öz 

dilindən gələn sözləri belə yazır: “gəldim, gördüm, təslim oldum”. 

          Klauzevitsin əsəri bütövlükdə tarixə müraciət etsə də, öz dövrünün müasir döyüş 

strategiyası və taktikası sahəsində daha çox Napoleon müharibələrinə əsaslanır. Həmin 

müharibələrdən iki əsrə bərabər bir zaman məsafəsi keçmişdir. Bu dövrdə hərb sənəti, 

hərb elmi və təcrübəsi xeyli irəliləmiş, əvvəllər heç vaxt özü barədə hansısa bir 

anlayışın belə olmadığı yeni silah növləri meydana çıxmışdır. XIX əsrin ortalarında 

ABŞ-da meydana çıxan, əvvəlcə xəznəli, sonra isə avtomat şəklindəki vinçester 

tüfəngləri quruda aparılan əməliyyatlarda mühüm rol oynadı. Bu silahdan istifadə 

hesabına XIX əsrin son rübündə 

Amerika Birləşmiş Ştatların preriyalarındakı bizon sürüləri amansızcasına məhv 

edilirdi. Hindular ağlarla mübarizədə bu silah hesabına ağır itkilərə məruz qalmaqla 

yanaşı, özlərinin bizon əti şəklindəki əsas ərzaq ehtiyatlarından məhrum olmaqla 

sürətli məğlubiyyətlərə düçar olurdular. Vinçester silahı Afrikanın müstəmləkəçilik 

qitəsinə çevrilməsində mühüm rol oynadı və qitənin cənubunda müstəmləkəçilərə 

müqavimət göstərən zənci əhalisi və şimalda əsl müharibəyə qalxan sudanlılar geniş 

qırğına məruz qalırdılar. Yaxud, XIX əsrin 80-ci illərində icad edilən pulemyot yer, 

aviasiya və tank növlərinə malik olmaqla avtomat silah kimi daha məhvedici atəş 

gücünə malik idi. İmperializmin təşəkkülündə mühüm rol oynayan 

bu silah elə imperializmin özünün məhvində də eyni rolu oynadı. Birinci Dünya 

müharibəsində isə ilk dəfə tanklardan və hərbi aviasiyadan istifadə edildi. Almanlar 

Londonu və İngiltərənin şərqini bombalamaq üçün həmçinin tseppelinlərdən istifadə 

edirdilər. 1916- cı ildə isə ingilislər müharibədə ilk dəfə tırtıllı tanklardan istifadə 

etməyə başladılar, lakin onun səmərəliliyi hələ az idi.  

          XX əsrdə isə silah istehsalının gur inkişafı onun ticarətini xeyli genişləndirməklə, 

böyük dövlətlərə nəhəg qazanc gətirməyə başladı. XXI əsrin başlanğıcında isə bu 

ticarətin miqyası daha da böyüməklə, silah istehsal edən dövlətlər arasında kəskin 

rəqabətin meydana gəlməsinə səbəb oldu. 

         Əks qüvvələrin düzgün qiymətləndirilməməsi, ağılsız dəlisovluq acı məğlubiyyət 

anları ilə üzləşməmiş ötüşmür. 1853-1856-cı illərin Krım müharibəsi daha çox Balaklava 

döyüşündə Britaniya Yüngül Briqadasının özünü intihar şəklindəki hücumu ilə 

xatırlanır, ingilislər və fransızlar bu müharibəyə 1854-cı ildə qoşulmuşdular. Bundan da 

«yüngül süvari hücumu» şəklindəki ironiyalı söz birləşməsi meydana gəlmişdir. 



359 

 

Yaxud, 1939-cu ilin sentyabrında Hitler qoşunları Polşaya hücum edəndə, polyak 



süvariləri guya igidlik nümayişi kimi alman tanklarının üzərinə qılıncla hücum edib, 

məhv oldular. 

           Müharibədə baş döyüş çox sayda məsələlərin həllinə yol açır. Hannibal İtaliya 

ərazisi ilə irəliləyəndə, Roma ordusunun komandanı Maksim Fabi (ona «ləngiyən», 

«ləng» mənasını verən «Kunktator» ləqəbi vermişdilər) hər vəchlə baş döyüşə 

girməkdən qaçırdı, o, bu vaxt Kann döyüşünün ağır dərsini nəzərdə tuturdu, bunun 

əvəzində Karfagen ordusuna xırda toqquşmalarda «ağcaqanad sancması» ilə cavab 

verirdi. Böyük Aleksandr, Hannibal, Sezar, Napoleon isə baş döyüşlərə möhkəm aludə 

idilər, onun uğurlu nəticəsinə əmin olduqlarından düşməni belə döyüşə girməyə 

məcbur edirdilər. 

          Rus ordusu Napoleonla baş döyüşdən, iri miqyaslı toqquşmadan daim qaçmağa 

səy göstərsə də, 1812-ci ilin  7 sentyabrında feldmarşal Mixail Kutuzov Borodinoda belə 

döyüşə girməyə məcbur oldu. Ruslar Borodino döyüşündən sonra məğlub olub geri 

çəkilsələr də, artıq strateji qələbə onların tərəfində idi. Kutuzov Moskvanı da tərk edib, 

Napoleona təslim etsə də, ordunu məhv olmaqdan xilas etməklə, dahi fransız 

sərkərdəsi çarəsizlikdən Rusiyadan qaçmağa üz tutanda, ona xırda zərbələrlə ağır itki 

verməyə məcbur etməsini davam etdirdi. 

Dağlarda, meşələrdə, düzənlikdə, səhralarda müdafiə öz xüsusiyyətlərinə 

malikdir. Dağlarda vuruşmağı bacaran xüsusi qüvvələr yaradılmalı və onlar döyüş 

şəraitinə yaxın olan mövqelərdə məşq etməklə, bu döyüş sənətinə yiyələnməlidirlər. 

Dağlıq ərazilərdə döyüş və 

 nəqliyyat helikopterlərindən istifadə olduqca təhlükəlidir, çünki bir daşın arxasında 

gizlənən düşmən əsgəri müasir silah işlətmədən belə adi atəşlə helikopteri məhv edə 

bilər.  


Müharibə dövründə strateji obyektlərin qorunması ən vacib şərtlərdən birinə 

çevrilir, çünki həmin obyektlərə vurulan zərbə fəlakət dalğası yarada bilər. Bundan 

işğalçıları qovmaq üçün istfadə edilməsi faktları da vardır. 1576-cı ildə Hollandiyanın 

Leyden şəhərinin sakinləri ispan işğalçılarına qarşı mübarizədə qalib gəldilər. Onlar 

qonşuluqdakı Xarlem şəhərinin taleyinə yaxşı bələd idilər, şəhər yeddi aylıq 

mühasirədən sonra ispanlar tərəfindən tutulduqda sakinlər yaşından və cinsindən asılı 

olmayaraq asılmış və ya suda batırılıb öldürülmüşdülər. Leydenlilər demişdilər ki, 

onlar ərzaqları qurtarana qədər vuruşacaqlar, ehtiyac yarandıqda isə sol əllərini yeyib, 

sağ əlləri ilə vuruşacaqlar. Həqiqətən də şəhər qəhrəmancasına müqavimət göstərdi. 

Mübarizə üçün heç bir vasitə qalmayanda müdafiə qüvvələri bəndi(dambanı) dağıdıb, 

ispanların düşərgəsini və özlərini suda batırıb məhv etdilər. Şəhərə çox böyük ziyan 

dəydi, lakin ispanlar uzaqlaşmağa məcbur oldular. İşğalçını öz torpağında məhv etmək 

üçün onun həqiqi sahibinə hər cür vasitədən istifadə məqbuldur, bunu leydenlilər öz 

fədakar nümunələrində sübut etmişlər.  

Vuruş prosesində belə obyektlərin kövrəkliyinə əminlik hiss edildikdə, onlarıi 

hədəf seçib, əks tərəfə daha böyük zərbə vurmağa çalışılır. Ona görə də bu obyektlərin 

müdafiəsi üçün əvvəlcədən bütün tədbirlər həyata keçirilməlidir. İndi sərsəm ağıllar 

əks tərəfdəki belə obyektləri raket zərbəsinə məruz qoymaqla hədələyirlər, lakin onu 




360 

 

nəzərdən qaçırırlar ki, öz ölkələrində təkcə bir strateji obyekt hədəf kimi seçilsə, bu 



daha iri miqyaslı fəlakətin baş verməsinə, böyük sayda insan təlafatına səbəb ola bilər.  

 

                  Müharibədə bütün amillər nəzərə alınmalıdır 



 

            Müharibədə dəqiq hesablamaların yerini hansısa bir ümid parıltısı tutsa, bu, 

gözlənilənin diametral əksi olan nəticəyə gətirib çıxarır. Sərkərdəlik dühası hesab 

edilən, döyüş səhnələrində 40 qələbə çalmış, Austerlits, Yena və Vaqram 

döyüşlərindəki parlaq 

qələbələri ilə hərb tarixini və təcrübəsini görünməmiş qaydada zənginləşdirən 

Napoleon belə, 1812-ci ildə yürüşündəki hesablamalarında ciddi səhvə yol verdi. O, 

güman edirdi ki, Moskvanı işğal etdikdən sonra Rusiya imperatoru I Aleksandr sülh 

müqaviləsini bağlamağa məcbur olacaqdır. Lakin Aleksandr onun bu təkliflərinə məhəl 

qoymayıb, hansısa bir ən əlverişli müqaviləni də imzalamaqdan imtina etdi. Çünki o, 

rus xalqının qətiyyətinə bələd idi və əgər belə bir sənədə imza atsaydı, xalq hökmən 

onu lənətləyərdi. Moskvaya yox, Napoleon lap Sibirə qədər də getsə belə, müqavilə heç 

vaxt imzalana bilməzdi. Napoleon bu oyuna böyük bir ümidlə girmişdi, ona görə də 

çox uzağa getdi, apardığı kampaniya isə canlı qüvvə tələfatı nöqteyi-nəzərindən izafi 

bədxərcliyə səbəb oldu və Moskvadan bir qədər gecikmiş şəkildəki qaçma isə ona 

olduqca baha başa gəldi. 

          ABŞ hərbi dairələri Vyetnamdakı, SSRİ rəhbərliyi ilə Əfqanıstandakı 

müharibələrin hansı şəraitdə gedəcəyinə o qədər də əhəmiyyət vermədiklərindən, hər 

iki ölkədə ciddi, taqətdən salan müqavimətlə qarşılaşdılar. Vyetnamdakı cəngəlliklər 

yerli müdafiə qüvvələrinin işini asanlaşdırdığı halda, amerikan aviasiyasının 

bombardmanlarının effektini xeyli aşağı salırdı, Vyetnam döyüşçüləri və partizanları 

isə daha uğurla vuruşurdular. Sovet qoşunları dağlıq ərazidə əfqan mücahidlərinin 

apardığı mübarizə xüsusiyyətlərinə yaxşı bələd olmadıqlarından, nizami ordu onların 

pərakəndə zərbələri şəklində olan ağlasığmaz çətinliklərlə üzləşirdi. Ən müasir 

silahlara malik olan iki fövqəldövlətin qoşunları əsasən primitiv silahlardan istifadə 

edən yerli qüvvələr qarşısında öz zəifliklərini hiss etməyə başladılar və həmin 

müharibələri dayandırmaq məcburiyyətində qaldılar.  

Hazırda ABŞ aviasiyası, Fransa  və İngiltərə də ona qoşulmuşdur, “İslam 

dövləti»nin” (İraq-Levant İslam dövləti və ya İraq-Şam İslam dövləti də adlanır) İraqın 

şimalındakı və Suriyadakı qüvvələrinə hava hücumları edərək, onlara ağır zərbələr 

vurur. Əlbəttə, Vyetnamdakı müharibədən fərqli ollaraq bu ərazilərdə hava 

bombardmanları aparmaq nisbətən asandır, çünki qatı İslamçı qüvvələr ( radikal 

sünnülər) əsasən düzənlik ərazidə vuruşduqlarından, bu hücumlar qarşısında 

müdafiəsiz vəziyyətdə qalırlar. Əfqan mücahidlərini ABŞ «stinqer» silahı ilə təmin 

etdiyi halda, «İslam dövləti» qüvvələri təyyarələri vurmaq üçün belə səmərəli silaha 

malik deyillər. Burada elə böyük dağlıq ərazi, meşə, cəngəllik də yoxdur ki, həmin 

terrorçuların müdafiə imkanlarına müəyyən ölçüdə köməklik göstərə bilsin.  

Müasir dövrdə silahların inqilabi qaydada dəyişilməsi, kütləvi qırğın silahlarının 

meydana gəlməsi, doqquz ölkənin nüvə silahına və onların hədəfə çatdırılması üçün 

böyük məsafələri qət edə bilən ballistik raketlərə sahib olması, kiberməkanın yaranması 




361 

 

nəticəsində müharibə vasitəsi kimi kiberhücumların meydana çıxması ilə sülhü daha 



kövrək etməklə, III Dünya müharibəsi baş verərsə, onun daha nəhəng miqyasda insan 

tələfatına və dağıntılara səbəb olması ehtimalını xeyli böyüdür. Dünyadakı təlatümlər, 

siyasi kataklizmlər belə müharibənin başlanması təhlükəsini artırır. Rusiya siyasətçisi 

Vladimir Jirinovski III Dünya müharibəsinin artıq başlanması barədə qorxulu 

bəyanatlar verir. Təəssüf ki, belə «peyğəmbərlikdə» o, tək deyildir. Roma Papası 

Fransisk da yerli münaqişələrin və terrorçuluğun xeyli genişləndiyini nəzərə alaraq 

həmçinin bu müharibənin getdiyini dilə gətirmişdir.  

Kütləvi qırğın silahlarının qadağan olunması barədəki söhbətlər onlara sahib 

olma dövrlərindən getsə də, elə bir ciddi nəticəyə gətirib çıxarmır. Əksinə, bu silahlara 

yiyələnmək həvəsi başqa dövlətləri də özünə cəlb edir. Hətta Rusiya ilə münaqişədə 

olan Ukrayna yenidən atom silahına malik olmaq barədə arzusunu bildirərək, buna 

cəhd edəcəyini bəyan etmişdir. Dünyanın kəskin etirazlarına baxmayaraq, İranın nüvə 

silahına yiyələnmək cəhdləri barədəki şübhələrə də hələ son qoyulmamışdır. 

       Kiberhücumlar birbaşa qırğın silahı olmasa da, ona məruz qalmış ölkənin təkcə 

hərbi qüvvələrinə ziyan vurmaqla kifayətlənməyib, bu ölkənin bütün iqtisadi və sosial 

həyatını iflic vəziyyətinə sala bilər. Əhalinin həyati əhəmiyyət daşıyan yaşayış şəraitini 

poza, təyyarələri uçuş meydançalarında dustaq edə bilər. Kiberhücum ümumilikdə, 

sabotajın və düşmən kommunikasiyalarının dağıdılmasının klassik metodlarının bir 

növünün həyata keçməsidir. Kompyuterin köməyi ilə radarın neytrallaşdırılması, 

əlbəttə, raketin köməyi ilə vurulan zərbədən bir qədər yaxşı olsa da, vurduğu ziyan 

ondan o qədər də geri qalmır.  

        ABŞ hərbi komandanlığı hesab edir ki, Krımın Rusiya tərəfindən anneksiyası və 

sonralar Ukraynanın şərqində münaqişənin böyüməsi ruslar tərəfindən çox diqqətlə 

planlaşdırılmış və kiberhücumların uğurla aparıldığı hərbi əməliyyatın birbaşa 

nəticəsidir. Sonrakı hadisələr də göstərir ki, Rusiya ilə Qərb arasındakı informasiya 

sahəsindəki və hümanitar münaqişələr böyüyüb, kibermüharibəyə çevrilmək şansına 

yiyələnə bilər. 

         Bir sözlə, müasir müharibə iri miqyasda getsə, böyük dövlətlər arasında baş versə, 

artıq çox uzun məsafələr belə, nə raket zərbələrinə, nə də kiberhücumlara maneə törədə 

bilməyəcəkdir. Ümumiyyətlə, kiberməkanda sərhədlər yoxdur. Raket əleyhinə 

mübarizə silahları meydana gəlsə də, onların effektliliyi də hələlik aşağı olaraq qalır. 

Əgər İsrailin raket əleyhinə olan müasir müdafiə qurğuları “Xamas”ın atdığı primitiv, 

qısa məsafəyə uçan raketləri tam zərərləşdirə bilmirsə, onda ballistik raketlərdən 

müdafiə qurğularının faydalı iş əmsalının da o qədər yüksək olmayacağı ehtimalı 

yaranır. Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiyanın CC-300 və “Triumf” adlanan 

CC-400 zenit raket sistemləri  ballistik raket əleyhinə səmərəli müdafiə silahı hesab 

olunur. Amerikanlarin da raket əleyhinə yeni mqdafiə silahı olan “İcis” noyabrın 6-da 

keçirilən Sakit okean təlimlərində özünü olduqca səmərəli göstərmiş,bir ballistik və iki 

qanadlı raketi məhv etmişdir. “İcis” artıq ABŞ-ın hərbi gəmilərində tətbiq edilir.  

Dünyada gedən proseslər heç də nikbin əhval-ruhiyyə doğurmur. Deyəsən, dahi Albert 

Eynşteynin IV Dünya müharibəsinin daş alətlərlə aparılacağı barədəki ideyasının doğru 

çıxması şansı böyüyür, çünki əgər III Dünya müharibəsi baş versə, o sivilizasiyaya 

dəhşətli ziyan vurmaqla, insanları yenidən paleolit dövrünə qaytaracaqdır. Həm də bu 




362 

 

müharibə fərqli dairələrdə getdiyindən yeni tipli müharibə olacaqdır. Sürünmə 



xarakteri ilə seçiləcəkdir, xaos, ümidsizlik hissi əmələ gətirəcəkdir.  Bütün silahlar yoxa 

çıxsa da, təbiətin bəxş etdiyi silah olan daş isə tükənməyəcəkdir, axı daş dövrünün yoxa 

çıxması da, heç də daşın azalması ilə meydana gəlməmişdi.  

Bütün bunlar Klauzevitsin müharibə barədəki nəzəriyyəsini bir qədər köhnəlmiş 

kimi göstərsə də, bütünlüklə onun yararsıza çevrildiyindən xəbər vermir. Əlbəttə, 

müasir müharibə bəlkə də klassik döyüş səhnəsini tanımayacaqdır. Müasir silahı – 

raketi kompyuterlə idarə edən hərbçi operator hansısa bir yeraltı məkanda, 

«mağarada»kı sığınacağında oturub, ona tapşırşlmış vəzifəni icra edəcəkdir. Lakin 

quruda aparılan müharibə üçün bu nəzəriyyənin müddəaları əsasən öz qüvvəsində 

qalır. Düzdür, müasir müharibədə raket silahı, aviasiya zərbələri və dəniz müharibəsi 

daha böyük rol oynayacaqdır, lakin quruda gedəcək döyüşləri də bütünlüklə diqqətdən 

yayındırmaq olmaz. Məgər hərbçinin, bilavasitə döyüşdə iştirakından, yaxud da 

hansısa müasir qorxulu silahı idarə etməsindən asılı olmayaraq, mənəvi durumu, 

yüksək ruhu, nəhayət, intizamı və biliyini bacarığa çevirməsi öz əhəmiyyətini 

itirmişdirmi? Əksinə, bu xüsusiyyətlər, müasir müharibədə baş verən hər bir şey, 

klassik cəbhədə qarşı-qarşıya və ya əlbəyaxa döyüşdən də daha artıq əhəmiyyət kəsb 

etməyə başlayır. Axı müasir hücum və müdafiə silahı ona etibar edilmişdir, onunsa 

qılınc və ya tüfənglə müqayisəsi kosmik raketin arbaletlə müqayisəsinə bənzəyir. Ona 

görə də həmin hərbçinin məsuliyyət hissindən və bacarığından bu vəzifənin dəqiq və 

səmərəli qaydada yerinə yetirilməsi çox asılı olacaqdır 

Klauzevits qeyd edirdi ki, «Müharibə təhlükə meydanıdır, deməli, igidlik 

müharibənin ən mühüm xüsusiyyətidir». Bu fövqəl mərdlik fərdi təhlükə vaxtı və ya 

daxili tələbatdan – vicdandan doğur. Birinci növ dözümlülüklə, ikinci növ isə 

qoçaqlıqla əlaqədardır. Birinci növ daha etibarlıdır, ikinci isə insanın təbiətindən irəli 

gəlir. Hər iki növ igidliyin ən mükəmməl tipini meydana çıxarır. Lakin igidliyin üzə 

çıxması üçün həm də müəyyən şəraitin mövcudluğu tələb olunur.  

 

                                 



                     Hərbi təcrübə və onun xüsusiyyətləri 

 

Hərbi nəzəriyyə ilə yanaşı, onu real şəraitə tətbiq edən hərbi təcrübə də böyük 



əhəmiyyətə malikdir. Bunu biz ayrı-ayrı hərbi xadimlərin istedadında, döyüşü təşkil 

etmək bacarığında görürük. XIX əsrin hərb praktikasının görkəmli nümayəndələrindən 

biri olan Helmut fon Moltke uzun müddət Prussiya, sonra isə Almaniya Baş 

Qərargahının rəisi olmaqla Danimarka (1864-cü il), Avstriya (1866-cı il) və Fransa (1870-

71-ci illər) üzərində qələbələrin hərbi arxitektoru olmuşdu. Bunlar Otto fon Bismarkı o 

vaxtlar sərbəst şəkildə olan Alman dövlətləri liqasını Prussiyanın ağalıq etdiyi yeni 

imperiyaya çevirməyə qadir etmişdi.  

            Moltke 1800-ci ildə yoxsul bir ailədə anadan olmuşdu. Atası 1805-ci ildə o vaxtlar 

Danimarkanın tabeliyində olan Halmştayna köçmüşdü. Balaca Helmut Kopenhagen 

Royal Kadet korpusunda təhsil almışdı və Danimarka piyada alayında xidmətə 

girmişdi. 1821-ci ildə Berlinə gələndə Prussiya ordusunda xidmət etməyi qərara almış 

və ikinci leytenant rütbəsinə yiyələnmişdi. İki il sonra o, Baş Hərbi Kollecdəki üç illik 




363 

 

kursa göndərildi. 1828-ci ildə isə Berlində Baş Qərargahın topoqrafiya bürosunda 



xidmətə keçdi. Ədəbi işini davam etdirməklə bir neçə kitabını nəşr etdirdi və məşhur 

ingilis tarixçisi Eduard Gibbonun «Roma imperiyasının tənəzzülü və dağılması» əsərini 

alman dilinə tərcümə etdi. 1835-ci ildə o, Türkiyəyə göndərildi ki, sultan II Mahmudun 

Türk ordusunu modernləşdirmək üzrə müşaviri işləsin. Üç il sonra Misirin Suriyaya 

müdaxiləsinə qarşı Türkiyə qüvvələrini hazılamaqla məşğul oldu. 1839-cu ildə müdafiə 

uğursuzluğa uğradı, çünki türk komandirləri Moltkenin məsləhətlərinə məhəl 

qoymamışdılar. Həmin ildə yenidən Prussiya ordusunda xidmətə keçdi.  

O, Almaniyanın birləşdirilməsi və təbii sərhədlərinin yoxluğu şəraitində əhatə 

olunduğu potensial düşmənlərdən Prussiyanın mühafizə olunması kimi başlıca 

problemlərlə məşğul olurdu. Moltke bir hərbi xadim kimi inanırdı ki, yalnız müharibə 

bu problemlərin razı qalınan bir qaydada olan həllini təmin edə bilər. 

Moltke Prussiyanın ən pis düşməni hesab etdiyi 1848-49-cu illər inqilabının 

yatırılması ilə demokratiyanın da məhv edilməsinə sevinirdi. 1851-ci ildə o, gələcək 

Prussiya kralı və Alman imperatoru (kayzeri) olacaq prints Vilhelmin şəxsi köməkçisi 

təyin edildi. 1857-ci ildə isə Prussiya Baş Qərargahının rəisi seçildi. Bir qədər sonra 

kansler Otto fon Bismark, müdafiə naziri Albrext fon Rön və onun özündən ibarət olan 

üçlük Prussiyanın, həmçinin Almaniyanın mənafeyi naminə böyük  işlər gördü. Moltke 

öz dövrü üçün yeni texniki icad sayılan dəmir yolunu, ordunun hərəkəti və təchizatı 

üçün geniş imkan yaratdığına görə 

yüksək qiymətləndirirdi. O, həmçinin yeni hərbi silaha da böyük diqqət verirdi və təkid 

edirdi ki, qərargah zabitləri müharibənin yeni konsepsiyasını yüksək qaydada 

mənimsəməlidirlər.  

O, bir qayda olaraq qısa və dəqiq əmrlər verirdi, «baş direktivlər» sistemini 

yaratmışdı. Prussiya Baş Qərargahının onun tərəfindən tətbiq edilən yeni sistemi 

sonralar müasir qaydada təşkil olunan bütün ordular üçün modelə çevrildi.  

2 sentyabr 1870-ci ildə Prussiyanın böyük qələbəsi - bütöv fransız ordusu və 

imperator III Napoleonun özü prussiyalılar tərəfindən əsir götürülmüşdü, – Fransada 

İkinci İmperiyanın məhvi ilə nəticələndi. Moltkenin də xidməttləri lazımınca 

qiymətləndirildi, o, feldmarşal rütbəsini aldı. 1871-ci ildən başlayaraq 17 il ərzində 

Almaniya Baş Qərargahının rəisi oldu və 1888-ci ildə pensiyaya getdi. 1891-ci ildə 

Berlinə səfər edərkən öldü. 

         Moltke yeddi dil bilirdi, Avropa dilləri ilə yanaşı, türk dilinə də yiyələnmişdi. 

Hərbi kolleqaları üçün o, «qızıl adama» çevrilmişdi, onun heç bir düşməni və hansısa 

bir aşağılayanı yox idi. Moltke həm də hərbi istedadı ilə yanaşı XIX əsr alman nəsrinin 

ustalarından biri hesab olunur. Onun səyi nəticəsində qazanılan qələbələr Prussiyanın 

xeyli möhkəmlənməsinə və Almaniyanın birləşib güclü Avropa dövlətinə çevrilməsinə 

şərait yaratdı. Bismark necə böyük siyasətçi idisə, Moltke eyni dərəcədə böyük hərbiçi 

idi və onların istedadı Almaniyaya böyük fayda bəxş etməklə yanaşı, alman 

millətçiliyinin və militarizminin inkişafına da əsaslı təsir göstərməmiş qalmadı.  

      Almaniya imperiyası  Birinci Dünya müharibəsində məğlub olmaqla, Afrikadakı 

müstəmləkələrini, Asiyadakı təsir zonalarını itirmək məcburiyyətində qaldı. Bu 

məğlubiyyət Almaniyani öz iddialarından bir qədər uzaqlaşdırsa da, təhqiramiz sülh 




364 

 

şərtləri onun militarizminin daha gur şəkildə inkişafına şərait yaratmış oldu. Faşistlər 



hakimiyyətə  

gəldikdən sonra intiqam, revanş hissi partlayış qaydasında böyüdü. Bir daha böyük 

müharibələrin baş verməyəcəyi  barədəki nikbin proqnozlar alt-üst oldu. 

          Birinci Dünya müharibəsindən sonra məşhur ABŞ sənayeçisi, iri avtomobil 

zavodlarının sahibi Henri Ford (1863 – 1947-ci illər ) belə bir fikir irəli sürmüşdü ki, bir 

daha heç vaxt böyük müharibələr olmayacaqdır, çünki hamı bunun necə bir cəhənnəm 

olduğunu gördü. Müdrik bir insan olan Ford özünün səhv etdiyinə əmin oldu, çünki 

İkinci Dünya müharibəsinin də şahidi olmaq qismətini yaşadı. Sonuncu dünya 

müharibəsi isə öz nəhəng miqdardakı qurbanlarına və xüsusən Avropanı viran qoymaq 

miqyasına görə əvvəlki  

müharibələrlə heç bir müqayisəyə girə bilməzdi. Almaniya bu müharibənin 

başlanmasının təşəbbüskarı olmaqla yanaşı, onu biabırçı məğlubiyyətlə bitirdi. Bu ölkə 

işğala məruz qaldı, zonalara, sonra isə iki dövlətə bölündü. 

    Henri Forddan xeyli əvvəl, böyük dövlət xadimi, kiçik fasilə ilə iyirmi il ərzində 

Böyük Britaniyanın baş naziri olmuş Kiçik Uilyam Pitt də XVIII sonunda bəyan etmişdi 

ki, Avropa artıq müharibə görməyəcəkdir. Pittin baş nazir karyerasının sülh dövrü 

Fransa inqilabının 

başlanması ilə başa çatmışdı. 1793 –cü ilin fevralında İngiltərə Fransaya qarşı 

müharibəyə cəlb edildi. 

   Pittin öncəgörməsi də özünü doğrultmadı. 1803- cü ildə Fransa ilə müharibə yenidən 

qalxdı. Lakin Pittin ehtiyatlı siyasəti İngiltərəyə çox fayda verirdi. Napoleon 

avstriyalıları və rusları əzəndə, Avstriyanı viran qoyanda, Almaniyanı parçalayanda 

İngiltərə təhlükəsiz şəraitdə yaşayırdı. 

   Onun necə böyük bir şəxsiyyət olduğunu isə abidəsi üzərində yazılmış sözlər daha 

yaxşı ifadə edir: “İyirmi ilə yaxın bir müddətdə tacın xidmətində olmaqla, o, özünü heç 

də gözə soxmadan yaşadı və kaslb bir adam kimi öldü.” 

     Pittin sülhün bütünlüklə bərqarar olacağını güman etdiyi XIX əsr əslində Avropa 

üçün daha çox müharibələr əsri adlandırıla bilərdi, onun binövrəsini isə Napoleon 

qoymuşdu. 

 XX əsr isə iki dünya müharibəsinin zaman beşiyi oldu. XXİ əsrdə də savaş seriya 

şəklində davam edir və əvvəlki yaralar hələ də qaysaq bağlaya bilmir. 

     


                                           

                            Təbiətin müharibənin gedişinə təsiri 

 

Müharibə vakuumda və ya ətraf mühitdən izolə olunmuş şəraitdə 



getmədiyindən digər mühüm amillərlə yanaşı təbiətin, iqlimin də müdaxiləsi ona öz 

təsirini əsaslı surətdə göstərir. Təbii sərhədləri olmayan ölkələr, məsələn Prussiya bu 

çatışmazlığına görə öz potensial düşmənlərindən qorunmaq vəzifəsini ön plana çəkirdi 

və preventiv (qabaqlayıcı) tədbirlər görürdü. Təbiət qüvvələrinə, stixiyaya gəldikdə, 

onlar öz təsiri ilə bəzən ciddi məğlubiyyət ərəfəsində olanları da qaliblərə çevirə bilir. 

Təəssüf ki, Klauzevitsin əsərində bu məsələlər lazımınca öz əksini tapmamışdır. Hətta 

böyük sərkərdəlik dühaları da rəqiblərinə öz iradələrini diqtə etdikləri halda, təbiətin 



365 

 

verdikti, hökmü qarşısında özlərinin gücsüz olduqları qənaətinə gəlməklə, bəzən ağır 



itkilərlə müşayiət olunan məğlubiyyət acısını dadmış olurdular. 

 Ömründə döyüşlərdə uduzmaq nə olduğunu bilməyən, tərkibi öz 

qüvvələrindən dəfələrlə çox olan Persiya ordusunu Qranikdəki, İss körfəzindəki, 

Qavqameladakı döyüşlərdə ağır məğlubiyyətlərə uğradan Böyük Aleksandrın əsgərləri 

Hindistanda qiyam qaldıraraq, müharibəni davam etdirmək istəmədiklərini 

bildirdikdə, sərkərdə vəziyyətin çıxılmaz olduğunu görüb, b.e.ə. 325-ci ildə Persiyaya 

geri qayıtmağa razılıq verdi. Makedoniyalı əsgərlər isə öz vətənlərinə qayıtmağı tələb 

edirdilər. Böyük Aleksandr qoşunun kiçik hissəsini su yolu ilə üzməklə göndərdi, əsas 

hissəsini isə öz başçılığı altında Gedrosiya səhrasından keçməklə geri, Babilə qaytardı. 

Aleksandr səhra ilə səfər etmək təcrübəsinə malik idi. B. e. ə. 332-ci ildə Misiri işğal 

etdikdən sonra ənənəvi faraon titululunu almaq, “Amonuun oğlu” adlanmaq üçün, bu, 

yunanlarda “Zevsin oğlu” adlanmağa bərabər idi, o, səhra orakulunun yanına 

yollanmışdı. Həmin səfər nə qədər çətin olsa da, Gedrosiya səhrasındakı əzablarla 

müqayisə oluna bilməzdi. Bu hamını taqətdən salan səfər artıq heç də əcdadlarını da 

müqəddəsləşdirən hansısa bir fəxri adı qazanmaq naminə həyata keçirilən cəhd və ya 

əlavə şöhrət gətirən bir hərbi yürüş olmayıb,. uzun müddət davam edən əzablar və 

məhrumiyyətlər seriyası ilə müşayiət olunmağı ilə seçildi. Döyüşçülər qızmar istidən, 

susuzluqdan əziyyət çəkirdilər, ərzaq qıtlığı da öz işini görürdü. Aleksandr döyüşlərdə 

olduğundan da artıq itki verməyə məcbur oldu. Dahi sərkərdə təbiət qüvvələri 

qarşısında özünün aciz olduğu qənaətinə gəldi. Əgər səhranın dəhşətli şəraitini nəzərə 

alıb, kəşfiyyat yolu ilə əvvəlcədən daha asan marşrut seçsəydi, belə böyük itkilərlə və 

məhrumiyyətlərlə üzləşməzdi. Həmişə logistikaya ciddi fikir verən, onun tələblərini 

nəzərə alan Makedoniyalı Aleksandr bu dəfə öz ənənəsinə də xəyanət etdiyindən, 

gözləmədiyi halda səhra şəraiti tərəfindən cəzalandırıldı.  

Karfagenin istedadlı sərkərdəsi Hannibal Kanndakı böyük qələbəsindən xeyli 

sonra Romanın qapısı ağzında dayandı. Kann döyüşündən bilavasitə sonra ordusu 

darmadağın edilmiş Romaya o, hücum etsəydi, bəlkə də onu tutmaq barədəki çoxdankı 

arzusuna nail ola bilərdi. Hələ doqquz yaşı olanda, o, atasına Romaya daim düşmən 

olacağı andını içmişdi. Əlverişli fürsətdən istifadə etməməsi, anlaşılmayan tərəddüd 

göstərməsi ona baha başa gəldi. Nəhayət Roma yaxınlığında düşərgəsini qurdu ki, 

şəhərə hücum etsin. Lakin hücum ərəfəsində iki gün davam edən leysan yağış və tufan 

Hannibalı bu fikirdən yayındırdı, onu geri çəkilməyə, düşərgəsini uzağa köçürməyə 

məcbur etdi. Hannibal əzdiyi Roma ordusundan deyil, təbiətdən ağır zərbə aldı və heç 

vaxt Romanı tuta bilmədi. Bir müddət sonra zaman da Hannibalın ziyanına işləməyə 

başladı. Roma ordusu Karfagenin öz ərazisində ona zərbə vurmaq üçün üzüb, orada 

sahilə çıxdıqdan sonra, Hannibal geri çağırıldı və b.e.ə. 202-ci ildən Şimali Afrikadakı 

Zama döyüşündə məğlubiyyətə uğradı. Sonra isə vətənindən qaçıb, yad ölkədə onu 

axtaran romalılara təslim olmamaq üçün özünü intihar etdi. 

Roma ordusuna qan udduran, romalıları dəhşətli qorxu altında saxlayan 

Hannibal stixiiyanın həmləsinə davam gətirə bilməyib, vaxtında yetişmiş meyvəni 

qoparmağa cəsarət etmədiyi kimi, bu dəfə də geri çəkilməyə məcbur olmaqla, öz 

şöhrətinə və taleyinə də ağır zərbə vurmuş oldu. 




366 

 

 Çinin Monqol hökmdarı Xubilay xan 1274-cü və 1281-ci illərdə Yaponiyanı işğal 



etmək üçün böyük donanma təşkil edib, sayı minə qədər olan gəmilərlə döyüşçülərini 

Kyusyu adasına göndərdi. Lakin hər iki dəfə qəflətən qalxan tayfun Xubilayın 

donanmasına ağır zərbə vurdu, az sayda xilas olanlar geri döndü. Yaponiya işğaldan 

belə xilas oldu. Minnətdar yaponlar tayfunu «İlahi Külək» mənasını verən 

«Kamikadze» adlandırdılar.  

Ərazilər tutmaqda və ölkələr işğal etməkdə heç bir maneə tanımayan, Avrasiya 

qitəsində özündən əvvəl və sonra ən böyük imperiya hesab olunan Çingiz xan 

imperiyasını yaradan monqollar Çin və Koreya qüvvələrini də cəlb etməklə xeyli 

güclənib Yaponiyaya müdaxilə etsələr də, təbiətin zərbəsinə davam gətirə bilməyib, bu 

adalar ölkəsini işğal etmək niyyətindən birdəfəlik əl çəkdilər.  

Yaponiya torpağına yalnız 1945-ci ildə amerikan ordusu daxil oldu, avqustun 15-

də imperator Hirohito xalqa müraciət edib, ölkəni qoruyub saxlamaq üçün təslim 

olmağa razılıq verdiyini bildirdi və sentyabrın 2-də amerikan gəmisi «Missuri»də 

Yaponiya qeyd-şərtsiz təslim olma aktını imzaladı. Bu, Yaponiyanın əcnəbi dövlət 

tərəfindən ilk, ancaq olduqca böyük məğlubiyyətə uğraması idi..  

1588-ci ildə 130 gəmidən ibarət olan İspan Məğlubedilməz Armadası İngiltərəni 

işğal etmək barədəki möhkəm ümidlə okeanla üzüb oraya girmək istədikdə, gəmilərin 

bir hissəsi La-Manş boğazında ingilislər tərəfindən məhv edildi,  Şotlandiya 

sahillərində qalxan qasırğa isə Armadanın məhvini bütünlüklə tamamladı. İngiltərə 

kraliçası I Elizabet vətənini xilas edən bu möcüzəli təbiət qüvvəsini minnətdarlıq 

şəklində «Allahın nəfəsi» adlandırdı. İşğalın baş tutacağına möhkəm əmin olan 

İspaniya kralı II Filipp isə baş verənləri izah etmək üçün demişdi ki,  “Mən donanmamı 

təbiətlə deyil, ingilislərlə vuruşmağa göndərmişdim.” Təbiət  

bu dəfə də işğalçılara deyil, ondan qorxu hissi keçirən və müdafiə olunan tərəfə öz 

alicənablığını və xilaskar xüsusiyyətini göstərmişdi.  

Napoleon da Britaniya ilə əlaqəsini üzməyən Rusiyanı cəzalandırmaq fikrinə 

düşüb, 1812-ci ilin iyununda Neman çayını keçib 600 minlik ordu ilə Rusiya ərazisinə 

girdi. Rus qoşunlarının müqaviməti zəif olduğundan Napoleon sürətlə irəliləyirdi. 

Borodino döyüşündən sonra rus ordusu geri çəkildiyindən və hətta qədim paytaxt 

Moskvanı tərk etdiyindən Napoleon 14 sentyabrda bu müqəddəs rus şəhərinə daxil 

oldu. Ruslar şəhəri yandırmaqla fransız imperatoruna öz «qonaqpərvərliklərini» 

göstərdilər 

Oktyabr ayında soyuqlar başladı. Napoleon ordusu ərzaq barədə çətinlik çəkirdi. 

Böyük əraziləri işğal edən Napoleonun gözlədiyinin əksinə, ruslarla sülh müqaviləsi 

bağlamaq mümkün olmadı, artıq ondan qorxmurdular. Fransız sərkərdəsi dəhşətli 

əzablarla və ağır itkilərlə müşayiət olunan geri çəkilməyə, Rusiyadan qaçmağa 

başladı.Dünənə qədər qalibiyyətli bir ordu artıq sürüyə çevrilmişdi. Böyük fransız 

ordusundan Rusiyadan yalnız 30 min nəfərə çıxmaq xoşbəxtliyi qismət oldu, qalanları 

isə buradakı qarı özlərinə kəfən edərək, bu müəmmalı ölkənin torpaqlarında 

uyumuşdular. 

         Napoleona rus ordusundan heç də zəif olmayan təbiət daha ağır zərbələr vururdu. 

Ona görə də Qərbdə «General Qış», «General Şaxta» kimi terminlər dövriyyəyə 

buraxıldı. 



367 

 

Axı Napoleon kimi hərtərəfli dahi bir şəxsiyyət Rusiya üçün adi hal olan bu 



cəhəti əvvəlcədən nəzərə almalı idi. Təəssüf ki, özünün bu son oyunlarından birində 

düşmənin zəifliyinə çox arxayın olduğundan, təbiətin müdafiəçilərə göstərəcəyi köməyi 

qətiyyən nəzərə almadı. Orduları məğlub etməyin böyük ustası sayılan fransız 

sərkərdəsi onu son məğlubiyyətlərə aparan bir yola qədəm qoymaqla, faciəli və onun 

özünə də ağır başa gələn səhvə yol verdi.  

