Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış


Böyük Aleksandrın imperiyası



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə62/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   ...   58   59   60   61   62   63   64   65   ...   105
 

2. Böyük Aleksandrın imperiyası 

 

 B.e.ə. 334-cü ildə Böyük Aleksandr Makedoniya və yunan orduları ilə Persiya 



imperiyasına hücum etmək üçün qərbi Asiyaya girdi. İllərlə gedən döyüşdə persiyalılar 

tam məğlub oldular və b.e.ə. 327-ci ildə Aleksandr və onun qoşunları Hindistanın şərq 

tərəfinə soxuldular. Ordu qiyam qaldırdıqda Aleksandr geri qayıtmağa məcbur oldu.  

Persiya imperiyasının işğalı yunan mədəniyyətinin bütün qədim Yaxın Şərqə 

yayılması üçün qapıları açdı. Yunan sakinlər – bürokratlar, tacirlər, əsgərlər və alimlər 

bu torpaqlara axışdı. 

Aleksandr, atası qətlə yetirildikdən sonra Makedoniya çarı olanda 20 yaşında idi. 

Persiyalılara hücum etmə şansını əldə etmək onun məqsədinə çevrildi. Persiya isə bir 

sıra cəhətlərinə görə zəifləsə də, hələ də qüdrətli dövlət idi. B.e.ə. 334-cü ildə Aleksandr 

37 minlik ordusu ilə Kiçik Asiyada sahilə çıxdı. Ordunun yarısı makedoniyalılar, 

qalanları isə digər müttəfiqlərdən idi. Süvarini isə 5 min atlı təmsil edirdi.  

Qranik çayı üzərində ilk döyüş başlıca qələbəylə başa çatdı. Sonrakı ildə isə artıq 

Kiçik Asiyanın bütöv qərb yarısı onun əlində idi. İssa döyüşündə isə daha böyük zəfər 

qazanıldı. Misir döyüşsüz təslim oldu. B.e.ə. 332-ci ilin qışında Suriya, Palestina və 

Misir artıq Aleksandrın hakimiyyəti altında idi. 

B.e.ə 331-ci ilin yayında Qavqamela döyüşündə Aleksandrın adamları Persiya 

qüvvələrindən xeyli az idi. Çar III Dara döyüşdən qaçdı və qələbədən sonra Aleksandr 

Babilə daxil olub çoxlu qızıl və gümüş ələ keçirdi. B.e.ə. 327-ci ilin yayında o, 

Hindistana girdi, bu ölkənin çox hissəsini zəbt etmək istəyirdi. Əsgərləri qiyam 

qaldırıb, irəli getməkdən imtina etdikdə, Aleksandr onların tələbinə tabe oldu və geri 

qayıtmağa razılıq verdi. O, Gedrosiya səhrasından keçməklə qoşunlarını Persiyanın 

şimalı ilə geri aparırdı. Qoşunlarının qalığı Suzaya, sonra Babilə yollandı. Burada o yeni 

kampanyalar planlaşdırırdı. Lakin b.e.ə 333-cü ilin iyununda o, yaralardan – 

döyüşlərdə o, 8 dəfə yaralanmışdı – qızdırmadan, güman ki, həmdə izafi alkoqoldan 

zəyifləyib, 32 yaşında həyatdan getdi. Bəzi tarixçilər belə bir fikri irəli sürürlər ki

Aleksandr kainat bəşəriyyəti idealına inanırdı. Buna sübut kimi, b.e.ə. 324-cü ildə 

Suzada 10 min sayda əsgərinin yerli qadınlarla evlənməsini təşkil etməsini göstərirdilər. 

O, pers paltarı geyinir, öz administrasiyasında perslərdən istifadə edir və yerli gəncləri 

Makedoniya hərbçiliyi qaydasında məşq etdirirdi. O, makedoniyalıların, yunanların və 

perslərin qaydalarını hakim sinifin içərisində qarışdırıb, onları özünün geniş 

imperiyasına nəzarət etməyə qadir etmək istəyirdi. O, yeni dövr, Ellinistik era 

yaratmışdı.  




390 

 

Persiya imperiyasının Aleksandr tərəfindən məhv edilməsi nəhəng ərazi 



üzərində yunan-Makedoniya ağalığını genişləndirmişdi. Onun ölümündən sonra 

Aleksandr siyasi irsinin xüsusiyyətləri ellinistik monarxiyalarda öz əksini tapmaqla, 

Ellinistik dünyanın bir hissəsinə çevrilmişdi. Onun imperiya baxışları, heç şübhəsiz

gələcək romalıları ilhamlandıracaqdı. Onları, əlbəttə ki, Aleksandr irsinin real varisləri 

saymaq olar. 

Aleksandr həm də böyük, mədəni irs qoyub getmişdi. Onun işğallarının nəticəsi 

kimi yunan dili, incəsənəti, arxitekturası və ədəbiyyatı bütün Yaxın Şərqə yayılmışdı. O, 

geniş ərazilərə nəzarət etmək üçün çox sayda şəhərlər və koloniyalar yaratmışdı. 

Onların sakinlərinin çoxu yunan muzdluları idi. Beləliklə, Aleksandr irsi, Ellinistik 

dünyada meydana gələn fərqləndirici əlamətlərdən biri idi. 

Aleksandrın birləşmiş imperiyası onun işğalları ilə yarandığı kimi, onun ölümü 

ilə də parçalandı. Makedoniya hərbi liderlərinin hamısı hakimiyyət uğrunda 

mübarizəyə girişdilər. B.e.ə. 301-ci ildə birlik barədəki istənilən ümid artıq ölmüşdü 

 

 




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin