5. İlk Çin imperiyası
B.e.ə. 221-ci ildə Tsin çarlığının çarı Çjen qonşu torpaqladı tutub, mərkəzləşmiş
Çin dövləti yaratdı. O, bütün ayrı-ayrı dövlətləri öz hakimiyyəti altında birləşdirib,
özünü birinci Çin imperatoru – Tsin Şi Huandi elan etdi.
Yeni dövlət idarə etmədə və iqtisadiyyatda ciddi mərkəzləşmə apararaq, nəhəng
orduya arxalanırdı. İmperator müasir Siamdan uzaq olmayan bir yerdə öz dəfn yerini
müəyyən etməklə şöhrət tapmışdı. Onun sərdabəsini 790 mindən artıq kölə tikmişdi.
Ölümündən sonra da hərbi gücə bel bağlamaqla imperator əmr etdi ki. Öz 7 mindən
artıq döyüşçüsünün və arabaların təbii ölçüdə terrakotadan heykəllərini yaratsınlar.
İmperator b.e.ə. 210-cu ildə öləndə, bütün heykəllər onunla birlikdə dəfn edildi və son
dövrlərdəki arxeoloji qazıntılar onları aşkara çıxardı. Döyüşçülərin antropoloji
xüsusiyyətləri və geyimləri imperiyanın çox saydakı xalqlarına aid olduqlarını göstərir
və heç bir heykəl başqasına bənzəmir. Heykəllər orduda olan rəngarəngliyi bütünlüklə
əks etdirir.
Tsin Şi Huandi tarixi xronikaların və Konfutsi kitablarının mərkəzləşmiş
hökumət üçün təhlükəli olduğunu əsas gətirərək, onları yandırmağı əmr etdi.
O, şimali-qərb sərhədlərini hunlardan müdafiə etmək üçün b.e.ə. 214-cü ildən
başlayaraq mövcud tökmə torpaq təpələri gil istehkamlarla möhkəmləndirdi. Beləliklə,
Böyük Çin Səddi meydana gəldi. Ölkənin ərazisini 36 iri inzibati mahallara böldü,
onların başında mülki və hərbi valilər dururdu. Yazı dəqiqləşdirildi, vahid pul, vahid
ölçü və çəki sistemi tətbiq edildi və yol sistemi islahata uğradı.
İmperator həm də uğurlu sərkərdə idi və öz imperiyasını cənubda Annama
(Vyetnama) qədər genişləndirdi. Lakin ordunu saxlamaq xərcləri ağır yük kimi ölkə
iqtisadiyyatının üzərinə düşdü.
Dövlətin islahat siyasəti savadlı təbəqələrin müqaviməti ilə üzləşdi. Onlar yeni
tətbiq olunanlara qarşı etiraz edir, köhnə əsərlərin, xüsusən filosof Konfutsinin
ideyalarına əsaslanırdılar. Müxalifəti arqumentlərdən məhrum etmək üçün imperator
göstəriş verdi ki, şəxsi mülkiyyətdə olan kitablar onların sahiblərindən alınsın və
yandırılsın. Yalnız Tsin dövlətinin tarixi xronikaları, təbabət üzrə traktatlar,
öncənigörmə sənəti barədə və kənd təsərrüfatına aid kitablar məhv olunmaqdan yayına
bildi. Kim köhnə əsərləri yaymaqda davam edirdisə, onlar edam edilir və ya şimali-
qərb sərhədlərinə sürgün edilirdi ki, orada Böyük Səddin tikintisində işləsin.
Çinin ilk imperatoru Tsin Şi Huandi öldükdən sonra hakimiyyəti üsyançıların
başçısı Lyu Ban tutdu. B.e.ə. 206-cı ildə Han sülaləsini yaradıb, imperator Qao- tszu
397
titulunu qəbul etdi. Buna qədər isə Şi Huandidən sonra azad olmuş taxt-tacı
şöhrətpərəst yevnux (hərəm ağası) Çao Kao tutmuşdu, o, imperatorun qardaşını
öldürüb, qanuni varisləri kənarlaşdırmışdı. Lakin onun hakimiyyəti uzun çəkmədi,
imperiyada yüksək vergilərlə əzilən kənd əhalisinin üsyanı başlandı. Üsyançıların
başında Lyu Ban dururdu, onun qoşunları imperator sarayını tutub, yevnux Çao Kaonu
öldürdü.
Lyu Ban Çinin şərqindəki kəndli ailəsindən idi, lakin kiçik məmur səviyyəsinə
yüksələ bilmişdi. Hakim rejimin əleyhdarı olmaqla, o, tədricən rəqiblərini üsyan
hərəkatının rəhbərliyindən sıxışdırıb çıxardı. Yeni hökmdar Han sülaləsini yaratdı, bu
sülalə 400 il hakimiyyətdə oldu. O, paytaxtı Huan Ho çayının üstündəki Çanyana
köçürtü, sonra Böyük Səddi tikdi. Öz qüdrəti və böyüklüyü ilə Çin bu dövrdə Roma
imperiyasını ötüb keçmişdi.
Lyu Ban dövlət hakimiyyətini möhkəmləndirdi, kəndliləri əmək
mükəlləfiyyətindən azad etdi, vergiləri aşağı saldı və borclu olan qullara azadlıq verdi.
Bu yolla o, geniş dayaq qazandı. O, mərkəzi icra aparatını bərpa etdi, lakin bəzi
əyalətlərdə yerli çarcıqlar – vanlar hökmranlıqlarını davam etdirirdilər. B.e.ə. 195-ci ildə
imperator öldükdən sonra taxt-taca onun zəif iradəli olan oğlu çıxdı və onun dövründə
ölkədə separatizm dalğası mühüm yer tutdu.
Dostları ilə paylaş: |