Napoleonun Rusiyaya yürüşü ilə eyni vaxtda, 1812-ci ildə başlayan və iki il sonra 

başa çatan ingilis-amerikan müharibəsi baş verdi. ABŞ hələ Tomas Ceffersonun 

prezidentliyi dövründə kontinental blokada tətbiq etmişdi. Belə qarşıdurma vaxtı 

Britaniya donanması fransız-amerikan ticarət əlaqələrini pozmaq üçün, amerikan 

gəmilərini, onlarda ingilis dezertir dənizçilərinin gizlənmələri bəhanəsi ilə tuturdu. 

«Çesapik» freqatı ilə olan insidentdən,  1807-ci ildə ABŞ-da Embarqo Aktının və 1810-cu 

ildə müdaxilə etməmək barədə qanunun qəbul edilməsindən sonra ölkədə, xüsusən 

Yeni İngiltərədə «müharibə partiyası» formalaşdı. Həmin dövrdə Konqressə İngiltərə 

ilə müharibə tərəfdarları olan «quzğunlar» seçildilər. Onlar ABŞ ərazisinin Kanada və 

Florida hesabına (o vaxtlar Kanada Böyük Britaniyanın, Florida isə İspaniyanın 

tabeliyində idi) genişləndiriləcəyinə ümid bəsləyirdilər. Prezident Ceyms Medison 

patsifist olsa da, İngiltərə ilə müharibəyə başlamağa məcbur oldu. 18 iyun 1812-ci ildə 

Medison və Konqress İngiltərəyə müharibə elan etdi. Başlanğıcda müharibə Amerika-

Kanada sərhədində, Çesapik və Meksika korfəzlərində gedirdi.  

Həm də əks tərəflər intensiv dəniz müharibəsi aparırdılar. Beş gəmidən ibarət 

ingilis eskadrası Amerika sahillərini blokadaya aldı, amerikan kaperləri (hökumətin 

razılığı ilə özəl şəxslərə məxsus olan gəmilər tərəfindən düşmən kommersiya gəmilərini 

tutmaqla, əslində dəniz quldurluğu ilə məşğul olanlar) isə 200-dəq artıq ingilis tacir 

gəmilərini tutmuşdular.  

İngilislər tədricən amerikan sahillərinin blokadasını onun bütün uzunluğu 

boyunda gücləndirdilər. 1814-cü il ərzində isə Avropada Napoleon üzərində qələbədən 

sonra ABŞ-ı yenidən böyük məğlubiyyət təhlükəsi gözləyirdi. Prezident Medison ordu 

komandanlığını səhvən inqilabın yaşlı veteranlarına etibar etmişdi. Müharibənin son 

ilində isə generalların orta yaşı 60-dan 36-ya endi və bu, prezidentin populyarlığını 

artırdı. 

Böyük Britaniya amerikanlarla mübarizəyə böyük qüvvələr göndərirdi,  ABŞ 

hökuməti isə 1814-cü ilin payızında xərcləri artıq ödəmək qabiliyyətində deyildi. Yeni 

İngiltərə, Nyu-Orlean və Çesapik körfəzi ilə ABŞ-ın digər hissələrinin əlaqəsini kəsmək 

üçün ingilislər əsas istiqamət kimi Nyu-Yorku seçdilər.  

           1814-cü il kampaniyasında ən böyük hadisə Vaşinqtona hücum idi, bundan 

məqsəd Kanadadakı Yorkun (indiki Toronto şəhərinin) dağıdılmasının intiqamını 

almaq idi. 3600 nəfərlik desant qüvvəsindən ibarət olan eskadra Potomak çayına girdi 

və Vaşinqtona doğru hərəkət etdi. 24 avqustda axşam ingilislər şəhərə girib, onu qarət 

etdilər, ən yaxşı hökumət binalarını – Kapitolini, Ağ evi yandırdılar. Onlar həm də 

nəhəng ölçüdə qənimət ələ 

 keçirdilər. Amerikan ordusunun baş komandanı, prezident Medison paytaxtdan qaçdı. 

Bu vürüş vaxtı həm də 17 kaper qayığından ibarət olan amerikan donanması məhv 

edildi.  



368 

 

Britaniyalılar Vaşinqton üzərində öz bayraqlarını qaldırdılar. Kapitoli binasında 



o vaxt hələ mərkəzi rotonda tikilməmişdi, ona görə də birləşməmiş Senatın və 

Nümayəndələr Palatasının, həmçinin Konqress Kitabxanasının binalarının interyerləri 

yanğınla məhv edildi. Bu vaxt Vaşinqtonda tufan baş verdi, onunla birgə yağan leysan 

yağış qalın divarları yanğından xilas etməklə, binanın xarici görünüşünü qoruyub 

saxladı. İngilislər Prezident iqamətgahını yandırdıqda, alova yanacaq atırdılar ki, 

yanğın sonrakı gün də davam etsin.  

İngilislərin hücumundan sonra, bir sutkadan az olan müddətdə güclü tufan 

leysan yağışla birlikdə əksər binaların yanğınlarını söndürdü. Bu vaxt həm də paytaxtın 

mərkəzi ilə tornado tüğyan etdi, burağan üç ton ağırlığında olan topları göyə qaldırıb, 

bir neçə yard uzağa tullayırdı. Bunun nəticəsində xeyli Britaniya əsgəri və şəhər sakini 

öldü. Tufan britaniyalıları öz gəmilərinə qayıtmağa məcbur etdi. Vaşinqtonun işğalı 

vur-tut 25 saat davam etdi. Təbiət qalib ingilisləri geri çəkilməyə məcbur etdi, digər 

məşhur sələfləri kimi onlara da yaxşı dərs verdi.  

          Medisonun paytaxtı onun bir gecəsini keçirdiyi Montqomeri mahalındakı kiçik 

Brunvill şəhəri oldu. Ölkənin birinci ledisi Dolli Medison, hökumət qaçanda 

Vaşinqtonda qalmışdı ki, qiymətli şeyləri hücum edən britaniyalılardan xilas etsin. O, 

prezident Vaşinqtonun divardakı portretini çıxartdırıb, özü ilə götürmüşdü.  

Prezident Medison və ondan bir neçə gün sonra Konqress də paytaxta qayıtdı. 

Konqressin xüsusi sessiyası Kapitoli və digər ictimai binalar dağıdıldığından, Poçt 

binasında və Patent idarəsi binasında keçirildi. 

Britaniyalılar öz qəddarlığını və vandalizmini onunla izah edirdilər ki, ABŞ 

təcavüzkar kimi çıxış edərək, müharibəni elan etməklə ona başlamışdır. Vaşinqton 

dağıntılara məruz qalsa da, hökumətin yerləşdiyi məkan olmasını davam etdirdi, 

baxmayaraq ki, paytaxtın başqa şəhərə köçürülməsi barədə də təkliflər mövcud idi.  

  Vaşinqton tarixdə bircə dəfə, özü də bircə günlüyə işğala məruz qaldı və bir 

daha heç vaxt öz ərazisində düşmən əsgərini görmədi. Yəqin ki, amerikanlar da 

yaponlar kimi təbiətin əliaçıqlığına minnətdar olmalı idilər. Bütövlükdə isə müharibə 

1814-cü ilin dekabrında Gent sülh müqaviləsi ilə başa çatdı. 

 Hitler ordusunun Rusiya qışından, qarından, sərt şaxtasından, yağışın payızda 

əmələ gətirdiyi və texnikanın hərəkətini çətinləşdirən palçığından necə böyük əzab 

çəkdiyi, çətinliklərlə üzləşdiyi yaxşı məlumdur. Almanların iki böyük məğlubiyyətində 

- Moskva ətrafındakı və Stalinqrad döyüşlərində sovet əsgərinin fədakarlıqla vuruşması 

ilə yanaşı təbiətin də alman qoşunlarına amansızlıq göstərməsi heç də sirr deyildir. 

Nazik paltarda olan alman zabitləri və əsgərləri sərt şaxtaya və soyuğa dözə bilmirdilər. 

Hitler Sovet ordusunun qələbəsinin əhəmiyyətini azaltmaq üçün hər şeyi Rusiyanın 

sərt qışının üstünə yıxırdı. Lakin 1943-cü ilin iyununda Kursk vilayətindəki məşhur 

Proxorovka tank döyüşündə Sovet ordusunun böyük qələbəsi onun bu izahlarını alt-üst 

etdi. Alman ordusu SSRİ ərazisi ilə geri çəkildikcə, ilin fəsillərindən asılı olmayaraq ağır 

məğlubiyyətlərdən yaxa qurtara bilmirdi.  

Hitler SSRİ-yə xaincəsinə hücum edərkən Bismarkın Rusiyaya müdaxilənin 

təhlükəliliyi barədəki vəsiyyətinə məhəl qoymasa da, öz qoşunlarını əlavə sınağa 

çəkəcək stixiyanın yenilməz qüvvəsini nəzərə almalı idi. Britaniyanı əzmək, diz 

çökdürmək üçün əlavə resurslara sahib olmaq və qələbə çalmaq ümidi ilə Rüsiyaya 



369 

 

yürüşə başlasa da, onun həm də ildırım sürəti ilə gedəcəyini əsas götürsə də, təbiətin də 



öz ferz qambitini işə salmaqla, istənilən ən yaxşı planı da poza bildiyini o, hökmən 

nəzərə almalı idi.  

Təbiət avantürist xarakterli Hitlerə də başqaları kimi ağır və onu məhvə aparan 

dərsin verilməsində heç də öz sehrliliyini əsirgəmədi. 

                                 

                         İşğal müvəqqəti xarakter daşıyır 

 

          Müharibələrdə müvəqqəti ərazi işğalı sonralar ağır nəticələrə səbəb olur. Əksər 



müharibələrin tarixi bu mülahizənin düzgünlüyünə şübhə yeri qoymur.Başqasının 

qanına susamaq, ərazisini işğal etmək həvəsi uzun sürmür, bəzən həmin dövlətin, hətta 

xalqın tarix səhnəsindən yoxa çıxmasına gətirb çıxarır.  

         Qədim dünyada Assuriya ( b. e. ə. XIV – IX əsrlər) müharibə aparmaqla 

Mesopotamiyanı və qonşu ölkələri işğal etmişdi. Həmin cəmiyyətin qaydaları qəddarlıq 

üzərində qurulmuşdu. Assuriya çarları qan axıtmaqdan həzz alırdılar. Bu dövlətdə qan 

tökmək hərisliyi adamların şüuruna təlqin edilirdi, onların xarakterinin mühüm 

cəhətinə çevrilirdi. Hətta ov səhnələrinin təsviri də bu məqsədə xidmət edirdi.  

        Yaxud, Hett dövləti ( b.e.ə. XVIII – XII əsrlər ) Misirlə rəqabətdə müharibələrə meyl 

edirdi. Hett çarı bir şəhəri viran qoymuş, onun torpağını şumlatdırmış, orada zəhərli 

bitkilər əkmişdi ki, həmin ərazidə düşmənləri bir daha şəhər sala bilməsinlər. Bu, 

həmin dövr üçün ilk bioloji silah idi. Hettlər yeni silah da icad etmişdilər, döyüş 

arabasının təkərlərini arxadan ortaya gətirmişdilər. Bu ona möhkəmlik, iki döyüşçünü 

daşımaq imkanı vermişdi. Belə araba əslində müasir tank kimi idi, düşmən 

qoşunlarının içərisinə soxula bilirdi. Ona görə də hettlər b. e. ə.  XIII əsrin ortalarında 

Misir faraonu  II Ramzesə Kadeş döyüşündə qalib gələ bilmişdilər. II Ramzes isə 

vətəninə qayıtdıqdan sonra saxtakarlıqla özünün qalib gəldiyini geniş təbliğ etməyə 

başladı. Bəzi tarixçilər isə döyüşdən sonra həmin dövrün bu iki fövqəldövləti arasında 

bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq, heç bir tərəfin qalib gəlmədiyi 

mülahizəsini irəli sürürlər. 

        Karfagen isə Aralıq dənizi regionunda, əslində o dövrün dünyasında ağalıq etmək 

eşqınə düşdüyünə görə b. e. ə. 264 – cü ildən başlayaraq  bütövlükdə yüz ildən çox bir 

müddətdə üç dəfə Roma ilə ölüm-dirim savaşı aparmış və hər dəfə də məğlub 

olmuşdu. Axırıncı müharibə özünü intihar xarakteri daşımış, Karfagen məhv olmaqla, 

tarix səhnəsini tərk etmişdi. Xalq da Karfagen hakimiyyətinin böyük iddiasının 

qurbanına çevrildi. B. e. ə. 146-cı ildəki III Puniya müharibəsində qalib gələn romalılar 

Karfagenin yarım milyon əhalisinin əksəriyyətini məhv edib, əlli min nəfərini əsir 

götürüb, bu gözəl şəhəri yandırdıqdan sonra , hettləri təqlid edərək, şəhərin ərazisini 

şumlayıb, duz səpmişdilər ki, orada heç nə bitməsin.  

       Tarixin dəhşətli ironiyası ondadır ki, nəinki bu dövlətlərdən, heç onların 

xalqlarından, assuryalıların kiçik, həm də dağınıq qalıqları nəzərə alınmasa, qədim 

keçmişin dumanlı xatirələrindən başqa heç nə qalmadı. Bu siyahıya b. e. ə. VI əsrin 

sonlarında Roma üçün böyük təhlükəyə çevrilən etruskları da əlavə etmək olar. 

       İmperiyalar bir qayda olaraq müharibələr, qan tökülməsi hesabına yaranırdı. 

Qədim Roma çox əraziləri işğal etsə də,.həm də qurbanlar verməyə məcbur olurdu. Kişi 



370 

 

cinsindən  olan qədim romalılar müharibədə həlak olur, qadınlar isə uşaq doğanda 



ölürdülər. Müasir dövrdə isə təcavüzkar ordunun əsgərləri döyüşdə həlak olur, onların 

arvadları və uşaqları isə yoxsulluqdan, ölkənin müflisləşməlsindən ölürlər. 

       İnsan qırğını hesabına başa gələn imperiyaların taleyi də öz faciələri ilə maraqlıdır. 

Nə Assuriyadan, nə Hett imperiyasından, nə Qədim Roma imperiyasından bir əsər- 

əlamət qalmadı. Böyük Karlın yaratdığı Qərb imperiyası da, Napoleonun Avropa 

imperiyası da eyni sonluqla üzləşdi. Çox təəssüf ki, tarixin dərsləri ağılsız adamlar 

üçün heç vaxt ibrət nümunəsi ola bilmir. 

       Hitler ən azı Avropa ağalığı iddiasında idi, yapon militaristləri isə Yaponiyanın 

Asiyaya hökmran olacağına ümid bəsləyirdilər, əvəzində isə öz ölkələrinin işğal 

edilməsi  

 kimi bir layiqli «mükafata» layiq görüldülər. Bu həqiqəti bütün imperiyaların taleyi bir 

daha təsdiq edir. Müharibələr, qəddarlıqlar hesabına yaranan imperiyalar bəzən başqa 

bir müharibənin nəticəsində dağılır, yoxa çıxırdı. Təkcə I Dünya Müharibəsindən sonra 

dörd imperiya – Avstriya- Macarıstan, Osmanlı, Almaniya və Rusiya imperiyaları 

tarixdən silindi. Müstəmləkə ölkələri xalqlarının milli-azadlıq hərəkatı Britaniya 

imperiyasının da dağılmasına səbəb oldu, 1960-70-ci illərdə Afrika qitəsi 

müstəmləkəçilik boyunduruğundan birdəfəlik xilas oldu.  Ümumiyyətlə, imperiyalar 

tarixi qanunlar əsasında dağılır. 

        Yalançı imperiyaların ömrü isə daha qısa olur. Mərkəzi Afrika Respublikası 1960-cı 

ildə müstəmləkəçilikdən azad olduğu halda, daha çox kannibalizmə meyli ilə 

«məşhurluq» qazanan prezident Jan Bedel Bokassa hakimiyyətdə olanda ölkənin adını 

dəyişdi. Özünün  

imperator adlanması üçün vur-tut 8 milyon əhalisi olan kiçik bir dövləti 1976-cı ildə 

uydurma qaydasında imperiyaya çevirdi. Üç il sonra Bokassa vəzifəsi ilə vidalaşdıqdan 

sonra bu adlar bütünlüklə ləğv edildi. Neoimperializm eşqinə düşənlər qoy bu biabırçı 

faktı nəzərdən qaçırmasınlar. 

      Müasir dövrdə başqa xalqın torpağını zəbt etmək anomaliya hesab olunur. Təəssüf 

ki, düşmənçilik toxumu səpən bəzi qatı millətçilər bu iyrənc məqsədi də məqbul hesab 

edir, qonşuların torpaqlarına sahib olmağa can atırlar. Bu yolla əslində onlar öz xalqını 

da fəlakətə sürükləmiş olurlar.   

   Təcavüzə meyl edən xalqın dostu və qonşusu olmaq çətindir. Belələri fürsət düşən 

kimi xəyanətə əl atmaqdan çəkinmir, dostluğa qara nankorluqla cavab verməyə adi hal 

kimi baxır. 

     Qatı erməni millətçiləri tarixin təkərini daim geri  döndərməyə can atırlar. Onların öz 

ideyalarını həyata keçirmək cəhdi, sönmüş vulkan üzərində çiçək ləki salmağa 

bənzəyir. Görən vulkan oyananda bu ləkin taleyi necə olacaqdır ? 

       Qatı millətçilik daim münaqişə toxumu səpir, müharibə tonqalını alovlandımağa 

cəhd edir. Mazoxist təbiətli bu şəxslər insanları sürüyə döndərmək istəyirlər ki, 

onlardan öz alçaq niyyətləri üçün istfadə edə bilsinlər. Təəssüf ki, bəzi xalqlar 

aldadılmaya məruz qalır, yalan dumanına gömülürlər. Buna nail olanlar təkcə 

qonşusuna qarşı deyil, öz xalqına da xəyanət etmiş olurlar. Bu o vaxt daha iri miqyas 

alır ki, həmin iyrənc prosesə dövlət özü istiqamət verir. 




371 

 

        Riyakarlıqdan uzaq olan xalqı isə əsasən tarixdə öz sağlam mənəvi izini qoymuş 



ayrı- ayrı şəxslərlə müqayisə etmək olar. Axı həmişə vicdanlı adamlar olmuşdur, 

əvvəlki dövrlərdə belə şəxslər ya müqəddəslər siyahısına daxil edilirdi, yaxud da 

tonqalda yandırılırdılar. Məgər 

vicdanlı xalq ona qarşı törədilən xəyanətin əzablarını anlaşılmayan laqeydlik hesabına 

uzun illər boyu çəkməlidirmi? Axı vicdanlı, sülhsevər xalqın layiq olduğu münasibəti 

ummağa tam haqqı vardır. 

         Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmaqla, uzun illərin mirası 

olan Dağlıq Qarabağa və işğal edilmiş digər ərazilərinə dair problemlə üzləşmişdir. 

Dağlıq Qarabağı Azərbaycan ərazisindən qoparmaq üçün Ermənistan müharibə ilə 

yanaşı hər cür vasitələrə də əl atılır. Ancaq unudur ki, heç bir dövlət öz ərazisinin 

parçalanmasına nəyin bahasına olursa-olsun yol vermək istəmir. Bunu XIX əsrdə real 

separatizmlə üzləşmiş Amerika Birləşmiş Ştatlarının tarixi təcrübəsi də sübut edir. 1861-

1865-ci illərin Vətədaş müharibəsində yeddi ştatın Birlikdən ayrılması ilə, ayrıca dövlət 

- Konfederatı yaratmış Cənub separatçıları məğlub oldular və ABŞ-ın ərazi bütövlüyü 

və birliyi qorunub saxlandı. Həmin dövrdə ABŞ prezidenti olmuş Abraham Linkoln 

ümumiyyətlə separatizm barədə fikir yürüdərək demişdi ki, əgər azad və demokratik 

ölkələr parçalanmaqda davam etsə, yalnız elə ölkələr qalacaq ki, oonlar separatistlərə 

səs hüququ verməyəcəklər, başqa sözlə o ölkələr ki, oranı “möhkəm əl” idarə edir. 

Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməklə yanaşı, onun əhalisinin 

hüquqlarına tam təminat vəd edir. Ona görə də tarixi və hüquqi ərazisinin 

parçalanması ilə heç cür razılaşıla bilinməz. İndiki mərhələdə müharibə qızğın şəkildə 

getməsə də, hələ başa çatmamışdır. Nə qədər ki, işğal edilmiş torpaqlar azad 

olunmamışdır, bu müharibənin sona çatdığını güman etmək olmaz.  

Vaxtilə öz xalqını qanlı müharibəyə cəlb edən erməni millətçi ziyalıları artıq 

hörmətdən düşmüş, nüfuzlarını xeyli itirmişlər. Onlar milləti mənəvi qanqrenaya 

məruz qoymuşdular. Ermənistandakı “ müharibə partiyası “ da hakimiyyətdə özünü 

artıq rahat hiss etmir. İndi onların yerini öz xalqının gələcəyi yaxından düşündürən 

həqiqi ziyalılar tutmalıdır  və bu sülhsevər qüvvə işğal müharibəsi siyasətinə qəti yox 

deməlidir. Axı ədalətsiz işğal müharibələrində müxtəlif ingilis ziyalıları da Britaniyaya 

məğlubiyyət arzu edirdilər, hətta faşist Almaniyasında da bəzi vətənpərvərlər Üçüncü 

Reyxə məğlubiyyət diləyirdilər, çünki onlar uzaqgörənliklə Almaniya ərazisində 1945-

ci ilin yazının dəhşətlərinin baş verməsini istəmirdilər. Məgər erməni ziyalıları arasında 

ciyərləri qatı millətçilik havası ilə zəhərlənməmiş adamlar yoxdurmu? Onlar öz 

səslərini qaldırsalar, erməni xalqı da, müharibə törədənlərin onu hansı uçuruma 

üuvarladığını aydın dərk edəcəkdir. 

 Azərbaycanlılar düşmənçiliyin davam etməsinin, vendettaya çevrilməsinin 

tərəfdarları deyillər, bu şərtlə ki, ermənilər də eyni mövqedən çıxış etmək təşəbbüsü 

göstərsin. Belə vəziyyət o vaxt mümkün ola bilər ki, Ermənistanda düşmənçiliyə rəvac 

verənlər siyasətdən uzaqlaşdırılıb, idarəetmə xalqın öz torpağında, həm də öz qonşusu 

ilə dinc şəraitdə yaşamağı hər şeydən üstün tutan siyasi qüvvələrə etibar edilsin.  

Azərbaycan əraziləri hökmən işğaldan azad olunmalıdır. Bu sülh yolu ilə baş 

verməsə, alternativin necə olacağı heç kəs üçün sirr olmamalıdır. Bu heç də fantom 

hədəsi deyildir, əlavə qan axıdılmaması üçün işğalçılılara edilən, həm də azərbaycan 



372 

 

xalqının iradəsini ifadə edən rəsmi xəbərdarlığın əks-sədasıdır, idrak qulağı ağır 



eşidənlər üçün həmin bəyanatın sadəcə olaraq yenidən səslənməsidir. 

Ədalətin zəfəri naminə Allah da öz qüdrətini nümayiş etdirə bilər. Bibliyada 

göstərildiyi kimi, Misirdəki qul həyatından xilas olmağa çalışan yəhudilərə mane olan 

faraonun ölkəsinə Allah çox sayda bəlalar göndərmişdi, indi də O, özgə torpağını 

əsarətdə 

saxlayanlara bəlalar bəxş edə bilər. Öz çirkin niyyətlərinə görə Allahını da dananlar bu 

ehtimala rişxəndlə baxa bilərlər. Təbiətin işğalçıları məruz qoyduğu ağır cəzalar isə 

yuxarıda sadalanan misallardan aydın görünür. Təcavüzkarlar həm də torpaq 

sahiblərinin başqa vasitələrə əl atacağı imkanını  nəzərdən qaçırmamalıdırlar. Bu 

bəlanın onları haqlayacağına, təəssüf ki, hələ də ciddi yanaşılmır, axı troyalılar da heç 

öz çarlarının qızı Kassandranın xəbərdarlığına qulaq asmayıb, fəlakət qapısını 

döymüşdülər. Troyanın faciəli aqibəti isə Homerin dühası hesabına hamıya yaxşı 

bəllidir. Siqnalları aydın şəkildə gələn sabahın bədbəxtliyinə bu gün göz yummaq 

böyük qəbahətdir və qədim romalılar demişkən: “ignoratia non est argumentum” – 

“cahillik heç də səbəb deyildir”.  

 

Son 



         noyabr, 2014-cü il 

 

 



 

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin